35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
  1   2   3   4   5   6   7   8   9   ...   71


35-ci prezidentin faciəli ölümünün 50 illiyinə 
Con F.Kennedi 
Mərdliyin profilləri 
(ingiliscədən Telman Orucov tərcümə etmişdir) 
 
                                                   Mənim xanımıma 
                                                  Kitabın içindəkilər           
                                                                 səh.  
Kerolayn Kennedinin təqdimatı 
Robert F.Kennedinin ön sözü 
Giriş 
I. Mərdlik və siyasət 
Birinci fəsil 
Zaman və yer 
II. Con Kvinsi Adams 
İkinci fəsil 
Zaman və yer 
III. Deniel Uebster 
IV. Tomas Hart Benton 
V. Sem Hyuston 
Üçüncü fəsil 
Zaman və yer 
VI. Edmund Q.Ross 
VII. Lutsius Kvintis Tsintsinnatis Lamar 
Dördüncü fəsil 
Zaman və yer 
VIII. Corc Norris 
IX. Robert A.Taft 
X. Siyasi mərdliyin digər insanları 
XI. İgidliyin mənası 


 

Tərcümeyi-hal 
 
 
Təqdimat 
 
  
Atam öyrədirdi ki, bizim hamımız ictimai xidmətdə heç vaxt o qədər qoca və 
ya o qədər də gənc deyilik. Prezident Kennedinin inauqurasiya çağırışında dediyi: 
“Öz ölkəndən soruşma ki, sənin üçün o nə edə bilər, soruş ki, sən öz ölkən üçün nə 
edə bilərsən” – sözlər onun özünün həyatını və karyerasını yekunlaşdırırdı və bu, 
qırx  il  əvvəl  olan  kimi  bir  həqiqət  tək  qulaqlarımızda  səslənir.  Mənə  görə,  onun 
mühüm  irsi  minlərlə  amerikalıda  yaşayır  və  onları  öz  icmalarına,  məktəblərinə, 
qonşuluqlarına,  Vətəndaş Hüquqları  Hərəkatına və Sülh Korpusuna cəlb olunmaq 
üçün  ilhamlandırır.  Bizim  ölkəmiz  nəslin  enerjisi  və  özünü  həsr  etməsi  hesabına 
dəyişildi. İndi  o bizə yenidən müəyyən  olunmalı bir  məsələ kimi görünür, bu isə 
bizim öz dövrümüzdəki vəzifəmizdir. 
Con  F.Kennedi  öz  ictimai  xidməti  karyerasını  İkinci  Dünya  müharibəsində 
Cənubi Sakit okeanda PT-qayıq komandiri kimi başlamışdı. 1943-cü ilin 2 avqust 
gecəsində  patrul  xidmətini  icra  edərkən  PT-109  yapon  hərbi  gəmisi,  eskadra 
minadaşıyanı  “Amagiri”  tərəfindən  tarana  məruz  qaldı,  onu  alova  bürüdü  və 
komanda  üzvlərini  yanan  suya  tulladı.  İki  nəfər  öldürüldü,  bir  nəfər  isə  elə  pis 
yanmışdı  ki,  o,  üzə  bilmirdi.  Yaralanmış  adamın  köynəyini  kəmər  kimi  onun 
bədəninə  sarıyıb,  dişləri  ilə  bundan  tutaraq  leytenant  Kennedi  yaralı  dənizçini  üç 
mil aralıda olan, yaxındakı adaya çıxardı. Sonrakı altı günü olduqca az qida və su 
ilə adamlar yaponların onları əsir edəcəyindən qorxaraq, gizlənmişdilər. Hər axşam 
Kennedi  köpək  balıqları  ilə  dolu  suda  üzüb  kömək  üçün  digər  adaları  axtarırdı, 
nəhayət  Solomon  adalarının  iki  sakini  onu  gördü,  onlar  Eroni  Kumana  və  Biuku 
Qaza  idi.  Onlar  atamın  qabığında  məlumat  sözlərini  cızdığı  kokos  qozunu 
tutmuşdular,  ona  görə  də  qayığın  dənizçilərini  Avstraliya  sahilinə  yaxınlıqdakı 


 

sığınacağa  gətirdilər,  burada  onlar  xilas  ola  bilərdilər.  2002-ci  ilin  yayında  Milli 
Coğrafiya  Cəmiyyətinin  ekspedisiyası  Con  F.Kennedinin  igidliyi  barədəki 
əfsanənin hələ də Solomon adalarından uzaqlarda da məlum olduğunu üzə çıxardı. 
Uzağa  nəzarət  edən  nəqliyyat  vasitəsindən  istifadə  edərək  tədqiqatçı  Robert 
Ballard  və  onun  komandası  sualtı  kamera  ilə  batmış  PT-109  qayığını  tapdılar. 
Ekspedisiyanın üzvləri adi bir kanoedə atamın həyatını xilas edən və tarixin xəttini 
dəyişən  adamları  –  Eroni  Kumana  və  onun  oğlu  Con  F.Kennedi  Kumana  ilə 
görüşdülər.  
Atamın igidliyi ona Donanma və Dəniz Korpusunun “Müstəsna qəhrəmanlıq 
hərəkətinə  görə”  medalını  qazandırdı  və  o,  döyüşdə  aldığı  yaralara  görə  “Al 
qırmızı  ürək”  dövlət  mükafatına  layiq  görüldü.  Bu,  həmçinin  onu  “Mərdliyin 
profilləri”nə  aparıb  çıxardı.  Yapon  eskadra  minadaşıyıcısı  ilə  toqquşma  onun 
onurğa  sütununu  zədələmişdi  və  bu  zədə  1954-1955-ci  illərin  qışında  cərrahiyyə 
əməliyyatı aparılmasını tələb etdi. İki il əvvəl Birləşmiş Ştatların Senatına seçilən 
atam böyük senatorların mövcudluğunu mümkün edən keyfiyyətlərin dərk edilməsi 
ilə  maraqlanmağa  başladı.  Tarix  elmi  onun  ehtirası  idi  və  o,  özünün  sağalma 
aylarını  əfsanəvi  sələflərinin  xronikalarını  oxumağa  sərf  etdi.  Mənim  hər  iki 
valideynim  üçün  tarix  səfeh,  quru  xüsusiyyətli  işlər  olmayıb,  daim  ilhamlanmaq 
üçün bir mənbə idi. Onlar inanırdılar ki, həqiqətən də əsl qəhrəmanlar olmuşdur və 
bizim hamımız onların nümunəsindən öyrənə bilərik. Atamın qəhrəmanları da öz 
ölkəsi üçün məhz düzgün olanları etməklə öz karyeraları ilə risq etməyə hazır olan 
kişilər  və  qadınlar  idi.  “Mərdliyin  profilləri”  1956-cı  ildə  nəşr  edilməklə,  həmin 
əhvalatlardan danışır. 
Senator  və  prezident  kimi  Con  F.Kennedi  xarici  siyasətdə  və  daxili  işlərdə 
tam  oxşar  mərdlik  nümunəsi  göstərirdi.  1962-ci  ildə  Kubada  Sovetlərin  hücum 
xarakterli  nüvə  raketlərini  qurması  faktı  aşkar  edildikdə,  Prezident  Kennedi 
bilavasitə  hava  zərbələri  endirmək  barədəki  çağırışlara  müqavimət  göstərərək, 
nüvə müharibəsi fəlakətinin qarşısını alan diplomatik üsuldan istifadə etmək yolu 
ilə getdi. Onun “təzyiq altında xeyirxahlığı” və Kuba Raket Böhranı ərzində parlaq 
mühakiməsi  Sovet-Amerikan  münasibətlərində  yeni  fəsilin  meydana  gəlməsinə 


 

aparıb çıxardı və nüvə silahlarının atmosferdə, yer ətrafından kənarda olan kosmik 
məkanda  və  su  altında  sınaqdan  çıxarılmasını  qadağan  edən  ilk  müqavilə  barədə 
danışıqların  aparılmasını  mümkün  etdi.  Kuba  Raket  Böhranından  sonrakı  yayda 
etdiyi  çıxışında  Prezident  Kennedi  sülh  barədə  danışırdı:  “Qoy  biz  öz 
fərqliliklərimizə kor olmayaq – ancaq qoy biz həmçinin ümumi mənafelərimizə və 
həmin fərqliliyi həll edə bilən mənasını verən şeylərə birbaşa diqqət yetirək. Çünki 
son  təhlili  apardıqda  belə  nəticəyə  gəlirik  ki,  bizim  başlıca  birləşdirici  həlqəmiz 
ondan  ibarətdir  ki,  biz  bütün  sakinlər  bu  kiçik  planetdə  məskunlaşmışıq.  Bizim 
hamımız  eyni  hava  ilə  nəfəs  alırıq.  Bizim  hamımız  öz  uşaqlarımızın  gələcəyini 
əzizləyirik. Və bizim hamımız öləriyik”. 
1963-cü  ildə  vətəndaş  hüquqları  barədə  vədin  yerinə  yetirilməsinin  uzun 
müddət  gecikməsi  ilə  və  dinc  vətəndaş  hüquqları  nümayişçilərinə  yerli  polisin, 
yanğından  mühafizə  şlanqları  və  polis  itləri  ilə  hücum  etməsi  nəticəsində 
Cənubdakı şəhərlər qızışanda, Prezident Kennedi federal hökumətin bütün gücünü 
inteqrasiya axtarışlarına həsr etdi, çünki bu, həyata keçirilməli olan düzgün bir iş 
idi.  Həmin  axşam  televiziya  ilə  millətə  ünvanlanmış  müraciətində  o,  federal 
məhkəmənin qərarı ilə iki qara tələbənin Alabama universitetinə buraxılması üçün 
Alabama  Milli  Mühafizə  dəstəsini  səfərbər  etdi.  Prezident  Kennedi  bu 
müraciətində  dedi:  “Biz  birinci  növbədə  mənəvi  məsələyə  görə  qarşıdurmadayıq. 
Bu, Əhdi-ətiq kimi köhnədir və Amerikan Konstitusiyası kimi aydındır. Məsələnin 
özəyi  ondan  ibarətdir  ki,  bütün  amerikanlar  bərabər  hüquqlara  malik  olmağa  və 
bərabər imkanlardan istifadə edilməsinə razıdırlarmı, biz amerikan sirdaşlarımıza, 
özümüzə istədiyimiz kimi münasibət göstərmək istəyirikmi. Əgər amerikalı yalnız 
dərisinin qara olduğuna görə lançı (naharı – tərcüməçi) ictimaiyyət üçün açıq olan 
restoranda  yeyə  bilmirsə;  əgər  o,  öz  uşağını  müvafiq  ən  yaxşı  məktəbə  göndərə 
bilmirsə, əgər o, onu təmsil etməli olan ictimai vəzifəlilər üçün səs verə bilmirsə, 
ən  qısası,  əgər  o,  bizim  hamımızın  istədiyi  dolğun  və  azad  həyatdan  həzz  ala 
bilmirsə,  onda  bizim  aramızda  olanlardan  kim  razılaşa  bilər  ki,  özünün  dərisinin 
rəngi  dəyişdirilsin  və  onun  yerində  olsun?  Bizim  aramızda  kim  bu  vaxt  səbirli 
olmaq  və  gözləmək  barədəki  məsləhətlərlə  razılaşardı?”  Həmin  nitqində  o,  elan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə