159
Lakin professor Vudro Vilsonun (o, görkəmli tarixçi idi, ABŞ tarixinə dair
beş cildlik fundamental əsərin müəllifidir – tərcüməçi) siyasi atəşin baptizminə
başlıca hissi ondan ibarət idi ki, o, Senatı dünyada bacarıqlı və ən qüdrətli
qanunvericilik orqanı kimi qiymətləndirirdi. Hakimiyyətin bu hissəsində və bacarıq
buna qoşulmağa yol axtaran Senatorlardan tələb edirdi ki, federal qanunvericiliyin
artan təsiri ilə daxili işlərin içinə tullansınlar. Lakin hətta daha vacibi o idi ki, Senat
tədricən xarici işlər cəbhəsində hakimiyyətini artırırdı – hakimiyyət millətin
birliyində, bizim milli yüksəlişimiz böyüdükcə çoxalırdı, hakimiyyət Senatı on
doqquzuncu əsrdə daha mühüm orqan etmişdi, onun qərarlarının əsl nəticələri
quldarlıq məsələsi üstündə Senatda nəhayətsiz, lakin bəhrəsiz qaydada əziyyət
çəkən Uebster, Kley və Kalhounun parlaq hərəkətlərindən daha səmərəli idi.
Millət daxili böhran hesabına parçalandı. 1850-ci ildə Senatorlardan igidlik
tələb olunurdu, belə ki, millət beynəlxalq böhrana da gömülmüşdü. Con Kvinsi
Adams, Corc Norrisin Vaşinqtona gəldiyi vaxtdan yüz il əvvəl bunu həyata
keçirmişdi. Lakin o, qabaqcadan görə bilməzdi ki, dünyada bu millətin rolu daim
geri qayıdan böhranları və narahat edici problemləri Birləşmiş Ştatlar Senatına
gətirəcəkdir, böhranlar Corc Norris kimi adamları məcbur edəcəkdir ki, vicdanlı
seçicilər arasında seçim etsinlər, problemlər Bob Taft kimi adamları məcbur
edəcəkdir ki, prinsiplə populyarlıq arasında seçim etsinlər.
İyirminci əsrdə bu təkcə siyasi mərdlik əhvalatları deyildi, yəqin ki, hətta ən
görkəmli və ya mühüm əhəmiyyətə malik olmaq da deyildi. Həm də Senatın
təbiətinin dəyişməsi, onun işi və üzvləri elə görünürdü ki, təkrar olunma azalır, bu
isə millətə böyük, lakin populyar olmayan prinsiplərin müdafiəsi uğrunda
dayanmağa ilham verir. Güman ki, biz hələ də o vaxta çox yaxınıq ki, onlar tarixi
perspektivdən daha çox ayrılan hərəkətlərin arasında hansısa bir gün siyasi mərdlik
salnaməsində məlumatın ləyaqəti kimi öz möhürünü vuracaqdır. Güman ki,
iyirminci əsrin Senatoru Edmund Ross və Tomas Hart Benton üslubunda hərəkət
etməklə bir təməl məsələyə görə öz bütöv gələcəyini risq altında qoymayacaqdır.
Güman ki, bizim siyasi mərdliyə aid müasir hərəkətlərimiz Sem Hyustonun və Con
Kvinsi Adamsın karyerasını dağıdan üslubda qalxmayacaqdır. İndiyədək, nə vaxt
160
ki, biz qət edirik ki, Senatoru məhkum edən qəzet bu gün minlərlə dəfə çoxlu
seçicilərə çatacaqdır. Necə ki, Deniel Uebsterin bütün məşhur və aydın yalvarışları
bir yerə qoyulurdu, iyirminci əsrin siyasi mərdliyinin bu əhvalatları drama
xarakteri alacaqdır, həyəcanın və ilhamın isə hamısı onların özününkü olacaqdır.
VIII
Corc Norris
“Mən vətənə gəlmişəm ki, sizə həqiqəti deyim”
1910-cu ilin erkən vaxtlarında, düz qış günortasının saat 1-ində
Pennsilvaniyadan olan nümayəndə Con Dalzell Spiker kürsüsünü tərk edib
Kapitoli restoranında gündəlik bir fincan kofesini içmək və bir parça piroqunu
yemək üçün Nümayəndələr Palatasının zalından çıxdı. Onun gedişi adi qaydada
olan kimi deyildi – çünki Spiker postundan palatanı idarə etməkdə birinci köməkçi
olmaqla zalı daim dəqiq olan bir saatda tərk edirdi və demək olar ki, yerini
Ayovadan olan nümayəndə Uolter Smitə verirdi. Lakin həmin xüsusi yanvar
günortasında nümayəndə Dalzellin cərgələr arası ilə pırpız başla, qara saya
kostyumda və kiçik ayaqqabı bağı kimi qalstukdakı gedişi nümayəndələr
tərəfindən məmnunluqla müşahidə olunurdu. Və Spiker köməkçisi palatanın
qapısına çatanda, bu vaxt Nebraskadan olan Respublikaçı Nümayəndə Corc
U.Norris Nümayəndə Smitin yanına gəlib xahiş etdi ki, əgər mümkünsə iki dəqiqə
onu dinləsin. Aparıcı Respublikaçı, Kannon-Dalzell qrupunun üzvü olan Smit həm
də Norrisin dostu olduğundan, razılaşdı.
161
Onun təəccübünə bu səbəb oldu ki, nümayəndə Norris o vaxt müzakirədə
olan qətnamənin düzəldilməsini istəyirdi, - qətnamə Ballincer-Pinçot danışığı
disputunu təhqiq etmək üçün birgə komitə tərəfindən tələb olunmuşdu – bütöv
Nümayəndələr Palatası təhqiqat komitəsini təyin etməyi vacib sayırdı, buna qədər
isə adətən belə seçim aparmaq səlahiyyətləri Spikerə verirdi.
Paj oğlanlar Kannon və Dalzelli tapmaq üçün ora-bura qaçırdılar. Dərəcəsinə
görə bu, üsyan idi – ilk cəhd idi ki, “çar” Kannonun əvvəlcədən qeyri-məhdud
hakimiyyətini məhdudlaşdırsın! Lakin Norris israr edirdi ki, onun bütünlüklə
arzuladığı yalnız düzgün təhqiqatın aparılmasıdır, heç də administrasiyanın
düzəltdiyi bir şeyin qəbul edilməməsidir. Pinçot tərəfdarları Respublikaçıların
üsyançı yoldaşlarına və xüsusilə bütün Demokratlara qoşularaq o, düzəlişin 146
səsə qarşı azacıq səs çoxluğu və ya 149 səslə qəbul olunmasına nail olmuşdular.
Bu qüdrətli Spikerin heç vaxt ağrısını çəkmədiyi, ilk dəfə olaraq yerinə
oturdulması idi və o, and içdi ki, bunu heç vaxt unutmayacaqdır. Lakin Corc Norris
üçün təhqiqat qətnaməsi üzrə qələbə yalnız ilkin addım idi. Çünki köhnəlmiş qara
pencəyinin döş cibində illərlə əvvəl layihəsi hazırlanmış bükülü qətnamə var idi –
qətnaməyə görə Nümayəndələr Palatası Spikerdən daha çox Qaydalar Komitəsinin
özünün üzvlərini təyin etməli idi, bu komitə isə bütünlüklə palataya proqramı diqtə
edirdi və həm də ona bütövlüklə Spiker tərəfindən ağalıq edilirdi.
1910-cu ilin Müqəddəs Patrik günündə (Bu bayram martın 17-də qeyd edilir.
İrlandiya apostolu, orada missioner fəaliyyəti göstərmiş Müqəddəs Patrikin (385-
461-ci illər) xatirəsinə həsr olunur – tərcüməçi) Norris “çara” müraciətini etmək
üçün qalxdı. Yalnız bir neçə dəqiqə əvvəl, Kannon əhalinin siyahıya alınması
barədə qanun layihəsini öz kohortası (kohorta – qədim Romada legionun bir
dəstəsi idi, sonralar imperatorların devrilməsində və yenilərinin hakimiyyətə
gətirilməsində mühüm rol oynamışdılar – tərcüməçi) tərəfindən irəli sürülməsini
idarə etmişdi, bu, Konstitusiyaya görə üstünlük əldə etmək idi və qaydadan kənar
kimi qiymətləndirilə bilərdi, buna görə də sənəd əhalinin siyahıya alınmasını
onların öz əllərinə keçirməsinə imkan verirdi. Norris dedi: “Mister Spiker, mən
Konstitusiyanın üstünlük verdiyi qətnaməni təqdim edirəm”. “Centlmen onu
Dostları ilə paylaş: |