38
KONSİLİUM
05/2010
konsilium
T
oksikozların etiologiyasında
mərkəzi sinir sistemində
qabıq və qabıqaltı nüvələr
arasındakı müvazinətin
pozulması, bütün mübadilə
proseslərində, hormonal və immun
sistemdə dəyişikliklərin olması,
histouyğunsuzluq önəmli rol oynayır.
Erkən toksikoz
- hamiləliyin
ilk üç ayında baş verir, adətən 12-
ci həftəyə qədər davam edir, bəzi
hallarda isə 15-16-cı həftəyə qədər
də saxlanıla bilər. Erkən toksikozun
əksər kliniki formalarında dispeptik
pozğunluqlara və maddələr
mübadiləsinin dəyişilməsinə rast
gəlinir. Ona görə də hər üç hamilədən
ikisi mədə nahiyəsində ağırlıqdan,
ürəkbulanma, qusma, normadan artıq
ağız suyu ifrazından (hipersalivasiya),
müəyyən qida məhsulları və qoxulara
olan ikrah hissindən əziyyət çəkir.
Bəzi hamilələrdə bu hal daimidir,
bəzilərində isə yalnız səhərlər yaxud
qida qəbulundan sonra baş verir.
Erkən toksikozun əsas növü
olan hamiləlik qusmaları
ağırlıq
dərəcəsinə görə 3 cür olur: yüngül, orta
və ağır dərəcəli hamiləlik qusmaları.
Qusma hamiləlik toksikozunun ən
çox rast gəlinən kliniki forması olub,
qida qəbulu ilə əlaqədar deyil. Bu
zaman iştahın pozulması, ümumi
zəiflik, dadbilmə və qoxu hisslərinin
dəyişilməsi müşahidə edilir.
Erkən toksikozun yüngül
formasında qusma
- gün ərzində 4-5
dəfəyə qədər təkrar olunur. Xəstənin
ümumi vəziyyəti qənaətbəxş olur, lakin
bəzən adinamiya və apatiya müşahidə
olunur. Hemodinamik göstəricilər
dəyişilmir, diurez saxlanılır.
Orta ağırlıqlı formasında isə
qusma
- gün ərzində 10 dəfə və daha
çox olur. Nəticədə orqanizmdə bir
sıra dəyişikliklər : bədəndə mayenin
azalması, çəkinin 3-5 kq – a qədər
itməsi, dərinin avazıması, quruması,
bədən hərarətinin subfebril (37.5 C- ə
qədər) olması, hipotoniya və nəbzdə
taxikardiyaya meyillik (90-100 vurğu/
dəq), qəbizlik, diurezin azalması
izlənilir.
Erkən toksikozun ağır formasında
qusma
- aramsız formada olur. Qusma
gün ərzində 20 dəfə və daha çox ola
bilər. Bu zaman həyati vacib orqan və
sistemlərdə dəyişikliklər olur və bütün
mübadilə prosesləri (karbohidrat -
yağ, su-duz və elektrolit ) pozulur və
asidoz inkişaf edir. Bəzən qaraciyər,
böyrəklər və digər orqanlarda distrofik
dəyişikliklər baş verir. Xəstədə
adinamiya, gücsüzlük, başağrısı,
başgicəllənmə, çəkinin itməsi, hərarətin
38 C-ə qədər artması, nəbzi 100-120/
dəq, dərinin turqorunun azalması,
dilin, ağzın quruması, ağızdan aseton
iyinin gəlməsi, taxikardiya, hipotoniya,
diurezin azalması, sidikdə-zülal,
silindruriya, asetonuriya müşahidə
edilir.
Qusmanın diaqnozunu qoymaq
çətinlik törətmir. Ağırlıq dərəcəsini
müəyyən etmək üçün qanın və
sidiyin ümumi analizi ilə bərabər
qanda bilirubinin, qalıq azot, sidik
cövhəri, hemotokrit, zülal fraksiyaları,
elektrolitlər və s. təyin edilməlidir.
Müalicəsində:
yüngül formada
müalicə ambulator da aparıla bilər.
Qida yüngül mənimsənilən və
vitaminlərlə zəngin və müxtəlif
çeşidlərdə olmalıdır. O, az porsiyalarla
ilıq şəkildə qəbul olunmalıdır.
Medikamentoz terapiyada mərkəzi sinir
sisteminin funksiyasını tənzimləyən
və qusma mərkəzini blokada edən
preparatlardan, intoksikasiya əleyhinə
infuziyalardan geniş istifadə olunur.
Xəstə bütün mənfi emosiyalardan
təcrid edilməlidir. Reflektor qusmanın
qarşısını almaq üçün hamilə ayrıca
palatada yerləşdirilməlidir. Toksikozlar
zamanı hestasiya müddətinin az
olmasını nəzərə alaraq müalicədə
dərman preparatlarından az istifadə
olunmalı və bu zaman üstünlük qeyri
- medikamentoz vasitələrə verilməlidir
(elektroanalgeziya, akupunktura,
psixo və ginnoterapiya). Rehidratasiya
məqsədilə kristalloidlərdən (Ringer-
Lokka, Trisol, Xlosol), infuzion
terapiya və vitaminlərdən istifadə
olunur.
Hamİləlİk
toksİkozları
t.e.n. A.SƏFƏRƏLİYEVA,
atU-nun ııı mamalıq ginekologiya
kafedrasının dosenti
Hamıləlık toksıkozUna və Hestozlara - yalnız hamiləlik
ilə əlaqədar meydana çıxan və onun başa çatmasından sonra aradan qalxan
patoloji vəziyyət aid edilir. Bu patoloji vəziyyət hamiləliyin birinci yarısında
müşahidə edilərsə erkən toksikoz, hamiləliyin ikinci yarısında müşahidə
edilərsə “hestoz” adlanır. Bundan əlavə toksikozların nadir təsadüf edən
formaları var ki, bunlara da hamiləlik dermatozları, bronxial astma, tetaniya,
hepatopatiya (toksiki), osteomalyasiya və s. aiddir. Bu xəstəliklər hamiləliyin
həm birinci, həm də ikinci yarısında ortaya çıxa bilər.
05/2010
KONSİLİUM
39
konsilium
Gecikmiş hestozlar və ya
hamiləliyin ikinci yarısının
toksikozları
– mamalığın ən ağır
patologiyalarından biridir, ana və döl
üçün arzuolunmayan nəticələrə gətirib
çıxara bilər. Bu zaman mərkəzi və
vegetativ sinir, ürək-damar, endokrin
sistemlərinin, həmçinin bir sıra
mübadilə proseslərinin, immun cavab
və s. funksiyaların pozulması baş verir.
Ana ölümünün 20-25%, perinatal
xəstəliklərin 30%, perinatal ölümün
30- 40% səbəblərindən biri də gecikmiş
hestozlardır.
Gecikmiş hestozların 4 klinik
forması ayırd edilir:
Hamiləlik ödemi
•
Nefropatiya (yüngül, orta, ağır)
•
Preeklampsiya
•
Eklampsiya
•
Bu 4 klinik forma eyni bir
prosesin ayrı- ayrı mərhələləri
kimi nəzərdən keçirilə bilər. Bu
zaman hamiləlik ödeminə hestozun
başlanğıc və ya yüngül, eklampsiyaya
isə son və ya ən ağır mərhələsi kimi
baxmaq olar. Gecikmiş hestozların
patogenezinin əsasını damarların
spazmı, hipovolemiya, qanın reoloji
və koaqulyasion xüsusiyyətlərinin
dəyişməsi, su – duz mübadiləsinin
pozulması təşkil edir.
1
Hamiləlik ödemi
– hestozun
başlanğıc mərhələsidir, hamilələr
çox vaxt barmağından üzüyün çətinliklə
çıxmasını, ayaqqabılarının ayağına
dar olmasını qeyd edirlər. Bu zaman
xəstələrin ümumi vəziyyəti kafi olub,
əsas şikayətləri ödemlərin olmasından,
oliqouriyadan, bəzən isə ümumi
halsızlıqdan ibarətdir. Hamilələrdə
gizli ödemlərin olmasını aşkarlamaq
üçün onların mütamadi olaraq çəkiləri
müəyyənləşdirilməli və Makklyur -
Oldric sınağından istifadə olunmalıdır.
Diurezin hesabanması diaqnozu
aydınlaşdırmağa kömək edir.
2
Nefropatiya (yüngül, orta,
ağır)
– damar sisteminin
mikrosirkulyasiyasının pozulması və
bu prosesə bütün həyati vacib üzvlərin,
həmçinin fetoplasentar sistemin cəlb
olunması ilə müşahidə olunur. Bu
patologiya üçün üç əsas simptom
xarakterikdir: ödem, proteinuriya
(sidikdə zülalın olması), hipertenziya
(arterial təyziqin yüksəlməsi).
3
Preeklampsiya
- hestozun aralıq
mərhələsi olub, nefropatiya
əlamətlərinə mərkəzi sinir
sisteminin funksiyasının pozulması
(hipertenzion ensefalopatiya)
simpomlarının qoşulması ilə
müşahidə olunur. Xəstələr baş
ağrısından, görmənin pozulmasından,
epiqastral nahiyədə ağrılardan,
ürəkbulanma və qusmadan şikayət
edirlər.
4
Eklampsiya
– hestozun ən ağır
formasıdır. Bu zaman beyin
əlamətləri çox sürətlə inkişaf edir və
qıcolmalar müşahidə edilir. Qıcolma
zamanı gözün torlu qışasına, beyinə
və digər həyati vacib orqanlara
qansızmaların baş verməsi olur ki, bu
da nəticədə görmənin pozulmasına,
hətta xəstənin ölümünə gətirib çıxara
bilər.
Gecikmiş hestoz zamanı ana – cift
- döl qan dövranının pozulması dölün
bətndaxilində kəskin hipoksiyaya
məruz qalmasına, bətndaxili inkişafın
ləngiməsinə, ciftin vaxtından
əvvəl ayrılmasına və bəzən DDL
sindromunun proqesivləşməsinə və
hətta ana bətnində ölümü ilə nəticələnə
bilər. Ümumiyyətlə, istənilən patologiya
vaxtında aşkarlanıb düzgün müalicə
olunarsa, daha ağır formalara kecməz,
ana və döl ücün təhlükə yaranmaz.
Klinikada son zamanlar ana və
perinatal ölümlərin sayını azaltmaq
məqsədilə damar patologiyalarının
qarşısını alan, eyni zamanda qaraciyərin
dezintoksikasion funksiyasını bərpa
etmək və qusma mərkəzini blokada
etmək məqsədilə hepatoprotektor
kimi ənginar tərkibli
Vita - Art
preparatından geniş istifadə olunur.
Mamalıq praktikasında İtaliyanın
ESİ zavodunun istehsalı olan bitki
tərkibli
Vita - Art preparatı tətbiq
olunmuşdur.
Vita - Art ənginar
yarpaqlarının quru ekstaktından
hazırlanan müalicəvi dozalı
fitopreparatdır.
Vita - Art-ın
tərkibindəki ənginar ekstraktı
bir sıra bioloji fəal maddələrlə
zəngindir. Buna gürə də Vita - Art
preparatının tərkibindəki ənginar
geniş müalicəvi xüsusiyyətlərə
malikdir:
Böyrək - qan dövranını və
•
qlomerulyar - yumaqcıq filtrasiyasını
normallaşdırır.
Mülayim kalium qoruyucu diuretik
•
kimi təsir göstərir .
Azot mübadiləsinin son
•
məhsullarının və qaraciyərin
detoksikasiya məhsullarının
orqanizmdən xaric olmasını
göcləndirir.
Sidik ifrazını artırır, arterial təzyiqi
•
normallaşdırır.
Damar divarı və höceyrə
•
membranının keçiriciliyini
normallaşdırır.
Orqanizmdə maddələr mübadiləsini
•
normaya salır.
Hepatoprotektiv və ödqovucu təsir
•
göstərir.
Qüvvətli antioksidantdır– hüceyrəni
•
sərbəst radikalların aqressiv
təsirindən qoruyur .
Cift – döl qan dövranını yaxşılaşdırır,
•
oksigen axının indeksini sürətləndirir.
Bu baxımdan Vita - Art preparatı
erkən və gecikmiş hestozların,
fetoplasentar çatışmazlığın, hamiləlik
nefropatiyasının müalicəsi və
profilaktikasında, dölün hipoksiyası və
hipotrofiyası hallarında təyin olunur.
Tərkibindəki ənginar ekstraktının
miqdarına görə gün ərzində 1 həb 2 - 3
dəfə olmaq şərtilə təyin edilir.