38 Yeni dövr Tarix və onun problemləri



Yüklə 61,99 Kb.
Pdf görüntüsü
tarix20.03.2018
ölçüsü61,99 Kb.
#32673


38                                                                              Yeni dövr 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

 

FƏXRI VALEHOĞLU (HACIYEV) 

AMEA Tarix İnstitutunun dissertantı 

E-mail: haciyevf@yahoo.com 

 

1806-1812-cı İLLƏR TÜRK-RUS MÜHARİBƏSİ VƏ QARAPAPAQLAR 

 

Açar sözlər: Qara bəy, qarapapaqlar, türk-rus müharibəsi, hərb tarixi 

Ключевые слова: Кара бек, карапапахцы, турецко-русская война, военная история 

Key words: Kara bey, Karapapakhs, Turkish-Russian war, Military history 

 

1806-cı ilin dekabrında rusların Osmanlı  İmperiyasının Balkan yarımadasındakı  ərazi-



lərinə  –  Moldova  (Boğdan)  və  Valaxiyaya  (Eflak)  qoşun  yeritməsi  həmin  il  dekabrın  30-da 

Rusiya-Osmanlı müharibəsinin başlanmasına səbəb olur. 

Qacar  dövləti  ilə  müharibənin  (1804-1813-cü  illər  rus-qacar  müharibəsi)davam  etmə-

sinə baxmayaraq, bəzi rus generalları Balkanlarda başlanmış rus-türk döyüşlərini ermənilərin 

təhriki  ilə  Anadoluya  da  keçirməyə,  bununla  da  Qafqazda  ikinci  cəbhə  xəttinin  açılmasına 

cəhd  edirlər  və  buna  nail  olurlar.  Böyük  bir  hərbi  birləşməyə  başçılıq  edən  general  P.Nes-

vetayev  Gürcüstan  və  Dağıstanda  baş  komandan  təyin  edilmiş  qraf  İ.Qudoviçə  1807-ci  ilin 

başlarında yazdığı raportunda Qars ermənilərinin rus qoşunlarının yolunu səbirsizliklə gözlə-

diyini vurğulayıb, onu Osmanlı torpaqlarına daxil olmağın zəruriliyinə inandırmağa çalışırdı. 

Qudoviçin  razılığını  aldıqdan  sonra  isə  ilk  öncə  öz  nümayəndələrini  Qars  paşası  Məmməd 

Paşanın  hüzuruna  göndərib,  ona  könüllü  surətdə  Rusiyanın  himayəsi  altına  keçməyi  təklif 

edir. İstədiyi cavabı ala bilməyən Nesvetayev 23 fevral 1807-ci ildə Məmməd Paşaya və onun 

qardaşı, Qars qarapapaqlarının

  başçısı  Qara bəyin  (Qara  Mahmud  bəyin)  hərəsinə  ayrı-ayrı-



lıqda məktub göndərib onları rus qoşunlarının sərhədi keçəcəyi təqdirdə müqavimət göstərmə-

mələrinə  əzizləyərək,  şirindillə  razı  salmağa  səy  göstərir  (Bu  məktubların  tam  mətninə  bax: 

Qafqaz Arxeoqrafiya Komissiyasının tərtib etdiyi aktlar, III cild, s.598-599). Əvəzində Məm-

məd  Paşa  rusların  gözlənilən  hücumundan  müdafiə  olunmaq  üçün  İrəvan  xanı  Hüseynqulu 

xandan kömək istəyir. Qara bəy isə qardaşı Təkəl ağa ilə birlikdə 400 piyada və 300 süvarinin 

müşayiətində Şürəgəlin sərhədə yaxın kəndlərinə gəlir və bu kəndlərin əhalisini təhlükəsizlik 

məqsədilə Qarsın iç bölgələrinə köçürür.  

Nesvetayev 5 martda Məmməd Paşa və Qara bəyə daha bir məktub göndərib, bəlli tək-

lifini onlara bu dəfə artıq hədə-qorxu gələrək qəbul etdirmək istəyir. Cavab məktubunda Qara 

bəy savaşa hazır olduğunu bildirir. Rus qoşunları sərhədə düzülür. Türkiyəyə hərəkət edəcək 

Saratov muşketyor polku, Qafqaz qrenadyor alayının batalyonları (qraf Simoniçin rəhbərliyin-

də),  Troitsk  muşketyor  alayı,  Qafqaz  artilleriya  briqadası  və  2  kazak  alayına  ümumi  koman-

danlıq general Nesvetayevə həvalə olunur.  

Ruslar 1807-ci il 16 martda Anadolu istiqamətindən turk sərhədini pozub keçirlər. Qa-

rapapaq  Qara  bəy  həmin  gün  1000  nəfər  piyadayla  Baş  Şürəgəl  kəndinin  qalasında  və  kənd 

ətrafındakı istehkamlarda mövqe tutur. Rus qoşunları Baş Şürəgəli mühasirəyə alır. Kəndi dö-

yüşsüz təhvil vermə təklifinə qəti rədd cavabı aldıqdan sonra ruslar dörd bir tərəfdən hücum 

edərək onu zəbt edir. Qara bəy öz dəstəsiylə sahibi olduğu Mağazberd kəndinə çəkilir. 

                                                             



 Qarapapaqlar – azərbaycanlıların subetnik qrupu. 




Yeni dövr                                                                         

39

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

25 martda, rus ordu birlikləri birbaşa Qarsa doğru istiqamət götürərkən, yol qırağındakı 

dərədən onlara Qara bəyin minnəfərlik dəstəsi hücum edir. Qara bəy bu hücumla rusların ordu 

bölmələrini  ikiyə  parçalamağa  cəhd  etsə  də,  bu,  mümkün  olmur.  Səhərisi  gün,  26  martda 

Yeniköy tərəfdə o, öz süvariləri ilə düşmənə daha bir neçə hücum edir. Bu hücumlar nəticə-

sində rus əsgərlərinin 32-si öldürülür, 27-si isə yaralanır [1, s.604].6 apreldə Qara bəylə Nes-

vetayevin daha bir toqquşması olur.  

Nesvetayev Qarsın 10000 silahlı şəhər sakini tərəfindən 60 topla qorunduğunu və qala 

divarları ikiqat olduğu üçün rusların şəhərə girmək istəyəcəyi təqdirdə çox itki ilə üzləşəcəyini 

öncədən bilirdi. Buna baxmayaraq, o,Ərzurumdan şəhər sakinlərinə hərbi yardım yetişənə ki-

mi Qarsı tutmaqda israrlı idi. Ruslar Qarsa etdikləri hücumda əvvəlcədən gözləndiyi kimi, bö-

yük itkilər verərək elə şəhərin kənar məhəllələrindəncə geri atıldılar. Bundan sonra Ərzurum 

paşası,  səraskər  Yusuf  Paşa  Qarsa  Əli  Paşa  komandanlığında  2000  piyada  və  1000  süvari 

əsgər göndərir. Əli Paşa eyni zamanda Məmməd Paşanı tutduğu vəzifədə əvəz etməli idi. 

Qars paşası təyin edilmiş Əli Paşa ilk öncə Qara bəy və qardaşı Çahal bəyi, həmçinin 

Məmməd Paşanın iki oğlunu həbs etmək istəyir və bunun üçün onları aldadıb Qarsa gətirməyə 

cəhd  göstərir.  Ancaq  qardaşlar  Əli  Paşanın  əsl  niyyətini  başa  düşüb  tələyə  düşmürlər.  Çahal 

bəy və Qara bəyin oğlu Suli bəy 80 silahdaşı ilə Mağazberddə, Qara bəyin özü isə 2000 qara-

papaq  və  kürd  atlısıyla  Mağazberd  və  rus  sərhədi  arasındakı  kəndlərdə  möhkəmlənirlər  [1, 

s.610].  

9  mayda  səraskər  Yusuf  Paşa  3000  döyüşçü  ilə  Qarsa  gəlir  və  yubanmadan  ruslara 

qarşı  fəal  tədbirlər  görməyə  başlayır.  Buradan  Axısqa  paşalığına  1000  yeniçəri  göndərir. 

Məmməd  Paşa  və  Əli  Paşaya  əmr  edir  ki,  tabeliklərindəki  qoşunlarla  Baldərəvan  kəndində 

düşərgə salsınlar. Yusuf Paşa Qara bəyin sərbəst düşüncəli və məğrur bir komandan olduğunu 

bildiyi üçün, onu qarapapaqlardan ayırıb öz nəzarəti altında saxlamağı düşünür. Bunun üçün 

o,  Qara  bəyi  Qarsda,  öz  yaxın  ətrafında  vəzifələndirir.  Qara  bəy  dəstəsindəki  qarapapaqlara 

başçılıq etməyi qardaşı Çahal bəyə tapşırır. «Sevimliləri Qara bəy» Qarsda məskunlaşdıqdan 

sonra onun tabeliyindəki qarapapaqların bir qismi İrəvan xanlığına köç edir [1, s. 615]. 

Yusuf  Paşa  Qazax-Borçalı  qarapapaqlarını  öz  tərəflərinə  çəkmək  üçün  də  müəyyən 

işlər görür. O, bu məqsədlə əvvəlcə Borçalı Molla Vəli, sonra da 1799-cu ildə Qazax mahalı-

nın Xanlıqlar kəndindən Qarsa köçmüş Əbdüləzim vasitəsilə borçalılara və qazaxlılara müra-

ciətlər  göndərib,  onları  ruslara  qarşı  qiyama  səsləyir.  Bundan  başqa  Yusuf  Paşa  İrəvanlı  Hü-

seynqulu  xanı  qarapapaqları  üsyana  qaldırmaq  məqsədilə  birləşib,  ortaq  qüvvələrlə  rusların 

nəzarətindəki  2  bölgəyə  –  Pəmbəkə  və  Qazağa  (Göyçə  tərəfdən  Dilcan  dərəsini  keçərək) 

hücum etməyə çağırır. 

Artıq 1807-ci ilin may ayının sonlarında türk qoşunları Gümrü yaxınlığında idilər. Be-

ləliklə,  görülmüş  çevik  tədbirlər  nəticəsində  ruslar  türk  sərhədlərindən  tamamilə  sıxışdırılıb 

çıxarılmışdırlar. 

Həmin  ilin  yayında  Yusuf  Paşa  qarapapaqlar  üzərində  idarəni  Qara  bəydən  alıb  Qaya 

bəyə  tapşırır.  Bu  Yusuf  Paşayla  Qara  bəyin  arasının  dəyməsinə  və  sonuncunun  Naxçıvana 

köçməsinə səbəb olur. Qara bəyin qardaşları isə əvvəlki kimi Qars paşalığında qalırlar.  

Nesvetayev Qudoviçə ünvanladığı 26.XI.1807-ci il tarixli raportunda yazırdı: «Pəmbək 

vilayətinə icazəsiz keçdikləri üçün həbs olunmuş iki Qars  tatarının məsələsi ilə bağlı Mağaz-

berdli Şərif bəyə (Çox güman ki, bu Şərif bəy Qara bəydən sonra Mağazberdin sahibinə çev-

rilmiş və 1828-29-cu illər rus-türk savaşında qarapapaq süvarilərinə başçılıq etmiş Şərif ağadır 

– F.V.) öz adamım vasitəsilə arayış göndərdim. Göndərdiyim adam qayıdanda xəbər gətirdi ki, 




40                                                                              Yeni dövr 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Yusuf  Paşa  Ərzurumdadır  və  o,  şahzadədən  (qacar  şahzadəsindən  –  F.V.)  İrəvan  bölgəsində 

yaşayan Qara bəyi onlara verməsini tələb edibdir» [1, s.618]. 

1807-ci  ilin  avqustunda  Fransanın  vasitəçiliyi  ilə  Rusiya  və  Osmanlı  barış  haqqında 

andlaşırlar. Bu andlaşma 1809-cu ilin mart ayınadək davam edir. Bu zaman aralığında osman-

lılarla ruslar arasında hərbi əməliyyatlar səngisə də, Osmanlı qarapapaqları rus ordusuna ziyan 

yetirməyə davam edirdilər. Nesvetayevin canişin-başkomandan Qudoviçə 26 avqust 1807-ci il 

tarixli məktubundanGümrü yaxınlığındakı Tapanlı və Qoçqant kəndlərinə qarapapaqların bas-

qını nəticəsində 7 erməninin öldürüldüyü bəlli olur.  

Hər iki ölkənin sərhəd ərazilərində qarət məqsədli həmlələr da səngimək bilmirdi. Qu-

doviç Ahıska paşalığı ərazisindən rus hüdudları daxilindəki “tatar” bölgələrinə əsasən paşalığa 

sığınmış  dağıstanlılar  tərəfindən  tez-tez  edilənsoyğunçu  hücumların  qarşısını  almaq  üçün 

müəyyən tədbirlərə əl atır. O, ilk növbədə cavab addımı kimi, Borçalı və Qazax “tatar”larına 

Ahıska  paşalığının  sərhədyanı  kəndlərinə  talan  məqsədli  yürüşlər  etməyə  icazə  verir,  amma 

qəti  şəkildə  tapşırır  ki,  bu,  Ahıska  paşalığının  kəndləri  ilə  məhdudlaşsın  və  Qars  paşalığına 

toxunulmasın. Buna baxmayaraq, 1808-ci ilin may ayında Borçalının Sarvan kəndinin sakin-

ləri Qars paşalığının Kultaas kəndinə hücum edib 200 buynuzlu mal, 58 madyan aparırlar. Bu-

nunla bağlı Qudoviç dərhal Borçalı idarəçisi knyaz Eristova məktub ünvanlayıb yalnız Axal-

sıx paşalığına, o da ləzgilərin oğurladıqlarını qaytarmaq üçün girməyə izn verdiyini qeyd edir 

və  borçalılara  Qars  paşalığına  qarət  məqsədilə  daxil  olmağı  qadağan  etdiyini  vurğulayır  [1, 

s.225].  

İ.V.Qudoviç xarici işlər naziri qrafN.P.Rumyantsevə 1808-ci il 6 iyulda yazdığı rəsmi 

məktubda Axalsıx paşalığının tərkibinə daxil olan Çıldır qarapapaqlarının sərhədi pozub Şürə-

gəldən alay və artilleriya atları apardığını qeyd edirdi.  

1808-ci ilin 15 iyulunda 200 nəfərdən ibarət “qarapapaqlar adlandırılan Ahıska paşalı-

ğının tatarları” Tsavkisi kəndinə hücum edib 1200 qoyun, 103 buynuzlu mal, 5 uzunqulaq və 1 

at aparırlar. Yerli mülkədarların başçısı knyaz Baratovun başçılıq etdiyi gürcülər onları təqib 

edib mal-qaranı qaytarmağa cəhd göstərsələr də, bu mümkün olmur [1, s.588]. 

Bu arada Yusuf Paşa Abdul Paşanı Qars paşası təyin edir. Qara bəy Abdul Paşaya tabe 

olmaqdan imtina edir. Ruslarda da kadr dəyişiklikləri həyata keçirilir. 1809-cu ilin fevralından 

general İ.V.Qudoviçi canişin vəzifəsində general A.P.Tormasov əvəz edir. 

Bu  dövrdə  türklərin  öz  aralarındakı  qarşıdurma  getdikcə  güclənir.  Qars  Paşası  Abdul 

Paşa yazılı surətdə ruslara Qara bəylə döyüşə hazırlaşdığını bildirir və onlardan pəmbəklilərin 

və şürəgəllilərin sərhədi keçib Qara bəyə yardım etmələrinin qarşısını almağı xahiş edir. Tor-

masov isə öz növbəsində Qara bəyin Abdul Paşa və Ərzurum səraskəri ilə düşmən münasibət-

də olmasından bəhrələnib onu və tabeliyindəki qarapapaqları öz himayəsi altına keçirmək istə-

yir. Bunun üçün o, mayor Kananovu 1809-un aprelində qarapapaq kəndxudaları ilə görüşmək, 

onları Rusiyaya köçmək üçün yola gətirmək və ümumi vəziyyətlə yaxından tanış olmaq məq-

sədilə Qarsa ezam edir. Qars səfərindən qayıdan Kananov Tormasova raport yazaraq qarapa-

paqların Qara bəyə sadiq olduqlarını, ancaq onların 5 nüfuzlu ağalarının paşanın yanında girov 

saxlandığı  üçün  paşaya  qarşı  açıq-aşkar  üsyan  edə  bilmədiklərini  qeyd  edir,  qarapapaqların 

Rusiyaya köçmək məsələsinə gəldikdə isə onların cavab vermək üçün 12 gün vaxt istədiklərini 

və müsbət cavab verəcəkləri təqdirdə yalnız Loru düzündə məskunlaşmaq arzusunda olduqla-

rını bildirir [1, s.778-779]. Fəqət Ərzuruma yeni səraskərin təyin edilməsi Qara bəyin sakitləş-

məsinə səbəb olur. Bununla da Qars qarapapaqlarının Loruya köçməsi barədə danışıqlar təbii 

olaraq dayandırılır. 




Yeni dövr                                                                         

41

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

1809-cu  il  16  noyabrda  ruslar  Poti  qalasını  ələ  keçirir  və  1808-ci  ildə  onlara  qarşı 

qiyam qaldırmış İmeretiya çarı II Solomonu əsir götürürlər.  

1810-cu ilin yay aylarında İrəvan xanı Hüseynqulu xan Qara bəy başçılığındakı qarapa-

paqlarla  və  Hüseyn  xan  başçılığındakı  kürdlərlə  birləşib  Açıqbaşa  (İmeretə)  hücum  etmək 

istəyir. Bu məqsədlə o, böyük bir qoşunla Axısqaya tərəf istiqamət götürür. Avqustun 8-i gecə 

yarısı saat 8-də İrəvan sərdarı və qarapapaqların birləşmiş dəstələri piketlər qurmaq üçün yola 

çıxmış rus bölmələri ilə qarşılaşırlar. Aralarında baş vermiş döyüşdə 5 rus əsgəri ölür, 4-ü isə 

itgin  düşür.  18  avqustda  Qara  bəyin  göndərdiyi  qarapapaq  atlıları  Gümrüyə  gələrək  oranın 

post rəisindən Arpaçay yaxınlığındakı tarlalarda işləyərkən ruslar tərəfindən incidilməyəcəklə-

rinə dair yazılı təminat istəyirlər. Qarapapaqlar eyni məsələ ilə bağlı İrəvan sərdarına da mü-

raciət edirlər. 

Canişin  general  Tormasovun  yazışmalarından  həmin  ilin  avqustunda  89  Borçalı  qara-

papağının «məşhur qaçaq» Təhmasibqulunun başçılığı altında  Axısqa hüdudundan Borçalıya 

qayıdarkən  rus  yeger  alayının  əsgərləri  ilə  atışdığı  bəlli  olur.Məsələ  ilə  bağlı  Tormasov 

Gürcüstan idarəçisi general-mayor F.İ.Axverdova 17 avqustda məktub yazaraq, bu 89 nəfərin 

hamısının  tutulub  cəzalandırılmasını  əmr  edir.  Amma  tez  bir  zamanda  26  avqust  1810-cu  il 

tarixli  məktubu  ilə  hələlik  fikrini  dəyişdirdiyini,  yalnız  bu  işin  əsas  təşkilatçısı  Təhmasibqu-

lunun  hərbi  məhkəməyə  verilməsi  məqsədilə  tezliklə  tutulub  Tiflis  komendantlığına  təhvil 

verilməsini  istəyir,  digər  iştirakçılara  isə  başqa  ailələri  də  yanlarına  qoşub  xaricə  gedə 

biləcəklərindən  ehtiyatlanaraq  müvəqqəti  olaraq  toxunmamağı  tapşırır  [2,  s.  480].  Tormasov 

Axverdova yazdığı başqa bir məktubda eynilə Osmanlıya və ya Qacar İranına keçə bilmələri 

ehtimalından  irəli  gələrək,  dağlarda  köç  edən  Qazax  və  Şəmşəddil  “tatar”larının  ən  hörmətli 

və  köklü  nəsillərindən  amanatlar  götürməyi,  hakimiyyətlərinə  ən  sədaqətlə  xidmət  edənləri 

isə, borçalılar da daxil olmaqla mükafatlandırmağı tapşırır. 

Rəsmi  yazışmalardan  göründüyü  kimi,  həm  İrəvan  sərdarı,  həm  də  canişin  Tormasov 

əməksevər və mərd Osmanlı qarapapaqlarını öz himayələrindəki ərazilərə köçürmək üçün çox 

çaba sərf edirdilər. General Tormasov 31 avqustda general Portnyaginə verdiyi təlimatda ya-

zırdı:  «Mayor  Kananovdan  və  yaxud  sizin  daha  məqsədəuyğun  hesab  etdiyiniz  başqa  bir 

adamdan istifadə edərək, qarapapaqları öz ailələri ilə bizim ərazilərdə məskunlaşmalarına razı 

salmağa  cəhd  edin.  Mənim  adımdan  söz  verib  onları  inandırın  ki,  əkinçilik  və  heyvandarlıq 

üçün ən əlverişli torpaqlarla təmin olunacaqlar, təhlükəsizliklərini ordu hissələrimiz qoruyacaq 

və  5  il  ərzində  onlara  hər  bir  sahədə  güzəşt  ediləcək»  [2,  s.734].  Portnyagin  canişinin  sərən-

camını yerinə yetirmək üçün fəaliyyətə keçsə də, heç bir şeyə nail ola bilmir. O, Tormasova 4 

sentyabr 1810-cu ildə hazırladığı raportda yazırdı ki, bütün çalışmalarına rəğmən, qarapapaq-

lar  onların  tabeliyindəki  torpaqlara  köçməyə  qətiyyətlə  razılaşmırlar  və  əksinə,  İrəvan  sər-

darına əvvəlkitək, mütəmadi olaraq azuqə göndərirlər. 

1810-cu  il  26  sentyabrda  Cavaxetdə  qacar  dəstələrini  məğlubiyyətə  uğradan  general 

Kotlyarevskinin başçılığında rus hərbi birlikləri qəflətən Axalkələk qalasındakı türk qarnizo-

nuna hücum edir və qalanı ələ keçirir.  

1811-ci ildə ruslarla türklər arasında döyüşlər Balkan cəbhəsində davam edir.  

21  fevral  1812-ci  ildə  Ahısqalı  Şərif  paşa  rusların  diqqətinin  həmin  dövrdə  Qaxetdə 

alovlanmış  xalq  üsyanına  yönəlməsindən  istifadə  edərək,  Axalkələyi  geri  qaytarmaq  fikrinə 

düşür və bu məqsədlə böyük bir qoşunla Axalkələk qalasına hücuma keçir. Ancaq uğur qazana 

bilmir. 

Bu  rus-türk  müharibəsi  1812-ci  il  16  mayda  imzalanmış  Buxarest  sülh  müqaviləsi  ilə 

başa çatır. Müqavilənin şərtlərinə görə, ruslar Moldova və Valaxiyadan çəkilməli, osmanlılar 



42                                                                              Yeni dövr 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Bosniya  və  Valaxiyadan  iki  il  vergi  almamalı  və  Serbiyaya  daxili  işlərdə  özgürlük  verməli, 

Dunay çayında həm Osmanlı, həm də Rusiya gəmiləri sərbəst hərəkət etməli, Prut və Dunay 

çayının  sol  sahilləri  iki  ölkə  arasında  sərhəd  kimi  qəbul  edilməli,  Bzıb  və  Rion  çayları 

arasındakı Qara dəniz sahilləri (Abxaziya, Meqreliya və Quriya torpaqları) və Prut ilə Dnestr 

çayları  arasındakı  ərazilər  (Bessarabiya)  Rusiyanın  tabeliyinə  keçməli,bunun  əvəzindəAnapa 

qalası  da  daxil  olmaqla  Bzıb  və  Kuban  çayları  arasındakı  Qara  dəniz  sahilləri  (Çərkəzistan 

torpaqları), eləcə də Cənubi Qafqazda Poti və Axalkələk qalaları türklərə qaytarılmalı idi. 



 

Istifadə olunmuş ədəbiyyat: 

 

1.Акты, изданные Кавказской археогр. комиссией под ред. А.А.Берже(AKAK), т.III, 



Тифлис, 1869. 

2.AKAK, т. IV, Тифлис, 1870. 

3.Kurat A.N. Türkiye ve Rusya, Ankara, 1990. 

4.Kurat A.N. Rusya Tarihi: Başlangıcından 1917`ye kadar, Ankara, 2010. 

5.Мерников А. Г., Спектор А. А. Всемирная история войн, Минск, 2005. 

6.Урланис Б. Ц. Войны и народонаселение Европы, Москва, 1960. 

7.

Савваитов П.И. Взятие Анапы эскадрой Черноморского флота, под командою контр-



адмирала С.А.Пустошкина в 1807 году. СПб., 1851. 

8.Haluk F.G. Tarih Boyunca Türk-Rus İlişkileri, İstanbul 1968. 



 

ФАХРИ ВАЛЕХОГЛУ (ГАДЖИЕВ) 

диссертант Института Истории НАНА 

 

ТУРЕЦКО-РУССКАЯ ВОЙНА 1806-1812 ГГ. И КАРАПАПАХЦЫ 

 

Статья  посвящается  освещению  участия  карапапахцев  (субетническая  группа 

азербайджанцев)  Карсского  пашалыкства  под  предводительством  Кара  бека  в  боевых 

действиях  против  российской  армии  в  рамках  хронологии  происшедших  событий  на 

кавказском фронте русско-турецкой войны 1806-1812 гг. 

 

FAKHRI VALEHOGLU (HAJIYEV) 



dissertant of the Institute of History of ANAS 

 

TURKISH-RUSSIAN WAR OF 1806-1812 AND THE KARAPAPAKHS 

 

The article is dedicated to covering the participation of Karapapakhs (subetnic group of 



Azerbaijanis) of Kars pashalik led by Kara Bey in the fighting against the Russian army in the 

chronology  of  events  occurred  in  the  Caucasus  front  of  the  Russian-Turkish  war  of  1806-



1812. 

 

Rəyçilər: t.e.n.G.B.Useynova, t.e.d.Q.Ə.Əliyev 



Bakı Dövlət Universitetinin  Türk xalqları tarixi kafedrasının10 sentyabr 2013-cü il 

tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. № 1). 

Yüklə 61,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə