39. Azərbaycan profisian musiqisinin banisi. Üzeyir Hacıbeylinin həyat yaradıcıllıq yolu



Yüklə 52,56 Kb.
səhifə1/11
tarix20.05.2022
ölçüsü52,56 Kb.
#87394
  1   2   3   4   5   6   7   8   9   10   11
39,40,41,42,43,44,45,46,47


39. Azərbaycan profisian musiqisinin banisi. Üzeyir Hacıbeylinin həyat yaradıcıllıq yolu
40. Azərbaycan musiqisi. Tofiq quliyev və səud rüstemovun yaradıcıllığl
41. Azərbaycan m . Süleyman Ələsgərov, cahangir cahangirovun həyat yaradıcıllığl
42.azərbaycan klassik mus. Müslüm Moqamayev və Üzeyir Hacıbeyli
43 . Azərb. Musuqisi. Qənbər hüseynli və şəfiqə axundovanın həyat yaradıcıllğı
44. Azərb .klas musiqisi. Fikrət əmirov və onun simfonik muğamları.
45. Az musiqisi, Əfsər cavanşirov və oktay rəcəbov
46. Az. Xalq . Reqsleri
47. Az. Musiqisi. Arif Məlikov və Səid Rüstemovun həyat yaradlcıllığl

39. Ü.Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci ildə 18/ IX Şuşa yaxınlığında Ağcabədi kəndində anadan olmuşdur. Atası - ədəbiyyat sahəsində, anası Şirinbəyim xanım şairə (Natavanla dostluq etmişdir) musiqi sahəsində yüksək mövqe tutmuşlar və musiqiyə olan həvəsi anasından mənimsəmişdir. Ü.Hacıbəyov 7 yaşında ikən tarda və kamançada yaxşı çalırdı, muğamat oxuyurdu. Muğamatı o, dayısı Ağalar bəy Əliverdibəyovdan öyrənmişdi.


1897-ci ildə Ü.H. Şuşada olan iki illik rus-tatar məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə bitirən Ü.H. 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Qori seminariyası ibtidai siniflər üçün müəllim hazırlayırdı.
1904-cü ildə o, seminariyanı ibtidai sinif müəllimi kimi bitirir.
1904-cü ildə seminariyanı bitirdikdən sonra Bakıya qayıdır və Hadrut kəndində müəllimlik edir. İbtidadi sifinlərdə dərs deyərək şagirdlərdən ibarət xor kollektivi təşkil edir. Sonralar o, Bibi Heybətdə “Səadət” məktəbində azərbaycan və rus dillərindən, eləcə də nəğmə və hesab dərsi deyir.

Musiqimizin klassiki, opera sənətimizin banisi, dramaturq, pedaqoq və ictimai xadim olan Üzeyir Hacıbəyov həm də müasir Azərbaycan musiqişünaslığının əsasını qoyan görkəmli alim olmuşdur. O, uzun illər boyu xalq ınusiqisinin üzərində elmi tədqiqatlar aparmışdır. 1921-ci ildən mətbuat səhifələrində Ü.Hacıbəyovun milli musiqinin müxtəlif problemlərinə həsr olunmuş “Azərbaycanda musiqi inkişafı”, “Azərbaycanda musiqi həyatına bir nəzər”, “Azərbaycan türk xalq musiqisi haqqında”, “Şərq musiqisi və Qərb musiqi alətləri”, “Musiqidə xəlqilik”adlı məqalələri dərc olunmuşdur.


Onun elmi axtarışları “Azərbaycan xalq musiqisinin əsasları” adlı fundamental əsərdə tamamlanmışdır.
XX əsr Azərbaycan musiqisi.
Bu dövrün təməlini dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, pedaqoq, musiqi-ictimai xadim, musiqişunas-alim və publisist Üzeyir Hacıbəyov (1885- 1948) qoymuşdur. Təhsilini Qori müəllimlər seminariyasında M.Maqomayev, S.S.Axundov, N.Nərimanov, Ə.Haqverdiyev və başqaları ilə birlikdə almışdır. Qori seminariyasının bitirdikdən sonra o, Bibiheybət qəsəbəsində müəllimlik edir. Burada Üzeyir bəy ilk hesab dərsliyini tərtib edir və M.V.Qoqolun “Şinel” povestini tərcümə edir.
Bir maarifçi-publisist kimi “Molla Nəsrəddin” jurnalında “Filankəs” ləqəbi ilə məqalələr çap etdirir.
Ü.Hacıbəyovun 1908-ci il yanvarm 25-də Bakıda tamaşaya qoyulmuş “Leyli və Məcnun” operası ilə ölkəmizdə bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. Bu səhnə əsəri ilə nəinki Azərbaycanda, hətta bütün Şərq aləmində ilk opera əsərinin bünövrəsi qoyulur. Əsərin sujetini XVI əsrin dahi şairi M.Füzulinin eyni adlı poeması təşkil edir “Leyli və Məcnun”dan sonima Üzeyir bəy “Muğam”operası janrına daha bir neçə dəfə müraciət etmiş, “ Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid Banu”, “ Əsli və Kərəm”, “Harun və Leyla” operalarını bəstələmişdir. Nəhayət, 1937-ci ildə Ü.Hacıbəyov Avropa operasının prinsipləri milli musiqinin üslubu ilə mükəmməl səviyyədə əlaqələndirərək xalq dastanı əsasında özünün şah əsəri- “Koroğlu” operasını yazır. Ü.Hacıbəyovun musiqi-səhnə əsərləri içərisində məhəbbət və xeyirxahlığı tərənnüm edən, cəhalətə qarşı çıxan “Ər və Arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi musiqi komediyaları xüsusi qeyd olunmalıdır. Onu da qeyd edək ki, “Arşın mal alan” Moskvada, Nyu-Yorkda, Parisdə, Londonda, Tehranda, İstanbulda, Qahirədə, Berlində, Varşavada, Sofıyada, Budapeştdə, Buxarestdə və s. şəhərlərdə tamaşaya qoyulmuşdur.
Əsər ilk dəfə ABŞ-da, daha sonra iki dəfə Azərbaycanda ekranlaşdırılmışdır.
Ü. Hacıbəyov həmçinin bir neçə kantatanın, xalq çalğı alətləri orkestri üçün “Cahargah” və “Şur’ fantaziyalarının, “Aşıqsayağı” triosu, bir sıra mahnıların, Nizaminin sözlərinə yazılmış məşhur “Sənsiz” və “Sevgili canan” romanslarının müəllifidir. Azərbaycan Respublikasının indiki, eləcə də keçmiş himnlərini də Ü. Hacıbəyov bəstələmişdir. İndiki Bakı Musiqi Akademiyası 1921-ci ildə məhz onun səyi nəticəsində yaradılmışdır. Ü. Hacıbəyov özü də burada dərs demiş, rektor vəzifəsində çalışmışdır.
Nəhayət, Ü. Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” adlı mükəmməl elmi əsərin müəllifıdir.

40.


Yüklə 52,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə