№4 Humanitar elml



Yüklə 95,23 Kb.

tarix16.08.2018
ölçüsü95,23 Kb.


31 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 



 

 

47.09. Ядябиййат тарихи УОТ 82(091) 

 

 

F.KÖÇƏRLİNİN ABDULLA ŞAİQƏ YAZILAN MƏKTUBLARI 

YARADICILIQ ƏLAQƏLƏRİNİN BİR NÖVÜ KİMİ 

 

A.R.

MİRZƏYEVA  

Bak

ı Dövlət Universiteti 

а_мирзойева @маил.ру 

 

M



əqalə Firudin bəy Köçərlinin Abdulla Şaiqə yazdığı məktublarının təhlilinə həsr olun-

muşdur. Bütün dövrlərdə məktublaşmanın əsas daşıyıcısı olan  funksiyalar müəyyən ictimai-

m

ənəvi məsələlərin,  ehtiyacların  aradan  qaldırılmasına,  həll edilməsinə,  bununla da məktu-

bun bir forma kimi sabitl

əşməsinə yardım etmişdir. Firudin bəy Köçərlinin Abdulla Şaiqə yaz-

dığı məktublar bu ədəbi şəxsiyyətlərin bir-biri ilə ünsiyyətinin bir forması kimi diqqəti çəkir. 

M

əktublaşma F.Köçərlinin ədəbi-ictimai fəaliyyətində müasirləri ilə əlaqə saxlamaq vasitəsi 

kimi mühüm rol oynayır. 

 

Açar sözl



ər: Abdulla Şaiq, Firudin bəy Köçərli, məktub, ədəbi əlaqələr, maarif, ədəbi 

mühit, ana dili 



 

Bütün dövrl

ərdə məktublaşmanın əsas daşıyıcısı olan funksiyalar müəy-

y

ən ictimai-mənəvi məsələlərin, ehtiyacların aradan qaldırılmasına, həll edil-



m

əsinə, bununla da məktubun bir forma kimi sabitləşməsinə yardım etmişdir. 

M

əktubun ədəbi-ictimai forması XIX əsrdən başlayaraq, daha da aktual şəkil 



almışdır. Bu dövrdə məktub  yaradıcılığına ədəbi forma kimi baxan ziyalılar, 

s

ənətkarlar  yetişmişdir.  Əgər «Kəmalüddövlə  məktubları»nı  epistolyar  ədəbi 



forma kimi M.F.Axundov z

əkasının məhsulu qəbulu etsək, onda yaradıcılıq ir-

si

nin  davamı  kimi  ədəbi varisliyin F.Köçərliyə,  A.Şaiqə,  Ü.Hacıbəyova və 



başqalarına qismət olması şübhə doğurmaz. M.F.Axundovdan sonrakı məktub-

laşma özünün bir çox dəyərlərinə görə yeni məzmun daşıyır. Ədəbiyyatşünas-

lıqda ictimai xadimlərin mətbuatda dərc edilərək ədəbiyyata daxil olmuş mək-

tub


ları, həmçinin məktub formasında yazılmış elmi, ədəbi və publisist əsərləri 

epistolyar 

ədəbiyyata daxildir (latınca epistola məktub deməkdir). Bu məktub-

laşma ilk növbədə ustadla şagird arasında olan yazışmadır, dostla dost arasında 

olan münasib

ətlərin davam etdirilməsində vasitədir.  

M

əktub bir-birinə yaxın insanların ünsiyyət vasitəsidir. Məktub yazışma-



sında, adətən, iki şəxs iştirak edir. Bunlar tərəf və qarşı tərəf adlanır. Tərəflər 

arasında  məktublaşmaya  olan  mənəvi  ehtiyac  onları  birləşdirir.  Bu,  Abdulla 




32 

Şaiqə yazılan məktublarda da belədir. Abdulla Şaiqə yazılan məktubların səbə-

bi onun mehriban insan olması, kiminsə ehtiyacına qayğı ilə yanaşma keyfiy-

y

əti, bir sözlə, böyük ürəyə sahib olmasında idi. Tərəf-müqabil üçün məktub 



alan o vaxt 

əziz  olur  ki,  o  şəxs  özünü  onda  tapır.  Bu  cəhətdən məktublara 

yana

şanda A.Şaiqin də ona məktub yazanlarla mənəvi birliyi, əqidə dostluğu, 



can  yoldaşlığı  üzə  çıxır.  Belə  məktublaşmalar  uzunömürlü  olur,  məktublar 

k

əsiləndə  məktub sahibi psixoloji cəhətdən dözümsüzləşir,  öz  sirdaşından 



narahat olur. Bu c

əhətdən Firidun bəy Köçərlinin məktubları  səciyyəvidir. 5 

dekabr 1908-ci il tarixli m

əktubunda o, Abdulla Şaiqdən üzr istəyir ki, onun 

m

əktubuna belə təxirlə cavab  yazır (1, 402). Eyni hissləri F.Köçərli 14 iyun 



1911-ci il tarixli m

əktubunda da ifadə edir. F.Köçərlinin çox yüksək mədəniy-

y

ətlə yazılmış digər məktubunda isə deyilir ki, «Sizdən çox təvəqqe edirəm ki, 



m

əndən rəncidəxatir olmayasınız ki, Sizin müşviqanə, həqiqi və səmimi qəlb 

il

ə yazılmış kağızın cavabını və göndərdiyiniz gözəl hədiyyənin rizamndliyini 



bel

ə təxirə saldım» (1, 411).  

Abdulla  Şaiqlə  F.Köçərli  arasındakı  ünsiyyətin səbəbindən görünür ki, 

m

əktub gecikəndə A.Şaiq F.Köçərlidən ötrü çox narahatlıq keçirirmiş. Başqa 



m

əktublara nisbətən, F.Köçərliyə məxsus məktublarda buna çox işarə vurulur. 

F.Köç

ərli başqa məktubunda üzrxahlıq edir ki, «Söz yoxdur ki, mənim qaram-



ca söyl

ənirsiniz və deyirsiniz ki, filankəs nə pis adamdır ki, kağıza cavab da 

yazmaq ist

əmir» (1, 413). 

F.Köç

ərlinin məktublarındakı  üzrxahlıqlar  onların  arasındakı  dostluğun 



ən dərin qatlarda olmasından xəbər verir. Məktublaşma bu ədəbi şəxsiyyətlərin 

bir-biri il

ə ünsiyyətinin bir forması kimi həmişə diqqət çəkmişdir. Məktublaş-

ma F.Köç


ərlinin ədəbi-ictimai fəaliyyətində müasirləri ilə əlaqə saxlamaq va-

sit


əsi  kimi  mühüm  rol  oynamışdır.  Onun  1884-1919-cu ilə  qədər  yazdığı 

m

əktublar 35 illik bir dövrü əhatə edir. Bu məktubların mövzuları ədəbiyyat, 



maarif m

əsələləri və  mədəniyyət sahələrini  əhatə  edir.  O,  Şaiqə  göndərdiyi 

m

əktubların birində yazırdı ki, «bizim bu əsrişumda ağzını açıb iki kəlmə söz 



danışmağa  da  izn  vermirlər. Görək bir vaxt olar bizim də  ağzımız  açılar, 

d

ərdlərimizi  açıq  söyləyərik» (8, 275). F.Köçərli bu məktublarla  A.Şaiqin 



yaradıcılığına  ciddi  təsir  etmişdir.  Onların  arasında  dostluq  1907-ci ildən 

başlamış, ailəvi yaxınlığa qədər davam etmişdi. Hətta Şaiq 1912-ci ildə bacısı 

Ruqiyy

ə, onun əri Mirzə  Tağı  F.Köçərlinin ailəsi ilə  birgə  Gürcüstanın 



M

əngilis  yaylağında  istirahət  etmişdi.  Bundan  sonra  onların  dostluğu  xeyli 

artmışdı. Onlar arasında möhkəm yaradıcılıq əlaqəsi var idi. A.Şaiqin Köçərli-

y

ə  göndərdiyi 24 məktubdan heç biri əldə  yoxdur.  A.Şaiq  onun  3  cildlik 



«Az

ərbaycan türklərinin ədəbiyyatı» kitabı ilə çox maraqlanar, onun nəşrində 

f

əallıq  göstərərdi.  F.Köçərli  ona  yazırdı  ki,  «məqsədim pul qazanmaq deyil, 



ancaq 

ədəbiyyatımıza cüzi xidmət etməkdir» (8, 276). A.Şaiq bu iş üçün, həm 

d

ə  Azərbaycan  ədəbiyyatının  zənginləşməsi  üçün  ona  materiallar,  Bakı 



naşirləri ilə əlaqə saxlayıb ədəbiyyatımıza aid nəşrləri göndərirdi. F.Köçərli də 

bu xidm


əti tarix üçün əhəmiyyətli hadisə hesab edərək 1912-ci il 14 sentyabr 


33 

tarixli m

əktubunda xüsusi qiymətləndirirdi.  Şaiqin  arxivində  Köçərlinin 13 

m

əktubu vardır. 



Onun F.Köç

ərliyə həsr olunmuş şeirləri də vardır. 1916-cı ildə «Doğru 

söz» q

əzetində  F.Köçərliyə  həsr  etdiyi  «İki  kötük,  yaxud  iki  familiyanın 



m

əhvi» poemasını çap etdirmişdi. F.Köçərli də öz məktubunda ona «Lütv edib 

«Doğru  söz»də  dostunuzu yad edibsiniz» deyə  ona minnətdarlıq  etmişdi. 

A.Şaiq öz dərsliklərində F.Köçərlinin məsləhətlərindən tez-tez istifadə edirdi, 

h

ətta 1958-ci ildə onun haqqında xatirə də yazmışdı. K.Talıbzadə qeyd edir ki, 



bu m

əktublar F.Köçərlinin ictimai-siyasi və  ədəbi  görüşlərini, eləcə  də 

Abdulla Şaiqin ədəbi-pedaqoji fəaliyyətinə münasibətini aydınlaşdırmaq üçün 

qiym


ətli sənədlərdir (8, 277). Bu məktublarda cəmiyyət, ədəbiyyat məsələləri, 

şairlərin  yaradıcılıq  meyllərinə  münasibət, çarizmin milli dilləri  sıxışdırması 

siyas

əti, müəllimlərin vəziyyəti və s. diqqət mərkəzində olurdu. 



O ill

ərdə F.Köçərli A.Şaiqin «Əsrimizin qəhrəmanları» romanını, pyes, 

hekay

ə və şeirlərini oxuyurdu. Ona  yazdığı məktublarda da bu haqda söhbət 



gedirdi. 26 may 1911-ci ild

ə Qoridən göndərdiyi məktubda F.Köçərli ədəbiy-

yat

şünaslığın qarşısında duran məsələlərdən, Şaiqin milli həyata baxışlarından 



danışılır.  O,  məktublarında  gənc  Şaiqə  realizmin  əsas xüsusiyyətlərini  başa 

salır, onu yerli-yersiz ərəb, fars, osmanlı sözlərini işlətməkdə tənqid edir, xalq 

dilind

ə yazmağa ruhlandırırdı. Məsələn, Köçərli Şaiqin «Dağlar sultanı» şeiri-



nin müv

əffəqiyyət  qazanmasının  səbəbini onun realizmə  sadiq qalmasında, 

şeiri  xalq  dilində  yazmasında  görürdü  və  məktubunda  şairin  həyatdan ilham 

almasını,  gördüyü  hadisələri real, təbii  şəkildə  qələmə  almasını  alqışlayırdı. 

F.Köç

ərli  Şaiqin  yaradıcılığında  ən  çox  onun  uşaq  ədəbiyyatı  ilə  maraqlan-



masını  çox  qiymətləndirirdi. O, öz müasirlərini  uşaq  ədəbiyyatı  nümunələri 

yarat


mağa çağırırdı: «Qeyd etmək lazımdır ki, uşaq yazıçıları və şairləri bizdə 

olmayıb və indi də yoxdur. Müasir şairlər bu sahədə nəinki yeni nəsilə kömək 

etmirl

ər, hətta kor-koranə türk şairlərini təqlid edərək, amansızcasına dilimizi 



korlayıb  ədəbiyyatımıza  yad  olan  ruhun  ünsürlərini gətirirlər.  İlk  dərsliklər 

üçün onların əsərlərindən hər hansı bir parçanı götürmək, bu, südəmər uşağa 

ç

ətin həzm olunan qatı bir yeməyin verilməsinə bərabərdir» (7, 316). 



A.Şaiq  Sabirin  ölümünə  və  yenicə  vəfat  etmiş  qadınına  həsr etdiyi 

«D

əftəri-hicran» və  başqa  mənzumələrdə  yaşanan  hissləri F.Köçərli «dəruni 



v

ə  pak hisslərin məhsulu» kimi qiymətləndirirdi. Bu məktubların  mövzuları 

müxt

əlifdir. Əgər onları qruplaşdırmış olsaq, onlarda ən qiymətli fikirlərin əks 



olunduğunu  göə  bilərik. Məsələn,  Şaiq  uşaqlar  üçün  dərslik  yaratmağa  da 

meylli olmuşdur. O, bu məqsədlə 1908-ci ildə 3 və 4-cü siniflər üçün dərslik-

l

ər tərtib edirdi. Bu həm də o vaxtlar dərsliklərin olmaması ilə bağlı idi. Şaiq 



d

ə cavan bir müəllim olaraq bu işi yerinə yetirməyə çalışırdı. F.Köçərli onun 

bu t

əşəbbüsünü yazdığı məktubda xüsusi olaraq alqışlayırdı, ona öz köməyini 



t

əklif edirdi, dərslikdə uşaq şeirləri ilə bağlı Sabirə müraciət etməsini məsləhət 

görürdü. V

ə  yazırdı  ki,  «Onun  dəxi təbi-səlim  olmağı  məlumunuzdur» (8, 

278). F.Köç

ərli Şaiqə göndərdiyi məktublarda ədəbi dili əcnəbi dillərin təsirin-




34 

d

ən kənar edilməsi,  ədəbi dil ilə  oxucu  arasında  ünsiyyətin  yaranması,  dili 



xalqa  yaxınlaşdırmağın  yollarını  izah  edirdi.  Bununla  əlaqədar F.Köçərli 

yazırdı: «Gülzar»da təlim və tədrisə layiq məlumat çoxdur. Belə ki, ali sinif-

l

ərdə oxuyan şagirdlərə ən yarar və ən münasib kitabdır. Xüsusən onun üçüncü 



hiss

əsi mənə  xoş  gəldi…» (8, 278). Tənqidçi kitab müəllifini bəzi nöqsan-

larına görə də tənqid edirdi. Onu bir tənqidçi kimi diqqətini cəlb edən dərslik-

l

ərdəki bəzi bədii  parçaların  dilinin  mürəkkəbliyi idi. 10 fevral 1913-cü ildə 



yaz

dığı məktubunda dərsliyin ikinci çapında belə dil xətalarının təmizlənməsi-

ni tövsiy

ə edirdi. 

F.Köç

ərlinin dil haqqında fikirləri 26 may və 14 iyun 1911-ci il tarixlə-



rind

ə  yazdığı  məktublarında  əks  olunmuşdur.  Məsələn, 14 iyun məktubunda 

ya

zırdı ki, «Dünyada hər şey gündən-günə tərəqqi tapdığı surətdə dili bir halda 



saxlamaq olmaz», 26 may tarixli m

əktubunda isə «Ana dilini yaxşı bilməkdən 

ötrü  lazımdır  Qasım  bəy Zakir, Molla Pənah  Vaqif,  İsgəndərağa  Şakir  kimi 

milli şairlərin əsərləri oxunsun» (8, 278). 

Şaiqlə  Köçərlinin məktublarında  «Azərbaycan türklərinin  ədəbiyyatı» 

kitabının yazılma prosesindən, neçə cilddən ibarət olacağından, onu təkmilləş-

dirm

əyin  yollarından,  çap  oluna  bilmə  imkanlarından,  Köçərlinin  ədəbiyyata 



göst

ərdiyi qayğıdan və s. danışılır. F.Köçərli Şaiqə göndərdiyi məktubda xalq 

dilinin h

ələ  yaxşı  öyrənilmədiyini,  onun  inkişaf  yollarını  nəzərdə  tutaraq 

yazırdı: «Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars 

v

ə ərəbə meyl və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri 



atıb,  əvəzinə  əcnəbi dillərin qəliz ibarələrini və  sözlərini  götürmüşük.  Və 

götürdüyümüz sözl

əri və  ibarələri  öz  dilimizin  şivəsinə  uyğunlaşdırmayıb, 

eyni  halı  ilə  dilimizə  qarışdırmışıq  və  naqabil pinəçilər kimi əlimizə  hər nə 

düşübsə  paltarımıza  yamamışıq»  (8,  172).  O,  məktubunda  A.Şaiqə  məsləhət 

görürdü ki, H.Z

ərdabinin «Əkinçi» qəzetinin nömrələrini oxusun. 

Abdulla Şaiqə yazılan məktubların bəzilərində dil və üslub məsələlərinə 

d

ə  toxunulur. Azərbaycan dilinin saflığı  uğrunda  mübarizə  aparan dövrün 



ziyalıları ərəb, fars, qəliz türk sözlərindən qaçmağı, onları yazıda işlətməməyi 

z

əruri hesab edirdilər. Buna baxmayaraq A.Şaiqə yazılan məktubların dili indi-



ki oxucu üçün q

əliz  sayılsa  da,  dövründə  başa  düşülən  olmuşdur. Təmiz dil 

uğrunda mübarizə aparan şəxsiyyətlərdən biri də A.Şaiq olmuşdur. O, özünün 

povest v


ə hekayələrinin dili ilə başqalarına da nümunə olurdu. Bunu əsas tutan 

M

əhəmməd Axundov A.Şaiqə yazdığı məktubunda həmin problemə toxunaraq 



yazır ki,  «Arzu edirəm  İstanbulda  «Türk  yurdu» məcmuəsinə Siz də məqalə 

ya

zasınız. Çünki diliniz sadə türk dilidir. Yeni çıxmış… qəliz ibarələr işlətmir-



siniz» (1, 389). 

Bu m


əktublarda dil və  üslub sözün həqiqi mənasında  problem  kimi 

əllifləri cəlb etmişdir. Dil məsələsinə xüsusi həssaslıqla yanaşan F.Köçərli 



A.Şaiqə məsləhət görürdü ki, «gələcəkdə yazdığınız nağıl və hekayələri daha 

da sad


ələşdirib  osmanlı  ibarələrinin  əvəzində  bizim öz sözlərimizi və  tərzi-

k

əlamı işlətsəniz, daha da yaxşı olar. «Yukarı» əvəzinə «yuxarı», «bakar» əvə-




35 

zin


ə «baxar», «akıtma» əvəzinə «axıtma», «bən» yerinə «mən» yazsanız daha 

da ovladır» (yaxşıdır) (1, 404). 25 may 1911-ci ildə Qoridən yazılmış bu mək-

tub Az

ərbaycan dilinin səlistliyinə,  saflığının  qorunmasına  həsr  olunmuşdur. 



Az

ərbaycan  dilinin  saflığı  uğrunda  mübarizə  aparan  A.Şaiqin  xidmətlərini 

F.Köç

ərli yüksək qiymətləndirir:  «Bu qisim sadə  dildə  yazılmış  və  malı  öz 



m

əişətimizdən  götürülmüş  əsərlər yenicə  başlayır  meydana  gəlməyə  və  bu 

yolda Sizin xidm

ətlərinizin qədrü qiyməti çoxdur» (1, 403). F.Köçərli A.Şaiq-

d

əki bəzi üslub xətalarını da qeyd edirdi: «Meşə içi gedirdi» - «meşə ilən» ya 



«meşə ilə» yazsanız yaxşı olar. Türk dilində meşə içi, səhra içi, düz içi gedirdi 

deyilmir; «Duman» c

əm siğəsində az işlənir və bir də «dumanlarla büründü» 

deyilmir,  «dumanlara  büründü»  deyilir;  «çayırlar  ilə»  deyilmir,  «çayırlara 

büründü» deyilir (1, 405). 

F.Köç


ərlinin 14 iyun 1911-ci il məktubundan  görünür  ki,  A.Şaiq  ilə 

F.Köç


ərli arasında dil məsələləri üzərində çoxlu müzakirələr getmişdir. F.Kö-

ç

ərli cavab məktubunda  yazır  ki,  «Kağızınızda  dilimiz  xüsusunda  etdiyiniz 



irad

ları qəbul edə bilmərəm. Əvvəla, dilimiz Siz zənn etdiyiniz qədər kasıb və 

f

əqir deyil. Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil, fars 



v

ə ərəbə meyl və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri 

atıb, əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük»; «Ərə-

bin c


əm siğəsi dilimizin evini yıxıbdır, «Əfkari-aliyyə», «düvəli-xaricə», «mə-

hafili-siyasiyy

ə», «miləli-müxtəlifə» və bu qisim hədd və hesabı olmayan ibar-

ələr deyilmi dilimizi çətinləşdirib,  dolaşıq  hala  salan?!»  (1,  406).  Ümumiy-

y

ətlə,  A.Şaiqə  yazılan  məktubların  dilini  və  üslubunu indiki dil normalarına 



gör

ə qiymətləndirmək imkanımız olsa, onların bəzilərinin indiki dil faktlarına 

heç uyğun gəlmədiyini də görə bilərik. Lakin bu məktubların dilini öz dövrü 

üçün  müt

ərəqqi  hadisə  hesab  etmək  olar.  Məktublar  sadə  cümlələrlə  ifadə 

olun


muşdur. 

F.Köç


ərlinin də məktublarında gerçəklik və dünyagörüşü təkcə yaradıcı-

lıq əlaqələrində yox, milli düşüncənin o zamankı problemlərinin həll olunma-

sında olan arzunu ifadə edir. F.Köçərli arzulayır ki, millətin təhsilli ziyalıları 

çox  olsun,  ana  dilind

ə  məktəb  kitabları  nəşr  olunsun,  bu  kitabların  dili  xalq 

dilinin  t

ələbatına  cavab  versin.  Köçərli  yazır: «Bizim  şüəranın  təlimi-ətfala 

dair 


əsərləri çox azdır, demək olar ki, heç yoxdur» (1, 402). Ədəbiyyatşünas 

rus 


şairlərinin əsərlərindən türkcəyə tərcümə üçün Abbas ağa Qayıbov Nazir 

t

əxəllüslü  şairə  müraciət  etməyi  A.Şaiqə  məsləhət  görür.  F.Köçərli  millətin 



g

ələcəyində  rolu  olan  yazıçı  və  şairləri  də  unutmur.  Xüsusilə  M.P.Vaqif, 

Q.Zakir, 

İsgəndər ağa Şair kimi el sənətkarlarının əsərlərinin xalqa çatdırılma-

sında iş görməyin zamanının çatdığını deyir. «Çifayda, bunlar da çap olunma-

yıbdır və bu əsərlərin çoxu itib-batıb, tərk olubdur. Ələ düşəni mən toplayıb 

bir qayda üzr

ə tərtib etmişəm» (1, 404). 

F.Köç

ərlini düşündürən bir məsələ də milli gerçəkliyə birbaşa bağlı olan 



t

əhsil, tədris məsələləridir. O, A.Şaiqin «Gülzar» kitabını tədris işində mühüm 

nailiyy

ət kimi qiymətləndirir, lakin onun türk danışıq dilinə üstünlük verməsi-




36 

ni d


ə qəbul edə bilmir və yazır ki, «Allah bizə verən dili əlimizdən almağa heç 

k

əsin ixtiyarı yoxdur. Amma hamı borcludur o dilə rövnəq verib onu dövlət-



l

əndirsin.  Siz  isə  «ana»  sözünü  «validəyə»  və  ya  «anaya», «ata»  sözünü 

«p

ədərə», «uşaq»  sözünü  «çocuğa», «bala»  sözünü  «yavruya»  çöndərməklə 



dilimizi 

əlimizdən almaq istəyirsiniz. Məgər «ana» «anna»dan pisdir? (1, 414). 

Görk

əmli  ədəbiyyatşünasın  dünyagörüşünü  göstərən  digər  bir  cəhət  onun 



mill

ət yolunda  yorulmadan  yazmasında,  yazdıqlarının əvəzində heç bir xeyir 

güdm

əməsindədir. O, özü bu haqda yazır ki, «bu zəhmətimin çap olunmasında 



m

ənim  niyyətim  pul  qazanmaq  deyil,  ancaq  ədəbiyyatımıza  cüzi  bir  xidmət 

etm

əkdir» (1, 415). 



Ümumiyy

ətlə,  bu  məktublardan  müəlliflərinin  zamanla  ayaqlaşmasının 

n

ə qədər çətin olduğu görünür. Milli dünyagörüşünün aşağı olduğu bir ölkədə 



mill

ət ziyalısı öz dünyagörüşü ilə gerçəkliyə təsir etmək iqtidarındadır. 

Ünsiyy

ət vasitəsinin geniş olmadığı bir dövrdə milli ziyalılarımızın əlaqə 



saxlamaq  vasit

əsi  kimi bir-birinə  məktub  yazması  üsulu  həmişə  milli  birliyə 

xidm

ət  etmişdir.  Bu  ziyalılar  yerlərdə  olan  milli  geriliyi  aradan  qaldırmaq 



üçün  m

əktub  vasitəsilə  bir-birindən  dəstək  alır,  xalq  üçün  çalışırdılar.  Bu 

c

əhətdən məktublaşmaya yazılı ənənə forması kimi yanaşmaq düzgün olardı. 



Biz  A.

Şaiqə  yazılan  məktubların  içərisində  düşüncələrini  bir-biri  ilə  bölüşən 

əlliflərə  çox  rast  gəlirik.  Məhz  bu  ənənənin  nəticəsidir  ki,  Cabbar  Məm-



m

ədzadənin 24 məktubu, F.Köçərlinin 13 məktubu, H.Cavidin 3 məktubu qey-

d

ə alınmışdır. Bu məktubların qarşılığı olaraq A.Şaiq tərəfindən yazılan cavab 



m

əktublarını hesablasaq, məktub formasının yazılı ənənə üsulu kimi dostluğa, 

milli birliy

ə xidmət etdiyini görmüş olarıq. 

Eyni  s

əmimiyyəti F.Köçərlinin də məktublarında görürük. Məktub yaz-



ma 

ənənəsi  insanların  şəxsiyyət  kimi  yetişməsində  mühüm  amil  rolunu 

oynayır.  F.Köçərlinin  hal-əhval  tutmasından  aydın  olur  ki,  o  nə  dərəcədə 

A.

Şaiqə səmimi hisslərlə yanaşır. Bu isə onun yüksək insani keyfiyyətlərindən 



x

əbər verir. F.Köçərli yazır ki, «Allah Sizi səlamət və xoşbəxt eləsin ki, bən-

d

ənizi  unutmayırsınız.  Kağız  yazmaqda  qüsur  etmişəmsə  də,  doğruluqla  ərz 



edir

əm ki, xatirimdən Sizi çıxartmamışam» (1, 415). 

Bütün bu s

əmimi hisslərdən, üzrxahlıqlardan və s. sonra məktub struktu-

runun qay

əsi, əsas hissəsi qələmə alınmışdır. Bunu da məktubun yazılmasının 

h

əm  də  səbəblərindən  biri  kimi  qiymətləndirmək  olar.  Bəzi  məktublarda  bu 



struktur  hiss

əni hissləri bölüşmə kimi də qiymətləndirmək olar. F.Köçərlinin 

15 dekabr  1913-cü  il  m

əktubunda daxili struktura tam əməl edilmişdir. Mək-

tubdan 

aydın olur ki, F.Köçərli A.Şaiqin yaradıcılığını daim izləyir, «Gülzar» 



d

ərsliyinə  yüksək  qiymət  verir,  çünki  bu  dərsliyin  dili  sadədir.  F.Köçərli  də 

onun d

ərsliyini bu xüsusiyyətinə görə çox yaxşı qarşılayır (1, 416-417). Yaxud 



m

əktub  müəllifləri  bu  struktur  hissədə  millətin  qayğılarından  bəhs  edirlər, 

Şaiqin problemlərə olan fikrini, münasibətini öyrənmək istəyirlər. Məhəmməd 

Axundov (11 yanvar 1913) 

xalqın dərdini belə izhar edir ki, «Zira, hər bir xəlq 

olunmuşu zəlil edən, cəhalətə düçar edən kibr və qürurdur.  Zənnimcə, insan 




37 

da, bel


ədir. Kəndi cavanlığına, gözəlliyinə, parasına, qüvvətinə məğrur olmasa 

az zamanda qoca, çirkin, f

əqir, aciz olmaz!» (1, 388). 

H

ər bir məktub öz-özlüyündə fərdi təfəkkürün məhsuludur. İnsanlar mək-



tub yazark

ən öz hisslərini fikir süzgəcindən keçirərək emosional-idraki hallarına 

uyğun  ifadə  edirlər.  Bu  cəhətdən  yanaşanda  A.Şaiqə  yazılan  məktubların  hər 

birinin 


arxasında  yetkin  bir  fərd  durur.  Hər  bir  məktub  sahibinin  öz  təfəkkür 

dünyası vardır. Onlar öz məktublarında xalq kədərini, qarşılaşdıqları çətinlikləri, 

çap,  d

ərslik,  dil  problemlərini  qeydə  alırlar.  Lakin  bu  problemlərdən  və  fərdi 



t

əfəkkürdən  asılı  olaraq  hər  bir  məktub  öz  ifadə  formalarına  malikdir.  Bu  isə 

m

əktub  strukturunda  müxtəlifliyə  gətirib  çıxarır.  Məsələn,  F.Köçərlinin  mək-



tubları  ilə  Cabbar  Məmmədzadənin  məktubları  təfəkkür  müxtəlifliyinə  gətirib 

çıxarsa da, forma və məzmun etibarilə bir-birinə uyğun gəlir. Məktubların fərdi 

t

əfəkkürlə  bağlı  olmasını  dünyagörüşləri  müxtəlif  olan  şəxsiyyətlərin  yazış-



masında  da  görmək  olar.  F.Köçərlinin  A.Şaiqə  məktubları  ilə  Əli  Rai  Yusif-

zad


ənin,  İ.Zöhrabbəyovun,  H.Cavidin  Şaiqə  yazdığı  məktublar  arasında  bu 

t

əfəkkür  müxtəlifliyi  asanca  seçilir.  Hətta  bəzi  məktub  sahiblərinin,  məsələn, 



Abbas  S

əhhətin,  Əli  Rai  Yusifzadənin  poetik  təfəkkürün  vasitəsilə  fikirlərini 

ifad

ə etməsinə rast gəlirik. A.Şaiqə yazılan məktubların ümumi əhatə dairəsinə 



v

ə səciyyəsinə nəzər yetirsək, onların 13 təfəkkürün məhsulu olduğunu da görə 

bil

ərik.  Daha  doğrusu,  A.Şaiqə  yazılan  məktubların  içərisindən  13  məktub 



əllifinin düşüncəsini əsas götürərək dövrün ümumi səciyyəsini verməyə ça-

lışdıq. Bunların içərisində isə geniş təfəkkürlü məktub sahibləri kimi H.Cavidi, 

A.Suru, F.Köç

ərlini, M.Axundovu, İ.Zöhrabbəyovu, C.Məmmədzadəni, A.Səh-

h

əti,  T.Şahbazini,  Ə.R.Yusifzadəni,  Ə.Əkbərovu  fərqləndirdik.  Bu  məktub-



lardan  da  göründüyü  kimi,  Abdulla 

Şaiqin  mühiti, xüsusilə  ədəbi  və  pedaqoji 

mühiti  onun  bu 

şəxsiyyətlərlə  yazışmasından ayrı düşünülə bilməz. A.Şaiq də 

daxil olmaqla bu 

şəxslər eyni dövrün yetişdirdiyi insanlardır. Onları birləşdirən 

m

əktəb, maarif, təhsil, tədris üçün vəsait və s. məsələlərdir. Bu da həmin dövrü 



əks etdirən mühitin istənilən  yaradıcılıq imkanlarını və problemlərini müxtəlif 

vasit


ələrlə həll etməyə səbəb olur. Deməli, A.Şaiqin ədəbi və pedaqoji mühiti 

onun 


yaradıcılığının  bir  çox  sahələrini  özündə  birləşdirir.  O,  yazıçı,  pedaqoq, 

şair,  tərcüməçi,  tədqiqatçı  ictimai  xadim  kimi  ən  çox  onu  yetişdirən  mühitə 

borcludur. Görk

əmli şəxsiyyətlərlə yazışması isə onun yaradıcılıq imkanlarının 

daha da d

ərinləşməsinə gətirib çıxarmışdır. 

 

ЯДЯБИЙЙАТ 

1.

 



Abdulla Şaiq. Əsərləri. 5 cilddə. V c. Bakı: Yazıçı, 1978, 502 s. 

2.

 



Ağamirov M. Abdulla Şaiqin dünyagörüşü. Bakı: Maarif, 1983, 244 s. 

3.

 



Arif M. S

ənətkar qocalmır. Bakı: Yazıçı, 1980, 368 s. 

4.

 

X



əlilova T. Abdulla Şaiqin həyat və yaradıcılığı. Bakı: Yazıçı, 1980, 180 s. 

5.

 



Köç

ərli F. Azərbaycan ədəbiyyatı. I hissə. Bakı: Elm, 1978, 596 s. 

6.

 

Köç



ərli F. Seçilmiş əsərləri. Bakı: Azərbaycan EA, 1963, 340 s. 

7.

 



Talıbzadə K. Ədəbi irs və varislər. Bakı: Azərnəşr, 1974, 320 s. 

8.

 



Talıbzadə K.Sənətkarın şəxsiyyəti. Bakı: Yazıçı, 1978, 378 s. 


38 

ПИСЬМА Ф.КОЧАРЛИ АБДУЛЛА ШАИГУ КАК  

ОДИН ИЗ ВИДОВ ТВОРЧЕСКИХ СВЯЗЕЙ 

 

А.Р.МИРЗОЕВА 



 

РЕЗЮМЕ 

 

Статья  посвящена  анализу  писем,  написанных  Ф.Кочарли  Абдулла  Шаигу.  Во 



все  периоды  письма,  написанные  выдающимися  представителями  литературы  и  про-

свещения, являются  основными носителями социальных и нравственных проблем, ко-

торые необходимо было устранить. Письма Ф.Кочарли Абдулла Шаигу содержат цен-

ные научные сведения, раскрывающие творческие взаимоотношения этих двух выдаю-

щихся представителей азербайджанской культуры. 

 

Ключевые слова: Абдулла Шаиг, Фирудин бей Кочарли, письма, литературные 

связи, просвещение, литературная среда, родной язык 

 

LETTERS OF F.KOCHARLI TO ABDULLAH SHAIG AS A TYPE  

OF CREATIVE RELATIONS 

 

A.R.MIRZAYEVA 

 

SUMMARY 

 

This article analyzes  letters written by  F.Kocharli  to  Abdullah  Shaig.  In all periods 

letters written by prominent members of literature and education are the main carriers of social 

and moral issues that needed to be addressed. Letters of F.Kocharli to Abdullah Shaig contain 

valuable scientific  information  that reveal the  creative  relationship between  these two 

outstanding representatives of the Azerbaijani culture. 

 

Key words:  Abdullah  Shaig,  Firudin bey Kocharli, letters,  literary  communication, 

education, the literary environment, the native language 



 

 

: Xeberler%20Jurnali -> Humanitar%20%202012%20%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Humanitar%20%202012%20%204 -> №4 Humanitar elml


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə