№4 Humanitar elml



Yüklə 73.34 Kb.

tarix11.09.2018
ölçüsü73.34 Kb.


118 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 94 (479.24) 

 

SƏFƏVİLƏR DÖVRÜNDƏ DÖVLƏT BÜDCƏSİNİN MƏXARİCİ 

 

N.M.SÜLEYMANOV 

Az

ərbaycan Dövlət İqtisad Universiteti 

suleymanovnizami@mail.ru 

 

M

əqalədə  Səfəvi dövlətinin mərkəzi və  yerli idarə  orqanlarında  işləyənləri, ordunun 

müxt

əlif rütbəli hərbçilərini maddi cəhətdən təmin etmək  üçün  lazım  olan  külli  miqdarda 

maliyy

ə  vəsaitinin müxtəlif qaynaqlardan vergilər,  rüsumlar  şəklində  toplanaraq Divan əl-

m

əmalikin maliyyə  idarəsində  qeydiyyata  alındıqdan  sonra  sərf edilməsi, mərkəzi və  yerli 

m

əmurların,  hərbçilərin məvaciblərinin  miqdarı  və  ödənmə  qaydaları  dövrü  mənbələr və 

s

əyyah gündəlikləri əsasında araşdırılmışdır. 

 

Açar sözl



ər:  səfəvi, idarə  orqanları,  ordu.  hərbçilər, məmurlar, maliyyə, vergilər, 

rüsumlar, m

ənbələr, məvacib  

 

S



əfəvi dövlətinin mərkəzi və yerli idarə orqanlarında işləyən məmurlar 

v

əzifə dərəcələri üzrə büdcədən, yaxud onunla bağlı olan müxtəlif qaynaqlar-



dan maliyy

ələşdirilirdilər. Qulluq adamları soyurqal, tiyul, həmesale, yeksale 

v

ə  ulkalardan xidmət müqabilində  müxtəlif formada təmin olunurdular. 



Qulluqda olan m

əmur ona verilmiş tiyuldan fərmanda nəzərdə tutulan qərara 

uyğun olaraq məvacibini birbaşa mahaldakı təhsuldardan alırdı. Eyni zamanda 

b

əzi qulluq adamları məvacibini büdcədən alırdılar. Hər iki halda onlara məva-



cibl

ərinin həddi göstərilməklə illik barat (qəbz) verilirdi. Onlar məvacibi hə-

min barat 

əsasında alırdılar. Mürəkkəb idarə strukturuna malik olan dövlətin 

m

əmurlarının  təminatı  ilə  bağlı  məsələlər  haqqında  Şardenin  «Səyahətna-



m

ə»sində, Mirzə  Rəfia və  Mirzə  Səmianın  əsərlərində  daha  ətraflı  məlumat 

verilmişdir [1, 2]. Qeyd olunan müəlliflərin əsərlərindəki faktiki materialların 

müqayis


əli təhlilini aparmadan dövlətin mülki-inzibati, hərbi  strukturlarında 

çalışan  qulluqçuların  maddi  təminatları  haqqında  aydın  təsəvvür  əldə  etmək 

mümkün deyildir. 

S

əfəvi  imperatorluğunun  dövlət idarəetmə  orqanlarının  məmurlarını, 



ordunun müxt

əlif rütbəli hərbçilərini maddi cəhətdən təmin etmək üçün lazım 

olan külli miqdarda maliyy

ə vəsaiti müxtəlif qaynaqlardan vergilər, rüsumlar 

şəklində toplanılır və divan əl-məmalikin maliyyə idarəsində qeydiyyata alın-

dıqdan  sonra  sərf  edilirdi.  Divan  üçün  yığılan  torpaq  və  başqa  vergilər 




119 

qeydiyata  alındıqdan  sonra  məmurlara tiyul kimi verilirdi. Vəzifəyə  əlavə 

olaraq  şahın  fərmanı  ilə  ömürlük və  ya müvəqqəti  verilmiş  tiyul  tiyuldar 

v

əzifədən  çıxarıldıqda,  başqa  işə  keçdikdə  və  ya öldükdə  geri  alınaraq 



başqasına  verilirdi.  Digər tərəfdən,  şah  istədiyi  vaxt  tiyuldarı  bu  hüquqdan 

m

əhrum edə bilərdi. Həm də tiyul sahiblərinin tiyulu satmaq, bağışlamaq hü-



ququ yox idi, yeni şah hakimiyyətə gəldikdə isə onun fərmanı ilə tiyuldarların 

tiyullar  üz

ərindəki sahiblik və məvacib almaq hüquqları yenidən təsdiq olun-

malı  idi  [3,  162;  4, 45-46]. Faktiki olaraq tiyul vəzifəyə  təhkim olunmaqla, 

m

əmura onun gəlirindən xidmət dövrü üçün məvacib almaq hüququ verirdi. 



Yüks

ək rütbəli məmurlara verilən tiyul torpaqlarının  sahəsi onlara təyin 

olunan m

əvaciblə  müəyyən edilirdi. Tiyulundan məvacib almaq səlahiyyəti 

olan m

əmurun məvacibindən kəsir qalardısa, ona əlavə torpaq sahəsi verilir və 



yaxud çox olduqda artığını dövlətə qaytarırdı. 

Kiçik rütb

əli məmurlara və  hərbçilərə  verilən  tiyulların  gəliri xassə 

d

əftərxanasında,  yaxud  da  məmalik dəftərxanasında  qeydiyyata  alınmaqla, 



x

əzinəyə daxil olur və onların məvacibləri buradan pulla ödənilirdi. 

Dövl

ət torpaqlarını idarə edən vilayət və mahal hakimlərinə də tiyullar 



verilirdi. Vilay

ət və mahallardan gələn gəlirin bir hissəsini yerli hakimlər öz 

şəxsi xərclərinə, digər hissəsini isə  yerlərdəki  qoşunun  məmur və  xidmət-

çil


ərinin saxlanılmasına sərf edirdilər. 

Tiyuldan 

əldə  olunan gəlirin digər hissəsi yerli hakimin ixtiyarına 

verilirdi v

ə  bu məbləğ  üzərində  sərəncam vermək onun səlahiyyətində  idi. 

Əyalət hakimləri həmin gəlirin bir hissəsini yerli idarəçilik orqanlarının maddi 

t

ələbatının ödənilməsinə xərcləyirdilər və bu da dövlət büdcəsini həmin işlərə 



v

əsait ayırmaqdan azad edirdi. 

Tiyuldarlar  sahib  olduqları  tiyul  daxilində  ölkədəki  mövcud  qanunları 

pozmadan ist

ədikləri qərarı (ağır cəza istisna olmaqla) qəbul etmək hüququna 

malik idil

ər.  Tiyulu  tiyuldar  özünün  şəxsi  əmlakı  hesab  edirdi,  tiyulun  idarə 

olunmasında və rəiyyətlə rəftarda sərbəst idi. 

Əyalətlərə  təyin  edilmiş  hakimlər  əyalət tərkibindəki  şəhərlərin də 

hakimi hesab olunurdular. H

əmin şəhərlərdən gələn gəlirlər də onlara çatırdı. 

Əyalətin hakimi olan xan həmin gəlirin müqabilində  2 min hərbi qüvvə 

saxlamalı,  öz  sarayında  işləyən  qulluqçuları  maaşla  və  ərzaqla təmin etməli, 

onlar üçün n

əzərdə tutulan digər xərcləri ödəməli idi. 

Tavernyey

ə  görə,  əyalətin ərazisinə  daxil olan digər  şəhərlər, qəsəbələr, 

ya

şayış məntəqələri də əyalət hakiminə və xanlara ulka şəklində verilirdi ki, hə-



min m

əntəqələrdən vergi yığmaq hüququ da hakimə məxsus idi [5, 594-595]. 

Köç

əri və yarımköçəri tayfalara dolanışıqları üçün verilən yaylaq, qışlaq, 



əkin yeri, bütöv mahallar tayfa əmirləri tərəfindən idarə  olunurdu. Ancaq 

əmirlərə bu torpaqları alıb-satmaq hüququ verilmirdi. Dolanışıq üçün verilmiş 

bu torpaqlar ulka (ölk

ə) adlanırdı. Ulka daxilində mövcud olan idarəçilik or-

qan

larının  bütün  məmurlarının  təminatı  ulkadan  toplanılmış  vergilər və  gə-



lirl

ər hesabına ödənilirdi. Ulkadan əldə edilən gəlir ulka sahibinə çatır, ondan 




120 

vergi v


ə  digər mükəlləfiyyətlər  alınmırdı.  I  Şah  Abbasın  bu  barədə  1587-ci 

ild


ə  Səfi  Əhməd  Şeyx  Çobanlının  Müğanda  olan  ulkası  haqqında  verdiyi 

f

ərmanda deyilirdi: “Hakimlər, tiyuldarlar, daruqələr, kələntərlər və  divanın 



m

əmurları adı çəkilən ulkadan heç bir vergi almasınlar» [6, sənəd №14, 155]. 

M

ənbələrlə tanışlıq göstərir ki, dövlət torpaqlarına daxil olan vilayətlər, 



əyalətlər, şəhərlər və digər yaşayış məntəqələri böyük miqdarda illik gəlir əldə 

edirdil


ər. Onun bir hissəsi mərkəzləşdirilmiş qaydada vergilər şəklində dövlət 

büdc


əsinə  daxil olur, digər hissəsi  əyalət hakimlərinin və  digər vəzifə 

sahibl


ərinin sərəncamında qalırdı. Engelbert Kempferin qeyd etdiyi kimi, xan 

başçılıq etdiyi vilayətin vergiləri hesabına yerli məmurları, vilayət ərazisindəki 

dövl

ət qoşununu və öz alayının əsgərlərini təmin edirdi. Kempferə görə, şahın 



göst

ərişi  ilə  xan bəzən  başqa  bölgədə  yerləşən sərbazlara da muzd verirdi. 

Dövl

ətin ən böyük vilayətlərindən biri olan Azərbaycan hakiminin illik gəliri 



30 min tüm

ən,  İrəvan  xanının  illik  gəliri 20 min tümən,  Qarabağ  hakiminin 

g

əliri 28.614 tümən və  Şirvan  hakiminin  illik  gəliri 35.542 tümən idi. 



E.Kempfer vilay

ət hakimləri  olan  xanların  illik  gəlirlərinin 7-8 min tümənə 

q

ədər olduğunu qeyd etmişdir [7, 160-161].  



Əyalətin gəlirlərinin  əsasını  təşkil  edən qaynaqlar hakimlər tərəfindən 

daimi n


əzarətdə saxlanılır və onların qeydiyyatı aparılırdı. Onlar vergi yığanla-

rı  özləri təyin edir və  vergilərin  miqdarını  sərbəst surətdə  müəyyənləşdirir-

dil

ər. Vergi toplamazdan əvvəl əyalətdə yaşayan kişilərin sayı müəyyən edilir, 



atların, öküzlərin, inəklərin, camışların, eşşəklərin, ev quşlarının, üzümlüklə-

rin, d


əyirmanların və sənətkarlıq təşkilatlarının siyahısı tərtib olunaraq vergilər 

əyyənləşdirilir və  divan dəftərində  qeydə  alınırdı.  Əyalət hakimlərinin 



maliyy

ə fəaliyyəti daimi olaraq mərkəzi maliyyə idarələrinin nəzarətində idi. 

Əyalətin gəlirinin əsas mənbələri divanın xüsusi reyestrində (dəftərində) qeydə 

alınırdı.  Əyalətin büdcəsində  cəmlənmiş  maliyyə  vəsaiti xərclərinin  əsas 

göst

əriciləri və  təyinatı  divani-məmalik tərəfindən müəyyənləşdirilirdi  ki, 



əyalət hakimləri büdcə vəsaitini xərcləyərkən bu göstərişə əməl etməli idilər. 

Bel


əliklə, dövlət  torpaqlarına  daxil  olan  əyalətlərdən, vilayətlərdən,  şə-

h

ərlərdən və  digər  yaşayış  məntəqələrindən  yığılan  vergilər nəticəsində  əldə 



olunmuş gəlir əyalətlərin büdcəsinə daxil olur və həmin vəsaitdən şahın xeyrinə 

vergi (rüsum) tutulduqdan sonra, yerd

ə qalan vəsaitin bir hissəsi mərkəzi dövlət 

aparatında  işləyən məmurlara  divandan  alınmış  barat  müqabilində  maaş  kimi 

verilir, yerli idar

əçilik  orqanlarında  işləyən məmurlara rəsm əl-vəzarə, rəsm əl-

mustoufi, r

əsmi-daruqə, rəsmi-kələntəri  şəklində  ödənilirdi. Yerdə  qalan vəsait 

əyalətdə  olan ordunun saxlanmasına,  yerli  hakimlərin xərclərinin ödənilməsinə, 

əyalətlərin, şəhərlərin, qəsəbələrin abadlaşdırılmasına sərf olunurdu. 



Baş  vəzir.  Şarden  «Səyahətnamə»  əsərində  Səfəvi dövlətinin maliyyə 

sistemi  haqqında  məlumat verərək  yazırdı  ki,  baş  vəzirin illik maaşı  863 

tüm

əndir. Sanson isə baş vəzirin gəlirinin Fransa pulu ilə 540 min livr (12 min 



tüm

ən) olduğunu  yazmışdır [8, 44]. Ancaq Mirzə Səmia  yazır ki, baş vəzirə 

dövl


ət büdcəsindən nağd məvacib müəyyən olunmamışdı. Onun illik məvacibi 


121 

mahallardan  yığılan  rəsm  əl-vüzarə, digər rüsumlar və  həmesale  ənamları 

hesabına müəyyənləşdirilirdi. Müəllif baş vəzirin maliyyə qaynaqları haqqında 

yazır ki, mahallardan 803 tümən 3000 dinardan bir az artıq rəsm əl-vüzarə adlı 

nağd pul vergisi  yığılır və ona verilirdi. Ancaq bu məbləğdən 7 tümən 1000 

dinarının  yarısı  məhsulla ödənilirdi. Eyni zamanda həqq ül-qərara görə 

icar

ələrdən 500 dinar, tiyullardan 330 dinar, həmesalelərdən 220 dinar, əmirlə-



rin v

ə istefada olan təqaüdçülərin ənamlarından, soyurqal məvaciblərindən 714 

di

nar da baş vəzirə çatırdı [1, 52-53]. 



Mirz

ə Rəfia isə yazır ki, baş vəzirə xəzinədən qələm, mürəkkəb, xüsusi 

paltar verilir v

ə  novruz  bayramında  1000  ədəd  əşrəfi və  12  baş  atla  təmin 

edilirdi. Mirz

ə Rəfia sonra göstərir ki, faktiki olaraq o, tutduğu vəzifəyə görə 

m

əvaciblə deyil, xüsusi cirə və rəsm əl-vüzarə aldı rüsumla maliyyələşdirilir, 



h

əm də qərara əsasən ənam alırdı [2, 77-78].  



S

ədr. Şarden ali ruhani idarəsinin başçısı olan Sədr-ammə və onun naibi 

olan S


ədr-xassənin təminatı  ilə  bağlı  məlumatlarında  onların  hər birinin 

qazancının 1000 tümən olduğunu göstərmişdir. Səyyaha görə, onların gəlirləri 

6000  ekü idi [9, 1343]. Mirz

ə Səmia isə sədrlərin təminatı haqqında yazır ki, 

soyurqallardan, b

əzi  mahalların  vəqf  əmlakına  nəzarət və  tovliyyət (qəy-

yumlu

q) haqqı olaraq bu əmlakın gəlirlərinin onda biri onlara verilirdi. Müəllif 



Mirz

ə  Əbutalıb  adlı  şəxsin sədr vəzifəsində  çalışdığı  zaman  1360  tümən 

m

əvacib aldığını və qərarla həmesale sahibi də olduğunu qeyd etmişdir [1, 53]. 



Mirz

ə Rəfia yazır ki, Sədr-xassə və ammənin kifayət qədər geniş hüquq 

v

ə  səlahiyyəti  vardır.  Onlar  hətta  pişnamazların,  xətiblərin, müəzzinlərin, 



q

əssalların, qəbirqazanların işlərinə nəzarət edir, cinayət hadisələrindən bədən 

yaralama,  diş  sındırma  və  buna  uyğun  məsələlərə  də  baxırdılar. Sədr-xassə 

şənbə, yekşənbə və sədr-məmalek (ammə) isə çaharşənbə, pəncşənbə günləri 

yüks

ək məqamlı  divanbəyi ilə  sarayda müəyyən məsələlərə  baxırdılar. 



Soyurqalların üşurunun (onda birinin) yarısını və bəzi vəqf edənlərin şərtlərinə 

müvafiq olaraq müt

əvəllilik və  nəzarət  haqqı  da  alırdılar.  Sədr-xassə  Mirzə 

Əbutalıbdan  başqa  heç  bir  kimsə  yaşayışına  yardım  adı  ilə  əhalidən pul 

almamışdı.  Mirzə  Səmia kimi Mirzə  Rəfa  da  yazır  ki,  sədr-xassə  Mirzə 

Əbutalıb 1360 tümən maaş alırdı [2, 64-68]. 



Müt

əvəlli.  Mirzə  Rəfia  yazır  ki,  Məşhəddəki imam Rza məqbərəsinə 

müt


əvəlli başçılıq edirdi. Bu məqbərənin gəlirləri vəqf mahalından və imperi-

ya

nın başqa bölgələrindən toplanılırdı. Məqbərənin illik gəliri ölkənin uzaq vi-



lay

ət və mahallarından, Hindistandan gələn nəzirlərdən başqa təxminən 14000 

xalvar cins mal v

ə 3000 tümən nağd pula çatırdı. Ümumi gəlirin üşuru (onda 

biri) müt

əvəllinin  haqqı  idi.  Şahlar  tərəfindən hər il 300 tümən məbləğində 

nağd və 300 man sarı  mum, kafur, xeyli ənbər və bir ədəd qiymətli xalı isə 

ədalət naminə mütəvəlliyə və yaxud onun naibinə göndərilirdi. Keçmiş Səfəvi 

hökmdarları  dövründə  mollabaşı  vəzifəsi  olmamışdır.  Lakin  Şah  Sultan 

Hüseynin hakimiyy

əti  zamanı  bu  bir  vəzifə  olaraq Məhəmməd  Bağır  adlı 

şəxsə tapşırılmışdır. Xeyirxahlıq məqsədi ilə toplanmış pullar ona verilirdi. O 




122 

bu  pulları  ehtiyacı  olan  adamlara  çatdırırdı.  Onun  dolanışıq  haqqı  və  vəzifə 

m

əvacibi 200 tümən təbrizi idi. 



İsfahan  Şeyxülislamına  tutduğu  vəzifəyə  görə  hər il xəzinədən 200 

tüm


ən məvacib müəyyən olunmuşdu [192]. İsfahan qazısının da illik məvacibi 

200 tüm


ən idi. Qazi Əsgər üçün isə bir qayda olaraq əsgərlərdən tümənə bir 

dinar tutulmalı idi [2, 72].  



Divanb

əyi.  «Təzkirət  əl-müluk»da divanbəyinin illik məvacibinin 500 

tüm


ən  olduğu  göstərilmişdir.  Mənbədə  tiyul gəlirlərindən divanbəyiyə  əlavə 

olaraq 92 tüm

ən  3845  dinar  da  verildiyi  qeyd  olunmuşdur.  Birlikdə  onun 

m

əvacibi 592 tümən 3845 dinar idi. Müxtəlif cinayət hadisələri zamanı tutulan 



c

ərimələrin onda biri də  ona  çatırdı.  Bəzən onun ümumi gəliri 1000 tümən 

olurdu [1, 55]. 

Əmirşikarbaşı.  «Təzkirət  əl-müluk»da onun illik məvacibinin 800 tü-

m

ən olduğu göstərilmişdir. Bundan əlavə əmir şikarbaşının tiyulu və başqa gə-



lirl

əri də vardır. Onun ümumi gəliri aşağıda qeyd olunan miqdarda idi [1, 55]. 



Biyutat naziri.  Mirz

ə  Səmianın  yazdığına  görə, biyutat nazirinin 306 

tüm

ən 1000 dinar illik məvacibi  ona  verilmiş  tiyul və  həmasaledən qərara 



uyğun qaydada müəyyən edilmiş rüsumlardan ibarət idi. Belə ki, sahibi-touci-

hin (t


ədiyyələrin, təxsisatların  adi  qeydiyyatı,  ödənilməsi,  yaxud yerinə 

çatdırılması  ilə  birbaşa  məşğul  olan  idarənin  başçısı)  yazmış  olduğu  qayda 

üzr

ə  gərəkyaraqların  hazırladıqları  məmulatlardan hər tümənə  220 dinar 



alınırdı ki, onun 100 dinarı nazirə verilirdi. Bazarlardan alınan malların  qiy-

m

ətinin iyirmidə  biri  alınıb  cəmləndikdən sonra əldə  olan pulun hər tümə-



nind

ən də  500 dinar rüsum ödənirdi.  Bü  rüsumun  50  dinarı  nazirə  çatırdı. 

Biyutat müşrifinin təsdiq etdiyi sənədə uyğun aşağıda qeyd olunan rüsumlar 

da alınır, nazirin məvacibinə daxil olurdu [1, 55-56]. 

əsgərlərə nağd verilən məvacib və rüsumun hər tümənindən 316 dinar 



4 danq; 

əsgərlərə  məvacib  əvəzinə  barat üzrə  verilən məhsulun iyirmidə 



birind

ən tutulan onda bir; 

-  v

əzir və  digər məmurların  əlavə  gəlirlərinin yüzdə  biri,  ənamlarının 



onda biri, peşkəşlərinin onda biri. 

Mirz


ə  Rəfia isə  qeyd edir ki, biyutat nazirinin məvacibi sabit deyil

b

əzən 700, bəzən də 1500 tümən olurdu. 



Naziri-d

əvvab (mal-qara, heyvanat).  Naziri-dəvvabın  illik  məvacibi 

150 tüm


ən idi. 

D

əftərxana naziri.  Dəftərxanaya rəhbərlik və  nəzarət edən nazirin 

m

əvacibi 225 tümən 6800 dinar olub, müxtəlif rüsumlardan alınıb ödənilirdi. 



«T

əzkirət  əl-müluk»da verilən məlumatda «qədim qayda, qərar  əsasında» 

nazirin m

əvacibinin qaynaqları göstərilmişdir. 

Qeyd olunan m

ənbədə göstərilir ki, son illərdə qəbul olunmuş qərara gö-

r

ə, məvaciblərin hər tümənindən 50 dinar, yeksale və həmesale tənxahlarından 



is

ə hər tümənə 20 dinar tutulub, nazirin məvacibinə daxil edilirdi [1, 56-57]. 




123 

ƏDƏBİYYAT 

1.

 



Mirz

ə  Səmia. Təzkirət  əl-müluk.  Be  küşeşe  doktor  Seyid  Məhəmməd Dəbirsiyaği. 

Tehran: Enteşarate Əmir Kəbir, h. 1368, 140 s. 

2.

 



Mirz

ə  Rəfia. Dəstur  əl-müluk.  Be  kuşeşe  Məhəmmədtağı  Daneşpəteh. Məcəlle-ye 

daneşkəde-ye ədəbiyyat və ulumeinsani. Tehran, 1347, № 65-66, 67, s. 62-93; 298-322. 

3.

 



Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и 

Армении в XVI — начале XIX вв. Ленинград: ЛГУ, 1949, 379 с. 

4.

 

Minorski V. Sazmane edare-yi hökum



əte Səfəvi-ya təeğate  Minorski  bər  тəзкirət  əl-

müluk. T


ərcome-ye Məsud Rəcəbniya. Tehran: Enteşarate Əmir Kəbir, h. 1368, 340 s.  

5.

 



S

əfərname-ye Tavernye. Tərcome-ye  Əbuturab  Nuri.  İsfahan:  Çapxane-ye Pərvin, h. 

1336, 719 s. 

6.

 



Mus

əvi T.M. Orta əsr Azərbaycan tarixinə  dair fars dilli sənədlər (XVI -  XVII  əsrlər). 

Bakı: Elm, 1977, 237 s. 

7.

 



Engelbert Kempfer. D

ər dərbare  şahənşahe  İran.  Tərcome-ye Keykavus Cahandari, 

Tehran: Enteşarate Danişqah, h. 1350, 312 s. 

8.

 



S

əfərname-ye Sanson. Veze keşvəre Şahənşahi-ye İran dər zəmane Şah Süleyman Səfəvi. 

Be ehteman v

ə tərcome-ye doktor Təfəzzüli. Tehran, h. 1346, 237 s. 

9.

 

Şarden.  Səfərname-ye  Şarden. Tərcome-ye  Eğbal  Yəğmai,  c.  I-V, Tehran: Çapxane-ye 



Heyd

əri, h. 1372-1374, IVc., 1308-1656 s. 

10.

 

S



əfərname-ye Şarden. III c., s.1125. 

 

РАСХОДЫ ГОСУДАРСТВЕННОГО БЮДЖЕТА 



В СЕФЕВИДСКОЕ ВРЕМЯ  

 

Н.М.СУЛЕЙМАНОВ 

  

РЕЗЮМЕ 

 

В  статье  анализируется,  что  для  обеспечения  центральных  и  местных  органов 



управления  Сефевидского  государства  и  ряды  вооруженных  сил  нужны  крупные  фи-

нансовые средства. Взимаемых в виде налогов и пошлинных из различных источников 

средства сдавались в казну Диван-аль Мамалик. Только после регистрации реализова-

лись необходимые финансовые дела. Размер военных нужд и условия выплаты заработ-

ной платы проанализированы на основе существующих источников и дневников путе-

шественника.

 

 

Ключевые слова: Сафави, органы управления, армия, военные, чиновники, фи-



нансы, налоги, пошлины, источники ресурсов, заработная плата 

 

THE BUDGET EXPENDITURES OF THE SAFAVIS STATE  

 

N.M.SULEYMANOV 

 

SUMMARY 

 

The  article  notes  that  large  financial  budget  was  required  for  the  provision  of  central 



and  local  governmental  organs  and  militants  of  the  Safavis  state.  The  collected  duties  and 

taxes  were  submitted  to  Divan-al-Mamalik.  The  volume  of  military  needs  and  conditions  of 

payment of Safavis are analyzed on the basis of existing sources and travellers’ diaries.  

 

Key  words:  Safavis,  managing  authorities,  army,  soldiers,  officials,  finance,  taxes, 



duties, resources, salary 

: Xeberler%20Jurnali -> Humanitar%20%202012%20%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Humanitar%20%202012%20%204 -> №4 Humanitar elml


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə