№4 Humanitar elmlər seriyası



Yüklə 433,68 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü433,68 Kb.
#76888


 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

 

UOT 81 

UOT 81’367 

         46 21 45 

 

MÜASİR AZƏRBAYCAN DİLİNDƏ BƏZİ LEKSİK VƏ QRAMMATİK 

ŞƏKİLÇİLƏRDƏ QOVUŞMA 

 

S.X.VƏLİYEVA 

Bakı Dövlət Universiteti 

s.x.valiyeva@gmail.com

 

Məqalədə təsviri üsula əsaslanaraq  müasir Azərbaycan dilində leksik və bəzi qramma-

tik şəkilçilərdə  mövcud olan qovuşuq  və ya mürəkkəb şəkilçilərin tədqiqinə yer verilmişdir. 

Burada leksik şəkilçilərdən zərflərin morfоloji  хüsusiyyətləri araşdırılmaqla yanaşı, mən-

subiyyət şəkilçilərində də qovuşma  faktı izlənilmişdir. 

 

Açar sözlər: söz yaradıcılığı, dil vahidləri, mürəkkəb struktur, şəkilçi birikməsi, 

qovuşma, zərf düzəldən və mənsubiyyət şəkilçiləri, semantik-morfoloji xüsusiyyətlər 

 

Zərflərin özünəməxsus, onları digər nitq һissələrindən quruluş baxımından 



fərqləndirən xüsusi sözdüzəldici  şəkilçiləri var. Zərf yaranış etibarilə digər 

nitq hissələrindən çox-çox sonralar meydana çıxmış və müasir dilimizin leksik 

sistemində mühüm yer tutur. Zaman-zaman başqa nitq hissələrinin zəminində 

formalaşan zərflər bu gün bəzi nitq hissələri ilə qarışıq Salınır. Bunun əsas 

səbəbi türk dillərində zərfin sintaktik baxımdan, sintaktik zəmində müəyyən-

ləşdirmə tendensiyasıdır. Belə ki, zərflər, bir qayda olaraq, sözün cümlə da-

xilində daşıdığı sintaktik vəzifəsinə, semantikasına və ya semantik-morfoloji 

xüsusiyyətlərinə  görə  müəyyənləşir.  Bu xüsusiyyətlərin hər biri zərfin başqa 

nitq hissələri ilə müqayisə olunması üçün əsas yaradır. Sintaktik cəhətə fikir 

versək, əlamət və keyfiyyətlilik həm ismə, həm də felə aid olur ki, eyni sözü 

çox vaxt isimdən də, feldən də əvvəl işlətmək olur və bu zaman həmin sözün 

hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirmək çətinlik yaradır. 

Morfoloji cəhətə gəldikdə isə hətta xalis sifət düzəldən şəkilçi ilə formalaşmış 

sifət özü də fellə  əlaqəyə girə bilir. Bütün bunlar onu göstərir ki, zərfin 

müəyyənləşdirilməsi olduqca çətindir. Lakin buna baxmayaraq, zərf yaradan 

müxtəlif üsullar zərfi nitq hissələri içərisində yerini dəqiqləşdirilməsinə kömək 

22 



edir. Bu gün zərflər müxtəlif üsullarla tərkibini zənginləşdirir. Belə ki, zərflər 

leksik, morfoloji və sintaktik üsullarla yaradılır. Bu yolların içərisində mor-

foloji yolla zərf yaradıcılığı  zənginliyi və  rəngarəngliyinə görə  səciyyələnir. 

“Morfoloji söz yaradıcılığı prosesində iştirak edən şəkilçilərin ümumi cəhətləri 

onların leksik-qrammatik əlamətləri, məhsuldarlığı, törəmə yolları, məna 

yaradıcılığı; xüsusi cəhətləri isə ayrı-ayrı nitq kateqoriyalarına münasibəti ilə 

müəyyənləşə bilir” (3,6). 

Dil strukturunun inkişafı yeni dil vahidlərinin yaranması və yaxud möv-

cud vahidlərin zənginləşməsi ilə sıx bağlıdır. Dil quruluşundan asılı olaraq dil 

vahidlərinin yaranmasının müxtəlif yolları var. Azərbaycan dilində iltisaqiliyin 

əsas  əlamətlərindən biri olaraq, şəkilçilərin sözə qoşulması müəyyən ardı-

cıllığa malikdir. Belə ki, söz köklərinə, ilk növbədə, leksik şəkilçilər, daha 

sonra isə qrammatik şəkilçilər artırılır. Lakin bununla yanaşı, bəzi istisnalar da 

olur. Yaratdıqları çalarlara görə bir–birindən fərqlənən şəkilçilər öz quruluşu-

na görə də müxtəlif strukturludur.  

Ümumiyyətlə, dildə daim bir-birinə tərs mütənasib olan proseslər gedir. 

Bəzi vahidlərdə çoxhecalılıqdan təkhecalılığa transformasiya, həmçinin 

mürəkkəb və düzəltmə söz köklərində sadələşmə prosesi baş verdiyi halda, 

dildə bunun əksinə olan bir proses də gedir ki, bu da müstəqil  şəkilçilərin 

birikərək və yaxud qovuşaraq mürəkkəb  şəkilçilərə çevrilməsi prosesidir. 

Bunu da şərti olaraq mürəkkəbləşmə adlandırmaq olar.   

Müasir Azərbaycan dilində zərf düzəldən şəkilçilərin müxtəlif növlərinə 

rast gəlinir ki, bunlardan biri qovuşuq şəkilçilərdir. Dilimizdə qovuşuq halda 

işlənən zərf şəkilçiləri bunlardır:  



1. -casına/-cəsinə; 2. -cadan/-cədən; 3. -ına /-inə; 4. -arı /-əri; 5. -akı /-əki. 

Ümumiyyətlə, tərkib baxımından müxtəlif xüsusiyyətlərə malik olan 

zərflərin mənşəyində müxtəlif nitq hissələri dayanır. Hər nitq hissəsindən bir 

əlaməti özündə cəmləşdirən zərflər Azərbaycan dilində artıq müstəqil bir nitq 

hissəsidir. Məhz bu cəhətdən də, dilimizdəki qovuşuq zərf  şəkilçilərinin  əsa-

sında bu və ya digər nitq hissəsinə məxsus olan şəkilçilərin durması təbiidir.  



1. –casına /–cəsinə. Quruluş etibarilə mürəkkəb olan bu şəkilçi, müasir 

Azərbaycan dilində üç müstəqil  şəkilçinin birikməsindən formlaşmışdır. 

Məhsuldar  şəkilçi adlandırıla bilən –casına

2

 modallıq və intensivlik mənası 



yaradan –ca /–cə, üçüncü şəxs mənsubiyyət–sı /–si və yönlük hal şəkilçilərinin 

şəkil əlamətinin –(n)a / –(n)ə birləşməsindən yaranmışdır.  



Quruluşu : -ca+(s)ı+(n)a / -cə+(s)i+(n)ə.  

Bu şəkilçi dilimizdə əsasən, isim və sifət köklərinə artırılaraq, hərəkətin 

tərzini bildirir. Məsələn: dostcasına; qardaşcasına; insancasına; alçaqcasına; 

asancasına; qorxaqcasına və s.  



2. –cadan /–cədən. Göründüyü kimi, bu şəkilçidə qovuşuq şəkildədir. –

ca /–cə ilə ismin çıxışlıq hal –dan /–dən  şəkilçilərinin vəhdətindən ibarətdir. 

Və  şəkilçi artırıldığı sözdə  hərəkətin icrasının  əvvəlcədən çıxış nöqtəsinin 

zaman əlamətini ifadə edir. Məs.: qabaqcadan; gizlincədən; əvvəlcədən və s.  

23 



3. –(s)ına /–(s)inə qovuşuq şəkilçisi. Məhsuldar şəkilçilərdəndir. III şəxs 

mənsubiyyət (–ı

4

 və ya –sı



4

) və (n)–a /–ə yönlük hal şəkilçisinin birləşməsidir. 

Bu şəkilçi iş və hərəkətin tərzini bildirərək tərz bildirən zərflər əmələ gətirir: 

başına; tərsinə; düzünə; əyrisinə; çəpinə; boşuna və s. Bu sözlərdə –ı(sı) və –

(n)a şəkilçisinin mövcudluğu açıq şəkildə özünü göstərir, lakin, təbii ki, bun-

ları ayrı-ayrı təqdim etmək olmaz, ən azı ona görə ki, -ına

2

, artıq qrammatik 



şəkilçi deyil, vahid leksik şəkilçi kimi formalaşmışdır. 

4. –arı /–əri.  Zərf  əmələ  gətirən  şəkilçilərin formalaşmasında ismin hal 

şəkilçilərinin xüsusi rolu var. Bu da ilk növbədə hal şəkilçiləri olan sözlərin 

adverballaşması ilə əlaqədardır. Bu prosesi keçən zərflərin tərkibindəki hal şəkil-

çilərinin bir qismi (–da; –dan) leksik funksiya daşıdığı halda, digər isə (–qarı

arxaikləşib asemantik morfemə çevrilmişdir. Məs.: dilimizdəki ayda, ildə, gündə, 

yaxında; bərkdən, pəsdən, tezdən və s. bu kimi zərflərin çoxunda yerlik və çıxışlıq 

hal  şəkilçiləri artıq ilkin qrammatik semantikasını itirərək, zərfin morfoloji 

göstəricisinə, daha doğrusu, zərfdüzəldici şəkilçiyə çevrilmişdir.  

–arı /–əri şəkilçisini izah edən S.Cəfərov yazır ki, «Bu şəkilçi yönlük hal 

şəkilçisi ilə bir zaman, məkan bildirmək üçün işlədilən və sonra –ra /–rə kimi 

formaya düşmüş qoşmanın birləşməsi nəticəsində törəmişdir. Vaxtilə  məkan 

qoşması olmuş  və indi şəkilçiləşmiş olan –ra /–rə ünsürünü bura, ora, üzrə, 

içrə sözlərində görə bilirik. Görünür ki, –ra/–rə yönlük hal şəkilçili sözlərlə 

işləndikdə –rı /–rı şəklində düşərək –arı /–əri zərf şəkilçisini əmələ gətirmişdir.  

Müasir dilimizdə bu şəkilçi iç sözündə (içəri) öz varlığını saxlamışsa da, 

yuxarı, geri, ayrı, bəri kimi bir sıra sözlərdə itirərək söz tərkibinə qarışmış və 

sadə  yer zərfləri əmələ gətirmişdir» (3, 130).  

Bu  şəkilçidən bəhs edən F.A.Cəlilov göstərir ki, –arı /–əri  şəkilçisi 

yönlük hal şəkilçisi olan –qarı /–qaru şəkilçisindəndir. Və inkişaf xəttini bu 

cür izah edir: –qarı > –arı // –ar dəyişməsi ilə (2, 186). 

Bizə görə, bu şəkilçi –qarı/–qaru  şəkilçisinin birinci səsininin düşməsi 

ilə əmələ gəlmişdir. Məs.: yuxarı, irəli, geri, bəri və bu kimi s. sözlər müasir 

dildə sadələşir. Qədim yönlük hal şəkilçisi olan –qaru//-gerü – [q][g] – səsinin 

düşməsi ilə formalaşmışdır. Bu forma –arı/-əri  şəkilçili zərflərin tərkibində 

aydın seçilir. Məs.: irəli≤iləgərü sözlərində ilkin forma saxlanılmışdır. –qaru 

morfemi ilgərü, yuxqaru sözlərində rekonstruksiya etmək olursa, oxşar keçid 

keçirən yerə, ara sözlərində olan –re və –ra şəkilçilərini bura (bu ara), ora (o 

ara) sözlərində də bərpa etmək olur.   

5. Zərf düzəldən qovuşuq şəkilçilərdən sonuncusu –akı / –əki şəkilçisi-

dir. Bu şəkilçinin tərkib hissələri müasir dilimizdə geniş  işlənmə tezliyinə 

malikdir: belə ki, –akı / –əki  şəkilçi –a / –ə yönlük hal şəkilçisi və –ki /–kı 

adlardan sifət düzəldən (səhərki, bizimki və s.) şəkilçilərin qovuşmasıdır. Bu 

şəkilçi ilə düzələn söz köklərinə Azərbaycan dilində çox da rast gəlinmir, 

yalnız bir–iki sözün tərkibində. Məs.: yanakı, çəpəki və s.  

Bura qədər deyilənlərdən aydın olur ki, mürəkkəbləşmə  nəticəsində 

formalaşmış  şəkilçinin tərkib hissələri ayrılıqda yeni mənalı söz yaratmaq 

24 



funksiyasını itirmiş olur (və ya qrammatik şəkilçi mövqeyində dayanır). Bu 

şəkilçilər birləşmə daxilində fonetik tamlığını saxlasa belə, bəzi  şəkilçi bir-

ləşmələrin səs xüsusiyyətlərindən asılı olaraq tamamilə  dəyişib, başqa bir 

şəkilə düşmüşdür. 

Tarixən dilimizdə leksik şəkilçilərdə qovuşma ilə yanaşı qrammatik şə-

kilçilərdə  də qovuşma prosesi mövcud olmuşdur. Müasir Azərbaycan dilində 

qovuşuq qrammatik şəkilçilərə əsasən felin təsriflənməyən formalarında (xüsusilə, 

feli bağlama və feli sifət  şəkilçiləri); felin təsriflənən formalarında (xüsusilə, 

xəbərlik formasının – qəti gələcək zaman şəkilçisi, felin lazım və vacib formaları) 

və mənsubiyyət şəkilçisinin I–II şəxsin cəm şəkilçilərində rast gəlinir. Məqalənin 

həcmi nəzərə alınaraq, burda son şəkilçilərin izahına çalışacağıq. 

Müasir dilimizdə qrammatik qovuşuq şəkilçilərdən biri I və II şəxs mən-

subiyyət (cəmi) kateqoriyasının  şəkil  əlamətidir: «-ımız

,-ınız



4

 

 



şəklində 

işlənən bu şəkilçi əksər türk dillərində mövcuddur (6). 

«Mənsubiyyət kateqoriyası diaxroniya baxımından hal, şəxs və kəmiyyət 

kateqoriyaları ilə sıx əlaqədə olmuşdur ki, bunun da izi həmin kateqoriyaların 

morfemlərində aydın hiss olunur» (2, 203).  

A.N.Kononov  mənsubiyyət  şəkilçilərindən bəhs edərkən göstərir ki, I 

şəxsdə  təkdə –m, cəmdə –iz, II şəxsdə  təkdə –n, cəmdə –iz şəkilçiləri cəm 

şəklinin arxaik formalarıdır (7, 52). 

N.K.Dimitriyev də I və II şəxsin təki və cəmini şəxs əvəzlikləri ilə ifadə 

olduğunu qeyd edir və tərkib etibarilə I və II şəxsin cəmi mənsubiyyət şəkil-

çilərini iki morfemə ayırır: –ım+ız; –ın+–ız. Burada –ız kəmiyyət kateqo-

riyasının arxaik şəkli olduğunu vurğulayır (5, 57).  

Bu şəkilçilərin mənşəyi çox aydındır: belə ki, I və II şəxs mənsubiyyət 

kateqoriyasının formantları –(ı)–m+ız və –(ı)n +ız şəklindən ibarətdir.  

–(ı)m, –(ı)n mənsubiyyət şəkilçisi, –ız formantı isə türk dillərində geniş 

işlənən, lakin Azərbaycan türkcəsində vaxtı ilə qoşalıq, cəmlik anlayışını ifadə 

edən şəkilçidir. Bu şəkilçilər Azərbaycan dilində keyfiyyət etibarilə güclü qo-

vuşmaya məruz qalaraq, dildə vahid formant kimi çıxış edirlər.  

Bütün bu deyilənlərdən aydın olur ki, şəkilçilərin qovuşması böyük bir 

proses olub, dildə yeni morfoloji, leksik vahidlərin formalaşmasına səbəb olur.  

Sonda qovuşma prosesi keçirmiş və keçirməkdə olan şəkilçilərin ümumi 

xarakteristikasını bu cür vermək və yekunlaşdırmaq olar:  

1. Qovuşmuş şəkilçi tarixən ən azı iki şəkilçidən ibarət olmalıdır. 

2. Bu tip şəkilçilərin komponentinin biri məhsuldar, digəri qeyri–məh-

suldar ola bilər. Məs.: –ıcı

4



3. Vahid struktura malik olurlar.  

4. Söz daxilində parçalanmaya məruz qalmırlar.  

5. Eyni formant müxtəlif  şəkilçilərlə birləşərək başqa kateqoriyanın 

əlamətinə çevrilə bilər. Məs.: dıq+da; dıq+ım; dıq+ca və s.  

6. Qovuşmuş şəkilçilər dildə yeni leksik-qrammatik vahidlərdəndir. 

7. Dildə mövcud olan şəkilçilər müxtəlif fonetik hadisələrə məruz qalıb, 

25 



ya sadələşə, ya da ki, mürəkkəbləşə bilər. Məs.: la+ar > –lar sadələşir, –an+aq 

şəkilçisi isə mürəkkəb quruluş yaradır.  

8. Dildə iki leksik şəkilçinin qovuşması bu şəkilçinin artırıldığı sözün 

semantikası ilə çox bağlıdır. 

 

ƏDƏBİYYAT 

1.

 



Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı: Maarif, 1988, 285 s. 

2.

 



Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. Bakı: ADU, 1960, 204 s.  

3.

 



Qiyasbəyli M. Azərbaycan dilində morfoloji  söz yaradıcılığı. Bakı: Maarif, 1987, 180 s.  

4.

 



Джафаров  М.М.  Сложные  слова  как  объект  лингвистического  исследования // Из-

вестия Бакинского Университета. Серия гуманитарных наук, 2006, №4, с. 12-16.  

5.

 

Дмитриев  Н.К.  Грамматика  башкырского  языка.  М.-Л.,  Акад.  Наук  ССР  в  Ленин-



граде. 1948, 276 с.  

6.

 



Закиев М.З. О тюркской морфонологии/ / Советская тюркология, Баку, 1984, №1, с. 

35-44.  


7.

 

Кононов А.Н. О фузии тюркских языков // Структура и история тюркских языков. 



М.: Наука, 1971, с. 108-121.  

8.

 



Щербак  А.М.  Слог  и  его  структура  (на  материале  тюркских  языков) // Вопросы 

тюркологии. Баку, 1971, с. 175-176.  

 

НЕКОТОРЫЕ ЛЕКСИЧЕСКИЕ И ГРАММАТИЧЕСКИЕ СОЕДИНЕНИЯ 

СУФФИКСОВ  В СОВРЕМЕННОМ АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ 

 

С.Х.ВЕЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В статье  впервые в азербайджанском языкознании с точки зрения  современного 

языка  рассматриваются  соединения  суффиксов  создающих  наречие,  а  также  дается 

анализ  суффиксов  в  притяжательном  падеже.  Соединенные  суффиксы  иногда  внутри 

соединения  хотя  и  оставляют  свое  фонетическое  значение,  но  в  зависимости  от  звука 

полностью меняют свой вид и принимают другую форму. 



 

Ключевые слова: язык, слова, сложный аффикс, словообразования, наречия, фузии 

 

SOME LEXICAL AND GRAMMATICAL AFFIXES  

IN MODERN AZERBAIJAN LANGUAGE  

 

S.Kh.VALIYEVA 

 

SUMMARY 

    

Along with the connective affixes making adverb from the point of view of modern 

language, the connection fact at the possessive affixes are systematically described in the 

article. Though, in some parts connective affixes keep their phonetic integrity, they are 

completely modified depending on the voice peculiarities of the connection of affixes.  

 

Key words: language, words, complex affixes,

 

affixes of possession, structure, lan-



guage,

 

to create a word    



26 

Yüklə 433,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə