№4 Humanitar elmlər seriyası



Yüklə 229,76 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü229,76 Kb.
#56162


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

UOT 5718.01 

 

 

ARTUR KONAN DOYL VƏ DETEKTİV JANR

*

 

(ardı) 


d. 

ƏDİB HEÇ DƏ DETEKTİV JANRA QAPANIB 

QALMAQ N

İYYƏTİNDƏ OLMAYIB 

 

Q.

İ.ƏHMƏDOV  

Bakı Dövlət Universiteti 

gabil@lan.ab.az 

 

 



Məqalə  ingilis  yazıçısı  Artur  Konan  Doylun  yaradıcılığının  detektiv  aspektini  əks 

etdirən üçüncü məqalərir. Müəllifin bu mövzuda bır sıra məqalələri dərc olunmuşdur. 

 

 

Açar sözlər: qəlb, macəra, cinayət işi, ədəbi üslub, maddi yardım, dövrü əhatə etmək 

 

     1892-

ci ilin əvvəllərini o, özünü bütünlüklə “Qaçqınlar” romanına həsr edir 

və  tezliklə  həmin  yazı  çapa  təqdim  olunduqda,  tarixi  hadisələr  fonunda  qu-

rulmuş fabulanın nisbətən sönük alındığı üzə çıxır. Bəlkə də tənqidçiləri bu fikrə 

gətirən  Konan  Doyla  xas  detektiv  təhkiyəsinin  parlaq  ecazı  idi.  1892-ci ilin 

fevralında artıq ehtiyacın daşını birdəfəlik atmış ədib “Strend”-in inadla etdiyi 

xahişlər müqabilində yeni Holms hekayələri dəsti üçün min funt istəyir. Onun 

təklif  etdiyi  məbləğlə  və  müəllifin  irəli  sürdüyü  şərtə  –  yazıların  çatdırılması 

işində  onu  tələsdirməməyə  jurnal  danışıqsız  razı  olur.  “Gümüşü  yal”,  “Dəniz 

sövd

ələşməsi”  həmin  qismə  daxil  idi.  Onların  yaradıcısı  qalan  əsərləri  yaz-



mazdan  əvvəl  “Vaterloo”  və  “Zülmət  məlaikələri”  pyeslərini  tamamlayır. 

Sonuncu səhnə əsərində doktor Uotson təklikdə baş qəhrəman kimi Amerikada 

cərəyan edən hadisələr fonunda verilsə də, müəllif həmin dram əsərini nədənsə 

heç vaxt ortaya çıxarmadı. Buna səbəb kimi Uotsonun xasiyyətindəki qadınlara 

olan yüksək marağın qabarıq şəkildə verilməsi də ola bilərdi. 

     


Qalan detektiv hekayələr isə “Karton qutu”, “Sarı sifət”, “Düzənlikdə bazar” 

sərlövhələri ilə ədibin 1893-cü ildə İsveçrəyə səfəri ərəfəsində təhvil verilirlər. 

Arvadının soyuqdəymədən sonra özünü pis hiss etməsi və dağ havasına ehtiyacı 

olmasına  görə  həmin  ölkəyə  yollanarkən  və  oranın  ən  səfalı  guşələrindən  biri 

olan Rauşenbax şəlaləsini seyr edərkən Konan Doyl həmin ilin 6 aprelində öz 

anasına Holmsı həmin şəlalədə batırıb öldürəcəyini yazır. O, doğrudan da yeni 

*

 

Əvvəli “Bakı Universitetinin Xəbərləri” jurnalının 2014-cü il 3 sayında 



 

10 


                                                 


se

riyanı  “Holmsın  son  işi”  əsəri  ilə  bitirir  və  oktyabrda  öz  atasının  da  ölməsi 

xəbərindən sarsılır. Həyat yoldaşı isə ciyər xəstəliyindən tamamilə sağalaraq əri 

ilə Lindona çox gümrah bir halətdə dekabrin 8-də dönür. Yeni hekayələr düji-

ninə  yekun  vuran  bu  bədbin  sonluqlu  əsər  bütün  Britaniyanı,  Amerikanı, 

Avstraliya  və  Kanadanı  dərindən  məyus  etsə  də,  həmin  toplu  ayrıca  bir  kitab 

kimi “Şerlok Holmsın macəraları” adı altında çap olunur. Holmsdan, nəhayət ki, 

yaxa  qurtara  bildiyini  ehtimal  edən  dəmir  sağlamlıqlı,  atlyet  görkəmli  cavan 

ədib heç də qələmini yerə qoymur.  

     “Starko Monro” roman

ı məhz həmin vaxt ərsəyə gəlir. Sonra, yəni 1894-cü 

ildə  ədib  “Parazit”  əsərini  başa  vurur.  İndi  onu  daha  çox  Napoleon  obrazı  və 

onun  hökmranlıq  etdiyi  dövr  dərindən  maraqlandırır.  Onun  daha  iki  kitabı  – 

“Briqadir Jerarın qəhrəmanlıqları” və “Jerarın başına gələnlər”də baş qəhrəman 

Etyen  Jerar  artıq  Napoleon  dövrünə  aid  başlıca  hərbi  kampaniyaların  mər-

kəzində fəaliyyətdə olan bədii obrazdır. Müəllif hər iki kitabda təsvir olunan ha-

disələrə  vətənpərvər  bir  fransizin  gözləri  ilə  baxır.  Bu  əsərlərlə  qane olmayan 

yazıçı briqadirin şücaətlərinə aid daha 7 hekayə də qələmə alır.

 

Həmin mövzuda 



çalışarkən  böyük  qüvvələr  sərf  edən  Konan  Doylu  bir  fikir  daim  aludə  edir. 

“Mən  hələ  də  bilmirəm  ki,  məni  aludə  edən  fransız  imperatoru  dahiyanə  bir 

qəhrəmandır,  yoxsa  qeyri-adı  bir  əbləh”.  Dünyanın  hökmdarı  tacına  yiyələn-

mək  üçün  fransız  xalqının  böyük  bir  qismini  güdaza  verən  bu  qanlı  şəxsin 

devrilməsində  Konan  Doylun  həmyerlisi  cavan  marşal  Vellinqtonun  koman-

danlığı altında 1815-ci ildə ingilis ordusunun Vaterloo kəndi yaxınlığında gös-

tərdiyi qəhrəmanlıq müstəsna əhəmiyyətə malik olmuşdur.  

     


İngiltərədəki  ədəbi  hadisələrə  qarşı  çox  həssas  olan  qüdrətli  Amerikada  da 

Konan Doyl əsərləri dönə-dönə dərc olunduğundan bununla həm müəllifin mad-

di  imkanları  xeyli  dərəcədə  yaxşılaşır,  həm  də  onun  şöhrəti  qat-qat  artır. 

İsveçrəyə səfər edərkən isə o, artıq Birləşmiş Ştatları və Kanadanı gəzib öz qısa 

səfəri zamanı həmin ölkələrlə tanış olmuş, ədəbi ictimaiyyət qarşısında bir neçə 

yadda qalan çıxışlar etmişdi. Orada Redyard Kiplinqlə isə hətta dostlaşa bilmiş-

di.  Hər  ikisi  okeanın  o  tayında  keçirilmiş  məşhur  bir  boks  yarışında  da  ol-

muşdular. Çünki idmanla daim məşğul olan bu ingilis ədibi həmin növü o qədər 

çox sevirdi ki, o hətta boks mövzusunda Rodney  Stounun baş qəhrəman kimi 

verildiyi “Tarixi məqam” adlı bir romanı da heç də təsadüfən qələmə almamışdı.  

     

Növbəti səfərə isə Konan Doyl yenə də ailəvi olaraq çixir. Bu dəfə o, fironlar 



və  ehramlar  diyarı  olan  Misiri  seçir.  Paytaxt  şəhər  Qahirədən  800  kilometrlik 

məsafədə olan Xəlifə vadisində Donan Doylun özünün və ailəsinin də olduğu 

turist qrupuna bir dəfə yorğa dəvələrə süvar olmuş 90 bədəvi səhra ərəbi hücum 

edir  və  az  qalır  ki,  həmin  quldurlar  aciz  qalan  ingilis  qarnizonunun  gözləri 

qarşısında britaniyalı müsafirlərin hamısını əsir götürsünlər. Sonra Nil çayı ilə 

ingilis  gəmisində  hərəkət  edərkən  yazıçı  öz  narahatlığını  yerli  ingilis  qarnizo-

nunun  rəhbəri  general-mayor  Kitçinerlə  bölüşür.  1896-cı  ildə  evə  qayıdarkən 

müəllif daha bir kitab – hələ Misirdə başladığı “Bernak əmi” adlı və Napoleon 

epoxasına həsr olunmuş əsər dərc etdirir. Onun ardınca isə “Koroskoda faciə” 

 

11 




romanını çapa verir. 90 nəfər bədəvi çöl ərəbinin həmləsinin təsiri altında  ya-

zılmış bu kitabda yazıçı öz təxəyyülünün gücü ilə, əsir alınanlara guya islamın 

zorla qəbul etdirilməsi şərti ilə həyatlarının hifz ediləcəyi təklifinə onların müx-

təlif  şəkildə  yanaşdıqlarını  təsvir  edir.  Qəhrəmanlardan  bir  qismi  sağ  qalmaq 

x

atirinə  buyurulanları  edir,  digərləri  isə  etiraz  bildirərək  öz  ölümlərini  həqiqi 



xristianlar kimi mərdliklə gözləməyə başlayırlar. 

     


Həmin dövrdə Konan Doylun maddi vəziyyəti o qədər  yaxşılaşır ki, o An-

derşoy deyilən yerdə daha əzəmətli yeni bir malikanə inşa etdirir. O, həmçinin 

ol

duqca xoşuna gəlmiş Lekki Cin ilə də gizlincə görüşməyə və onun gözəlliyin-



dən ruhlanaraq bir sıra yeni əsərlər yaratmağa nail olur. Bunlardan biri “Şerlok 

Holms”  adlı  yeni  bir  pyes  olur.  Kral  teatrında  tamaşaya  qoyulan  həmin  əsəri 

səhnələşdirən məşhur aktyor Henri İrvinq 1898-ci ildə böyük uğur qazanır. Bu 

mövzuda daha bir pyesi isə Konan Doyl “Kornhil məqəzin” jurnalına göndərir. 

1898-

ci ildə ədib “Fəaliyyətə çağıran nəğmələr” adlı şeirlər və balladalar toplu-



sunu da nəşr etdirir. Elə həmin il İtaliyaya  gəzməyə  getməzdən daha  əvvəl o, 

“Strend” jurnalını da  yeni hekayələrlə təchiz edir. Buraya köhnə tarixlərlə  ya-

zılmış  “Buxarı  yanında  nəql  edilmiş  əhvalatlar”,  “Cücülər  ovçusu”,  “Saatları 

olan adam” və “Yox olmuş sürət qatarı” daxil idi. Bunlardan sonuncusunda Şer-

lok Holms yalnız səhnə arxasında hərəkət edir.  

      


Bu adı çəkilənlər arasında sonuncusunda təsvir edilən sirli yox olma hadisəsi 

artıq detektiv janra deyil, tamamilə başqa bir sahəyə  aiddir. Əlbəttə bu ədibin 

“İtirilmiş dünya” romanı kimi fantastik janrda da gözəl əsərləri vardır. Amma 

qeyd  etmək  lazımdır  ki,  fantastika  ilə  səsləşən  daha  bir  Şerlokiana  nümunəsi 

“Dörd əl-ayaqla gəzən adam”dır. 

     


Cin Lekki ilə məhəbbət macəraları getdikcə şiddətləndiyindən, ədib onunla 

qol-


qola teatr foyesində gəzişərkən qəflətən öz kiçik bacısı və əri ilə üzləşəndə 

onlar bu hadisədən çox pərişan olaraq yazıçı ilə əlaqəni kəsmək qərarına gəlir-

lər. Müəllif isə “Artur Qriffits” başlıqlı lirik-sentimental əsərində Mod Selbi adlı 

qad


ınla Frenk Kross arasında sevgi mövzusunda söhbətlərə geniş yer versə də, 

oxucular  bu  kitabı  müəllifin  səviyyəsindən  aşağı  dərəcəli  bir  bədii  yazı  kimi 

qəbul etməklə xeyli dərəcədə narazı qalırlar. 

     


Bununla  belə,  həmin  günlərdə  bir  neçə  ürəkaçıcı  hadisə  də  baş  verir.  On-

lardan  biri  aktyor  Vilyam  Gilletin  gözlənilmədən  müəllifin  yanına  əsil  Şerlok 

Holms qiyafəsində gəlməsi və zahirən tamamilə həmin obraza oxşamasıdır. Elə 

o vaxtlar Fransadan rəsmi səfərə gəlmiş hərbi donanma rəhbərliyindən mərasim 

təşkilatçıları krala, dahi admiral Con Fişerə, yaxud dahi siyasətçilərdən Balfura 

və ya Çemberlenə baş çəkmək barədə fikir bildirmələrini xahiş edəndə fransız 

nümayəndə  heyəti  yalnız  Şerlok  Holms  müəllifi  ilə  görüşməyi  arzuladıqlarını 

demişlər. Edinburq universiteti də həmin günlərdə ona “hüquq elmləri doktoru” 

alimlik 

dərəcəsi vermişdi. 

     

Şerlok Holmsla vidalaşan Konan Doylun 1901-cı ilin 2 aprelində cap etdir-



diyi “Baskervillərin iti” adlı povestində də bu xəfiyyəçi obrazı bir qədər gözə 

dəyir. Lakin həmin əsərdəki hadisələrin baş verdiyi tarix Holmsın Rauşenbax 

 

12 



şəlaləsi kənarında yox olmasından daha əvvəlki dövrə aiddir. Belə ki, ədib bir 

növ  öz  oxucularını  aldadır  və  retro  bir  əsərlə  onları  sakitləşdirmək  istəyir. 

Bundan əlavə, tənqidçilərin fikrinə görə, bütün digər Şerlokiana nümunələrində 

süjet Holmsdan asılı olduğu halda, “Baskervillərin iti”ndə bu iş əksinə bir hal-

dadır. Yəni nisbətən arxa planda olan Holms  yalnız finala yaxın üzə çıxlr və 

ha

disələrə təsir göstərir. Povestin əhvalatlarının təsvir olunduğu yerləri – Qrim-



pen top bataqlığını, vələs pöhrəliyi talasını və həbsxana mənzərələrini müəllif 

Fletçer Robinsonun dəvəti ilə çıxdığı gəzinti zamanı həmin ilin əvvəlində öz 

gözləri ilə gördükdən sonra qələmə almışdır. 

  

 



     1889-

cu  ildə  Cənubi  Afrikada  başlayan  Bur  müharibəsinə  könüllü  həkim 

sifətilə yola düşən ədib tezliklə oradakı Kanqmen hərbi xəstəxanasında qarın ya-

talağı xəstəliyinə yoluxur və az qalır ki, tələf olsun. Yalnız möhkəm orqanizmi 

sayəsində o, ölümdən qurtulur və vətənə qayıdaraq hökumətin xahişi ilə “Böyük 

Bur müharibəsi” elmi-sənədli əsərini yaradır. Həmin kitab bu qarşıdurmanın səl-

naməsinə çevrilir. Lakin oxucuları bir şey narahat edirdi – məşhur bədii obraza 

çev


rilmiş  xəfiyyəçi  Holms  onları  öz  dahiyanə  ağlı  ilə  bir  daha  heyrətləndirə-

cəkdimi? 

     

Amerikadakı naşirlər 1903-cü ildə Holmsı nə isə bir yolla Rauşenbax şəla-



ləsindən çıxarıb dirildilməsi üçün ona 5 min dollar təklif edirlər, Nyunsens isə 

yalnız  bunun  yarısından  bir  qədər  çox  verə  biləcəyini  deyir.  Naşirlərə  Konan 

Do

yl yalnız beş şözün baş hərflərini göndərir: “O.K. A.K.D.” bunlardan son üçü 



onun ad və familiyasının ilk hərflərini, ilk ikisi isə “okey”, yəni “oldu” sözünü 

bildirirdi.  Bu  halda,  tarixlərə  yaxşı  diqqət  verməyən  müəllif  səhvən  öz  qəh-

rəmanını  həyata  ölüm  tarixindən  daha  əvvəl,  yəni  1903-cü  ildə  qaytarır. 

Beləliklə, “Strend” məcmuəsinin səhifələrində əvvəlcə “Boş evin sərgüzəştləri”, 

sonra  isə  “Norvuddan  olan  iş  icraçısı”,  “Rəqs  edən  adamciyəzlər”  və  “Tənha 

velosipedçi” varid olurlar. Həmin əsərlər haqqında o, özü bildirmişdir ki, ilk üç 

yaz

ıda  oxla  almanı  sərrast  vura  bilmişdir.  Velosipedçi  barəsində  olanında  isə 



nisbətən uğursuzluğa düçar olmuşdu. O, Holmsın şöhrətinə layiq süjetlər üçün  

məsləhətləşmək niyyətilə bacarıqlı bir mütəxəssis tapmaq arzusunda idi. 

     1903-

cü ilin dekabrından 1904-cü ilin dekabrına kimi peyda olmuş 13 povest 

və bir roman sonradan Hyunsens tərəfindən “Holmsın qayıdışı”  başlığı altında 

ayrıca bir cild şəklində çap olunsa da, onlardan “Qloriya Skott” və “Sarı sifət” 

əsərlərinin uğurlu alındığını demək bir qədər  çətin idi. Bundan az sonra onun 

Üçüncü  Edvardın  zəmanəsinə  aid  tarixi  romanı  “Ser  Naycel”  işıq  üzü  görür. 

Həmin vaxtda onun həyat yoldaşı vəfat edir. Sonrakı dövrdə digər xanımı Cin 

Lekki  ilə  dörddə  bir  əsrlik  məşhurluq,  zənginlik  və  ailə  sevincləri  yaşamış 

ədibin birinci dünya müharibəsi dövründə cəbhədə bir oğul itirməsi ona böyük 

mənəvi zərbə olur. 

     1930-

cu ilin 7 iyul səhərində ölümün yaxınlaşdığını bütün aydınlığı ilə duyan 

71 yaşlı Ser Artur Konan Doyl çətinliklə yerindən qalxıb özünü yazı masasına 

yetirə  bilirsə  də,  əli  qələm  tutmur.  Hələ  keçən  ay  boyu  aldığı  çoxsaylı  mək-

tubları  cavablandırmış,  özü  barədə  yazılar  vermiş  mətbuat  orqanlarına  rəylər 

 

13 




göndərmişdi.  Ömrünün  həmin  sonuncu  günü  isə  yalnız  pəncərədən  Susseks 

qraflığının axar-baxarlı mənzərələrinə nəzər sala bilir. Həyat öz axarı ilə davam 

etsə də, onun mənalı ömrünün son saatı tamama  yetmişdi. Üzünü cavan arva-

dına tutaraq “Əziyyətlərini halal et!” – deyir. Sonra isə bir neçə gün öncə yaz-

dığı  son  sözləri  xatırlayır:  “Oxucularım  həyatım  boyu  nə  qədər  macəralarla 

qarşılaşdığımdan xəbərdar olsalar da, yəqin ki, onlardan ən maraqlısının və ən 

şərəflisinin hələ irəlidə məni gözlədiyini təsəvvür etmirlər.” Bu məqamda dahi 

ədib iki oğlu və həyat yoldaşının əhatəsində gözlərini əbədi olaraq yumur.

  

     


Onun dəfn mərasimində çıxış edənlərdən yepiskop və psixoloq  alim Drayton 

Tomas  yazıçının  son  illərdə  ruhlar  dünyası  üzrə  apardığı  tədqiqatın  insanlara 

ölümdən  sonrakı  qeyri-cismanı  mövcudluq  naminə  bu  dünyada  alicənab  və 

gözütox olmağa çağırışları ilə etdiyi böyük tərbiyəvi təsirdən bəhs etdi. Vilyam 

Cillet  bir  aparıcı  aktyor  və  Holms  obrazının  səhnə  yaradıcısı  kimi  dahiyanə 

bədii surət olan Şerlok Holmsın bəşər düşüncəsinə gətirdiyi faydanı xatırlatdı. 

Mərhumun öz detektiv əsərlərinin ilkin variantını adətən dərc etdirdiyi “Strend” 

jurnalının səhifəsində yerləşdirdiyi nekroloqda redaktor Qrinhof Smit dünyasını 

dəyişdirmiş  ədibin  Holms  obrazı  ilə  nəinki  az  təşəkkül  tapmış  bir  janra  güclü 

nəfəs  verməsini,  həmçinin  mərdlik  və  haqq-ədalət  barədə  hamıya  güclü  duy-

ğular aşıladığını qeyd edirdi. Corc Bernard Şou isə öz başsağlığısını çox qısa və 

bədbin bir ahənglə ifadə etmişdi: “Bu qədər yaxşılıqlarına layiqli qiymət ver-



məyən əzablı dünyadan mərhum başını çox yaxşı götürüb aradan çıxdı.” 

    


“Deyli Herald” məcmuəsi də bütün digər mətbuat nümunələrinə qoşularaq öz 

səmimi duyğularını belə bir əlavə başlıq altinda dərc etmişdi: “Ser Artur Konan 



Doyl artıq aramızda yoxdur, amma onun yaratdığı Şerlok Holms əbədi olaraq 

bizimlədir.”  Bir  neçə  gün  sonra  isə  qədirbilən  ingilis  xalqı  möhtəşəm  Sent-

Ceymz  Holl  sarayında  altı  min  adamın  iştirakıilə  əzəmətli  anım  mərasimi 

keçirtdi. 

 

ƏDƏBİYYAT 

1. 

Артур  Дойл  Конан.  Подвиги  бригадира  Жерара.  Послесловие  Урновой.  М.:  Правда, 



1987. 

2.

 



Cox, Don Richard. Arthur Conan Doyle. Frederick Ungar Publishing Co., New York, 1985. 

3.

 



Redmond, Christopher. “Welcome to America, Mr. Sherlock Holmes”. Toronto. Simon & 

Pierre, 1987 

4.

 

Pointer, Michael. The Public Life of Sherlock Holmes. London. David & Charles, 1975. 



5. Артур Дойл Конан. Родни Стоун. Послесловие Урновой. М.: Правда, 1990. 

6.  Martin Booth. The Doctor and the Detective: A Biography of Sir Arthur Conan Doyle. 

Thomas Dunne Books. New York, 2000. 

7.  Артур  Дойл  Конан.  Избранные  фантастические  произведения.  Предисловие  К.Ан-

дреева. М.: Молодая гвардия, 1957. 

8. Артур Дойл Конан. Собака Баскервилей. М.: Художественная литература, 1987. 

9.

 

Daniel Stashower, Sherlock Holmes. Teller of Tales: The Life of Arthur Conan Doyle. 



 

14 



АРТУР КОНАН ДОЙЛ И ДЕТЕКТИВНЫЙ ЖАНР  

 

Г.И.АХМЕДОВ 

 

РЕЗЮМЕ 

 

 



Представленная  статья  является  второй  половиной  работы  и  посвящена  детек-

тивному  аспекту  творчества  нзвестного  английского  писателя  Артура  Конан  Дойла. 

Нами опубликованы ряд статей  в данной области, поскольку они  выполнены на  почве 

докторской  диссертации  соискателя.  Первая  же  половина  данной  статьи  скоро  будет 

опубликована в Ученых записках  одного из ВУЗ-ов нашей Республики.  

 

Ключевые  слова:  душа,  приключение,  уголовное  дело,  литературный  стиль, 

финансовая поддержка, охватить период. 

 

 



ARTHUR CONAN DOYLE AND THE DETECTIVE GENRE 

 

G.

İ.AHMADOV  

 

SUMMARY 

 

The presented material is the second half of the whole piece highlighting the entire 



literary creation of the mentioned writer. Though he wanted to write more historical novels, he 

became  world  -  known with his image Sherlock Holmes. We have been working  ten years 

upon the very aspect of the  creation of this author with the aim of gaining professorship. 

Translation of several detective stories of this author into Azeri belongs to our pen and a few 

years ago they were published in the magazine “Mutarcim”.  

 

Key words: spirit, adventure, criminal case, literary style, a financial support, to cover 

the period. 

 

 



 

 

15 



Yüklə 229,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə