№4 Humanitar elmlər seriyası



Yüklə 214,27 Kb.
Pdf görüntüsü
tarix21.07.2018
ölçüsü214,27 Kb.
#57455


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

UOT 398;801,8 



 

QURBANİ AZƏRBAYCAN MÜHACİRƏT 

FOLKLORŞÜNASLIĞINDA 

 

A.

HƏSƏNQIZI 

Bakı Dövlət Universiteti 

gunsel_gunsel@yahoo.co.uk 

 

Azərbaycan mühacirət folklorşünaslığının ən çox diqqət yetirdiyi mövzulardan biri aşıq 

yaradıcılığı  olmuşdur.  Qurbani,  Aşıq  Abbas  Tufarqanlı,  Dədə  Qasım,  Aşıq  Ələsgər,  Bağdad 

xanım    və  başqaları  ilə  bağlı  mühacirətdə  araşdırmalar  aparılmış,  onların  şeirləri  yazıya 

alınmış və müxtəlif ölkələrdə nəşr edilərək təbliğ olunmuşdur.  

Məqalədə Azərbaycanın mühacir ziyalıları Əhməd Cəfəroğlunun, Mehmet Sadıq Səna-

nın,  Xavər  Aslanın  və  başqalarının  ustad  aşıq  Qurbani  yaradıcılığı  ilə  bağlı  tədqiqatları 

araşdırılmışdır. 

 

A

çar sözlər: mühacirət, folklor, vətən, Qurbani, aşıq   

 

Mühacirətdə  ilk  dəfə  Qurbani  ilə  bağlı  məlumata  M.S.Sənanın  “Azər-



baycan saz şairləri” məqaləsində təsadüf edilməkdədir. Burada müəllif Qurbani 

haqqında çox qısa məlumat vermiş, şeirlərinə əsasən onun hicri onuncu əsrdə 

yaşadığını müəyyənləşdirmiş, lakin nədənsə aşığın adını “Qurban” yazaraq, üç 

şeirini və dastandan kiçik bir parçanı məqaləsinə daxil etmişdir (10,55-57). Elə 

həmin ildə “Azərbaycan yurd bilgisi”nin dörd-beşinci sayında M.Şakirin “Aşıq 

Qurbaninin üç mənzuməsi” məqaləsi dərc edilmişdir ki, bu da söz sənətkarına 

olan böyük maraqdan xəbər verir. Müəllif müxtəlif mənbələrə əsasən Azərbay-

canda və Anadoluda çox sevilən bu aşığın adının Qurbani olduğunu  müəyyən-

ləşdirdiyini,  şeirlərinin  də  son  bəndinin  bu  fikri  təsdiq  etdiyini  bildirmişdir. 

Məmməd  Sadiq  bəyin  məqaləsindəki  şeirlərlə  bağlı:  Birinci  mənzumənin 

məqta bəndi şairin adını, digər iki mənzumədə “Qurbani” olaraq yazılı bulun-

masına  rəğmən,  Sadıq  Sənan  bəyin  qeydi  vəchilə  “Qurban”  olaraq  göstəril-

məkdədir” (11, 168) yazan müəllif yanlışı təshih etməyə çalışmışdır. 

Mühacirətdə Qurbani yaradıcılığının əsas tədqiqatçısı Ə.Cəfəroğlu hesab 

edilə bilər. Alim bu ustad aşığı həmişə diqqət mərkəzində saxlamış, müxtəlif 

məqalələrində, tədqiqatlarında onunla bağlı araşdırmalarını davam etdirmişdir. 

Belə  ki,  “Azərbaycan  türklərinin  ədəbiyyatı”  əsərində  XVI-XVII  əsrdə  xalq 

 

16 




yara

dıcılığından bəhs edərkən, ilk növbədə Qurbani və onun yaradıcılığını in-

cələmiş, onu xələflərinin ən böyük ustadı – “piri” kimi yüksək dəyərləndirmiş-

dir: “Qurbani dərin və səmimi lirizmlə aşılanan fəlsəfi şeirləri ilə Azərbaycan 

aşıq ədəbiyyatının pirinə çevrilmişdir. Elə buna görə də, bir sıra saz şairlərinin 

yaradıcılığında  ustad  aşığın  surəti  yaradılmış,  şəxsiyyəti  tərənnüm  olunmuş-

dur” (6, 133). 

Qurbaninin  yaşadığı  yüzilliyi  –  XVI  əsri  “aşıq  ədəbiyyatının  ən  parlaq 

dövrü” kimi səciyyələndirən  alim bu yüksəlişin səbəbini Səfəvilərin hakimiy-

yəti  və  Şah  İsmayıl  Xətainin  ana  dilinə  olan  münasibətilə  əlaqələndirmişdir: 

“Şah İsmayıl aşıqların türkülərini çox bəyənir və böyük bir qeyrətlə şiə etiqadı 

üçün  təbliğat  yapdığı  qoşmalarını  aşıq  tərzində  yazırdı.  Bu  bir  yandan  da 

beləcə şeir sənətləri üçün yeni  bir mövzu bulan xalq şairləri üçün də təşviqdi” 

(4, 153). 

Qurbaninin Şah İsmayıl Xətaiyə etdiyi məşhur “Şeyx oğlu Şahım” müra-

ciətini  xatırladan  Ə.Cəfəroğlu  aşığın  sadə  insanların  halına  acıyaraq,  onların 

dərdini  misralara tökdüyü üçün çox  sevildiyini və əsərlərinin Azərbaycan söz 

sənətinin  zirvəsində  qərar  tutduğunu  qeyd  etmişdir.  Alim  Qurbani  irsini  eşq  

şeirləri, təbiət, və siyasi lirika olaraq  üç qismə ayırmışdır: ”Şeyx oğlu Şah”a 

duyduğu  bütün  simpatiyaya  rəğmən  sadə  xalqın  zor  durumunu  və  zamanın 

siyasi intriqalarını açıqca təsvir etməkdən geri qalmırdı. Digər tərəfdən, realist 

və  gözəl  təbiət  təsvirləri  və  eşq  şeirlərinin  möhtəvasını  təşkil  edirdi.  Başarılı 

təcnis və gözəlləmələr əsərlərini süsləməkdədir” (4,154). 

Ə.Cəfəroğlunun 1948-ci ildə İstanbulda “Türk dili və ədəbiyyatı” dərgi-

sinin 3-cü 

sayında  nəşr  etdirdiyi  “Tərəkəmə  ağzı  ilə  hüdutboyu  saz  şairləri-

mizdən Qurbani və şeirləri” (3) adlı irihəcmli məqaləsi böyük sənətkarın həyat 

və  yaradıcılığına  həsr  olunmuşdur.  Alim  özü  kimi  mühacir  Aşıq  Namazın 

dilindən  “Qurbani” dastanını  dinləmiş  və  yazıya  köçürərək  nəşr  etdirmişdir. 

Tədqiqatçı  G.Hüseynov  bu  barədə  yazır:  “...Qurbani  qəlbinin  bütün  fiziki  və 

mənəvi  harayı  ona  şeirin  ifa  məkanında  poetik  həssaslıqla  qoşulmuş  Aşiq 

Namaz qəribliyi, eyni zamanda onu mətn olaraq qeydə alan və bu zaman mət-

nin bütün doğma Azərbaycan orijinallığını varlığı ilə qoruyan Əhməd Cəfəroğ-

lunun Vətən həsrəti bu mətndə şeirin poetik layları kimi vardır” (7, 66). 

Bundan  əlavə, Əhməd Cəfəroğlu  “Anadolu elləri ağızlarından dərləmə-

lər” kitabına aşığın yaradıcılığına aid bir sıra şeirləri – “Aşıq Qurbani-Pərizad 

deyişməsi”,  “Qurbaninin imtəhanı”,  “Qurbaninin  sevgilisinə  sözləri”,  “Qur-

baninin ayrılıq türküsü”, “Xan qızına xitab”, “Pərizadın məzarı başında”, “Pəri-

zadın bağçasında”, “Qurbaninin son sözü” və s. daxil etmişdir.  Bu poetik nü-

mu

nələr “Qurbani” dastanının mətni kimi verilməsə də, adlarından göründüyü 



kimi, onunla birbaşa bağlıdır.  

Əhməd  Cəfəroğlunun  topladığı  bu  poetik  nümunələrin  bir  qisminə  nə 

Qurba

ninin  şeirlər  toplusunda,  nə  də  “Qurbani” dastanının  nəşr  olunmuş  va-



riant

larında  təsadüf  olunur.  Adı  çəkilən  mənbələrdəki  şeirlərin  bir  qismi  isə 

Ə.Cəfəroğlunun  topladığı  mətnlərdən  fərqlənir,  yaxud  da  tam deyildir. Lakin 

 

17 




mühacir ali

min  təqdim  etdiyi  mətnlər  də  hamısı  orijinal  deyildir,  onların  bir 

qis

minə Azərbaycandakı mənbələrdə rast gəlmək mümkündür. 



Ə.Cəfəroğlunun  toplayıb  nəşr  etdirdiyi  “Aşıq  Kürəni  –  Aşıq  Qurbani 

deyişməsi”, “Aşıq Qurbani – Pərizad deyişməsi”, “Qurbaninin ayrılıq türküsü”, 

“Xan qızına xitab”, “Pərizadın bağçasında”, “Qurbaninin son sözü” adlı şeir-

lərə,  həmçinin  “Havalanıb  könül  çıxma  ucaya”,  “Sallana-sallana  gələn  sev-

diyim”, “Başına döndüyüm ala gözdü  yar”, “Gəl,  yarım sənnən badə içəlim” 

misraları ilə başlayan poetik örnəklərə Azəbaycanda nəşr olunmuş “Qurbani” 

dastanının  variantlarından  heç  birində  və  Qurbaninin  Qəzənfər  Kazımov 

tərəfindən  tərtib  edilmiş  şeirlər  toplusunda  təsadüf  olunmur.  Məsələn,  “Aşıq 

Qurbani – 

Pərizad deyişməsi”nə diqqəti yönəldək: 

Aldı Qurbani: 

Özün bilməzinən qalxıf oturma,  

Axlın zaya verif, fəhmin itirmə. 

Sevdiyin gönlünə xəbər getirmə, 

Necə dağdı quzuyunda qar olmuş. 

Aldı Pörüzat: 

Bu nə pehleydi gəldi başıma, 

Fələk ağı qatdı şirin aşıma. 

Hər kim xavar versə şah qardaşıma 

Yüz il menşerdə yeri nar olsun. 

Aldı Qurbani: 

E

şqin piyalasın doldur sora gör, 



Siyah zülfün dal gərdənə hör. 

Qurbanım der, bizim bağı dərə gör, 

Qeyri bağda heyva olu, nar olu.  

Aldı Pörüzat: 

Aşıq məşuğunnan alırmı murat, 

Allahdan inayat, möyladan imdat.  

Qurbanıdan ayrı düşsə Pörüzat,  

Cümlə dərtlər bu sinədə var olu (5, 90). 

 

Əhməd Cəfəroğlunun nəşr etdirdiyi “Ala gözdü, nazlı dilbər” misrası ilə 



başlanan şeirə “Qurbani” dastanının variantlarından heç birində və Qurbaninin 

şeirlər toplusunda təsadüf edilmir: 

Kebap üstə dönən közdü

Etdicəgin cilvə nazdı, 

Adülərdən qalma sözdü, 

Gəlmə dilbar, gəlmə, dilbar, 

Gəldin, geri dönmə, dilbar (5, 92). 

 

Qeyd edək ki, “Qurbani” dastanının çap olunmuş hər iki variantında və 



Qəzənfər Kazımovun nəşrə hazırladığı “Qurbani” kitabında: 

 

18 




Durum dolanım başına 

Aşiqindən küsən dilbər! 

Gözlərini dik gözümə, 

Nə mən dinim, nə sən, dilbər, (2,51; 88; 8,45) 

misraları ilə başlayan (dastanın Diri versiyasında bu şeir bir qədər fərqli şəkildə 

getmişdir) “Dilbər” rədifli şeir olsa da, bu Ə.Cəfəroğlunun təqdim etdiyi poetik 

nümunədən  həm  məzmun,  həm  də  forma  baxımından  seçilir.  Ümumiyyətlə, 

“Qur


bani”  dastanının  nəşr  olunmuş  variantlarında  bu  formalı  şeirə  təsadüf 

olun


mur.  Q.Kazımovun  nəşrə  hazırladığı  “Qurbani”  şeirlər  toplusunda  isə 

yalnız  “Keçdi”  rədifli  yarımçıq  bir  şeir  Əhməd  Cəfəroğlunun  təqdim  etdiyi 

poetik nümunəyə bənzəyir (8, 54). 

Əhməd  Cəfəroğlunun  toplayıb  nəşr  etdirdiyi  örnəklər  içərisində  indiyə-

dək “Qurbani” dastanının variantlarında və Qurbaniyə aid edilən digər mənbə-

lərdə rast gəlinməyən nümunələrdən biri də ”Qalxdı köç eylədi könül karvanı” 

misrası ilə başlayan şeirdir: 

Qalxdı köç eylədi könül karvanı, 

Naşı avçı kəsmiş av dərəsini. 

Qalxıbınan endi ellərə doğru,  

Seyrişif marallar sallara doğru. 

 

Ata yox, ana yox, nə qardaş-bacı, 



Çıxmaz ürəyimnən bu qəmlər acı. 

Əbrüşüm muyunnan müsəllim saçı,  

Kəh də səjdə qılar bellərə doğru. 

  

Qurbanı yandırır eşqin ataşı, 



Gəlməsin üsdümə sən təki naşı. 

Durmayıpnan axır didəmin yaşı,  

Axıpnan qarışır sellərə doğru (5, 87). 

 

Qurbaninin yaradıcılığı ilə bağlı araşdırmalarının hamısında Ə,Cəfəroğlu 



Kürəni  adlı  aşığı  xatırlamış,  şah  sarayında  hər  iki  sənətkarın  deyişmələrinin 

keçirildiyini bildir

miş, hətta doqquz bənddən ibarət həmin şeiri “Anadolu elləri 

ağızlarından dərləmələr” kitabında nəşr də etdirmişdir. Alimin Qurbaninin “da-

xil olduğu  saray çevrəsində rəqib kimi qarşılaşdığı, hətta bir sıra hallarda mü-

ca

diləyə girişdiyi Kürəni də Azərbaycan saz şairləri arasında çox tanınanlardan 



biri  olmuşdur”(6,133),  –  cümləsindən  Aşıq  Kürəniyə  verdiyi  dəyər  meydana 

çıxmış olsa da, əyanilik üçün deyişmədən bir örnəyə diqqət yetirək:  

Aldı Aşıq Kürəni: 

Aradım, bulum gönül şəhrini,  

Baxdım bu gönlümdə genə çar qaldı. 

O çarın birisin qaldırdım atdım, 

Baxdım dalısında genə çar qaldı. 

 

19 




Aldı Aşıq Qurbani: 

Qadir möylam təməl vurdu dünyaya, 

Nişangahı dört qıvladı, çardı, çar. 

Dört nəsnədən xəlq eyləmiş adamı,  

Abu atəş xaki baddı, çardı çar (8, 88-89).  

 

Deyişmə yalnız Aşıq Qurbaninin deyil, Aşıq Kürəninin də istedadını, bilik və 



bacarığını ifadə etməkdədir. 

Əhməd Cəfəroğlunun toplayıb nəşr etdirdiyi bütün poetik mətnlərin geniş 

və hərtərəfli təhlili, əlbəttə, mümkün deyildir. Ona görə də, bu mətnlərlə bağlı 

ən səciyyəvi məqamlara diqqət yetirməyi məqsədəuyğun hesab etdik və bunlar 

da mühacir alimin Qurbani irsi ilə bağlı gördüyü işlər haqqında müəyyən qədər 

təsəvvür yarada bilər.

 

Qeyd  etmək  lazımdır  ki,  “Azərbaycan  ədəbiyyatı  (Seçilmiş  misralar)” 



kitabına S.Refik Qurbani şeirlərindən parçalar daxil etmişdir ( 9, 74-75). 

 

X.Aslan  “Aşıq  Ələsgər”  kitabına  yazdığı  müqəddimədə  Qurbani  yara-



dıcılığını yüksək qiymətləndirmiş, onun yaradıcılığının yazılı ədəbiyyata, xüsu-

sən Şah İsmayıl Xətayiyə böyük təsirindən söhbət açmışdır (1,6). 

Bütün  bu  müqayisələr  həm  də  göstərir  ki,  Qurbani  irsini  daha  geniş 

araşdırmaq üçün onun mühacirətdə nəşr olunan şeirləri də öyrənilməli və nəşr 

olun

malıdır, lakin təəssüf ki, hələ də bu problem öz həllini tapmamışdır. Həmin 



məsələyə diqqət  yetirən G.Hüseynov  yazır: “Qurbani şeirinin poetik xüsusiy-

yətlərini dərindən-dərinə araşdırmış, o cümlədən onun şeirlərini dastanlardan, 

müxtəlif mətnlərdən, əlyazmaları, cünglərdən və s. mənbələrdən toplayaraq va-

riant tutuşdurmaları, izah və şərhləri ilə birlikdə təqdim edən Qəzənfər Kazı-

movun  “Qurbani”  şeirlər  məcmuəsi  göstərir  ki,  tərtibçi  Qurbani  şeirinin  təq-

d

imi və tutuşdurması zamanı Ə.Cəfəroğlunun burada təhlili verilən nəşrindən 



(Ə.Cəfəroğlunun “Tərəkəmə ağızı ilə hüdutboyu saz şairlərimizdən Qurbani və 

şeirləri” adlı məqalə nəzərdə tutulur – A.H) istifadə edə bilməmişdir” (7,66).  

Doğrudan  da,  mühacirətdəki  nəşrlər  –  M.S.Sənanın,  Ə.Cəfəroğlunun, 

M.Şakirin, X.Aslanın və başqalarının tədqiqatları nəzərə alınmadıqca, Qurbani 

irsi öz bütövlüyünü, ka

milliyini, zənginliyini əhəmiyyətli dərəcədə itirmiş ola-

caqdır. 

 

ƏDƏBİYYAT 

1. Aşık Elesker. Hazırlayan Dr. Haver Aslan. İstanbul: Edebiyat Cephesi Gazetesi Matbaacılık 

ve Neşriyat, 1984, 152 s. 

2. Azərbaycan dastanları. 5 cilddə, I c., Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1965, 380 s.  

3. Caferoğlu Ahmet. Terekeme ağızıle hudutboyu saz şairlerimizden Kurbani ve şiirleri, “Türk 

dili ve Edebiyatı”, III, İstanbul: 1948, №1-2, s.87-106  

4. Caferoğlu Ahmet. Azerbaycan Edebiyatı, Türk Dünyası Edebiyatı, I, İstanbul: Türk Dünyası 

Araştırmaları Vakfı, 1991, s. 140-217 

5.  Caferoğlu  Ahmet.  Anadolu  İlleri  Ağızlarından  Derlemeler,  Van,  Bitlis,  Muş,  Karaköşe, 

Eskişehir,  Bolu  ve  Zonguldak  illeri  ağızları,  Türk  Dil  Kurumu  yayınları:  591,  Ankara: 

 

20 



Ankara Üniversitesi Basımevi, 1995, XXIII+ 288 s. 

6. Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri, Bakı: Mütərcim, 2008, 408 s  

7. Hüseyno

v  Gülağa.  Əhməd  Cəfəroğlunun  folklorşünaslıq  irsi,  filologiya  elmləri  namizədi 

alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyası, Bakı, 2007, 146 s. 

8. Qurbani. Nəşrə hazırlayan: Q.Kazımov, Bakı: BDU, 1990, 280 s. 

9.  Refik  Selim  Refioğlu.  Azerbaycan  edebiyatı  (Seçilmiş  mısralar),  Bursa:  Emek  basımevi, 

1941, 110 s. 

10. Sanan Mehmet Sadık Azerbaycan Saz Şairleri, “Azerbaycan Yurt Bilgisi”, İstanbul: 1932, 

yıl 1, sayı 2, s.55-59  

11.  Şakir  Mehmet.  Aşık  Kurbaninin  üç  manzumesi,  “Azerbaycan Yurt Bilgisi”,  İstanbul:  

1932, yıl 1, sayı 4-5, s.167-169 



 

 

КУРБАНИ В АЗЕРБАЙДЖАНСКОЙ  ЭМИГРАНТСКОЙ  

ФОЛЬКЛОРИСТИКЕ 

 

А.ГАСАНКЫЗЫ 

 

РЕЗЮМЕ 

 

В  статье  “Курбани  в  азербайджанской  эмигрантской  фольклористике”  рассмот-

рено исследование эмигрантской фольклористики о жизни и творчестве  Курбани. 

Особенно  выделены  и  впервые  привлечены  к  системному  исследованию  труды 

таких  видных  представителей  эмигрантской  научно-теоретической  мысли,  как  Ахмед 

Джафароглы,  Хавер Аслан, Мехмет  Садык Санан и др.  



 

Ключевые слова: эмиграция, фольклор, родина, Курбани, ашуг 

 

 

GURBANI IN AZERBAIJANI EMIGRATION FOLKLORE STUDIES 

 

A.HASANGIZI 

 

SUMMARY 

 

The article “Gurbani in Azerbaijan emigration folklore studies” analyzes researches of 

emigration folklore studies about the life and creativity of Gurbani. 

The works of the prominent representatives of emigration, such as Ahmad Jafaroghlu

Khaver Aslan, Mehmet Sadik Sanan etc. have  been emphasized and for the first time 

systematically analyzed. 



 

Key words: emigration, folklore, motherland, Gurbani, ashug 

 

 

 

 



21 

Yüklə 214,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə