№4 Humanitar elmlər seriyası



Yüklə 252,09 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü252,09 Kb.
#65409


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

                     Humanitar elmlər seriyası 

  2009 

 

 



 

 

ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN  



BMT ÇƏRÇIVƏSİNDƏ HƏLLİ YOLLARI 

 

R.B.DADAŞOVA  



AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstiututu 

 

Ermənistanın Azərbaycana təcavüzünün qarşısını almaq üçün Azərbaycan və 



Türkiyə hökumətlərinin müraciətlərindən sonra BMT TŞ Dağlıq Qarabağ münaqişəsi 

barədə 4 qətnamə  qəbul etdi. Qətnamələr müharibənin gərginləşdiyi dövrdə  qəbul 

edildiyi üçün əsas və ilkin tələb təcili atəşkəs etmək idi.  

1994-cü il mayın 12-də MDB dövlət başçıları  Şurasının 1994-cü il 15 aprel 

tarixli bəyannaməsinə əsasən Atəşkəs barədə saziş bağlansa da, Ermənistan mütəmadi 

olaraq atəşkəsi pozur. Lakin Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya 

məsuliyyəti Azərbaycanın üzərinə qoyur. Bu barədə Rusiya Federasiyası 

prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi səfiri Vladimir Kazimirov deyir: «…Qət-

namələrin  əsas tələblərini hansı  tərəfin pozduğunu dəqiqləşdirmək vaxtı çatmışdır... 

Əlbəttə, bu, mübahisəsiz Azərbaycan tərəfdir… Bakı 3 dəfə hərbi əməliyyatların sona 

çatmasına imkan vermədi». Münaqişə  tərəflərinin hər birinin qətnaməyə kompleks 

deyil, öz maraqları çərçivəsində yanaşmasını qeyd edən V.Kazimirov belə vurğulayır: 

«…Azərbaycan qətnaməyə müvafiq olaraq, işğal edilmiş  ərazilərin boşaldılması 

üzərində  təkid edir. Ona silahlı münaqişənin ağır nəticələrinə, məcburi köçkünlərin 

əzab-əziyyətlərinə diqqəti cəlb etmək lazımdır. Lakin əsas mübahisəli problem, 

münaqişənin səbəbi – Dağlıq Qarabağa status verilməsi arxa plana sıxışdırılır (10). 

Beləliklə, Rusiya siyasətçisi Azərbaycanın  ədalətli mübarizəsinə göz yumur, 

Ermənistana haqq qazandırır və onu iddialara sövq etdirir. 

Bütün qətnamələrdə hərbi əməliyyatların eskalasiyası – yeni şəhər və rayonla-

rın işğal edilməsi, atəşkəsin dəfələrlə pozulması, şəhər və rayonların bombalanması, 

artilleriya atəşinə tutulması göstərilmiş, beynəlxalq hüquq normalarına  əməl etməyə 

çağırışlar var. TŞ-nın 822, 874, 884 saylı  qətnamələrində (853 saylı  qətnamədə bu 

qeyd edilməmişdir) dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət, beynəlxalq 

sərhədlərin pozulmazlığı  və  ərazilər  əldə etmək üçün güc tətbiq etməyin 

yolverilməzliyi təsdiq edilir. Qətnamələrdə belə qeydin olması hər şeydən əvvəl hər 

hansı bir dövlətin  ərazisini artırmaq cəhdlərini rədd edir. Suverenliyi tanıma və 

hörmət etmə müasir beynəlxalq hüququn sarsılmaz prinsiplərindən biridir. Bu prinsipi 

hər bir dövlət  şərtsiz qəbul etməlidir və bu prinsiplərin qəbul edilməsi bütün 

iddiaların, müharibələrin qarşısını almağa xidmət edir. Qətnamələrdə  işğal edilmiş 

ərazilərdən bütün işğalçı qüvvələrin təcili çıxarılması göstərilmişdir. Lakin, işğalçının 

Ermənistan olduğu qeyd olunmamışdır. Bundan başqa, yalnız 853 saylı  qətnamədə 

işğalçı qoşunların şərtsiz çıxarılması tələb olunur. 884 saylı qətnamədə isə buna oxşar 

olaraq, işğalçıların birtərəfli qaydada çıxarılması tələb olunur.  

 

163




Hazırda hərbi  əməliyyatlar dayandırılsa da, hələ  də  işğalçı qüvvələr 

Azərbaycan  ərazisindən çıxarılmamışdır, bu da regionda sülh danışıqlarının 

aparılmasına  əsas maneə yaradır. Çünki Azərbaycan  ərazisində  işğalçı qüvvələrin 

olması bir tərəfdən Ermənistanın birtərəfli qaydada qalib olmasını  şərtləndirir və o, 

Azərbaycana öz şərtlərini qəbul etdirməyə  cəhd edirsə, digər tərəfdən qaçqın və 

məcburi köçkün probleminin ədalətli həll edilməsinə imkan vermir.  

853, 874, 884 saylı  qətnamələrdə Ermənistan və Azərbaycan arasında 

gərginlikdən narahatlıq qeyd edilsə  də, Azərbaycan və Dağlıq Qarabağ münaqişə 

tərəfləri adlanır. Qətnamələr dolayısı ilə Ermənistanı münaqişənin üçüncü tərəfi 

olduğunu ifadə edir. 

Qətnamələrdə qaçqın və  məcburi köçkünlər kütləsinin yaranmasından 

narahatlıq bildirilsə  də yalnız 874 saylı  qətnamədə qaçqın və  məcburi köçkünlərin 

təhlükəsiz  şəraitdə öz yurdlarına qayıtması qeyd olunur. Bütün qətnamələrdə 

münaqişə regionuna maneəsiz humanitar yardım göndərilməsi çağırışları var. 

BMT TŞ-nın qəbul etdiyi bu qətnamələr yerinə yetirilməsə  də, dövrümüzün 

reallıqlarına uyğun olaraq yeni qətnamələr qəbul edilməli, Ermənistan təcavüzkar 

dövlət kimi göstərilməli, Nizamnaməyə müvafiq olaraq ona qarşı sanksiyalar tətbiq 

edilməlidir. Nə  qədər ki, Ermənistan münaqişə  tərəfi kimi tanınmayıb, bu 

münaqişənin BMT çərçivəsində həll edilməsi mümkün deyil. BMT-nin Təhlükəsizlik 

Şurasının qərarları sülhü dəstəkləmək üçün mütləqdir. Bu barədə Nizamnamənin 24-

cü maddəsinin 1-ci bəndində deyilir: «Birləşmiş Millətlər Təşkilatının cəld və 

səmərəli hərəkətlərini təmin etmək üçün onun üzvləri beynəlxalq sülhün və 

təhlükəsizliyin qorunub saxlanmasına görə başlıca məsuliyyəti Təhlükəsizlik 

Şurasının üzərinə qoyurlar və razılaşırlar ki, bu məsuliyyətdən irəli gələn vəzifələrini 

yerinə yetirərkən Təhlükəsizlik  Şurası onların adından çıxış etsin». 25-ci maddəyə 

görə «Birləşmiş Millətlər Təşkilatının üzvləri razılaşırlar ki, bu Nizamnaməyə uyğun 

olaraq Təhlükəsizlik Şurasının qərarlarına tabe olsunlar və onları yerinə yetirsinlər». 

39-cu maddədə isə qeyd edilir: «Təhlükəsizlik Şurası hər bir halda sülhə təhlükənin, 

sülhün pozulmasının və ya təcavüz aktının olmasını müəyyən edir və tövsiyələr verir 

və yaxud beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün 41-ci və 42-

ci maddələrə uyğun olaraq hansı tədbirlərin görülməsi haqqında qərar qəbul edir.» 

BMT Nizamnaməyə müvafiq olaraq Atəşkəs haqqında sazişin bağlanması  və 

təcavüzün nəticələrinin aradan qaldırılması üçün effektiv tədbirlər görməli

Ermənistanın Azərbaycana hücumunu beynəlxalq sülh və  təhlükəsizliyi hədələyən 

vəziyyət kimi müəyyən etməlidir. 40-cı maddədə nəzərdə tutulduğu kimi, situasiyanın 

pisləşməsinin qarşısını almaq üçün Təhlükəsizlik  Şurası maraqlı  tərəflərdən zəruri, 

arzu edilən müvəqqəti tədbirlər görməyi tələb edə bilər və belə müvəqqəti tədbirlər 

maraqlı  tərəflərin hüquqlarına, iddialarına, yaxud mövqelərinə  zərər vurmamalıdır. 

TŞ bu müvəqqəti tədbirlərin yerinə yetirilməməsini lazımi qaydada nəzərə alır. 

41-ci maddəyə müvafiq olaraq TŞ öz qərarlarının həyata keçirilməsi məqsədilə 

silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlərin tətbiq olunması barədə qərar 

qəbul edə bilər və BMT-nin üzvlərindən bu tədbirlərin tətbiq olunmasını  tələb edə 

bilər. Həmin tədbirlər iqtisadi münasibətlərin, dəmiryolu, dəniz, hava, poçt, teleqraf, 

radio və digər rabitə vasitələrinin tamamilə  və ya qismən dayandırılmasını  və 

diplomatik münasibətlərin kəsilməsini özündə  əhatə edə bilər.  Əgər 41-ci maddədə 

nəzərdə tutulan tədbirlər nəticə vermirsə, TŞ hava, dəniz və ya quru qüvvələrinin 

 

164



vasitəsilə beynəlxalq təhlükəsizliyin qorunub saxlanılması  tədbirlərini həyata keçirə 

bilər. 


Bundan başqa, TŞ qəbul etdiyi qətnamələrdə muzdluluğu pisləməli, beynəlxalq 

sülh və  təhlükəsizliyi pozan belə dövlətlərə qarşı da sanksiyalar tətbiq etməlidir, 

münaqişə  tərəfləri rəhbərlərindən, yəni Ermənistan və Azərbaycan rəhbərlərindən 

möhkəm siyasi nizama salmanı  tələb etməlidir. Belə ki, Azərbaycan tərəf siyasi 

nizamasalmaya ciddi cəhd etsə də, Ermənistan belə danışıqlardan məharətlə yayınır, 

yaxud da qəbul edilməz şərtlər irəli sürür. 

 

BMT TŞ Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasını ATƏT-in 



Minsk qrupuna həvalə etdikdən sonra Nizamnamənin 11-ci maddəsinin 2-ci bəndinə 

əsaslanaraq Ermənistanın təcavüzünün nəticələrinin ləğv edilməsi ilə bağlı BMT 

sülhməramlı qüvvələrini səfərbər etməli, Baş katib münaqişənin nizama salınmasını 

təhqiq etməli, bu barədə Təhlükəsizlik Şurasının nəzərinə çatdırmalıdır. Azərbaycan 

Respublikası Prezidenti H.Əliyevin (1993-2003-cü illər), hazırda isə  İ.Əliyevin 

hakimiyyətinin ilk günlərində BMT TŞ-nın daimi üzvləri olan dövlətlərdə ardıcıl 

olaraq rəsmi səfərdə olması, Azərbaycanın  ədalətli mübarizəsi barədə  məlumat 

verməsi, Ermənistanın iddialarının heç bir hüquqi, siyasi, tarixi əsası olmadığını 

faktlarla sübut etməsi bu dövlətlərin rəsmi dairələrinin mövqeyini dəyişmişdir. Bu da 

TŞ-da yeni qətnamələrin qəbul edilməsi vaxtının çatdığını göstərir.  

Baş  Məclisdə 2008-ci il 14 mart tarixli «Azərbaycanın işğal edilmiş 

ərazilərində  vəziyyət barədə» adlı  qətnamənin qəbul edilməsi dövlətimizin haqq 

mübarizəsinin dünya birliyi tərəfindən dəstəkləndiyini bir daha sübut etdi. Qətnamədə 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətraf rayonlarında 

silahlı münaqişənin beynəlxlaq sülh və  təhlükəsizliyi hədələdiyi, Cənubi Qafqaz 

ölkələrində humanitar vəziyyətə mənfi təsir etdiyi göstərilmişdir. Baş Məclis bildirdi 

ki, hər bir dövlət Azərbaycanın  ərazisinin işğal edilməsi nəticəsində  vəziyyətin 

mürəkkəbləşdiyini etiraf etməli, belə  vəziyyətin saxlanılmasına kömək etməməli, 

şərait yaratmamalıdır. Baş  Məclis üzv dövlətləri Azərbaycanın suverenliyinə,  ərazi 

bütövlüyünə, beynəlxalq tanınmış  sərhədlərinə hörmət etməyə çağırdı. Qətnamədə 

Azərbaycanın işğal edilmiş ərazilərindən bütün erməni silahlı qüvvələrinin təcili, tam, 

danışıqsız çıxarılması  zəruriliyi, məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz 

qayıtması qeyd edilir (7). 

«Azərbaycanın işğal edilmiş  ərazilərində  vəziyyət barədə» adlı  qətnamənin 

qəbul edilməsinə səs vermədə iştirak edən 146 dövlətdən 7 dövlət əleyhinə səs verdi. 

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiya qətnamənin 

əleyhinə  səs verən dövlətlər arasında idi. ABŞ nümayəndəsi Aleksandro Vulf 

həmsədr dövlətlərin belə mövqeyini Minsk qrupunun 2007-ci ildə  təklif etdiyi 

«balanslaşdırılmış paket»də göstərilən nizamasalmanın bütün gedişatını özündə  əks 

etdirməməsi ilə əlaqələndirdi (7). 

Yenə  həmin ilin sentyabrında Baş  Məclisin 63-cü sessiyasında Azərbaycan, 

Gürcüstan, Moldova nümayəndələri çıxış edərək GUAM məkanında «dondurulmuş 

münaqişələrin» regional, beynəlxalq təhlükəsizliyi hədələdiyi və bu münaqişələrin 

BMT çərçivəsində nizama salınmasının vacibliyini vurğuladılar (9, 11, 8). Ermənistan 

nümayəndəsi isə «dondurulmuş münaqişələrin» müzakirəyə qoyulması  əleyhinə 

çıxaraq, Cənubi Qafqazda silahlı münaqişələrin qarşısının alınması üçün «xalqların öz 

müqəddəratını təyin etmək» hüququnun həyata keçirilməsi zərurətini bildirdi (13).  

 

165




Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü, işğal 

etdiyi  əraziləri anneksiya etməsi Baş  Məclisin xüsusi sessiyasında  ətraflı müzakirə 

edilməlidir. Yeni qəbul edilən qətnamələrdə  ərazilərin hərbi yolla tutulması 

«yolverilməz» hesab edilməli, Təhlükəsizlik  Şurasının üzvləri, BMT-nin üzvləri 

Ermənistandan təcavüz faktlarını  kəsməyi tələb etməli, Azərbaycan torpaqlarının 

Ermənistan tərəfindən qəsb edilməsinin qeyri-qanuni olduğu qeyd edilməlidir. 

TŞ Ermənistanı BMT-nin Nizamnaməsinə, Cenevrə konvensiyalarına və digər 

beynəlxalq hüquq normalarına riayət etməyə  və  qətnamələrin həyata keçirilməsinə 

məcbur etməlidir. Ermənistanın Azərbaycan torpaqlarını anneksiya etməsinə heç bir 

hüquqi, siyasi, tarixi əsas yoxdur, qədimdən Dağlıq Qarabağ ərazilərinin Ermənistana 

mənsub olması barədə fikirlər əsassızdır. 

BMT-nin qəbul etdiyi qətnamələrdə Ermənistanın insan hüquqları  və 

azadlıqlarını pozması qeyd edilməli, bu barədə xüsusi qətnamə  qəbul edilməlidir. 

Ermənistan tərəfindən  əsir götürülən yaralı  əsgərlərə tibbi yardım göstərilmir, ac-

susuz saxlanılır, müxtəlif işgəncələrə  məruz qalırlar. Xəstəxanalar dağıdılmış, 

münaqişə zonasında həkim və tibb işçiləri öldürülmüş, qocalar, qadınlar, uşaqlar 

təcavüzün acı  nəticələrinin qurbanı olmuşlar. BMT qəbul etdiyi qətnamələrdə  hərbi 

əsirlərin, müharibə zamanı mülki əhalinin müdafiə edilməsi ilə bağlı 1949-cu il 12 

avqust tarixli Cenevrə konvensiyalarının prinsiplərinə hörmət etməyə çağırmalı, bu 

qətnamələrə Ermənistanın əməl etməsinə nəzarət etməli, təhqiqat aparmalı, tədbirlər 

görməlidir, insan hüquqları  və azadlıqlarını tanımaq üçün Ermənistana müraciətlər 

edilməlidir. 

1993-cü ildən Ermənistan işğal etdiyi ərazilərdə möhkəmlənmək üçün tədbirlər 

görür.  İşğal edilən  ərazilərdən  əhalinin zorla köçürülməsi, yaxud deportasiyası, bu 

ərazilərə  işğalçı dövlətin  əhalisinin köçürülməsi Cenevrə konvensiyalarına ziddir. 

Lakin Ermənistan nəinki DQMV ərazisinə, eyni zamanda ətraf rayonlara, məsələn, 

Kəlbəcərə ermənilərin köçürülməsini planlaşdırdı. 2004-cü ildə ATƏT-in faktları 

araşdırma üzrə missiyası Azərbaycanın işğal olunmuş  ərazilərində erməni  əhalinin 

qeyri-qanuni məskunlaşdırılmasını aşkar etdi (2, 92). 

 İnsan hüquqları  və  əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 3-cü 

maddəsində deyilir: «Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara 

və ya cəzaya məruz qalmamalıdır» (3, 2). 4-cü maddənin 1-ci bəndində: «Heç kəs 

köləlikdə  və asılılıqda saxlanmamalıdır», 2-ci bəndində «Heç kəs məcburi və ya 

icbari əməyə cəlb olunmamalıdır» ifadələri əksini tapmışdır (3, 3). 

İstər Ermənistanın Azərbaycana təcavüzü, istərsə  də  həmin dövlətin terror 

siyasəti nəticəsində 1 milyondan çox insan öz mülkiyyətindən məhrum olaraq qaçqın 

və  məcburi köçkün vəziyyətindədir.  İşğal edilən  ərazilərdə evlərin  əksəriyyəti 

dağıdılmış, qarət edilmişdir: «Yandırılmış torpaq» taktikası nəticəsində uzun müddət 

bu torpaqların istifadəsi qeyri-mümkündür. Ermənistanın təkidlə mane olmasına 

baxmayaraq, Baş  Məclisin 60-cı sessiyasında «yandırılmış torpaq»da vəziyyəti 

öyrənmək üçün BMT nümayəndələrinin iştirakı ilə  həmin  ərazilərə ATƏT-in 

missiyasının göndərilməsi haqqında qətnamə qəbul olundu (2, 93). 

Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində mülkiyyətin müdafiəsi 

barədə deyilir: «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə 

hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq 

hüququn ümumi prinsipləri ilə  nəzərdə tutulmuş  şərtlər istisna olmaqla, öz 

mülkiyyətindən məhrum edilə bilməz…» (3, 18). 

 

166




BMT-nin  İnsan hüquqları üzrə  Şurası Ermənistanın təcavüzü zamanı öz 

yurdlarından qovulan azərbaycanlıların hüquqlarını  təsdiq etməli, onların Vətənə 

qayıtmasına şərait yaratmalıdır. 1968-ci il 27 fevral tarixdə BMT-nin İnsan hüquqları 

barədə komissiyasının  ərəblərin hüquqları haqda belə bir qərar qəbul etməsini, 

komissiyanın səlahiyyətlərinin çərçivədən kənar çıxmadığını bəhanə edən İsrail qəbul 

etməmişdi (6, 34). İndi isə  Şura yaradılmış  və belə bir qətnamənin yerinə 

yetirilməsinə  bəhanə olmaz. Azərbaycan da həmin  Şuranın üzvüdür və belə bir 

qətnamənin qəbul etdirilməsinə cəhd etməlidir. BMT yaradıldığı vaxtdan qaçqınların 

vəziyyəti ilə maraqlanmışdır (9, 16). Lakin Təşkilat yalnız qaçqın və  məcburi 

köçkünlərə humanitar yardımla kifayətlənməməli, onların yaşayış yerlərini kütləvi 

surətdə tərksilah etmələrinin səbəblərini tədqiq etməli, fövqəladə yardım göstərməklə, 

səbəbləri aradan qaldırmaqla onların repatriasiyasının bütün aspektlərini nəzərə 

almalıdır.  İnsan hüquqlarının pozulması ilə qaçqın və  məcburi köçkün axınının 

yaranması arasında sıx bağlılıq var. Buna görə  də qaçqın və  məcburi köçkünlərin 

vəziyyəti ilə  İnsan hüquqları üzrə  Şura maraqlanmalı, qəbul etdiyi qətnamələrdə 

onların qeyd-şərtsiz öz Vətənlərinə qayıtması tələb edilməlidr. 

BMT-nin qəbul etdiyi qətnamələrdə qaçqın və  məcburi köçkün kütləsinin 

yaranmasından narahatlıq yarandığı, yalnız 874 saylı  qətnamədə qaçqın və  məcburi 

köçkünlərin öz yurdlarına təhlükəsiz  şəraitdə qayıtması  nəzərdə tutulsa da, onlara 

dəyən zərərin ödənilməsi, onların qayıtmasını  təchiz etmək nəzərdə tutulmur. 

Başqasının  ərazisinin işğal edilməsi,  əhalinin qovulması problemi beynəlxalq məna 

kəsb edir və o, beynəlxalq hüquq norması əsasında həllini tapmalıdır.  

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda olan 1 milyondan çox qaçqın 

və  məcburi köçkünün əksəriyyəti uşaqlardır. Baş  Məclisin 1994-cü il 49-cu 

sessiyasında iştirak edən prezident H.Əliyev YUNİCEF təşkilatında uşaqların həyatı, 

müdafiəsi və inkişafına dair BMT bəyannaməsini imzalayarkən, Ermənistanın 

beynəlxalq hüquq normalarına zidd olaraq 50-dən artıq azərbaycanlı  uşağı  əsirlikdə 

saxladığını bildirmişdir (1, 229). İnsan hüquqları üzrə  Şura YUNİCEF-lə 

əməkdaşlıqda uşaqların vəziyyəti ilə maraqlanmalı, öz qətnamələrində Ermənistanın 

siyasətini pisləməli, uşaqların hüquqlarının bərpa olunmasını tələb etməlidir. 

TŞ 1994-cü il 19 oktyabr tarixli 1269 saylı  qətnaməsində sülh və 

təhlükəsizliyin dəstəklənməsində əsas məsuliyyətin onun üzərinə düşdüyünü bir daha 

təsdiq etdi, beynəlxalq terror aktları pislənildi, bu məqsədlə bütün dövlətlər, BMT və 

digər beynəlxalq, regonal təşkilatlar beynəlxalq terrorizmlə mübarizə etməyə, onu 

maliyyələşdirmənin qarşısını almağa çağırıldı (12). TŞ-nın bu qətnaməsinə istinad 

edərək BMT-nin qətnamələrində beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni 

terrorizmi pislənilməli, demokratik ölkələrə  tədbirlər görmək üçün müraciətlər 

edilməlidir. Beynəlxalq hüquq normaları və adətlərinə tabe olmadığı halda təcavüzkar 

Ermənistan dövləti Nizamnamənin 6-cı maddəsinə müvafiq Təşkilatdan 

kənarlaşdırılmalıdır: «Bu Nizamnamədə təsbit olunmuş prinsipləri sistematik qaydada 

pozan Birləşmiş Millətlər Təşkilatının üzvü Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş 

Məclis tərəfindən Təşkilatdan çıxarıla bilər».  

Cinayətlərdə  məsuliyyət daşıyan  şəxslər isə Beynəlxalq Hərbi Tribunala 

verilməli, cəzalandırılmalıdır,  əks halda beynəlxalq hüquq normaları öz nüfuzunu, 

əhəmiyyətini itirir. Beynəlxalq hüququn ümumi prinsiplərinin hüquqi əsasında nə 

dayanır? Beynəlxalq hüquqşünas F.İ.Kojevnikovun fikrincə, «Beynəlxalq hüquq 

normaları beynəlxalq  əlaqələr, sülhün və  təhlükəsizliyin təmin olunması olub, 

 

167




bəşəriyyətin, bütün sülhsevər xalqların tələblərini özündə əks etdirir» (5, 110). TŞ-nın 

2001-ci il 30 avqust tarixli 1366 saylı «Silahlı münaşqişələrin qarşısının alınmasında 

TŞ-nın rolu» adlı  qətnaməsində  də keçmiş Yuqoslaviya və Ruanda kimi xüsusi 

tribunalların rolu etiraf edimiş, belə tribunalların gələcəkdə silahlı münaqişələrin 

qarşısını almaqda rolu göstərilmişdir (12). Bu nöqteyi-nəzərdən gələcəkdə 

Ermənistanın növbəti cinayətlərinin qarşısını almaq üçün xüsusi tribunalın 

yaradılması vacibdir. Oxşar faciələrə yol verilməməsi üçün Xocalı soyqırımında və 

digər faciələrdə günahkar olanlar məsuliyyətə cəlb edilməlidir. 

Ermənistanın Azərbaycana qarşı təcavüzü, yalnız bizim ölkə üçün deyil, digər 

ölkələr üçün də  dəyərli olan mədəni abidələrin qarət edilməsinə, məhv edilməsinə 

səbəb oldu. H.Əliyev Fondunun topladığı materiallar, faktlar bunları təfsilatı ilə sübut 

edir.  İngilis, fransız dillərində yayımlanan bu materiallar dünya birliyində 

Ermənistanın Azərbaycanın mədəniyyətinə, elminə, təhsilinə  və s. vurduğu zərər 

barədə tam rəy formalaşdırır (15, 16, 17, 18, 19, 20). Bununla yanaşı BMT-nin Elm, 

təhsil, mədəniyyət məsələləri üzrə (UNESCO) ixtisaslaşmış qurumu bu məsələlərlə 

bağlı təhqiqat aparmalıdır.  

Ermənistan Silahlı münaqişə zamanı mədəni dəyərlərin müdafiəsi barədə 1954-

cü il Haaqa konvensiyasını pozur. Həmin konvensiyada mənşəyindən, 

mənsubiyyətindən asılı olmayaraq, bəşəriyyətin mədəni dəyərlərinin qorunması 

göstərilmişdir. Konvensiya silahlı münaqişələrin istənilən formasında tətbiq 

edilməlidir. Konvensiyanın 18-ci maddəsinin 2-ci bəndində deyilir ki, əgər ölkənin 

ərazisi işğal edilibsə və hətta heç bir hərbi qarşıdurma yoxdursa, konvensiya həyata 

keçirilməlidir.  

Konvensiya oğurluq, qarət, qeyri-qanuni mənimsəmə, həmçinin istənilən 

vandalizm aktlarını, daşınan mədəni dəyərlərin müsadirəsini qadağan edir. İşğalçı 

dövlət  ərazisi işğal edilən səlahiyyətli milli hakimiyyətin mədəni dəyərləri qoruyub 

saxlamaq cəhdlərini dəstəkləməlidir.  Əgər milli dövlət bunu etmək iqtidarında 

deyilsə, işğalçı dövlət onunla əməkdaşlıqda bu dəyərləri qorumaq barədə  tədbirlər 

görməlidir. Azərbaycan UNESCO-dan mədəni, tarixi abidələrin qorunmasını xahiş 

etməlidir. Konvensiyaya necə əməl edildiyini təhqiq etmək üçün UNESCO münaqişə 

zonasına öz ekspertini göndərməlidir. 

Konvensiyanın 5 və 28-ci maddələrində  işğalçı dövlətin hakim dairələrinin 

məsuliyyət daşıması müəyyən edilmişdir. 

İqtisadiyyata dəyən zərərə  gəldikdə isə, ilkin məlumatlara görə Ermənistanın 

Azərbaycana təcavüzü nəticəsində iqtisadiyyata 60 milyard dollardan çox zərər 

dəymişdir (19, s.5). Qeyd etdiyimiz kimi, münaqişəyə  qədər DQMV Azərbaycanın 

iqtisadi regionları arasında öz sənaye və kənd təsərrüfatının inkişafına görə Abşeron, 

Gəncə-Qazax, Naxçıvan Muxtar Respublikası regionlarından sonra 4-cü yerdə 

dururdu. Zəbt olunan ərazilərdə müəssisələrin qarət edilməsi, dağıdılması, məcburi 

köçkün kütləsinin yaranması ölkənin iqtisadiyyatına zərbə vurdu, uzun müddət 

işsizlik problemi yaratdı. 

BMT qəbul etdiyi qətnamələrdə Ermənistanın Azərbaycana təcavüzü, 

ərazilərinin işğalı  nəticəsində ona dəyən zərərin  əvəzinin ödənilməsi barədə qeyd 

etməlidir. 

Ermənistan beynəlxalq adət hüququnda tanınmış  və BMT Beynəlxalq hüquq 

komissiyasının layihəsində öz əksini tapmış  aşağıdakı  məsuliyyət formalarına cəlb 

edilməlidir.  

 

168




1) Restitusiya – yəni hüquq pozuntusu törədilməmişdən əvvəl mövcud vəziyyət 

bərpa edilməlidir.  Ərazi bütövlüyü bərpa edilməli, qeyri-qanuni ələ keçirilən  əmlak 

geri qaytarılmalı, hərbi  əsir və girovlar azad edilməlidir və s. 2)Kompensasiya – 

Ermənistanın Azərbaycana vurduğu maddi zərər pul formasında ödənilməlidir. 3) 

Satisfaksiya – Azərbaycanın  ərazi bütövlüyünü pozduğu və xalqın psixoloji 

gərginliyinə  səbəb olduğu üçün Ermənistan Azərbaycandan rəsmi üzr istəməli, 

törətdiyi əməlin hüquqa zidd olduğunu etiraf etməli, təqsirli şəxslər məsuliyyətə cəlb 

olunmalıdır. 4) Təkrar etməmə  təminatı – Ermənistan gələcəkdə bu cür hüquq 

pozuntusuna yol verməyəcəyi barədə xüsusi öhdəlik götürməlidir. 

Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün danışıqlar hansı yolla 

olmalıdır?  Ərazi bütövlüyünün bərpası sülhün birinci şərtidir. Ermənistan TŞ-nın 

qətnamələrində qeyd edilən dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət, 

beynəlxalq sərhədlərin pozulmazlığı və ərazilər əldə etmək üçün güc tətbiq etməyin 

yolverilməzliyi prinsiplərini təsdiq edərək silahlı qüvvələrini işğal etdiyi Azərbaycan 

ərazilərindən çıxartdıqdan sonra sülh danışıqları keçirilməlidir.  İşğalçı qüvvələrin 

çıxarılması BMT nümayəndələrinin müşayiəti altında olmalı, Ermənistan BMT-yə 

müharibənin kəsilməsi barədə  sənədlər, hər bir dövlətin suverenliyinə,  ərazi 

bütövlüyünə, siyasi müstəqilliyinə hörmət, beynəlxalq tanınmış  sərhədlərin 

təhlükəsizliyi barədə  sənədləri təqdim etməlidir.  İkincisi, işğal edilən  ərazilər 

minalardan təmizlənməli, ermənilərin həyata keçirdiyi «yandırılımış torpaq» 

taktikasının nəticəsində məhv olmuş ərazilər bərpa edilməlidir. Üçüncüsü, qaçqın və 

məcburi köçkün probleminin nizama salınması diqqət mərkəzinə gətirilməlidir. 

 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan beynəlxalq aləmdə (Azərbaycan Respublikasının prezidenti H.Əliyevin 1993-

1994-cü illərdə xarici ölkələrə  səfərlərinə dair materiallar), I cild, «Göytürk». B.: 1995, 

290 s. 

2.

 



Heydər  Əliyev: «Biz Azərbaycanın  ərazisində ikinci bir erməni dövlətinin yaranmasına 

yol vermərik», «Əbilov, Zeynalov və oğulları», B.: 2006, 472 s. 

3.

 

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiya. B.: Qanun, 2006, 



32 s. 

4.

 



İnsan hüquqları və qaçqınlar, «İnam» plüralizm mərkəzi. B.: 1999, 32 s.

 

5.



 

Блищенко  И.П.,  Солнцева  М.М.,  Мировая  политика  и  международного  право, 

«Международные отношения», М., 1991, 160 с. 

6.

 



Блищенко  И.П.,  Кудрявцев  В.Д.,  Агрессия  Израиля  и  международное  право, 

«Международные отношения», М., 1970, 80 с. 

7.

 

Генеральная Ассамблея ООН приняла резолюцию о положении на оккупированных 



территориях Азербайджана, Центр Новостей ООН, http: // 

www.un.org/

 russian 

8.

 



Глава  МИД  Молдовы  призвал  укрепить  роль  ООН  в  разрешении  замороженных 

конфликтов, Центр Новостей ООН, http: // 

www.un.org/

 russian 

9.

 

Замороженные конфликты на пространстве ГУАМ остаются основным источником 



нестабильности в регионе заявиль Эльмар Мамедьяров, Центр Новостей ООН, http: 

// 


www.un.org/

 russian 

10.

 

Михаил  Саакашвили  призвал  учредить  в  рамках  ООН  эффективных  процесс  по 



урегулирования  конфликтов,  который  приведет  к  воссоединению  Грузии,  Центр 

Новостей ООН, http: // 

www.un.org/

 russian 

11.

 

Казимиров В., Карабах и резолюции Совета Безопасности ООН, Постоянный адрес 



новости: www.regnum. ru/news/358916.html 

 

169




12.

 

Перечень  резолюций  Совета  Безопасности  принятых  в 1999 году, 



www.un.org/

 

russian 



13.

 

Перечень  резолюций  Совета  Безопасности  принятых  в 2001 году, 



www.un.org/

 

russian 



14.

 

События на Южном Кавказе свидетельствуют, что пришло время серьезно подойти 



к праву народов на самоопределение заявиль президент Армении, Центр Новостей 

ООН, http: // 

www.un.org/

 russian 

15.

 

Activité des organizations terrorists armeniénnes contre l’Azerbaidjan, Série réalités sur le 



Karabagh, Fondation Heidar Aliyev, Bakou, 2006, 12p. 

16.


 

Brève information sur l’histoire du Karabagh, Série réalités sur le Karabagh, Fondation 

Heidar Aliyev, Bakou, 2006, 12p. 

17.


 

Génocide de Khodjali, Série réalités sur le Karabagh, Fondation Heidar Aliyev, Bakou, 

2006, 12p. 

18.


 

Le commencement du conflit du Karabagh, Série réalités sur le Karabagh, Fondation 

Heidar Aliyev, Bakou, 2006, 12p. 

19.


 

Les consequences de l’agression Armenien contre l’Azerbaidjan, Serie realite sur le 

Karabagh, Fondation Heidar Aliyev, Bakou, 2006, 12p. 

20.


 

The series of “The true facts about Garabagh war against Azerbaijan, Targeting cultural 

heritage”, Heydar Aliev Foundation, Baku, 2007, 280 p. 

 

 

Р.Б.ДАДАШЕВА 



 

РЕЗЮМЕ 

 

В  статье  «Путь  решения  в  рамках  ООН  конфликта  между  Арменией  и 

Азербайджаном»  исследовано  резолюции  Совета  Безопасности  и  Генеральной 

Ассамблея  ООН.  Анализируется  недостаточности.  Втор  показывает,  что  несмотря  на 

неосуществления  резолюции  СБ  ООН  должна  принять  новые  резолюции  актуальных 

условиях.  На  в  этих  резолюциях  должен  быть  показано  агрессия  Армении,  должен 

применяться  санкции  против  ее  СБ  ООН  должен  заставлять  Армении  соблюдать 

резолюции  ООН,  Женевские  конвенции  и  других  международных  правовых  норм.  В 

заключение  автор  анализирует  потенсиалов  органов  ООН  на  решение  проблемы  и 

выдает некоторые рекомендации касающихся данной проблемы. 



 

 

R.B.DADASHOVA 

 

SUMMARY 

 

In the article “The solutions ways keep within the limits of UN of the conflict between 

Armenie and Azerbaijan” has been researched the resolution of Security Council and General 

Assembly of UN. Has been analysed the insufficiencies in the article showed, in spite of non-

realization the resolutions. The UN must adopt news resolutions in present day conditions in 

all this resolutions must been showed the aggression of Armenie, must put into practice the 

sanctions against her Security Council of UN must keep Armenie to observe the resolutions of 

UN, Geneve conventions and other international legal rules. At the conclusion of the article 

the author analyses the potential of the organs of UN in the decision of the problem and the 

general issue related to the researched problem have been set up. 



 

 

170



Yüklə 252,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə