№4 Humanitar



Yüklə 387,58 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü387,58 Kb.
#68123


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

  Humanitar 

elmlər seriyası 

  2011 

 

                                                         

 

 

UOT 94 (479.25) 

 

XVII ƏSRİN 80-Cİ İLLƏRİNDƏ SƏFƏVİ DÖVLƏTİNİN 

ŞƏHƏRLƏRİNİN SOSİAL STRUKTUR MƏSƏLƏLƏRİ 

 

Ş.N.İSMAYILOV 

Bakı Dövlət Universiteti 

sahismayil_ismayilov@mail.ru 

 

XVII əsrin ortalarında həyata keçirdiyi bərpa və quruculuq işləri sayəsində bir çox 

şəhərlər ticarət-sənətkarlıq mərkəzlərinə çevrilmiş, onların ictimai həyatlarında da ciddi 

dəyişikliklər baş vermişdir. Sansonun, Engelbert Kempferin əsərlərində və dövrün bir çox 

mənbələrində  Səfəvi məmləkətinin  şəhər  əhalisinin məşğuliyyəti və  şəhər  əhalisi barədə 

məlumatlar verilir. Ancaq ölkə  və  şəhər  əhalisinin sosial tərkibi, sayı  məsələsinə ötəri 

toxunulur. 

 

Açar sözlər: Səfəvi, Təbriz, Darğa 

 

Səfəvi dövlətində  şəhər  əhalisinin sosial tərkibi material qıtlığı ilə 



əlaqədar olaraq kifayət qədər öyrənilməmişdir. Belə ki, orta əsr müəllifləri 

əsərlərində  əhalinin sosial tərkibinə lazımi  əhəmiyyət verməmiş, habelə 

dövrün dövlət məmurları da bu istiqamətdə statistik qeydləri aparmamışdı-

lar ki, bu da məsələnin həlli üçün böyük çətinlik törədir. Bununla belə, ilk 

mənbələrdə  və tarixi ədəbiyyatda təsadüf etdiyimiz son dərəcə  məhdud 

materiallar əsasında Səfəvi dövlətində şəhərlərin əhalisinin sosial tərkibini 

aşağıdakı kimi təqdim etmək olar: dörd təbəqədən ibarət olan ali zümrə-

hərbi əyanlar, mülki bürokratiya, ali ruhanilər, iri və kiçik torpaq sahibləri; 

ticarətlə məşğul olan iri, orta və kiçik tacirlər; şəhərlərin başlıca istehsalçı-

ları olan sənətkarlar;  şəhərətrafı torpaqları becərənlər və heyvandarlıqla 

məşğul olanlar; günəmuzd fəhlələr, qulluqçular, qullar və  hər cür müflis 

ünsürlər (1, 170-171). 

S.Aşurbəyliyə görə şəhər əhalisi sosial-iqtisadi vəziyyətinə görə, 1) şə-

hərin dünyəvi feodal zadəganları, 2) ruhanilər, 3) tacirlər, 4) sənətkarlar, 5) şə-

hər  əhalisinin digər təbəqələri-müflisləşmiş  kəndlilər, günəmuzd fəhlələr, 

qullardan ibarət (2, 252) beş kateqoriyaya bölünmüşdür. Bizcə bu bölgü 

orta əsr Səfəvi dövlətinin şəhərlərində sosial münasibətləri daha dolğun və 

tarixi reallığa uyğun əhatə edir.   

217 



 Şəhərlərə  əyanlar başçılıq edir və  Səfəvilər imperiyasının sərhəd 

əyalətlərində isə hakimiyyət hərbi  əyan təbəqəsinə  mənsub idi. Şəhərdə 

bütün hakimiyyət iri torpaq sahibi olan bəylərbəylərin əlində cəmləşmişdi 

(1, 171). Hər bir kiçik şəhərdə hakim, aristokratiya təbəqəsindən  əlavə, 

xalq içərisində böyük dini və siyasi təsir gücünə malik olan ruhani təbəqəsi 

də vardı. Onların ixtiyarında bütöv kəndlər, su mənbələri, suvarma 

şəbəkəsi, qəyyum hüququ ilə külli miqdarda vəqf torpaqları vardı (1, 171).   

Ali zümrə içərisində say hesabı ilə yerli əyanlar üstünlük təşkil 

edirdilər. Bürokratiya da bəzən ölkənin siyasi həyatında nəzərə çarpan rol 

oynayırdı.  Şəhərlərin ictimai həyatında fəal rola malik olan bu zümrəni 

İsgəndər bəy Münşi dəfələrlə anır və onları “Təbrizin sahibləri”, “Bakının 

sahibləri” adlandırır (3, 183, 216, 251, 315, 550; 1, 171).   

XVII  əsrdə  Səfəvi dövlətinin  şəhərlərində tacirlər öz əhəmiyyətinə 

görə ikinci yeri tuturdular. XVII əsrin ortalarında həm daxili, həm də tran-

zit ticarətin inkişaf etdiyi şəraitdə şəhərlərdə ticarət kapitalının rolu artırdı. 

Feodal ara müharibələrinə son qoymaq, karvan yollarının təhlükəsizliyini 

təmin etmək və qonşu dövlətlərlə dostluq əlaqələri saxlamaq bütün sosial 

təbəqələr üçün maraqlı idi. Tacirlər həmişə hakimiyyətin mərkəzləşməsinə 

və dövlətin mövqeyinin güclənməsinə çalışırdılar. Səfəvi sarayı da, öz 

növbəsində, ticarəti himayə edir və tez-tez Şah özü onun təşkilatçısı rolun-

da çıxış edir, bəzən isə onun əlverişli sahələrini öz əlinə alırdı. Ona görə də 

rəsmi mənbələr hərbi əsilzadələrin ticarət nümayəndələrinə cəza vermələri 

barədə olan fikrə son dərəcə mənfi münasibət bəsləyirlər (1, 171, 172).  

XVII əsrdə Səfəvi dövlətinin böyük şəhərlərinin simasını sənətkarlıq 

və  sənətkarlar müəyyənləşdirirdilər. Hər bir şəhər, hər  şeydən  əvvəl öz 

sənətkarlıq məmulatı ilə tanınırdı. Böyük şəhərlərdə  sənətkarlar saylarına 

görə  əhalinin bütün təbəqəsi içərisində üstünlük təşkil edirdilər.  Şəhər 

sənətkarlarından alınan vergi hesabına şah xəzinəsinin əsas gəliri müəyyən 

edilirdi (1, 172).  

Şəhər  əhalisinin dördüncü qrupunu əkinçilər təşkil edirdilər. Onlar 

şəhər  əhalisinin  ərzaqla təmin edilməsində mühüm rol oynayırdılar. Belə 

vəziyyət ilk iri ictimai əmək bölgüsü olan maldarlığın əkinçilikdən, şəhərin 

kənddən ayrılmasını şərtləndirən amil kimi kifayət deyildi. Beşinci qrupa 

günəmuzd və ya mövsümi işləyən müflisləşmiş kəndlilər, fəhlələr daxil idi. 

Bunların arasında müəyyən peşəsi olmayan əyan xidmətçiləri, kölələr də 

vardı (1, 172; 2, 252).  

E.Kempfer və Sansonun əsərləri  şəhərlərin sosial-iqtisadi tarixini 

öyrənmək, Səfəvi dövlətinin iqtisadi həyatında onların rolunu dəqiqləşdir-

mək və tamamlamaq baxımından müstəsna əhəmiyyətə malikdir. Bu müəl-

liflərin Səfəvi  şəhərləri haqqında verdikləri məlumatlara dövrün digər 

qaynaqlarında çox nadir hallarda təsadüf edirik.  

Şəhərdə icra hakimiyyətinin başında bəylərbəyi, xan və sultan rütbəsi 

olan hakim, həmçinin məlik dururdu. İnzibati idarə bölgüsünə görə, əyalət-

218 



lər mahallara bölünürdü. Əyalətə daxil olan mahala başçı sultan titulu ilə 

təyin edilirdi (4, 99-100). Xan və ya mirmiran əyalətə  və onun inzibati 

mərkəzi olan şəhərə də başçılıq edirdi.  

Şəhərlərin idarə quruluşunda darğa çox məsul vəzifə idi. Darğa əya-

lət hakimi tərəfindən təyin edilirdi. Polis xidmətini ona tabe olan inzibati 

idarə qulluqçuları ilə birlikdə darğa icra edirdi. Darğa öz müavinləri ehdas 

və mir-şəblə birlikdə günün 24 saatını qulluqda olurdu. Onlar gecə bazara 

keşik çəkir, şəhər məhəllələrini gəzir və asayişin keşiyində dururdular. O, 

şəhər əhalisinin var-dövlətinin təhlükəsizliyi üçün cavabdeh idi. XVII əsrin 

80-ci illərində bir çox şəhər xassə olduğuna görə, birbaşa mərkəzə tabe idi. 

Sansonun yazdığına görə bu zaman Qəzvində xassə  əmlakı olub darğa 

tərəfindən idarə edilirdi və buradakı darğa  əslində hakim statusuna malik 

idi. Şəhərlərdə ümmal və ya amil adlanan divanın canişini vergi toplaması 

ilə məşğul olurdu (5, 144, 145; 6, 46).  

Şəhər əhalisinin böyük əksəriyyətini tacirlər təşkil edirdilər. Kempfer 

yazır ki, şəhərlərdə tacir ittifaqının başçısı tacirlərin özləri tərəfindən seçi-

lən məlik ət-tüccar adlanırdı. O, tacirlər arasında baş verən ixtilafları həll 

edirdi. Adətən belə məsələlərə öz evində baxırdı. Məlik ət-tüccar alverdəki 

mübahisəli məsələlər və mülki iddia haqqında qərar qəbul etməli, həm-

çinin toxucu və boyaqçıların işlərinə  nəzarət etməli idi. Şəhər həyatı  və 

sənətkarlıqda möhtəsib də az rol oynamırdı (5, 106). O, ərzaq mallarının 

qiymətini təyin edirdi. Onların üç-dörd nəfər mülazimi vardır. Həftənin bi-

rinci günü car çəkərək malların qiymətini elan edir, qiymətlərə  nəzarət 

edir, baha satanları cəzalandırırdılar. Şəhər məhəllələrinə məhəllə başçısı- 

“kətxuday-i məhəllə” başçılıq edirdi. Şəhərlərdə möhtəsib sex ağsaqqalları 

və ticarət ittifaqları tərəfindən təqdim olunan malların qiymət siyahılarını 

təsdiq edir, həmçinin bazarlara nəzarət edirdilər.  Əgər tacirlərdən kimsə 

möhtəsib tərəfindən müəyyən edilmiş qiyməti dəyişsəydi, ona «taxta-qu-

lah» tətbiq edirdilər, başqa sözlə, başını ağacdan hazırlanmış torbaya salır-

dılar,  şübhəsiz, bu da böyük işgəncə idi. Kempferə görə, orta əsr Səfəvi 

dövlətinin  şəhərlərində  şəriət qanunlarının tələblərinə  əhali tərəfindən 

riayət olunmasına nəzarət və lazım olduqda müxtəlif cəzalar müəyyən 

etmək möhtəsibin əsas vəzifəsi idi (5, 106).  

XVII  əsrin ortalarında Səfəvi  şəhərlərinin iqtisadi inkişafına uyğun 

olaraq sənətkarlıq emalatxanalarının istehsal-satış fəaliyyətini və emalatxa-

nalarda usta-şagird münasibətlərini tənzim etmək üçün xüsusi tacir-

sənətkar təşkilatları yaranırdı. Şəhərlərdə eyni sənət növündən olan sənət-

karlara və  sənət növünə görə müəyyən  ərazidə birləşən sənətkarlar züm-

rəsinə “sinif”, bu siniflərin cəminə isə “əsnaf” deyilirdi (38, 131). “Tərkirət 

əl–mülk” də  əsnaf müəyyən sosial zümrə ilə yanaşı,  şəhərlərdə tacir və 

sənətkarların peşələr üzrə birləşib yaratdıqları  təşkilat mənasında 

işlənmişdir (16, 29, 47, 49, 69-65). Sənətkar təşkilatlarına  əsnafla yanaşı 

“həmkar” da deyilirdi. Əsnafların başçıları “ustabaşı”, yaxud “həmkarbaşı” 

219 



adlanırdı. Ustabaşı əsnafın özü tərəfindən daha çox ixtisaslaşdırılmış usta-

lar içərisindən irəli sürülürdü. Ustabaşılığa təqdim olunan ustanın yüksək 

ixtisaslı  və peşəkar olması vacib şərt idi. Həm də onun peşəkar olması 

nəqib tərəfindən ciddi yoxlanılırdı. Bu vəzifəyə irəli sürülən  şəxs nəqib 

tərəfindən kələntərə  təqdim olunurdu. Kələntər isə ustabaşı  vəzifəsini 

(ustadı) yazılı şəkildə təsdiq edirdi (7, 47-50).  

Sənətkarlıq təşkilatlarının daxili həyatı ilə bilavasitə kətxuda məşğul 

olurdu. Kətxudalar təkcə məhəllənin və kvartalın (məhəllə) böyüyü vəzifə-

sini deyil, həmçinin kəndin nümayəndəsi vəzifəsini də yerinə yetirirdilər. 

Kətxuda formal olaraq məhəllənin sənətkar-ticarət  əhli tərəfindən irəli 

sürülürsə  də, o əslində inzibati şəxs hesab olunurdu. Ustabaşından fərqli 

olaraq görünür ki, onlar istehsal-satış işlərinə qarışa bilməzdilər. E.Kemp-

ferin də yazdığı kimi, əgər kətxudanı  əsasən  əhalinin uçotu və vergi top-

lanması işi maraqlandırırdısa, ustabaşı birinci növbədə əsnafdaxili qayda-

lar yaratmaqla, usta ilə  şagird münasibətlərini qaydaya salmaqla yeni 

şagirdlərin qəbulu, təzəcə təhsili başa vurmuş şagirdlərə-yeni öyrənənlərə 

lisenziya vermək,  əsnaf daxilində yeni emalatxana açmaqla və s. məşğul 

idi (5, 144; 2, 202).  

“Təzkirət-əl mülük”ə əsasən əsnafların başçısı və məhəllə nümayən-

dələri daha “layiqli”, “təmiz”  əsnaf və  məhəllə sakinlərindən seçilirdilər. 

Onlara sınaq müddəti verilirdi. Əgər onlar bu müddətdə öz vəzifələrinin 

öhdəsindən gələ bilməsəydilər, onda onları  vəzifədən çıxara bilərdilər. 

Kətxuda və ya məhəllə nümayəndəsi əsnafların və ya məhəllə sakinlərinin 

gəlirindən əmək haqqı alırdılar. Nəqib tərəfindən kətxudalığa namizəd gös-

tərilən şəxs təsdiq edildikdən sonra sonuncu dəfə təsdiq üçün kələntərə ve-

rilirdi. Bəzən  əsnaf və  məhəllə nümayəndəsini kələntər özü təyin edirdi. 

Bu da əsnafların inzibatiləşdirilməsinə, onların müstəqil fəaliyyətlərinin 

məhdudlaşdırlmasına gətirib çıxarırdı. Əsnafların nəqib adlanan dini başçı-

ları vardı. Nəqib əsnaflar üzərində təkcə dini başçı deyil, həm də inzibati 

hakim idi. Əsnafların nümayəndəsi kətxuda da ona tabe idi. Nəqib isə öz 

növbəsində  kələntərə tabe idi. Nəqib həmçinin,  əsnaf sənətkarlarından 

vergilərin toplanmasını qaydaya salmaqla məşğul idi. O, əsnafda məhkəmə 

işlərinə baxır, onun üzvləri arasında kiçik mübahisələri həll edir, dərvişlə-

rin, küçə icraçılarının başçılarını təyin edirdi (7, 47-49).  

Göründüyü kimi, özünüidarəetmə hüquqlarının məhdudlaşdırılması 

əsnafların inzibatiləşdirilməsi ilə müşayiət olunurdu. Onlar şəhər hakim 

dairələrinin müxtəlif nümayəndələrindən, birinci növbədə kələntərdən asılı 

idilər. Kələntər şah tərəfindən yerli şəhər əyanlarından təyin olunur, yalnız 

onun özünə tabe idi. Kələntər təkcə iri və orta şəhərlərdə deyil, hətta bir 

neçə kiçik, iri yaşayış  məntəqələrinə  də  təyin edilirdi. Onlar şəhər sənət-

karlarının, tacirlərin və digər zümrənin şikayətlərinə baxmalı və tədbir gör-

məli idilər. Onlar bir tədbir görə bilməyəndə divana müraciət etməli idilər. 

Kələntər  şəhər  əhalisindən vergilərin vaxtında toplanması  və mükəlləfiy-

220 



yətlərin icrası, həmçinin şahın fərmanının öz şəhəri daxilində düzgün hə-

yata keçirilməsi üçün cavabdeh idi. Xəzinə, o sıradan gəlirin toplanması və 

məlum ödənişlər onların sərəncamına daxil idi (7, 44-50). Qərbi Avropa 

sexlərindən fərqlənən, özünüidarə hüququ nisbətən məhdud olan Səfəvi 

şəhərlərindəki həmkarlar daxilində baş verən bir sıra mübahisəli məsələlər 

çox zaman kələntərlə yanaşı darğa tərəfindən inzibati qaydada həll edilirdi. 

Əvvəl qeyd olunduğu kimi darğaya tabe olan və gecə qulluğu üçün cavab-

deh şəxs “mirşəb” adlanırdı (5, 144). XVII əsrin 30-cu illərində Ərdəbildə 

40 nəfərdən ibarət belə bir keşikçi dəstəsi vardı. Oğru tutulduqda oğurlan-

mış malın 1/3 hissəsini mir-şəb alırdı, qalmış 2/3 hissəsi isə divanbəyi  və 

darğanın  razılığı ilə sahibkara qaytarılırdı. Lakin oğru tutulmayanda mirşəb 

zərər çəkmişi mükafatlandırmalı idi (7, 48-49; 6, 104-105).  

Məhkəmə işlərinə ölkənin baş ruhanisi–sədr tərəfindən təyin edilmiş 

qazı baxırdı. Bəzi şəhərlərdə rütbəcə qazinin vəzifəsini ondan yuxarı olan 

şeyx-ül-islam yerinə yetirirdi. Böyük şəhərlərdə isə məhkəmə işlərinə hər 

ikisi baxırdı. Şəhərlərdə sənətkar və tacir təbəqəsi üzərinə vergi qoyulması, 

daxili problemlərin qaydaya salınması ilə ölkə  və vilayətin vəziri tərəfin-

dən təyin edilmiş  kələntər məşğul idi. Nəqib və  kətxuda sənətkarlıq və 

ticarətin hər bir sahəsində ona kömək edirdilər (6, 41, 42; 5, 121-125). 

 

ƏDƏBİYYAT 

1.

 

Рахмани А.А. Азербайджан в конце XVI и в XVII вв. Баку: Элм, 1981, 238 с. 



2.

 

Aşurbəyli S. Bakı şəhərinin tarixi. Ruscadan tərcümə edəni Azər Bağırov, Bakı: Elm, 



2006, 416 s. 

3.

 



İsgəndər bəy Türkman. Tarix-i aləm aray-i Abbasi. c.I., Tehran, h.1350, 607 s. 

4.

 



Петрушевский  И.П.  Очерки  феодальных  отношений  в  Азербайджане  и 

Армении в XVI-начале XIX вв. Л.: Наука, 1949, 379 с. 

5.

 

Engelbert Kempfer. Dər Dərbare  şahənşahe  İran. Tərcome-yi Keykavus Cahandari, 



Tehran, h. 1359, 312 s. 

6.

 



Səfərname-ye Sanson. Tərcome-yi Tağı Təfəzzüli, Tehran, h. 1346, 237 s. 

7.

 



Mirzə Səmia. Təzkirət əl-müluk. Tehran, h. 1368, 140 s. 

 

СОЦИАЛЬНАЯ СТРУКТУРА ГОРОДОВ СЕФЕВИДСКОГО 



ГОСУДАРСТВА В 80-Х ГОДАХ XVII В. 

 

Ш.Н.ИСМАИЛОВ 

 

РЕЗЮМЕ 

 

На  основе  проведенных  в  жизнь  восстановительных  и  строительных  работ 



Шах  Аббасом II (1642-1666) многие  города  превратились  в  центр  ремесла  и 

торговли,  произошли  серьёзные  изменения  в  общественной  жизни  городов.  В 

работах Сансона, Е.Кемпфера и многих источниках того периода имеются сведения 

о  занятости  городского  населения  и  о  горожанах.  Однако  вопросы  сословной 

структуры страны и городского населения затрагиваются лишь частично.  

В статье на основе источников исследуются проблемы социальной структуры 

городов Сефевидского государства. 

 

Ключевые слова: Сафеви, Тебриз, Дарга 

221 



SOCIAL STRUCTURE OF SAFAVID’S EMPRIE IN 80S OF THE XII CENTURY 

 

Sh.N.ISMAILOV 

 

SUMMARY 

 

On the basis of reconstucturing policy of Shah Abbas II (1642-1666), most towns 

became the centers of handcrafts and sale, and there were severe changes in the public life 

of towns. According to the works of Sanson, E.Kempfer and other primary sources, we 

can get information about the employment of the town people. Yet, there is little 

information on the structural issues of government and the town people. 

This article is dedicated to the research of the problem of social structure of the 

Safavid empire. 



 

Keywords: Safavi, Tabriz, Darga 

 

222 



Yüklə 387,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə