4 qloballasma s?Raitind? Iqtisadiyyatin idar? Edilm?Sind? Informasiyanin rolu v? Informasiya iqtisadiyyatinin



Yüklə 102,64 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü102,64 Kb.
#8631


UOT  316.324:338.24 

Həsənov R.T., Həsənli A.R. 

Azərbaycan Dövlət İqtisad Universiteti,  Bakı,  Azərbaycan 

rhasanov@rambler.ru

,  amalhasanli88@gmail.com  



QLOBALLAŞMA ŞƏRAİTİNDƏ İQTİSADİYYATIN İDARƏ EDİLMƏSİNDƏ 

İ

NFORMASİYANIN ROLU VƏ İNFORMASİYA İQTİSADİYYATININ 

XÜSUSİYYƏTLƏRİ 

Məqalədə qlobal iqtisadiyyatın mahiyyəti və onun idarə edilməsində informasiyanın rolu 

araşdırılır.  İqtisadi  informasiyanı  və  informasiya  iqtisadiyyatını  (xüsusilə,  tranzitiv 

ölkələrdə)    xarakterizə  edən  amillər  göstərilir.  Tədqiq  edilən  sahədə  mövcud  olan  elmi 

nəzəriyyələr analiz edilir.  

Açar  sözlər:  qlobal  iqtisadiyyat,  tranzitiv  iqtisadiyyat,  iqtisadi  informasiya,  informasiya 

iqtisadiyyatı, simmetrik informasiya, asimmetrik informasiya. 

Ötən  əsrin  sonlarından  etibarən  xüsusi  ilə  intensivləşən  qloballaşmanın    doğurduğu 

şəraiti,  iqtisadi  idarəetmə  və  təsərrüfatçılıq  mexanizminə  olan  tələblərin    təkamülü 

baxımından  qiymətləndirdikdə  ilk  mühüm  nəticə,  liberal  təsərrüfatçılıq    mexanizminin 

yüksək  səmərəliliyə  malik  olmasının  hamılıqla  qəbul  edilməsidir.  Bu  mexanizmin 

səmərəliliyini şərtləndirən amillərə: 

-  idarəetmənin  bütün  səviyyələrində,  geniş  mənada  anlaşılan  iqtisadi  resursların 

istifadəsində  “qarşılıqlı əvəzləmənin” prioritetliyinin təsbit olunması; 

-  istehsalın  beynəlmiləlləşməsinin  (bütün  müsbət  və  mənfi  çalarları  ilə  birlikdə)    və 

iqtisadi fəaliyyətin bütövlükdə virtuallaşmasının dərinləşməsi və adiləşməsi; 

- iqtisadi inkişafın “avtonomluğunun” kəskin aşağı düşməsi, yəni səmərəli  inkişafın 

kənar  təsirlər  olmadan  mümkünsüzlüyünün  və  ya  çətinliyinin,  inkarolunmaz  fakta  

çevrilməsi və s. kimi amillər aid edilir. 

Dünyanın 

müasir 

inkişaf 


mərhələsinin 

yuxarıda 

ifadə 

olunan  


qiymətləndirmələrinin  hər  birinin  geniş  özünütəzahür  spektri  vardır.  Lakin  bu 

spektrlərin  genişliyinə  rəğmən,  indi  hətta  olduqca  müxtəlif  sosial-ictimai  strukturlu 

cəmiyyətə,  resurs  potensialına  və  inkişaf  səviyyəsinə  malik  ölkələrin  daha  yüksək     

inkişafa  nail  olunması  uğrunda  birgə  fəaliyyət  istiqamətləri  mövcuddur.  Belə  

istiqamətlər  dünyanın  ümumi  inkişaf  səviyyəsi  ilə  paralel  olaraq  çoxalmaqdadır.  Lakin  

ekoloji  tarazlığın  qorunması,  yoxsulluqla  mübarizə,  hərbi-siyasi  münaqişələrin  həlli  və 

s.  kimi  birgə  fəaliyyət  istiqamətləri  ilə  yanaşı,  mühüm  məsələlərdən  biri  cəmiyyətin 

informasiyaya  olan  tələbatının  dolğun  və  adekvat  təmin  edilməsidir.  Sonuncunun 

zəruriliyi  və  mümkünlüyü  bir  sıra  amillərlə,  o  cümlədən  iqtisadi  inkişaf  səviyyəsinin 

düzgün  qiymətləndirilməsi  və  bu  baxımdan,  əhalinin  hökumətdən  və  sahibkarlardan 

gözləntilərinin  xarakterinin  müəyyənləşdirilməsi,  milli  iqtisadi  qanunvericilikdə 

şəffaflığın  və  hesabatlılığın  zəruri  səviyyəsinin  təmin  edilməsi  və  s.  ilə  şərtlənir. 

Fikrimizin  daha  dəqiq  anlaşılması  üçün  sonuncu  amilin  daha  ətraflı  şərh  olunmasını 

məqsədəuyğun  hesab  edirik.  Məsələn,  qanunvericilikdə  bir  sıra  müvafiq  hüquqi  

anlayışların  verilməməsi  və  ya  dolaşıq  verilməsi,  müxtəlif  hüquqi  normaların  

formalaşmış  və  digər  qanunvericilik  aktlarında  təsbit  olunmuş  anlamlardan  fərqli 

mənalarda  təkrarlanması  və  s.  kimi  xüsusiyyətlər  iqtisadi  fəaliyyətin  nəticələrində  

ədalətli rəqabət şəraitinin pozulmasına  səbəb olur. 

Dünya  təcrübəsi  sübut  edir  ki,  iqtisadi  qanunvericilikdə  və  ona  müvafiq 

idarəetmədə  hüquqi  normaların  diskresionluluğu  (yəni  tənzimlənən  prosesin  




müəyyən  məqamlarında  icraçıların  fəaliyyətində  geniş  diapozonda  seçim  sərbəst-liyinə 

malik  olmaları);  yönəldici    normaların    çoxluğu    (bu  və  ya  başqa  normanın,  xüsusilə 

qayda və müddətlərin müəyyənləşdirilməsinin digər qanunvericilik aktlarının  öhdəsinə 

buraxılması);  koolliziyalı  (ziddiyyətli)  normaların  tətbiqi  (eyni  halda,  müxtəlif  

mahiyyətli  normaların  istifadə  olunması),  mahiyyət  etibarı  ilə,  digər  fəsadlarla  yanaşı, 

müxtəlif  idarəetmə  səviyyələrində  ayrı–ayrı  iqtisadi  proseslər    haqqında    asimmetrik  



informasiyaların  yaranmasına  səbəb olur. 

Azərbaycan  Respublikasında  isə  yuxarıda  qeyd  olunanlarla  yanaşı,  iqtisadi  

qanunvericilik  aktlarını  xarakterizə  edən  ən  mühüm  cəhətlərdən  biri,  belə  demək 

mümkünsə,  iqtisadiyyatımızın  tranzitivliyinin  yaratdığı  şəraitdir.  Ümumiyyətlə, 

iqtisadiyyatın keçid xarakteri, son dövrlərdə bir çox hallarda “əsas günahkar” kimi qəbul 

edilərək,  iqtisadi  idarəetmədə  məqsədli  və  ya  “dərk  edilmədən”  buraxılan  səhvlərin 

bəraətləndirici  qalxanına  çevrilmişdir.  Tranzitivlik  xüsusiyyətinin  təsirlərinə    iqtisadi 

idarəetmənin  və  təsərrüfatçılıq  mexanizminin,  demək  olar  ki,  əksər  həlqələrində    rast 

gəlinir  və  qeyd  etmək  lazımdır  ki,  bir  sıra  hallarda  belə  xüsusiyyətlər  özlüyündə  

obyektiv  xarakter  daşıyır.  Məsələn,  iqtisadiyyatın  sektorial  strukturunun  təkamülünün 

dinamikliyi, iqtisadiyyatın sahə quruluşunun dayanıq-lılığının zəifliyi, iqtisadi fəaliyyət 

sahələrində  mənfəətliliyin  dəyişməsinin  və  ona  müvafiq  olaraq  vəsaitlərin  və  digər 

iqtisadi  resursların  sahələrarası  axınının  sürətlənməsi  və  s.  kimi  meyilləri  dinamik 

dəyişmələrin  yaratdığı  obyektiv  meyillər  hesab  etmək    mümkündür.  Lakin  beynəlxalq 

və  milli  təcrübə  göstərir  ki,  tranzi-tivliyin  yaratdığı  şərait  qanunvericilikdə  və 

təsərrüfatçılıq  fəaliyyətində  arzuolunan  şəffaflıq  və  hesabatlılığın  yaradılmasına  ciddi 

əngəllər  doğura  bilir.  Məsələn,  Azərbaycanın  müstəqilliyi  dövründə  qəbul    edilmiş, 

demək  olar  ki,  bütün  iqtisadi  qanunlarda  “keçid  müddəaları”  və  ya  “keçid    dövrü” 

anlayışları  təsbit  olunmaqla    bu  normativ  aktların,  xüsusilə  prinsipial    müddəaların 

tətbiqində “yumşaq eniş” üçün şərait yaradılmışdır. Bu, özünü qanunvericilik aktlarına, 

onların  qəbulunun  ertəsi  günündən  başlayaraq  “zəruri    düzəlişlər”  tələb  olunmasında 

göstərir. 

Azərbaycanda şərti olaraq, iqtisadiyyatın tranzitivlik xarakterinin  xüsusiy-yətlərinə 

aid  edilə  biləcək  və  ölkəmizdə  iqtisadiyyatın  dövlət  idarəetməsi  təcrübəsində  şəffaflıq 

və  hesabatlılığa  çox  ciddi  zərər  vuran  mühüm  məqamlardan    biri  də,  bütövlükdə, 

iqtisadi proseslərin monitorinqi, uçotu və qiymətləndi-rilməsinin metodologiyası və 

statistikasının  aparılması  üzrə  mövcud    yanaşmalar  hesab  olunmalıdır.  Qeyd  olunan 

şərtiliyin  mahiyyəti  ondadır  ki,  müvafiq    metodologiya  və  statistik  yanaşma  bir  növ 

planlı idarəetmə dövründən qalan miras  kimi də dəyərləndirilə bilər. 

Ölkəmizdə  iqtisadi  uçotun  çağdaş  durumu  iqtisadi  proseslərin  “bircinsli” 

ölçülməsinə və qiymətləndirilməsinə əsas maneələrdən biridir. Bir çox hallarda mərkəzi 

idarəetmə  orqanlarının,  ayrı-ayrı  ekspert  və  mütəxəssislərin  iqtisadiyyatda  baş  verən 

proseslər haqqında fərqli şərhlərinin (bəzi hallarda isə bir – birini inkar edən şərhlərin) 

əsas  səbəblərindən  biri,  məhz  onların  “geniş”  mənada  reprezentativ  olmayan,  qeyri-

adekvat  informasiya  tutumlu  iqtisadi  parametrlərə  istinad  etməsi  hesab  olunmalıdır. 

Lakin  qeyd  etmək  lazımdır  ki,  idarəetmə  üzrə  partnyorların  yuxarıdakı  səbəblərdən 

nəticə  etibarı  ilə  fərqli  informasiyalarla  işləməsinin,  liberal  bazar  təsərrüfatçılıq 

modelinə  xas  –  “informasiyanın  asimmetrikliyi”  kimi  xarakterizə  olunan  “bazar 

fiaskosu”  ilə  ciddi  əlaqəsi  yoxdur.  Bununla  belə,  məşhur  “İnformasiyanın  dörd 

qanunu”nu nəzərə aldıqda yaranmış şəraitin zəruri informasiyanın obyektivliyinin ciddi 

şəkildə pozulmasına səbəb ola biləcəyi real görünür. 



Tranzitiv  iqtisadiyyatlı  ölkələrdə  sosial-iqtisadi  proseslərin  idarə  olunması,  son 

dövrlərdə,  sanki  yeni  bir  paradiqma  almışdır:  iqtisadi  açıqlığın  artması,  bir  tərəfdən 

hökumətin  iqtisadi  proseslərə  təsir  imkanlarını  azaldır,  digər  tərəfdən  isə  iqtisadiyyatın  

ictimailəşməsi  və  beynəlmiləlləşməsi  inkişafın  idarə  olunmasında  ictimai  nəzarətin 

rolunu və demək olar ki, müvafiq informasiyanın rolunu hədsiz artırır. Son 1-2 il ərzində 

dünya  iqtisadiyyatını  bürümüş  və  getdikcə  dərinləşən  iqtisadi  böhranın  cari  dərsləri 

sübut  edir  ki,  iqtisadi  idarəetmədə  formalaşmış  ifrat  liberal  dəyərlərə  əsaslanan  

tənzimləmə  konsepsiyalarına  yenidən  baxmağa  böyük  ehtiyac  vardır.  Belə  vəziyyətdə 

isə iqtisadi sistemdə  yaranan şərait və xüsusiyyətlərin,  meydana gəlmiş və həllini tələb 

edən problemlərin aktuarial şərhi olduqca vacib hesab olunmalıdır. 

Beynəlxalq  iqtisadi  böhranın  ilk  dərsləri  sırasında  yeni  və  ya  nisbətən  yeni  nəzəri 

ideyalarla  yanaşı,  əhəmiyyətlilik  baxımından  isə  bəlkə  də  ön  cərgələrdə,  A.Smitin 

“bazarın gözəgörünməz əli” ideyası və “dövlətin gecə qoruqçusu olması” təklifinə yeni 

münasibət dayanır. Məsələn,  məşhur  C.Soros iddia  edir ki, “Müasir böhranın səbəbləri 

kənarda  deyil.  Onun  yaranmasını  sistemin  özü  şərtləndirmişdir”.  2008-ci  ildə  dünya 

ölkələrinin,  ilk  növbədə,  iqtisadi  cəhətdən  güclü  ölkələrin  böhrana  qarşı  mübarizəsinə 

rəğmən,  riskləri  bölüşdürmək  əvəzinə,  dünya  maliyyə  sistemi  onları  daha  da  artırır. 

Neoliberal  ideyanın  “görünməz  əli”  işləmir.  Bu  baxımdan,  artıq  bir  çoxları  C.Stiqlisin 

“bazarda  görünməz  əlin  görünməməyinin  səbəbi  ondadır  ki,  belə  əl  burada  yoxdur” 

fikrini  dəstəkləyirlər.  Doğrudur,  əslində,  liberal  iqtisadi  münasibətlərdə  dövlətin 

tamamilə  iştirak  etmədiyini  söyləmək  olmaz.  İqtisadçıların  bir  qismi  “bazarın 

boşluqları”  ilə  “dövlət  tənzimləməsinin  boşluqlarının”  eyni  tərtibli  olması  kimi 

qiymətləndirməni  daima  müdafiə  etməmişlər  və  biz  də  hesab  edirik  ki,  bu  doğru 

qiymətləndirmədir.  Akademik  L.Abalkinin  fikrincə  isə,  “...Prinsip  etibarı  ilə,  dövlətin 

iqtisadiyyatda  iştirakının  zəruriliyinin  əksi  heç  vaxt  aktual  olmayıb,  həmişə  belə 

iştirakın  obyekt  və  subyektləri,  əhatə  dairəsi  və  sərhədləri,  forma  və  üsulları,  sosial 

dəyəri,  meyilliyi  və  istiqamətləndirilməsi  müzakirə  predmeti  olmuşdur”.  Lakin  nəzərə 

almaq vacibdir ki, iqtisadi idarəetmədə mühüm məsələlərdən biri məqsəd funksiyasının 

formalaşdırılmasıdır.  Bu  məsələnin  universal  həlli  indiyədək  yoxdur  və  təcrübədə  ən 

çox  istifadə  olunan  yanaşma  Tinberqen  bərabərsizliyinə  və  “prioritetlərin  seçiminə” 

əsaslanan yanaşmadır. 

Eyni  zamanda  müasir  dövlət  tənzimləməsi  nəzəriyyəsinin  əsasını  qoymuş  

C.M Keynsin “Hadisələr və faktlar arasında müəyyən əlaqə var, lakin bu əlaqəni heç də 

həmişə  ölçmək  olmur”  fikrinin  doğruluğunu  qəbul  etmək  olmaz.  Təcrübə  göstərir  ki, 

iqtisadi  informasiyanın  keyfiyyətini  artırmaqla,  onun  dolğunluğu,  doğruluğu  və 

şəffaflığını təmin etməklə yuxarıda qeyd edilən ölçməni təmin etmək olar. 

İnformasiyanın dolğunluğu iqtisadi siyasətin bu hissəsində təsiri olan, ölçülən bütün 

parametrlərin  analitik  sintezi  vasitəsi  ilə  təmin  edilir.  Doğrudur,  burada  əsas  məqam 

məqsədin  seçimindən  və  müvafiq  analitiklərin  bacarığından  asılıdır.  Faktiki  olaraq,  bu 

mərhələdə sintetik göstəricilərin üstünlük təşkil etdiyi yeni sistem formalaşdırılır. 

İnformasiyanın  doğruluğunu  onun  formalaşdırılması  və  ölçmə  mənbələrinə  görə 

qiymətləndirmək  olar.  Bu  zaman  ən  vacibi  müvafiq  göstəricilərin  qarşılıqlı  uyğunluğu 

və bir-birini təsdiqləməsidir. 

İnformasiyanın  şəffaflığı  onun  dolğunluğunu  və  doğruluğunu  ifadə  edən 

xüsusiyyətlərin  mövcudluğu  və  informasiyanın  bütün  maraqlı  tərəflər  üçün    əlçatanlığı 

ilə müəyyənləşir. 

Fikrimizcə,  yuxarıda  qeyd  olunan  xüsusiyyətlərə  malik  olan  informasiyanın 

formalaşdırılması üçün aşağıdakıların həyata keçirilməsi vacibdir: 




1.

 

İqtisadiyyatın  idarə  edilməsi  terminlərinin  eyniliklə  qəbul  edilən  qlossarisinin 



yaradılması; 

2.

 



İqtisadi informasiyanın standartlarının yaradılması; 

3.

 



İqtisadi  qanunvericiliyin  yeni  informasiya  standartları  və  qlossari  ilə 

uyğunlaşdırılmasının təmin edilməsi.  

Dünya  iqtisadiyyatını  bürümüş  və  özünün  xarakteri  və  miqyasına  görə  “Böyük 

tənəzzül”lə  müqayisə  edilən  müasir  qlobal  maliyyə-iqtisadi  böhranının  səbəblərini  

araşdıran  çoxsaylı  tədqiqat  mərkəzləri,  beynəlxalq  iqtisadi  qurumlar  və  ayrı-ayrı 

analitiklər  böhranın  baş  verməsi  səbəbləri  sırasına  iqtisadi  proseslərin  uzun  müddət 

ərzində  gedişi  haqqında  düzgün  və  dolğun  məlumatların  ortada  olmaması  və  bu  tip 

məlumatlara  adekvat  reaksiyaların  vaxtında  baş  verməməsini  aid  edirlər.  Ona  görə  də 

indi, dünya iqtisadiyyatının böhrandan sonrakı dövrdə idarə edilməsində aparılmalı olan 

ən  zəruri  tədbirlər  sırasında  iqtisadi  inkişafın  yeni  statistik  və  analitik  informasiya 

bazasının  yaradılması  aktual  məsələ  hesab  edilir.  Bu  baxımdan,  yeni  informasiya 

standartlarının yaradılması, o cümlədən Beynəlxalq Valyuta Fondunun keçən əsrin 90-cı 

illərində Meksikada baş vermiş böhrandan sonra tətbiq etməyə başladığı “Məlumatların 

xüsusi yayılma standartları” və “Məlumatların ümumi yayılma standartları” təcrübəsinin 

genişləndirilməsi  nəzərdə  tutulur.  İnformasiya  standartlarının  yaradılması  yalnız 

mövcud  göstəricilər  sistemi  üzrə  məlumatların  vaxtında,  düzgün  və  tam  toplanması  ilə 

məhdudlaşmır,  burada  daha  vacib  məsələ  iqtisadi  inkişafın  hər  bir  mərhələsində  baş 

verənlərlə  onların  doğura  biləcəyi  nəticələrin  əlaqələndirilməsi  hesab  olunur.  Başqa 

sözlə,  iqtisadi  inkişafın  qiymətləndirilməsində  iqtisadi  informasiyaya  olan  münasibətin 

köklü  dəyişikliyi  baş  verir.  Artıq  bir  çox  tanınmış  iqtisadçılar  bu  baxımdan  iqtisadi 

proseslərdə, hətta atılan addımların nəticələrinin qeyri-müəyyənliyinin böyük olduğunu 

nəzərə 


alaraq 

belə 


proseslərin 

qiymətləndirilməsində, 

cümlədən 



proqnozlaşdırılmasında 

hadisələrin 

ehtimallığına 

deyil, 


onların 

mümkünlüyü 

dərəcələrinə 

əsaslanmağı 

düzgün 

sayırlar. 



Başqa 

sözlə, 


iqtisadi 

inkişafın 

qiymətləndirilməsində  qeyri-səlis  məntiqə  əsaslanan  yanaşmaların,  o  cümlədən 

modelləşdirmənin tətbiqi getdikcə aktuallaşmaqdadır. 

Beləliklə,  çağdaş  dünya  iqtisadiyyatının  inkişafında  və  o  cümlədən  iqtisadi 

nəzəriyyədə yeni iqtisadi paradiqmanın konturları artıq görünməkdədir. Yeni paradiqma 

“yeni iqtisadiyyat”, “informasiya iqtisadiyyatı” və s. kimi müxtəlif  anlayışlarla, bir çox 

hallarda  müxtəlif,  ziddiyyətli  və  fikrimizcə,  yanlış  izah  edilir.  Belə  yanlış  izahların  ən 

çox  yayılmış nümunələrinə görə “yeni iqtisadiyyat” – “İnternet  iqtisadiyyatdır”. Digər 

tərəfdən  bəziləri  hesab  edir  ki,  yeni  iqtisadiyyat  iqtisadi  nəzəriyyənin  əsas  və 

fundamental    prinsip  və  kateqoriyalarını  gərəksiz  edir,  digərləri  isə  hesab  edir  ki,  yeni 

iqtisadiyyat əslində heç bir yeni prinsip və ya qanunauyğunluq yaratmır, yalnız mövcud  

texnoloji  yanaşmalarda  informasiya  texnologiyaları  üstünlük  təşkil  edir,  başqa  sözlə, 

sadəcə  olaraq,  indi  bir  texnoloji  ukladın  digəri  ilə  əvəzlənməsi  baş  verir.  Lakin  bu 

mövqeləri  düzgün  hesab  etmək  olmaz.  Dünya  Bankının  yeni  iqtisadiyyat  haqqındakı 

konsepsiyasına görə, Yeni İqtisadiyyat elə iqtisadiyyatdır ki, burada innovasiya prosesi 

sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə çevrilir. 

Kompyuter  texnikasının  və  informasiya  texnologiyalarının  inkişafı  nəinki 

insanların  yeni  fəaliyyət  sahəsinin  yaranmasına  səbəb  olmuşdur,  bu,  eyni  zamanda, 

onların  yaşayış  imkanlarının,  şəraitinin  bütövlükdə  dəyişməsinə  gətirmişdir.  Baş  verən 

proseslərin qlobal xarakteri onların təhlili və qiymətləndirilməsinə yeni yanaşmalar tələb 

edir. Belə yeni yanaşma, fikrimizcə, informasiya paradiqmalı iqtisadi inkişaf  modelinin  

qəbul edilməsi anlamına gətirilməlidir. 



Məlum  olduğu  kimi,  iqtisadi  paradiqma  dedikdə,  sosial  dəyərlər;  o  cümlədən 

istehsal, bölgü, maddi nemətlərin mənimsənilməsi və istehlakının xarakteri və strukturu 

da  daxil  olmaqla,  cəmiyyətin  iqtisadi  sisteminin  fəaliyyət  qanunları  və  kateqoriyaları; 

ictimai  və  iqtisadi  institutlar;  iqtisadi  proseslərin  idarə  olunmasının  təsərrüfat 

mexanizmini əhatə edən əsas prinsiplər başa düşülür. 

Bu  baxımdan,  informasiya  paradiqması  sosial  dəyərlər  sırasında  təhsil  və  biliklərə 

malik  olmanı  ön  cərgəyə  çıxarır  və  bununla,  Frensis  Bekonun  məşhur  “Kim 

informasiyaya  malikdirsə,  dünyaya  malikdir”  fikri  bir  daha  təsdiqlənir.  İqtisadi 

nəzəriyyədə  informasiya  paradiqmasının  yaranması,  intellektual  xidmətin  yaranması 

hesabına  iqtisadi  fəaliyyətin  yeni  sahəsinin  yaranmasına  və  bununla,  iqtisadiyyatda 

struktur dəyişmələrinə səbəb olur. Yeni iqtisadi paradiqmada, təbii ki, əsas rol oynayan 

kateqoriya  –  informasiya  kateqoriyasıdır.  İqtisadiyyatın  informasiyalaşması  onun 

kompyuter  texnikası  və  informasiya  texnologiyaları  əsasında  texniki  cəhətdən 

yeniləşməsi  ilə  yanaşı,  informasiyanın  mühüm  əhəmiyyətli  iqtisadi  resursa  çevrilməsi 

deməkdir. 

İnformasiya iqtisadi resurs kimi aşağıdakı formalarda çıxış edir: 

bazarın  vəziyyətini  xarakterizə  edən  (əmtəə  və  xidmətlərin  qiymət  səviyyələri  və 

onların  dəyişməsi  dinamikası,  qiymətli  kağızların  kursları,  bank  faizləri,  birja 

kotirovkaları) konyuktura məlumatları/informasiyaları; əmtəə və xidmətlərin tələb və 

təklifi  haqqında,  onların  xarakteri,  rəqabət    qabiliyyətliliyi,  bazarın  agentləri,  idxal  və 

ixrac, daxili və xarici bazarların qarşılıqlı təsirini əhatə edən məlumat toplusundan ibarət 

kommersiya  informasiyaları;  tərəfdaşların  və  bazardakı  rəqiblərin  tədiyyə  və  kredit 

qabiliyyətliliyi  haqqında  maliyyə  informasiyaları;  innovasiyalara  şərait  yaradan  elmi-



texniki  informasiyalar;  statistik  informasiyalar;  istehlakçıların  prioritetlərinə  və 

bazarlardakı şəraitə təsir edən kütləvi informasiyalar (qəzetlər, teleradio, İnternet və s.). 

İnformasiya əmtəə kimi bir sıra özəl xüsusiyyətlərə malikdir: onun istehsalı şəbəkə 

xarakterlidir,  yəni  hər  bir  iştirakçı  bu  məhsula  yeni  məlumat  əlavə  etməklə  onun  yeni 

məhsula  çevrilməsinə,  daima  zənginləşməsinə,  daxilən  ziddiyyətli  olmayan  tam  və 

doğru  informasiyanın  yaranmasına  səbəb  olur,  bu  məhsulu,  tələb  olarsa,  dəfələrlə 

satmaq  olar,  digər  məhsullarla  müqayisədə  informasiya  məhsulu  üçün  “limit 

faydalılığının  azalması”  qanunu  işləmir,  informasiya  məhsulunun  qiyməti  onun 

hazırlanmasının maya dəyəri ilə müəyyənləşmir və s. 

İnformasiya  kateqoriya  kimi,  əhəmiyyətinə  görə  heç  də  zəif  olmayan  başqa  bir 

kateqoriyanın  –  biliklərin  əsasını  təşkil  edir.  Bilik  dərk  olunmuş  informasiyadır.  Yəni 

bilik zaman və təcrübə ilə sınaqdan çıxmış əsaslı informasiya olaraq elmi dünyagörüşün 

əsasını təşkil edir, elmi-texniki tərəqqinin inkişafını təmin edir və istehsal innovasiyaları 

formasında maddiləşir.  

Biliyin  unikallığını  qiymətləndirən  müasir  menecmentin  aparıcı  nəzəriyyəçisi 

P.Drukerin  fikrincə,  “bir  biznesi  digərlərindən  fərqləndirən  əsas  məqam  müxtəlif 

sahələrə  aid  olan  biliklərin  iqtisadiyyat  və  menecmentin  ayrı-ayrı  sahələrində  istifadə 

olunmasıdır.” Onun qənaətinə görə, pul və avadanlıqlar, əslində, heç nə ilə fərqlənmir, 

yalnız informasiya və  ya  bilik  həlledici resurs ola bilər. Bir sıra  mütəxəssislər isə  yeni 

iqtisadiyyatın  ən  mühüm  nailiyyətləri  sırasına  biznesin  informasiya  və  fiziki    tərkib 

hissələrinə  ayrılmasını  aid  edir.  Hesab  olunur  ki,  əslində,  belə  yanaşma  ənənəvi 

biznesdə  də  faydalıdır.  Məsələn,  məşhur  Bill  Qeyts    hesab  edir  ki,  “biznesin  bir  çox 

problemləri,  əslində,  informasiya  problemidir,  lakin  heç  kəs  bu  problemə  layiqincə 

yanaşmır”. 




İnformasiya paradiqmasını müasir sosial-iqtisadi sistemə tətbiq etməklə, bu sistemi 

cəmiyyətlə  münasibətdə  olduğu  kimi,  informasiya  iqtisadiyyatı  adlandırmaq  olar. 

İnformasiya  iqtisadiyyatını  xarakterizə  edən  xüsusiyyətlərə:  qlobal  xarakter;  biliklərə 

istiqamətlənmə; innovasiya təbiəti; “istehlakçı – istehsalçı” münasibətlərinin dəyişməsi; 

əməyin yaradıcı, intellektual xarakteri aid edilir.  

Mahiyyət  etibarı  ilə  informasiya  iqtisadiyyatı  bazar  iqtisadiyyatı  xüsusiyyət-lərinə 

malikdir.  Yəni  burada  istehlakçının  müstəsna  səlahiyyətləri  təmin  edilir,  bazarda 

rəqabət  mövcuddur,  ”görünməz  əl”  prinsipi  işləyir  və  dövlət  bazarın  fəaliyyətinə 

müdaxilə  etmir.  Lakin  sadalanan  xüsusiyyətlərin  reallaşdırılması  özəlliklərə  malikdir. 

Bu  baxımdan,  ən  vacibi  istehlakçının  sərbəstliyinin  təmin  olunması  hesab  edilməlidir. 

Müvafiq  bazarın  xüsusiyyətləri  baxımından  isteh-lakçının  sərbəstliyinin  təmin 

olunmasında  əsas  məqam  onun  məhsul  və  bazar,  həmçinin  firmaların  davranışı 

haqqında  məlumatlılığıdır.  Hesab  olunur  ki,  burada  mühüm  problem  informasiyanın 

asimmetrikliyi  potensialı  ilə  bağlıdır.  Asimmetrik  informasiya  nəzəriyyəsinə  görə, 

istehlakçılar məlumatlılıq baxımından iki qismə ayrılır: simmetrik informasiyaya malik 

olan  güclü  istehlakçılar  və  asimmetrik  informasiya  şəraitində  bazara  uyğunlaşmağa 

çalışan  digər istehlakçılar. 

“Təmiz”  mübadilə  iqtisadiyyatında  istehlakçı  və  onun  davranışı  “simmetrik 

informasiya” şəraitində qiymətləndirilir. Bu zaman hesab olunur ki, istehlakçı aşağıdakı 

4 xüsusiyyətə malikdir: 

1) onun istehlak çoxluğu  əmtəə çoxluğunun alt çoxluğudur;  

2) onun seçimi zövqü və istəyi ilə müəyyənləşir; 

3)  o  əvvəlcədən  müəyyən  təminata  malikdir  və  bu  təminat  mövcud    qiymətlər  

şəraitində onun rifahını tənzimləyir; 

4)  faydalılığın  maksimumlaşdırılmasına  istiqamətlənmiş  rasional  istehlakçı  istəyi  

onun  təmin olunma səviyyəsi ilə məhdudlaşır. 

İnformasiya  o  zaman  simmetrik  olur  ki,  qərar  qəbulu  zamanı  bütün  agentlərin 

qeyri-əminlik  səviyyəsi  eyni  olsun.  Həm  obyektiv,  həm  də  subyektiv  informasiyanın  

ehtimallığı eynidir, sanki simmetriya təşkil edir. Obyektiv informasiya, adətən, bazarın 

bütün  agentləri  üçün  simmetriya  təşkil  edir,  ancaq  subyektiv  informasiya  asimmetriya 

yaradır. Həmişə bazara uyğunlaşmağa çalışan istehlakçılar satıcılarla nisbətdə daha çox 

informasiyaya 

malik 


olur. 

Asimmetrik 

informasiya 

problemi  

XX əsrin 70-ci illərindən iqtisadi nəzəriyyədə müxtəlif praktiki nümunələrlə izah edilir. 

Əsas  nəticə  ondan  ibarətdir  ki,  asimmetrik  informasiya  şəraitində  tərəfdaşlardan  biri 

daha əlverişli imkanlara malikdir. 

Asimmetrik informasiya konsepsiyası aşağıdakı nəticələrlə ifadə olunur: 

1)  əgər  bazarda  asimmetriya  varsa,  onda  firmaya  yalnız  əmtəə  və  xidmətlərin 

satıcısı kimi, istehlakçıya isə əməyin və əmtəələrin alıcısı kimi baxmaq – düzgün deyil, 

bu  halda  bazar  agentlərinin  qarşılıqlı  fəaliyyəti  üçün  yeni  faktordan-onların 

məlumatlılığı faktorundan istifadə olunmalıdır; 

2)  simmetrik  informasiya  şəraitində  istehlakçının  davranışı  kifayət  qədər  sadə 

aksiomlar  toplusu  ilə  izah  edilirsə,  asimmetrik  informasiya  şəraitində  istehlakçının 

davranışını  onun  müxtəlifliyi,  çoxcəhətliliyi  səbəbindən  proqnozlaşdırmaq  və 

tənzimləmək  praktiki  olaraq  mümkün  deyil,    çünki  bu  zaman  o,  öz  risklərini  azaltmaq 

və maraqlarını müdafiə etmək üçün çox ehtiyatlı və düşünülmüş hərəkətlər edir; 

3)  simmetrik  informasiya  şəraitində  istehlakçının  davranışında  özünə  əminlik 

olduğundan  “istehlakçı  –  bazar”  vektoru  fərddən  bazara  doğru  istiqamətlənmiş  olur, 

asimmetrik  informasiya  şəraitində  isə  agentlərin  optimal  davranışı  onların  qeyri- 




əminliyi  ilə  müəyyənləşir  və  münasibətlər  vektoru  bazardan  istehlakçıya  doğru 

istiqamətlənir; 

4)  istehlakçı  mübadilə  zamanı  az  və  ya  daha  çox  məlumatlıdırsa,  kəmiyyət  və 

qiymətlər kifayət qədər aşkar deyilsə, onda güclü istehlakçı haqqında danışmaq olmaz: 

belə  ki,  istehlakçı  özünün  əmin  olmaması  səbəbindən  və  digər  agentlərin    reaksiyaları 

baxımından şəraitə uyğunlaşmağa məhkumdur. 

Asimmetrik  informasiyanın  bütün  hallarının  nəzərə  alınması  praktiki  olaraq 

mümkün olmadığından onları aşağıdakı 4 qrupda birləşdirirlər: 

1)

 

tarazlığın rasional gözlənilməsi; 



2)

 

mənəvi risklər; 



3)

 

passiv seçim; 



4)

 

axtarış. 



Birinci qrupa insanların proqnoz  modellərinə əsasən davranış halları aid edilir. Bu 

halda  modellərin  rolu  ikilidir:  bir  tərəfdən  onlar  davranışın  proqnozlaşdırılmasına 

xidmət  edir;  digər  tərəfdən  isə  bu  davranışı  əvvəlcədən  müəyyənləşdirir  və  onu 

tənzimləyir.  Belə  yanaşma  tərəfdarları  hesab  edir  ki,  həm  hökumət,  həm  də  fərdlər 

səviyyəsində  bütün  mümkün  informasiyaların  istifadə  olunması  rasional  gözləmələri 

daha böyük ehtimallı edir. Lakin bu yanaşmanın əleyhdarları hesab edir ki, əvvəla, belə 

informasiyanın əldə edilməsi kifayət qədər baha başa gəlir, ikincisi, çəkilmiş zəhmət itə 

bilər, çünki informasiya onun əldə edildiyi məqamda öz aktuallığını itirir. 

Mənəvi risklər müəyyən şərtlər daxilində ödəmələrin alınması zamanı yarana bilir, 

çünki  həmin  şərtlər  bilərəkdən  və  ya  təsadüfən  dəyişə  bilər.  Passiv  seçim  isə  ondan 

ibarətdir ki, böyük qrup insanların eyni şərtlərdən  yararlanması fərqli ola bilər. Axtarış 

modelində  isə  bazar  qiymətləri  müqayisə  edilir  və  ilk  növbədə  keyfiyyət  meyarları 

nəzərə alınır. Adətən, hesab olunur ki, keyfiyyət, ilk növbədə qiymətdə əks olunur. 

İqtisadi  nəzəriyyənin  informasiya  paradiqması  əsas  iqtisadi  kateqoriyaların 

dinamikası və məzmununun dəyişmələrini tədqiq etməyə, iqtisadi indikatorların  böyük 

qrupunun  proqnoz  əhəmiyyətini  və  mühümlüyünün  dəyişməsini  qiymətlən-dirməyə 

imkan yaradır. İnformasiya iqtisadiyyatında ənənəvi mahiyyəti daha tez dəyişən iqtisadi 

kateqoriyalar  aşağıdakılar  hesab  olunur:  dəyər,  faydalılıq,  kapital,  istehlak,  istehsal  və 

mülkiyyət münasibətləri. 

Bir  sıra  tədqiqatçıların  fikrincə,  informasiya  iqtisadiyyatında  istehsalın  maddi 

elementlərinin yığımı yox, bilik və müxtəlif informasiyaların yığımı baş verir. Ənənəvi 

olaraq  iqtisadiyyatın  əsas  birləşdirici  ideyası  olan  yığım  prosesi  öz  yerini 

kommunikasiyalara  verir.  Bu,  ilk  növbədə,  onunla  əlaqədardır  ki,  elmi-texniki  tərəqqi 

inkişaf  etdikcə  kapitalın  da  sürəti  artır.  Ona  görə  də  investisiyaların  müxtəlif 

istiqamətlərə paylanması baş verir və  pulun yeni texnologiyalara qoyulması imkan-ları 

artır.   

Beləliklə, deyilənləri ümumiləşdirərək, qeyd etmək olar ki:  

1)

 



müasir  qloballaşma  şəraitində  iqtisadiyyatın  idarə  edilməsində  informasiyanın  

rolu  sürətlə artır və onun xarakterinə olan tələb dəyişir; 

2)

 

informasiya  iqtisadiyyatı  iqtisadi  resurs  kimi  çıxış  edən  informasiya 



kateqoriyasını ön sıraya çıxarır; 

3)

 



iqtisadi  sistemin  bütün  həlqələrində  baş  verən  dəyişikliklər    yeni  informasiya 

paradiqmasına əsaslanan informasiya iqtisadiyyatının yaranmasını təsdiqləyir; 

4)

 

informasiya  paradiqması  bazarın  fəaliyyətinin  bütün  prinsiplərinin,  xüsusilə 



istehlakçıların  əmtəə  və  xidmətlər  bazarında  davranışı  prinsiplərində  olan 

dəyişmələri əks etdirir və istehlakçının məlumatlılığını ilk sıraya çıxarır. 




Hesab  olunur  ki,  informasiya  paradiqmasının  tətbiqi,  fundamental  iqtisadi 

kateqoriyaların  indiyədək  məlum  olmayan  cəhətlərini  aşkar  etməklə,  yeni  şəraitdə 

iqtisadi  sistemin  inkişaf  qanunlarını  müəyyənləşdirməyə  və  bütövlükdə,  iqtisadiyyatın 

və dövlətin idarə olunması prinsiplərini müəyyənləşdirməyə imkan verər. 



Ə

dəbiyyat 

1.

 



Абалкин  Л.И. Курс  переходной  экономики,  Москва, 1997  

2.

 



Апатова  И.В.  Информационная  парадигма  экономической  теории,  Ученые 

записки  Университета  им.  В.Вернадского,  серия  «Экономики»  ,  том  19  (58), 

2006  

3.

 



Гасанов  Р.  Управленческие  особенности  транзитивных    экономик  (на  примере 

Азербайджанской  Республики) 

Кавказ  и  глобализация”



,

том  3,  выпуск  1, 

2009, CA& CC Press,  Швеция 

4.

 



Государственное  регулирование  рыночной экономики. Под ред.     Столярова 

И.И. М. 2001 

5.

 

Друкер П. Задачи  менеджмента в  21-ом веке, М. 2006 



6.

 

Родрик  Д.  Многочисленные  рецепты    экономического    роста,  ИА  АКИпресс, 



2008 (http://

www.akipress.orq

). 

7.

 



Товстых  Л.Е.      Новая  информационная  экономика,

Креативная  экономика”,  



№ 4. 2007 

 

 

УДК

  316.324:338.24 

Гасанов

 Р.Т., Гасанли А.Р. 

Азербайджанский Государственный Экономический Университет, 

Баку,  Азербайджан  

 

rhasanov@rambler.ru



,  amalhasanli88@gmail.com 

Роль

 информации в управлении экономикой в условиях глобализации 

и

 особенности информационной экономики  

В данной статье исследуются суть глобальной экономики и роль информации в ее 

управлении. 

Рассматриваются 

факторы, 

характеризующие 

экономическую 

информацию  и  информационную  экономику.  Анализируются  существующие 

научные теории в исследуемой области.  

Ключевые

 слова: глобальная экономика,  транзитивная экономика, экономическая 

информация, 

информационная 

экономика, 

симметрическая 

информация, 

ассиметрическая информация. 

 

Hasanov R.T., Hasanli A.R. 

Azerbaijan State Economic University, Baku,  Azerbaijan   

rhasanov@rambler.ru

,  amalhasanli88@gmail.com 

Information  role  in the  management  of economy  in a globalization  condition 

and information economy features 

The essence of global economy and information role in the management of economy are 

investigated in the article. Factors characterizing economic information and information 

economy  are  looked  though.  Scientific  theories  existing  in  investigating  sphere  are 



analyzed. 

Key words: global economy, transitive economy, economic information, information 

economy, symmetric information, asymmetric information.

 

Yüklə 102,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə