BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4 Təbiət elmləri seriyası 2014
СOĞRAFİYA
UOT 911.52.551
BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACI
TƏBİİ LANDŞAFTLARININ
ANTROPOGEN TRANSFORMASİYASI VƏ MÜASİR
YÜKLƏNMƏSİNİN KOSMİK ŞƏKİLLƏRDƏN ALINAN
İNFORMASİYALARLA TƏDQİQİ
Y.Ə.QƏRİBOV, N.S.İSMAYILOVA, R.R.SƏDULLAYEV
Bakı Dövlət Universiteti
yaqub.qaribov@mail.ru, nigar.ismayilova@mail.ru,
resad.sedu@gmail.com
T
əbii komplekslərin antropogen transformasiyasının çoxşaxəli yükləri Böyük Qafqazın
şimal-şərq yamaclarının müasir landşaft strukturunda dərin izlər qoymuşdur. Müasir land-
şaftların struktur funksional xüsusiyyətlərinin formalaşması antropogen yüklərin həcmindən,
davamiyy
ət müddətindən asılıdır. Kosmik şəkillərin deşifrlənməsi və interpretasiyası nəti-
c
əsində regionun təbii komplekslərinin tərkibi, strukturu, ölçüləri və s. müəyyən edilmişdir.
Açar sözl
ər: Böyük Qafqazın şimal-şərq yamacı, təbii landşaftlar, müasir antropogen
yükl
ənmə, deşifrləmə, struktur-funksional, transformasiya
Böyük Qafqazın şimal-şərq yamacında müasir təbii-antropogen kom-
pleksl
əri A.A.Mikayılov (1986), B.Ə.Budaqov (1988), M.C.İsmayılov (2000),
M.A.Müseyibov (2003), Y.Ə.Qəribov (2000-2009), İ.Kuçinskaya (2005), N.S.
İsmayılova (2008) və digər tədqiqatçılar tərəfindən öyrənilmişdir.
Müxt
əlif vaxtlarda kosmik şəkillərin deşifrlənməsi nəticəsində müəy-
y
ən edilmişdir ki, tədqiq olunan regionda şaquli diferensiasiya müvafiq olaraq
lanşaftların özünəməxsus antropogenləşməsi ilə müşahidə edilir. Qusar maili
düz
ənliyinin, Samur-Dəvəçi ovalığının yarımsəhra, quru çöl, arid seyrək meşə-
kolluq kompleksl
əri uzun illər ərzində əsaslı dəyişilmiş, intensiv istifadə olu-
nan müxt
əlif antropogen-texnogen komplekslərlə, iri areallı yaşayış məntə-
q
ələri ilə əvəzlənmişdir. Bu ərazilərdə təbii landşaftların antropogenləşmə
əmsalı 0,6-0,8-dən artıqdır.
111
Alçaq dağlığın, hamar yaylaların şəbəkəli, ləkəli, dənəvər strukturlarda
deşifrlənən çəmən-kolluq, meşə-kolluq, dağ-meşə landşaftlarında əsasən dəm-
y
ə əkinçiliyi, heyvandarlıqla bağlı olan aqrolandşaftlar, müxtəlif konfiqurasi-
yalı seliteb komplekslər yaranmışdır (şəkil 1).
Şək. 1. Şimal-şərq yamacın dağətəyi və alçaq dağ qurşağında antropogenləşmiş meşə
kompleksl
əri (Spot-5, 2014).
1-aqroirriqasiya
1a –ilkin fazada
1b –yetkin fazad
2-
Bağ-
plantasiya
2a -seyr
ək
şəbəkəli
2b -tam c
ərgəli
3-D
ərələr
3a -
yarğanlı,
çılpaq,quru
3b –kollu, seyr
ək
meşəli
3c –kollu
4-Seliteb-
yaşayış
4a -tipik seliteb
4b -seliteb-
bağ
4c -s
əpələnən-
seliteb
5-
Meşə
5a-seyr
ək-meşə
5b-
meşə-kolluq
5c-
xırda kolluq
5d-
sıx meşə
6-Çaylaq
6a -
çay yatağı
(daşlıq)
6b-yataq
ətrafı
seyr
ək kolluq
6c-
xırda meşə-
tala kolluq
7- Otlaq-biç
ənək
Antropogenl
əşmə əmsalı bu landşaftlarda 0,2-0,5-ə çatır. Buradakı meşə-
l
ərin ən azı 50-60%-i çəmən, meşə-kolluq, seyrək kolluq və s. təbii hesab
edil
ən, əslində isə təkrar törəmə olan landşaftlara çevrilmişdir (7).
Orta dağlıqdakı monoton yaşıl rəngin müxtəlif çalarlarında deşifrlənən
meşə, meşədən sonrakı çəmən, meşə-kolluq və s. komplekslərdə nisbətən zəif
dayanıqlığa malik aqrolandşaftlar formalaşır. Əsas landşaft vahidləri təsərrüfat
t
əsirlərinə müntəzəm məruz qalmır və antropogenləşmə əmsalı 0,2-0,3-dən az
olur.
Yüks
ək dağlığın subalp və alp çəmənləri açıq yaşıl rəngdə monoton
strukturda oxunur v
ə təbii iqlim şəraitindən asılı olaraq mövsümi istifadə edilir.
Onların zəif dayanıqlığa malik qeyri-sabit strukturu antropogen yüklərə da-
vamlı deyil. Ona görə də bu komplekslər zəif antropogenləşməsi və qeyri-
münt
əzəm istifadəsi ilə fərqlənir.
112
Böyük Qafqazın müasir təbii landşaftları insanların çoxəsrlik təsirləri
n
əticəsində kəskin dəyişilmiş, onların yerində təkrar törəmə landşaftlar və
antropogen kompleksl
ər əmələ gəlmişdir (1).
M
əşhur yunan coğrafiyaçısı Strabon “Coğrafiya” adlı əsərində “...
Böyük Qafqazın keçilməz meşəliklərlə örtülü... olduğunu və bu sıx meşələrin
X
əzər sahillərinə qədər uzandığını” qeyd edirdi. Müasir meşə örtüyünün res-
publika
ərazisinin 10%-ə yaxın hissəsini tutduğunu nəzərə alsaq, son 2500 il
ərzində dağ meşələrinin ən azı 3-5 dəfə, düzən və tuqay meşələrin isə 13 dəfə
azaldığını müəyyən etmək olar.
Böyük Qafqazın şimal-şərq yamacında təbii landşaftların intensiv dəyi-
şilməsi əkinçiliyin meydana gəlməsilə başlanmışdır. İlk aqrolandşaftların ya-
ranması da məhz əkinçiliyin sürətli inkişaf etdiyi b.e.ə I minilliyə təsadüf edir
(2). Samur-D
əvəçi, Qusar maili düzənliyi oturaq əkinçilik təsərrüfatının inkişaf
etm
əsi ilə əlaqədar olaraq Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçayın əlve-
rişli meliorativ şəraitə malik geniş dərələrində, gətirmə konuslarında səpələnən,
kiçik areallı aqrokomplekslər və seliteb landşaftlar tədricən böyüməyə başlamış
v
ə dağətəyi düzənliklərə doğru genişlənərək meşə massivlərini sıxışdırmışdır.
Müasir kosmik şəkillərin (Spot-5, 2014) informasiyası ilə müəyyən
etmişik ki, Böyük Qafqazın şimal-şərq yamacında yarımsəhralar çoxşaxəli
antropogen yükl
ərlə kəskin transformasiyaya məruz qalmışdır. Sahil zolağın
qumları üzərində bitki örtüyü çox zəif inkişaf etmişdir. Giləzidən Muxtədirə
q
ədər dəniz sahillərinin dyun və qum tirələri üzərində, alçaq tirələrdə antro-
pogenl
əşmə əmsalı 0,1-0,2 dir. Yarımsəhra komplekslərinin 60%-ə yaxın əra-
zisini otlaq v
ə biçənəklər, 23%-ni əkin sahələri, 8 %- ni müxtəlif texnogen
modifikasiyalar (yol, kanal, k
əmər, elektrik xətləri və s.), 9 %-ni tam yarasız
ərazilər-yarğanlar, qobular, dərələr, çay yataqları və s. tutur (şəkil 2).
60%
23%
8%
9%
otlaq və biçənəklər
əkin sahələri
müxtəlif texnogen modifikasiyalar
tam yarasız ərazilər (yarğanlar,
qobular, dərələr, çay yataqları və s.)
Şək. 2. Böyük Qafqazın şimal-şərq yamacı yarımsəhralarının müasir-antropogen yüklənməsi.
Dağətəyi düzənliklərə doğru getdikcə yarımsəhraların mənimsənilməsi
daha da artır. Gətirmə konusları və çay terraslarının yarımsəhra kompleks-
l
ərində intensiv suvarma nəticəsində antoropogenləşmə əmsalı 0,5 -0,8-ə çatır.
Bir-birin
ə yaxın yerləşən texnogen modifikasiyalar bəzi yerlərdə yarımsəh-
113
raların 25%-dən artıq ərazisini tutur. Bu ərazidən beynəlxalq əhəmiyyətli
k
əmərlərin, avtomobil yollarının keçməsi, elektrik və teleqraf xətləri antropo-
gen kompleksl
ərin geniş areallarını çoxsaylı xırda hissələrə parçalayır, onun
morfoloji strukturunu mür
əkkəbləşdirir. Onların sıx şəbəkəsi Giləzi-Zarat və
Siy
əzən-Şabran arasında həm sosial obyektlərin, yaşayış məskunlarının yerləş-
m
əsinə, həm də əkin sahələrinin, biçənək, bağ və s. antropogen landşaftların
yaranmasına mane olur (7).
Quru çöl landşaftı Samur-Dəvəçi ovalığı və Qusar maili düzənliyində
cavan, kaynozoy yaşlı gillərin, qum daşlarının geniş yayıldığı genişlənmiş
terrasl
arın, gətirmə konuslarının, allüvial, allüvial-prollüvial, dellüvial düzən-
likl
ərində formalaşmışdır. Quru çöllər qədim zamandan suvarma əkinçiliyinə
c
əlb edilmiş və daha çox mənimsənilmiş komplekslərdən biridir. Hazırda quru
çöll
ərin əksəriyyətinin açıq şabalıdı, çəmən-qəhvəyi torpaqları bağ-planta-
siyalara, taxıl-tərəvəz, bostan əkinlərinə və otlaq-biçənəklərə çevrilib. Bu kom-
pleksl
ərin əksəriyyətinin antropogenləşmə əmsalı 0,5-0,8 arasında dəyişir.
Şabran və Siyəzən ərazisində hamarlanmış yamaclarda yaranan yovşanlı-
topallı, yovşanlı-şiyavlı, topalotulu, efemerli quru çöllərin təbii libası biçənək,
t
ərəvəz, bostan əkinləri və s. ilə əvəz olunmuşdur.
İntrozonal landşaftlar həm yüksək təbii dinamikliyi, həm də kəskin
şəkildə antropogen dəyişikliyə məruz qalması ilə fərqlənir. Tarixi və arxeoloji
m
əlumatlar göstərir ki, XIX əsrin birinci yarısına qədər Samur-Dəvəçi və
Şollar düzənliklərində meşələr bütöv massiv halında düzənliyi, demək olar ki,
tamamil
ə əhatə edirdi. Hazırda düzən meşə landşaftının Samur-Dəvəçi ovalı-
ğında antropogenləşmə əmsalı 0,53-ə bərabərdir. Xudat-Qusarçay arasında
antropogenl
əşmə dərəcəsi daha böyük kəmiyyətə - 0,7-0,8-ə çatır. İri areallı
k
əndlərin sıx şəbəkəsi, əkin sahələri, meyvə bağları birləşərək meşə kompleks-
l
ərinin antropogenləşməsini 0,8-ə qədər artırır.
Meşə kolluqlar və meşə-çəmən landşaftı hazırda Milli parka çevrilmiş
Samur-D
əvəçi ovalığı, Sabiroba-Muxtadır-Meşəli xətti üzrə uzanan dənizsahili
zolağa daha xasdır. Meşələrin kəskin antropogenləşməsi təkcə ağacların
qırılması ilə deyil, eyni zamanda yaşayış məntəqələri zəncirinin genişlənməsi
n
əticəsində meşəbitmə ekoloji şəraitinin dəyişməsi ilə də bağlıdır. Bu zonada
antropogenl
əşmə əmsalı 0,7-dən çoxdur. Qırılmış meşələrin yerində yaranan
talalar moruq, qaratikan, zirin
c kollarından ibarət cəngəlliklərlə örtülüdür (6).
Kosmik şəkillərdə xırda dənəvər və mürəkkəb şəbəkəli strukturlarla
oxunan t
əkrar-törəmə meşə-kolluqlar Samur-Dəvəçi ovalığında, xüsusilə Şollar
düzünd
ə çoxillik antropogen transformasiya nəticəsində yaranmışdır. Xudat-
L
əcət, Xudat-Qusarçay arasında təkrar-törəmə meşələrin palıdlı, qovaqlı tipləri
daha geniş yayılmışdır. Antropogenləşmə əmsalı burada 0,6-0,7-yə çatır.
Ç
əmən-bataqlıq və düzən-çəmən kompleksləri vaxtilə Samur-Dəvəçi
ovalığında geniş massivləri əhatə edirdi. 1926-cı ilin kartoqrafik məlumatına
əsasən bu düzənliyin 20%-ə qədərini qeyd edilən introzonal landşaftlar tuturdu
(6). Daha sonralar h
əyata keçirilmiş meliorativ tədbirlər nəticəsində bataqlıq-
114
ların çox hissəsi qurudulmuş və əkin, biçənək, taxıl və s. sahələrə çevrilmişdir.
Hal-
hazırda təbii çəmən-bataqlıq kompleksləri Şabran rayonunda Ağzıbirçala
gölü
ətrafında və Xaçmaz rayonunda Qaraçayla Caqacuqçay arasında Kaloqan
k
əndi ətrafında saxlanılmışdır.
Samur-D
əvəçi ovalığı və Qusar maili düzənliyinin boz-qəhvəyi tor-
paqlarında formalaşan qaratikanlı, yovşanlı-kollu çöllərin antropogenləşməsi
0,78-
ə bərabərdir. Bu komplekslərin 35%-ni seliteb-bağ, 47%- ni əkin, biçənək,
bağ, 18%- ni isə texnogen modifikasiyalar təşkil edir. Qusar maili düzənliyinin
ç
əmən-qəhvəyi, açıq-qəhvəyi torpaqlarının kollu, tək-tək palıdlı çöllərinin
antropogenl
əşmə əmsalı 0,85-ə çatır. Bu komplekslərdə bağ və plantasiyalar
land
şaftın 50%-ə yaxın ərazisini tutur. İri yaşılıqlarla əhtatələnmiş seliteb kom-
pleksl
ərin payı 19% , əkin-biçənəklər isə 31% ərazini əhatə edir (şəkil 3) (6).
Şək. 3. Qusar maili düzənliyinin çəmən-qəhvəyi, açıq-qəhvəyi torpaqlarının
kollu, t
ək-tək palıdlı çöllərinin antropogen yüklənməsi
Respublikamızın şimal-şərq hissəsində yerləşən dağ-meşə landşaftları
yüks
ək dinamikliyi, qeyri-sabit strukturu, zəif dayanıqlığı ilə fərqlənir. Antro-
pogen t
əsirlər artdıqca dağ-meşə komplekslərinin morfoloji strukturu da mü-
r
əkkəbləşir. Yamacların meyilliyi artdıqca meşə landşaftlarının dayanıqlığı və
k
ənar təsirlərə dözümlülüyü azalır. Hamar və az meyilli yamacların meşə kom-
pleksl
əri sabit strukturu və yüksək dayanıqlığı ilə seçilir. Lakin az meyilli ya-
macların 90 %-dən artıq meşə kompleksi antropogen landşaftlarla əvəz olun-
muşdur. Şimal-şərq yamacın dağətəyi və alçaq dağ qurşağında meşə komp-
leksl
ərinin antropogenləşmə əmsalı 0,5-0,7 arasında dəyişir. Çoxillik əkinçi-
liyin v
ə maldarlığın təsiri nəticəsində meşələr demək olar ki, heç yerdə təbii
s
ərhədində qalmamışdır. Böyük Qafqazda çox yerdə subalp tipli meşələr tama-
mil
ə sıradan çıxmış, təkrar çəmən kolluqlarla, subalp çəmənləri ilə, bəzi sahələrdə
qırıntı-ufantı, qayalı-daşlı çılpaqlaşmış komplekslərlə əvəz olunmuşdur (8).
T
əbii dağ-çəmən landşaftlarının müasir dinamikasının struktur-funksio-
nal xüsusiyy
ətini müəyyən edən əsas amil onların həddən artıq antropogen
yükl
ənməsidir. Dağ-çəmən landşaftlarının antropogenləşməsi ilk növbədə bu
landşaftların deqradasiyasında özünü büruzə verir. Dağ çəmənlərində antropo-
gen t
əsirlərin intensivləşməsi təbii geokomplekslərdə dinamik proseslərin fəal-
lığını artırır. İlk növbədə səthin təbii və süni parçalanması çoxalır, torpağın üst
qatlarından humus yuyulur, sürüşmə və digər qravitasion proseslər güclənir,
landşaftın dayanıqlığı, özünü bərpa xüsusiyyətləri və s. tədricən zəifləyir. Çox-
əsrlik antropogen təsirlər nəticəsində dağ-çəmən landşaftlarnın təbii libası əsas-
115
lı şəkildə dəyişilmiş, çoxsaylı təbii-antropogen modifikasiyalarla mürəkkəb-
l
əşmişdir (7).
Böyük Qafqazın şimal-şərq yamacının dağ-çəmən landşaftları respub-
likamızın heyvandarlıq təsərrüfatının mühüm yem bazasıdır. Son on illikdə
örüş və biçənək kimi istifadə edilən yay otlaqlarında antropogen yüklənmənin
payı xeyli artmışdır. Şahdağ, Qızılqaya, Məlkəmud və s. yaylaqların alp çə-
m
ənlərinin illik məhsuldarlığı quru şəkildə 6-18 s/ha təşkil edir. Alp çəmən-
l
ərinin 80%-dən artıq bitki örtüyü çoxillik ot bitkilərindən ibarətdir. İyun-iyul
aylarında otarmanın intensiv dövründə hər hektara orta hesabla 10-12 baş və
daha çox mal-
qara düşür. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
n
əzərdə tutduğu normadan 5-10 dəfə çoxdur. Nəzərə alsaq ki, otlaq və biçə-
n
əklərin 2/5 hissəsi bələdiyyələrin və şəxsi mülkiyyətindir, onda dövlət mül-
kiyy
ətində olan otlaqların iki dəfə artıq yükləndiyini müəyyən edə bilərik.
K
əskin mənimsənilmiş ərazilərdə çoxillik otları tədricən zəhərli otlar, yarım-
kollar
əvəz edir, otlaqların deqradasiyası sürətlənir, çılpaqlaşmış yamaclar artır,
sel ocaqları yaranır. Ona görə də antropogen yüklərin optimallaşdırılması üçün
dövl
ət səviyyəsində ciddi tədbirlər görülməlidir.
ƏDƏBİYYAT
1.
Budaqov B.Ə., Qəribov Y.Ə. Təbii landşaftların antropogenləşməsinin əsas istiqamətləri.
AR-
nın konstruktiv coğrafiyası. Bakı: Elm, 2000, s. 159-165
2. Bünyadov T.Ə. Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair. Bakı: Elm 1964, 155 s.
3.
Bünyadov T.Ə. Azərbaycanda maldarlığın inkişaf tarixinə dair. Bakı: Elm, 1969, 184 s.
4.
Əliyev H.Ə. Həyəcan təbili. Bakı: Elm, 2002, 175 s.
5.
Əliyev H.Ə., Xəlilov M.Y. Təbiətin yaşıl libası. Bakı: Gənclik, 1988,174 s.
6.
İsmayılova N.S. Qusar maili düzənliyinin və Samur-Dəvəçi ovalığının aqroirriqasiya
landşaftları və onların ekoloji problemləri / Nam.diss. avtor.tı, Bakı, 2008, 25 s.
7. Q
əribov Y.Ə. Azərbaycan Respublikasının təbii landşaftlarının optimallaşdırılması. Bakı:
AzTU, 2012, 216 s.
8. M
əmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. Bakı: Elm, 2003,514 s.
9.
Mусеибов M.A. Ландшафты Азербайджанской Республики. Баку: БГУ, 2013,138 c.
ИССЛЕДОВАНИЯ АНТРОПОГЕННОЙ ТРАНСФОРМАЦИИ ПРИРОДНЫХ
ЛАНДШАФТОВ И СОВРЕМЕННОЙ НАГРУЗКИ НА ОСНОВЕ ИНФОРМАЦИЙ
ПОЛУЧЕННЫХ С КОСМИЧЕСКИХ СНИМКОВ СЕВЕРО-ВОСТОЧНОГО
СКЛОНА БОЛЬШОГО КАВКАЗА
Я.А.ГАРИБОВ, Н.С.ИСМАИЛОВА, Р.Р.САДУЛЛАЕВ
РЕЗЮМЕ
Формирование структурно-функциональных особенностей современных ланд-
шафтов зависит от количество антропогенных нагрузок, и от продолжительности. В ре-
зультате дешифрирования космических снимков и интерпретации, были определены со-
став, структура и размер природных комплексов.
Ключевые слова: северо-восточный склон Большого Кавказа, природныe ланд-
шафты, современная антропогенная нагрузка
116
THE STUDY OF THE ANTHROPOGENİC TRANSFORMATİON AND MODERN
LOADİNG OF THE NATURAL LANDSCAPES OF THE NORTH-EAST SLOPE OF
THE GREAT CAUCASUS BY MEANS OF AEROCOSMİC PİCTURES
Y.A.GARİBOV, N.S.ISMAYİLOVA, R.R.SADULLAYEV
SUMMARY
The formation of the structural functional characteristics of modern landscapes depends
on the amount of the anthropogenic loads and the period of their duration. As a result of
decoding of anthropogenic pictures and their integration, the composition, structure, dimen-
sions etc. of the natural complexes of the region have been defined.
Key words: the northeastern slope of the Great Caucasus, natural landscapes, modern
anthropogenic load.
Redaksiyaya daxil oldu: 03.12.2014-cü il
Çapa imzalandı: 22.01.2015-ci il.
117
Dostları ilə paylaş: |