№42 (985) 19-25 oktyabr 2017-ci il



Yüklə 389,78 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix21.04.2018
ölçüsü389,78 Kb.
#39784
1   2   3   4   5   6   7   8

2

19-25 oktyabr 2017-ci il



l

Azərbaycan Respublikasına rəs mi 

səfərə gələn Bolqarıstan Respubli-

kasının  Prezidenti  Ru men  Rade-

vin  oktyabrın  13-də  rəsmi  qarşı-

lanma mərasimi olub.

Oktyabrın  13-də  rəsmi  qarşılanma 

mərasimindən  sonra  Azər baycan 

Respublikasının  Prezidenti  İlham 

Əli yevin,  birinci  xanım  Mehriban 

Əli yevanın Bolqarıstan Respublika-

sının  Prezidenti  Rumen  Radev  və 

xanımı Desislava Radeva ilə görüşü 

olub. Görüşdə ölkələrimiz arasında 

münasibətlərin  siyasi,  iqtisadi,  hu-

manitar,  energetika  sahələrində  və 

digər  sahələrdə  uğurla  inkişaf  et-

diyi bildirilmişdir. Bolqarıstan Pre-

zidentinin  Azərbaycana  səfərinin 

ikitərəfli  münasibətlərin  daha  da 

inkişaf  etdirilməsinə  töhfə  verəcə-

yinə əminlik ifadə olunmuşdur. Öl-

kələrimiz arasındakı əlaqələrin da-

ha da genişləndirilməsi üçün yax şı 

potensialın olduğu vurğulanmışdır.

* * * * *

Oktyabrın  13-də  Azərbaycan  Res-

publikasının Prezidenti İlham Əli-

yevin  və  Bolqarıstan  Respublika-

sının  Prezidenti  Rumen  Radevin 

nümayəndə heyətlərinin iştirakı ilə 

geniş tərkibdə görüşü olub. Dövlət 

başçıları görüşdə çıxış etmişlər.



Azərbaycan Prezidenti 

İlham ƏLİYEV demişdir:

-  Əminəm  ki,  bölüşdüyümüz  ide-

yalar ölkələrimiz arasında daha ge-

niş  əməkdaşlığa  yol  açacaq.  Siyasi 

və  iqtisadi  sahələrdə  əməkdaşlığın 

səviyyəsindən  məmnunuq.  Lakin 

əminəm ki, iqtisadi sahədəki poten-

sialımız  bu  gün  mövcud  olan  po-

tensialdan  daha  üstündür.  Bu  cür 

yaxşı  siyasi  münasibətlərə  malik 

olmaqla yanaşı, biz ticarət, investi-

siya sahələrinə və digər sa hələrə də 

diqqət yetirməliyik. Nəticədə tərəf-

daşlığımız  daha  da  genişlənəcək 

və  şaxələnmiş  olacaq.  Bolqarıstan 

bizim üçün çox sıx tərəfdaşdır, dost 

ölkədir.  Eyni  zamanda,  beynəlxalq 

təşkilatlar  çərçivəsində  də  çox  fəal 

əməkdaşlıq edirik. Səfəriniz bir da ha 

göstərir ki, biz yaxın dostuq və əmək-

daşlığımız uğurla davam edəcək.

* * * * *

Oktyabrın  13-də  Azərbaycan  Res-

publikasının Prezidenti İlham Əli-

yev və Bolqarıstan Respublika sının 

Prezidenti Rumen Radev mət buata 

bəyanatlarla çıxış ediblər.



* * * * *

Oktyabrın  13-də  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham 

Əliyevin  və  xanımı  Mehriban  Əli-

yevanın  adından  ölkəmizdə  rəsmi 

səfərdə olan Bolqarıstan Respublika-

sının Prezidenti Rumen Radevin və 

xanımı Desislava Radevanın şərəfinə 

rəsmi ziyafət verilb.

2017-ci  ilin  doqquz  ayında 

qeyri-neft  iqtisadiyyatı  2,5%, 

qeyri-neft  sənayesi  3,1%,  kənd 

təsərrüfatı  2,8%,  xarici  ticarət 

dövriyyəsi  7%  artmış,  müsbət 

saldo 4,4 mlrd. ABŞ dolları ol-

muşdur. 


Bunu  İqtisadiyyat  Nazirliyinin 

struktur  bölmələrinin  və  tabe-

liyindəki  qurumların  rəhbərlə-

rinin iştirakı ilə keçirilmiş geniş 

kollegiya iclasında İqtisadiyyat 

naziri, Kollegiyanın sədri Şahin 

Mustafayev vbildirib.

    Bu  dövrdə  valyuta  ehtiyatla-

rımız 4,5 milyard dollar artaraq 

42 milyard ABŞ dolları təşkil et-

mişdir.

Kürdəmirdə  “Şirvan”  massi-



vin də  6150  hektar,  Murad xan-

Pirli massivində isə 4500 hektar 

sahənin suvarma suyu ilə təmi-

natını yaxşılaşdırmaq üçün Kür 

çayı sahilində nasos stansiyala-

rı, dəmir-beton qurğular tikilir, 

kanallar  çəkilir.  Rayonda  təyi-

natı  dəyişdirilən  10650  hektar 

torpaq  sahəsində  artıq  3  aqro-

park yaradılıb. 

Bunu  rayon  icra  hakimiyyəti-

nin başçısı Ceyhun Cəfərov bil-

dirib.

Bu  sahələrdə  meliorasiya  işlə-



rinin aparılması, müasir suvar-

ma  sistemlərinin  qurulması  is-

tiqamətində tədbirlər görülür.

“Qlobal  Aqro”  MMC  tərəfin-

dən dənli bitkilərin saxlanılma-

sı üçün 27 min tonluq anbarın, 

“Smart”  dəyirmanın,  yağ  və 

yem emalı zavodlarının, toxum 

emalı  müəssisəsinin  tikilməsi 

nəzərdə tutulub. Hazırda 9 min 

tonluq anbar istifadəyə verilib, 

kommunikasiya  və  digər  qu-

raşdırma işləri davam etdirilir. 

Bu müəssisənin tam işə düşmə-

si  yüzlərlə  yeni  iş  yerinin  açıl-

masına imkan verəcək.

Oktyabrın  16-dək  pambıq  qə-

bulu  məntəqələrinə  ölkə  üzrə 

94  min  81,89  ton  məhsul  təhvil 

verilib.  Hazırda  pambıq  yığımı 

davam edir. Xatırladaq ki, 2016-

cı ildə, ümumilikdə, 88 min 596 

ton  pambıq  yığılmışdı.  Dövlət 

Statistika Komitəsindən bildirib-

lər ki, oktyabrın 14-15-də 6165,80 

ton pambıq tədarük olunub.

Pambıq  tədarükündə  əvvəl-

ki  kimi  Saatlı  rayonu  öndədir. 

Ra  yon  pambıqçıları  indiyədək 

məntəqələrə 15426,70 ton məhsul 

təhvil veriblər. 

Biləsuvarda 10925,43 ton, Sabira-

badda 9308,80 ton pambıq təda-

rük edilib.

2017-ci  ildə  250-300  min  ton 

pambıq tədarükü hədəflənir.

Azərbaycan ABŞ-da  ticarət  evi 

açmaq  imkanlarını  nəzərdən 

keçirir.

Bunu  iqtisadiyyat  nazirinin 

müavini Sahil Babayev deyib.

O qeyd edib ki, bu qərar gələ-

cəkdə qəbul edilə bilər:

"Hər  şey  Birləşmiş  Ştatlarla 

əmtəə  dövriyyəmizin  həcmin-

dən  və  dinamikasından  asılı-

dır. Biz təhlil aparmağa davam 

edirik  və  əmtəə  dövriyyəsinin 

uğurla  genişləndiyi  və  müsbət 

dinamika  nümayiş  etdirdiyi 

ölkələrdə ticarət evlərinin yara-

dılması üzərində işləyəcəyik".

Xatırladaq  ki,  artıq  Belarusda 

Azərbaycan Ticarət Evi açılıb.

Bu  barədə Azərbaycanda  İxra-

cın  və  İnvestisiyaların  Təşviqi 

Fondunun (AZPROMO) rəhbə-

ri  Rüfət  Məmmədov  jurnalist-

lərə açıqlamasında deyib.

"Avstraliya  şirkətləri  Azərbay-

canda, xüsusilə turizm, logisti-

ka, nəqliyyat, neft-qaz sənayesi, 

kənd  təsərrüfatı,  qida  məhsul-

larının  emalı,  eyni  zamanda, 

ölkəmizdə  müxtəlif  sektorlara 

investisiyaların  yatırılması  və 

ticarətin  genişləndirilməsində 

maraqlıdırlar", - deyə AZPRO-

MO rəhbəri qeyd edib.

Azərbaycan-Avstraliya  biznes- 

forumunun  iki  ölkənin  ticarət 

və iqtisadi əlaqələri çərçivəsin-

də  ilk  biznes-forum  olduğunu 

deyən  R.Məmmədov  diqqətə 

çatdırıb  ki,  bugünkü  tədbirdə 

Avstraliyadan  müxtəlif  sektor-

ları  təmsil  edən  20-yə  yaxın  iş 

adamı iştirak edib. Biznes-foru-

mun  əsas  məqsədi  ölkələrimiz 

arasında  ticarət  və  investisiya 

əlaqələri  çərçivəsində  konk-

ret  layihələrin,  perspektivlərin 

müəyyənləşdirilməsi  və  Azər-

baycan  ilə  Avstraliyanın  işgü-

zar  dairələri  arasında  biznesin 

qurulmasıdır.

Oktyabrın 18-də Bakıda “Caspi-

an European Club” və “Caspi-

an  American  Club”  tərəfindən 

turizm sektoruna həsr olunmuş 

“Caspian  Energy  Tourism  Fo-

rum”u təşkil olunub.

Mədəniyyət  və  turizm  naziri-

nin  müavini  Nazim  Səmədo-

vun iştirakı ilə keçirilən xüsusi 

sessiyada  turizm  sektoru  ilə 

bağlı  əsas  məsələlər  və  prob-

lemlər müzakirə olunub.

Nazir  müavini  iştirakçılara  tu-

rizm  sektorunun  gələcək  inki-

şafı istiqamətində görülən təd-

birlər,  planlar  və  perspektivlər 

barədə  məlumat  verib.  Foru-

ma  Xəzər-Qara  dəniz  regionu 

ölkələrinin  iri  avia  və  turizm 

şirkətlərinin rəhbərləri qatılıb.

Xatırladaq  ki,  dünyanın  50 

ölkəsindən olan 5 mindən artıq 

şirkət  və  təşkilatı  birləşdirən 

“Caspian  European  Club” 

2002-ci  ildə  Xəzər-Qara  dəniz 

regionunda  fəaliyyət  göstərən 

nəhəng  neft-qaz  şirkətlərinin 

dəstəyi ilə yaradılıb.

İlin  əvvəlindən  Azərbaycanda 

pul bazası 18 faiz artıb.

Bu  barədə  Bakıda  keçirilən 

"Azərbaycan  kapital  bazarları: 

imkanlar və perspektivlər" adlı 

konfransda  İqtisadi  İslahatla-

rın  Təhlili  və  Kommunikasiya 

Mərkəzinin  icraçı  direktoru 

Vüsal Qasımlı deyib.

V.Qasımlı  ölkədə  kapital  ba-

zarlarının  inkişafı  istiqamətin-

də  görülən  işlərdən  danışıb, 

bu  sahənin  əhəmiyyətini  qeyd 

edib. O, maliyyə savadlılığının 

artırılmasının  zəruriliyini  vur-

ğulayıb.


Maliyyə  Nazirliyinin  təqdim 

etdiyi  operativ  məlumatlara 

əsasən, bu ilin yanvar-sentyabr 

aylarında  dövlət  büdcəsinin 

gəlirləri 12045,1 milyon manat, 

xərcləri  12783,7  milyon  manat 

təşkil edib. Büdcənin icrasında 

738,6  milyon  manatlıq  və  ya 

ümumi daxili məhsulun 1,5 fai-

zi qədər kəsir yaranıb.

Dövlət Statistika Komitəsindən  

bildiriblər ki, yanvar-avqust ay-

larında  dövlət  büdcəsinin  gəlir-

ləri  əvvəlki  ilin  eyni  dövrü  ilə 

müqayisədə  30,3  faiz  artaraq 

10788,8  milyon  manata,  xərcləri 

isə 21,2 faiz artaraq 11327,5 mil-

yon  manata  çatıb.  Büdcənin  ic-

rasında  yaranmış  538,7  milyon 

manatlıq  kəsir  ümumi  daxili 

məhsulun 1,2 faizini təşkil edib.

Daxilolmaların  21,2  faizi  əlavə 

dəyər  vergisi,  15,1  faizi  hüquqi 

şəxslərin mənfəət (gəlir) vergisi, 

6,7 faizi fiziki şəxslərin gəlir ver-

gisi,  3,8  faizi  aksizlər,  10,8  faizi 

digər vergilər, 42,4 faizi isə vergi 

olmayan gəlirlər hesabına təmin 

edilib.  Büdcə  vəsaitlərinin  27,9 

faizi iqtisadiyyatın inkişafı və tən-

zimlənməsinin,  15,2  faizi  sosial 

müdafiə və sosial təminat, 14,1 fa-

izi ümumi dövlət xidmətləri, 13,2 

faizi təhsil və səhiyyə sahələrinin, 

29,6 faizi isə digər sahələrin ma-

liyyələşdirilməsinə xərclənib.

2017-ci ilin yanvar-sentyabr ayla-

rında Azərbaycanda 4 min 434,6 

kq qızıl hasil edilib ki, bu da ötən 

ilin müvafiq dövrünün göstərici-

sindən 3,1 dəfə çoxdur. Bu barədə 

Dövlət  Statistika  Komitəsindən 

məlumat  verilib.  Sentyabr  ayın-

da isə 500,1 kq qızıl hasil edilib. 

Hasil edilən qızıl emala göndəri-

lib. 2016-cı ildə Azərbaycanda 1 

min 894,1 kq qızıl hasil olunub, 

hasilatın həcmi 15% azalıb.




Yüklə 389,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə