№42 (985) 19-25 oktyabr 2017-ci il



Yüklə 389,78 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix21.04.2018
ölçüsü389,78 Kb.
#39784
1   2   3   4   5   6   7   8

4

19-25 oktyabr 2017-ci il



l

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 

tərəfindən maliyyələşdirilən “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” layihəsi çərçivəsində çap olunub.

Bu  ilin  oktyabr  ayının  2-də Azər-

baycan  Respublikasının  Preziden-

ti  İlham  Əliyevin  Şamaxı  və  Qo-

bustan  rayonlarına  səfəri,  bir  sıra 

sosial  infrastruktur  obyektlərinin, 

avtomobil  yollarının  açılışında 

iştirak  etməsi,  ictimaiyyətin  nü-

mayəndələri ilə görüşməsi və fikir 

mübadiləsi  aparması  yerli  əhali 

tərəfindən  böyük  razılıqla  qarşı-

lanmışdır.  Regionların  sosial-iqti-

sadi inkişafına dair Dövlət Proqra-

mı çərçivəsində Şamaxı rayonunda  

nəzərəçarpacaq yüksəliş və inkişaf 

baş  vermişdir.  Azərbaycan  Prezi-

denti cənab İlham Əliyev «Şamaxı 

su təchizatı və kanalizasiya sistem-

lərinin  yenidən  qurulması»  çərçi-

vəsində görülən işlərlə tanış olub. 

Bu layihə Şamaxı şəhərində 41 min 

nəfərin  içməli  su  və  kanalizasiya 

sistemindən  istifadəsinin  yaxşılaş-

dırılmasına  hesablanıb.  Layihənin 

icrasına  2010-cu  ildən  başlanılıb. 

Birinci mərhələdə Şamaxı şəhərini 

keyfiyyətli  və  dayanıqlı  su  ilə  tə-

min etmək üçün Pirsaatçayın məc-

rasında  məhsuldarlığı  saatda  120 

litr  olan  drenaj  tipli  suqəbuledici 

qurğu,  həcmi  1000  kubmetr  olan 

iki  anbar,  bir  su  nasos  stansiyası 

tikilib, su mənbəyindən anbara qə-

dər 3,4 km kəmər çəkilib.

Layihənin  2012-ci  ildə  başlanan 

ikinci  mərhələsində  ümumi  tu-

tumu  7000  kubmetr  olan  4  anbar 

inşa edilib, şəhərə 8,8 km uzunlu-

ğunda su kəməri çəkilib, 134 km-

lik  içməli  su  şəbəkəsi  yaradılıb, 

8300  ünvana  birləşmə  verilib  və 

sayğaclar  quraşdırılıb.  Layihənin 

sonuncu  mərhələsində  isə  məh-

suldarlığı  sutkada  10  min  kub 

metr olan bioloji tipli tullantı sutə-

mizləyici qurğu inşa edilərək isti-

fadəyə verilib. Alternativ su mən-

bəyinin  yaradılması  da  nəzərdə 

tutulub. Bu məqsədlə artıq Ağsu-

çayın məcrasında subartezian qu-

yusunun,  nasos  stansiyasının  və 

Şamaxı şəhərinə 22 km-lik magist-

ral  kəmərinin  inşasına  başlanılıb. 

Ölkə  üzrə  regionların  sosial-iqti-

sadi  inkişafına  dair  Dövlət  Proq-

ramına uyğun olaraq 45 şəhər və 

rayon mərkəzində içməli su təchi-

zatı və kanalizasiya layihələri icra 

olunur  ki,  indiyədək  21  rayonda 

su, 8 rayonda isə kanalizasiya sis-

temlərinin yenidən qurulması ye-

kunlaşdırılıb.

Regionların sosial-iqtisadi inkişafı-

na dair Dövlət Proqramına uyğun 

olaraq,  respublikamızın  nəqliy-

yat-yol infrastrukturu yenidən qu-

rulur.  Oktyabr  ayının  2-də  cənab 

Prezident  İlham  Əliyev  və  birinci 

xanım Mehriban Əliyevanın iştirakı 

ilə uzunluğu 8 kilometr olan Pirqu-

lu-Dəmirçi  avtomobil  yolunun 

əsaslı təmirdən sonra açılışı həyata 

keçirilib. Şamaxı rayonunun dağlıq 

ərazisində  yerləşən  bu  avtomobil 

yolunun tikintisi 1,6 min nəfər əha-

linin yaşadığı 5 kəndi birləşdirəcək, 

yük  və  sərnişin  daşınmasını  xeyli 

yaxşılaşdıracaq.  Həmçinin,  cənab 

prezident Şamaxı-Pirqulu yolunun 

açılışını edib. Bu, çox böyük layihə-

dir, böyük həcmdə investisiya qo-

yulub, 53 km uzunluğunda 16 kən-

di birləşdirir. Hazırda Bakı-Şamaxı 

magistral yolu 4 zolağa genişləndi-

rilir və çox rahat bir yol olacaqdır. 

Cənab  prezident  yeni  avtomobil 

yollarının  açılışını  edərkən  həmin 

yolların  üstündə  bir  çox  istehsal 

və  emal  infrastrukturunun  yara-

dıldığını  dilə  gətirərək  demişdir: 

«Şamaxıda  çəkilən  yeni  yolların 

üzərində  yeni  aqroparklar  salınır. 

İndi mənə verilən məlumata görə, 

Şamaxı  rayonunda  üç  aqropark 

fəaliyyətə  başlayıb.  Aqroparklarla 

bağlı bizim siyasətimiz artıq bəyan 

edilib, ölkəmizdə 37 aqropark ya-

radılır».

O,  qeyd  etmişdir  ki,  özəl  sektora 

kreditlər,  texnika  verilir.  Şamaxı-

da yaradılan aqroparkların ərazisi 

20  min  hektara  yaxındır.  Burada 

kənd  təsərrüfatı  məhsulları  isteh-

sal ediləcək, həm bolluq yaranacaq, 

yeni iş yerləri açılacaq, həm də ix-

rac imkanları genişlənəcəkdir.

Ölkəmizdə  işgüzar  fəallığın  yük-

səldilməsi,  qeyri-neft  sektorunun 

inkişafı,  azad  sahibkarlığın  və  li-

beral iqtisadiyyatın inkişaf etdiril-

məsi,  əhalinin  sosial  vəziyyətinin 

yaxşılaşdırılması  və  məşğulluğun 

təmin  edilməsinə  etibarlı  təminat 

yaradılıb.  Cənab  Prezident  İlham 

Əliyevin  aqrar  bölmənin  müasir 

texnologiyalar  müstəvisində  inki-

şaf  yoluna  çıxarılmasına  yönəlik 

siyasəti öz bəhrəsini verməkdədir. 

Bu siyasət həm də kənd təsərrüfatı 

məhsullarının istehsalını və ixracı-

nı artırmaq hədəfini özündə ehti-

va edir. Şamaxı rayonunda əhali-

nin əksər hissəsi heyvandarlıq və 

bitkiçiliklə  məşğul  olur.  Bitkiçi-

likdə taxıl, kartof, tərəvəz, bostan, 

üzüm,  meyvə  istehsalı  üstünlük 

təşkil edir.

Ötən əsrin 70-80-ci illərində Şamaxı 

Azərbaycanın  ən  böyük  üzümçü-

lük rayonlarından biri sayılırdı. So-

vet İttifaqı çökdükdən sonra, 90-cı 

illərdə    başqa  sahələr  kimi,  üzüm 

bağları  da  sıradan  çıxdı.  Hazırda 

bu  gəlirli  sahənin  yenidən  dirçəl-

dilməsi  dövlətin  diqqət  mərkə-

zindədir.  Cənab  Prezident  İlham 

Əliyevin  tapşırığı  ilə  hazırlanan 

və qəbul edilən «2012-2020-ci illər-

də  Azərbaycan  Respublikasında 

üzümçülüyün inkişafına dair Döv-

lət  Proqramı»  bu  sahənin  inkişa-

fında müstəsna rol oynadı, üzüm-

çülüklə  məşğul  olan  sahibkarlıq 

subyektlərinə güclü stimul vermiş 

oldu. Bu gün rayonda üzüm bağla-

rının sahəsi 1650 hektara çatdırılıb 

ki, bunun da 1550 hektarı məhsul 

verir.  Bağlardan  cari  mövsümdə 

14 min ton üzüm yığılması gözlə-

nilir. «Az.Qranta» MMC Şamaxıda 

üzümçülüyün  inkişafı  sahəsində 

xeyli  iş  görüb,  2016-cı  ildə  «Az.

Qranta»nın bağlarından 3 min ton 

üzüm yığılıb. 

Ərazilərin  dəniz  səviyyəsindən 

yüksəklikdə yerləşməsi, illik yağın-

tının  miqdarı,  temperatur  göstəri-

ciləri  və  torpaq  xüsusiy-

yətləri Şamaxıda yüksək 

keyfiyyətli  nadir  üzüm 

növlərinin  yetişdirilmə-

sini şərtləndirən amillər-

dir.  Seçilən  növlər  üzrə 

ölkəmizə yüksək keyfiy-

yətli  tinglər  gətirilib  və 

zəruri texnikalar alınıb.

Üzüm  tingləri,  əsasən 

Fransa,  Türkiyə  və  Gür-

cüstandan  gətirilən  ən 

yaxşı  növlərdən  ibarət-

dir.  Texniki  növlərdən 

«Şardane»,  «Cabame», 

«Cabame-Frans»,  süfrə 

üzümlərindən  «Prima», 

«Cardinal»,  «Sultaniye», 

«Alfonz Lavalle», «Danu-

ta» və s. kimi növləri mi-

sal çəkmək olar. 2015-2017-ci illərdə 

«Superrioz  seedeless»,  «Qrimson 

Seedeles»,  «Red  Qlobe»  kimi  yeni 

növlər  gətirilərək  bağlar  salınmış-

dır. Kişmiş və əla şərab növü olan 

«Mədrəsə»  kimi  yerli  növlər  üzrə 

də  məhsul  istehsalı  ilbəil  genişlən-

dirilir.  Cari  ildə  texniki  üzüm  sor-

tu üzrə məhsuldarlıq 7-8 ton, süfrə 

üzümünün hər hektara məhsuldar-

lığı isə 15 ton olub. Növbəti ildə hə-

dəf texniki sort üzrə hər hektara 10-

12 ton, süfrə üzümü üzrə isə 17-18 

ton məhsul əldə etməkdir.

2015-ci  ildə  süfrə  üzümü  yetişən 

bağlarda ən müasir sistemlər quru-

lub. Hazırda «Az.Qranata»nın üzüm 

bağlarında 254 nəfər işlə təmin olu-

nub ki, bunun da 200-ü qadındır.

Süfrə  üzümləri  Bakı  şəhərinin 

«Meyvəli» və «8-ci kilometr» top-

dansatış  bazarlarına  göndərilir, 

texniki sortlar isə emal üçün «Az.

Qranata» MMC-yə təhvil verilir.

Son  illər  ölkəmizdə  turizm  ehti-

yatlarının  öyrənilməsi,  turistlərin 

tələbatının  dolğun  şəkildə  ödə-

nilməsi,  otellərin  və  digər  turist 

obyektlərinin  sayının  artırılması, 

turizm marşrutlarının çoxaldılma-

sı istiqamətində aparılan ardıcıl və 

davamlı tədbirlər real nəticələrini 

verməkdədir. Əsas məqsəd turiz-

mi  ölkə  iqtisadiyyatının  dayanıq-

lı  və  effektiv,  həmçinin  rəqabətə 

davamlı  sahəsinə  çevirməkdən 

ibarətdir.  Şamaxı  rayonunda  da 

turizmin  inkişafı  ilə  bağlı  komp-

leks  tədbirlər  həyata  keçirilir.  Şa-

maxıya  səfəri  zamanı  Prezident 

İlham Əliyev demişdir: Şamaxı tu-

rizm imkanları böyük olan bir ra-

yondur. Həm tarixi, dini abidələr 

var,  yeni  gözəl,  ən  yüksək  səviy-

yəyə  cavab  verən  otellər  var.  Bu 

gün Şamaxıda ölkəmizdə ilk dəfə 

olaraq Safari Parkı açılır. Bu da çox 

əhəmiyyətli  hadisədir.  Çünki  in-

kişaf etmiş ölkələrdə belə parklar 

var. Dəmirçi kəndinin, – o da tarixi 

bir yerdir, bərpası da artıq öz həl-

lini tapıb. Ona görə də Şamaxıda 

turizmin  inkişafı  sürətlə  getməli-

dir.  Şamaxının  həm  gözəl  şəraiti, 

iqlimi,  gözəlliyi,  Bakıya  yaxınlığı,  

həm  də  infrastrukturu,  otellərin 

mövcudluğu bunu şərtləndirir».

Şamaxı  rayonunun  Dəmirçi  kən-

dində  turizm  infrastrukturunun 

yenilənməsi, tarixi abidələrin bər-

pası  və  abadlıq-quruculuq  işləri-

nin aparılması onun cəlbediciliyi-

ni və ecazkarlığını daha da artırır. 

Dəmirçi Şamaxı rayonunun ən qə-

dim kəndlərindən biridir və onun 

tarixi XV əsrə gedib çıxır. Qədim-

də adı Süneyçay olan kənddə də-

mirçilik  sənəti  geniş  yayılmışdır. 

Ona  görə  də  kəndə  Dəmirçi  adı 

verilib. Bir vaxtlar qədim İpək Yo-

lunun kənarında yerləşən kənddə 

bir neçə karvansara olub. Sovet ha-

kimiyyəti illərində bir çox abidələr 

dağıdılıb.  Maraqlı  adət-ənənələri, 

özünəməxsus  mədəniyyəti  olan 

yerli əhali elmə, təhsilə böyük ma-

raq göstərir. Odur ki, kəndin bər-

pası və tarixi simasını qoruması ilə 

bağlı  son  illərdə  həyata  keçirilən 

işlər ölkəmizin bu nadir abidəsini 

qoruyub saxlamaq və onu gələcək 

nəsillərə  çatdırmaq  istiqamətində 

mühüm vəzifələrdən biridir.

Dəmirçi  kəndində  görülən  işlər 

bir  neçə  istiqamətdə  həyata  keçi-

rilir  və  kompleks  xarakter  daşı-

yır.  Qədim  dini  ocaqlardan  biri 

olan  Dəmirçi  məscidi  755-ci  ildə 

tikilib  və  Prezident  İlham  Əliye-

vin  tapşırığı  ilə  bərpa  edilib.  Bir 

neçə il öncə Yaxın Şərqin ən qədim 

məscidlərindən olan Şamaxı cümə 

məscidində bərpa və yenidənqur-

ma işlərinin aparılması qədim Şa-

maxının simasına xüsusi bir çalar 

və rəng qatıb. 

Zülfü İLYASOV,

bölgə müxbiri, Şamaxı rayonu

2017-ci ilin sentyabr ayı ərzində Ver-

gilər Nazirliyinin Çağrı Mərkəzinin 

əməkdaşları  tərəfindən  canlı  əlaqə 

zamanı daxil olmuş 15237 zəng ca-

vablandırılıb.  Vergi  ödəyicilərinin 

məlumatlandırılması məqsədilə on-

lara 46 824 SMS göndərilib.

Sentyabr  ayı  ərzində  Vergilər  Na-

zirliyinin  rəsmi  internet  səhifəsinə  

388436 daxilolma qeydə alınıb.

Vergi  ödəyicilərinə  xidmət  struk-

turlarında  24748  vətəndaş  qəbul 

edilərək, onlara 37032  sayda xidmət 

göstərilib.  2017-ci  ilin  1  oktyabr  ta-

rixinə vergi ödəyicilərinə ümumilik-

də 366187 sayda ASAN İmza sertifi-

katı verilib.

2017-ci ilin sentyabr ayı ərzində 7039 

vergi  ödəyicisi  (955  hüquqi  şəxs, 

6084 fiziki şəxs) qeydiyyatdan keçib.

2017-ci  ilin  yanvar- 

sentyabr  ayları  ərzin-

də  vergi  ödəyiciləri 

tə rəfindən dövlət büd-

cə sinə  5  milyard    224 

mil yon 482,9 min ma-

nat  məbləğində  vəsait 

ödənilərək,  Vergilər 

Na zirliyi  üzrə  müəy-

yənləşdirilmiş  proq-

noz  tapşırığına  100,1 

faiz əməl olunub.

Vergilər  Nazirliyinin  Vergi  ödəyicilə-

rinə xidmət və şəffaf vergi  partnyorlu-

ğu departamentinin hazırladığı «Vergi 

hüquqpozmalarına qarşı tətbiq edilən 

məsuliyyət  tədbirləri  haqqında  Yad-

daş»  nazirliyin  rəsmi  internet  səhifə-

sində    yerləşdirilib.  «Yaddaş»  vergi 

ödəyicilərinin hüquqları barədə maa-

rifləndirici səciyyə daşıyır. 

Vergi  qanunvericiliyi  ilə  müəyyən 

olunmuş vəzifələrə əməl etmək hər bir 

vergi ödəyicisinin borcu olsa da, müşa-

hidələr göstərir ki, vergi ödəyiciləri heç 

də  bütün  hallarda  Vergi  Məcəlləsi  ilə 

müəyyən edilmiş vəzifələrinə məsuliy-

yətlə yanaşmır  və vergi qanunvericili-

yinin tələblərinə tam əməl etmirlər. Bu 

isə sonda vergi ödəyicilərinə qarşı inzi-

bati cərimə və maliyyə sanksiyaları tət-

biq edilməsi ilə nəticələnir. «Yaddaş»ın 

hazırlanmasında    və  vergi  ödəyiciləri 

arasında yayılmasında məqsəd bu cür 

halların qarşısını almaqdır.  

Vergi Məcəlləsinə uyğun olaraq mü-

əy yən  edilmiş  vergitutma  obyektlə-

rindən vergini ödəməli olan istənilən 

şəxs  vergi  ödəyicisi  sayılır  və  vergi 

ödəyiciləri  vergilərlə  bağlı  vergi  qa-

nunvericiliyində  nəzərdə  tutulmuş 

vəzifələrini  tam  və  vaxtında  icra  et-

məyə borcludurlar. «Yaddaş»da vergi 

qanunvericiliyinin  pozulması  halları-

na görə Vergi Məcəlləsi ilə müəyyən-

ləşdirilmiş  maliyyə  sanksiyaları  və 

faizlər,  vergi  hüquq  pozuntularına 

görə  inzibati  xətaların  törədilməsi 

hallarına görə  İnzibati Xətalar Məcəl-

ləsi ilə müəyyənləşdirilmiş cərimələr, 

eləcə  də  vergi  hüquq  pozuntularına 

görə  cinayət  əməllərinin  törədilməsi 

hallarına  görə  Cinayət  Məcəlləsi  ilə 

müəyyənləşdirilmiş cəzalar barədə ət-

raflı məlumat verilib. «Yaddaş» vergi 

sahəsində  qanun  pozuntularına  görə 

həm  ölkə  vətəndaşlarının,  həm  də 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şəxslərin ölkədən getmək hüququnun 

müvəqqəti məhdudlaşdırılması halla-

rını və müddətini də vergi ödəyicilə-

rinin  nəzərinə  çatdırır.  «Yaddaş»dan 

istifadə  etməklə  vergi  ödəyiciləri  öz 

üzərlərinə  hansı  vəzifələrin  düşdüyü 

və  həmin  vəzifələri  vaxtında  yerinə 

yetirmədikdə tətbiq olunan cərimə və 

maliyyə sanksiyaları ilə üzləşə biləcək-

ləri barədə məlumatlandırılırlar. 

Bir  daha  xatırladırıq  ki,  vergi  ödəyi-

ciləri mövcud qanunvericiliyin tələb-

lərinə tam və vaxtında əməl etməklə 

öz  vəzifələrini  yerinə  yetirmiş  olur, 

hər hansı maliyyə sanksiyalarına, in-

zibati cəzalara məruz qalmırlar.  

2017-ci  ilin  9  ayında  Ver-

gilər  Nazirliyi  yanında 

Vergi  Cinayətlərinin  İbti-

dai  Araşdırılması  Depar-

tamentində vergi ödəmək-

dən yayınma və qanunsuz 

sahibkarlıq    fəaliyyəti  ilə 

məşğul  olma  faktları  üzrə 

başlanmış  405  cinayət  işi 

üzrə  aparılan  araşdırma-

lar zamanı 13 milyon 433,2 

min manat vəsaitin dövlət 

büdcəsinə  ödənilməsi  tə-

min  edilib.  64  cinayət  işi 

üzrə  büdcədən  yayındırıl-

mış vergilər ibtidai istintaq 

zamanı  tamamilə  ödənil-

diyinə görə onların icraatı-

na xitam verilib.

Departamentin 

İstintaq 

idarəsində  334  cinayət  işi 

üzrə ibtidai istintaq tamam-

lanıb,  11  nəfər  təqsirləndi-

rilən  şəxs  barəsində  həbs 

qətimkan tədbiri seçilib. İs-

tin taqı  tamamlanmış  cina-

yət işlərindən 80 iş üzrə 90 

nəfər  barəsində  materiallar 

ittiham aktı ilə aidiyyəti üz-

rə  baxılması  üçün  məhkə-

mə lərə göndərilib.

Cinayət işləri üzrə keçiril-

miş istintaq-əməliyyat təd-

birləri nəticəsində vergi ci-

nayətləri törətdiklərinə görə 

barələrində  axtarış  elan 

olunmuş  14  nəfər  saxlanı-

laraq  departamentin  İstin-

taq  idarəsinə  təhvil  verilib, 

ibtidai  istintaqdan  yayınan 

232  şəxsin  məcburi  qayda-

da gətirilməsi, 396 şəxsin ta-

pılaraq  istintaqa  gəlmələri, 

449 şəxsin yerinin müəyyən 

olunaraq istintaqa məlumat 

verilməsi təmin edilib.

Vergilər Nazirliyinin rəsmi internet 

saytının  (www.taxes.gov.az)    “Ya-

şıl  dəhliz”  bölməsində    şəffaf  ver-

gi  partnyorluğu  əsasında  fəaliyyət 

gös tərən vergi ödəyicilərinin siyahı-

sı yerləşdirilib.

Cari  ilin  əvvəlindən  etibarən  vergi 

orqanlarına  partnyor  ödəyici  statu-

sunun alınması üçün müraciət edən 

və  ya  təsdiq  edilmiş  qaydalarda 

göstərilən meyarlara uyğun olduğu 

müəyyən  edilən  454  (o  cümlədən, 

Bakı şəhəri üzrə 200) vergi ödəyici-

sinə “Partnyor vergi ödəyicisi statu-

sunun  əldə  edilməsi  barədə”  bildi-

rişlər təqdim olunub.

Partnyor  vergi  ödəyicilərinin  növ-

bədənkənar qəbulu üçün respublika 

üzrə  52  xidmət  mərkəzinin  növbə 

terminalının  proqram  təminatında 

sürətli keçid üçün “Yaşıl dəhliz” adın-

da seçim imkanı yaradılıb və bu sahə-

də  işlər  davam  etdirilir.  Xatırladırıq 

ki,  vergi  ödəyicisi  “Partnyor  vergi 

ödəyicisi statusu”na malik olmaq 

üçün  bir  sıra  meyarlara  cavab  ver-

məlidir.  Belə  ödəyicilər  vergi  he-

sabatlarını  vaxtlı-vaxtında  təqdim 

etməli,  vergiləri  tam  həcmdə  və 

vaxtında  ödəməli,  işçilərinin  sayı-

nı  və  onlara  verilən  əməkhaqlarını 

düzgün  bəyan  etməli,  gücləndiril-

miş  elektron  imzaya  sahib  olmalı, 

mühasibat uçotunu beynəlxalq və ya 

milli uçot standartlarına uyğun, ya-

zışmaları isə əsasən elektron şəkildə 

aparmalıdırlar.  Partnyor  ödəyicilərə 

ərazi  məhdudiyyəti  nəzərə  alınma-

dan,  “Yaşıl  dəhliz  prinsipi”  əsasın-

da xidmət göstərilir. Burada bir sıra 

ənənəvi xidmətlərlə yanaşı, İKT-nin 

son  nailiyyətlərinə  əsaslanan  inno-

vativ  xidmətlər  də  təqdim  edilir. 

Belə  xidmətlərə  videobağlantılar, 

Çağrı və xidmət mərkəzlərində part-

nyor ödəyicilərə növbəsiz və sürətli 

xidmətlərin  göstərilməsi,  partnyor 

ödəyicilərin müraciəti əsasında onlar 

üçün dəyirmi masa, seminar və kon-

fransların təşkili və s. aiddir.




Yüklə 389,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə