№42 (985) 19-25 oktyabr 2017-ci il



Yüklə 389,78 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix21.04.2018
ölçüsü389,78 Kb.
#39784
1   2   3   4   5   6   7   8

5

19-25 oktyabr 2017-ci il



l

Azərbaycan  Dövlət  İqtisad  Uni-

versitetinin  (UNEC)  Elmi  Şu-

rasının  qərarı  ilə  təsdiq  olunan 

“Azərbaycan  Dövlət  İqti sad  Uni-

versitetində 

professor- müəllim 

he yətinin  xidməti  fəa  liyyətinin 

qiymətləndirilmə sinə  əsaslanan 

diferensial  əmək haqqı  sisteminin 

tətbiqi  haq qında  Qaydalar”ın 

əsas  məq sədi  professor-müəllim 

he  yətinin  xidməti  fəaliyyətini 

ob yektiv  kriteriyalar  əsasında 

qiy mətləndirərək,  əməkhaqla rı-

nı  diferensiallaşdırmaqla  on  ların 

el mi-pedaqoji 

fəaliyyət lə rinin 

ADİU-nun  inkişaf  hə dəfləri  isti-

qa mətində  stimullaşdırılmasını 

güc ləndirməkdir.  Bu günlərdə isə 

di ferensial  əməkhaqqı  sistemi 

üzrə  reytinq  sıralamasında  ilk 

yerdə 

Azərbaycan  Dövlət  İqtisad 

Universitetinin  “Elm”  şöbəsinin 

müdiri, “Maliyyə və maliyyə insi-

tutları  işi”  kafedrasının  professo-

ru, i.e.d. Zahid Fərrux Məmmədov 

qərarlaşdı.  Biz  də  “İqtisadiyyat” 

qəzeti ola raq Zahid müəllimlə gö-

rüşdük,   

diferensial  əməkhaqqı 

sistemi, onun üstünlükləri və digər 

xüsusiyyətləri  haqqında  məlumat 

aldıq

. Mövzu ilə bağlı müsahibəni 

oxucuların diqqətinə çatdırırıq. 

- Zahid müəllim, ilk olaraq sizi 

di-

ferensial  əməkhaqqı  sis  temi  üzrə 

reytinqdə birinci ol  mağınız müna-

sibətilə təbrik edirəm. İstərdim bu 

sistem  haq  qında  bir  qədər  məlu-

mat verəsiniz.

Diferensial  əməkhaqqı  sistemində 

40%  elmi  nailiyyətlər,  40%  tədris 

fəaliyyəti,  20%  isə  özünüinkişaf 

göstəricisi nəzərə alınır.

 Təbii ki, bu 

prioritetlər içərisində elmi fəaliyyət 

daha çox üstünlüyə malikdir və  bü-

tünlükdə həm elmi tədbirləri,  həm 

elmi  nəşrləri,  həm  də  xarici  elmi 

tədbirlərdə məruzəçi və moderator 

olaraq  çıxışları  əsas  götürür.  Xü-

susilə, burada UNEC-in statusunu 

nəzərə  almaq  lazımdır,  çünki  son 

dö nəmdə UNEC bu sahədə  böyük 

uğurlar qazanmışdır. 

-  Bəs,  UNEC-də  diferensial  əmək-

haqqı sisteminin tətbiqi məsələsi nə 

ilə əlaqədar olaraq meydana çıxdı?

Qeyd edim ki, UNEC dünya təhsil 

xidmətləri  bazarında  rə qa bət qa-

bi liyyətli  brend  universi tet  yarat-

maqla yüksəkixtisaslı iq tisadçı və 

menecerlərin hazırlanması, funda-

mental və tətbiqi elmi tədqiqatla-

rın aparılması, “biliklər  iqtisadiy-

yatı”nın  inkişafına  və  ölkəmizin 

sosial-iqtisadi tərəqqisinə töhfələr 

verməyi  hədəfləmişdir. 2016-cı  il-

də  UNEC,  həmçinin  “Thomson 

Reuters”in ali təhsil müəssisələri-

nin qlobal elmi bazası olan “Web 

of  Science”  platformasına  abunə 

yazılıb.  Dünyanın  aparıcı  infor-

masiya  agentliyi  olan  “Thom-

son  Reuters”  şirkətinin  təlimləri 

Azər baycan ali təhsil müəssisələri 

arasında  ilk  dəfə  UNEC-də  təşkil 

olunub.  Diferensial  əməkhaqqı 

sis teminin tətbiqi təcrübəsi  isə ar-

tıq  xarici  ölkələrdə  çoxdan  möv-

cuddur və biz düşündük ki, niyə 

də  UNEC-də  olmasın?!  Beləliklə, 

Azərbaycanda belə bir sistemi ilk 

dəfə UNEC olaraq biz tətbiq etdik. 

Təbii ki, bu, cəsarətli bir addım idi. 

Heç bir təcrübəyə malik olmadan 

yalnızca dünya praktikasına əsas-

lanaraq biz onun Azərbaycan mo-

delini yaratdıq.

-  Bu  sistemin  əsas  üstünlükləri 

nədən ibarətdir?

Diferensial  əməkhaqqı  siste mi nin 

tətbiqinin,  təbii  ki,  özünə məxsus 

üstünlükləri  vardır.  Bu  üstünlük 

əsas olaraq onun müəllimlərin rey-

tinqində    informasiya  bazası  ro-

lunu  oynaması  və  stimullaşdırıcı 

xarakteri  ilə  bağlıdır.  İnformasiya 

bazası  xaricdə  təşkil  olunan  bey-

nəlxalq tədrbirlərdə iştirakla əlaqə-

dar  gələn  dəvətlərə  cavab  olaraq 

ora  göndəriləcək  nümayəndələrin 

seçilməsində  mühüm  rol  oynayır. 

Nəzərə alın ki, əvvəllər ora göndə-

riləcək nümayəndəni seçmək üçün 

müxtəlif  fikirlər  səslənirdisə,  artıq 

burada  reytinq  sistemi  öz  sözünü 

deməyə başlayır. Biz burada insan-

ların  iradəsinə  görə  deyil,  alınan 

nəticəyə baxaraq, əsaslanaraq kon-

fransa, hansısa tədbirə  yollanacaq 

nümayəndəni  rahatlıqla  seçmiş 

oluruq.

Hətta  UNEC-də  illərdir  fəaliyyət 



göstərən professor-müəllim heyəti 

var ki, xarici ölkələrin heç birində 

konfranslarda  iştirak  etməyiblər. 

Bu  gün  isə  reytinqin  nəticələrinə 

əsasən onlar konfranslara göndəri-

lir və özləri də bundan məmnunluq 

duyduqlarını  dilə  gətirirlər.  Bura-

da artıq müəllimlərin sırf fəaliyyə-

tilə bağlı qiymətləndirmə aparılır. 

Həmçinin,  artıq  bu  reytinq  sistemi 

ilə hamı bir-birini tanıyır, universi-

tetdə bütün kafedraların bir-birinin 

fəaliyyətindən  məlumatı var. Han-

sısa vəzifəyə təyin olunduqda da və 

ya mükafatların verilməsində də bu 

sistem mühüm rol oynamaqdadır.

Diferensial  əməkhaqqı  sisteminin 

əsas üstünlüklərindən biri də araş-

dırma yolu ilə bilik istehsal etmək 

və  tədris  yolu  ilə  savadlı  kadrlar 

yetişdirməkdir.

Zahid müəllim, bəs, bu reytinqin  



ilk  sırada  qərarlaşan  müəllim 

üçün başqa stimullaşdırıcı cəhət-

ləri də varmı?

Reytinqdə üstünlük qazanan müəl-

lim  pul  mükafatı  də  əldə  edir  ki, 

bu  da  əlavə  stimuldur.  Həmçinin, 

burada maaşa əlavələr də nəzərdə 

tutulur.  Hər  il  bu  reytinqdə  fərqli 

müəllim yer tuta bilər. Bu da rəqa-

bət  mühiti  formalaşdırmaqla  bu 

reytinq uğrunda mübarizəni artırır 

və  fəaliyyət  prosesini    daha  yaxşı 

qurmağa  kömək  edir.  Bəzən  alim 

və ya professorlarımız düşünür ki, 

bu reytinqdə ən üst sırada qərarla-

şan müəllim artıq elmdə söz sahi-

bidir. Təbii ki, bu, belə deyil. Hətta 

futbolda  da  bir  il  birincilik  qaza-

nan komanda sonrakı illərdə uğur 

qazanmaya  bilər.  Məsələn,  Qala-

tasaray, Spartak və s. Amma, təbii 

ki,  onlar  da  illər  keçsə  də,  marka 

olaraq qalmaqda davam edir. Belə 

müəllimlərimizi  də  biz  UNEC-də 

hörmətlə sayıb-seçirik. 

- Bu sistemlə əlaqədar gələcəkdə 

hansı  işlərin  görülməsi  nəzərdə 

tutulur?

Hazırda bu sistem üzrə reytinq sı-

ralaması  əsasən  bir  illik  fəaliyyət 

mexanizmini  əhatə  edir,  lakin  biz 

gələcəkdə professor-müəllim heyə-

tinin  bütün  fəaliyyətini  əhatə  edə-

cək  bir  mexanizm  hazırlamağı  da 

düşünürük.  

Bilirsiniz ki

, “Azərbaycan Respub-

likasının milli iqtisadiyyatın pers-

pektivləri üzrə Strateji Yol Xəritə-

si”

  ilə  Azərbaycanda  iqtisadi  və 



sosial baxımdan daha səmərəli ali 

təhsil sisteminin formalaşdırılma-

sı  prosesinə  start  verildi. 

Strateji 

Yol Xəritəsi

ndə də elm, təhsil, inno-

vasiya formatına keçid haqqında xü-

susi bölmə var. Artıq universitetlərin 

də  bu  formatda  işləməsinə  ehtiyac 

var. Əvvəllər universitetləri bir təd-

ris müəssisələri olaraq dəyərləndirir-

diksə,  onlar  köhnə  kitablara  əsasla-

nıb, özləri deyib, özləri dinləyir, heç 

bir  müzakirə  aparmırdılarsa,  artıq 

anlayırlar  ki,  onların    elmi  tədqiqi 

olmalıdır, nəhəng problemlərin həl-

linə  yönəlmiş  tədqiqat  işləri  aparıl-

malıdır.  Beləliklə,  universitetlərdə 

təqdiqatlar  aparılır.  Dərsliklərin 

ha zırlanması  elmi  tədqiqat  yolunu 

keç mədən mümkün deyildir. Sonra 

diqqət  etdilər  ki,  elm  elm  üçün  ol-

mamalıdır,  bunun  ictimaiyyətə  çat-

dırılması,  kommersiyalaşdırılması 

la zımdır. Çünki intellektual mülkiy-

yətin kommersiyalaşdırılması prose-

si  olmalıdır.  Beləliklə  də,  innovativ 

məhsul formatına keçid baş tutdu. 



- UNEC olaraq perspektiv planla-

rınız nədən ibarətdir?

Hal-hazırda  qarşıda  duran  ən 

önəmli  məsələlərdən  biri  UNEC-

də  tədqiqat  universiteti  qurmaq-

dır. Artıq qısa müddətdə tədqiqat 

universitetinə  keçidlə  əlaqədar 

çox  böyük  uğurlar  əldə  edilib. 

Hətta  elm  haqqında  qanunda  bu   

məsələ öz əksini tapmışdır. 

Həmçinin, 

yaxın 

zamanlarda 



UNEC-də  məqalələrin  beynəlxalq 

elmi  jurnallarda  nəşrinə  başlamağı 

da düşünürük. Burada isə xüsusilə 

məqalələrin  jurnalın  istiqamətinə 

uyğun  olması  məsələsinə  diqqət 

yetiriləcəkdir.  Çünki  bəzən  kənd 

təsərrüfatı  haqqında  olan  jurnalda 

sosial-mədəni,  yaxud  ədəbi  jurnal-

da fizikaya dair məqalələrə rast gə-

lirsən. Bu, həm jurnal, həm də müəl-

lif baxımından düzgün deyil. Çünki 

həmin  məqalə  o  jurnalın  profilinə 

uyğun deyil, eyni zamanda, öz oxu-

cusunu da tapmayacaqdır. 



- Zahid müəllim, sizi bir daha qə-

zetimiz  adından  təbrik  edirik  və 

işlərinizdə nailiyyətlər diləyirik.

Mən  də  “İqtisadiyyat”  qəzetinə 

öz  təşəkkürümü  bildirirəm.  Qeyd 

etmək istərdim ki, bu gün “İqtisa-

diyyat” qəzeti”nin Azərbaycan cə-

miyyətində xüsusi xidmətləri, eyni 

zamanda, diferensial əməkhaqqı və 

elmi innovasiya formatına keçiddə 

böyük  rolu  var.  Çünki  “İqtisadiy-

yat”  qəzetində  bu  haqda  çoxsaylı 

məqalələr yer alır. Düşünürəm ki, 

“İqtisadiyyat” qəzetinin elmi jurnal 

təsis etməsi ictimai müzakirə üçün 

də gözəl imkanlar yaradardı. 



Müsahibəni apardı: 

Mətanət Hüseynova

Azərbaycan  Respublikası  İqti-

sadi İslahatların Təhlili və Kom-

munikasiya  Mərkəzi  (İİTKM) 

ölkənin aparıcı universitetlərin-

də aparılan uğurlu iqtisadi isla-

hatlara həsr olunan ictimai mü-

hazirələrə start verib. İlk ictimai 

mühazirə UNEC-də keçirilib.

UNEC 


rektoru, 

professor 

Ədalət  Muradov  bildirib  ki, 

2004-2014-cü  illərdə  uğurla 

həyata  keçirilən  sosial-iqtisa-

di  islahatlar  nəticəsində  Azər-

baycan dünyada iqtisadi artım 

sürətinə  görə  ön  sıralarda  qə-

rarlaşıb. “Neftdən əldə olunan 

gəlirlər  hesabına  infrastruktur 

modernləşdirilib, 

qeyri-neft 

iqtisadiyyatı  inkişaf  etdirilib, 

əhalinin  sosial  rifahı  yaxşılaş-

dırılıb,  ölkədə  ÜDM-dən  çox 

həcmdə  strateji  valyuta  ehti-

yatları yaradılıb. Lakin 2014-cü 

ildən başlayaraq neft qiymətlə-

rinin kəskin azalması və ticarət 

tərəfdaşı  ölkələrində  iqtisadi 

böhran  nəticəsində  ölkədə  iq-

tisadi artım sürətinin səngimə-

si,  institusional  və  struktur 

çağırışlar,  maliyyə-bank  sek-

torunda  baş  verən  proseslər 

Azərbaycanda  yeni  iqtisadi 

inkişaf  yanaşmasına  keçid  zə-

rurəti yaradıb”, - deyə bildirən 

Ə.Muradov buna görə də milli 

iqtisadiyyat  və  iqtisadiyyatın 

11  sektoru  üzrə  ümumilikdə 

12  Strateji Yol Xəritəsi hazırlan-

dığını  vurğulayıb.  Strateji  Yol 

Xəritələrində  nəzərdə  tutulan 

layihələrin  həyata  keçirilməsi 

istiqamətində  görülən  işlərdən 

bəhs edən rektor, “UNEC olaraq 

məqsədimiz ölkədə həyata keçi-

rilən iqtisadi islahatların əsaslan-

dırılması,  iqtisadi  artıma  töhfə 

verəcək  tədqiqatların  genişlən-

dirilməsidir”, - deyə, bildirib. O, 

UNEC-də  mövcud  potensialın 

reallaşdırılması  üçün  maksimal 

dərəcədə  əlverişli  şəraitin  yara-

dıldığını diqqətə çatdırıb.

İİTKM-nin icraçı direktoru Vü-

sal Qasımlı bildirib ki, Azərbay-

canda Prezident İlham Əliyevin 

rəhbərliyi ilə aparılan kompleks 

iqtisadi  islahatlar  nəticəsində 

xarici şokların təsiri altında ya-

ranmış  çətinliklər  geridə  qalıb. 

O, ölkədə qeyri-neft sektorunun 

dünya  üzrə  orta  iqtisadi  artım 

tempindən daha üstün yüksəli-

şinin gözlənildiyini diqqətə çat-

dırıb: “Aparılan iqtisadi islahat-

lar,  yaradılan  sənaye,  aqrar  və 

texnoparklar  2018-ci  ildə  qey-

ri-neft sektorunda bum yaşana-

cağını  göstərir.  Artıq  kommer-

siya  bankları  da  real  sek torun 

maliyyələşməsində iştirakı güc -

ləndirməyə  başlayıblar”.  V.Qa-

sımlı bildirib ki, dövlət investi-

siya  proqramı  iqtisadi  inkişafı 

dəstəkləyəcək və 2018-ci il qey-

ri-neft  sektorunda  sürətli  inki-

şafı təmin edəcək”.

Tədbirbə  ictimai  mühazirələ-

rin təhsil-elm-islahat sintezinin 

yaradılması  baxımından  əhə-

miyyəti  vurğulanıb.  UNEC-in 

professor-müəllim  heyəti  və 

tələbələrinin sualları cavablan-

dırılıb.

Müasir  dövlət  bankı  olan  "Azər-

baycan  Beynəlxalq  Bankı"  (ABB) 

18 oktyabr - Azərbaycanın Dövlət 

Müstəqilliyi  Günü  münasibətilə 

yeni  kredit  kampaniyasına  start 

verib.  Bankın  mətbuat  xidmətin-

dən bildiriblər ki, ABB-nin bütün 

əməkhaqqı  və  pensiya  kart  sa-

hibləri  bu  kampaniya  çərçivəsin-

də  nağd  pul  kreditini  bankdan 

güzəştli şərtlərlə ala bilərlər.

Kampaniyanın  özəllikləri:  kredi-

tin  məbləği  -  15.000  manatadək, 

kreditin müddəti - 36 ayadək, illik 

faiz  dərəcəsi  –  2  faiz  endirimlə  / 

25 faizdən başlayaraq, kredit 5000 

manata  qədər  olduqda  –  zamin-

siz, kreditin rəsmiləşdirilməsi ko-

missiyasız.  Kampaniya  oktyabrın 

18-dən 20-dək keçərlidir.

Müxtəlif ehtiyacların qarşılanması 

üçün nəzərdə tutulmuş nağd pul 

kreditini "Azərbaycan Beynəlxalq 

Bankı"nın  bütün  filiallarından  al-

maq olar. Bunun üçün sadəcə şəx-

siyyət vəsiqəsi ilə bankın filialları-

na yaxınlaşmaq kifayətdir. Kredit 

rəsmiləşdirilən  zaman  müştəri 

avtoödəmə  sisteminə  qoşulmaqla 

aylıq  kredit  borclarının  ödənişini 

banka gəlmədən rahat bir şəkildə 

həyata keçirə bilər.

"Azərbaycan  Beynəlxalq  Bankı"-

nın  məhsul  və  xidmətləri  barədə 

məlumatları  bankın  36  filial  və 

40  şöbəsindən,  www.ibar.az  in-

ternet  səhifəsindən,  937  nömrəli 

Məlumat Mərkəzindən, həmçinin 

rəsmi  facebook  səhifəsindən  əldə 

etmək olar.

Oktyabrın  17-də  Bakı  Biznes 

Mərkəzində İqtisadiyyat Nazir-

liyinin dəstəyi və Azərbaycanda 

İxracın  və  İnvestisiyaların  Təş-

viqi  Fondunun  (AZPROMO) 

təşkilatçılığı  ilə Azərbaycan-Be-

larus biznes forumu keçirilib.

Tədbirdə  Azərbaycan  və  Bela-

rusdan  rəsmi  şəxslərlə  yanaşı, 

kənd təsərrüfatı, sənaye, tikinti, 

əczaçılıq,  İKT,  turizm,  konsal-

tinq, maliyyə və digər sahələrdə 

fəaliyyət göstərən 100-ə yaxın iş 

adamı iştirak edib.

AZPROMO-nun 

vitse-prezi-

denti  Yusif  Abdullayev  Azər-

baycanda qeyri-neft sektorunun 

inkişafı  istiqamətində  həyata 

keçirilən tədbirlər, özəl sektorun 

gücləndirilməsi,  ixracın  geniş-

ləndirilməsi, "Made in Azerbai-

jan" brendinin və xarici investisi-

yaların təşviqi, biznes mühitinin 

daha  da  yaxşılaşdırılması  is-

tiqamətində görülən işlər, eləcə 

də  Azərbaycan-Belarus  iqtisadi 

əlaqələri və əməkdaşlıq imkan-

ları barədə məlumat verib. 

Azərbaycan Respublikası  Sahi-

bkarlar    (İşəgötürənlər)    Təşki-

latları  Milli  Konfederasiyasının 

prezidenti  Məmməd  Musayev 

Azərbaycanla  Belarus  arasında 

illik  ticarət  dövriyyəsinin  arta-

raq 100 milyon dollara çatdığını 

qeyd edib, iki ölkənin iş adamla-

rı arasında əlaqələrin genişləndi-

yini  vurğulayıb,  iqtisadi-ticarət 

əməkdaşlığının  inkişafında  Be-

larusda yaradılan Azərbaycanın 

ilk  Ticarət  Evinin  əhəmiyyətini 

diqqətə çatdırıb. 

Belarusun  Ticarət  Sənaye  Pala-

tasının  rəhbəri  Vladimir  Ulaxo-

viç  Azərbaycan  iqtisadiyyatına 

ölkəsində marağın böyük oldu-

ğunu,  iki  ölkə  arasında  iqtisa-

diyyatın  müxtəlif  sahələrində 

geniş  əməkdaşlıq  imkanlarını 

vurğulayıb.  Vladimir  Ulaxoviç 

yeni  biznes  əlaqələrinin  qurul-

ması  baxımından  işgüzar  gö-

rüşlərin  və  biznes  forumların 

əhəmiyyətini  diqqətə  çatdırıb, 

hər iki ölkənin iş adamlarını fəal 

əməkdaşlığa dəvət edib.

Biznes forum çərçivəsində Azər-

baycan  Sahibkarlar  (İşəgötürən-

lər) Təşkilatları Milli Konfederasi-

yası ilə Belarusun Ticarət Sənaye 

Palatası  arasında  əməkdaşlığa 

dair Memorandum imzalanıb. 

Tədbir  iş  adamları  arasında 

ikitərəfli görüşlərlə davam edib.




Yüklə 389,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə