49. Abş D. Eyzenhauerin prezidentliyi dövründə (1952-1960-cı illər). 1952-ci ilin noyabrında keçirilən prezident seçkilərində Avropada müharibə dövründə Abş qoşunlarının baş komandanı olmuş, «Overlord»


ABŞ Con Kennedi(1960-63) və Lindon Consonun prezidentliyi dövründə (1963-1968-ci illər)



Yüklə 29,84 Kb.
səhifə2/7
tarix31.05.2022
ölçüsü29,84 Kb.
#88438
1   2   3   4   5   6   7
Türkan 49-54 imtahan sualları.
Avesta, Müasir cavablar [1 - 60].
50. ABŞ Con Kennedi(1960-63) və Lindon Consonun prezidentliyi dövründə (1963-1968-ci illər). 1960-cı ilin noyabrında keçirilən prezident seçiklərində demokratlar yenə də üstünlüyü ələ aldılar. Massaçusets ştatından namizədliyi irəli sürülmüş. Con Kennedi bu seçkilərdə qalib gəldi. Seçkilər zamanı ilk dəfə namizədlər arasında teledebat keçirildi. O, ABŞ tarixində 43 yaşlı ən gənc prezident idi. O, həm də, XX əsrdə ABŞ-ın yeganə və ilk katolik prezidenti idi. Kennedi seçki kampaniyası zamanı platformasında belə bir müddəaya əsaslanırdı ki, «Dünyanın hansı bir yerinə getsən, sərhəd ABŞ-dan başlanır». Kennedi seçki qabağı platformasında iqtisadi artımın dövlət tərəfindən stimullaşdırılmasının zəruriliyi tezisini irəli sürdü. Prezident seçildikdən sonra o, konqres qarşısında ilk çıxışını aşağıdakı sözlərlə bitirdi: «Hər bir Amerika vətəndaşı özünə belə bir sual verməməlidir ki, vətən onun üçün nə edə bilər? Belə bir sual verməlidir ki, o vətən üçün nə etməlidir».
V. Vilson və F.Ruzveltin ənənələrini davam etdirərək C.Kennedi «Yeni üfüqlər» adını almış islahatlar proqramını irəli sürdü. Özünün siyasi dünyagörüşünə görə o, F.Ruzveltə yaxın idi. Onun dövründə sahibkarlara həvəsləndirici güzəştlər təqdim edildi. İstehsal gücünü artırmaq üçün vergi kreditlərindən istifadə edildi. Əhalinin yüksək gəlirli təbəqələri üçün vergi azaldıldı. O, yoxsul regionlara kömək proqramı hazırladı. Kennedi inzibati idarəsinin ən böyük nailiyyəti ağlarla qaralar arasındakı hər cür ayrı-seçkiliyi aradan qaldırmaq üçün qəbul edilmiş aktların öz reallığını tapması oldu.
Kennedi hakimiyyətə gəldikdən sonra dövlət mexanizmini tənzimləməyi əsas götürdü. O, Eyzenhauerdən fərqli olaraq sosial siyasətə xüsusi üstünlük verdi. Çünki Eyzenhauer insandan danışarkən liberal olsa da, puldan danışanda mühafizəkar idi. 1963-cü ildə qadınlarla kişilərin bərabər əmək haqqı alması haqqında qanun verildi. Əvvəllər onlar kişilərdən 40% az əmək haqqı alırdılar.
ABŞ-da raket texnikasına xüsusi diqqət yetirilməsinə nail oldu. Büdcədən 12 milyard dollar ancaq raket texnikası üzrə işə sərf olundu. Kennedinin «Appolon» adlı proqramında kosmosu tədqiq etməyə xüsusi diqqət yetirilməsi nəzərdə tutulurdu. Onun «Appolon» proqramı ancaq ölümündən sonra - 1969-cu ildə ilk dəfə ABŞ vətəndaşının - Hil Armstronqun Aya uçuşunun təşkilində özünü göstərdi.
Dünyada baş verən qlobal dəyişikliklər, Asiya, Afrika və Latın Amerikası ölkələrində güclənən milli-azadlıq hərəkatı ABŞ-ın xarici siyasətinə də ciddi təsir etdi. ABŞ-ın xarici siyasətində dövlətin xarici ölkələrdə iqtisadi maraqlarının etibarlı mühafizə edilməsi aktuallaşdı. Con Kennedinin ən məşhur doktrinalarından biri də «Məhvedici təsir etmə» doktrinası idi. Bu doktrinaya görə ABŞ dünyanın istənilən yerində gedən müharibəyə müdaxilə edə bilərdi. Bu ABŞ-da atom və digər silahların geniş istehsalına şərait yaradırdı.
Kennedi xarakter etibarilə ziddiyyətli adam idi. O, bir tərəfdən ölkə əhalisinin vəziyyətinin qayğısına qalsa da, digər tərəfdən onun dövründə 1962-ci ilin oktyabrında Karib böhranı baş verdi və «soyuq müharibə» özünün ən yüksək zirvəsinə çatdı. ABŞ Karib böhranı ərəfəsində Türkiyənin İzmir şəhərində özünün 15 ədəd «Yupiter» adlı raketlərini yerləşdirmişdi. Karıb böhranından sonra böyük dövlətlər arasında nüvə tərksilahı problemi daha da aktuallaşdı.
Kennedi hökuməti 1963-cü ilin avqustunda Moskvada İngiltərə və SSRİ ilə birlikdə nüvə silahlarının sınaqdan keçirilməməsi haqqında sazişi imzaladı. Kennedinin 1962-ci ilin yanvarında konqresə təqdim etdiyi xarici siyasət proqramında ABŞ-ın AİB və NATO ölkələri ilə əlaqələrinin yaxşılaşdırılması nəzədə tutulurdu. Onun xarici siyasətdə başlıca məqsədi beynəlxalq aləmdə ABŞ-ın nüfuzunu daha da gücləndirmək idi.
1963-cü ilin payızında ABŞ-da vəziyyət kəskinləşdi. Prezident seçkiləri ilə əlaqədar olaraq mübarizə daha da gücləndi. Kennedi 1963-cü ilin noyabrında Texas ştatının Dallas şəhərində öldürüldü. Bu hadisə tarixə “Əsrin cinayəti” kimi daxil oldu.
Lindon Beyns Conson 27 avqust 1908-ci ildə fermer ailəsində anadan olmuşdur.
1960-cı ildə partiyadaxili ilkin seçiklərdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. Kennedi onun cənublu olmasını nəzərə alaraq, seçkilərdə cənub ştatlarının dəstəyini almaq məqsədilə Consona vitse-prezident postunu təklif edir və bu cütlük seçkilərdə qələbə qazanır. 1963-cü il 22 noyabr tarixində Con Kennedinin öldürülməsindən dərhal sonra and içərək prezident vəzifəsini tutmuşdur.
Onun hakimiyyət dövrü cənub ştatlarında hökm sürən irqi ayrıseçkiliyin aradan qaldırılması, ümumi tibbi sığortanın (MedicareMedicaid) tətbiqi, "Yoxsulluğa qarşı mübarizə" proqramının qəbulu və ABŞ-ın Vyetnamdakı hərbi iştirakının artması və müharibənin qızışması ilə xarakterizə olunur.

Yüklə 29,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə