49. Abş D. Eyzenhauerin prezidentliyi dövründə (1952-1960-cı illər). 1952-ci ilin noyabrında keçirilən prezident seçkilərində Avropada müharibə dövründə Abş qoşunlarının baş komandanı olmuş, «Overlord»


ABŞ Riçard Niksonun (1968-1974-cü illər) və Cerald Fordun (1974-1976-cı illər) prezidentliyi dövründə



Yüklə 29,84 Kb.
səhifə3/7
tarix31.05.2022
ölçüsü29,84 Kb.
#88438
1   2   3   4   5   6   7
Türkan 49-54 imtahan sualları.

51. ABŞ Riçard Niksonun (1968-1974-cü illər) və Cerald Fordun (1974-1976-cı illər) prezidentliyi dövründə. 1968-ci ilin noyabrında keçirilən prezident seçkilərində respublikaçılar yenidən təşəbbüsü öz əllərinə aldılar. Riçard Nikson respublikaçılar partiyasından ABŞ-ın prezidenti seçildi. Həmişə düşünərək qərar qəbul etməyi sevən Riçard Nikson 1974-cü ilin avqustuna qədər ABŞ-ın prezidenti oldu. O, hakimiyyətə gəldiyi dövrdə ölkədə iqtisadiyyatın inkişaf tempi xeyli aşağı düşmüşdü. İşsizlərin sayı 8,5 milyon nəfər idi. 1969-1971-ci illərdə ölkə iqtisadi böhran vəziyyətində idi.
Riçard Nikson 1971-ci ilin avqustun 15-də «yeni iqtisadi siyasət» adlı proqram irəli sürdü ki, bundan da məqsəd ölkə iqtisadiyyatını sağlamlaşdırmaq idi. 1972-ci ildə dolların məzənnəsi bərpa edildi.
1970-ci ildə artıq ABŞ-da kütləvi kompüter istehsalına başlanıldı. (İlk dəfə kompüter 1937-ci ildə ABŞ-da yaranmış, İkinci dünya müharibəsində ondan hərbi məqsədlər üçün istifadə edilirdi.) Artıq XX əsrin 70-ci illərinin sonunda ABŞ ailələrinin əksəriyyətində kompüter məişətə daxil olmuşdu. 1972-ci ildə təhsil sahəsində kişilərlə qadınlar arasında olan qeyribərabərlik qanunla ləğv edildi.
Yeni iqtisadi siyasət 1974-cü ilin aprelinədək davam etdi. Bu dövrdə ölkədə enerji probleminin həlli sahəsində addımlar atıldı. Bu dövrdə sosial sahədə də bir sıra tədbirlər həyata keçirildi. Qocalığa görə verilən pensiya bir neçə dəfə artırıldı. Dövlətdən yardım alanlara verilən ödənişlər artırıldı. Nikson minimum əmək haqqının artırılması qayğısına qalaraq ehtiyac olan ailələrə yardım planını irəli sürdü. 1973-cü ildə konqress əmək haqqının minimum məbləğinin artırılması haqqında qanun qəbul etdi. 1974-cü ilin iyulun 1-də bir saatlıq iş üçün minimum əmək haqqı 1,70 dollardan 2,20 dollara qaldırıldı.
Artıq 60-cı illərin sonunda ABŞ 70 beynəlxalq təşkilatda iştirak edirdi. Dünyanın 2000-dən çox məntəqəsində ABŞ əsgəri var idi. Xarici ölkələrdə ABŞ-ın 400 hərbi bazası yerləşirdi. Nikson 1969-cu ilin iyul ayında Quam adasındakı mətbuat konfransında «Quam doktrinası» adı ilə tarixə daxil olan Asiya qitəsində ABŞ-ın siyasətinə aid olan doktrinanı bəyan etdi. Onun məzmununu ABŞ-ın Asiya ölkələri ilə bağladığı əvvəlki müqavilələrə əməl edəcəyini, əgər bu ölkələr üçün təhlükə yaranardısa, ABŞ-ın müvafiq tədbirlər görəcəyini və bu ölkələrə hərbi və iqtisadi yardımlar edəcəyini bildirmək təşkil edirdi. 1970-ci ilin fevral ayında Nikson konqresə göndərdiyi məktubda ABŞ-ın xarici siyasət proqramının əsas istiqamətlərinin müttəfiqlərlə münasibətdə tərəfdaşlıq, «potensial rəqiblər»lə münasibətdə isə hərbi qüvvə və danışıqlar tətbiq etmək olduğunu göstərdi. ABŞ Kubaya münasibətində də müsbətə doğru dəyişikliklər etdi. Kubanın iqtisadi blokadası aradan qaldırılırdı. Ağ Evin Yaxın Şərq siyasətinin təməlini neft və hərbi-strateji mənafelər təşkil edirdi. ABŞ həm də xarici siyasətində NATO-nun rolunun artırılmasına xüsusi diqqət yetirməyə başladı.
1970-1971-ci illərdə Hind-Çində müharibə daha da qızışdı. ABŞ Boliviya, Çili, Peru, Panama dövlətlərinə qarşı pozuculuq işi aparır, Pakistanda irticaçı qüvvələri müdafiə edirdi. Ərəb-İsrail müharibəsində İsraili müdafiə edirdi. Bütün bunlarla bərabər, 1971-ci ildə Riçard Nikson öz xarici siyasətində müəyyən dəyişikliklər etdi. O, göstərirdi ki,qarşıdurma erasından danışıqlar erasına keçməyin artıq vaxtıdır. 1972-ci ilin mayında o, SSRİ-yə rəsmi səfər etdi. Bu ABŞ prezidentinin Moskvaya ilk səfəri idi. Bu səfər zamanı ABŞ-la SSRİ arasında Strateji Silahları məhdudlaşdırmaq haqqında (SSM-1) sazişi bağlandı. Bu saziş tezliklə hər iki ölkənin qanunverici orqanları tərəfindən ratifikasiya edildi. Nikson prezident seçilərkən Vyetnamda müharibəni qurtaracağına söz vermişdi. Bu məqsədlə o, Vyetnamda qoşunların sayını 100 min nəfərə qədər ixtisar etdi. Bu Niksonun ən böyük nailiyyətlərindən biri idi. Niksonun yeritdiyi uğurlu daxili və xarici siyasət 1972-ci il seçkilərində ona yenidən qələbə qazandırdı.
«Uotergeyt hadisəsi» Niksona uğur gətirmədi. Belə ki, 1972-ci ilin prezident seçkiləri zamanı demokratların iqamətgahı olan Uotergeyt mehmanxanasında respublikaçıların radioqəbuledici qoyduqları açıldıqda məlum oldu ki, yollar Ağ evə gedib çıxır. Prezidentin impiçmenti məsələsi (vəzifədə qalıb qalmaması) gündəliyə çıxdı. Ehtiyyatlı adam olan Nikson 1974-cü il avqustun 9-da istefa verdi. Bu ABŞ prezidentləri içərisində vaxtından əvvəl yeganə istefa verən şəxs idi. Onun yerini vitse-prezident Gerald Ford tutdu.
1973-cü ildə ABŞ-da növbəti iqtisadi böhran başlandı və 1975-ci ilə qədər davam etdi. Böhran güclü inflyasiya ilə müşaiyət olunurdu. Qiymətlər qalxdı, Əmək haqqı aşağı düşdü, işsizlik artdı. Respublikaçılar partiyasından olan ABŞ-ın yeni prezidenti Cerald Ford iqtisadi geriliyi və inflyasiyanı aradan qaldırmaq proqramı ilə çıxış etdi. 1974-cü ilin əvvəllərində Ağ ev inflyasiyanı təcili ləğv etmək siyasətindən əl çəkib iqtisadiyatın aşağı düşməsi, işsizlik və enerji böhranı ilə mübarizəni ön plana keçirdi. 1975-ci ilin əvvəllərində işsizlərə fövqəladə yardımlar edilməsinə dair iki qanun qəbul edildi. İşsizliyə görə yardım alan şəxslərin kateqoriyası genişləndirildi.1975-ci ilin yazında işsizlik əleyhinə mübarizə üçün proqram qəbul edildi.
Ford hökuməti 1974-cü ilin sentyabr ayında Niksonu əfv etdi.
Ford hökumətinin daxili siyasətində irqi ayrı-seçkiliyə qarşı mübarizə və qadınların hüquq bərabərliyi mühüm yerlərdən birini tuturdu.
1974-cü ildə ilk dəfə prezident seçkilərinin dövlət tərəfindən maliyyələşdirilməsi sistemi hazırlandı. 1976-cı ildə ABŞ-ın təşkilinin 200 illiyi təntənə ilə qeyd edildi. Bu dövrdə MKİ və FTB-nin qeyri-qanuni hərəkətləri haqqında xalq xəbər tutdu.
C.Ford hökumətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri Hind-Çindən 1975-ci ilin yazından ABŞ qoşunun tamamilə çıxarılıb qurtarması oldu. ABŞ bu mühabirəyə 150 milyard dollar xərcləmişdi. Müharibədə ABŞ 56 min insan itirmişdi.
Ford hökuməti Yaxın Şərq ölkələri ilə münasibətdə yenə də İsraili müdafiə edirdi. Ford hökumətinin xarici siyasətində Latın Amerikası ölkələri xüsusi yer tuturdu. 1974-cü ilin dekabr ayında qəbul edilən yeni ticarət qanununa əsasən Latın Amerikasından ABŞ-a gətirilən bir sıra mallar üzərinə məhdudiyyətlər qoyuldu. Bu hal Latın Amerikası ölkələrinin xarici ticarətinə mənfi təsir göstərdi 1975-ci ilin may ayında ABŞ bu qanunu bir qədər yumşaltdı.
ABŞ hökuməti NATO ölkələri ilə əməkdaşlığa üstünlük verirdi.
Ford hökumətinin xarici siyasətinin istiqamətlərindən biri Asiya və Sakit okean regionu dövlətləri ilə münaisbətlər idi. 1975-ci ilin dekabrında bəzən «Sakit okean doktrinası» adlanan Ford doktrinası elan edildi. Bu doktrinada Asiyada ABŞ-ın hökmranlığı, strateji baxımdan Yaponiyaya xüsusi diqqət yetirilməsi, Çinlə münasibətlərin normallaşdırılması, Cənub-Şərqi Asiyada sabitliyin qorunması, Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq öz əksini tapmışdı. Bu doktrina ABŞ-ın siyasətinin regionda yeni dövrə qədəm qoyduğunu göstərirdi. Cerald Ford hökumətinin xarici siyasəti ziddiyyətli xarakter daşıyırdı. ABŞ Seul rejimini müdafiə edir, İsrailin təcavüzünə haqq qazandırırdı, Latın Amerikası və ərəb ölkələrinin daxili işlərinə müdaxilə edirdi. 1975-ci ildə ABŞ və SSRİ-nin birlikdə kosmosa «Soyuz-Apollon» gəmilərini göndərməsi və bu sahədə əməkdaşlıq etmələri hər iki ölkə xalqları arasında dostluq münasibətləri-nin yaranmasında mühüm addım oldu.

Yüklə 29,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə