5 B. Vahabzadə poezġyasi zaman, poetġK Ġntellekt və yaradici ġdrak fəalliği kontekstġNDƏ



Yüklə 71,6 Kb.
tarix25.06.2018
ölçüsü71,6 Kb.
#51458


TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3 *  SAYI : 10 * ĠLKBA HAR 20 11  

TURAN STRATEJĠK ARAġTIRMALARI MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

 



 

22 


 

(5) 

B. VAHABZADƏ POEZĠYASI ZAMAN, POETĠK ĠNTELLEKT VƏ 

YARADICI ĠDRAK FƏALLIĞI KONTEKSTĠNDƏ 

AĢiqi MƏNSUR Məhəmmədəli oğlu

3

 

                                                                    

 

                                          XÜLASƏ 



M.M.AĢiqinin “B. Vahabzadə poeziyası zaman, intuitiv düĢüncə və yaradıcı idrak 

fəallığı  kontekstində”  adlı  məqaləsində  xalq  Ģairinin  lirikası  yeni  aspektdən  araĢdırılır. 

Müəllif psixoloji təhlil nəticəsində belə bir qənaətə gəlir ki, B. Vahabzadə sosial -psixoloji 

xüsusiyyətləri  qəsdən,  bilərəkdən  ədəbiyyata  gətirməklə  onları  ideoloji  məramını  ifa də 

etmək vasitəsinə çevirir. 

 

 



 

Zamanın  xarakterini,  insanın  dəyiĢən  həyatda  keçirdiyi  hiss  və  həyəcanları  əks 

etdirmək həm də sənətkardan zamanı duyub dərk etmə, onunla dialoqa girmə qabiliyyəti 

–  həyati  əsası  olan  poetik  intellekt  və  məqsədyönlü  fəaliyyətə  bağlı  yaradıcı  idrak 

fəallığı  tələb  edir.  BaĢqa  sözlə  desək,  xarici  aləmin  yaradıcılıqla  əks  olunması,  elmi -

fəlsəfi  idrakla  bədii  düĢüncənin  əlaqələrinin  güclənməsi  bütün  zamanlarda  təfəkkür 

tərzinin, təxəyyül qüdrətinin əsasını təĢkil edir.  

Ədəbiyyatda zaman baĢlanğıc və sonsuzluq anlamında mücərrəd bir anlayıĢ kimi 

deyil,  əbədi  dünyanın,  sonsuz  zamanın  bir  payı  və  insanın  onu  necə  yaĢaması 

anlamındadır.  Ona  görə  də  sənətkar,  “zamanın  nəfəsini  divarlarında  duyur,  addımını 

yazı  masasında  hiss  edir”  (1,  20),  “həyat  yollarından  ayaqları  ilə  deyil,  əqidəsi  ilə 

keçdiyini” (2, c.2,  11)  -    ictimai  mühitdə  mövqe  tutmaqla öz  böyük  missiyasını  yerinə 

yetirə bilməyin mümkünlüyünü bəyan edir.  

Zamanla dialoq, zaman  - insan iliĢkisini günün aktual problemi kimi canlandırıb 

fəlsəfi-psixoloji  səpgidə  mənalandırmaq  B.Vahabzadə  poeziyasınin    baĢlıca 

xüsusiyyətlərindəndir.  ġair  “zamanın  baĢ  küçəsiylə  addımladığını”  (2,  c.2,  417)  dilə 

gətirməklə onu öz içində hiss və dərk etdiyini, onunla mübarizə apara-apara yollaĢdığını 

bəyan  edir.  Y.  Qarayevə  görə:  “Bəxtiyar  Ģeirində  zamana  maraq  –  xalqın  mənəvi 

əbədiyyətinə,  mənəvi  indisinə  və  keçmiĢinə  olan  maraq  deməkdir.  Zaman  onu  yalnız 

xalqın tarixi taleyi ilə, xalqın mənəvi və əxlaqi həyat təcrübəsi ilə bağlılığı baxımından   

düĢündürür və narahat edir. KeçmiĢi də, gələcəyi də Ģair məhz “Vətən tarixinin” 

səhifələri kimi varaqlayır” (3, 7). 

Həqiqətən  də  fəal  həyat  mövqeyi,  sosial-psixoloji  xüsusiyyətlərdən  məqsədli 

Ģəkildə istifadə etməklə onları öz vətəndaĢlıq məramını ifadə etmək vasitəsinə çevirmək 

B.Vahabzadə  yaradıcılığının  pafosunu  müəyyən  edir.  Məsələn,  onun  “Vətən  var” 

Ģeirinin lirik qəhrəmanı  həyat  və insan ömrü  haqqındakı lirik-fəlsəfi düĢüncələri ilə öz 

xarakerini Rudehen Azad Ġslam Universitetinin Elmi Heyətinin üzvü   

bütün  psixoloji  gücü  ilə  zamanla  üz-üzə  qoya  bilir,  həyatının,  varlığının, 

keçirdiyi iztirabların mənasını və sirlərini öz düĢüncələrində əks etdirir..  

Ġnsan,  zaman,  cəmiyyət  haqqında  Ģairin  fərdi  hiss  və  duyğuları  getdikcə  daha 

çox ümumbəĢəri  məna  kəsb  edir  və beləliklə də  zaman-insan iliĢkisini fəlsəfi-psixoloji 

təhlil  xüsusiyyəti  onun  yaradıcılığında  özünəməxsus  cəhət  kimi  formalaĢır.  Bu 

baxımdan “Ömür” Ģeirində lirik qəhrəmanın psixoloji özünüifadəsi təsirsiz ötüĢmür:   

          YaĢamaq yanmaqdır, yanasan gərək, 

Həyatın mənası yalnız ondadır. 

       ġam əgər yanmırsa, yaĢamır demək 

Onun yaĢamağı yanmağındadır.  

                                                 

3 AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq Ġnstitutunun dissertantı, Bakü/AZERBAYCAN. 



TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3 *  SAYI : 10 * ĠLKBA HAR 20 11  

TURAN STRATEJĠK ARAġTIRMALARI MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

 



 

23 


Həyati  müĢahidələrin,  təfərrüat  və  təəssüratların  doğurduğu  hiss  və  həyəcanları 

fikir  və  düĢüncələri  ilə  üzvi  vəhdətdə  təqdim  edən  Ģair  bu  Ģeirində  insanlıq  naminə 

yanmağı nəzərdə tutur, istər onun öz Vətənində, istərsə də Yer üzündə əmin-amanlığın, 

xoĢbəxtliyin    mənəvi  ucalığa  aparan  yoldan  keçdiyini  vurğulayır.  Odur  ki,  Ģeirdə 

obyektiv  məkanla  bədii  məkan,  obyektiv  zamanla  bədii  zaman  arasındakı  fər qlər  sanki 

itir, psixoloji-emosional ovqat o dərəcədə ictimailəĢir ki, bəĢəriləĢir.  

ġairin bu yaradıcılıq keyfiyyəti haqqında xüsusi bəhs edən tədqiqatçı “Tənhalıq” 

Ģeirini  təhlil  edərək  belə  bir  qənaətə  gəlir:  “Tənhalıq”  Ģeirində  bu  ürəksıxıcı  ovqatın 

insanın qəlbində doğurduğu kədər və iztirabı psixoloji -emosional dəqiqliklə təsvir edən 

Ģair  kainatda  baĢ  verən  hadisələrin,  ahəngdarlığın  bütün  xilqətlərin  qarĢılıqlı  təması, 

ünsiyyət  və  vəhdəti  üzərində  bərqərar  olması  barədə  düĢüncələrini  müxtəlif  təbiət 

hadisələrinin  poetik  yozumu  vasitəsilə  ümumiləĢdirir”  (4,  13).    Xalq,  Vətən  taleyi  ilə 

bağlı  mövzu  və  problemlərin  izlənməsi,  get-gedə  psixoloji  dərinliklərə    enmə,  eyni 

zamanda,  Ģairin  təĢəbbüskarlıq  –  baĢqası  tərəfdən  məcbur  edilmədən  iĢə  baĢlamaq  və 

iĢdə  yaradıcılıq  göstərmək; qətiyyət  -    vaxtında əsaslandırılmıĢ  və davamlı qərar  qəbul 

etmək; təkidlilik – məqsədi daim izləmək, məqsədə nail olmaq yollarında təsadüf edilən 

çətinlik  və  maneələrlə  inadlı  mübarizə  aparmaq  kimi  bacarıq  və  keyfiyyətlərini  üzə 

çıxarır.  Onun  “Haqq-ədalət  gucdəmidir?  Zorun,  gücün  var  deyə  sənə  qul  olmalıyam?” 

(2,  c.2,  375)  -  bədii  sualı  xeyirlə  Ģər,  haqla  zorakılıq,  hürriyyətlə  əsarət,  demokratik 

ideyalarla  total  niyyətlər  arasında  gedən  mücadilənin  mahiyyətini  ifadə  edən,  milli 

azadlıq  uğrunda  mübarizəyə  səsləyən  bir  mühakimə  və  çağırıĢ  kimi  bütün  yaradıcılığı 

boyu  rəngarəng  formalarda  səslənir.  Xüsusən  də  psixoloji-emosional  təsvir  üslubunda 

yazılmıĢ  “Gülüstan”  poemasında  Azərbaycan  xalqının  baĢına  gətirilmiĢ  faciənin 

miqyası,  parçalanmıĢ,  azadlığı  əlindən  alınmıĢ  xalqın  acı  taleyi  Ģairin  keçirdiyi  dərin 

hiss və həyəcanları vasitəsilə qələmə alınır. Buradakı lirik “mən”, eyni zamanda, xalqın 

uzun  illər  yığılıb  qalmıĢ  hiss  və  həyəcanlarını,  arzu  və  iradəsini  ifadə  etdiyinə  görə 

bitkin  və  ümimi  bir  obrazdır.  Bu  baxımdan,  əsərdə  lirik  qəhrəmanın  tarixi  faciəyə 

münasibəti  müəyyənləĢdirici  vəzifə  yerinə  yetirir:  xalqın  “Gülüstan”  müqaviləsinə 

münasibəti birmənalı olaraq dözülməzdir, bu mənhus müqavilə lənətlənir. Eyni zamanda 

müəllif  hadisəyə  qeyri  –  bu  faciəni  törədən  tərəflərin  münasibətlərini  də  kənarda 

qoymur.  Beləliklə,  bədii  konflikt,  əslində,  eyni  hadisəyə  bir-birinə  kəskin  surətdə  zidd 

olan baxıĢ, mövqe və münasibətdən doğan psixoloji konflikt kimi elə əsərin əvvəlindən 

təzahür  edir.  Poemada  mövqenin  hadisəyə  qiymət,  zaman-məkan  xarakteristikası, 

ideoloji, psixoloji planlarını əhatə eydiyini görürük. 

                                Ġpək yaylığıyla o, asta-asta 

                                Silib eynəyini gözünə taxdı. 

                                Əyilib yavaĢca masanın üstə 

 Bir möhürə baxdı, bir qola baxdı (5, c.1, 532) 

Yaxud: 

                  ƏyləĢib kənarda topsaqqal ağa, 



                                            Hərdən mütərcimə suallar verir. 

                                            Çevrilir 

gah  sola, 

baxır gah sağa, 

        BaĢını yellədib təsbeh çevirir (5, c.1, 532) 

Burada  çar  Rusiyasını  təmsil  edən  “eynəkli  cənab”,  fars  hakimiyyətini  təmsil 

edən  “topsaqqal  ağa”  surətlərinin  psixoloji  təsvir-təqdimi  müəllifin  hadisəyə  baxıĢı, 

münasibəti    ilə  bağlıdır.  ġair  tarixi  faciəni  canlandırmaq  üçün  bu  faciəyə  səbəb  olan 

müstəmləkəçilik  siyasətinin  daĢıyıcılarını  -    Ģəxsiyyətləri  öyrənmiĢ,  onların  daxili 

psixoloji  aləmini  ümumiləĢdirərək  əks  etdirmiĢdir.  Eyni  zamanda,  Ģair  tarixi  faktları 

mənəvi-psixoloji  amillərlə  üzvi  surətdə  birləĢdirməklə  ayrı-ayrı  adamların  deyil,  bütöv 

bir  dövrün  xarakterini  və  bölünməyə  məhkum  edilmiĢ  Vətənin,  millətin  acı  taleyini 

səciyyələndirməyə nail olur. Eynəkli, “dodağı altından gülümsəyərək kağıza həvəslə qol 



TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3 *  SAYI : 10 * ĠLKBA HAR 20 11  

TURAN STRATEJĠK ARAġTIRMALARI MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

 



 

24 


atır”: Bu gülüĢ qalib psixoloji durumda əhval-ruhiyyəni niĢan verən və böyük bir xalqı 

ağır psixoloji duruma gətirən bir gülüĢdür:  

     O güldü kağıza qol çəkən zaman, 

Qıydı ürəklərin hicran səsinə,            

        O güldü haqq üçün daim çırpınan 

                  Bir xalqın tarixi faciəsinə. (5, c.1, 532)  

“Gah  sağa,  gah  da  sola  baxıb,  təsbeh  çevirə-çevirə  baĢını  yellədən»  Topsaqqal 

isə  Eynəklidən  fərqli  olaraq  narahatdır,  döyüĢdə  özünü  uduzmuĢ  hesab  edir,  “qoyulan 

Ģərtlərlə  razılaĢıb”  müahidəyə  qol  çəkmək  məcburiyyətindədir.  Beləliklə,  iki  yad  tərəf 

bir xalqı qılınc tək yarıya bölür, “böyük bir elin matəmi baĢlanır”. Göründüyü kimi, Ģair 

tarixi  faciəni  obyektivcəsinə  təsvir  etməklə  kifayətlənmir,  həm  də  psixoloji  portretləri 

dəqiq və canlı Ģəkildə verilmiĢ dolğun obrazlar yaradır. Diqqəti gah hadisələrin təsvirinə 

yönəltməklə,  gah  da  qəlbində  tüğyan  edən  hiss  və  duyğuları  qələmə  almaqla  tarixi 

faciənin doğurduğu psixoloji sarsıntıları üzə çıxarır.          

B.Vahabzadə  faciədən  doğan  psixoloji  gərginliyin  miqyasını  ifadə  etmək  üçün  

tarixi  bu  günün  gözüylə  mühakimə  edir,  baiskarlara  qarĢı  qəzəb  və  nifrətini  bədii -

psixoloji təsvir  vasitələrindən istifadə  yolu ilə ifadə edir. Göstərir  ki,  vahid  bir xalqın, 

məmləkətin  iki  yerə  bölünməsini  hər  bir  Vətən  oğlu  özünə  təhqir  hesab  etməlidi,  bu 

təhqirə  dözməməlidi.  ġərəf,  Ģan,  yurd,  torpaq  -  qeyrət  məsələsidi,  bizə  babalardan 

əmanətdi. ġair bu kimi ifadələri milli oxucuya psixoloji təsir məqsədilə, qəsdən iĢlədir. 

Çünki Aaərbaycan xalqının milli-mənəvi təfəkküründə, psixologiyasında qeyrət yolunda 

ölümə gedərlər, əmanətə xəyanət yoxdur - onu qoruyub saxlamaq lazımdır!  

B.Vahabzadənin digər bir sıra Ģeirləri də milli psixologiyanın tarixə müqavimət 

göstəricisinin  parlaq  nümunələridir.  Həmin  əsərlərində  də  imperiyapərəstlərə, 

qəsbkarlara və milli satqınlara qəzəb hissi Ģairin iç dünyasını psixoloji cəhətdən açmağa 

yardımçı  olur.  Bu baxımdan  «Vətəndən-Vətənə»  Ģeirindəki  psixoloji  ovqat oxucuya da 

təsirsiz  ötüĢmür.  ġeirdə  qardaĢın  qardaĢla  görüĢə  bilməməsi  Ģairin  qəlbində  çox  qərib 

duyğular oyadır və bu duyğular ötəri deyil, Ģairin bu Ģeirdən əvvəlki əsərlərində olduğu 

kimi, sonrakı Ģerlərində də cövlan edir:  

Ġki qardaĢ görüĢməkçün 

                                     Qürbətəmi gəlməli? 

                     Bu sorğuya hönkür-hönkür ağlamalı, 

                                     Qəhqəhəylə gülməli! (6, c.4, 436) 

           ġairin  “ġəhriyara”,  “Səhəndə  məktub”,  “Bakıyla  Təbrizin  arasındayam”, 

“Biz  Vətənçin  doğulduq”,  “Çörək-Vətən”,  “Vüsalda  hicran”,  “Qürbətdə  görüĢ”, 

“Tarixin  qanunu”,  “Gözəl  sözlər”  və  s.  kimi  Ģerlərində  ifadə  edilən  vətəndaĢlıq 

duyğuları  da  emosional-psixoloji  xüsusiyyətləri  ilə  diqqəti  cəlb  edir.  ġair:  “Hələ 

görməmiĢik,  Azərbaycanın  Bir  yerdə,  biz  bütöv  xəritəsini...”  (2,  c.2,  256),  “Məftilli  

çəpərlər  sinəmdən  keçir  Bakıyla  Təbrizin  arasındayam”  (2,  c.2,  554),  “Vətən  ölər, 

Vətənçin ölməyi bacarmasaq” (7, 12) - kimi sərrast misraları ilə yaralı Vətənin ovqatını, 

arzu və amalını dəqiq  ifadə edir.        

   B.Vahabzadəni  “insanı  insan  edən  daxili  dünyamız”,  mənəvi  tələblər, 

ehtiyaclar, “dünyanın ən gözəl dillərindən birini yaradan, son dərəcə zəngin folklora və 

musiqiyə  malik  olan  xalqın  son  illərdə  öz  mənəvi  dünyasına  –  dilinə,  ədəbiyyatına, 

musiqisinə  biganəliyi,  insani  hisslərin,  Ģəfqət  duyğusunun  korĢalması,  hər  kəsin  yalnız 

özünü  düĢünməyə  baĢlaması,  mənəmliyin,  xudbinliyin  əsas  keyfiyyətə  çevrilməsi” 

problemləri düĢündürüb narahat edir. “Ana dili”, “Oğluma” kimi Ģeirlərində göstərir ki, 

dilimizə  biganəliyimiz,  ilk  növbədə  tariximizə,  tarixi  mədəniyyətimizə,  istiqlal 

arzularımıza  zidd,  imperiyapərəst  qüvvələr  üçün  isə  faydalıdır.  Vətən  yalnız  torpaq 

deyil, Vətən – hər Ģeydən əvvəl mənəvi keyfiyyətləri ilə  - bu torpağın üstündə yaĢayan 

xalqın  dili,  tarixi,  mədəniyyəti,  adət-ənənəsi,  bir  sözlə  ruhu  və  psixologiyası  ilə 

Vətəndir,  onları  qoruyub  gələcək  nəsillərə  çatdırmaq  ümumi  iĢimizin  tərkib  hissəsi 

olmalıdır. 



TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3 *  SAYI : 10 * ĠLKBA HAR 20 11  

TURAN STRATEJĠK ARAġTIRMALARI MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

 



 

25 


Dünyanı  düĢünən  vətəndaĢ-Ģairin  zamanla  barıĢmaz  dialoqu  bəĢəriyyətin  taleyi 

üçün  narahatlıq  duyğuları  üzərində  qurulur.  BaĢqa  sözlə  desək,  həyati  müĢahidə  və 

təəssüratlardan doğan daxili-psixoloji yaĢantıları– hiss, həyəcan və iztirabları əsərlərinin 

psixoloji təməlini müəyyən edir. Məsələn, “Ġyirminci əsr” Ģeirində “qoca dünyanın yeni 

sakinlərinin”  hiss  və  düĢüncələri  lirik  qəhrəmanda  cəmlənib  ümumiləĢdirilərək  ifadə 

edilir.  ġair  bu  əsri  ağıl,  güc,  əsəb,  həyəcan  əsri  kimi  qələmə  verilir.  Hiss  edir  ki,  kəĢf 

olunan  atom,  hidrogen  silahları  yalnız  bir  xalqın,  məmləkətin  deyil,  bütün  dünyanın 

fəlakətinə səbəb ola bilər. “BaĢ” Ģeirində isə Ģair elmi-texniki inqilabın nailiyyətlərindən 

hesab  edilən  insanın  bədən  üzvü  kimi  baĢın  transplantasiyası  hadisəsinə  poetik 

münasibətini bildirib, təbiətin ahəngini pozmamağa çağırır. 

ġairin  bədii  qənaətinə  görə  insanın  taleyi  ilə  bağlı  yaxĢı  və  pis  cəhətlər,  

təhlükələr  indi  daha  çox  dünyəvi  xarakter  daĢıyır.  Yəni  insan  bir  fərd  olaraq  daxilən 

azad  olmaq  və  öz  taleyini  seçmək  istəyində  israrlı  olsa  da,  qlobal  hadisələr  və 

problemlər buna imkan vermir, onu öz hökmü, təsiri altında saxlayır. Ona görə də Ģair 

qəlbi  “zamanın  əlindən  qəmlər  yeyir.  Lakin  o,  ruhən  güclüdür,  əqidəsi  yolunda 

mübarizə  aparmaqdan  usanmır,  “duyğuları  ruzgar  kimi  aĢıb-daĢır”,  “diləyi,  fikri  iĢdən 

iĢə  calanır”,  bu  fəallığının  səbəbi  isə  sabaha  inamıdır.  ġairin  poetik  anlamında    yer 

üzündə  sevinc  də,  kədər  də  insan  tərəfindən  yaradılır,  ümid  yenə  də  insanadır.  O,  öz 

inancına  baĢqalarını  da  inandırmaq  üçün  predmetin  fəlsəfi-psixoloji  mahiyyətinə 

enməyi,  hadisə  arxasında  gizlənən  sosial  məzmunu  göstərməyi  üstün  tutur.  Psixoloji 

ovqat  və  düĢüncə  B.Vahabzadə  Ģeirində  fəlsəfi  bir  ümumiləĢdirmənin  vahidləri  kimi 

çıxıĢ  edir.  Psixoloji  təsir  gücünə  malik  mənalı  sonluq  hər  bir  əsəri  üçün  səciyyəvi 

xüsusiyyətə çevrilir. 

Bununla  belə,  zamanla,  mühitlə  mübarizədə  Ģair  özündən  narazıdır,  belə  hesab 

edir  ki,  olub-keçənləri  bilsə  də,  bir  an  sonra  nə  baĢ  verəcəyini  kəsdirməkdə  zəkasının, 

intuitiv düĢüncəsinin gücü çatmır: 

     Min il əvvəl olanları bilsəm də mən, 

                                         Bir an sonra olacağı bilməyirəm. 

                  O bir anın qarĢısında baĢ əyirəm. (2, c.2, 46) 

     ġairin  bu  etirafı  onun  poetik  intellektinə  kölgə  salmır,  insanın  dünyanı  və 

zamanı dərk imkanlarını Ģübhə altına almır,  əksinə, insan Ģüurunun inkiĢafının ictimai -

tarixi  inkiĢaf  qanununa  tabe  olması,  bir  psixi  proses  kimi  təxəyyülün  formalaĢması 

haqqındakı elmi qənaətləri təsdiq edir. Eyni zamanda, Ģair ona yaxĢı əmindir ki, dünya 

nə qədər fırlansa da, zaman onun məsləkini dəyiĢə bilməyəcək. 

Min-min illər bu dünya beləcə fırlansa da, 

Bir yuvanın bülbülü min budağa qonsa da, 

                           Aylar, illər, fəsillər bir-birini dansa da, 

      DəyiĢməzdir əqidəm, çox da dünya fırlanır (8, c.5, 207) 

       ġair demək istəyir ki, insan xarakterinin möhkəmliyi bilavasitə onun əqidəsi 

ilə  bağlıdır,  Ģəxsiyyətin  ətraf  mühitə  ən  Ģüurlu  münasibətləri  əqidə  əsasında  yaranan 

münasibətlərdir.  Bəs  Ģair  sevə-sevə  tərənnüm  etdiyi  Xarakterin  qüvvə  və  səbatlılığının 

mənbəyini  nədə  görür,  onun  nəzərində  hansı  Əqidə  “fırlanan  dünyada”  dəyiĢməz  qala 

bilər? Oxucu bu sualın cavabını da Ģairin özündən, onun yaradıcılığından alır: 

 Əbədini dünyada mən əbədi sanmadım, 

    Bir atəĢə tutuĢdum, min atəĢə yanmadım. 

   Bütlər gəldi və getdi, birinə inanmadım, 

      Niyə inanmalıyam, axı, dünya fırlanır (8, c.5, 206)  

 -beləcə,  Ģair  yenə  də  idrakın  gücünə,  insanın  özünü  və  dünyanı  dərketmə 

imkanlarına istinad edir, onun qələbəsini alqıĢlayır. 

          Ġdrak üçün hərdən dala boylansa da insan, 

             Yüksəlmək üçün daima idrak önə möhtac (7, 165 ) 

          B.Vahabzadə “Sadə adamlar”, “Ġztirabın sonu”, “Etiraf”, “Həyat  – ölüm”, 

“AtılmıĢlar”,  “Ləyaqət”,  “Qiymət”  və  s.  kimi  poemalarında  da  insanın  daxili,  mənəvi -




TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3 *  SAYI : 10 * ĠLKBA HAR 20 11  

TURAN STRATEJĠK ARAġTIRMALARI MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

 



 

26 


əxlaqi  aləmi,  onun  ictimai  gerçəkliklə  təmasda  dəyiĢməsi,  mənəvi  axtarıĢları  və 

kamilləĢməsi problemlərini qoyur. Bu əsərlərdə hadisələrin ailə-məiĢət, yaxud myəyyən 

bir əmək fəaliyyəti çərçivəsində baĢ verməsindən asılı olmayaraq, istər insanın mənəvi 

tənəzzülündə,  istərsə  də  mənən  ucalmasında  cəmiyyətdəki  mühitin,  mənəvi -əxlaqi  ab-

havanın həlledici təsiri qabarıq göstərilir.  

            Əsrin  80-ci  illərində,  Sovetlər  Ġttifaqının  tənəzzülü  ərəfəsində 

Azərbaycanda  milli  müstəqillik  və demokratiya  uğrunda  mübarizə  hərəkatı  baĢlandı  və 

Azərbaycan xalqı 1991-ci ildə, ikinci dəfə öz istiqlaliyyətini qazana bildi. Lakin o, eyni 

zamanda erməni təcavüzünə qarĢı mübarizə aparmaq məcburiyyəti ilə üzləĢdi.   

Ġstər  milli-azadlıq  hərəkatında,  istərsə  də  təcavüzə  qarĢı  mübarizədə  ilk  səsini 

qaldıran  istiqlal  Ģairlərimizdən  biri  B.Vahabzadə  oldu.  O,  hadisələrin  kökünə  istinad 

etməklə  millətlərarası  münasibətlərin  psixoloji  və  məntiqi  təhlilini  verir,  ictimai -siyasi 

səbəblərini açırdı. Bu baxımdan  “ġəhidlər” poeması xüsusilə səciyyəvidir. Bu əsər hələ 

Ģəhidlərin  qanı  qurumadığı  günlərdə  birnəfəsə  yazılmıĢdı,  Ģair  qəlbinin  üsyan  səsi  idi, 

dili,  üslubu  da  bu  qayəyə  xidmət  edən  iti  və  coĢğun  hərəkətin  impulsiv  xarakter 

daĢıdığını göstərirdi.   

Poemada  yalnız  konkret  bir  hadisənin  –qanlı  Yanvar  qırğınının  təsviri  əsas 

yaradıcılıq  məqsədi  kimi  qarĢıya  qoyulmur,  əslində,  Ģair  həmin  hadisənin  və  faktın 

doğurduğu qüvvətli hisslərin – affektlərin təsiri altında illər uzunu qəlbində və Ģüurunda 

yığılıb qalmıĢ hiss və fikirləri, dərin kök salmıĢ milli iztirabları, ağrılı həqiqətləri ifadə 

edir.  Bu  baxımdan,  poemanı  B.Vahabzadənin  hələ  60-cı  illərdə  qələmə  aldığı  bir  çox 

Ģerlərinin,  xüsusilə,  məĢhur  «Gülüstan»  poemasının  bir  növ  yeni  bir  Ģəkildə  və 

məzmunda davamı hesab etmək mümkündür.  

Qarabağ  uğrunda  müharibə  illərində  B.Vahabzadə  bütün  səylərini  milli 

dövlətçiliyin qüvvətləndirilməsinə yönəltmiĢ, bu məqsədlə milli özünüdərk baxımından 

mühüm  əhəmiyyət  kəsb  edən,  Azərbaycanın  müasir  dövlətçiliyinin  taleyi  ilə,  yeni 

müstəqil türk dövlətlərinin bu günü ilə səsləĢən yeni-yeni əsərlərini yazmıĢdır.  

 

                                      ƏDƏBĠYYAT 

1. Araz M. Bir ömür yolunda. / “Ulduz” jurnalı, 1983, № 1 

2. Vahabzadə B. Əsərləri. II cild. Bakı: Azərbaycan, 2002 

3.  Qarayev  Y.  DüĢündürən  poeziya.  /Vahabzadə  B.  Əsərləri.  IV  cild.  Bakı: 

ÇaĢıoğlu, 2002 

4.  Bağırov  A.  Azərbaycanın  Bəxtiyarı.  /Bəxtiyar  Vahabzadə.  Bakı:  AzərnəĢr, 

199 

 

5. Vahabzadə B. Əsərləri. I cild. Bakı: Azərbaycan, 2001 



6. Vahabzadə B. Əsərləri. IV cild. Bakı: ÇaĢıoğlu, 2002, , 2002 

7. Vahabzadə B. VətəndaĢ.Bakı: Gənclik, 1994 

8

. Vahabzadə B. Əsərləri. V cild. Bakı: ÇaĢıoğlu, 2002 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 71,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə