5-ci tapşırığın nəticələri barədə hesabat



Yüklə 38,09 Kb.
tarix04.11.2017
ölçüsü38,09 Kb.
#8228


5-ci tapşırığın nəticələri barədə hesabat
Talaçay pilot hövzəsində yeraltı sular üzrə kəşfiyyat quyuları üçün yerlərin seçilməsi

Şimal-qərbi Azərbaycanın Böyük Qafqaz regionunun hidro-geoloji tədqiqi


Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

BMTİP Azərbaycan nümayəndəliyinə təqdim edilir

10 dekabr 2013-cü il

Hans M. Ewoldsen, Ph.D., P.E.

Layihənin hidrogeologiya üzrə beynəlxalq məsləhətçisi

Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi


5-ci hidrogeoloji tapşırığın nəticəsi/məhsulu: “2-ci və 3-cü hövzələrdə quyular üçün münasib yerlər barədə tövsiyə

  1. Tapşırığın məqsədi haqqında məlumat

Tapşırığın məqsədi “2-ci və 3-cü hövzələrdə qazma quyuları üçün münasib yerlər barədə ekspertlərlə birlikdə tövsiyə hazırlamaq”dır. 2-ci hövzədə artıq “Azərsu” ASC tərəfindən qazma aparıldığı üçün əsas diqqət başlıca hövzə kimi 3-cü hövzəyə yetiriləcək. Bu tapşırığın məhsulunun yerinə yetirilməsi şimal-qərbi Azərbaycanın Talaçay hövzəsində qazılacaq və təchiz ediləcək yeraltı su kəşfiyyat quyusu üçün yer müəyyən edəcək. Quyunun qazılmasında məqsəd yeraltı suların formalaşması, suyun səviyyəsi, eləcə də istismar ehtiyatı ilə bağlı hesablamalar aparmaq üçün mövcud yeraltı sular barədə ilkin məlumat əldə etməkdir. Bundan əlavə, quyunun yerləşdiyi ərazinin süxurlarının qranulometrik ölçüsü, məsaməliliyi və keçiriciliyi barədə də məlumat təmin edəcək. Quyu elə yerdə yerləşməlidir ki, həmin yer əhalinin su təchizatı və ya kənd təsərrüfatında istifadə üçün (yerüstü sularla birgə) təchiz edilə bilsin.


  1. Pilot yeraltı su hövzələrinin səthaltı strukturu

Şəki-Zaqatala iqtisadi zonasında yeraltı su hövzələri və allüvial gətirmə konusları barədə dərc olunmuş məlumatların təhlili səthaltı geoloji/çöküntü strukturunun aşağıdakılardan ibarət olduğunu göstərir:

  • Hövzələrlə axan çayların hazırkı məcralarında və subasarında boş allüvial süxurların çökməsi nəticəsində yaranmış üst qat. Yuxarı axarda yerləşən ön silsilələrdən (qaya parçaları, iri çınqıllar və çaylaq daşları, iri qumlar) gətirmə konusunun aşağı axarda yerləşən sərhədlərinə (xırda qum, lil və gil) doğru getdikcə, çöküntülərin qranulometrik ölçüsü kiçilir. Eyni tendensiya çayın cari məcrasından subasar sahəsinin sərhədlərinə doğru irəlilədikcə müşahidə olunur.

  • Keçmişdə çökmüş, hazırda üstü örtülmüş və hazırkı səth çöküntüləri ilə oxşar təbiətə malik səthaltı qatlar. Onilliklər və əsrlər ərzində çaylar öz məcralarını dəyişdiyi üçün çöküntülərin səthaltı zonaları məcraların hazırkı yerüstü çöküntüləri ilə əvəz edilmiş ola bilər. Süxurların yerləşməsi burada da səth çöküntülərini xatırladır.

  • Məcradankənar çöküntülər əsasən lillərdən, xırda qumlardan və gildən ibarət olduqda, allüvial gətirmə konuslarının sukeçirməyən zonaları inkişaf edərək səthaltında təzyiqli sulu horizontlar əmələ gətirə bilər. Bu, xüsusən gətirmə konuslarının orta və aşağı zonalarında baş verir.

Şəkil 1 hövzə üçün reprezentativ səth çöküntülərindən ibarət geoloji struktur və məcra nümunəsi əks etdirir.

Şəkil 1. Talaçay hövzəsinin allüvial gətirmə konusunun ilkin yerüstü geoloji xəritəsi

(qarışmış çınqıl və çaylaq daşı çöküntülərinə diqqət yetirin)


c:\users\user\pictures\nikon transfer\azeri basin map148\dscn0887.jpg
Şəki-Zaqatala dəhlizinin hazırkı sulu horizont quruluşu təzyiqli sulu horizontun üzərində yerləşən təzyiqsiz sulu horizontu əks etdirir. Reprezentativ xüsusiyyətləri aşağıdakılardır:
Cədvəl 1. - Şəki-Zaqatala dəhlizinin hövzələrinin səciyyəvi xüsusiyyətləri





Qalınlıq

( m )


Sukeçiricilik

( m / d )



Pyezometrik

səviyyə (a.g.s)



Quyunun debiti

( l/s )


Spesifik debit ( l/san /m )

Suyun keyfiyyəti

Təzyiqsiz sulu horizont


10 - 328

0.02 - 35

Yer səthinədək

0.6 - 27

13.6-a qədər

Yaxşı

Təzyiqli sulu horizont


5.5 - 185

0.03 - 75

+ 50

0.2 - 98

0.2 – 2.2

Yaxşı


  1. Yeraltı su quyusu üçün optimal yerin seçilməsində nəzərə alınan amillər

Yeraltı su kəşfiyyatı quyuları üçün optimal yerin seçilməsi zamanı aşağıdakı amillər nəzərə alınacaq:

  • Quyunun qazılmasının gedişində gözlənilən qazma çətinlikləri (səthin altında iri qaya parçaları)

  • Quyunun yerləşdiyi sahəyə giriş mümkünlüyü

  • Suya tələbatı olan potensial mənbələrin yerləri (sudan istifadə olunacaq yerə qədər suyun daşınması üçün məsafə nəzərə alınmaqla)

  • Quyunun yeri Talaçay çayının gətirmə konusunun (ön çökmə ərazisi, iri qranulometrik ölçüyə malik çöküntülər) seçilmiş zonası, aralıq gətirmə konusunun çökmə sahəsi (orta qranulometrik ölçüyə malik çöküntülər) və gətirmə konuslarının birləşdiyi ərazinin (xırda lil və qumlar) sulu horizontlarının vəziyyəti ilə bağlı reprezentativ xarakter daşımalıdır.

  • Quyu sahələrinin təchizatı üçün gələcək infrastruktur xərcləri (giriş, elektrik təchizatı, quyuların daşqınlardan qorunması, suyun daşınması xərci).



  1. Yeraltı su quyular üçün optimal yerlərin seçilməsində məlumatlarla bağlı ehtiyaclar

Kəşfiyyat quyusu və gələcək potensial istismar quyuları üçün optimal yeri seçərkən tələb olunan məlumatlara aşağıdakılar daxildir:

  • Talaçay çayının dağönü hissəni tərk etdiyi yerdən gətirmə konusunun düzənlik hissəsindən aralı (təxminən 20 km və ya Talaçayın gətirmə konusunun qonşu çayların gətirmə konusları ilə birləşdiyi yer) bir yerə qədər uzanan allüvial gətirmə konusunun səth üzrə geoloji xəritəsi

  • Allüvial gətirmə konusunun reprezentativ sahələrində (ön çökmə sahəsi, aralıq gətirmə konsunun çökmə sahəsi, gətirmə konuslarının birləşdiyi sahə) səthaltı çöküntü profilləri (en kəsilişləri). Bu en kəsilişləri gətirmə konusları zonaları üzrə üfüqi uzanmalıdır ki, gətirmə konuslarının sərhədlərinin yaxınlığındakı çöküntü profilləri, həmçinin, ana süxur – çöküntü yerləşməsi üzə çıxsın.

  • Hövzədəki səthaltı çöküntülərin məsamliliyi, sukeçiriciliyi və ya qranulometrik ölçüsü barədə hər hansı məlumatlar

  • Türyançay çayı hövzəsində və ya yaxınlıqdakı hövzələrdə (Kişçay və Talaçay) yeraltı su kəşfiyyat və istismar quyularının qazılmasının nəticələri

  • Yeraltı suya tələbatı (əhalinin su təchizatı, sənaye və ya kənd təsərrüfatı) olan təxmini yerlər

  • Yeraltı suların qidalanması üçün potensial ərazilər (kəşfiyyat quyusunun seçilmiş yeri ilə əlaqəli)




  1. Potensial yeraltı su quyularının yerlərinin seçilməsi – Talaçay hövzəsi

Potensial reprezentativ quyu yerinin müəyyən edilməsi üçün bu hesabatın 3-cü bölməsində tələb olunan məlumatların məhdud olacağı gözlənilir. Bu məlumatların əvəzinə, Talaçay hövzəsində quyular üçün potensial yerlərin müəyyən edilməsi üçün aşağıdakılar istifadə edilmişdir:

  • Hövzədə gətirmə konuslarının 1:50000 miqyaslı mövcud geoloji xəritəsindən istifadə

  • Talaçay hövzəsinin 1:50000 miqyaslı mövcud topoqrafik xəritəsindən istifadə

  • Kəskin dağ relyeflerindən başlayan çayların allüvial gətirmə konuslarına şamil edilən geoloji və lillənmə prinsiplərinin tətbiqi

  • Lillənmə növü, orta qranulometrik ölçü və tərkibi barədə vizual müşahidələrdən istifadə (üç pilot hövzəyə çöl səfəri zamanı tətbiq edilmişdir)

  • Azərbaycanın cənub-qərb rayonlarında keçmişdə aparılmış hövzələr üzrə pilot proqramlar vasitəsilə əldə olunmuş məlumatlardan istifadə

  • Kəşfiyyat quyularının qazılması, təchiz edilməsi və məlumatlarının təhlilində əldə olunmuş əvvəlki təcrübələrin tətbiqi

  • Yeraltı suya olan gözlənilən tələbatın əhali/sənaye (yaxınlıqda yerləşməsi güman edilir) və ya kənd təsərrüfatı üçün olacağı fərz edilir. Kənd təsərrüfatı zonaları böyük ehtimalla Talaçay hövzəsinin aşağı axarında orta və aşağı gətirmə konuslarında yerləşəcəklər.

Yuxarıdakı istiqamətlərdən istifadə edilərək bir və ya daha çox kəşfiyyat quyusu üçün seçilmiş yerlər aşağıdakılardır:



  1. Əhalinin su təchizatı və sənayedə suya olan tələbat

Talaçayın dağın ön hissəsini tərk etdiyi yerdən 4-8km və Talaçayın alluvial gətirmə konusunun mərkəz xəttindən 2-4 km uzanan məsafələr arasındakı ərazidə quyuların yerləşməsi. Bu zonada quyuların yerləşdiyi ərazilər səthaltı kəsilişdə çınqıl və iri qumlardan ibarət olan, habelə məsaməliliyi və sukeçiriciliyi yeraltı suların götürülməsi (Zaqatala və onun ətrafında əhalinin/sənayenin su ilə təchizatı üçün 10 km məsafədə) üçün münasib ərazilərdir. Şəkil 2 gözlənilə biləcək iri çınqıl və qumları əyani şəkildə təsvir edir.


  1. Kənd təsərrüfatında suya olan tələbat

Talaçayın dağın ön hissəsini tərk etdiyi yerdən 8-20km və Talaçayın allüvial gətirmə konusunun mərkəz xəttindən 10km-ə qədər uzanan məsafələr arasındakı ərazidə quyuların yerləşməsi. Bu zonada quyular orta-iri qumlardan ibarət olan və iri diametrli istismar quyuları üçün münasib məsaməlilik və keçiriciliyə malik olan və kənd təsərrüfatının hazırkı və potensial ərazilərinin yaxınlığında yerləşən ərazilərdə yerləşir. Şəkil gözlənilə biləcək xırda qum və lil növlərini təsvir edir.


  1. Talaçay hövzəsində quyuların yerlərinin seçilməsinin başa çatdırılması üçün ilkin qrafik

Talaçay hövzəsində yeraltı suların vəziyyətinə dair məlumatlara Azərsu ASC-nin, Azərbaycanın geoloji və su qurumlarının apardığı tədqiqatlarda və ya Zaqatala rayonunda kənd təsərrüfatı və bələdiyyə orqanlarının apardığı yerli tədqiqatlarda əldə olunan əlavə məlumatlar əlavə edilə bilər. Lakin güman edilə bilər ki, əlavə məlumatlar məhdud olacaq. Əgər kəşfiyyat quyusu 2014-cü ilin ortaları üçün planlaşdırılırsa, o zaman mövcud əlçatımlı məlumatlardan istifadə etməklə aşağıdakı fəaliyyət qrafiki kəşfiyyat quyusu üçün yerin yekun seçiminə məntiqi yanaşma təmin edə bilər:

  • 2014-cü ilin birinci rübündə, hidrogeologiya/geoloji xəritələşdirmə üzrə milli və regional (şimal-qərbi Azərbaycan) ekspertdən istifadə etməklə bu hesabatın üçüncü bölməsində qeyd edilən əlavə məlumat növlərinin məhdud axtarışını həyata keçirmək

  • 2014-cü ilin birinci rübündə, Zaqatala rayonunun bələdiyyə və icra orqanlarının köməyilə yeraltı suya tələbatı olan cari və gələcək sahələri və onların prioritetini müəyyən etmək


c:\users\user\pictures\nikon transfer\azeri field 2013147\dscn0844.jpg

Şəkil 2. Orta gətirmə konuslarında səciyyəvi iri çınqıl və qumlar




  • 2014-cü ilin birinci rübündə proqnozlaşdırılan hər hansı iqlim dəyişikliklərinin yeraltı suların mövcudluğuna təsirlərini nəzərdən keçirmək

  • Birinci rübün sonunda kəşfiyyat quyusunun yekun yerini seçmək, tender sənədlərini işləyib hazırlamaq və qazma və təchizat müqaviləsinin yerinə yetirilməsi üçün elan vermək


c:\users\user\pictures\nikon transfer\azeri field 2013147\dscn0859.jpg
Şəkil 3. Lil və xırda qumlardan ibarət səciyyəvi aşağı zona


  • 2014-cü ilin ikinci rübündə 100-150 metr dərinliyində yeraltı su kəşfiyyat quyusu qazmaq və təchiz etmək. Məlumatları təhlil etmək və aşağıdakıları əks etdirən hesabat hazırlamaq:

    • Quyu qazıntısının və təchizatının (geoloji, hidroloji) nəticələri

    • Faktiki şərtlərin mövcud ilkin məlumatlar əsasında proqnozlaşdırılan şərtlərlə müqayisəsi

    • Quyu sınağı əsasında quyunun yerləşdiyi zonanın proqnozlaşdırılan istismar ehtiyatı




  1. 1 və 2-ci hövzələrdə quyu yerlərinin seçilməsi üçün Azərsu ASC-nin istifadə etdiyi metodologiyaya baxış. Məlumdur ki, Azərsu ASC Türyançay və Kişçay pilot hövzələrində iki yeraltı pilot su quyularını və Şəkidə kənd təsərrüfatı istehsalı təyinatlı quyu sahəsini tamamlamışdır. Quyu yeri ilə bağlı hazırkı tapşırıq üçün Azərsu ASC tərəfindən iki kəşfiyyat quyusu və bir istismar quyusunun yerlərinin seçilməsi üçün istifadə etdiyi metodologiyanı bilmək vacibdir.

Onların metodologiyası barədə əldə edilmiş məlumat üçüncü pilot hövzədə yeraltı su kəşfiyyatı quyusunun yerinin (Talaçay hövzəsi üçün) seçilməsi yanaşması ilə inteqrasiya edilə bilər




  1. Quyunun yerinin müəyyənləşdirilməsi metodologiyasının digər yeraltı su hövzələrinə ümumi tətbiq edilməsi

İqlim dəyişikliyinin Azərbaycanın çay hövzələrində yerüstü su ehtiyatının mövcudluğuna gələcək təsirləri Azərbaycanda, xüsusən aşağı çay hövzələrinin yarım quraq və ya quru ərazilərində birgə istifadə proqramlarının qəbulunu şərtləndirə bilər. Bu ərazilərdə yeraltı sulardan birgə istifadənin komponenti kimi istifadənin mümkünlüyü üçün yerüstü suların azalması ilə, yaxud məhsul yığımı, üzümçülük və ya proqnozlaşdırıla bilən qaydada suvarma suyu tələb edən digər kənd təssərrüfatı məhsullarının istehsalı üçün əlverişli olmayan gündəlik dəyişikliklərlə səciyyələnən yerüstü su hövzələrində reprezentativ kəşfiyyat quyularının qazılması lazımdır.

H. Ewoldsen Nəticə 5 Hidrogeoloji tapşırıq 10 dekabr 2013

Yüklə 38,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə