5 fevral 2017-ci il, bazar 4



Yüklə 350,71 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü350,71 Kb.
#52505


5 fevral 2017-ci il, bazar

4

 

ˆ

Azərbaycan Ordusunun ötən il aprelin əvvəllərində 



həyata keçirdiyi uğurlu hərbi əməliyyatı nəticəsində erməni 

işğalından azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı 

kəndinin yenidən bərpası istiqamətində hazırda mühüm 

tədbirlər həyata keçirilir, ərazilər minalardan təmizlənir, texniki-

tədqiqat işləri aparılır, köhnə əmlakların müəyyənləşdirilməsi 

və qiymətləndirilməsi prosesi reallaşdırılır. Təbii ki, dövlətin 

təhlükəsizlik tədbirlərini gücləndirdiyi və bu məsələni daim 

diqqətdə saxladığı bir şəraitdə həmin  kənddə yaşamaq istəyən 

ailələrin sayı da  getdikcə artır.

Azərbaycan Prezidenti İlham 

Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl 

rayonunun Cocuq Mərcanlı kəndinin 

bərpası ilə bağlı tədbirlər haqqında” 

sərəncamı bu baxımdan mühüm önəm 

daşıyır. Adıçəkilən yaşayış məntəqəsinin 

bərpası ilə bağlı görüləcək işlər 

çərçivəsində ilk mərhələdə 50 fərdi yaşa-

yış evinin, məktəb binasının və müvafiq 

infrastrukturun inşası nəzərdə tutulub. 

Bunun üçün Prezidentin Ehtiyat Fondun-

dan Qaçqınların və Məcburi Köçkünlərin 

İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 

4 milyon manat vəsait ayrılıb. Beləliklə, 

Cocuq Mərcanlının bərpası istiqamətində 

ilk addım atılıb. Bu isə məcburi 

köçkünlərin dövlətinə və rəhbərinə inam 

hissini, torpağa, yurda sevgisini daha da 

gücləndirib.

Cocuq Mərcanlı kəndinin bərpasına 

başlanılması həm də Ermənistana, 

onun havadarlarına bir xəbərdarlıqdır. 

Yəni, bu, o deməkdir ki, dövlətimiz 

təcavüzkar ölkənin işğalçılıq siyasəti 

ilə heç vaxt barışmayacaq, ərazilərinin 

tapdaq altında qalması ilə razılaşma-

yacaq, torpaqlarının azad edilməsi 

üçün bütün vasitələrdən istifadə 

edəcək. Digər tərəfdən işğaldan azad 

edilən ərazilərimizdə infrastrukturun 

yeniləşdirilməsi, vətəndaşlarımız üçün 

evlərin tikilməsi, təhlükəsiz həyat 

şəraitinin təmin edilməsi onu göstərir 

ki, ölkə Prezidenti cənab İlham Əliyev 

tərəfindən xalq qarşısında götürülən  

öhdəliklər məsuliyyətlə yerinə yetiri-

lir, dövlətimiz işğal faktı ilə barışmır, 

əhalinin doğma yurd-yuvalarına qayıdışı 

üçün beynəlxalq hüquq normalarına 

söykənilərək  respublikamızın ərazi 

bütövlüyünün və suverenliyinin təmin 

edilməsi missiyası əzmlə həyata keçi-

rilir.


Azərbaycan Prezidenti bir müddət 

bundan əvvəl Müdafiə Nazirliyinin 

“N” saylı hərbi hissəsinin yeni hərbi 

şəhərciyinin açılışı zamanı deyib: 

“Münaqişənin həlli çox sadədir. Bi-

rincisi, Azərbaycanın ərazi bütövlü-

yü bərpa edilməlidir. Biz heç vaxt 

Azərbaycan ərazisində ikinci qondarma 

erməni dövlətinin yaranmasına icazə 

verməyəcəyik. Heç vaxt Dağlıq Qara-

bağa müstəqillik verilməyəcək. Əgər 

kimsə bunu gözləyirsə, qoy, əbəs yerə 

gözləməsin. Bu, olmayacaq! Dağlıq Qa-

rabağ Azərbaycan torpağıdır, həm tarix, 

həm bütün dünya birliyi bunu belə qəbul 

edir. Azərbaycan müstəqilliyə qovuşanda, 

vahid dövlət kimi BMT-yə üzv olanda 

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz 

hissəsi kimi qəbul edilmişdir. Yəni, bu 

məsələnin həlli bundan ibarətdir. BMT 

Təhlükəsizlik Şurasının qətnamələrində 

göstərildiyi kimi, işğalçı qüvvələr 

işğal edilmiş torpaqlardan qeyd-şərtsiz 

çıxarılmalıdır. Azərbaycan vətəndaşları, 

məcburi köçkünlər öz doğma torpaqlarına 

qayıtmalıdırlar.

O ki qaldı, Dağlıq Qarabağın 

gələcək statusuna, bu status ancaq 

vahid Azərbaycan dövləti çərçivəsində 

mümkün ola bilər. Münaqişənin həlli 

bundan ibarətdir və Ermənistan rəhbərliyi 

bunu nə qədər tez anlasa, onlar üçün bir 

o qədər yaxşı olacaq. Ərazi bütövlüyü-

nün təmin olunması, işğala son qoyul-

ması bu münaqişənin həlli üçün əsas 

amillərdir. Bu məqsədlərə nail olmaq 

üçün bir daha demək istəyirəm, daha 

da güclü olmalıyıq və biz bu gün dünya 

miqyasında böyük təqdirlə qarşılanan 

güclü Azərbaycan dövləti yaradırıq. Biz 

öz azad gələcəyimizi qururuq, müstəqil 

həyatımızı qurmuşuq...”. 

Burada bir məqamı da xatırlat-

maq istərdik. Bu gün Cocuq Mərcanlı 

kəndində məskunlaşma tədbirlərinin 

dinc, təhlükəsiz şəraitdə reallaşdırılma-

sı ordumuz tərəfindən ötən ilin aprel 

ayında Lələtəpə yüksəkliyinin azad 

edilməsinin məntiqi nəticəsidir. Yeri 

gəlmişkən, dövlətimizin başçısı, Ali 

Baş Komandan İlham Əliyevin vurğu-

ladığı kimi, “Dünya bir daha gördü ki, 

Azərbaycan Ermənistanın işğalçılıq 

siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz 

ərazi bütövlüyümüzü bərpa etməliyik və 

edəcəyik. Bu bizim əzəli torpağımızdır, 

tarixi torpağımızdır və biz işğal altında 

olan bütün torpaqlarımıza qayıdacağıq. 

Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq 

rəmzimizdir və tarixə düşdü. Əgər erməni 

silahlı qüvvələri aprel döyüşlərindən 

düzgün nəticə çıxarmasalar, gələcəkdə 

Lələtəpə əməliyyatı kimi bir çox uğurlu 

əməliyyatlar olacaq”.

Xatırladaq ki, Cocuq Mərcanlı kəndi 

1994-cü ildə ulu öndər Heydər Əliyevin 

Ali Baş Komandan kimi rəhbərliyi ilə 

aparılan uğurlu Horadiz əməliyyatı za-

manı işğaldan azad edilib. Lakin mənfur 

qonşularımız həmin ərazini demək olar 

ki, daim atəş altında saxlayır və yaşayış 

üçün təhlükəli vəziyyət yaradırdılar. 

Ancaq qeyd etdiyimiz kimi, keçən ilin 

aprel ayında erməni təxribatının qarşısı-

nı almaq məqsədilə Ali Baş Komandan 

İlham Əliyevin rəhbərliyi altında həyata 

keçirilən uğurlu aprel əməliyyatı zamanı 

Lələtəpə yüksəkliyi işğaldan azad olun-

duqdan sonra həmin ərazilərdə yaşayış 

üçün tam təhlükəsiz vəziyyət yaradılıb.

Azərbaycan Prezidenti İlham 

Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl 

rayonunun Cocuq Mərcanlı kəndinin 

bərpası ilə bağlı tədbirlər haqqında” 

sərəncamı Ermənistanda böyük rezo-

nansa səbəb olub. Hazırda işğalçı ölkədə 

əhalinin Serj Sarkisyan rejiminə nifrəti 

güclənib, rəsmi Yerevanın uydurduğu 

yalanların, necə deyərlər, üstü açılıb. 

Bu isə Ermənistanda pessimist ovqatın 

yaranmasına gətirib çıxarıb. 

Bu gün ermənilər Dağlıq Qarabağ 

münaqişəsinin həllinin uzanmasından, 

bununla bağlı Ermənistanın üzləşdiyi 

çoxsaylı problemlərdən daha çox narazı-

lıq bildirirlər. Onlar, eyni zamanda, həm 

hərbi, həm də diplomatiya cəbhəsində 

Azərbaycana daha böyük fərqlə uduzma-

ğın gerçəkliyini də dərk edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev 

də dəfələrlə öz çıxışlarında bildirib ki, 

biz erməni analarının gözüyaşlı qal-

masını istəmirik. Ancaq Ermənistanın 

siyasi rəhbərliyi bunlardan nəticə 

çıxarmır. Azərbaycanlıların qanı üzərində 

hakimiyyətə gələn o cinayətkar rejim elə 

düşünür ki, himayədarları sona qədər on-

ların arxalarında duracaq, bu cinayətkar 

rejimi dəstəkləyəcək. Ancaq vaxt gəlib 

çatıb və onları dəstəkləyənlər artıq geri 

çəkilirlər.

Aprel döyüşləri Azərbaycan tarixində 

qəhrəmanlıq səhifəsidir. Bu əməliyyatlar 

zamanı iki strateji yüksəklik ordumuz 

tərəfindən azad olunub. Talış kəndi 

ətrafındakı yüksəkliklərin işğaldan 

azad edilməsi ilə minlərlə hektar ərazi 

düşməndən təmizlənib. Yaxın zamanlar-

da o ərazilərin bərpasına da başlanacağı 

gözlənilir. 

Aprel döyüşlərində bizim də 

şəhidlərimiz olub. Ancaq hazırda onların 

ruhları şaddır. Çünki qəhrəman oğulla-

rımızın qanı bahasına alınan torpaqlara 

məcburi köçkünlər böyük ruh yüksəkliyi 

ilə, həvəslə qayıdırlar.

Xatırladaq ki, həmin dördgünlük 

müharibənin ermənilər üçün sarsıdıcı 

nəticələri rəsmi Bakının son illər faktiki 

dalana dirənən danışıqlar prosesindəki 

hərbi-siyasi üstünlüyü, psixoloji möv-

qeyinin təmin edilməsi, ATƏT-in Minsk 

qrupu həmsədrlərinin, habelə dünyanın 

əsas güc mərkəzlərinin münaqişə ilə bağlı 

səylərinin gücləndirilməsi baxımından 

mühüm önəm daşıyır. Azərbaycanın 

qısamüddətli hərbi əməliyyatlarda əldə et-

diyi real üstünlük münaqişənin həllini süni 

şəkildə uzatmaq yolu tutan qüvvələrə ciddi 

və sərt mesaj idi. Başqa sözlə, bu, o demək 

idi ki, danışıqlar prosesi sonsuz şəkildə 

uzadıla bilməz. Azərbaycan beynəlxalq 

hüquq normalarına əsaslanaraq ən qısa 

müddətdə torpaqlarını işğaldan azad 

etmək, ərazi bütövlüyünü və suverenliyi-

ni reallaşdırmaq gücündədir. Ölkəmizin 

daha işğalçı dövlətin, necə deyərlər, nazı 

ilə oynamaq səbri tükənib. Azərbaycan 

hakimiyyəti xalqının və güclü, qüdrətli 

ordusunun köməyi ilə istənilən vaxt tor-

paqlarını işğaldan, yağı tapdağından xilas 

etmək iqtidarındadır.

Bəli, ordumuz aprel döyüşlərində 

qətiyyətli, əzmkar mövqe nümayiş 

etdirərək işğalçı Ermənistana öz qüdrətini 

göstərdi. Bu hərbi üstünlük isə, eyni za-

manda, beynəlxalq aləmdə Azərbaycanın 

Dağlıq Qarabağ münaqişəsinin həlli 

ilə bağlı mövqeyini gücləndirdi və 

münaqişənin beynəlxalq hüquq norma və 

prinsipləri çərçivəsində həlli üçün ciddi 

zəmin yaratdı. 

Prezident İlham Əliyev yanvarın 

30-da “Azərbaycan Respublikası regi-

onlarının 2014-2018-ci illərdə sosial-

iqtisadi inkişafı Dövlət Proqramı”nın 

icrasının üçüncü ilinin yekunlarına həsr 

olunan konfransda Cocuq Mərcanlı ilə 

bağlı layihənin icra edilməsinin çox 

böyük rəmzi məna daşıdığını bildirib: 

“Bu, tarixi hadisədir. Biz işğaldan azad 

edilmiş kəndə sakinləri qaytarırıq. Mən 

çox şadam ki, Cocuq Mərcanlı kəndinin 

sakinləri buna çox böyük həvəslə, böyük 

maraqla yanaşırlar, o günü səbirsizliklə 

gözləyirlər. Əminəm ki, biz Cocuq 

Mərcanlı kəndini qısa müddət ərzində 

yenidən quracağıq. İndi orada təmizlik 

və minalardan təmizləmə işləri aparılır. 

O kəndin görüntüləri televiziyada da 

göstərilir.

Bu kənd bir neçə ay işğal altında 

olub. Sonra ulu öndər Heydər Əliyevin 

rəhbərliyi ilə Horadiz əməliyyatı keçiril-

mişdir. İşğalçılar, düşmənlər o kənddən 

qovulmuşlar. Amma bir neçə ay ərzində 

onlar bu kəndi yerlə-yeksan ediblər. İndi 

əlbəttə ki, orada minalardan təmizləmə 

işləri aparılmalı, sonra isə infrastruktur 

layihələri icra olunmalıdır. Mən göstəriş 

vermişəm, beynəlxalq təşkilatlara 

da müraciət olunsun ki, onlar da öz 

nümayəndələrini ora göndərsinlər və 

erməni vəhşiliyinin nədən ibarət olduğu-

nu görsünlər”.

Beləliklə, Cocuq Mərcanlının 

bərpası istiqamətində artıq ilk addımlar 

atılır. Cənab İlham Əliyevin müvafiq 

sərəncamında vurğulandığı kimi, söhbət 

bu kənddə normal həyatı canlandırmağın 

yalnız ilk mərhələsindən gedir. Dövlət 

başçısı səlahiyyətli orqanlara sözügedən 

yaşayış məntəqəsinin masterplanının 

hazırlanması barədə göstəriş verib.  

Gələcəkdə Cocuq Mərcanlıda tikilən 

yaşayış evlərinin, sosial obyektlərin sayı 

daha da artırılacaq, iş yerləri açılması 

diqqət mərkəzində saxlanılacaq.

Sonda onu da xatırladaq ki, 

Azərbaycan Prezidenti cənab İlham 

Əliyev “İşğaldan azad edilmiş Cəbrayıl ra-

yonunun Cocuq Mərcanlı kəndinin bərpası 

ilə bağlı tədbirlər haqqında” sərəncamı 

imzalayandan dərhal sonra bu kəndin 200-

dək sakini doğma yurda qayıtmaq qərarını 

verib. Belə müraciətlər isə getdikcə artır. 

Bu, təkcə düşmən tapdağından xilas olan 

bir kəndə, od- ocağa qayıdış deyil, həm də 

Dağlıq Qarabağa və erməni təcavüzünə 

məruz qalan digər yurdlarımıza dönü-

şün başlanğıcıdır. Xalqımız, məcburi 

köçkünlər bundan sonra Azərbaycan 

Ordusunun tezliklə işğal altındakı digər 

torpaqları da azad edəcəyi, Lələtəpədə 

dalğalanan bayrağımızın tezliklə Laçında, 

Şuşada, Xocalıda, Xankəndidə və işğal 

edilmiş digər torpaqlarımızda dalğalanaca-

ğı əminliyi ilə yaşayırlar.



Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Doğma yurda qayıdış 

Regionların  mədəni həyatı yeniləşməkdədir

 

ˆ

Regionların 2014-2018-ci illərdə sosial-



iqtisadi inkişafı Dövlət Proqramının icrasının 

üçüncü ilinin yekunlarına həsr olunmuş 

konfransda Prezident İlham Əliyevin nitqində 

ölkəmizin bölgələrinin  gələcək inkişafının 

hədəfləri müəyyənləşdirilmişdir. 

O cümlədən,  sosial 

infrastrukturların yaradılması-

na  xüsusi diqqət yetiriləcəyi 

bildirilmişdir.  Dövlət rəhbəri 

proqramın qəbul edilməsindən  

sonra bu istiqamətdə  görülən  

işləri  də  diqqətə çatdırmışdır. 

Bildirmişdir ki, bu müddət 

ərzində “...20-dən çox muzey, 

10-dan çox teatr binası inşa 

edilmişdir. Yəni, bütün sosial 

infrastruktur bloku da daim 

diqqət mərkəzində idi. Bu 

proses davam etdirilir. Bu ilin 

dövlət investisiya proqramın-

da da sosial infrastrukturun 

yaradılması üçün kifayət qədər 

böyük vəsait nəzərdə tutulmuş-

dur”.


Bu  müddət ərzində  

görülən işlərdən  bəhs edərkən  

demək lazımdır ki, Mədəniyyət 

və Turizm Nazirliyi tərəfindən 

regionlarda mədəniyyət evləri, 

muzey, kitabxana, musiqi 

və incəsənət məktəblərinin 

yenidən qurulması, tarixi-

mədəni abidələrin təmir-bərpası 

ilə yanaşı, dünyanın qabaqcıl 

ölkələrinin mədəniyyət siyasəti 

sahəsində təcrübəsi nəzərə alı-

naraq, yeni proqramlar həyata 

keçirilmişdir. Azərbaycanın 

qeyri-maddi mədəni irsinin 

qorunması, təbliği və təşviqi 

məqsədilə 2010-cu ildən 

reallaşdırılan “Xalq yaradıcı-

lığı paytaxtları” proqramı bu 

qəbildəndir. Regionların mədəni 

həyatına yeni baxış kimi  

dəyərləndirilən bu  proqrama 

əsasən, beş il ərzində 15 şəhər 

və rayon “əfsanələr”, “folklor”, 

“sənətkarlıq” nominasiya-

ları üzrə “paytaxt” seçilmiş, 

çoxsaylı tədbirlər, layihələr 

həyata keçirilmişdir. 2015-

ci ildə “Ədəbiyyat paytaxtı” 

və “Milli mətbəx paytaxtı” 

kimi yeni nominasiyalar elan 

edilmişdir. Bu illərdə proqram 

üzrə həyata keçirilən bir sıra 

layihələr geniş vüsət qazana-

raq, beynəlxalq mədəniyyət 

tədbirlərinə çevrilmişdir: 

Masallıda folklor, Qəbələdə 

mürəbbə, Şəkidə şirniyyat 

festivalları buna nümunədir. 

Sevindirici haldır ki, “Xalq 

yaradıcılığı paytaxtları” proqra-

mında uğurla təmsil olunan bəzi 

bölgələrimiz sonradan yeni, 

artıq beynəlxalq təşkilatlar for-

matında “mədəniyyət paytaxtı” 

adını qazanmışdır. 2013-cü 

ildə Qəbələnin “MDB-nin 

mədəniyyət paytaxtı” olması, 

Şəki şəhərinin 2016-cı il üçün 

TÜRKSOY tərəfindən “Türk 

dünyasının mədəniyyət paytax-

tı” seçilməsi regionlarımızın 

mədəni irsinin tanıdılmasına 

geniş imkanlar açır. 

Nazirlik tərəfindən 

“Azərbaycan - doğma diyar” 

devizi altında 2014 və 2016-cı 

illərdə keçirilmiş milli azlıqların 

incəsənət festivalları ölkəmizin 

mədəni müxtəlifliyinin inkişa-

fına əlavə zəmin yaratmışdır. 

Prezident tərəfindən 2016-cı ilin 

ölkəmizdə “Multikulturalizm 

ili” elan edilməsi respublikamız-

dakı mədəni zənginliyin, böyük 

tarixi olan tolerantlıq mühitinin 

dünyaya təqdimatı oldu.

Hazırda nazirliyin 

tabeliyində 219 muzey vardır 

və bunun 71-i tarix-diyarşü-

naslıq muzeyidir. Muzey işinin 

genişlənməsində yerlərdə yara-

dılan Heydər Əliyev mərkəzləri 

də mühüm rol oynayır, hazırda 

ölkə üzrə 60 belə mədəniyyət 

ocağı fəaliyyət göstərir. Qobus-

tan Milli Tarixi-Bədii Qoruğu-

nun yeni muzey kompleksi, Qız 

qalasında yaradılan ekspozisiya 

bu sahədə müasir texnolo-

giyaların uğurlu tətbiqinin 

nəticəsidir.

Regionların  mədəni 

inkişafı ilə bağlı  həyata 

keçiriləcək yeni layihələr 

oradakı milli-mənəvi dəyərlərin  

öyrənilməsinə, tədqiqinə  və 

inkişafına  yönəldiləcəkdir.



Əhməd  RAMAZANOV,  

Mədəniyyət və Turizm 

Nazirliyi  

Sabirabad  Regional 

İdarəsinin rəisi

Torpaqlarımızın geri alınması   

hər birimizin müqəddəs arzusudur”

 

ˆ

 Cocuq Mərcanlı 



kəndində yaşayışın bərpa 

olunması, məcburi köçkünlıər 

üçün şəraitin yaradılması ilə 

bağlı Prezidentin müvafiq 

sərəncamı cəmiyyətimizdə 

yüksək sevinc hissi ilə 

qarşılanmışdır. Bu məsələdə  

məcburi köçkünləri xüsusilə 

başa düşmək olar. 

Bildiyimiz kimi, Cocuq Mərcanlı 

Cəbrayıl rayonunun işğaldan azad 

edilmiş yeganə yaşayış məntəqəsidir. 

1993-cü ilin oktyabrında Ermənistan si-

lahlı birləşmələri tərəfindən işğal olunan 

kənd 1994-cü il yanvarın 5-də ulu öndər 

Heydər Əliyevin rəhbərliyi ilə ordu-

muzun həyata keçirdiyi uğurlu Horadiz 

əməliyyatı zamanı Füzuli rayonunun 

22 yaşayış məntəqəsi ilə birgə düşmən 

tapdağından azad edilib.

 Prezident İlham Əliyevin verdiyi 

sərəncamda qeyd edilir ki, ötən ilin 

aprel ayında Azərbaycan Ordusunun 

həyata keçirdiyi uğurlu əks-hücum hərbi 

əməliyyatı nəticəsində Cəbrayıl rayonu-

nun Cocuq Mərcanlı kəndində insanların 

təhlükəsiz yaşaması, dinc əhalinin öz 

doğma yurdlarına qayıtması üçün normal 

şərait yaranmışdır. Dövlətimizin baş-

çısının sərəncamı ilə Cəbrayıl rayonu-

nun Cocuq Mərcanlı kəndinin bərpası 

ilə bağlı görüləcək işlər çərçivəsində 

birinci mərhələdə 50 fərdi yaşayış evinin, 

məktəb binasının və müvafiq infrastruk-

turun tikintisi üçün Azərbaycan Respub-

likasının 2017-ci il dövlət büdcəsində 

nəzərdə tutulmuş Azərbaycan Respub-

likası Prezidentinin ehtiyat fondundan  

ilkin olaraq 4 milyon manat ayrılmış-

dır. Onu da qeyd edək ki, işğaldan 

əvvəl kənddə 400 ailə yaşayıb. Cocuq 

Mərcanlıya köçmək üçün indiyədək Qaç-

qınların və Məcburi Köçkünlərin İşləri 

üzrə Dövlət Komitəsinə 190 ailə müraciət 

edib.

İşğaldan azad edilmiş Cəbrayıl rayo-



nunun Cocuq Mərcanlı kəndinin abadlaş-

dırılması və ora qayıdışın başlanacağı ilə 

bağlı Prezidentin sərəncamı və görülən 

bütün hazırlıq işləri ilə əlaqədar  



Soyqırımı Həqiqətlərinin Tanıdıl-

ması İctimai Birliyinin sədri Ceyhun 

Ələkbərov bunları dedi:

– “Bu gün hər bir azərbaycanlı kimi, 

mənim də sevincimin həddi-hüdudu 

yoxdur. Çünki, məcburi köçkünlər iş-

ğaldan azad edilmiş kəndlərdən  birində 

artıq yenidən yaşamağa başlayacaqlar. 

Torpaqlarımızın geri alınması  hər bir 

məcburi köçkünün müqəddəs arzusudur. 

Son illər Azərbaycan Prezidentinin Dağ-

lıq Qarabağ münaqişəsinin həll edilməsi 

istiqamətində göstərdiyi prinsipiallıq 

gec-tez özünü doğrultmalıydı. İllərdir 

dövlətimiz bu sahədə xeyli zəhmət 

sərf edir. Dövlətimiz, hər şeydən öncə, 

çalışır ki, münaqişə sülh yolu ilə öz 

həllini tapsın. Lakin hər dəfə bizim sülh 

çağırışlarımıza silahla, qeyri-konstruk-

tiv mövqe ilə cavab verən ermənilərə 

qarşı ötən ilin aprelində vurduğumuz 

ağır zərbə öz bəhrəsini verdi.  Bu gün 

məcburi köçkünlərin hələ 1994-cü 

ildən əlimizdə olan Cocuq Mərcanlıya 

qayıtmaq arzularının reallaşmasına 

məhz 2016-cı ilin aprel döyüşlərinin 

uğurlu nəticəsi səbəb oldu. Çünki, orada 

yaşamaq qeyri-mümkün idi. Bu gün 

isə yenidən geri aldığımız yüksəkliklər 

sayəsində artıq dövlət başçısının qeyd 

etdiyi kimi, on minlərlə hektar əraziyə 

nəzarət imkanı əldə etmişik. Bu baxım-

dan məcburi köçkün soydaşlarımızın 

ən qısa zamanda digər kəndlərimizə, 

rayonlarımıza da qayıdacağına şübhəmiz 

qalmır. Bu isə təbii ki, ilk növbədə 

düşmənlərimizi narahat edir.”

C. Ələkbərov beynəlxalq səviyyədə  

Azərbaycan həqiqətlərinin tanıdılmasının 

vacibliyini də vurğuladı:

– “Azərbaycanda təbliğat, təşviqat 

işlərini təkcə dövlətin üzərinə qoymaq 

olmaz. Bu, vətəndaş kimi məsuliyyətdən 

yayınmaq olardı. Hər bir azərbaycanlının 

borcudur ki, bu məsələnin hər an aktu-

allığını qoruyub saxlasın. Təşkilatımız 

işğal edilmiş rayonlarımızla bağlı 

həqiqətləri, xüsusilə Xocalı soyqırımını, 

erməni vandalizmini Avropada tanıtmaq 

üçün bir sıra layihələrə imza atmışdır. 

Almaniyanın, Macarıstanın, Türkiyənin 

böyük şəhərlərində biz Heydər Əliyev 

Fondunun “Xocalıya ədalət!” Kampa-

niyasına qoşularaq, bir sıra beynəlxalq 

tədbirlər, aksiyalar həyata keçirmişik. Bu 

il də həmin missiyanı davam etdirmək 

niyyətindəyik. Məqsədimiz  Qara-

bağ problemi öz həllini tapana qədər 

həqiqətlərimizi dünyanın hər yerində 

təbliğ etməkdir. Ən böyük arzumuz, 

diləyimiz Ali Baş Komandanın əmri 

ilə Azərbaycan Ordusunun işğal olun-

muş bütün torpaqlarımızı yenidən 

qaytaracağını görməkdir. Əminəm ki, 

Azərbaycanın üçrəngli  bayrağı Cocuq 

Mərcanlıda olduğu kimi, tezliklə bütün 

Cəbrayılda, Şuşada, Ağdamda, Laçında, 

Xocalıda  və digər  işğal altında olan 

torpaqlarımızda da dalğalanacaqdır.

Qələmə aldı: 

Anar TURAN, 

“Xalq qəzeti”

Cocuq Mərcanlının bərpası İrəvanda 

ciddi qarşıdurmalara səbəb olur

 

ˆ

Mən əslən Qarabağdan, işğal altındakı 



Füzuli rayonundan olduğuma görə həm ulu 

öndər Heydər Əliyevin, həm də  Prezident İlham 

Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin həlli istiqamətində apardıqları 

çətin, amma ardıcıl, prinsipial mübarizəni daim 

izləmişəm.   Hazırda azərbaycanlı köçkünlərin bir 

hissəsinin öz ata-baba yurduna – Cocuq Mərcanlı 

kəndinə qaytarılması istiqamətində ciddi iş gedir, 

kəndin bərpası, yeni evlərin və infrastrukturun 

inşası layihələri gerçəkləşdirilir. Qürurverici 

məqamdır.

...Dünyanın uzun müddət 

davam edən müharibə və 

münaqişələrində  hadisələrin 

gedişinə  böyük təsir edən, 

hətta prosesləri tamamilə baş-

qa səmtə istiqamətləndirən ki-

çik detallar çox olub. Kiçik bir 

yaşayış məntəqəsinin, hansısa 

körpünün və ya yüksəkliyin 

əldə saxlanması  bir çox 

münaqişələrin nəticəsinə 

inanılmaz şəkildə təsir edib. 

Ermənilərin  Cəbrayıl rayo-

nunun  tamamilə dağıdılmış 

Cocuq Mərcanlı kəndini qorxu 

və  təhlükələr altında saxla-

maq üçün Lələtəpə deyilən 

yüksəkliyi əldən vermək 

istəməməsi də bu səbəbdən 

idi. Onlar bilirdilər ki, 

həmin yüksəklik əldən getsə, 

Azərbaycanın üstünlükləri 

çoxalacaq. Qorxduqları 

başlarına gəldi. Ötən ilin 

aprelində Azərbaycan Ordusu 

həmin yüksəkliyi ələ keçirdi 

və  uğurumuzla da  bu gün 

Ermənistan paytaxtında baş 

verən qarşıdurmaların təməli 

qoyuldu.

Söhbət ondan gedir ki,  

Prezident İlham Əliyevin 

“İşğaldan azad edilmiş 

Cəbrayıl rayonunun Cocuq 

Mərcanlı kəndinin bərpası 

ilə bağlı tədbirlər haqqında” 

sərəncamı işğalçı ölkədə böyük 

həyəcan və təşviş yaradıb. Ötən 

əsrin sonlarında Azərbaycan 

ərazilərinin işğal edilməsi 

zamanı və sonrakı dövrdə, 

xüsusən, “dördgünlük” aprel 

döyüşlərində böyük itkilər ver-

miş ermənilər özlərinin qaniçən 

və quldur prezidentlərindən 

tələb edirlər ki, Azərbaycanın 

sürətli irəliləyişlərinin qar-

şısını almaq üçün bir iş gör. 

Serj Sarkisyan isə xalqın tələb 

etdiyi həmin “işi” bacarmadığı-

na görə hakimiyyətdə daha çox 

qalmağın yollarını axtarmaq və 

mümkün olduqca daha çox var-

dövlət toplamaqla məşğuldur. 

İrəvanda keçirilən bütün etiraz 

aksiyalarında açıq və qəzəbli 

şəkildə qeyd olunur ki, Serj 

Sarkisyanın cəfəngləri, rəsmi 

Yerevanın uydurduğu yalanlar 

daha erməni xalqı tərəfindən 

qəbul olunmur. 

Azərbaycanlı köçkünlərin 

Cocuq Mərcanlıya qayıdışı 

məsələsi ortaya çıxandan sonra 

erməni siyasətçilərinin və ziya-

lıların sosial şəbəkələrdə pay-

laşdığı  statuslardan və verilən 

şərhlərdən məlum olur ki, bu 

ölkədə  ümumi əhval-ruhiyyə 

kifayət qədər bədbindir. Xalq  

Dağlıq Qarabağ münaqişəsinin 

həllinin uzanmasından, 

bunun nəticəsində də ölkə 

əhalisinin üzləşdiyi çoxsaylı 

problemlərdən daha çox narazı-

lıq bildirir.  Açıq düşünə bilən 

ermənilər öz rəhbərlərindən 

Azərbaycana həm hərbi, həm 

də diplomatiya cəbhəsində  

daha böyük fərqlə uduzmağın 

səbəblərini soruşurlar. Hamı 

öz əli çatan sosial mediada  

Cocuq Mərcanlı həyəcanını 

dilə gətirir.

Məsələn, Karen Mkrtçyan 

adlı erməni  Facebookda-

kı statusunda çox ciddi bir 

narahatlıq içərisində ol-

duğunu yazır:  “Nə vaxta 

qədər belə davam edəcək? 

Bu gün Cocuq Mərcanlıya 

gedən azərbaycanlılar , sabah  

Şuşaya qayıtmayacaqlarmı?”  

Onun  Arut Xaçatryan adlı  

soydaşı isə  Tvitterdə  “Biz 

hələ də anlaya bilmirik ki, 

İlham Əliyevin fəaliyyətindən 

niyə Serj Sarkisyan nəticələr 

çıxara bilmir? Azərbaycan 

torpaqları geri qaytarır, 

bizdə isə geri dönən yalnız 

əsgərlərimizin cənazəsidir. 

Serj Sarkisyan Ermənistanı 

məhvə aparır” – kimi qor-

xu və təşviş ifadə edən 

cümlələrlə oxucular qarşısına 

çıxır.


Yuxarıda qeyd etdiyimiz 

kimi, 20 ildən artıq müddətdə 

problemlər və narahatlıqlar 

içərisində yaşayan Ermənistan 

cəmiyyəti artıq boğaza yığılıb. 

Cocuq Mərcanlı məsələsi 

isə həmin problemləri pik 

həddinə çatdırıb. Ona görə də 

erməni xalqı sanki  əvvəlki 

problemləri unudubmuş kimi,  

yalnız azərbaycanlıların yurda 

qayıtmaq layihəsindən xoflanır. 

Məsələn, Facebook istifadəçisi 

olan Henrix Aşotyan öz  sta-

tusuna belə başlayıb: “Aprel 

döyüşlərində İlham Əliyev Serj 

Sarkisyana yüksək peşəkarlığın 

necə olduğunu göstərdi. 

Bizim prezident bəs nə etdi? 

Seyrçi mövqeyində qaldı. 

Azərbaycan Prezidenti bu 

gün Cocuq Mərcanlı kəndinin 

bərpası ilə bağlı sərəncam 

imzalayır. Belə davam etsə, 

Stepanakert (Xankəndi - red.), 

Şuşa, Kəlbəcər üçün də belə 

sərəncamlar gözləniləndir”.

Bir sözlə, ulu öndər Heydər 

Əliyevin hələ 22-23 il əvvəl 

söylədiyi “Dağlıq Qarabağ 

münaqişəsinin ədalətli şəkildə 

həlli, azərbaycanlı köçkünlərin 

öz ata-baba yurdlarına qayta-

rılması üçün  vaxt lazımdır”- 

kəlamı bu gün öz təsdiqini 

tapır. Bəli, vaxt yetişib. Biz 

o torpaqlara qayıtmalıyıq və 

qayıdacağıq. Cənab Preziden-

tin  Azərbaycanın sabahı ilə 

bağlı  bütün tədbirləri zamanı 

hər birimiz bir əsgər kimi onun 

əmrini gözləyirik.



Vəfa XANOĞLAN, 

Bakı Xoreoqrafiya 

Akademiyasının dosenti

Yüklə 350,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə