5 milli domen adlari intellektual analiz sisteminin yaradilmasi



Yüklə 107,37 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü107,37 Kb.
#8696


İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36 

 

 



       www.jpit.az                                                                      29 

 

UOT 004.89 



Ə

liquliyev R.M.

1

, Qasımova R.T.

2

 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan  

1

director@iit.ab.az



2

depart1@iit.ab.az



 

MİLLİ DOMEN ADLARI  

İ

NTELLEKTUAL ANALİZ SİSTEMİNİN YARADILMASI  

Məqalə  Azərbaycan  Respublikasının  maraqları  ilə  bağlı  intellektual  domen  adları  sisteminin 

yaradılması  məsələsinə  həsr  olunub.  Bu  sahədə  mövcud  vəziyyət  və  problemlər  araşdırılıb, 

qərarların  qəbulunu  dəstəkləyən  intellektual  analiz  sisteminin  yaradılmasının  zəruriliyi 

əsaslandırılıb.  İntellektual  sistemin  arxitektur  sxemi  işlənilib  və  onun  reallaşdırılması  məsələsi 

şərh edilib. 

Açar  sözlər:  domen,  domen  adları  sistemi,  inzibatçı,  qeydiyyatçı,  reqistrant,  klasterləşdirmə, 

kateqoriya verilənləri, verilənlər xəzinəsi, verilənlərin intellektual analizi. 

Giriş 

İnformasiya 

texnologiyaları 

(İT) 


sahəsinin 

hazırda 


ən 

sürətli 


inkişaf 

edən  


istiqamətlərindən  biri  İnternetdir.  İnternet  şəbəkəsinə  qoşulan  istənilən  kompyuter  müəyyən 

rəqəmlər  yığımını  əks  etdirən  unikal  kodla  identifikasiya  olunur.  Özünün  texniki  mahiyyətinə 

görə  belə  kod  verilən  kompyuterin  IP-ünvanını  təşkil  edir.  Şəbəkə  istifadəçilərinə  İnternetdəki 

kompyuterlərin  ünvanlarını  IP-ünvanla  ifadə  edərək  əməliyyat  aparmaq,  rəqəmləri  yadda 

saxlamaq  çətin  olduğundan,  yaradılmış  domen  adları  sistemi  (Domain  Name  System,  DNS) 

İnternet  infrastrukturunun  ən  mühüm  komponentlərindən  biridir.  Domen  (ingilis  dilində 

“domain” sözü latın dilində sahib olma, malik olma mənasını verən “dominium” sözündən əmələ 

gəlmişdir) İnternetin məntiqi səviyyəsidir. Domen adları nöqtələrlə ayrılmış simvol sahələrindən 

ibarətdir, məsələn,www.ict.az [1]. 

İT-nin  sürətli  inkişafı  DNS  sahəsində  də  bir  çox  problemlərin  yaranmasına  səbəb 

olmuşdur.  Problemlərin  həllinə  hüquqi,  texniki,  təhlükəsizlik  və  s.  istiqamətlərdə  müxtəlif 

yanaşmalar mövcuddur. Domen adlarının hüquqi problemləri istiqamətində aparılan araşdırmalar 

göstərir ki, domen adları üzrə mübahisələr əmtəə nişanına, firma adına olan hüququn pozulması 

hallarında baş verir [2]. Belə problemlərlə ilk olaraq 1995-ci ildən ABŞ məhkəməsi, bir az sonra 

Qərbi  Avropa  məhkəmə  orqanları,  1999-cu  ildən  isə  Rusiya  Federasiyasının  Arbitraj 

məhkəmələri  və  ümumi  hüquqi  məhkəmələr  qarşılaşdılar.  Bu  illər  ərzində  predmeti  domen  adı 

olan mübahisələr üzrə çoxlu sayda məhkəmə qərarları çıxarılmışdır [3]. Bir çox xarici alimlərin 

tədqiqat  işlərinin  hüquqi-nəzəri  əsasını  intellektual  mülkiyyət  sahəsində  olan  problemlər  təşkil 

edir.  Bu  məqsədlə  aparılan  tədqiqatlarda  domen  adlarının  xüsusiyyətləri  analiz  edilmiş,  domen 

adları  və  əmtəə  nişanları  sahibkarları  arasında  yaranan  mübahisələrin  yaranma  səbəbləri  aşkar 

edilmiş,  belə  mübahisələrin  həll  edilməsi  yolları  göstərilmişdir.  Eyni  zamanda,  domeni  istifadə 

etməyə hüququ olan və ya olmayan domen adları sahibləri tədqiq edilmişdir [4-6]. Lakin hələ də 

domen adına müstəsna hüququ tanıdan xüsusi qanunvericiliyin olmaması mühüm problem olaraq 

qalmaqdadır. 

Hazırda  aparılan  elmi-tədqiqat  işlərinin  əksəriyyəti  DNS-də  təhlükəsizlik  probleminin 

aşkarlanmasına  yönəlmişdir.  Bu  işlərdə  DNS-serverlərin  yüklənməsinin  qarşısının  alınması 

yolları  göstərilmiş,  DNS-ə  olan  hücumların  metodları  təhlil  edilmiş,  müasir  müdafiə 

texnologiyaları  araşdırılmış  və  konsepsiyalar  işlənmişdir  [7].  Elmi-texniki  ədəbiyyatın  analizi 

göstərir  ki,  hazırda  sayt  haqqında  DNS-in  saxtalaşdırılmış  cavabları  ilə  mübarizə  aparmağa 

imkan  verən  təsirli  tədbirlər  görülməmişdir.  Lakin  saxtalaşdırmanın  qarşısını  almaq  üçün 

metodlardan  biri  kimi  DNS  Təhlükəsizliyinin  Təkmilləşdirilməsi  (DNS  Security  Extensions, 

DNSSEC)  texnoloji  təşəbbüsü  hesab  edilmişdir.  Konseptual  elmi-praktiki  işlər  içərisində  DNS 




İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36  

 

30                                                                  www.jpit.az 



 

verilənlərini  fasiləsiz  qorumaq  üçün  müasir  təhlükəsizlik  sisteminin  (DNSSEC)  standart 

yanaşması  olan  kriptoqrafik  mexanizmlərdən  (elektron  imza)  istifadə  məsələsinin  aktuallığı 

göstərilmiş  və  ən  çox  istifadə  olunan  hücum  metodlarının  statistikası  verilmişdir  [8,  9].  Lakin 

istismar  baxımından  DNSSEC-in  həyata  keçirilməsində  bəzi  həll  edilməmiş  problemlər  də 

mövcuddur.  

Virtual  məkanda  domen  adlarının  zəbt  edilməsi  problem  olaraq  qalmaqdadır.  Domen  adı 

mülkiyyət  hüququnun  obyekti  deyil  və  alqı-satqı  müqaviləsinin  obyekti  ola  bilməz,  domenin 

başqa  fiziki  və  ya  hüquqi  şəxsə  keçməsi  yalnız  sifarişçinın  yazılı  müraciəti  əsasında  həyata 

keçirilməlidir.  İnternetin  kütləviliyinin  artması  ilə  ünvanlarla  əlaqədar  alver  və  sui-istifadələrin 

sayı çoxalmışdır. [10

12]-də bu problemin həlli üçün mexanizmlər işlənmiş və vasitələr təqdim 



edilmiş, eyni zamanda prinsipial xüsusiyyətlər göstərilmişdir.  

Təhlillər  göstərir  ki,  domen  adlarının  ilkin  təyinatı  İnternet  mühitində  ünvanlaşdırma 

atributu,  əmtəə  nişanlarının,  şirkət  və  digər  qurumların  adlarının  daşıyıcısı  olmasına 

baxmayaraq,  bu  gün  qeyri-sağlam,  ədalətsiz  rəqabət  vasitəsinə  çevrilmişdir.  Bu  məqsədlə 

aparılan  araşdırmalar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  Azərbaycana  mənsub  olan  bəzi 

coğrafi  adları,  tarixi,  mədəni  və  digər  dəyərləri  özündə  əks  etdirən  domen  adları  müxtəlif 

ölkələrdə  yaşayan  xarici  vətəndaşlar  tərəfindən  qeydiyyatdan  keçirilmişdir  (www.azerbaijan.tv, 

www.azer.info, 

www.baku.net, 

www.baku.su, 

www.nakhchivan.net, 

www.sumqait.net, 

www.aghdam.com və s.).  

Domen  adlarının  xarici  vətəndaşlar  tərəfindən  qeydiyyata  alınmasının  bir  sıra  səbəbləri 

var.  Birinci  səbəb  açıq  ölkə  kodlu  domenlərlə  (məsələn,  *.ru,  *.de,  *.cn,  *.tv,  *.ws,  *.cc  və  s.) 

adların  alınması  və  qeydiyyatdan  keçirilməsi  üçün,  demək  olar  ki,  heç  bir  məhdudiyyətin 

olmamasıdır.  Buna  görə  də  informasiya  müharibəsi  (İM),  qazanc  əldə  etmək  və  s.  məqsədlərlə 

nüfuzlu adamların adları, tarixi-mənəvi dəyərlər, coğrafi adlar, əmtəə nişanları, xidmət nişanları, 

şirkət  və  digər    qurumların  adları  və  s.-dən  istifadə  etməklə  domenlər  yaradılır  (www.baku.tv, 

www.karabakh.us,  www.baku.ru  və  s.).  İkinci,  yüksək  səviyyəli  ümumi  domenlərin  (*.com, 



*.info,  *.org,  *biz,  *.net  və  s.)  açıq  qeydiyyatındakı  boşluqların  olmasıdır.  Buna  görə  də  bəzi 

şəxslər,  dünyəvi  dəyərləri,  o  cümlədən  müxtəlif  ölkələrə  məxsus  coğrafi  adları,  tarixi-mədəni 

dəyərləri  və  həqiqətləri  əks  etdirən  adlara  sahib  çıxaraq,  onları  müxtəlif  məqsədlərlə  (siyasi, 

biznes 


və 

s.) 


domen 

adları 


kimi 

qeydiyyatdan 

keçirirlər 

(www.azerbaijan.com, 

www.karabakh.com,  www.karabakh.info,  www.lachin.com,  www.sumgait.info  və  s.).  Bu  da 

nəinki  Azərbaycan,  eyni  zamanda  dünya  ölkələri  üçün  də  xarakterik  məsələ  olaraq  ciddi 

əhəmiyyət  kəsb  edir.  Beləliklə,  informasiya  resurslarından  və  texnologiyalarından  cinayət  və 

terror  məqsədləri  ilə  istifadə  etməyin  qarşısının  alınması,  insan  hüquqlarının  qorunması, 

informasiya  sayəsində  milli  təhlükəsizliyin  təminatı,  fərdi  məlumatların  toxunulmazlığı  və  söz 

azadlığı  haqqında  müddəalara  əməl  olunması  İnternet  məkanında  qarşıya  çıxan  əsas 

problemlərdəndir.  

Yuxarıda  qeyd  olunan  problemləri  nəzərə  alaraq  DNS-serverlərdə  yığılan  domen  adları 

haqqında  informasiya  resurslarının  elmi  təhlilinin  aparılması  zəruridir.  Domen  adları 

qeydiyyatdan  keçərkən  qeydiyyat  haqqında  məlumatlar  (verilənlər)  DNS-in  reyestrində 

yerləşdirilir.  DNS-in  reyestrində  yerləşdirilmiş  verilənlər  qeydiyyatdan  keçənlərin  əsas 

informasiya mənbəyidir. Aparılan araşdırmalar ona əsas verir ki, domen adları sahəsində mövcud 

olan  çatışmazlıqlar  DNS-də  toplanan  qeydiyyat  məlumatlarının  təhlili  əsasında  daha  dəqiq  və 

ətraflı  informasiya  (bilik)  almaq  ehtiyacını  doğurur.  Domen  adları  sahəsində  olan  əsas 

çatışmazlıqlar kimi aşağıdakıları göstərmək olar: 

– domen adı qeydiyyatının tənzimlənməsi sahəsində mövcud olan nöqsanlar; 

– domen adlarının qeydiyyat prosesindəki şəffaflığın yetərincə olmaması; 

– domen adları qeydiyyatçıları tərəfindən qeydiyyat qaydalarının pozulması; 

– domen adının məsuliyyətsiz qeydiyyata alınması və istifadəsi; 



İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36 

 

 



       www.jpit.az                                                                      31 

 



 

 domen  adını  zəbt  edənlərə  (kiberskvottinq,  fişinq  və  s.)  qarşı  vahid  siyasətin 

işlənməməsi; 

–  domen  adları  qeydiyyatçılarının  İP-ünvanlara,  elektron  poçta  (e-mail),  ünvana,  ada, 

soyada,  yaşa,  millətə,  dövlətə,  NS  serverə,  təşkilata  və  s.  əlamətlərə  görə  dəqiq  analizini 

aparmağa imkan verən proqram  vasitələrinin olmaması və s. 

Bu  problemlər  bütövlükdə  bütun  İnternet  şəbəkəsi  üçün  xarakterikdir.  Onların  həlli  üçün 

kompleks  tədbirlərin  görülməsinə  ehtiyac  vardır.  Yuxarıda  sadalanan  çatışmazlıqlar  nəzərə 

alınmaqla  virtual  məkanda  Azərbaycan  həqiqətlərini,  milli  və  mənəvi  dəyərləri  əks  etdirən 

domen adlarının artırılması, inkişaf etdirilməsi, onun xaricə axınının qarşısının alınması, domen 

adlarının  kiberskvotterlərdən  qorunması,  domen  bazarının  tənzimlənməsi,  idarə  edilməsi, 

nəzarəti,  veb-in  monitorinqi  və  s.  üçün,  qeydiyyat  məlumatlarının  avtomatik  təsnifatı,  domen 

adları  sahiblərinin  qruplaşdırılması,  identifikasiyası  istiqamətində  intellektual  analiz  üsullarının 

və alqoritmlərinin işlənməsi aktual məsələlərdən biridir.  

Bu  məsələlərin  həll  edilməsi  respublikada  informasiya  cəmiyyətinin  qurulmasını  nəzərdə 

tutan  “Elektron  Azərbaycan"  dövlət  proqramında  da  öz  əksini  tapmışdır.  Proqramda  nəzərdə 

tutulan  virtual  məkanda  Azərbaycan  dilinin,  əlifbasının,  terminlərinin  geniş  tətbiq  olunması  və 

qorunması,  milli  dəyərlərinin  (tarixi,  ərazisi,  mədəniyyəti  və  s.)  mühafizəsi,  milli  kontentin 

formalaşdırılması  və  s.  kimi  qarşıya  qoyulmuş  məsələlər  milli  domen  adları  sistemi  biliklər 

bazasının yaradılmasını aktuallaşdırır. 



Məsələnin qoyuluşu 

Məqalədə Azərbaycan Respublikasının (AR) maraqları ilə bağlı domen adlarının qeydiyyat 

məlumatları əsasında intellektual analiz sisteminin yaradılması məsələsinə baxılır. Bu məqsədlə 

böyük  həcmli  informasiya  resurslarının  analizini  həyata  keçirən  verilənlər  xəzinəsi  (VX), 

operativ analitik emal, verilənlərin intellektual analizi konsepsiyaları araşdırılır.  

İ

ntellektual milli domen adları sisteminin yaradılmasının əsas prinsipləri  

Domen  adlarının  sürətli  artımı,  DNS-serverlərdə  avtomatik  olaraq  böyük  həcmli 

informasiya massivlərinin yığılmasına səbəb olur. DNS milyardlarla sorğunu gündəlik emal edən 

çox  böyük  paylanmış  verilənlər  bazasıdır  (VB)  [13].  DNS-serverlər  müxtəlif  zonalara  məxsus 

domen  adların  fəaliyyətini  və  idarə  edilməsini  birləşdirir.  Onlar  domen  adları  haqqında  unikal 

informasiya resurslarına malikdir. Qeyd etmək lazımdır ki, bu məlumatlar daim  yenilənir, idarə 

olunur  və  əlçatan  edilir.  Bu  verilənlər  müxtəlif  tiplərdə  (mətn,  rəqəm,  zaman,  pul  və  s.)  ola 

bilərlər. 

Bütün  domen  zonalarında  domenlərin  qeydiyyatı  üçün  (DNS-in  reyestrinə  daxil  olan) 

zəruri  olan  informasiyalar  domen  adı  (domain),  qeydiyyatçının  identifikatoru  (registrar),  fiziki 

şəxsin tam adı (person), fiziki şəxsin əlaqə ünvanı (address), domen inzibatçısının identifikatoru 

(admin-o), təşkilatın adı (organization), domenin qeydiyyat tarixi (created), domenin yenilənmə 

tarixi (updated), domenin azad olma tarixi (free-date),  beynəlxalq və şəhər kodları ilə telefonlar 

(phone),  elektron  poçt  ünvanı  (e-mail),  domeni  dəstəkləyən  DNS-serverlərin  siyahısı  (nserver), 

obyektin  vəziyyəti  (state),  domenin  tipi  (type),  informasiyanın  mənbəyi  (source),  domenin 

qeydiyyatı  üçün  pul  ödənilmə  tarixi  (paid-till)  və  s.-dir.  Təbii  ki,  müxtəlif  DNS-serverlərdə 

yığılmış bu cür verilənlərdə çox qiymətli informasiya istifadə olunmamış qalır. Bu informasiyanı 

toplamaq  və  emal  etmək  tələb  olunur.  Milli  domen  adlarının  monitorinqi  problemlərinin 

araşdırılması, qeydiyyatdan keçənlər və veb-saytlar haqqında analitik informasiyaların verilməsi 

DNS-də toplanan qeydiyyat haqqındakı informasiyalardan istifadə etməklə aparıla bilər.  

Virtual  məkanda  Azərbaycana  aid  domen  adları  ilə  bağlı  problemlərin  mövcudluğu, 

onların həlli üçün yeni mexanizmlərin işlənməsini tələb edir. AR-nın maraqlarına aid intellektual 

domen  adları  sisteminin  formalaşdırılması  və  onun  əsasında  uyğun  elmi-analitik  təhlillərin 

aparılması  zəruridir.  Böyük  həcmli  informasiya  massivlərindən  yeni  biliklərin  əldə  edilməsi 




İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36  

 

32                                                                  www.jpit.az 



 

problemini  asanlaşdırmaq  üçün  elmi  üsulların  və  İT-nin  tətbiqi  bu  gün  üçün  böyük  əhəmiyyət 

kəsb  edir.  Lakin  mürəkkəb  predmet  sahələri  fərdi  yanaşma  tələb  edirlər,  onları  formalaşdırmaq  

(riyazi  təsvir  etmək)  çətin  olur.  Belə  məsələlərin  həlli  üçün  müasir  analiz  üsullarından  və 

biliklərin təsviri metodlarından istifadə edilir. Bunun üçün intellektual analiz sistemlərinin və ya 

qərarların qəbul edilməsinə yardım sistemlərinin xüsusi proqram kompleksini işləyib hazırlamaq 

məqsədəuyğundur. 

Domen adlarının sayının kəskin artmasını nəzərə alaraq bazarın belə proqram məhsullarına 

tələbatı çox böyükdür. Məqsəd qeydiyyat verilənlərini daha da səmərəli interpretasiya edən, gizli 

bilikləri  aşkarlayan,  axtarışın  keyfiyyəti  və  imkanları  yüksək  səviyyədə  olan,  funksional 

imkanları  artıran,  qərarların  qəbul  edilməsini  dəstəkləyən  ümumi  təyinatlı  milli  domen  adları 

intellektual  analiz  sistemini  yaratmaqdır  (MDAİAS).  Bu  cür  analiz  sisteminin  yaradılması 

qeydiyyat məlumatlarını effektiv analiz etməyə kömək edə bilər. Sistemin bu xüsusiyyəti domen 

adlarının  bir  sıra  məntiqi  problemlərinin  öhdəsindən  gələ  bilər.  Məsələn,  domen  adlarında 

toplanan  qeydiyyat  məlumatlarını  analiz  etməklə  domen  adı  sahiblərini  qruplaşdıra,  kontentləri 

analiz  etməklə  domen  adının  alınmasında  qeydiyyatçıların  məqsədlərini  təhlil  edə  bilər.  Digər 

tərəfdən  belə  sistemlər  Azərbaycana  aid  domen  adlarının  vəziyyətinin,  domen  adı  sahibləri 

arasındakı  münasibətlərin,  İnternetdə  domen  bazalarının  cari  vəziyyətinin  və  tendensiyasının 

analizini  sadələşdirər.  Domen  adlarının  müxtəlif  məqsədlərlə  istifadəsini  nəzərə  alaraq 

sistemdən,  domen  adı  zəbt  edənlərin  aşkarlanmasında  (kiberskvottinq,  fişinq  və  s.)  dövlətin 

informasiya  təhlükəsizliyinin  təminatı  məsələlərinin  həllində  və  informasiya  müharibəsinin 

qarşısının alınması üçün mübarizə formalarının işlənməsində istifadə oluna bilər. 

İnternetin  doğurduğu  hüquqi  problemlər  “domen”  fəzasında  da  olduğu  üçün  domen 

adlarının hüqüqi tənzimlənməsinə böyük ehtiyac  vardır. Bunu nəzərə  alaraq sistem domen adın 

intellektual  mülkiyyət  sahiblərinə  gətirdiyi  yeni  imkan  və  təhlükələri  üzə  çıxarmaqla,  domen 

adın  qeydiyyatı  sahəsində  olan  nöqsanları,  boşluqları  aşkarlamaqla  qanunvericilik  və 

institusional  islahatlar  aparılmasına,  qaydalarda  düzəlişlərin,  əlavələrin  edilməsinə,  normativ 

hüquqi bazanın daha da təkmilləşdirilməsinə dəstək verə bilər. İnternet şəbəkəsində əmtəə nişanı 

və domen adının hüquqi qarşılıqlı əlaqəsi ilə bağlı hüquqi norma və qaydaların, həmçinin onların 

praktiki tətbiqinin  analizini aparmasına da yardım etmiş olar. Bütün bunlar bu gün üçün aktual 

olan problemlərin üzə çıxarılması, proqnozların verilməsi və daha düzgün qərarların qəbulu üçün 

vacibdir. 

Qərarların qəbul edilməsi zamanı xüsusi yeri predmet sahəsi (domen adı) haqqında biliklər 

tutur.  Qərarların  qəbul  edilməsi  elmi  üsullarla  tamamlanmalı  və  onların  köməyi  ilə 

genişləndirilməlidir.  MDAİAS-ın  yaradılması  elmi-nəzəri  təhlillər  olmadan    mümkün  deyildir. 

Qarşıya qoyulan məsələni nəzərə alaraq VB-yə yığılmış və analiz üçün hazırlanmış verilənlərin 

tam,  səmərəli  istifadəsində  müxtəlif  analiz  üsullarından  istifadə  etmək  olar:  VX  (Data 

Warehouse),  operativ  analitik  emal  (On-line  Analytical  Processing,  OLAP),  verilənlərin 

intellektual  analizi  (VİA,  ingilis  dilində  Data  Mining).  Bu  konsepsiyalar  böyük  həcmli 

informasiya  resurslarının  analizini  həyata  keçirmək  üçün  ən  əlverişli  vasitələrdir.  VX  – 

idarəedici  qərarların  qəbul  edilməsi  prosesini  dəstəkləyən,  inteqrasiya  olunan,  sahə  təmayüllü, 

zamandan  asılı  olan  istiqamətləndirici  verilənlər  yığımıdır.  OLAP  –  idarəedici  qərarların  qəbul 

edilməsini dəstəkləmək məqsədilə onlayn rejimdə verilənlərin operativ, analitik, çoxölçülü emalı 

deməkdir.  OLAP  məhsulları  vasitəsilə  aparılan  analizin  digər  analizlərdən  əsas  fərqi  istifadə 

olunan  verilənlərin  kub  şəklində  təsvir  edilməsi  və  analizin  aqreqatlar  üzərində  aparılmasıdır. 

VİA  verilənlərdə  gizli  qanunauyğunluqların  axtarışına  əsaslanan  qərarların  qəbul  edilməsi 

prosesidir  [14,  15].  Biliklərin  idarə  edilməsi  və  əldə  edilməsi  məqsədi  ilə  VİA-dan  istifadə 

etməklə  xam  verilənlərdə  (ingiliscə  -raw  data)  əvvəl  müəyyən  olmayan,  qeyri-trivial,  praktiki 

faydalı  və  insan  fəaliyyətinin  müxtəlif  sahələrində  qərarların  qəbul  edilməsi  üçün  lazım  olan 

bilikləri üzə çıxarmaq mümkündür.  

Qeyd  etmək  lazımdır  ki,  domen  adlarındakı  qeydiyyat  məlumatlarının  intellektual 



İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36 

 

 



       www.jpit.az                                                                      33 

 

baxımdan  analizi  aparılmamışdır.  Bu  gün  üçün  populyar  olan  VB-dən  biliklərin  aşkarlanması 



(Knowledge  Discovery  in  Databases,  KDD)  metodlarından  istifadə  etməklə  DNS-serverlərdəki 

verilənləri  avtomatik  təsnifatlandırmaq  olar.  MDAİAS-ın  konseptual  modeli  şəkil  1-də 

göstərilmişdir. 

 

 



 

Şəkil 1. Milli domen adları intellektual analiz sisteminin konseptual modeli 

Verilənlər  mənbəyi  müxtəlif  DNS-serverlərin  VB-də  toplanmış  domen  adları  haqqında 

qeydiyyat məlumatlarıdır. İlk olaraq paylanmış VB-dən AR-nın maraqlarına aid domen adlarını 

milli  domen  adları  VB-də  toplamaq  və  verilənləri  normallaşdırılmış  şəklə  gətirmək  lazımdır. 

Bunun  üçün  müxtəlif  əməliyyat  mənbələrindən  (DNS-serverlərdən)  VB-yə  toplanmış  operativ 

verilənlər  təmizlənir,  inteqrasiya  olunur  və  VX-nə  yığılır.  VX-də  verilənlərin  hazırlanması 

texnologiyası bir-biri ilə əlaqəli üç mərhələdən  ibarətdir: 

1. Verilənlərin yığılması (Data Acquisition). 

2. Verilənlərin təmizlənməsi (Data Cleaninq). 

3. Verilənlərin aqreqatlaşdırılması (Data Consolidation). 

Verilənlərin  yığılması  dedikdə,  xarici  mənbələrdən  verilənlərin  ötürülməsinin  təşkili  başa 

düşülür.  Hazır  proqram  məhsullarında  bu  proses  qismən  və  ya  təmamilə  avtomatlaşdırılmışdır. 

İlk növbədə, bu, VB-na malik interfeyslərə aiddir.   

 Verilənlərin təmizlənməsi mərhələsində VX-nə  gətirilmiş verilənlər yoxlanılır, üzə çıxmış 

səhvlər  düzəldilir,  yəni  verilənlər  təmizlənir.  Bu  halda  verilənlərin  modifikasiyası,  “çirkli” 

verilənlərin ləğvi, lazımsız dublikatların kənarlaşdırılması, nəzərdən qaçırılmış verilənlərin bərpa 

edilməsi,  verilənlərin  eyni  formata  gətirilməsi,  lazımsız  simvolların  silinməsi  və  verilənlərin 

tipinin unifikasiyası, onların tamlığının yoxlanılması prosesi həyata keçirilir. VX qurulduqdan və 

məsələnin həlli üçün qurulacaq modellərin tipi təyin olunduqdan sonra qarşıda bu modellər üçün 



MİLLİ DOMEN 

ADLARI  

VB 

İ

NTELLEKTUAL  

ANALİZ  BLOKU 

VERİLƏNLƏR 

XƏZİNƏSİ 

Sorğular 

 

Qaydalar, 



qanunauyğunluqlar 

 

Proqnozlar 



Faktlar 

Biliklər 

2010 

2005 

2000 

1996 

Domen adlarının kök DNS-serverləri 


İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36  

 

34                                                                  www.jpit.az 



 

verilənlərin seçilməsi məsələsi durur. Bu zaman bazada “üç ölçüdə”,  yazıların, sahələrin sayına 

görə və struktura uyğun dəyişmə baş verir. 

Verilənlərin 

aqreqatlaşdırılması 

dedikdə, 

mövcud 

sahələr 


əsasında 

müxtəlif 

münasibətlərin,  intervalların,  qiymətlərin  (min,  max,  orta)  əlavə  edilməsi  nəzərdə  tutulur. 

Xəzinənin  aqreqatlaşmış  verilənlərlə  doldurulması  zamanı  verilənlərin  tranzaksiyalı  verilənlər 

bazasından  və  metaverilənlərin  müvafiq  olaraq  digər  mənbələrdən  seçilməsi  təmin  edilməlidir, 

çünki  aqreqatlaşma  biznes-anlayışda  baş  verir.  Məsələn,  ‘‘axırıncı  rübdə  Y  zonası  üzrə  X 

domeninin satış həcmi’’ adlı aqreqatlaşdırılmış kəmiyyətdə verilmiş müəssisənin biznes-anlayışı 

olan ‘‘domen ’’ və ‘‘zona’’ anlayışları vardır.  

VX-nin  digər  xüsusiyyətlərindən  biri  verilənlərin  xronologiyasını  dəstəkləməsidir,  yəni 

verilənlər  xronoloji  olaraq  strukturlaşdırılır,  analiz  və  proqnozlaşdırmanın  yerinə  yetirilməsi 

üçün  kifayət  olan  tarix  göstərilir.  VX  zaman  keçdikcə  yeniləşir.  Bu  z aman   VX-nin  qarşısına 

yeni tələblər qoyulur. Ən kritik resurs vaxt hesab edilir. Qərarların qəbulunu dəstəkləyən sistemi 

işləyib hazırlamağa başlayarkən kimin, harada, nə vaxt, niyə və necə qərar qəbul edəcəyi, tələb 

olunan sahəyə necə təsir göstərəcəyi nəzərə alınır.  

İntellektual  analiz  blokunda  əvvəlcə  verilənlərin  klasterləşdirilməsi  məsələsinə  baxılır. 

Domen  adlarının  qeydiyyat  verilənləri  əsasən  kateqoriya  verilənlərindən  ibarət  olduğuna  görə 

(onlar  fəzada  nizamlana  bilmirlər)  obyektlərin  klasterləşdirilməsi  üçün  ənənəvi  alqoritmləri 

tətbiq  etmək  səmərəli  deyildir.  Klasterləşdirilmə  –  oxşar  obyektlərin  qruplarda  birləşməsi, 

verilənlərin  analizi  sahəsində  və  VİA-da  fundamental  məsələlərdən  biridir.  Müasir  mərhələdə 

klasterləşdirilmə verilənlərin analizində çox vaxt birinci addım kimi çıxış edir [16]. 

Verilənlər  bazaları  cədvəllərinin  çox  ölçülülüyü  (min  sahə)  və  böyük  həcmi  (yüz  min  və 

milyon  yazı),  kateqoriya  verilənləri  arasında  məsafənin  hesablanması  üçün  metrikanın 

verilməsinin  mürəkkəbliyi,  böyük  yazı  massivlərində  alqoritmin  hər  iterasiyasında  obyektlər 

arasındakı  məsafənin  cüt-cüt  müqayisəsi  zamanı  çox  aşağı  məhsuldarlıq,  bəzən  isə  hətta  tətbiq 

oluna  bilinməməsi  kateqoriya  verilənlərinin  miqyaslanan  klasterləşdirmə  alqoritmlərinin 

tətbiqini tələb edir [17]. 

İntellektual analiz blokunda ilkin addım kimi istənilən kateqoriya massivlərinin klasterlərə 

bölünməsi  nəzərdə  tutulur.  Klasterləşdirmə  mərhələsi  qurtardıqdan  sonra  klasterləşdirilmiş 

qeydiyyat  verilənlərinin  intellektual  analizinin  həyata  keçirilməsi  mərhələsinə  baxılır.  Böyük 

həcmli  verilənlərdən  avtomatik  olaraq  yeni  qanunauyğunluqların  tapılmasında  VİA 

metodlarından (assosativ qaydalar, qərarlar ağacı, produksion qaydalar, klasterləşmə, təsnifat və 

s.)  istifadə  etməklə  lazımi  nəticələr  almaq  olar.  VİA  metodlarının  çoxluğuna  baxmayaraq, 

prioritet  tədricən  daha  çox  If  –  Then  qaydaları  verilənlərində  axtarışın  məntiqi  alqoritmlərinə 

tərəf  yönəlir.  Onların  köməyi  ilə  proqnozlaşdırma,  təsnifat,  obrazların  tanınması,  VB-nin 

seqmentləşdirilməsi, verilənlərdə gizli biliklərin çıxarılması, verilənlərin interpretasiyası, VB-də 

assosasiyaların  qurulması  və  s.  məsələləri  həll  etmək  olar.  Belə  alqoritmlərin  nəticələri 

effektivdir və asan interpretasiya olunur.  

Beləliklə,  intellektual  analiz  domen  sahəsində  proqnozların,  operativ,  səmərəli,  analitik 

qərarların  verilməsi,  real  vəziyyətin  qiymətləndirilməsinə  və  s.  kimi  məsələlərin  həllinə  səbəb 

ola  bilər.  Nəticədə,  domen  adlarının  qeydiyyat  məlumatlarının  intellektual  analizi  əsasında 

idarəedici qərarlar qəbul ediləcəkdir. 

Nəticə 

Məqalədə 

AR-nın 

maraqları 



ilə 

bağlı 


intellektual 

domen 


adları 

sisteminin 

formalaşdırılması  və  onun  əsasında  uyğun  elmi-nəzəri  problemlərin  araşdırılması  üçün  VİA 

metodlarından  istifadə  etmək  təklif  olunub.  VİA-nın  metodlarından  istifadə  etməklə  modellər 

qurmaq  və  bunun  əsasında  verilənlər  arasındakı  gizli  əlaqələri  tapmaqla  faydalı  olan  lazımi 

bilikləri əldə etmək mümkündür. 




İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36 

 

 



       www.jpit.az                                                                      35 

 

Məqalədə  domen  adlarının  böyük  həcmli  qeydiyyat  verilənlərinin  VX-də  emalı,  bu 



verilənlərin  klasterləşdirilməsi  və  yeni  biliklərin  əldə  edilməsi  metodları  göstərilib.  İşdə  domen 

adlarındakı  qeydiyyat  məlumatları  əsasında  statistik,  analitik,  intellektual,  elmi-metodik 

təhlillərin  aparılması  nəzərdə  tutulur.  Aparılmış  araşdırmaların  nəticələri  əsasında  domen  adları 

üzrə  qərarların  qəbul  edilməsini  dəstəkləyən  intellektual  analiz  sisteminin  yaradılması  nəzərdə 

tutulur. 

Ə

dəbiyyat 

1.   Серго А.Г. Доменные имена. М:. «Бестселлер», 2006, 368 с. 

2.    Кравченко  В.  Домен  –  не  адрес,  а  средство  индивидуализации  //Интеллектуальная    

собственность, 2001, № 2, c. 66–70.  

3.  Федоренко  Н.В.,  Пархоменко  П.Н.,  Пархоменко  Н.Г.  Особенности  адресной 

организации  сети  Интернет  и  арбитражные  споры  вокруг  доменных  имен  //Защита 

информации. Конфидент, 2004, №4, c. 12–14. 

4.    Benjamin  D.  G.  The  new  thing,  uniform  domain-name  dispute-resolution  policy  of  the 

Internet  Corporation  for  Assigned  Names  and  Numbers  //The  Journal  of  World  Intellectual 

Property, 2000, v. 3, no. 4, pp. 525–554. 

5.   Cabell D., Foreign Domain Name Disputes 2000 //The Computer & Internet Lawyer, 2000, 

v. 17, no. 10, pp. 5–17.  

6.    Наумов  В.Б.  Споры,  связанные  с  нарушением  прав  на  объекты  интеллектуальной 

собственности в сети Интернет //Арбитражные споры, 2001, №1(13), c. 81–88. 

7.    Massey D., Denning D. E. Guest Editors' Introduction: Securing the Domain Name System  

//IEEE Security and Privacy, 2009, v. 7, no. 5, pp. 11–13. 

8.    Osterweil  E.,  Zhang  L.  Inter-administrative  challenges  in  managing  DNSKEYs  //IEEE 

Security and Privacy, 2009, v. 7, no 5, pp. 44–51. 

9.    Chandramouli  R.,  Rose  S.  Open  issues  in  secure  DNS  deployment  //IEEE  Security  and 

Privacy, 2009, v. 7, no. 5, pp. 29–35. 

10. Stacey K.H. The "Law that it deems applicable": ICANN, dispute resolution and the problem 

of Cybersquatting //Hastings Communications and Entertainment Law Journal, 2000, v. 22, 

no. 3/4, pp. 453.  

11.    Edelman  S.  Cybersquatting  claims  take  center  stage  //Computer  &  Internet  Lawyer,  2001, 

no.1, pp. 1–6.  

12.    Zittrain  J.,  Edelman  B.  Internet  filtering  in  China  //IEEE  Internet  Computing,  2003,  v.  7,    

no. 2, pp. 70–77. 

13. Венедрюхин А.А. Доменные войны. CПб.: Питер, 2009, 224 c. 

14.  Əliquliyev  R.M.,  Qasımova  R.T.,  Ələkbərova  İ.Y.  Qərarların  qəbul  edilməsini  dəstəkləyən 

müasir  konsepsiyalar  haqqında  //AMEA-nın  Xəbərləri,  fizika-riyaziyyat  və  texnika  elmləri 

seriyası, №2, 2005, s. 70

75. 



15. Əliquliyev R.M., Qasımova R.T., Ələkbərova İ.Y. Çoxölçülü analitik sistemlərdə mürəkkəb 

sorğuların  realizasiyası  məsələlərinin  analizi  /PCİ-2006  “Kibernetika  və  informatika 

problemləri”, Beynəlxalq elmi konfransı, cild 2, 2006, s. 71

72. 



16. Дюк В., Самойленко А. Data Mining: Учебный курс. – СПб: Питер, 2001, 368 с. 

17.  Yang,  Y.,  Guan,  H.,  You.  J.  CLOPE:  A  fast  and  effective  clustering  algorithm  for 

transactional  Data  /  Proceedings  of  the  eighth  ACM  SIGKDD  International  Conference  on 

Knowledge  Discovery  and  Data  Mining  KDD  '02,  July  23

26,  2002,  Edmonton,  Alberta, 



Canada, pp. 682

687. 



 


İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36  

 

36                                                                  www.jpit.az 



 

УДК

 004.89 

Алгулиев

 Расим М.

1

Касумова Рена Т.



2

 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

1

director@iit.ab.az



2

depart1@iit.ab.az



 

Создание

 интеллектуальной системы анализа национальных доменных имен 

Статья  посвящена  задаче  создания  интеллектуальной  системы  доменных  имен  согласно 

интересам  Азербайджанской  Республики.  Исследованы  существующая  обстановка  и 

проблемы 

в 

этой 


области, 

обоснована 

необходимость 

создания 

системы 

интеллектуального 

анализа, 

поддерживающей 

принятие 

решений. 

Разработана 

архитектурная схема интеллектуальной системы и изложена реализация этой задачи.  



Ключевые

  слова:  домен,  система  доменных  имен,  администратор,  регистратор, 

регистрант, 

кластеризация, 

категорийные 

данные, 

хранилище 

данных, 

интеллектуальный анализ данных. 

 

Rasim M. Аlguliev

1

Rena T. Gasimova



2

 

 

Institute of  Information Technology ANAS, Baku, Azerbaijan 

1

director@iit.ab.az



2

depart1@iit.ab.az



 

Creation of intellectual analysing system of national domain names 

The article is devoted to creation of intellectual system of domain names due to the interests of 

the  Republic  of  Azerbaijan.  The  circumstance  and  problems  in  this  area  are  investigated, 

necessity  of  creation  of  intellectual  analysing  sytem  for  taking  decisions  proved.  The 

architectural  scheme  of  intellectual  system  is  developed  and  stated  the  realization  of  this 

problem.  



Key words: domain, domain name system, administrator, registrar, registrant, clustering, 

categorical data, data warehouse, Data Mining. 

Yüklə 107,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə