“525-ci qəzet”. 009. noyabr. N. 206. S azərbaycan İslam Konfransı Təşkilatının fəal üzvü kimi Elman Araslı



Yüklə 134,14 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü134,14 Kb.
#76952


“525-ci qəzet”.-2009.-6 noyabr.-N.206.-S.4.

Azərbaycan İslam Konfransı Təşkilatının fəal üzvü kimi

Elman Araslı

İSLAM KONFRANSI TƏŞKİLATININ YARANMASINDAN 40 İL ÖTÜR

Ölkəmizin  İslam  ölkələri  ilə  qarşılıqlı münasibətlərində  1969-cu  ildə  Səudiyyə  Ərəbistanının  təşəbbüsü  ilə

yaradılan, müsəlman dövlətlərinin daha böyük və təsiredici qüvvəyə malik beynəlxalq birliyi olan İslam Konfransı

Təşkilatı mühüm yer tutur. Bu təşkilatla əlaqələr hələ sovet hakimiyyəti  illərində Qafqaz Müsəlmanları İdarəsinin

sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin səyi ilə  yaradılmışdı.  SSRİ-nin dağılmasından  sonra,  1991-ci  ilin

dekabrında, müstəqillik qazanmış yeni dövlətlər arasından Azərbaycan Respublikası İKT-yə üzvlük statusunu əldə

edən ilk ölkə olmuşdu. Bu təşkilatda 1994-cü ildən 2006-cı ilədək ölkəmizin daimi nümayəndəsi olmaq şərəfi mənə

nəsib oldu. Mənim bu vəzifəyə təyin edilməyimin məntiqi tərəfi var idi. Belə ki, İKT-nin mənzil-qərargahı Ciddədə

yerləşir, mən isə Azərbaycanın səfiri qismində Səudiyyə Ərəbistanında akkreditə olmuşdum. 

İKT-yə  daxil  olmaq  və  onunla  əməkdaşlığı  möhkəmləndirmək  xarici  siyasətimizdə  İslam  amilinin

gücləndirilməsi  zərurəti  ilə  bağlı idi.  Bu  vaxtlarda  bəzi  müsəlman  dövlətləri  ilə,  eyni  zamanda  İslam  maliyyə  və

xeyriyyəçi  təşkilatları  ilə  əlaqələr  artıq  qurulmuşdu  və  inkişaf  etməyə  başlayırdı.  Azərbaycan  bu  əlaqələrin

möhkəmləndirilməsində  maraqlı  idi.  Bu  istiqamətdə  işin  gücləndirilməsi  üçün  böyük  tələbatlar  var  idi.  İKT-yə

üzvlük isə bunun üçün əlavə imkanlar yaradırdı. 

Bundan  başqa,  Ermənistan-Azərbaycan  münaqişəsində  ölkəmizin  dəstəklənməsi  istiqamətində  müsəlman

cəmiyyətində  ictimai  fikrin  formalaşması  üçün  səylərin  artırılmasına  zərurət  var  idi.  Ermənistan  Yaxın  Şərq

ölkələrində  öz  diasporalarından  və  bu  kimi  digər  kanalların  imkanlarından  istifadə  edərək  İslam  ölkələri  ilə

münasibətləri  qaydaya  salmaq  üçün  böyük  səy  göstərirdi  (bu  səylər  belə  fəallıqla  indi  də  davam  edir).  İKT-nin

Ermənistan-Azərbaycan  münaqişəsinə  dair  mövqeyinin  ermənilərin  xeyrinə  dəyişməsi  üçün  çoxsaylı  təşəbbüslər

göstərilmişdi. Belə hərəkətlər tərəfimizdən onların qarşısını alacaq önləyici tədbirlərin görülməsini tələb edirdi.

İslam  ölkələri  ilə  münasibətlərin  inkişafına  təsir  edən  ən  önəmli  hadisə,  sözsüz  ki,  İslam  dövlətləri  ilə

əməkdaşlığın  möhkəmləndirilməsinə  böyük  önəm  verən  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin

1994-cü  ilin  iyulunda  Səudiyyə  Ərəbistanına  tarixi  səfəri  olmuşdu.  Dövlət  başçımızın  İslam  cəmiyyətinin  aparıcı

ölkəsinə  səfəri,  onun  İslamın  iki  müqəddəs  şəhərinin  Himayədarı  kral  Fahdom  ben  Abdel  Əziz  ilə  səmərəli

danışıqları,  ümrə  ziyarətinin  həyata  keçirilməsi  xalqımızın  islam  dünyasına  mənsubiyyətini  və  Azərbaycan

rəhbərliyinin müsəlman dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinə dair iradəsini nümayiş etdirmişdi. 

İKT-nin  fəaliyyətini  səciyyələndirərkən,  prezident  Heydər  Əliyev  dünyada  sülhün,  təhlükəsizliyin  və

sabitliyin  təmin  edilməsində  bu  təşkilatın  böyük  xidmətlərini  dəfələrlə  qeyd  etmiş,  ölkəmizin  İKT  ilə

əməkdaşlığının  möhkəmləndirilməsinin  əhəmiyyətini  vurğulamışdı.  O,  İKT-nin  Kasablankada  (1994-cü  il)  və

Tehranda  (1997-ci  il)  keçirilən  sammitlərinin  iştirakçısı  olmuş,  dəfələrlə  Bakıda  bu  təşkilatın  rəhbərlərini  qəbul

edərək islam dünyasının ən mühüm problemlərini müzakirə etmişdi.

40 il ərzində İKT müsəlman ölkələrinin ən nüfuzlu beynəlxalq təşkilatına çevrilib. Bu gün o, 1.2 mlrd. əhalisi

olan 57 ölkəni birləşdirir. Bundan əlavə 11 dövlət və siyasi hərəkat təşkilatda müşahidəçi qismində təmsil olunurlar.

İKT-nin  beynəlxalq  terrorizmə  qarşı  mübarizə,  sivilizasiyalar  arasında  dialoqun  həyata  keçirilməsi,  insan

hüquqlarına nəzarət və demokratik dəyişikliklərin aparılması kimi aktual məsələlərin, həmçinin bəşəriyyəti narahat

edən digər problemlərin həllində fəal iştirakı, təşkilatın  məqsəd  və  təcrübəsini  əhəmiyyətli  dərəcədə  dəyişdirərək,

beynəlxalq nüfuzunu artırıb.

İslam Konfransı Təşkilatı 1976-cı ildən BMT-də müşahidəçi statusuna malikdir. O, ATƏT, Avropa Birliyi və

digər  Avropa  qurumları  ilə  konstruktiv  əlaqələr  yaratmış,  həmçinin  Ərəb  Dövlətləri  Liqası,  Afrika  Birliyi,

Qoşulmamaq Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir.

Son  illər  İKT-nin  fəaliyyətinə  bütün  dünyada  marağın  artması  müşahidə  olunur.  Məhz  Rusiyanın  bu  təşkilatda

müşahidəçi statusunu almaq cəhdləri və Amerika Administrasiyasının ABŞ-ın İKT-də xüsusi nümayəndəsinin təyin

edilməsi qərarı ilə bunu izah etmək olar.

Son  illərdə  təşkilatın  öz  daxilində  üzv  dövlətlər  arasında  əməkdaşlığın  genişləndirilməsi  və  müsəlman

cəmiyyətinin  beynəlxalq  mövqelərinin  möhkəmləndirilməsi  məqsədi  ilə  İKT-nin  fəaliyyətinin  təkmilləşdirilməsi

istiqamətində  (maliyyə  təminatının  yaxşılaşdırılması,  struktur  dəyişikliklərinin  aparılması,  təşkilatın  işinin  stil  və

metodlarının  mükəmməlləşdirilməsi,  idarə  heyətinin  seçilməsi  proseduralarının  demokratikləşdirilməsi)  bəzi

layihələr həyata keçirilib. 2005-ci ildə Məkkədə keçirilən növbədənkənar sammitdə yeni vəzifələrin reallaşdırılması

məqsədi  ilə  İKT-nin  onillik  planı  qəbul  edilib,  Dakar  (Seneqal,  2008-ci  il)  müşavirəsində  təşkilatın  yeni

nizamnaməsi qəbul olunub. 

İKT-nin  tərkibində  təşkilatın  fəaliyyətini  təmin  etmək  üçün  çoxşaxəli  ixtisaslaşmış  strukturlar  şəbəkəsi

fəaliyyət  göstərir:  İslam  Həmrəyliyi  Fondu,  təhsil,  elm  və  mədəniyyət  üzrə  İslam  təşkilatı,  elmi  araşdırmalar

Mərkəzi,  İslam  tarixini,  mədəniyyətini  və  incəsənətini  araşdırmalar  Mərkəzi,  İslam  Fikx  Akademiyası  (İslam



hüququ), İqtisadi araşdırmalar Mərkəzi, Ticarət inkişafının İslam Mərkəzi, Beynəlxalq İslam İnformasiya Agentliyi,

İslam Radioverilişləri Təşkilatı və sair.

Bundan  əlavə,  İKT-nin  birbaşa  əlaqə  saxladığı çoxlu  sayda  qeyri-hökumət  təşkilatları var.  Onların  sırasına

BMT nəzdində məsləhətçi statusuna malik olan Ümumdünya İslam Konqresini (ÜİK), EKOSOS-un birinci dərəcəli

müşahidəçi statusunu almış, həmçinin UNESCO və UNİSEF-in tərkibinə daxil olmuş Ümumdünya İslam Liqasını,

Ümumdünya İslam Gəncləri Təşkilatını və digərlərini aid etmək olar. Bu qurumlar İslam dünyasında ictimai fikrin

formalaşmasında əhəmiyyətli rol oynayırlar və qərb ölkələrin ictimai dairələri ilə əlaqələrə malikdirlər. 

Azərbaycanın  İKT  ilə  əməkdaşlığının  əhəmiyyəti  hər  şeydən  əvvəl  Azərbaycan  Respublikasının  xarici

siyasətinin  ən  prioritet  məsələsi  olan  və  nizama  salınması  tələb  edilən  Ermənistan-Azərbaycan  münaqişəsində

təşkilatın  verdiyi  dəstəkdən  ibarətdir.  Bununla  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  diplomatiyası  İKT

çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair vahid baxış formalaşdırmağa nail olub. 

Xarici  İşlər  Nazirlərinin  sammitlərində,  konfranslarda  və  təşkilatın  digər  tədbirlərində  bu  problemə  aid  üç

fundamental  qətnamə  qəbul  edilib:  “Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı  təcavüzünə

dair”,  “Azərbaycan  Respublikası  ərazilərinə  Ermənistan  Respublikasının  təcavüzü  nəticəsində  tarixi  və  mədəni

abidələrin məhv edilməsinə dair” və “Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsinə dair”.

İKT  Ermənistanı təcavüzkar  kimi  tanıyır,  işğal  edilmiş  Azərbaycan  ərazilərinin  dərhal  və  qeyd-şərtsiz  azad

edilməsini  və  respublikamızın  ərazi  bütövlüyünün  bərpasını  tələb  edir.  İKT-nin  Baş  Katibliyi  müntəzəm  olaraq,

ölkəmizin  qanuni  hüquqlarını  dəstəkləyən  və  işğal  olunmuş  Azərbaycan  torpaqlarında  ermənilərin  qeyri-qanuni

hərəkətlərini ifşa edən siyasi bəyanatlarla çıxış edir. Hər dəfə buna ehtiyac olanda, İKT-nin Baş Katibliyi təşkilatın

üzvlərinə müraciət  edir və BMT-in Baş Assambleyasının sessiyalarında və beynəlxalq birliyin digər  forumlarında

Azərbaycanın  təşəbbüslərinin  dəstəklənməsi  istiqamətində  müvafiq  işin  aparılmasına  dair  BMT-dəki

nümayəndəsinə  müəyyən  göstərişlər  verir.  Belə  təşəbbüslərin  effektivliyi  BMT-nin  Baş  Assambleyasında

“Azərbaycanın  işğal  olunmuş  torpaqlarındakı vəziyyətə  dair”  məsələsinə  baxılarkən  bir  daha  öz  təsdiqini  tapıb.

Məlum  olduğu  kimi,  ölkəmizin  təşəbbüsünü  dəstəkləyən  dövlətlərin  əksəriyyəti  İKT-nin  üzvləri  olub.  İslam

İnformasiya  Agentliyi  Dağlıq  Qarabağ  problemi  ilə  bağlı  təbliğat-təşviqat  xarakterli  məlumatların  yayılmasında

müntəzəm iş aparır. 

Həmçinin  İKT  ilə  əməkdaşlığımız  tərkib  hissəsinə  İslam  dövlətləri  və  beynəlxalq  təşkilatlar  tərəfindən

Azərbaycana  maliyyə  və  humanitar  yardımın  göstərilməsi  də  daxildir.  Uzun  müddətdir  ki,  ölkəmiz  sosial-iqtisadi

inkişaf  layihələrimizin  reallaşdırılmasında  iştirak  edən  İslam  ölkələrinin  müxtəlif  maliyyə  qurumları, ərəb  inkişaf

fondları  və  İslam  İnkişaf  Bankı  ilə  sıx  əlaqələr  saxlayır.  İslam  xeyriyyə  cəmiyyətlərinin  ölkəmizdə  qaçqın  və

məcburi  köçkünlərə  humanitar  yardımını  xüsusilə  qeyd  etmək  lazımdır.  Bu  köməyin  hüquqi  və  siyasi  əsasını

İKT-nin “Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi haqqında” adlı mötəbər qətnaməsi təşkil edir.

Diqqəti İKT-nin effektivliyinin aşağı olması və onun sırf dini təşkilat kimi təsvir edən mövcud yanlış fikirlərə

yönəltmək  istərdim.  Əfsuslar  olsun  ki,  bu  yalnış  təsəvvür  mətbuatımızda  da  tez-tez  öz  əksini  tapır.  Bununla

əlaqədar bir daha qeyd etmək lazımdır ki, İKT beynəlxalq hökumətlərarası təşkilatdır, buna görə də onun fəaliyyəti

rəsmi  yanaşma  ilə,  harada  dövlət  praqmatizmi  konfessional  təfəkkürdən  üstün  tutulur,  ciddi  şəkildə  nizamlanır.

Qeyd  etmək  vacibdir  ki,  bu  beynəlxalq  təşkilatın  islam  birliyi  üzərində  qurulmasına  baxmayaraq,  müsəlman

dünyasının praqmatik qanadı onun dünyəvi xarakterini qoruyub saxlamaqla (İKT-yə daxil olan ölkələrin üçdə biri

dünyəvi dövlətdir) təşkilatın fəaliyyətini dünyanın digər ölkələri ilə dini-siyasi qarşıdurmadan, İslam cəmiyyətinin

xüsusiyyətləri  nəzərə  alınmaqla  inkişaf  edən  ölkələrin  maraqlarının  Şimal-Cənub  oxu  üzrə  müdafiə  olunmasına

yönəltmişlər. 

“İslam  həmrəyliyi”ni  bütün  qeyri-müsəlman  ölkələrini  təhdid  edən  “tarixi  atavizm”  kimi  xarakterizə  edən

fikirlərlə  də  razılaşmaq  olmaz.  Bu  gün  “İslam  həmrəyliyi”  müsbət  məna  kəsb  edir.  Bu,  dünya  ictimaiyyətinin

qeyri-müsəlman  hissəsinə  qarşı yönəlməyib  və  konsolidasiyanı dini-konfessional  əsasda  nəzərdə  tutmaqla  yanaşı,

qlobal müstəvidə xoşməramlı məqsədlərə nail olmaq üçün geniş və konstruktiv əməkdaşlığa hesablanıb.

Yekunda  qeyd  etmək  istərdim  ki,  son  illər  Azərbaycan  İKT  ilə  əlaqələrini  əhəmiyyətli  dərəcədə

aktivləşdirmiş  və  təşkilat  ilə  əməkdaşlıq  sahələrini  genişləndirib.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham

Əliyev 2005-ci ildə Məkkədə İKT-nin növbədənkənar sammitində iştirak etmiş və dəfələrlə baş katib E. İhsanoğlu

ilə görüşüb. Ölkəmiz təşkilatın yeni vəzifələrinə uyğun olaraq, İKT-nin işinin yenidən qurulmasına istiqamətlənmiş

bütün təşəbbüsləri dəstəkləmiş və təşkilatın fəaliyyətinin effektivliyinin artırılması ilə bağlı bir sıra təkliflərlə çıxış

edib.  Bu  istiqamətdə  əhəmiyyətli  tədbir  kimi  2006-cı ildə  Bakıda  keçirilmiş  İKT-yə  üzv  dövlətlərin  Xarici  İşlər

nazirlərinin 33-cü konfransı və orada respublikamızın başçısının çıxışını göstərmək olar.

Əlbəttə,  İKT  ilə  əsas  iş  xarici  siyasi  qurum  vasitəsilə  həyata  keçirilir.  Bununla  əlaqədar,  ölkəmizin

maraqlarını uğurla təmin edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin fəal işini qeyd etmək istərdim.

İKT  və  onun  ixtisaslaşmış  təşkilatları  ilə  əməkdaşlığa  digər  dövlət,  qeyri-dövlət  strukturları  da  –  Milli  Məclis,

Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev adına Fond – cəlb olunub. Son vaxtlar

Azərbaycanda  islam  ölkələrinin  Mədəniyyət  və  Turizm  nazirlərinin  konfransı keçirilib.  Bakı şəhəri  cari  il  üçün

İslam  mədəniyyətinin  paytaxtı  elan  olunub.  Bununla  əlaqədar,  ölkəmizdə  Mərakeş,  İordaniya  və  Misirin

mədəniyyət  günləri  və həftəsi, İslam mədəniyyəti, incəsənəti  və digər  məsələlər  üzrə  elmi  simpoziumlar  keçirilib.

Cari  ilin  noyabr  ayında  isə  paytaxtımızda  İKT-nin  40  illik  yubileyinə  həsr  olunmuş  “Sivilizasiyalararası dialoq:




Azərbaycandan baxış” beynəlxalq konfrans baş tutacaq. 

Konfransın iştirakçılarına və təşkilatçılarına ən səmimi arzularımı ifadə edərək, Azərbaycan Respublikasının

paytaxtı  Bakı  şəhərini  2014-cü  ildə  dövlət  və  hökumət  başçılarının  konfransının  keçirilməsi  üçün  yer  kimi  və

İKT-nin  rəhbər  işçilərinin  növbəti  seçkilərində  təşkilatın  Baş  Katibinin  müavini  postuna  ölkəmizin  namizədinin



irəli sürülməsini təklif edirəm. 

Elman ARASLI, 

Azərbaycan Respublikasının İordaniya və İraqdakı səfiri 

Yüklə 134,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə