6 dekabr 2016-cı il, çərşənbə axşamı 6



Yüklə 89.63 Kb.

tarix08.08.2018
ölçüsü89.63 Kb.


6 dekabr 2016-cı il, çərşənbə axşamı

6

 

ˆ

Böyük təbib və filosof Əbu Əli İbn Sina 



demişdir: “Mən çox istərdim ki, biləm: mən kiməm 

və bu dünyada nə axtarıram?” Bu sualı bütün zəka 

sahibləri həmişə özlərinə verirlər. Bu sualın cavabı 

geniş dünyagörüşünə sahib olan şəxsiyyətlərin daxili 

aləmlərində, mənəviyyatında, yaradıcılığında öz 

təcəssümünü tapır. AMEA-nın müxbir üzvü, Əməkdar 

elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil 

Əliyev belə zəka sahiblərindən idi. Doxsan illik yubileyi 

ərəfəsində aramızda olmadığı bir zamanda onun 

haqqında yazmaq, sözsüz ki, çox çətindir. Bu çətinlik 

onun cismani yoxluğu ilə əlaqədar olsa da, bu böyük 

insanın yaratdıqları, iqtisad elmi sahəsində zəngin 

fikirləri ilə bağlı mülahizə və ideyaları bu gün də çox 

dəyərli və əhəmiyyətlidir. Bu dəyərləri qiymətləndirmək 

heç də asan deyil.

Milli Elmlər Akademiyası-

nın müxbir üzvü, Əməkdar elm 

xadimi, iqtisad elmləri dokto-

ru, professor Aqil Əlirza oğlu 

Əliyev, sözün əsl mənasında, 

ziyalı idi. Aqil müəllimin ziyalı-

lığı xalqımızın əsrlərdən bəri yol 

yoldaşı olan mənəviyyatımızı, 

ədəb-ərkanımızı qoruyub saxla-

maqda, onu intellektin işığında 

həmişə uca tutmaqdadır. 

Aqil Əlirza oğlu Əliyev 

1926-cı il dekabrın 10-da 

Vətənimizin ən qədim diyarla-

rından biri olan Naxçıvanda ana-

dan olmuşdur. Atası Əlirza Cəfər 

oğlu Əliyev 1943-cü ildə Nax-

çıvan şəhərində vəfat etmişdir. 

Atasının vəfatından sonra ailənin 

bütün ağırlığı yeniyetmə Aqil 

Əliyevin üzərinə düşmüşdür. 

Müharibə illərində arxa cəbhədə 

çalışaraq çətinliklə ailə üzvlərinə 

kömək edərdi. Anası İzzət xanım 

sadə bir evdar qadın kimi, öz 

övladlarının təhsilli olmalarına 

çox üstünlük verərdi. Namaz 

qılıb oruc tutan ananın ümdə ar-

zusu övladlarını təhsilli görmək 

idi. O, Məhəmməd peyğəmbərin 

(s.) beşikdən qəbrədək elm 

öyrənməyi müsəlmanlara tövsiyə 

edən sözlərini övladlarına xatır-

ladırdı. Həzrət Əli (ə.) demişdir: 

“Elm zənginlər üçün bəzək, 

kasıblar üçün zənginlikdir”. 

Onun övladlarına tez-tez çəkdiyi 

bu cür misallar öz bəhrəsini 

verməyə bilməzdi. Odur ki, Aqil 

Əliyev 1946-cı ildə Bakı Dövlət 

Universitetinə daxil olmuş və 

1951-ci ildə oranı bitirmişdir. 

1953-cü ilə qədər Azərbaycan 

EA-nın Tarix İnstitutunda elmi 

işçi vəzifəsində çalışmışdır.

Onun iqtisad elminə və 

pedaqoji fəaliyyətə böyük 

marağı olduğundan 1953-cü ilin 

may ayında Azərbaycan Tibb 

Universitetinin siyasi iqtisad 

kafedrasında əmək fəaliyyətinə 

başlamışdır. Ömrünün sonuna 

qədər, yəni 53 il müddətində 

həmin universitetin siyasi iqtisad 

kafedrasında müəllim, dosent, 

professor və kafedra müdiri 

vəzifələrində çalışmışdır.

Aqil Əliyev 1970-ci ildə 

“Şəhər və kənd əhalisinin 

həyat səviyyəsinin bir-birinə 

yaxınlaşması problemləri” 

mövzusunda namizədlik 

dissertasiyası müdafiə edərək 

iqtisad elmlər namizədi alimlik 

dərəcəsi almış, 1973-cü ildə 

dosent vəzifəsinə, 1979-cu ildə 

professor vəzifəsinə seçilmişdir. 

O, 1982-ci ildə “Şəxsi istehlakın 

iqtisadi problemləri” mövzu-

sunda doktorluq dissertasiyası 

müdafiə edərək iqtisad elmləri 

doktoru alimlik dərəcəsinə layiq 

görülmüşdür.

A.Əliyevin elmi-pedaqoji 

fəaliyyəti, xidmətləri ayrı-ayrı 

dövrlərdə dövlətimiz tərəfindən 

layiqincə qiymətləndirilmişdir. 

O, 1982-ci ildə Əməkdar elm 

xadimi fəxri adına, “Şöhrət” 

və “Qırmızı Əmək Bayra-

ğı” ordenlərinə, çoxlu say-

da medal, fəxri fərman və 

təşəkkürnamələrə layiq görül-

müşdür.

Aqil Əliyev 190-dan artıq 



elmi əsərin, o cümlədən 32 

monoqrafiya və kitabın müəllifi 

olmuşdur. Çoxsaylı elmlər 

namizədi və elmlər doktorunun 

yetişməsində əvəzsiz xidmətlər 

göstərmişdir.

Azərbaycanda ilk dəfə 

olaraq “Şəxsi istehlakın 

iqtisadiyyatı və problemləri”, 

“Aqrar iqtisadiyyatın aktual 

problemləri”, “Kənd əhalisinin 

həyat səviyyəsinin yüksəldilməsi 

problemləri” və digər sanballı 

monoqrafiyaların müəllifidir.

Aqil müəllimin bir alim 

kimi qoyub getdiyi elmi-peda-

qoji irsini bir  məqalədə əhatə 

etmək çətindir. Lakin o, elmi 

ideyaları, bilavasitə praktikaya 

tətbiq edən bir alim kimi xalqı-

mızın tarixində özünəməxsus 

yer tutur.

Ulu öndərimiz Heydər 

Əliyevin sözləri ilə desək: 

“Hər bir alim qiymətlidir. 

Ancaq nəzəriyyəni təcrübə ilə 

birləşdirən, fikirlərini tətbiq 

edə bilən və onlardan əməli 

nəticə götürə bilən, cəmiyyətə

ölkəyə, xalqa konkret fay-

da gətirən insanlar alimlərin 

sırasında xüsusi yer tutur”. Belə 

zəka sahiblərindən biri də Aqil 

müəllim olmuşdur.

Aqil müəllim zəngin elmi-

pedaqoji təcrübəsi, natiqliyi, 

əməldə fəzilətliyi və xeyirxah-

lığı, fəaliyyətdə mübarizliyi 

və tükənməz səbri sayəsində 

insanlıq zirvəsini fəth etmişdir. 

Bu zirvə yalnız müdrik insanlara 

nəsib ola bilər.

Aqil müəllim bir çoxları-

nın dərdinə çarə tapan, işinə 

yarayan insan idi. O, insanın 

düşüncəsinin aydınlığını, 

şəffaflığını, saflığını sevən idi. 

O, heç kəsə ağır söz deməz, ya-

raya köz basmazdı. Yaxşı bilirdi 

ki, tikanlı söz qəlbi qırır, sındırır, 

insanın ruhi aləmini zədələyir.

Aqil müəllim sözünün 

qədir– qiymətini bilən idi, sözü 

zərgər dəqiqliyi ilə seçər, onu 

hədəfə vurardı. O, sözünün 

ağası idi, sözü ilə əməli həmişə 

üst-üstə düşürdü. İllər keçir, 

zaman dəyişir, çoxları zamana 

uyğun hərəkət etməyə çalışır, 

o isə dəyişməz idi. Ona görə 

də o, daim qərarlı, sakit, iradəli 

və seçmək qabiliyyətinə malik, 

seçdiyini sevən, ona  vurulan, 

ona tapınan bir insan idi.  Aqil 

müəllim hadisələri saf-çürük 

etməyi, onun səbəblərini aşkara 

çıxarmağı, çevik hərəkətlə ona 

cavab verməyi bacaran bir zi-

yalı idi. Bu çeviklik ona həmişə 

cəsarət, güc, şərəf gətirirdi. 

Aqil müəllim sadə, təbii 

bir insan idi. Onun şəxsiyyəti 

haqqında o qədər maraqlı faktlar 

var ki, bəzən bilmirsən hansını 

deyəsən, hansını yazasan. Aqil 

Əliyev xeyirxahlığı, prinsipi-

allığı və mərhəmətliyi özündə 

təcəssüm etdirən nurlu bir 

sima idi. Xalqımızın ən gözəl 

xüsusiyyətləri olan insana 

yaxşılıq etmək, qayğı göstərmək 

Aqil müəllimin əqidə manifesti, 

həyat devizi idi. O, insanlara 

qayğı göstərirdi, onların işinə 

yarayırdı. Bu, onun həyatını 

mənalandırırdı, dəyərini, 

qiymətini yüksəldirdi. Aqil 

müəllim, sözün əsl mənasında, 

bir çox insanlar üçün ümid yeri 

idi. N.Tusinin belə bir fikrini 

yada salmaq çox yerinə düşür: 

“Başqasına etdiyin yaxşılığı 

unuda bilərsən, ancaq sənə 

edilən yaxşılığı unutmamalısan”. 

Bu fikir həmişə mənim qəlbimdə 

yaşayır. Onun insanlara səmimi, 

xeyirxah və qayğıkeş münasibəti 

bizim üçün əbədi bir örnəkdir.

Aqil müəllim həddən 

artıq tələbkar idi. O, biganəliyi 

xoşlamırdı. El- obasının qədrini 

bilən idi, xalqa xidməti həyatının 

məna və məqsədi hesab edirdi. 

Aqil müəllim saf əqidəsi və 

məsləki olan ziyalı idi. Onun 

əqidəsi humanizmə, həqiqətə, 

ədalətə söykənirdi.

Antik dövr filosofu Epikü-

rün şagirdləri onları müəlliminə 

bağlayan nədir sualına belə 

cavab vermişdilər: “Bizi Epikürə 

bağlayan onun həmişə özü-

özünə bərabər olmasıdır”. Bu 

epitet tamamilə Aqil müəllimə 

aiddir: o həmişə özü-özünə 

bərabər idi, təkrarsız idi!

Aqil müəllim insanlığı, 

şəxsiyyəti, səmimiyyəti uca 

tutub qiymətləndirən, onu qoru-

mağı bacaran nadir bir şəxsiyyət 

idi. O, adamlar arasında özünün 

ən ülvi keyfiyyətləri ilə sayı-

lıb- seçilirdi. Təbiətən sakit, 

mülayim, həddən artıq nəvazişli 

və qayğıkeş idi.

İşlədiyi müddətdə onun xalq 

və Vətən qarşısında xidmətləri 

layiqincə qiymətləndirilmişdir. 

Onun əmək fəaliyyətində çox 

gərgin illər də olmuşdur.

Azərbaycan KP MK-nın o 

zamanki rəhbərliyinin nadanlığı 

nəticəsində professor A.Əliyev 

heç bir əsas olmadan 1988-ci 

ildə işdən uzaqlaşdırılaraq, 

təqaüdə göndərilmişdir.

Lakin çox keçmədən bu 

səhv dərk edilmiş və professor 

A.Əliyev 1992-ci ildə yenidən 

elmi-pedaqoji fəaliyyətə qayta-

rılmışdır. 1998-ci ildən ATU-

da “İqtisadiyyat və hüququn 

əsasları”  kafedrasının müdiri 

vəzifəsində ömrünün sonuna 

qədər çalışmışdır.

1996-cı ildə A.Əliyev 

Beynəlxalq Enerji İnforma-

siya Elmlər Akademiyasının 

Azərbaycan bölməsinin həqiqi 

üzvü – akademik seçilmişdir.

O, 2001-ci ildə AMEA-nın 

müxbir üzvü seçilmişdi. 2003-

cü ildə A.Əliyev Beynəlxalq 

Menecment Akademiyasının 

həqiqi üzvü olmuşdur. 2006-cı 

ilin yanvar ayında  Beynəlxalq 

İqtisadçılar İttifaqının üzvü 

seçilmişdi.

A.Əliyev 1986-2005-ci 

illərdə Azərbaycanın elmi-texni-

ki inkişafının kompleks proq-

ramının işlənilməsində yaxın-

dan iştirak etmişdir. Əhalinin 

sağlamlığının qorunması 

problemi komissiyasının sədri 

olmuşdur. Əhalinin sağlamlı-

ğının qorunması bölməsinin 

proqramı onun tərəfindən tərtib 

edilərək kompleks proqrama 

daxil edilmişdir. O, həmçinin 

Azərbaycanda məhsuldar 

qüvvələrin yerləşdirilməsinin 

inkişaf sxeminin işlənib tərtib 

olunmasının müəlliflərindən biri 

olmuşdur.

Professor A.Əliyev el-

mi-pedaqoji institutlar və 

universitetlər üçün “İqtisadi 

nəzəriyyə” kursu üzrə yazılmış 2 

cildlik dərsliyin müəlliflərindən 

biri olmuşdur.

A.Əliyev geniş oxucu 

kütləsi üçün nəzərdə tutulmuş 

müxtəlif jurnal və qəzetlərdə 

yüzlərlə elmi-kütləvi və publisis-

tik məqalənin müəllifi olmuşdur.

A.Əliyev yüksək ixtisaslı 

iqtisadçı və tibb kadrlarının 

hazırlanmasındakı xidmətlərinə 

görə 1982-ci ildə “Əməkdar 

elm xadimi” fəxri adına layiq 

görülmüşdür.

Professor A.Əliyevin 

ictimai fəaliyyəti də çox zəngin 

olmuşdur. O, dəfələrlə rayon və 

universitet partiya komitələrinin 

büro üzvü seçilmiş  və bu işdə 

çox fəallıq göstərmişdir.

O, “Şəxsi istehlakın 

iqtisadiyyatı və problemləri”, 

“Aqrar iqtisadiyyatın aktual 

problemləri”, “Kənd əhalisinin 

həyat səviyyəsinin yüksəldilməsi 

problemləri”, “Səhiyyədə 

iqtisadiyyat, planlaşdırma, 

idarəetmə, maliyyələşdirmə və 

əməyin elmi təşkili”, “ASK-nın 

aqrar bölməsində elmi-tex-

niki tərəqqini sürətləndirmə 

problemləri” və sair sanballı 

monoqrafiyaların müəllifidir.

Yalnız bazar iqtisadiyyatı-

na keçid şəraitində A.Əliyevin 

80 elmi əsəri çap olunmuşdur. 

Onlardan “Azərbaycanın so-

sial-iqtisadi inkişafında isla-

hatların rolu”, “İpək Yolunun 

bərpası bəşəriyyətin tərəqqisi 

yoludur”, “Azərbaycanda 

bazar münasibətləri şəraitində 

əhalinin sosial problemləri”, 

“Səhiyyənin iqtisadiyya-

tı”, “Azərbaycanda əhalinin 

səviyyəsinin yüksəldilməsinin 

aktual problemləri”, “Nax-

çıvan Muxtar Respublikası: 

nailiyyətlər, problemlər” (I və 

II cild), “Bazar iqtisadiyyatına 

keçid: dövlətin iqtisadi siyasəti”, 

“Bələdiyyələr. Metodik kömək”, 

“Dünya iqtisadiyyatı: müasir 

dövrün problemləri”, “Müstəqil 

Azərbaycan iqtisadiyyatının ak-

tual problemləri” və sair sanballı 

kitabları yazmışdır.

Professor A.Əliyev zəhmətlə 

dolu ibrətamiz bir həyat yolu 

keçmiş, həyatını bütövlükdə 

xalqımızın və Vətənimizin 

tərəqqisinə həsr etmişdir. O, 

ATU-nun və respublikamızın ic-

timai həyatında yaxından iştirak 

etmişdir. Çox təəssüf  ki, aman-

sız ölüm onu sıralarımızdan tez 

apardı. Görkəmli iqtisadçı alim, 

peşəkar pedaqoq gözəl insani 

keyfiyyətlərini, humanistliyi, 

ədalətliliyi, prinsipiallığı ilə 

yaddaşlarda iz və işıqlı bir xatirə 

qoyub getmişdir.

Bütün həyatı boyu saflıq, 

əməksevərlilik və insansevərlilik 

mücəssəməsi olan Aqil 

müəllimin əziz xatirəsi onu 

istəyənlərin qəlbində daim ya-

şayacaqdır. Cəlaləddin Ruminin 

bir sözü var ki, öləndən sonra 

məni torpaqda yox, insanların 

qəlbində axtarın. Bu sözlər 

dostlarının, həmkarlarının, 

tələbələrinin, bütün xalqımızın 

ürəyində nəcibliyi, kamilliyi, 

böyüklüyü ilə əbədi yer tutmuş 

professor Aqil Əliyevə tam 

layiqdir.

Qoşqar ƏLİYEV, 

ATU-nun ictimai fənlər 

kafedrasının müdiri,   

fəlsəfə elmləri doktoru, 

professor

Aqil Əlirza oğlu Əliyev – 90 

Görkəmli iqtisadçı alim, 

xeyirxah insan

Ulu öndərin xatirəsi 

Suraxanıda silsilə 

tədbirlərlə anılır

 

ˆ

Azərbaycan xalqının ümummilli lideri 



Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə 

Suraxanının idarə, müəssisə və təşkilatlarında silsilə 

anım tədbirləri keçirilir. Növbəti belə tədbir rayonun 118 

nömrəli tam orta məktəbində reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə 

ulu öndərə həsr olunan sərgiyə 

və məktəblilərin əl işlərinə 

baxıblar.  

Anım tədbiri bir dəqiqəlik 

sükutla ümummilli liderin əziz 

xatirəsinin yad edilməsi ilə baş-

lanıb. Sonra ulu öndərin zəngin 

irsini öyrənmək məqsədi ilə 

hazırlanan film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan 

məktəbin direktoru Nizaməddin 

Ağayev dahi rəhbərin Vətən və 

xalq qarşısında əvəzolunmaz 

xidmətlərindən danışıb. Bildi-

rib ki, ümummilli lider Heydər 

Əliyevin Azərbaycan dövlətçiliyi 

naminə göstərdiyi fəaliyyət 

xalqımız tərəfindən həmişə 

minnətdarlıq hissi ilə xatırlanır. 

Onun ideyaları bu gün Prezident 

İlham Əliyev tərəfindən uğurla 

həyata keçirilir.

Tədbirdə çıxış edən rayon 

icra hakimiyyəti başçısı aparatı-

nın ictimai-siyasi və humanitar 

məsələlər şöbəsinin müdiri 

Barxudar Barxudarov qeyd 

edib ki, ulu öndər Azərbaycanı 

formal müstəqillikdən 

həqiqi müstəqilliyə qovuş-

dura bilib, özünəməxsus 

müdrikliklə müstəqilliyin təməl 

prinsiplərini, ideoloji bazasını 

formalaşdırıb. Azərbaycançılıq 

ideologiyasını milli birliyin 

bünövrəsinə çevirib. Sabitliyin, 

hüquq qaydalarının bərpası 

istiqamətində qətiyyətli addım-

lar atıb. Dövlətin suverenliyinə 

və ərazi quruluşuna qəsd etmək 

niyyətinə düşən, etnik sepa-

ratizmi təşviq edən ünsürləri 

zərərsizləşdirib. Dövlət 

çevrilişləri cəhdlərinin qarşısını 

qətiyyətlə alıb.

B.Barxudarov deyib ki,  

Heydər Əliyev xalqı öz ətrafında 

birləşdirməklə, dövlətçiliyə qəsd 

etməyə çalışan daxili və xarici 

qüvvələrin məkrli niyyətlərinin 

qarşısına ciddi sipər çəkib. 

Onun rəhbərliyi ilə güclü və 

modern ordu quruculuğuna 

başlanılıb. Bu sahədə mühüm 

nailiyyətlər əldə olunub və 

biz onun nəticələrini elə aprel 

hadisələri zamanı düşmənə ca-

vab verməklə hamılıqla gördük, 

qürurla seyr etdik.

Sonda onu da qeyd edək 

ki, ulu öndər Heydər Əliyevin  

zəngin irsinin öyrənilməsi 

məqsədi ilə rayon icra 

hakimiyyətinin təşkilatçılığı ilə 

bu il noyabrın 29-dan etibarən 

müvafiq tədbirlər planına uyğun 

olaraq  idarə, müəssisə və 

təşkilatlarının kollektivləri xüsusi 

cədvəl  üzrə  rayondakı  Heydər 

Əliyev Mərkəzi ilə tanış olurlar. 



Vaqif BAYRAMOV, 

“Xalq qəzeti”

Azərbaycan əhalisinin 75 faizdən  

çoxu internet istifadəçisidir

 

ˆ

BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyası dünyada 



genişzolaqlı rabitəyə çıxış üzrə hesabat təqdim edib. Bu barədə 

rabita.az saytı məlumat yayıb.

Hesabatda bildirilir ki, Hindistan 

ABŞ-ı ötərək dünyada ikinci ən böyük 

internet bazarına çevrilib. Bu ölkədə 333 

milyon nəfər “ümumdünya hörümçək 

toru”na çıxışa malikdir. Birinci yerdə 

qərarlaşmış Çində 721 milyon insan 

internetdən istifadə edir.

"Genişzolaqlı rabitənin vəziyyəti" adlı 

yeni hesabatda qeyd edilir ki, daha zəngin 

ölkələrdə internetə çıxış doyma həddinə 

yaxınlaşdığı halda,  dünyada əhalinin 

yoxsul təbəqəsinin internetə çıxışı üçün 

imkanlar hələ ki, yüksək templə artmır. Bu 

da, xüsusilə, təhsil və səhiyyə sahələrində 

müşahidə olunan fərqin aradan qaldırılma-

sına problem yaradır.

 Hazırda dünyada 3,9 milyard nəfər 

internetdən istifadə etmir. Ancaq komis-

siyanın yeni hesabatına əsasən, planetin 

internetə çıxışı olmayan əhalisinin 55 

faizi Çin, Hindistan, İndoneziya, Pakis-

tan, Banqladeş və Nigeriyada yaşayır. Bu 

nəticələr onu göstərir ki, yalnız bir neçə 

əsas bazarda məqsədyönlü səylər internetə 

qoşulmuş və internetə qoşulmamış ölkələr 

arasında “rəqəm fərqi”ni aradan qaldırmaq-

da böyük kömək etmiş olardı.

Hesabatda mobil genişzolaqlı rabitənin 

imkanları haqqında optimist fikirlər yer 

alıb. Hazırda 165 ölkədə “4G” yüksək 

sürətli mobil şəbəkəsi istifadəyə verilib. 

ABŞ, Avropa, Yaponiya və Koreyada 

smartfonların populyarlığı doyma həddinə 

çatdığından Hindistan və İndoneziya kimi 

ölkələrin gələcək artımı təmin edəcəyi 

gözlənilir. Hindistan bu yaxınlarda dünyada 

ikinci ən böyük smartfon satışı bazarına 

çevrilib.

Hesabata əsasən, Beynəlxalq Tele-

kommunikasiya İttifaqının (BTİ) son 

rəqəmlərinə uyğun olaraq, 2016-cı ilin 

sonunadək 3,5 milyard (dünya əhalisinin 

47 faizi) nəfər internetdən istifadə edəcək. 

Ötən il bu göstərici 3,2 milyard nəfər olub. 

BMT tərəfindən daha az inkişaf et-

miş ölkələr kimi tanınan 48 ölkədə 

böyük irəliləyiş qeydə alınıb, 

həmçinin ilin sonunadək az inkişaf 

etmiş ölkələrin əhalisinin 15 fai-

zinin internetə çıxışı təmin ediləcək.

Cari ilin məlumatına görə, 

inkişaf etməkdə olan ölkələrin 

ev təsərrüfatlarında internetin 

nüfuzetmə səviyyəsi göstəricisi 

üzrə Koreya Respublikası, əvvəllər 

olduğu kimi, ev təsərrüfatlarında geniş-

zolaqlı rabitənin yüksək nüfuzetməsi 

ilə  səciyyələnir: 98.8 faiz ev idarəetməsi 

internetə çıxışa malikdir.  Qətər (96 faiz) və 

Birləşmiş Ərəb Əmirlikləri (95 faiz) müva-

fiq olaraq ikinci və üçüncü yerləri tuturlar.

İslandiyada əhalinin 98,2 faizi 

internetdən istifadə edir. Lüksemburq (97,3 

faiz)  bu göstərici üzrə Norveçi ötərək 

ikinci yeri tutub.

Monako əvvəlki kimi İsveçrəni cüzi 

qabaqlayaraq, genişzolaqlı stasionar 

rabitənin nüfuzetməsi üzrə dünya lideridir. 

Hazırda Monako, İsveçrə, Lixtenşteyn, 

Danimarka, Niderland, Fransa və Koreya 

Respublikasında genişzolaqlı stasionar 

rabitənin nüfuzetmə səviyyəsi 40  faizi 

ötür, 2014-cü ildə belə ölkələrin sayı altı, 

2012-ci ildə yalnız bir idi.

Finlandiya mobil genişzolaqlı rabitə 

üzrə aktiv müqavilələrin sayına görə dün-

yada birincidir: 100 nəfərə 144 müqavilə 

düşür. Sonrakı yerlərdə Sinqapur (142) və 

Küveyt (139) yerləşib. Mobil genişzolaq-

lı rabitə üzrə bütün aktiv müqavilələrin 

təxminən 48 faizi Asiya-Sakit okean regio-

nunun payına düşür.

Ümumilikdə, hazırda dünyanın 

91 ölkəsində əhalinin 50 faizdən çoxu 

internetə çıxış imkanına malikdir, halbu-

ki 2015-ci ildə belə ölkələrin sayı 79 idi. 

Amma 2014-cü ildə internetdən istifadə 

üzrə 10 aparıcı ölkə Avropada yerləşirdi, 

cari ildə bu qrupa Bəhreyn (7-ci yer) və 

Yaponiya (9) daxil edilib. Mərkəzi  Afrika 

ölkələrində internetə çıxış üzrə ən aşağı 

səviyyə qeydə alınıb. Çad, Syerra Leone, 

Niger, Somali və Eritreyada əhalinin 3  

faizdən az hissəsi internetə çıxış imkanına 

malikdir.

 Hesabatda Azərbaycanın internet  

istifadəçilərinin  sayı barədə məlumat 

verilməsə də,  Rabitə və  Yüksək Texno-

logiyalar  Nazirliyinin müvafiq  struktur-

larından  əldə etdiyimiz məlumata görə, 

ölkəmizdə əhalinin 75  faizdən çoxu 

internet istifadəçisidir və bunun da 70 faizə 

yaxını genişzolaqlı internetdən istifadə edir. 

Beynəlxalq Telekommunikasiya İttifa-

qının  “The State of Broadband” adlı hesa-

batında isə ölkəmiz reytinq cədvəlində hər 

100 nəfərə düşən  internet istifadəçilərinin 

sayına görə 63-cü yerdən 36-cı yerə 

yüksəlib. Hesabata əsasən, ölkədə hər 100 

nəfərdən 77-si  internet istifadəçisidir.

Hər 100 nəfərə düşən genişzolaqlı 

internet istifadəçilərinin sayına görə isə 

Azərbaycan reytinq cədvəlində 53-cü 

pillədə qərarlaşıb.

Azərbaycan bu göstərici üzrə Rusiya, 

Türkiyə, İran, Qazaxıstan və Ermənistanı 

geridə qoyub.



Hazırladı:  

M.MÜKƏRRƏMOĞLU, 

“Xalq qəzeti”

Azərbaycan ilə Pakistan arasında sərmayə qoyuluşu və 

biznes imkanları müzakirə edilib

 

ˆ

Dekabrın 5-də Azərbaycan Respublikasının maliyyə naziri Samir 



Şərifov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının ticarət naziri 

Xürrəm Dastgir Xan ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat 

xidmətindən AZƏRTAC-a bildiriblər ki, 

görüşdə Azərbaycan ilə Pakistan arasında 

siyasi əlaqələrin hazırkı yüksək səviyyəsinin 

iqtisadi müstəvidə də münasibətlərin inkişa-

fına geniş imkanlar açdığı vurğulanıb. 

Söhbət zamanı qarşılıqlı ticarətin 

səviyyəsinin artırılması, sərmayə qoyuluşu 

və biznes imkanlarının müəyyənləşdirilməsi, 

xüsusilə enerji, kənd təsərrüfatı, ticarət, tran-

zit, eləcə də sənayenin müxtəlif sahələrində 

əməkdaşlığın önəmi qeyd olunub.

Lənkəran qışın 

sınaqlarına hazırdır

 

ˆ

Qış mövsümünə hazırlıq sahəsində 



görülmüş işlər və qarşıda duran vəzifələr Lənkəran 

Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın 

növbəti iclasında ətraflı müzakirə edilib.    

İcra hakimiyyətinin baş-

çısı Taleh Qaraşov  bildirib ki, 

həmin məsələ avqustun 16-da 

keçirilmiş şura iclasında da 

nəzərdən keçirilmişdi və hazırkı 

yekun mərhələdə məsələnin 

aktuallığı daha da artıb. Gərək 

elə edək ki, əhali qışın sərt 

sınaqlarında əziyyət çəkməsin.    

Məsələ ilə bağlı icra başçı-

sının müavini, şəhər təsərrüfatı 

şöbəsinin müdiri Möhübbət 

Babayev məlumat verib. O, 

əhalinin fasiləsiz elektrik 

enerjisi, qaz və içməli su ilə 

təchizatının təmin olunması 

istiqamətində lazımi tədbirlərin 

görüldüyünü, elektrik hava 

xətlərinə və yarımstansiya-

lara baxış keçirildiyini, bəzi 

avadanlıqların yenisi ilə əvəz 

olunduğunu və nasazlıqların 

aradan qaldırıldığını qeyd edib. 

Hazırlıq dövründə 25 transfor-

matorda təmir işləri aparıldığı, 

çıxış xətlərinin yenilənərək SİP 

kabellərlə əvəzləndiyi, iki faza 

ilə işləyən 5 transformatorun 

dəyişdirildiyi, altı kənddə az 

gücə malik elektrik transfor-

matorlarının daha güclüləri ilə 

əvəz edildiyi diqqətə çatdı-

rılıb. Həmçinin qeyd olunub 

ki, rayonda 2 yarımstansiya, 

26 transformator məntəqəsi 

yenidən qurulub.

Lənkəranın təbii qaz alan 

yaşayış məntəqələri də artıb. 

Son vaxtlarda  Ləj kəndi üzrə 

304, Qumbaşı kəndi üzrə isə 

248 abonentə təbii qaz verilib. 

Artıq rayon üzrə 93 yaşayış 

məntəqəsindən 65-i, yəni 69,9 

faizi, ev təsərrüfatlarının isə 

42620-si, başqa sözlə, 88,1 

faizi qazlaşdırılıb. İlin sonuna 

kimi Haftoni qəsəbəsinin də 

mavi yanacaqla təmin olu-

nacağı vurğulanıb. Rayonun 

təhsil müəssisələrinin istilik 

sisteminin yaxşılaşdırılması 

üzrə də işlər görülür. Qazanxa-

nası olan məktəb  binaları qaz 

xəttinə qoşulub. Şəhərdəki 53 

çoxmənzilli yaşayış binası-

nın zirzəmi hissəsində qəzalı 

vəziyyətdə olan kanalizasiya 

boruları dəyişdirilib, suötü-

rücü kanallar və kollektorlar 

təmizlənib, kommunal bina-

larda su-kanalizasiya xətləri 

qaydaya salınıb, tüstü bacaları 

təmizlənib. Müvafiq maşın və 

mexanizmlər, yoltəmizləyici 

qurğular işlək vəziyyətə 

gətirilib. Küçələrdə buz qatının 

yaranacağı təqdirdə istifadə 

olunmaq üçün qum və duz 

ehtiyatı tədarük edilib, təhlükə 

törədə biləcək köhnə ağaclar 

kəsilərək yerində təzələri əkilib, 

şaxtaya davamsız ağaclar polie-

tilen örtüklə bükülüb.   

Şura iclasında qışa hazırlıq 

sahəsindəki bəzi çatışmaz-

lıqlar da qeyd olunub. İcra 

hakimiyyətinin başçısı aidiyyəti 

qurumların rəhbərlərinə və 

məsul şəxslərə bununla bağlı 



konkret tapşırıqlar verib.

Əli NƏCƏFXANLI, 

“Xalq qəzeti”



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə