6 (əvvəli qəzetimizin 25 may tarixli nömrəsində) – 28 il əvvəl vida etdiyiniz mülki



Yüklə 79,32 Kb.

tarix11.07.2018
ölçüsü79,32 Kb.


26 may 2017-ci il, cümə

6

(əvvəli qəzetimizin 25 may tarixli 

nömrəsində)

– 28 il əvvəl vida etdiyiniz mülki 

həyatınıza qayıtdınız. Baxmayaraq 

ki, təqaüdçü idiniz, amma 46 yaşında 

işləməmək də olmazdı. Özünüz də ali 

təhsilli hüquqşünas. Yəqin ki, iş axtardı-

nız?

– Təbii ki, mülki həyatda 

işləməliydim. Mərkəzi Komitənin ka-

tibi vardı – İsa Məmmədov. Vaxtilə 

Lənkəranda keçmiş 1-ci katib olmuşdu. 

Oradan məni tanıyırdı. Getdim qəbuluna. 

Həmin gün də məni qəbul elədi. Özü 

də ki, hələ onda tam ehtiyata çıxma-

mışdım. Sənədlərim hazırlanırdı. İsa 

müəllimlə söhbət elədim, gələcəkdə 

işləmək istədiyimi dedim ona. O mənə 

təklif etdi ki, gəl səni Azərbaycan Dövlət 

Təhlükəsizlik Komitəsinə işə götürək. 

Mən də cavab verdim ki, əgər KQB-də 

işləsəm, 50 yaşım yaxınlaşır, 3-4 ildən 

sonra yenidən mülki iş axtarmalıyam. Elə 

bəri başdan işimi ehtiyatlı görüm də... 

Onda mənə dedi ki, get işini həll elə, tam 

tərxis ol, sonra gəl yanıma iş məsələsini 

həll edərəm. 

Mən elə də etdim. Mülki şəxs kimi 

gəldim yanına. O da Mərkəzi Komitənin 

inzibati şöbəsinin müdiri Sabir Hüseynovu 

çağırdı kabinetinə. Onun qardaşı o dövrdə 

Azərbaycan DTK-sında sədr müavini idi – 

general-mayor Bahadur Hüseynov. Oradan 

məni göndərdilər Ədliyyə Nazirliyinə, 

hüquqşünas olduğuma görə. Bu minvalla 

orada müxtəlif vəzifələrdə 10 ildən çox 

işlədim...



– Və 1994-cü ildə birdən-birə Prezi-

dent Heydər Əliyevin sərəncamı ilə təyin 

olundunuz milli təhlükəsizlik nazirinin 

müavini və Sərhəd Qoşunlarının koman-

danı. Mən “birdən-birə” dedim. Amma 

inanmıram ki, belə asan olub. O günləri 

də xatırlayaq. 

– Hələ Prezident Elçibəyin vaxtın-

da MTN-in nazir müavini olan Namiq 

Abbasov məni dəvət elədi. Onda Ədliyyə 

Nazirliyi sistemində işləyirdim. Mən 

o vaxtadək Namiq Abbasovu bir dəfə 

görmüşdüm – Lənkəranda çay içmişdik. 

Məni çağırdı. Xidmət həyatımla maraq-

landı. Mən də tərcümeyi-halımı danışdım. 

Ayrılanda dedi ki, bir də çağıracağam 

səni. Bir müddətdən sonra bir də çağır-

dı məni. Bir az söhbətdən sonra mənə 

dedi ki, elə bil müstəqil Azərbaycanın 

sərhədlərinin qorunmasını sənə tapşırıblar, 

get bir plan yaz gətir: Necə qoruyacaqsan 

onu? Bir də onu dedi ki, köhnə kadrlardan 

– kim ki, qulluq edib sərhəd qoşunlarında 

çıxıblar ehtiyata – kimi tanıyırsan, kimi 

qaytarmaq olar? Onların da siyahısı-

nı yaz gətir. Mən də gəldim, bildiyim 

kimi yazdım. Azərbaycanın cənubunda 

sərhəd qurulub, hazırdır. Zastavalar var. 

Amma şimalda, Gürcüstanla sərhəddə 

heç bir şey yoxdur. Bunların hamısı-

necə düzəltmək, necə quraşdırmaq 

olar – öz mülahizələrimi yazdım verdim 

ona. Zabitlərdən də kimi qaytarmaq olar, 

onların da siyahısını yazıb verdim. Sonra 

da yazdım ki, polkovnik İnayət Xəlilov 

əvvəlcə sərhədçi olub, sonra Ləkəranda, 

daha sonra Naxçıvanda DTK-nın sədri 

olub. Onu da qaytaraq. Demə, Namiq 

Abbasov məndən qabaq İnayəti yaxşı 

tanıyırmış və görüb ki, mən verdiyim 

siyahıda hamısı müsbət kadrdır. Üçüncü 

dəfə də məni çağırdı, dedi ki, mənə tap-

şırıq verilib ki, Sərhəd Qoşunlarına bir ko-

mandan tapım. Mən sənin namizədliyini 

verəcəm. Amma bilmirəm keçəcəksən, 

ya yox. Dedim ki, Namiq müəllim, mən 

keçməyəcəyəm. Namizədliyimi vermə. 

İmkan verməyəcəklər. Xülasə, nəticə mən 

deyən oldu, keçmədim. 

Heydər Əliyev hakimiyyətə  

qayıtdıqdan sonra general-mayor Mustafa 

Nəsirov gəldi mənim iş yerimə – Ədliyyə 

Nazirliyinə. Dedi ki, Heydər Əliyev 

tapşırıq verib ki, Sərhəd Qoşunlarına ko-

mandan tapın. Mənə də bu vəzifəni həvalə 

ediblər ona görə ki, mən sərhədçiləri yaxşı 

tanıyıram. Mən də MTN nazirinə dedim 

ki, Novruzovdan başqasının namizədliyini 

təklif edə bilmərəm. Mustafa müəllim 

mənim razılığımı istədi. Sonra məni 

Dövlət katibi Lalə Şövkət-Hacıyeva qəbul 

etdi. Təbrik elədi məni kabinetində. Ondan 

üç ay sonra təyinatım barədə prezident 

sərəncamı elan olundu. Ulu öndər Na-

miq Abbasovdan soruşmuşdu ki, axı bu 

Novruzov kimdir? Namiq müəllim də 

demişdi ki, bəs Elçibəy də o vaxt məndən 

namizəd istəmişdi, mən Novruzovun adını 

vermişdim. Bax, ondan sonra mənim 

təyinatım oldu. Bir ay 15 gündən sonra isə 

mənə general-mayor rütbəsi verildi. Mənə, 

nazirə və Namiq Abbasova. Təqribən 8 il 

komandan oldum. 

Komandanlıq dövrü ilə bağlı daha 

sual vermirəm. Çox yaxın keçmişimizdir. 

Yəqin ki, “məxfi” qrifinin mürəkkəbi hələ 

qurumayıb.

– Sovet dövründə işləyəndə zastavaları 

gəzib görürdüm ki, yaxşı qayda-qanun, ni-

zam-intizam var. Düşünürdüm ki, görəsən 

azərbaycanlılar burada zabit vəzifəsində 

olsalar, yenədəmi belə qayda-qanun 

olar. Artıq mən komandan vəzifəsindən 

gedəndə deyirdim ki, ovaxtkından da 

gözəl qayda-qanun var. 

Yetirmələrini xəbər alıram. Özünü 

qiymətləndirib irəli çəkən dövr və insan-

lar olub. Bəs o? O vaxt ona edilən yax-

şılıqlardan özü kimə edib? Özü kimləri 

qiymətləndirib? 

– Sovet dövründə kəşfiyyat şöbəsinin 

rəisi işləyəndə, başqa millətdən olan bir 

nəfəri götürdüm əməliyyat işinə. Cid-

di oğlan idi, əla da işlədi, vəzifədə irəli 

çəkdik onu. Sonra da xidmətini Rusiyanın 

Sərhəd Qoşunlarında davam etdirdi. Mən 

Sərhəd Qoşunlarına komandan gələndə 

sərhədyanı ölkələrin nümayəndələri ilə 

görüşlər keçirilirdi. Həmin adam da rəhbər 

vəzifədə idi. Sonralar bizə çox köməyi 

oldu.


Mən komandan təyin olunanda kadr 

məsələsi çox aşağı səviyyədə idi. Bizim 

azərbaycanlılar orduda az qulluq edirdilər, 

ruslar da çıxıb getmişdilər. Zabitləri 

də getmişdi, ikisi qalmışdı. Bizdə kadr 

çatışmazlığı vardı. Xüsusilə də rəhbər 

vəzifələrə. Onda mən diqqət 

yetirdim indiki müdafiə 

naziri Zakir Həsənova. O 

vaxt Sərhəd Qoşunlarında 

çağırışla məşğul olurdu. 

Zakirdə hərbi bacarıq 

gördüm. Götürüb şəxsi 

işini oxudum. Gördüm ki, 

Naxçıvanski adına məktəbi 

bitirib. Sonra Bakı Ali Hərbi 

Məktəbini. Almaniyada 

sovet qoşunlarında xidmət 

edib. Və qısa müddətdə 

də böyük vəzifəyə təyin 

olunub. Sonra bunu birdən 

göndəriblər Rusiyanın Altay 

diyarına – diyarın Hərbi 

Komissarı. Fikirləşdim ki, 

yaxşı işləyəndi ki, ruslar 

onu irəli çəkiblər. Onu 

çağırdım. Dedim ki, Zakir, 

çağırış şöbəsi sənin yerin 

deyil. Gedirsən Sərhəd 

Qoşunlarına Qərargah 

rəisinin müavini. Qərargah 

rəisinin müavini kimi 

yaxşı da işlədi. Onu sonra 

göndərdik Göytəpə Sərhəd 

Dəstəsinə komandir. Sərhəd 

Qoşunlarının ən ağır dəstəsi. 

Gedəndə dedim ki, ağır 

dəstədir, mühəndis-texniki 

qurğuları sıradan çıxıb. Dağlı-dərəli 

sahələr çoxdur. Orda qaçaqmalçılıq da 

olacaq, sərhəd pozucusu da. O da getdi, 

yaxşı da işlədi. Bir müddətdən sonra onu 

gətirdim Sərhəd Qoşunları komandanının 

köməkçisi vəzifəsinə. Ondan sonra ki, 

mən ərizə yazdım, səhhətimə görə işdən 

azad edildim. 

Məndən sonra Elçin Quliyev gəldi 

o vəzifəyə. Elə o vaxtlar Azərbaycanda 

Daxili Qoşunlara komandan lazım oldu. 

Prezident Heydər Əliyev demişdi ki, 

mənə iki nəfərin təqdimatını verin – ikisi 

də olsun SQ-dən. Mən onda Elçinin baş 

müşaviri idim. Zakirin namizədliyi keçdi 

və DQ-yə komandan təyin olundu. 

Sərhəd Qoşunları komandanı, gene-

ral-polkovnik Elçin Quliyev. Biz şimal 

üzrə sərhəd dəstəsi yaradanda dəstə rəisi 

vəzifəsinə Elçin Quliyevin namizədliyini 

təklif elədim. Çünki işgüzar idi, ni-

zam-intizamı ilə digərlərindən seçilirdi. 

Ezamiyyətlərə gedəndə nümayəndə 

heyətinin tərkibində onu da aparırdım. 

Amma sonradan söhbət düşəndə ki, mən 

ərizə yazıb gedirəm, təklifin nədir? Birinci 

təklifim Elçin Quliyev oldu. Başqaları-

nın da təklifləri vardı. Amma sonra yenə 

mənimlə məsləhət edəndə, dedim ki, 

yalnız onu məsləhət bilirəm. 

General-mayor Arzu Rəhimov. Res-

publikanın Hərbi komissarı, Miqrasiya 

Xidmətinin ilk rəhbəri. Hərbi məktəbi 

bitirmişdi. Bir dəfə Naxçıvan sərhəd 

dəstəsində olanda o da diqqətimi çəkdi. 

Onu dəstədə əvvəlcə qərargah rəisinin 

müavini, sonra qərargah rəisi, oradan da 

gətirdim Horadiz sərhəd dəstəsinə rəis  

təyin elədim. 

General-mayor İskəndər Allahverdi-

yev və polkovnik Rasim Canməmmədov. 

Mən hələ Lənkəranda kəşfiyyat şöbəsində 

kiçik zabit vəzifəsində olanda mənə 

tapşırıq vermişdilər ki, yerli uşaqlardan 

tap götürək sərhədə – əməliyyat işinə. 

Lerikdən olan Rasim Canməmmədovun 

üstündə dayandım. Gördüm ki, ədəbiyyatı 

gözəl bilir, farsca da bilir. Götürdüm onu 

işə. Bacanağı İskəndər Allahverdiyevlə, 

indi general-mayordur, birlikdə işlədi. 

İki bacanaq idilər. Məndən soruşurdular 

ki, necə olur ki, iki qohumu əməliyyat 

işində istifadə edirsən. Mən də cavab 

verirdim ki, onlara inanıram. Sonra Rasim 

Canməmmədov Sərhəd Dəstəsinin rəisi, 

polkovnik, İskəndər Allahverdiyev Sərhəd 

Qoşunlarının da komandanı və general-

mayor oldu.

Elçin İbrahimov – Hazırda kadr-

lar idarəsinin rəisi, general-mayordur. 

Məktəbi qızıl medalla, BDU-nun hüquq 

fakültəsini fərqlənmə diplomu ilə bitirmiş-

di. Onu xidmətə götürdüm. Elçin Quli-

yevin dövründə də inkişaf yolunu davam 

etdirdi. 

Çoxdu qiymətləndirib, irəli çəkdiyim 

bu cür kadrlar. Və onların hamısı ilə fəxr 

edirəm. 


– Bir komandan kimi xələfiniz Elçin 

Quliyevin işindən razısınızmı? 

– Elçin Quliyevin işindən çox ra-

zıyam. Sərhəddə komandan olasan və 

deyəsən ki, məndə hər şey əladır, müm-

kün deyil. Elçin Quliyev yaxşı işləyir. 

Mən işlədiyim dövrlə indiki dövr arasın-

da da yerlə-göy qədər fərq var. Mənim 

dövrümdə Şimal və Gürcüstan sərhədlərini 

qəbul elədik. Amma dövlətin imkanı 

yox idi ki, gedim orda zastava, otryad, 

komendatura tikim. Gedirdik icra başçıları 

ilə gəzirdik, harada yaşayış olmayan bina 

vardısa, təmir edib zastava yaradırdıq. Bu 

gün isə Şimal sərhədində bütün zastavalar 

təzə tikilib. Nizam-intizam, qayda-qanun 

var. Yüksək səviyyədə”. 



– Beləcə, bütün suallarıma cavab 

alıram. Amma suallarım tükənməyib. 

İstədim ki, müsahibənin sonunda bir 

komandan kimi də 8 illik fəaliyyətinə də 

özü yekun vursun.

– Mən Sərhəd Qoşunlarına komandan 

təyin olunanda vəziyyət çox ağır idi. İlk 

növbədə sərhəddə ciddi qaçaqmalçılıq 

halları vardı. Şəxsi heyətdə belə bir fikir 

yaranmışdı ki, biz bu gün əlimizdə olan 

vəsaitlə sərhədi lazımi səviyyədə qoru-

ya bilmərik. Qaçaqmalçılıqla məşğul 

olanlarda, yerli əhalidə, həm bizdə, 

həm də İranda, belə fikir yaranıb ki, 

Azərbaycan-İran sərhədini harada istəsən, 

nə vaxt istəsən poza bilərsən. Bax, bu 

psixologiyanı həm əsgərlər arasında, həm 

yerli camaatda qırmaq lazım idi. Yəni, 

göstərməliydik ki, biz bu gün əlimizdə 

olan vəsaitlə sərhədi yaxşı qoruya bilərik. 

Biz buna qısa vaxtda nail olduq. 

Azərbaycanda Sərhəd Qoşunları 

yaranan dövrdə kadrlar olmadığına görə 

yerli əhalinin bir qismi Sərhəd Qoşunla-

rına işə düzəlmişdi. Çoxları da can atırdı. 

Bunların iki məqsədi vardı: Birincisi

Dağlıq Qarabağda gedən müharibədən 

yayınmaq. İkincisi, dövlət sərhədində 

qulluq eləyərkən qaçaqmalçılıqla məşğul 

olub qazanmaq. Ən ağır məsələ bu, idi, 

bunun qabağını almaq lazım idi. Mənim 

üçün ən vacibi onlardan təmizlənmək idi. 

Sərhəddə dövlətə layiq adamlar qulluq 

eləməliydilər. Buna da nail ola bildik. 

İkinci məsələ: Kadr məsələlərinin 

həlli. Kadr çatışmırdı. Hamımız bilirik ki, 

sovet dönəmində azərbaycanlıların ordu-

ya getmək fikirləri çox aşağı səviyyədə 

idi. Azərbaycan müstəqillik qazananda 

respublikanın Sərhəd Qoşunlarında 

qulluq edənlərin əksəriyyəti ruslar idi. 

Onlar Azərbaycanı tərk elədilər. Amma 

sərhədi qorumaq lazım idi axı. Zabit 

kadrları kəskin çatışmırdı. Nə elədik 

biz? Tusi adına Azərbaycan Pedaqoji 

Universitetində orta məktəblər üçün 

hərbi müəllim hazırlayan fakültə vardı. 

Heç olmasa, onların hərbidən bilikləri 

vardı. Getdik həmin fakültənin tələbələri 

ilə söhbət apardıq. Onlara başa saldıq 

vəziyyəti. Onlara aydınlaşdırdıq ki, əgər 

Sərhəd Qoşunlarına gəlsələr nə qazana-

caqlar və nəyi itirəcəklər. Heç olmasa, 

aylıq maaşlarını vaxtında alacaqlar. O 

vaxt iqtisadi vəziyyət çətin idi. Camaatın 

maaşı aylarla gecikdirilirdi. Perspektivləri 

izah elədik. Dedik ki, müəllim yox, zabit 

olacaqsınız. Bizə inanlar çox oldu. Bir 

müddətdən sonra onlardan 15-20 nəfər 

gəldi və sərhəd məntəqələrində işə baş-

ladı. 

İkincisi, Bakı Ali Hərbi Məktəbində 



sərhədçilər fakültəsi vardı. 20-30 nəfər 

zabit hazırlayırdı. Kovalyov rəhbərlik 

edirdi. Onun iştirakı ilə 3-cü kurs 

müdavimlərinin qarşısında çıxış etdim. 

Dedim ki, sizə böyük ehtiyacımız var. 

İndi 3-cü kursdasınız. Gedirsiz bir il 

sərhəd məntəqələrində zabit vəzifəsində 

qulluq edirsiz, sərhədi qoruyursuz, bir 

ildən sonra gəlirsiniz ekstern yolu ilə 

imtahan verirsiniz. Leytenant rütbəsi 

alırsınız, ali məktəbi qurtarmış olursunuz. 

Kovalyov dedi ki, mən buna razıyam. 

Amma Prezident Aparatından razılıq 

almalısınız. Bir 25-30 nəfər də ordan gö-

türdük. Bax, götürdüyümüz kursantların 

içərisindən bu gün general-mayor, Sərhəd 

Qoşunları Akademiyasının rəhbəri Elşən 

Verdiyev də var idi. 

Üçüncü əsas vəzifə, rusları inan-

dırmaq lazım idi ki, Azərbaycan 

Sərhəd Qoşunları öz sərhədlərini 

lazımi səviyyədə qorumağa qadir-

dir. Bunun üçün bizə bir az kömək 

lazımdır. Texnika və hərbi sursat-

la. O zaman Azərbaycan yeganə 

dövlət idi ki, öz sərhədlərini özü 

qoruyurdu. Ermənistanın, Gürcüsta-

nın, Özbəkistanın, Türkmənistanın 

sərhədlərini rus sərhədçiləri qoruyur-

dular. Ruslar bu amildən istifadə edib 

bizə sübut etmək istəyirdilər ki, biz 

sərhədlərimizi qorumağa qadir deyilik. 

Rusların bu psixologiyasını pozmaq 

lazım idi. Prezident Heydər Əliyev bu 

tapşırıqları bizim qarşımızda qoymuşdu. 

Azərbaycanın görkəmli dövlət xadimi, 

Azərbaycanı hər cəhətdən yüksəklərə 

qaldıran o dahi insanın bir sözü mənə 

bəs idi: “Öz sərhədlərimizi özümüz 

qorumalıyıq. Çətin olacaq. Amma bacar-

malıyıq bunu”.

Dördüncü məsələ: Axı sovet 

dövründə sərhədimiz yalnız İran və 

Türkiyə ilə idi. Amma müstəqillik qaza-

nandan sonra Azərbaycanın sərhədləri 

Rusiyayla vardı, Gürcüstanla vardı, 

Ermənistanla vardı. Bu sərhədləri 

mühafizəyə götürmək lazım idi. İqtisa-

di vəziyyət də çox ağır idi. Bu işə isə 

külli miqdarda pul lazım idi. Biz daxili 

imkanlar hesabına Rusiya və Gürcüstanla 

olan sərhədləri götürdük mühafizəyə. 

Bəlkə də bugünkü kimi mühafizə edə 

bilmirdik. Komendatura, zastavalar 

tikmək lazım idi. Şəmkir, Xudat, Zaqatala 

sərhəd dəstələrini, Şəki kommendatura-

sını yaratdıq. Və sərhədləri qoruyurduq. 

Deyə bilmərəm ki, lazımi səviyyədə, 

çünki imkan yox idi.  Amma bu günləri 

bütün bu ərazilərdə sərhəd zastavaları 

tikilib. Dövlətimiz iqtisadi cəhətdən 

gücləndiyinə görə lazımi qədər pul ayırır 

bu işlərə. Bu yaxında Sərhəd Qoşun-

ları komandanı Elçin Quliyev dedi ki, 

bizim bu gün dövlətdən aldığımız pul, o 

dövrlərə nisbətən 134 dəfə çoxdur. 134 

faiz yox ha, 134 dəfə. Bu nə deməkdir? 

Bu bizim dövlətimizin iqtisadi cəhətdən 

qüdrətinin göstəricisidir. 

Beşinci məsələ: SQ Sərhəd komis-

sarı deyilən belə bir bənd var: “Dövlət 

sərhədlərinin qorunmasında qonşu 

dövlətlərlə bütün sərhəd problemlərinin 

danışıq yolu ilə həll edilməsi”. Bu 

da olurdu Sərhəd Komissarlarının 

görüşündə, danışıqlarında. Biz həm 

Türkiyəni, həm İranı, həm də Rusiyanı 

inandırmalıydıq ki, dövlətimizi qoru-

mağa qadirik. Və buna da nail olduq. 

Amma mən bu gün çox şadam ki, o vaxt 

qarşıya qoyulan məsələlərin bir hissəsini 

həll eləmişdik, bu gün isə onlar hamısı 

həll olunub. Və Azərbaycan dövlətinin 

sərhədləri yaxşı qorunur. Əsas bu idi. 

Mənim arzum bu idi. Bu gün də həmin 

arzum yerinə yetib”.



Müsahibəyə görə minnətdarlığımı 

bildirib, diktafonu söndürmək istəyirəm. 

Amma əlimi tutur: – “Axı, əsas sual 

qaldı” – deyir. “Hansı sual?” deyə soru-

şuram. “Bəs mənim əsas köməkçim kim 

olub, bilirsən?” “Kim?” – deyə xəbər 

alıram. Cavab verir: Həyat yoldaşım 

Raisə. 

Müsahibə başa çatır. Tez süfrə açırlar. 

Yaxşı, müsahibə aldım. Bəs bir qohum 

kimi 80 yaşında general Abbasəli Novru-

zova nə arzulayım? Bu dəm atam Qabilin 

onun 50 yaşı münasibətilə yazdığı şeirdən 

iki misra yadıma düşür:

Əlli il də, qadası, ən azı ömr et, 

hələlik,

Can sağ olsun, düzələr yerdə qalan, 

Abbasəli.

Mahir QABİLOĞLU, 

yazıçı-publisist

 

ˆ

Mayın 24-də Xəzər-Avropa İnteqrasiya  



İşgüzar Klubu Dövlət Miqrasiya Xidmətinin (DMX) 

rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri 

Firudin Nəbiyevin iştirakı ilə biznes – forum təşkil  

edib. Biznes – forumda Azərbaycanın miqrasiya 

siyasətinin başlıca aspektləri müzakirə olunub.

Tədbirdə çıxış edən 

Firudin Nəbiyev bildirib ki, 

daxili əmək bazarının qorun-

ması kimi mühüm missiyanı 

yerinə yetirən Dövlət Miq-

rasiya Xidməti əcnəbi işçi 

qüvvəsindən istifadənin qanuna 

müvafiq olaraq tənzimlənməsi 

istiqamətində ardıcıl tədbirləri 

müvəffəqiyyətlə davam et-

dirir. Xidmət Azərbaycanın 

inkişafından ilk növbədə ölkə 

vətəndaşlarının bəhrələnməsinin 

təmin olunması ilə bağ-

lı Prezident İlham Əliyevin 

müəyyən etdiyi məqsədə 

uyğun olaraq əcnəbilərin haqqı 

ödənilən əmək fəaliyyətinə 

yalnız müəyyənləşdirilmiş kvota 

çərçivəsində cəlb edilməsinə 

dövlət nəzarətini uğurla həyata 

keçirir. Xatırladaq ki, əmək 

miqrasiyası kvotası hər il növbəti 

ilin başlanmasına 3 ay qal-

mış Azərbaycan Respublikası 

Nazirlər Kabineti tərəfindən 

təsdiq edilir.

Xidmət rəisi əlavə edib ki, 

2013-cü ildə imzalanmış neft-

qaz layihələrində milliləşdirilmə 

sahəsində əməkdaşlığa dair 

protokola uyğun olaraq, əcnəbi 

işçi heyətin mərhələlərlə 

milli kadrlarla əvəzlənməsi 

məsələlərinə nəzarət 

gücləndirilib. Qeyd olunanlar 

nəzərə alınaraq, işəgötürənlər 

tərəfindən işçi qüvvəsinə olan 

tələbatın ödənilməsi üçün yerli 

əmək ehtiyatlarından daha geniş 

və səmərəli istifadə olunmasına 

şərait yaradılmalıdır.

Xidmət rəisi qeyd edib 

ki, sahibkarlıq fəaliyyəti 

göstərən fiziki və hüquqi 

şəxslərin şikayətlərinə baxıl-

ması sahəsində şəffaflığın və 

obyektivliyin təmin edilməsi, 

bu sahədə şəxslərin hüquq-

larının və qanunla qorunan 

maraqlarının müdafiəsi məqsədi 

ilə Azərbaycan Respublikası 

Prezidentinin 2016-cı il 3 fevral 

tarixli Fərmanına uyğun olaraq, 

Dövlət Miqrasiya Xidmətinin 

Apellyasiya Şurası və Şuranın 

Katibliyi yaradılıb, onların 

tərkibi və Şuranın Əsasnaməsi 

təsdiq edilib. Təqdirəlayiq 

haldır ki, sahibkarlıq fəaliyyəti 

göstərən fiziki və hüquqi 

şəxslərdən Xidmətə hər hansı 

şikayət daxil olmayıb.

Görüşdə biznes – forum 

iştirakçılarının təklifləri, eləcə 

də Xəzər-Avropa İnteqrasiya İş-

güzar Klubunun üzv şirkətlərini 

maraqlandıran məsələlər 

müzakirə olunub. Biznes – 

forum çərçivəsində şirkətlər 

Azərbaycanın miqrasiya siyasəti 

ilə bağlı onları maraqlandıran 

suallara cavab tapıblar. 

Tədbirdə Firudin Nəbiyevə 

Xəzər-Avropa İnteqrasiya 

İşgüzar Klubunun fəxri üzvlük 

sertifikatı təqdim olunub.

Xəzər-Avropa İnteqrasiya 

İşgüzar Klubunun sədrinin 

birinci müavini və baş icraçı di-

rektoru Telman Əliyev görüşə, o 

cümlədən tədbir zamanı klubun 

üzvləri tərəfindən səsləndirilən 

təkliflərə göstərilən diqqətə 

görə minnətdarlığını bildirib. 

T.Əliyev Klubun 2002-ci ilin 

iyununda Xəzər-Qara dəniz 

regionunda fəaliyyət göstərən 

nəhəng neft-qaz şirkətlərinin 

dəstəyi ilə yaradıldığını və onun 

sədrinin Prezident İlham Əliyev 

olduğunu vurğulayıb. Bildirib 

ki, təsis olunduğu ilk gündən 

Xəzər-Avropa İnteqrasiya 

İşgüzar Klubu neft sahəsindən 

əldə olunan gəlirlərin qeyri-neft 

sektorunun inkişafına cəlb olun-

masına kömək edir. Sıralarında 

5 mindən çox şirkət və təşkilatı 

birləşdirən Klub dünyanın 50 

ölkəsində fəaliyyət göstərir 

və dövlət qurumları ilə özəl 

sektor arasında dialoqa dəstək 

istiqamətində fəal iş aparır.

Biznes forumda şirkət 

rəhbərləri, diplomatik korpusun 

nümayəndələri iştirak ediblər.



Samirə ƏLİYEVA, 

“Xalq qəzeti”

Danimarkadakı Azərbaycan 

diasporu Rusiya dövlət və hökumət 

nümayəndələrinə müraciət qəbul edib

 

ˆ

Danimarkada fəaliyyət göstərən “Vətən” 



Cəmiyyəti, Ümumrusiya Azərbaycanlıları 

Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunmasına 

etirazını bildirib.

Diasporla İş üzrə 

Dövlət Komitəsindən 

verilən məlumatda 

bildirilir ki, cəmiyyət 

adından Rusiya Fede-

rasiyasının Prezident 

Administrasiyasına, 

Dövlət Dumasına, 

Federasiya Şurasına 

və Ali Məhkəməyə 

müraciətlər qəbul 

edilib.

Müraciətlərdə 



mayın 15-də Rusiya 

Ədliyyə Nazirliyinin 

ÜAK-ın qeydiyyatının 

ləğvi barədə verdiyi 

qərarın subyektiv xarakterli 

olduğu, göstərilən faktların 

qanuni nöqteyi-nəzərdən 

qeydiyyatın ləğvi üçün kifayət 

etmədiyi qeyd olunur.

Baş verən bu halın Ru-

siyada Azərbaycan əleyhinə 

çalışan qüvvələrin təxribatçı 

fəaliyyətinin bir hissəsi olduğu 

vurğulanan müraciətdə bu 

qüvvələrin son vaxtlar daha da 

aktivləşərək iki ölkə arasında-

kı münasibətlərə kölgə salmaq 

üçün fəaliyyət göstərdiyi 

diqqətə çatdırılır.

Bəyanatda bütün bu 

faktların nəzərə alınması və 

ÜAK-ın qeydiyyat məsələsi 

ilə bağlı qərara yenidən baxıl-

ması xahiş olunur.



Samirə ƏLİYEVA, 

“Xalq qəzeti”

Dövlət Miqrasiya Xidməti və Xəzər-Avropa İnteqrasiya 

İşgüzar Klubu növbəti biznes – forum təşkil edib

General NOVRUZOV: Hərbçinin uğur qazanması üçün təkcə istedad və 

zəhmət kifayət deyil, onun qəlbində Vətənə böyük məhəbbət olmalıdır



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə