6 İstehsalçı və istehlakçı profsitləri
BAZAR TARAZLIĞINA YENİDƏN NƏZƏR SALMAQ Tarazlıq qiyməti və tarazlıq həcmi alıcıların və satıcıların məcmu rifahını maksimumlaşdıra bilərmi? Bazar tarazlığı bazarın qıt resursları necə bölüşdürdüyünü əks etdirir. Bazarın bölüşdürülməsinin arzulana bilən olub olmadığını rifah iqtisadiyyatı müəyyən edir.
Rifah İqtisadiyyatı Rifah iqtisadiyyatı resursların bölüşdürülməsinin iqtisadiyyatıdakı rifaha necə təsir göstərdiyini araşdırır. Alıcılar və satıcılar bazara qoşulmaqdan fayda əldə edirlər. Bir bazardakı tarazlıq alıcı və satıcıların məcmu rifahını artırır.
Rifah İqtisadiyyatı Bazardakı tarazlıq maksimum fayda, yəni əmtəənin həm istehlakçıları, həm də istehsalçıları üçün maksimum fayda təmin edir.
Rifah İqtisadiyyatı İstehlakçı profsiti, alıcı baxımından iqtisadi rifahı ölçür. İstehsalçı profsiti, satıcı baxımından iqtisadi rifahı ölçür.
İSTEHLAKÇI PROFSİTİ Ödəmək istənilən qiymət bir alıcının bir əmtəə üçün verməyə istəkli olduğu və verəbiləcəyi miqdardır. Bu alıcının əmtəə və ya xidmətə nə qədər dəyər verdiyini göstərir.
İSTEHLAKÇI PROFSİTİ İstehlakçı profsiti bir alıcının ödəməyə istəkli olduğu qiymət ilə o alıcının həqiqətdə ödədiyi qiymət arasındakı fərqdir.
Cədvəl 1: Dörd potensial alıcının ödəmək istədikləri qiymətlər...
İSTEHLAKÇI PROFSİTİ Bazar tələb əyrisi istehlakçıların müxtəlif qiymətlərdən almağa istəkli olduqları və ala bildikləri miqdarı göstərir.
Tələb Cədvəli və Tələb Əyrisi
Qrafik 1: İstehlakçı profsitinin tələb əyrisi ilə ölçülməsi
Qrafik 2: İstehlakçı profsitinin tələb əyrisi ilə ölçülməsi
İstehlakçı profsitinin tələb əyrisi ilə ölçülməsi Tələb əyrisinin və qiymətin altındakı sahə bazardakı istehlakçı profsitini ölçür.
Qrafik 3: Qiymət istehlakçı profsitinə necə təsir göstərir?
Qrafik 3: Qiymət istehlakçı profsitinə necə təsir göstərir?
İstehlakçı artığı necə hesablanır? İstehlakçı profsiti, alıcıların əmtəə üçün ödəməyə hazır olduğu miqdardan həmin əmtəə üçün real olaraq ödədiyi miqdarı çıxmaqla hesablanır. İstehlakçıların öz gözündən onların əldə etdiyi faydanı ölçür.
İSTEHSALÇI PROFSİTİ İstehsalçı profsiti istehsalçının əmtəəni satdığı qiymət ilə həmin əmtəənin istehsal xərci arasındakı fərqdir. Bu bazarda iştirak edən satıcıların faydasını ölçür.
Cədvəl 2: Dörd mümkün satıcının xərcləri
Təklif əyrisindən istifadə etməklə istehsalçı profsitinin ölçülməsi Eynilə istehlakçı profsiti tələb əyrisi ilə əlaqəli olduğu kimi istehsalçı profsiti də təklif əyrisi ilə yaxından əlaqəlidir.
Təklif Cədvəli və Təklif Əyrisi
Qrafik 4: Təklif Cədvəli və Təklif Əyrisi
Təklif əyrisindən istifadə etməklə istehsalçı profsitinin ölçülməsi Təklif əyrisinin üstündəki və qiymətin altındakı sahə bir bazarda istehsalçı profsitini ölçür.
Qrafik 5: Təklif əyrisi ilə istehsalçı profsitinin ölçülməsi
Qrafik 5: Təklif əyrisi ilə istehsalçı profsitinin ölçülməsi
Qrafik 6: Qiymət istehsalçı profsitinə necə təsir göstərir?
Qrafik 6: Qiymət istehsalçı profsitinə necə təsir göstərir?
BAZARIN SƏMƏRƏLİLİYİ İstehsalçı profsiti və istehlakçı profsiti aşağıdakı sualı cavablandırmaq üçün istifadə edilə bilər: - Sərbəst bazarlar tərəfindən müəyyən edilən resurs bölgüsü arzu ediləndirmi?
BAZARIN SƏMƏRƏLİLİYİ İstehlakçı profsiti = Alıcılara görə olan dəyəri – Alıcılar tərəfindən ödənilən miqdar və İstehsalçı profsiti = Satıcılar tərəfindən əldə edilən miqdar – Satıcılara olan xərci
BAZARIN SƏMƏRƏLİLİYİ Məcmu profsit = İstehlakçı profsiti + İstehsalçı profsiti və ya Məcmu profsit = Alıcılara görə dəyəri – Satıcılara görə xərci
BAZARIN SƏMƏRƏLİLİYİ Səmərəlilik resursların bölgüsü məcmu profsiti maksimumlaşdırdığı zaman əldə edilir.
BAZARIN SƏMƏRƏLİLİYİ Bazarın səmərəliliyinə əlavə olaraq, sosial bir planlaşdırıcı bərabərlik, yəni müxtəlif alıcılar və satıcılar arasında rifah bölgüsünün ədalətliliyi ilə maraqlana bilər.
Qrafik 7: Bazar tarazlığında istehlakçı və istehsalçı profsiti
BAZARIN SƏMƏRƏLİLİYİ Bazarın nəticələri ilə bağlı üç məqam: - Sərbəst bazarlar əmtəələri onlara ən çox dəyər verən alıcılara təklif edir.
- Sərbəst bazarlar əmtəələr üçün olan tələbi onları ən az xərclə istehsal edən satıcıya yönəldir.
- Sərbəst bazarlar istehsalçı və istehlakçı profsitlərinin məcmusunu maksimumlaşdıran miqdarda əmtəə istehsal edir.
Bazar tarazlığının qiymətləndirilməsi Tarazlıq nəticəsində resursların səmərəli istifadəsi mövcud olduğundan, sosial planlaşdırıcı bazar nəticəsinə müdaxilə etməməlidir. Bu bazarı özü-özünə buraxma siyasəti Fransızca laissez faire termini ilə ifadə edilir.
Bazar tarazlığının qiymətləndirilməsi Bazar gücü - Əgər bir bazar sistemi tam rəqabətçi deyildirsə, nəticədə bazar gücü doğa bilər.
- Bazar gücü qiymətlərə təsir göstərmə qabiliyyətidir.
- Bazar gücü bazarların səmərəli olmamasına yol aça bilər. Çünkü qiymət və miqdarı, tarazlıq qiyməti və miqdarından uzaqlaşdırır.
Bazar tarazlığının qiymətləndirilməsi Xarici effektlər - Xarici effektlər bir bazar nəticəsinin o bazardakı alıcılar və satıcılardan başqa fərdlərə təsir etdiyi zaman ortaya çıxır.
- Xarici effektlər bir bazardakı rifahın sadəcə əmtəənin satıcılara olan xərci və alıcılara olan dəyərindən başqa şeylərə bağlı olmasına yol açar.
Alıcılar və satıcılar nə qədər istehsal ediləcəyi və istehlak ediləcəyinə qərar verəndə xarici effektləri nəzərə almadıqları zaman bazardakı tarazlıq səmərəli olmaya bilər.
Xülasə İstehlakçı profsiti alıcıların bir əmtəə üçün ödəmək istədiyi miqdar ilə onun real olaraq ödədiyi miqdar arasındakı fərqdir. İstehlakçı profsiti alıcıların bazara qoşulmaları səbəbindən əldə etdikləri faydanı ölçür. İstehlakçı profsiti tələb əyrisi ilə qiymət arasındakı sahənin hesablanması ilə əldə edilir.
Xülasə İstehsalçı profsiti satıcıların bir əmtəə üçün əldə etdikləri miqdarla onun istehsal xərci arasındakı fərqə bərabərdir. İstehsalçı profsiti satıcıların bazara qoşulmasından əldə etdikləri faydanı ölçür. İstehsalçı profsiti qiymətdən aşağıda, təklif əyrisindən yuxarıda qalan sahəni əhatə edir.
Xülasə İstehsalçı və istehlakçı profsitlərinin məcmusunun maksimum olduğu hal resursların bölgüsünün məhsuldar olduğunu göstərir. Siyasətçilər tez-tez məhsusuldarlıq haqqında düşünürlər. Eyni zamanda onları iqtisadi nəticələrin ədalətliliyi də maraqlandırır.
Xülasə Təklif və tələb tarazlığı istehsalçı və istehlakçı profsitinin məcmusunu maksimumlaşdırır. Bu eyni zamanda bazarların görünməz əlinin alıcı və satıcıları resursları səmərəli bir şəkildə bölüşdürməyə sövq etməsidir. Bazarlar bazar çatışmazlıqlarının mövcud olduğu halda resursları səmərəli bir şəkildə bölüşdürə bilmir.
TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005 Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011 Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008 Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010 İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009 Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010
Dostları ilə paylaş: |