6. Müasir mikroprosessorlu elektron sistemlərinin qurulması üsulları



Yüklə 72 Kb.
tarix25.09.2018
ölçüsü72 Kb.
#70427

6. Müasir mikroprosessorlu elektron sistemlərinin qurulması üsulları
Mikroprosessorlu sistem proqramla idarə edilən elektron sistemidir.Ümumi halda elektron sistemi (ES) verilmiş alqoritmə əsasən giriş siqnallarını emal edərək tələb edilən çıxış siqnallarını hasil edən bir qurğudur. ES-nin giriş/çıxış siqnallarının strukturunu ümumi halda şək.1.1-də göstərildiyi kimi təsvir etmək olar.
Göründüyü kimi ES-nin giriş/çıxış siqnalları rəqəmsal və analoq ola bilər,onun nüvəsində isə məlumatlar rəqəmsal formada yüksək sürətlə emal edilir və yadda saxlanılır.Analoq giriş/çıxış siqnallarının rəqəmsal nüvə ilə interfeysi ES-nin strukturuna daxil edilmiş ADC(Analog-digital convertor- ARÇ-analoq-rəqəm çeviricisi) və DAC(Digital-analog convertor-RAÇ-rəqəm-analoq çeviricisi ) vasitəsilə təmin edilir.Yəni, analoq X={xi} ( i=1,...,n) giriş siqnalları ADC tərəfindən X`={xi `} rəqəmsal siqnallara çevrilərək nüvəyə verilir,nüvənin çixişindan hasil edilən rəqəmsal Y`={yj `} ( j=1,...,m) siqnallar isə DAC vasitəsilə analoq Y={yj } siqnallara çevrilir və ES-nin çixişina ötürülür.Burada analoq- rəqəmsal çevrilmənin dəqiqliyi ADC və DAC-nin bit sayından və istifadə edilən çevrilmə alqoritmindən asılı olur. Rəqəmsal nüvədə məlumatın emalı alqoritminin gerçəkləşdirilməsi ümumi halda aşğıdakı üsullarla yerinə yetirilə bilər.

1)Emal alqoritminin sərt strulturda yerinə yetirilməsi .Bu halda rəqəmsal nüvənin riyazi modeli A(X(t),Y(t),S(t),S0,λ,δ) abstrakt avtomat kimi təsvir edilə bilər(şək.1.2).Burada

X(t)= X`(t) U {zi (t)}i=1,k U V1(t) -giriş siqnalları çoxluğudur;

Y(t)= Y`(t) U {ui (t)}i=1,l U V2(t) -çıxış siqnalları çoxluğudur;

S(t) –daxili vəziyyətlər çoxluğu,S0- başlanğıc vəziyyətdir;

λ və δ- uyğun olaraq keçid və çıxış funksiyalarıdır, t={tp} ( p=1,...) –diskret zaman anlarıdır.

Hər bir t anında avtomatın çıxış siqnallarının qiyməti və yeni vəziyyəti aşağıdakı ifadə ilə təyin edilir:

Y(t)= δ(X(t), S(t-1)) , S(t)= λ(X(t), S(t-1)) ,

burada S(t-1) bundan əvvəlki t-1 anında avtomatın vəziyyətini göstərir.

λ və δ-nın ,X(t)-nin çox sadə olduğu halda rəqəmsal nüvənin qurulmasında avtomatların struktur sintezi üçün mövcud olan formal alqoritmlərdən istifadə edilə bilər.Bu halda verilmiş λ və δ –nı gerçəkləşdirən dəyişməz(sərt) strukturlu sadə sxemlər ənənəvi element bazasında (adi məntiqi elementlər/bloklar və yaddaş elemetləri / blokları) avtomatik olaraq sintez edilir. Hər bir yeni emal alqoritmi(yeni λ və δ ) üçün isə belə element bazasında sxem yenidən qurulmalıdır.Digər tərəfdən λ və δ-nın və X(t)-nin çox mürəkkəb olduğu halda sxemin sintezi prosesinin formallaşdırılması çətinləşir. Odur ki,çevik dəyişən strukturlu mürəkkəb rəqəmsal qurğuların yaradılması üçün bu üsulun tətbiqi məqsədə uyğun deyildir.

2) Emal alqoritminin yumşaq məntiq (firmware) əsasında gerçəkləşdirilməsi. Bu halda emal alqoritminin icrası xüsusi yaddaşdakı mikroproqramlar əsasında yerinə yetirilir. Emal alqoritmində dəyişiklik edilməsi ,yaxud onun yenisi ilə əvəz edilməsi uyğun mikroproqramın sistemə daxil edilməsi yolu ilə əldə edilir.Belə dəyişkən strukturlu sxemlərdə məlumatın emalı sürəti sərt məntiq üsuluna nisbətən aşağı olsa da ,layihələndirilən qurğunun müəyyən sinif alqoritmlər üçün universallığı müəyyən dərəcədə təmin edilmiş olur.ES-nin rəqəmsal nüvəsinin bu üsulla layihələndirilməsi proqramlaşdırılan struktura malik müasir element bazasında mümkündür.Məsələn, baza elementi kimi proqramlaşdırılan məntiqi matrislər(PLM(PLİC) -programmed logic matris(circuit)—proqramlaşdırılan məntiqi matris(sxem)) istifadə edilə bilər. Bunun üçün emal alqoritmi ∑((ax ) i ^ (b x )j ) tipli ifadəyə gətirilməlidir,çünki PLM-də məlumatın emalı bu əməliyyatlar üzərində qurulur. (ax )i və (bx )j dəyişənləri X(t) giriş siqnalları çoxluğunda təyin edilir. PLM-nin sadələşdirilmiş şəkildə strukturu şək.1.3-də göstərilmişdir. Strukturu çevik dəyişən mürəkkəb rəqəmsal qurğunun PLM üzərində yaradılması üçün onun daxilində geniş çeşidli və tipli məntiqi ,yaddaş elementləri/blokları vardır. Tələb olunan tipdə komponentin sxemə daxil edilməsi,yaxud onun sxemdən çıxarılması ,eləcə də bu komponentlər arasında lazımi əlaqələrin yaradılması PLM(PLİC)-nin yükləyici strukturlar yaddaşında saxlanılan xüsusi idarəedici siqnallar (mikroəmrlər) vasitəsilə yerinə yetirilir.Layihəçinin icra edəcəyi əməliyyatlar ardıcıllığı ixtisaslaşdırılmış dildə əvvəlcədən layihələndirmə sisteminə daxil edilir,xüsusi translyator vasitəsilə mikroəmrlər ardıcıllığına çevrilərək PLM-nin yükləyici strukturlar yaddaşında saxlanılır. Layihələndirmə prosesi interaktiv olduğundan layihəçi idarəedici giriş siqnalları vasitəsilə PLM-də yaradılan strukturda dəyişiklik edə bilər. Yaradılmiş qurğunun strukturunun həmin PLM üzərində yenidən dəyişdirilməsi üçün uyğun idarəedici siqnallar verilir.Bu üsul analoq siqnallarının emalı üçün ixtisaslaşdırılmış audio/video qurğuların yaradılmasında geniş tətbiq edilir. Çünki məhz audio/video siqnalların emalı alqoritmlərinin əksəriyyəti (süzgəcləmə, sıxlaşdırma və s.) ∑((ax ) i ^ (b x )j ) kimi ifadə edilə bilir.

Hazırda analoq siqnallarının rəqəmsal emalının müasir prosessorların PLM üzərində qurulması geniş tətbiq edilir.Bu halda baxılan sinif alqoritmlər üçün kifayət dərəcədə emal sürəti və universalliq təmin edilmiş olur.



3) Məlumatın emalı alqoritmlərinin proqramla icra edilməsi.Bu, rəqəmsal nüvənin mikroprosessor(MP)-la gerçəkləşdirilməsi halına uyğundur və ES bütövlükdə MP-lu sistem adlanır. Belə sistemin sadə strukturu şək.1.4-də göstərilən kimidir.Proqram yaddaşında saxlanılan alqoritmlər əsasında məlumatın emalı bilavasitə CPU-da yerinə yetirilir.Yuxarıda nəzərdən keçirilən üsullardan fərqli olaraq belə strukturda emal sürəti müəyyən qədər aşağı düşsə də, ixtiyari sinifdən olan məsələlər üçün universallıq çoxsaylı proqramlar hesabına tamamilə təmin edilmiş olur.Tətbiq sahəsindən asılı olaraq emal sürəti və universallıq kimi parametrlər arasında seçim etmək üçün MP-lu sistemlərin müxtəlif tiplərindən istifadə edilir. MP-lu sistemlərin (MPS) aşağıdakı tiplərini göstərmək olar:

  • Mikrokontrollerlər(MK) rəqəmsal nüvəsi,yaddaşı və bütün periferiya interfeysləri vahid mikrosxem şəklində gerçəkləşdirilən ən sadə MPS-dir;

  • Kontrollerlər idarəedici MPS olub MK(8,16 bitli universal MP) üzərində qurulmaqla üçün genişlənmə kartları kimi FK-dəistifadə edilir ,yaxud ayrıca modullar şəklində idarəedilən obyektin konstruksiyasına daxil edilir;

  • Mikrokompüterlər daha böyük MPS olub geniş çeşidli periferiya interfeyslərinə malikdir(notebooklar,cib kompüterləri,mobil telefonlar və kommünikasiya vasitələri);

  • Kompüterlər ən böyük güçlü ,universal MPS olmaqla müasir universal MP üzərində qurulur və geniş çeşidli periferiya interfeyslərin vardır(FK,superkompüterlər).

Yüklə 72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə