6 oktyabr 2016-cı il, bazar Masallı gəncləri dövlət müstəqilliyimizin önəmini dəyərləndiriblər



Yüklə 76,04 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü76,04 Kb.
#42773


16 oktyabr 2016-cı il,  bazar

7

Masallı gəncləri dövlət müstəqilliyimizin 

önəmini dəyərləndiriblər   

 

ˆ

Yeni Azərbaycan Partiyası Masallı 



rayon təşkilatının gənclər birliyi “Azərbaycanın 

Müstəqillik Günü milli sərvətimizdir” mövzusunda 

tədbir keçirib.

Gənclər birliyinin sədri 

Məmmədhüseyn Hüseynov 

tədbiri açaraq bildirib ki, 

müstəqil dövlət qurmaq, 

öz taleyinin sahibi olmaq 

hər bir xalqın arzusudur. 

Azərbaycan xalqı düz 25 

il öncə bu istəyinə ikinci 

dəfə qovuşdu. Böyük siyasi 

təcrübəyə malik olan ulu 

öndər Heydər Əliyevin ölkədə 

hakimiyyətə qayıdışı ilə milli 

dövlətçiliyimiz möhkəmləndi. 

Hazırda Azərbaycan post-

sovet məkanın ən güclü 

dövlətlərindən biridir.   

YAP Masallı rayon 

təşkilatı aparatının rəhbəri 

Fəxrəddin Eyvazov çıxışında 

müstəqilliyimizin siyasi və 

iqtisadi sütunlarının getdikcə 

möhkəmləndiyini konk-

ret faktlarla əsaslandırıb. 

O deyib ki, Azərbaycanda 

dövlət  müstəqilliyini ehtiva 

edən əsas amillər qətiyyətlə 

qorunub saxlanır və inki-

şaf etdirilir. Dövlətçiliyin 

möhkəmləndirilməsinə, 

iqtisadiyyatın inkişafına, 

milli-mənəvi dəyərlərin 

qorunub saxlanmasına eyni 

dərəcədə ciddi diqqət yetirilir. 

Natiq ümummilli lider Heydər 

Əliyevin siyasi xəttini davam 

etdirən Azərbaycan Respub-

likasının Prezidenti cənab 

İlham Əliyevin bu yöndə 

çoxşaxəli fəaliyyətindən, 

azərbaycançılıq ideologiyası-

nın alternativsiz bir yol olma-

sından ətraflı bəhs edib.  

İctimai fəal gənclərdən 

Nemət Abdullayev, Cəlal 

Əliyev, Lalə Seyidzadə, 

Günay Mehrəliyeva, Rafiq 

Abbasov və başqaları tədbirdə 

ürək sözlərini söyləyib, dövlət 

müstəqilliyimizin əbədi və 

dönməz olmasından hədsiz 

qürur duyduqlarını dilə 

gətiriblər. 

Əli NƏCƏFXANLI,  

“Xalq qəzeti”

Şəmkir:

  Kənd sakinləri ilə görüş

 

ˆ

Şəmkir Rayon İcra Hakimiyyətinin 



başçısı Alimpaşa Məmmədov rayonun Keçili və 

Xuluf kəndlərinin sakinləri ilə görüş keçirmişdir. 

Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının 

məsul işçiləri, hüquq- mühafizə orqanlarının,  

idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak 

etmişlər.

 Rayon icra hakimiy-

yətinin başçısı  kənd 

sakinlərini salamlamış, 

Prezident İlham Əliyevin 

rəhbərliyi ilə ölkəmizdə son 

illər həyata keçirilən sosial-iq-

tisadi islahatlardan bəhs etmiş, 

Şəmkirdə aparılmış abadlıq-

quruculuq işləri və layihələr 

haqqında məlumat vermişdir.

Qeyd etmişdir ki, rayonun 

digər yaşayış məntəqələri kimi 

Keçili və Xuluf kəndlərinin 

də sosial problemləri daim 

diqqətdə saxlanılır, zəruri 

tədbirlər görülür.

A.Məmmədov kənd 

sakinlərini narahat edən 

məsələlərlə daha yaxından ta-

nış olmuşdur. Dinlənilmiş çox-

saylı müraciətlərin bir qismi 

yerindəcə həllini tapmış, digər 

müraciətlər isə qeydiyyata alı-

naraq nəzarətə götürülmüşdür. 

Qaldırılan məsələlərin həlli 

ilə bağlı aidiyyatı qurumların 

rəhbərlərinə və məsul şəxslərə 

tapşırıqlar verilmişdir.

Görüşdə çıxış edən 

sakinlər göstərilən diqqətə 

görə rayon rəhbərliyinə 

minnətdarlıqlarını bildirmiş, 

regionların, o cümlədən 

Şəmkir rayonunun iqtisa-

di inkişafı, əhalinin sosial 

vəziyyətinin yaxşılaşdırılması 

istiqamətində ölkə Prezidenti 

İlham Əliyevin xüsusi diqqət 

və qayğısından razılıqlarını 

ifadə etmişlər.

Qeyd etmək lazımdır 

ki, Şəmkirdə belə görüşlər 

ənənə şəklini almışdır və 

onun faydası çoxdur. Bir 

sıra problemlər məhz həmin 

görüşlərdən sonra öz həllini 

tapmış, rayonun kənd və 

qəsəbələrinin abadlaşdı-

rılması, sosial məsələlərin 

həlli istiqamətində mühüm 

işlər görülmüşdür. Qaldı-

rılan problemlərin rayon 

icra hakimiyyəti başçısı 

tərəfindən şəxsən nəzarətə 

alınması müsbət səmərə verir, 

idarə, müəssisə və təşkilat 

rəhbərlərinin məsuliyyətini 

daha da artırır.

Hamlet QASIMOV,  

 “Xalq qəzeti” nin 

 bölgə müxbiri

 

ˆ

“Naked science” elmi-kütləvi portalı bu 



sualın cavabını Tokio Universitetinin alimlərinin 

yeni tədqiqatları əsasında verir. Yerin təbii 

sərvətlərini  öyrənən alimlər  belə qənaətə gəliblər 

ki, dünyadakı qızıl ehtiyatları indiyə qədər ehtimal 

edilən kosmik zərbələr nəticəsində deyil, planetlərin 

bir-birinə genişmiqyaslı təsiri nəticəsində yaranıb. 

Yəni çoxsaylı toqquşmalar baş verib. 

Onların  qənaətiincə,  

həmin proses uzun müddət 

davam edib və Yerin “qı-

zıllaşması” 300 milyon il 

qabaq formalaşıb. Tədqiqatçı 

alimlər Ramon Braser və 

Siqeru İda  əvvəlcə öz 

həmkarlarının köməyi ilə Yer 

qrupuna aid olan planetlərin 

(Merkuri, Venera, Mars və 

Yer) təkamülünü imitasiya 

edən kompüter modelini 

yaradıblar. Sonra isə həmin 

yolla Yerdə, Ayda və Marsda 

olan qızıl və platin ehtiyat-

larını müqayisə ediblər. Bu 

model sübut edib ki, Yerdəki 

qızıl ehtyatları məhz yu-

xarıda qeyd edilən proses 

nəticəsində formalaşıb.

Sayt yazır ki, bu yaxınlar-

da eynilə buna bənzər nəticə 

ilə NASA-nın Ayı tədqiq 

edən institutunun alimləri 

də  çıxış ediblər. NASA 

mütəxəssislərinin fikrincə, 

Yerdəki qızıl ehtiyatları 

planetimizin 2, 5-dən 3 min 

kvadratkilometrədək diametri 

olan səma cisimi ilə toqquş-

ması nəticəsində əmələ gəlib. 

Həmin cisim isə, təxminən, 

Pluton ölçüsündə olub.

Beləliklə, alimlərin 

son tədqiqatları sübut edir 

ki, Yerdəki qızıl ehtiyat-

larının kosmik zərbələr 

nəticəsində formalaşması 

barədə söylənilən fərziyələr 

əsassızdır. Yeni tədqiqatların 

müəllifləri inanırlar ki, 

bu nəticələr planetimizin 

yaranışı barədəki keçmiş 

təsəvvürləri dəyişəcək. 

Həmin fərziyələrin nəyi 

dəyişib-dəyişməyəcəyindən 

asılı olmayaraq, Yerdəki 

insanların qızıla hərisliyinin 

dəyişəcəyinə qətiyyən ümid 

yoxdur.

Hazırladı:  

 İsaq ƏMƏNULLAYEV,  

“Xalq qəzeti” 

Dünyada qızıl necə yaranıb?

Hər evdə gözlənən qonaq 

 



 

SPACE

 

ˆ

Tamaşaçı üçün televiziya  həmişə sirli- 



sehrli olub. Uzun  zaman keçib  yaranışından. İllər 

ötüb, nəsillər dəyişib. Amma  bu sehrli qutuya olan 

münasibət dəyişməyib. Tamaşaçı yenə də möcüzə 

ünvanı kimi baxır televiziyaya. Və doğru da edir.  

İndi heç birimiz  həyatımızı   onsuz təssəvvür  edə 

bilmirik. Bir sözlə, hər evdə hər an  gözlənən, 

arzulanan qonağa çevrilib  televiziya.  Sirr 

yoldaşımza ,  könül   dərddaşımıza  dönüb – desək, 

yanlışlıq etmərik, yəqin ki…  

Gündəlik qəbul etdi-

yimiz qida, su nə qədər 

vacibdirsə, televiziya da o 

qədər əhəmiyyətli və gərəkli 

olub. Bir sözlə, həyatımıza   

bir əlvanlıq, bir gözəllik və 

dolğunluq gətirib  televiziya.  

Ölkə telekanalları içərisində  

sözü, üslubu, təqdimatı  

və  bir-birindən maraqlı 

verilişləri ilə tamaçılarının 

zövq aldığı “Space” də var. 

Biz digər teleşirkətlərin işinə 

və yaxud da  proqramlarına 

kölgə salmadan, bir məqama  

diqqət yetirmək istəyirik. 

Tam mübaliğəsiz  deyə bilərik  

ki,  “Space”  yaşından asılı 

olmayaraq, hər kəsin rahat-

ca oturub baxa bildiyi bir 

televiziya kanalıdır. Məhz bu 

televiziyada  hər yaşda adam 

– istər  ahıl, istər gənc, istərsə 

uşaq – istənilən proqramı 

rahat şəkildə izləyə bilər. Və 

təbii ki, bu muhitin və şəraitin 

yaranması da səbəbsiz deyil. 

Bu mənzərənin yaranmasında  

televiziyanın rəhbərliyi başda 

olmaqla hər kəsin əməyi, xal-

qına sevgisi, dövlətinə inamı 

dayanır.

Bu teleməkanda bütün 

əməkdaşları düşündürən 

bir amal var:  milli-mənəvi 

dəyərlərimizə sayğı və 

hörmətlə yanaşmaq, inki-

şaf edən, regionun liderinə 

çevrilmiş, dünya dövlətləri 

sırasında hörmət və nüfuz 

sahibi olan  dövlətimizin 

uğurlu siyasətini vicdanla və 

sevgi ilə təbliğ etmək və ən 

əsası, tamaşaçıların zövqünü 

oxşayan verilişlər hazırlamaq. 

Xəbər müəlliflərini də, musiqi 

proqramlarını hazırlayanla-

rı da, dini layihələri ərəsyə 

gətirənləri də  düşündürən  

ancaq  sevimli tamaşaçılarıdı. 

Onların zövqünü oxşamaq 

istəyidir,   informasiya bol-

luğunda saxlamaq  həvəsidir  

və  milli-mənəvi dəyərləri  

ruhlara hopdurmaq sevgisi-

dir. “Space” və speysçilərin 

amalı budur və bu,  heç vaxt 

dəyişməyəcək. 

Rəşad VƏKİLOĞLU

 

ˆ

Yurdumuz Azərbaycan öz müstəqilliyini bərpa etdikdən 



sonra ilk onilliyində  ümummilli lider Heydər Əliyevin dərin zəkası, 

uzaqgörənliyi, müdrikliyi sayəsində ictimai-siyasi sabitliyin əldə 

olunması, sosial-iqtisadi problemlərin öz həllini tapması növbəti 

mərhələdə respublikamızın bütün bölgələrində və həyatın müxtəlif 

sahələrində dinamik inkişafa zəmin yaratdı. Məhz həmin bünövrə 

üzərində öz işini dahi rəhbərin irsinə layiq şəkildə davam etdirən 

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində 

ölkəmiz günü-gündən inkişaf edərək dünyanın qabaqcıl dövlətləri ilə 

müqayisə olunacaq səviyyəyə gəlib çatdı.

İstər ölkəmizin paytaxtı Bakı 

şəhərində, istərsə də bölgələrimizdə 

sənaye və kənd təsərrüfatı 

obyektlərinin, , yol-nəqliyyat infrast-

rukturunun, səhiyyə və təhsil ocaqları-

nın yeni, müasir tələblər səviyyəsində 

qurulması şəhər və kəndlərimizin sima-

sını dəyişərək yurdumuzu gözəlliklər 

diyarına çevirdi. Son illər ərzində 

abadlıq-quruculuq sahəsində daha 

çox nailiyyətlərə imza  atan Naxçıvan 

Muxtar Respublikası  öz heyrətamiz 

gözəlliyi ilə öndə gedən və fərqlənən 

bölgələrimizdəndir. Ali Məclisin sədri 

Vasif Talıbovun diqqəti və qayğıkeşliyi 

sayəsində muxtar respublikanın bütün 

rayonlarında yüksək inkişaf tempi hər 

addımda duyulmaqdadır. Hava limanın-

dan Naxçıvanın  istənilən istiqamətinə 

üz tutan hər kəsi şəhərin abadlığı, 

təmizliyi heyrətə gətirir və buranın ab-

havası insanı ovsunlayır. 

Muxtar respublikada olan inkişaf, 

abadlıq işləri haqqında əvvəllər çox 

yazılmış və bundan sonra da ürəkdolusu 

danışanlar, söz deyənlər daha çox 

olacaqdır. Bu yazıda Şahbuz haqqında 

söhbətə keçməzdən öncə bir könüla-

çan məqama toxunmaq istərdim. Ali 

Məclisin sədri Vasif Talıbovun diqqət 

və qayğısı bütün sahələrə olduğu kimi, 

təhsil sahəsinə də olduqca yüksək 

səviyyədədir. Hər il ali məktəblərə 

qəbul imtahanlarında 500-dən yuxarı 

bal toplayıb  tələbə adını qazanmış 

gənclərimizlə Ali Məclis sədrinin şəxsən 

görüş keçirməsi və hər birinin zəhmətini 

dəyərləndirərək mükafatlandırması 

Vətənimizin, millətimizin gələcəyinə 

diqqət və qayğıdır. Bu il yüksək bal top-

lamış 338 tələbəmiz də  avqust ayında 

mükafatlandırılmışdır. Ali Məclisin sədri 

gənclərə uğur diləyərək, onlara Vətən 

üçün  oxumağı, çalışmağı, daim ümum-

milli liderimiz Heydər Əliyevin işıqlı 

ideyalarına xidmət göstərərək yurdu-

muza töhfələr verməyi tövsiyə etmişdir. 

Tələbələrə, eyni zamanda, “Naxçıvan: 

Şərqin əfsanəsi” kitabı təqdim olunmuş-

dur. Naxçıvanda xalqımızın gələcəyi 

olan gənclərimizə qol-qanad verən, onla-

rı sabaha doğru daha inamla addımlama-

ğa sövq edən yüksək səviyyəli diqqətin 

bir örnək  kimi  digər bölgələrimizə də 

sirayət etməsi çox yaxşı olardı.

Şahbuz rayonu Naxçıvan Muxtar 

Respublikasının keçmiş Zəngəzur ma-

halı ilə həmsərhəd olan, dağlar qoy-

nunda yerləşən və həmişə öz füsunkar 

təbiəti ilə gəlib-gedənləri valeh edən 

bir bölgəsidir. Naxçıvan şəhərinin, 

təxminən, 30 kilometrliyində yerləşir. 

Şahbuz şəhərindən və kəndlərindən 

Naxçıvanın mərkəzinə işləyən avtobus-

lar müəyyən olunmuş qaydalar əsasında 

yerli əhaliyə xidmət göstərir. Bundan 

əlavə, növbədə dayanan taksi sürücüləri 

tələsən sərnişinləri, qonaqları yüksək 

səviyyədə  qarşılayıb lazımi ünvan-

lara çatdırmağı özlərinə borc bilirlər. 

Əyləşdiyimiz taksinin gənc sürücüsü ilə 

tanışlıqdan sonra vəziyyətin, yaşayışın 

necə olmasını xəbər alıram. Yanında 

əyləşən digər sürücü Zəka söhbətə  

başlayır : 

– Vəziyyət çox yaxşıdır. Baxın, 

yollarımız şüşə kimidir. Şəhərimizin 

bütün dağ kəndlərinə -- Nursuya, 

Keçiliyə, Küküyə, Biçənəyə gedən 

yolların hamısına asfalt  salınmışdır və 

biz də müştərilərimizə nümunəvi xidmət 

göstəririk.

Yolun rahatlığından, söhbətin 

şirinliyindən Şahbuz şəhərinə çatma-

ğımız, sanki, ani olur. Şəhərə girər-

girməz gözəllik təmtərağının ab-havası 

insanı heyrətə gətirir və istiqlalımızın, 

müstəqilliyimizin xoş duyğularını 

yaşadır. Şəhər mərkəzinə çatmamış 

Heydər  Əliyev prospektinin aşağı 

hissəsində maşından düşərək prospekt 

boyunca piyada gəzməyə,  şəhərin 

mənzərəsindən doyunca zövq almağa 

çalışırıq. 

Yolun kənarlarında əkilmiş gül 

kollarının və bəzək ağaclarının arasından 

keçən piyada yolu ilə irəliləyərək, bir-

birindən fərqli gözəl mənzərəli  tikililəri, 

dövlət inzibati-idarə binalarını seyr 

edirik. Şəhərin mərkəzinə yaxın yerdə 

yerləşən Şahbuz Şahmat Məktəbinin 

önündə dayanıb binanı seyr edərkən 

30 il öncə tələbə yoldaşı olduğum Əli 

Gülmalıyevlə rastlaşırıq. Qısa söhbətdən 

sonra Şahmat Məktəbinin direktoru 

olduğunu deyir:   

– Ötən il bu məktəbə direktor təyin 

edilmişəm. Məqsədimiz yurdumuzun 

adını dünya şahmat tarixinə yazacaq 

gənclər yetişdirməkdir. Rayonumuzun 

gözəlliyindən isə danışmağa ehtiyac 

duymuram. Gözəllik göz önündə olanda 

ondan danışmazlar, onu seyr edərlər,-- 

deyərək gülümsəyir və bəzi yeniliklərlə 

bizi tanış etmək üçün söhbətə qoşulur. 

Yol boyunca söhbət edə-edə Şahbuzun 

yeni  avtovağzalını dolaşdıqdan sonra 

Batabat bulağı parkına yollanırıq. Bu bu-

lağın suyu adı dillər əzbəri olan Batabat 

yaylağından gəlir və şəhər sakinlərinin 

hər birinin həyətinə, evinə  dövlət vəsaiti 

hesabına çəkilmişdir.

Şahbuzun yeni görünüşü

Batabat bulağının sərin suyundan 

içdikdən sonra şəhərin digər görməli, 

gəzməli yerlərini dolaşırıq. Onların 

hamısı müasir tələblərə cavab verən 

səviyyədədir. Şahbuz şəhər 1 nömrəli 

məktəbi və Şahbuz şəhər mərkəzi 

xəstəxanasında iş rejimi və yaradılmış 

gözəl şəraitlə maraqlanıb tanış oluruq. 

Bu qədər zəngin təəssüratlarla qəlbimiz 

dolu ikən, Şahbuzun Bayraq meydanına 

baş çəkməyimiz bizi yaxşı mənada daha 

çox təsirləndirir. Bayrağın ətrafında daş-

lar üzərində yonulmuş milli naxışlarımı-

zın rəngarəngliyi, qeyri-adiliyi gəzintiyə, 

ziyarətə gələn hər kəsin qəlbini, ruhunu 

oxşayır. 

Qəlbimizdə bu abadlıq işlərini 

görənlərin hamısına alqış və 

minnətdarlıq hissi ilə Şahbuz Rayon 

İcra Hakimiyyətinə yollanırıq. Qəbul 

günü olmasa da rayon rəhbəri ilə görü-

şümüz alınır.  Nurəddin müəllim bizi 

səmimi və gülərüz qarşılayır. Onu da 

qeyd edim ki, Nurəddin Quliyev Şah-

buzun Qarababa kəndində dünyaya göz 

açmışdır. Ali təhsil aldıqdan sonra öz 

doğma məktəbində əmək fəaliyyətinə 

başlamış, bir neçə il sonra məktəbin 

direktoru, daha sonra Şahbuz Rayon 

Təhsil Söbəsinin müdiri vəzifələrində 

çalışmışdır. Qətiyyəti, işgüzarlığı ilə 

fərqlənən bir dövlət qulluqçusu kimi, 

Şahbuz Rayon İcra Hakimiyyətinin baş-

çısı təyin olunmuşdur. On ildən artıqdır 

ki, layiqincə bu vəzifədə çalışmaqdadır. 

Həm Şahbuzun iqtisadiyyatına, kənd 

təsərrüfatına dərindən bələd olması, 

həm də Naxçıvan Muxtar Respub-

likası Ali Məclisi tərəfindən verilən      

qərarların, tapşırıqların vaxtında və 

yüksək səviyyədə yerinə yetirməsi 

sayəsində Şahbuzun bugünkü uğurları-

na nail olmuşdur. 

Rayon rəhbəri ilə söhbətimizə 

şəhərin gözəlliyindən, ondan aldığı-

mız xoş təəssüratlardan başlayırıq. O, 

üzündə təbəssüm öz təəssüratlarını 

bizimlə bölüşür: “Bu gözəllik, bu 

abadlıq, bu sevinc hissləri hamısı 25–30 

il öncə bizim hamımızın arzuladığı-

mız müstəqilliyimizin, istiqlalımızın 

bəhrəsidir. Biz bundan sonra da daha 

ciddi səylə çalışmalıyıq ki,  Vətənimiz 

daha da gözəlləşsin, yerli əhalinin sosial-

iqtisadi vəziyyəti hamımızı qane etsin 

və doğma Azərbaycanımız dünyanın 

inkişaf etmiş ölkələri ilə bərabər, bir 

sırada addımlasın. Muxtar respublika-

mızda “Kənd mərkəzlərinin yaradıl-

ması” layihəsi əsasında rayonumuzun  

kəndlərində göz oxşayan tikililərimiz, 

bütün kənd yollarina asfalt  salınması 

sakinlərimizin rahatlığı və güzəranı 

üçün edilmişdir. Biz hər iş həftəsində 

işimizə vətəndaşların qəbulu, onların 

mövcud problemlərinin həll olunması ilə 

başlayırıq. Bu bizim vəzifə borcumuzdur 

və biz bu borcu yerinə yetirməkdən şərəf 

duyuruq.”

Ertəsi gün rayonun  kəndlərini 

görmək üçün yola çıxırıq. İlk görüşünə 

getdiyimiz Nursu kəndi – Xalq şairimiz 

ölməz Məmməd Arazın doğulub boya-

başa çatdığı, dağlarının sədasından, 

çeşmələrinin zümzüməsindən, 

çiçəklərinin ətrindən ilhamlandığı kənd 

olur. Nursu kəndinin Ziyarat adlanan 

yerinə çatar-çatmaz kəndin dağlarından 

axıb gələn sərin hava kəskin şəkildə 

duyulur. Quzey körpüsündən keçərək 

kənd mərkəzinə çatırıq. Kənd mağaza-

sı, iaşə xidməti binası, kənd məktəbi, 

xəstəxanası, icra nümayəndəliyi binası 

hər biri öz görünüşü, ətrafının gülü-

çiçəyi ilə insana zövq verir. Məktəb və 

icra nümayəndəliyi önündə salınmış, 

gecə işıqları ilə bəzədilmiş parkları isə 

daha çox diqqəti cəlb edir.

Nursu kəndində bizi ilk qarşılayan 

icra nümayəndəsi Elvin İbrahimov 

oldu. Daha sonra Nursu məktəbinin 

müəllimləri Rizvan müəllimlə, Baba 

müəllimlə, məktəb direktoru Xanəli 

Əmişovla həmsöhbət oluruq. Onlar Nur-

su kəndinin gözəl təbiəti, tarixi, məktəbi 

haqqında söz açaraq tarixçi – alim İbra-

him Bağırovun, ədəbiyyatşünas  Firudin 

Hüseynovun, akademik Adil Bağırovun 

və onlarca elmlər doktoru, müxtəlif elm 

sahələri üzrə çox sayda fəlsəfə doktor-

larının, bir neçə gənc yazıçı və şairin 

bu kəndin yetirmələri olduğunu qeyd 

edirlər. 

Belə xoş əhvalla şair 

Məmməd Arazın ev muzeyini 

ziyarətimiz, icra nümayəndəsi Elvin 

İbrahimovun(Məmməd Arazın qardaşı 

oğludur) şair haqqında danışdığı canlı 

xatirələr ovqatımızı daha da yüksəldir. 

Onu da qeyd edim ki, Nursu kəndində 

dili söz tutan hər bir körpə şairin 

şeirlərini əzbər bilir.

Xalq şairi Məmməd Arazın 

ev muzeyi

İki gün ərzində Şahbuzun Kükü, 

Kolanı, Qışlaq, Ağbulaq, Sələsüz, 

Badamlı, Daylaqlı, Biçənək, Külüs, 

Keçili kəndlərini, Batabat yaylağını, 

dolaşdıq və hər bir kənddə abadlıq, 

quruculuq işlərinin olduqca yüksək 

səviyyədə aparıldığının şahidi olduq. 

Ağbulaq Turizm İstirahət Mərkəzinə və 

Batabat yaylağına il ərzində çox sayda 

turistin gəldiyini yerli sakinlərlə söhbət 

əsnasında öyrənirik. 



Ağbulaq turizm istirahət 

mərkəzi

Keçili kəndinin sakinləri ilə qısa 

görüşdən sonra müstəqilliyimizdən 

öncə uzun illər Şahbuz rayonunda 

müxtəlif  məsul vəzifələrində çalış-

mış fərdi təqaüdçü Məmməd Bağı-

rovu evində ziyarət edirik. Ağsaqqal 

Məmməd müəllim Şahbuzun bugünkü 

vəziyyətindən ürəkdolusu danışır. Qeyd 

edir ki, Şahbuz əvvəlki dövrlə  müqayisə 

olunmayacaq dərəcədə dəyişib, 

gözəlləşib. O, müstəqil Azərbaycan 

dövləti tərəfindən bütün regionlarımızın 

inkişafı üçün yetərincə vəsait ayrıldığını 

vurğulayır.

Keçili kəndindən geri dönərkən 

kəndin ən yaşlı sakinlərindən biri olan 

92 yaşlı Qardaşxan Kərimovla elə yolda 

tanış oluruq. Qardaşxan dayı  çəliyin 

köməyi ilə yerisə də,  suvarmadan 

gəlirdi. Heç demə, el ağsaqqalı Şahbuz-

da görülən bütün işlərdən xəbərdar imiş.  

Gəzib-gördüyümüz yerlər haqqında bizə 

maraqlı söhbətlər edir  və sonda onun 

minnətdarlığını da hamıya çatdırmağı 

boynumuza qoyur. Elə  bu yazını da 

Qardaşxan dayının sözləri ilə tamamla-

yırıq: “Bütün xeyirxah insanları, xalqa 

yaxşı xidmət göstərənləri, rahatlıq 

yaradanları   Tanrı qorusun, ömürləri 

uzun olsun! Azərbaycan Respublikasının 

müstəqilliyi əbədi olsun!”



Əbülfət ZEYNALOĞLU, 

 AYB-nin üzvü, müəllim, 

müharibə veteranı 

Dövlət müstəqilliyimizin bərpası – 25

Şahbuz dağlarından 

gələn xeyir-dua

Yüklə 76,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə