676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

Adların oxşarlığı üzündən həm əski, həm də çağdaş müəlliflər çox va xt utilərlə udinləri
qarışıq salmışlar. Gerçək isə budur ki, qafqazdilli udinlər adlarını bu günə qədər qoruyub
saxladıqları kimi, türkdilli utilər də bu yaxın zamanlara qədər öz adları ilə (udulu) Şahsevən
tayfalarının bir qolu kimi yaşamaqda davam etmiş və öz adlarını Şamaxı və Dəvəci
rayonlarında mövcud olan və əhalisi Azərbaycan türkcəsində danışan Udulu kəndlərinin
adında həkk etdirmişlər. Eyni türk xalqının adına “uduit” (udu+”it” cəm şəkilçisi, yəni udular)
Fəzlullah Rəşidəddində də rast gəlinməkdədir (55.150).
Gördüyümüz kimi, utilərlə udinlər, eləcə də kutilr ayrı -ayrı xalqlar olmuşlar və bu üzdən də
kutilərin udinlərl eyniləşdirilməsi heç bir mntiqə sığmır.
Kutilərin türklüyünə zərrə qədər də şübhə etməyən və şumer -türk paralellərini kutilərin
İkiçayarası üzərindəki 1 əsrə yaxın hakimiyyəti dövrünün yadigarı sayan Firidun Ağasıoğlu
haqlı olaraq yazır:
“Eyni sözləri türk-şumer paralelləri haqqında da demək olar. Belə ki, bu dillərdə ayrı-ayrı
qrammatik və leksik paralellərin ortaya çıxmasını m.ö. lV-ll minilliklərdə şumerlərlə
kontaktda olmuş subar, kəngər, quti və turuk boylarının dili ilə izah etmək
mümkündür…”şumer-türk əlaqəsini də “dil ittifaqı” hesab etmək olar.
Türk dillərinin başqa sistemli dillərlə müqayisəsi göstərir ki, türk etnosu ilk çağlarda şumer,
dravid, hat dilləri, sonra sami, hind-avropa və qafqazdilli xalqların əhatəsində olmuşdur.
Doğu və quzey-doğu istiqamətlərəmiqrasiya edən türk boyları da çin, monqol və ural dilləri
ilə kontaktda olmuşlar. Türkologiya elminin çıxılmaz dalana girməsi məhz yanlış bilgi
üzərində qurulan qondarma “Altay nəzəriyyəsi” ilə bağlıdır. nəzərə almaq lazımdır ki, Türk
etnosu Ön Asiyada yaranmışdır, m.ö. lV və ll minillərin ortalarında iki böyük köçlə türklər
doğu və quzey yönlərə miqrasiya etmişlər.Bunu antropoloji, arxeoloji, mifoloji və dil faktoru
da təsdiq edir. Protoazər türkləri (Azərbaycan protürkləri) isə ilkin Ata-yurdda qalmışlar.”
(7.211).
Şumerlər kimdir?
Tədqiqatçılar ilk dəfə “şumer”ifadəsinə Aşşur hökmdarı Aşşurbanipal dövrünə aid mixi
yazıları araşdırakən rast gəlmişlər.Əslində bu kəlmə “sumer”şəklində qeyd edilmişdir.Lakin
termin rus elmi ədəbiyyatına nədənsə “şumer” şəklində daxil olmuş,azərbaycan elmi
ədəbiyyatına da beləcə daxil olmuş -dur.Aşşur hökmdarının mirzəsi “gizli şumer sənədlər i


haqqında məlumat vermiş, sonralar Fərat çayının aşağı axarında aparılmış qazıntılar
nəticəsində üzə çıxan və Aşşur -Babil mədəniyyətindən də qədim olan mədəniyyətə “şumer
mədəniyyəti”adı verilmişdir.Alimlərin şumer adlandırdıqları xalq isə özünü “kenqir” və ya
“kəngər”adlandırmış, qonşuları isə onlara “qarabaşlar” və ya “qarapapaqlar” demişlər.
Tarix elmləri doktoru,mərhum Yusif Yusifov şumerlərin daşıdığı və qonşuları
tərəfindən onlara şamil edilmiş bütün adlara sonrakı minilliklərdə də türk soy və boyları
içərisində rast gəlindiyini xüsusi qeyd etmişdir.
Şumerlər Messopatamiyanın,yəni İkiçayarasının adı elmə məlum ən qədim xalqı
idi.Onlar bu əraziyə kənardan gəlmişdilər.B elə hesab edilir ki,eramızdan əvvəl 4-cü minilliyə
aid edilən əl-Übeyd,eradan əvvəl 3000-2800-ci illərə təsadüf edən Uruk və eradan əvvəl
2800-2600-ci illəri əhatə edən Cömdət-Nəsr mədəniyyətləri bu xalq tərəfindən yaradılmışdır.
Ayrı-ayrı alimlər şumerlər in Messopatamiyaya,başqa sözlə, İkiçayarasına Anadoludan,Şərqi
Qafqazdan,yəni şimali Azərbaycandan,Cənubi Azərbaycandakı
Urmiya gölü sahillərindən,eləcə də Cənubi Türkmənistandan köçüb gəldikləri baraədə fikirlər
irəli sürmüşlər.Bu da təbiidir.Cünki alimlər həm Anadolu,həm Azərbaycan, həm də Cənubi
Türkmənistan ərazilərində şumer mədəniyyəti ilə üst -üstə düşən mədəniyyətin izlərinə rast
gəlmişlər.
Şumer mədəniyyətiniən görkəmli tədqiqatçılarından biri,tanınmış arxeolq samuel Kramer
özünün “Tarix Şumerdən başlayır” adlı kitabında şumerlərin İkiçayarasına Cənubi
Azərbaycanda yerləşən Urmiya gölü sahillərindən köçdüyünü,bunun eradan əvvəl 4 –cü
minillikdə baş verdiyini yazmaqdadır.
Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi tə s-virlərini
tədqiq etdikdən sonra şumerlərin Messopatamiyaya buradan köçüb getdiklərini bildirmişdir.
Nəsir Rzayev yazır:
“Qədim mədəniyyət və incəsənətimizdə şumer izlərinə həm Cənubi,həm də Şimali
Azərbaycanda rast gəlinir.Bu izlər qədim azərbaycanlıların şumerlərlə qaynayıb
qarışmasının,etnik yaxınlığının bir əlaməti kimi də çox maraqlıdır.Bu etnik yaxınlığın digər
bir göstəricicsi Aydın Məmmədov və digər dilçilərimizin dilimizdə üzə çıxardıqları şumer dili
paralelləridir.Bu dil qohumluğu həm qədim,həm də uzun tarixi bir prosesin nəticəsidir.


Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından,qan qohumluğundan
xəbər verən bir çox maddi mədəniyyət,incəsənət abidələri içərisində Qobustanın günəş
gəmiləri xüsusi yer tutur.
1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal və onu müşayiət edən SSRİ Elmlər
Akademiyasının Etnoqrafiya institutunun baş elmi işçisi Henrix Anoxin Qobustan
petroqliflərinə baxmış,eramızdan əvvəl 3 -cü minilliyə aid günəş gəmilərinin təsvirlərind ə
qədim şumer mədəniyyətinin izini görmüşlər.”(8.67).
Qədim şumer yazılı abidələrindən belə məlum olur ki,Messopatamiyaya köçən və
burada öz dövlətlərini quran şumerlərin ilk hakim sülaləsi Kiş sülaləsi,ilk şəhərləri də Kiş
şəhəri olmuşdur.Burad akı “Kiş”adının Şəki rayonu ərazisindəki Kiş çayı və Kiş kəndinin adı
ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir.Görünür,qədim şumerlər Azərbaycandan
İkiçayarasına köçərkən əski yurdlarının adlarını da özləri ilə aparmışlar.Məlumat üçün
bildirək ki,eyni adlı çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.
Allah –Təalanın Həzrət Musa əleyhissəlama və onun vasitəsilə İsrail oğullarına
endirdiyi müqəddəs “Tövrat”da Nuh tufanından,Həzrət Nuh əleyhis -səlamın oğulları və
onların soyları barədə məlumat verildikdən sonra tufandan sağ çıxmış insanların soylarından
yaranan xalqın Şumer ölkəsinə köçməsindən də bəhs edilir. Köçənlərin Şərq ölkəsindən
köçdükləri bildirilir:
“Yer üzndə bir dil və bir ləhcə var idi.Nuh övladları Şərqdən hərəkət ə keçərək Şumer
ölkəsində düzənlik bir yer tapdılar.”(65. l.X.l).
Gördüyümüz kimi, Tövratda şumerlrin Şumer ölkəsinə Şərq ölkəsindən gəldiyi
bildirilir.Qədim və orta əsrlər yəhudi və xristian abidələrində,o cümlədən Musa Kağankatlının
“Alban tarixi”kitabında “Şərq ölkəsi” deyilərkən şimali Azərbaycan ərazisi nəzərdə
tutulur.
Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq ölkəsində olduğunu qeyd
edərək yazır:
“Müqəddəs patrik Kişə gəlir,burada kilsə tikir və qansız qurban verir.Bu yer Şərqin
bütün kilsə və şəhərlərinin başlanğıcıdır…” (66.18).


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə