676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

AŞTAR
AÇAR
E
DE
UMA
UMMAQ
DURU
DURU
BAR
BARDAQ
PA
BAĞIR(maq)
PA
BAĞ(lamaq)
SA
SÖZ
DE
DEMƏK
BE
BƏY
BADARA
BAYRAQ
SA
SAĞ
SAA
SAP (kəndir)
QUM
QUM
SU
SU

MƏMƏŞ (49.5 -6).
—————————————————
Maraqlıdırki,Aydın Məmmədovun müqayisəyə çəkdiyi sözlərin, bir neçəsi istisna
olmaqla, heç biri Oljas Süleymenovun 60 sözü ilə üst-üstə düşmür.Yəni bu halda tamam
başqa sözlər müqayisəyə çəkilmişdir.Bu deyilənlərlə kifayətlənməyən alim “Türk dillərində


ilkin köklərin bərpasının nəzəri məsələləri” adlı digər məqaləsində mü qayisələrdə daha da
dərinə getmiş,bu dəfə ayrı -ayrı türk ləhcə və şivələrində rast gəlinən sözləri deyil,ümumtürk
mahiyyəti daşıyan sözləri bütün semantik yuvalarına görə müqayisə etmiş və hər iki dilin
genetik qohumluğunu təkzibolunmaz bir şəkildə ortaya qoymuşdur. Daha sonra
prototürklərin,yəni əcdad türklərin Ön Asiyada təşəkkül tapdığı və oradan Avrasiyanın geniş
ərazilərinə yayıldığı fikrini ifadə edən alim Azərbaycanın da həmin təşəkkül zonası ilə bağlı
olduğunu qeyd etmişdir.
Şumer-türk paralellərinin və bu paralellər əsasında genetik qohumluq əlaqələrinin üzə
çıxarılması sahəsində professor Tofiq Hacıyevin əməyi də yüksək qiymətləndirilməlidir.İstər
fonetika,istər leksika,istər morfologiya və istərsə də sintaktik quruluş baxımından böyük
maraq doğuran paralelləri üzə çıxaran alim müqayisə edilən dil materiallarının fonetik
qanunauyğunluqları barədə deyir:
“Şumercədə bəzi mütəxəssislər 4,bəziləri 6 sait qəbul edirlər.18 samit qeydə
alınmışdır.Bunlar müasir türk dilinin sait-samit sisteminə uyğun deyildir,ancaq həmin
səslərin hamısı türk dilində var.Əlbəttə,bu, tipoloji uyğunluqdur və kök sözlərdə,iki heca
həcmində yalnız eyni sait çıxış edir.Bu,ahəng qanununun ardıcıl
izlənməsi deməkdir.Bu prinsip yalnız alınma sözlərdə pozulur.S amitlərin
inkişafında,əvəzlənməsində də uyğunluq nəzərə çarpır. Köhnə və yeni şumercədəki
p-b, t-d-z, s-z, s-ş və sairə səs uyğunluqları türk dillərində də mövcuddur.Hətta müvafiq səs
uyğunluqlarını tutuşdurmaqla bir çox şumer və türk sözləri arasında etimoloji əlaqə
alınır.Məsələn,şumercə də Tuş və suş,yəni düşmək,oturmaq,türkcə -də tüş və düş.Burada əlaqə
birbaşa görünür.Şumer dilində sipa,yəni çoban kəlməsini götürək.Həm şumercədə,həm də
türkcədə s-ç və p-b samit uyğunluqlarını qəbul etdikdə sipa- çoban əlaqəsi təbiiləşir.
Bu dillər arasında bir sıra maraqlı fonetik-morfoloji uyğunluqlar da müşahidə
edilir.Şumer dilindəki “tibira”,yəni misgər sözü türk dillərindəki “təmir”,“dəmir” sözü ilə
bir kökdəndir.Buradakı “t” səsi qeyri -sabitdir.Eyni hal səma ,göy mənasını verən “an”
kəlməsində də görünür.Bu sözə “t” səsini artır-maqla göy anlamına gələn “tan” sözü alınır.”
(50.22-23).
Mütəxəssislərin bir çoxunun qeyd etdiyi kimi,eləcə də Qobustandakı şumer gəmi təsvirlərinin
və Ağstafa rayonu ərazisindəki arxeoloji tapıntıların da sübut etdiyi kimi,qədim şumerlər


bugünkü İraq ərazisinə məhz Azərbaycandan köçmüşdülər.Bunu Gəmiqayadakı araba
təsvirləri də sübut edir.
Alimlər təkəri və arabanı şumerlər in kəşf etdiklərini bildirməkdə-dirlər.Gəmiqayadan tapılan
bu rəsm sözügedən kəşfin Azərbaycan ərazisində edildiyini,şümerlərin də bu sahədə bilikləri
İkiçayarasına Azərbaycandan apardıqlarını söyləməyə əsas verir.
“Oğuznamə”nin verdiyi bir məlumatdan belə aydın olur ki,arabnın kəşfi məhz türk -
oğuz mühitində baş vermişdir:
“Vuruşdan sonra Oğuz Kağanın ordusuna,əsgərlərinə,el-gününə o qədər çox qənimət
düşdü ki,yükləyib daşımağa at,qatır,öküz azlıq etdi.Oğuz Kağanın ordusunda təcrübəli,usta
bir kişi vardı.Onun adı Barmaqluq Cosun Bilik idi.Bu usta bir araba qayırdı.Arabanın üstünə
cansız qənimətləri qoydu,canlı qənimətləri arabaya qoşdu.Dartdılar,getdilər.Əsgərlər,el -gün
bunu görüb mat qaldı.Arabalar düzəltdilər.Kanğa,kanğa deməklə kanğa sözü belə
yarandı.Bunun üçün də onlara kanğa adını qoydular.” (10.133-
134).
Maraqlıdır ki qədim mixi yazılarda şumerlər özlərini kəngər və kanq
adlandırırlar.(7.155).Bu fakt da şumerlərin türk-oğuz mühitindən qopduqlarını və
Azərbaycandan köçüb getdiklərini sübut etməkdədir.Elə bu üzdən də şumer dili və
ədəbiyyatının öyrənilməsi bizim üçün böyük önəm daşıyır.Çünki bu yolla 5 min il öncəki di l
və ədəbiyyatımız barədə müəyyən təsəvvür əldə etmiş oluruq.Eyni zamanda bu gün də
yaşamaqda olan bəzi adət və ənənələrimizin kökləri barədə dolğun məlumat almış oluruq.
Bu gün Azərbaycanda,eləcə də digər türk ölkələrində bir kəsi yola salarkən arxasınca su
atmaq adəti yaşamaqdadır.Belə hesab olunur ki,yolçunun arxasınca su atmaq yolun uğurlu
olmasına kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan “Bilqamıs”dastanında eyni adət və
inancın izlərinə rast gəlinmişdir.Bu isə o deməkdir ki,yola çıxan adamın ar dınca su atmaq
adətinin ən azı 5 min il yaşı var:
“Sabunlu köklər ilə bədənini yudu o.
Öz qamətinə layiq gözəl paltar geydi o.


Sinəsinə yaraşan boyunbağı da asdı
Belinə qurşaq vurub,başına tac qoydu o.
İgidlərin ardınca bir cam təmiz su atdı.
Pillələrlə çıxıb o evin damına qalxdı.” (51.32)
Məlum olduğu kimi, qədim türk dilində “uçmaq”feli “ölmək” felinin si-nonimi kimi
işlənmişdir. Orxon-Yenisey abidələrində bir sıra hallarda “ölmək” yerinə “uçmaq”
yazılıb.Məsələn, Kül Təkin abidəsinin şərq tərəfində,16-cı sətirdə deyilir: Kanım kağan
uçdukta özüm səkiz yaşta kaldım,yəni xaqan atam öləndə səkkiz yaşımda idim. 24-cü sətirdə
isə deyilir:Ecüm kağan uca bardı,yəni xaqan əmim öldü. (11.73).
Bənzər halla eyni abidənin şərq tərəfinin 30 -cu sətrində,şimal tərəfinin 1 -ci sətrində,eləcə də
Bilgə Xaqan abidəsinin cənub tərəfinin 10-cu (11.103),qərb tərəfinin 2-ci (11.104), Moyunçur
abidəsinin 12-ci (11.146) sətirlərində və sairə üzləşirik. Qeyd etmək lazımdır ki,qədim türk
dilində “uçmaq” kəlməsinin bir mənası da cənnət,behişt olmuşdur.Bu kəlməyə Azərbaycan
klassik ədəbiyyatında,o cümlədən Məhəmməd Füzuli və Şah İsmayıl Xət ainin şerlərində sıx-
sıx rast gəlinməkdədir.
İstər Orxon-Yenisey mətnlərində, istərsə də klassik Azərbaycan ədəbiyyatında rast
gəldiyimiz, cənnət mənasında işlənən “uçmaq” termini təktan-rıçılıqdan əvvəlki mifik
təsəvvürlərlə bağlıdır və bu kəlmə qədim mi foloji sistemdə ruhun quş kimi, o biri dünyadakı
insanların isə quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır.
Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış “Bilqamıs” dastanında rast
gəlirik. Dastanda öləcəyini yuxusunda görən Enkidunun yuxusunu Bilqamısa danışdığı səhnə
deyilənlərə ən gözəl misaldır:
“Gecə öz yatağına tənha uzanan zaman,
Enkidunun içinə bir ağrı doldu yaman.
O, dərdini açaraq öz dostuna söylədi,
“Gecə yuxu görmüşəm,əziz dost,eşit, -dedi,-


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə