676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

Buğanın alnına,peysərinə xəncər vurdu.
Gətirdilər qoydular Utunun qarşısına,
Bir az kənarda durub,səcdə etdilər ona.”(51.51).
Nəsir Rzayevin sözlərinə görə, Tunc dövrü abidələrindən danışarkən Azərbaycand a “Çoban
daşı” adı ilə məşhur olan menhirlərdən də söz açmaq lazımdır.Dağ və dağətəyi zonalarda rast
gəlinən,hündürlüyü təqribən 1metr və daha çox olan və şaquli şəkildə yerə basdırı -lan bu
abidələrə ancaq qəbiristanlıqlarda təsadüf edilir.Arxeoloqlar müəy yən etmişlər ki, menhirlər
Tunc dövründən sonra öz əhəmiyyətinin itimişdir.Qədim qəbiristanlıqlarda cərgələrlə
düzülmüş bu şaquli,yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur.Belə güman edilir
ki,hər daş ölən adamı təmsil edərək onu bu dünyada əbəd i yaşadacaqmış. Göründüyü kimi,
menhirlər ilk insan heykəlləridir, xatirə səciyyəvi abidələrdir.Maraqlıdır ki,tədqiqatçılar belə
daşlar arasında, ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəlmişlər. (63.12).
Üzərində baş heykəlləri olan daşlar ilk baş daşlarıdır və dilimizdəki “başdaşı” ifadəsi
həmin daşlarla bağlıdır.Bu daşların ölülərin qəbri üzərində ucaldığını “Bilqamıs dastanı” da
təsdiq etməkdədir:
“Ürəyini dinlədi,ürəyi vurmur daha,
O,dostunun üzünü örtdü gəlin tək.
Özü fırlanıb qartal kimi gəşt edirdi
Elə bil ki,balası tələyə düşən şirdi,
Qəzəblə var-gəl edib,ora-bura gedirdi.
Kətan kimi dartırdı,saçlarını yo lurdu,
Paltarını didib,cırıq cındır olurdu.
Üfüqə səda düşüb ağaranda dan yeri
Bilqamıs ölkəsini çağırdı adbaad.


Misgərlər,dəmirçilər,daşyonanlar gəlirdi,
Heykəltaraşlar gəlir,daş qoyanlar gəlirdi.
-Dostum,sənə mən elə başdaşı düzəldəcəm,
Beləsini heç kəs dostuna düzəltməyib.
Saçı lacivərd,altı daşdan hörüləcək,
Üzü əhəngdən,özü altundan yonulacaq.”
(51.65).
Nəsir Rzayev bildirir::
“Menhirlərin Azərbaycanda dəmir dövründə yaradılmış insan heykəlləri ilə müəyyən
yaxınlığı vardır.
Belə heykəllər döyüşçülərin qəbri üstünə qoyularmış.Menhirlərdə olduğu kimi,bu
heykəllər də ölmüş döyüşçünün özünü təmsil edirdi. Göründüyü kimi,menhirlər ilə qədim türk
heykəllərinin ideoloji əsası eynidir.Hər ikisi animistik təsəvvürə -ölümdən sonrakı əbədi həyat
fəlsəfəsinə əsaslanır.” (63.12).
Sənətşünas alim Rasim Əfəndi deyir:
”Azəraycanın daş plastika sənəti nümunələri içərisində daş insan fiqurları önəmli yer
tutur.Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış bu monumental plastik sənət nümunələri
alimlərin böyük marağına səbəb olmuşdur. Şamaxının Dərə Xınıslı və Dağ Kolanlı
yaxınlığından tapılmı heykəllər üslub etibariylə bir-birinə bənzəsə də,ayrı-ayrı vəziyyətdə və
ölçüdə düzəldilmiş müxtəlif tipli kişi fiqurlarını təsvir edir.Şamaxıdan tapılmış fiqurların ən
böyüyünün hündürlüyü 2,23 metr,ən kiçiyinin isə 1,35 metrdir.
1946-cı ildə Dərə Xınıslı kəndində tapılmış daş heykəl xüsusilə maraqlıdır.Yerli əhəng
daşından yonulub düzəldilmiş bu heykəl ucaboylu, naməlum bir şəxsi təsvir edir.Həmin fiqur
bu ərazidə aşkar edilmi ş bir neçə başqa heykəl kimi başsızdır.Baş yerinin formasından məlum
olur ki,fiqurun başı sonralar hansısa səbəbdən sındırılmışdır.Fiqurun əllərinin vəziyyəti də bu
ərazidə tapılan əksər heykəllərdə olduğu kimidir.Onların əksəriyyətində sol əl ürək, sağ əl isə
bel tərəfdə təsvir edilmişdir.


Fiqurun bədənində geyim olduğunu bildirən xətlərin izləri görünür.Kürə-yin yuxarı
hissəsində bu ərazidən tapılan digər heykəllərdə olduğu kim dalğavari xətlər vardır k i.bu da
təsvir olunan şəxsin uzun saç saxladığını göstərir.
Tarixi mənbələrdən belə aydın olur ki.türk xalqları islamdan öncə hər bir igidin
məzarı üstə insan fiqurlu heykəllər qoyardılar.İlk orta əsrlərə aid “Veyşu”adlı Çin
mənbəsindən,eləcə də Əl-Bələzuri və Əl Xarəzmi kimi müsəlman tarixçilərin əsərlərindən
göründüyü kimi,bu tipli heykəllər müqəddəs sayılır və onlara sitayiş edilirdi.
Musa Kağankatlı özünün “Alban tarixi”kitabında Azərbaycan ərazisində yaşayan soy
və boyların daşdan heykəllər yonub, ona sitayiş etdiyini,onların şərə -finə hətta at,qoç,sığır
qurbanları verdiklərini xüsusi qeyd edir.Musa Kağankatlının yazdığına görə, bu boylar uzun
saç saxlayıb mahir ox atan idilər.”(64.10-12).
Qeyd etdiyimiz kimi,şumerlər özlərinini “kəngər” və “kanq” alandır-mışlar.Qonşuları isə
onlara “qarabaş” və ya “qarapapaq” demişlər.Maraqlıdır ki,bu gün də Azərbaycanın qərb
hissəsində,Qazax-Qarabağ-Naxçıvan-Maku xətti üzrə onlarca “Kəngərli”, “Kəngər” adlanan
kəndlərimiz var.Görkəmli coğrafiy aşünas və etnoqraf alim Vəliyev-Baharlının yazdığına
görə, qarabörklü (qarapapaq) tayfaları da kəngərlilərdən olmuşlar. (52.36).
Tanınmış şərqşünas alim Süleyman Əliyarov “kanqlı” və “kəngər” etnonimlərinin sinonim
olduğunu bildirmişdir.Görünür,elə bu səbəbdən də şumer mixi yazılarında “kəngər”adı
əvəzinə bəzən “kanq” adı işlənmişdir.Bu etnonim sonuncu dəfə mixi yazılarda eramızdan
əvvəl 2-ci minillikdə yad edilmiş,bundan sonra mixi yazılarda kəngərlər barədə heç bir
məlumata rast gəlinməmişdir.Lakin eradan əvvəl 5-ci əsrdə qələmə alındığı məlum olan
“Avesta”da “kanqlı etnonimi ilə yenidən üzləşirik ki,həmin kitabda bu etnonim
turanlıların,yəni türklərin sinonimi kimi işlənir. (53.141).
Eramızdan əvvəl 3-2-ci minilliklərə aid mənbələr kəngərlərlə suvar-ların
qonşuluqda yaşadıqlarını bildirməkdədir.Həmin qaynaqlardan belə bəlli olur ki,kəngərlər
İkiçayarasının cənubunda,suvarlar isə şimalında
yaşamışlar
(7.150). Maraqlıdır ki,1-2-ci əsrlərə aid
mənbələr də bu iki türk boyunun qonşuluqda,fəqət əvvəlki yurdlarından bir xeyli aralıda,
Xəzər dənizi sahillərində yaşadıqlarını qeyd etməkdədir.Söhbət Ptolomeyin qeydlərindən


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə