676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

Qarmaladım çıxartdım.
Qızıl qaya dibindən
Qırmızı gün çıxartdım.
Yağ verin yağlamağa,
Bal verin ballamağa.
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa.” (29.98-100).
Tofiq Hacıyev yazır:
“Türk dillərindəki bir sıra köməkçi sözləin əslini şumer dilində tapmaq
mümkündür.Məsələn ,türk dillərindəki çoxaltma mənasında işlənən “ən” ədatının şumercədə
“yüksək”, “qam”, “kahin”mənalarında “an” kəlməsi müstəqil leksik vahid kimi çıxış edir.
“Kimi”, “gibi” qoşmalarının məqamında da
şumercədə müqayisə bildirmək üçün “qi-qim-qimi” variantlarında çıxış edən ünsürün
işləndiyi də məlumdur. Şumer dilində yerlik hal üçün işlənən “ra”şəkilçisi “ra” və “ru”
formasında türk dillərində, o cümlədə, Azərbaycan dilində eyni mənada fəaliyyət
göstərmişdir. Məsələn,sonra,yuxarı və sairə.Şümer dilinin çıxışlıq halındakı “ta”,yerlik
halındakı “a” yenə maraq doğurur.Azərbaycan dilində yerlik və çıxışlıq,yönlük və yerlik
hallarının sistem şəklində bir-birini əvəz etməsinin şahidi o luruq.Deməli,bu qrammatik
hadisənin kökü onunla bağlıdır ki,vaxtilə “ta” ,“da” şəkilçisi çıxışlıq məzmunu
bildirmiş,sonralar çıxışlıq halı kim “tan”, “dan” müəyyənləşərkən,o , “ta”, “da” yerlik halı
vəzifəsinə keçdiyi zaman xeyli müddətdə bu göstəricilər birbirinin mənasını əvəz etmişdir.Yəni
yeni mənasını bildirməklə,köhnə -ilkin mənasında da qeyri-fəal şəkildə xidmət göstərmişdir.
Yönlük və yerlik hallarının Azərbaycan dili tarixində müəyyən dövrlərdə qeyri -
sabitliyi də anoloji prosesin nəticəsidir.,yəni “a”morfemi yerlik vəzifəsindən yönlük
funksiyasına keçdiyi zaman əzəllər ikimənalı olmuşdur.Hətta bu qeyri-
differensiallıq,görünür,o qədər çəkmişdir ki,şumercədə xüsusi yerlik-yönlük hal
yaranmışdır.Çıxışlıq halı şəkilçisinin yerlik,yerlik halı şəkilçisinin yönlük məzmuna keçməsi


bu halların arasında üçbucaqlı məna əlaqəsi yaranmasına səbəb olmuşdur.Bunun nəticəsidir
ki,Azərbaycan dili tarixinin təşəkkülü dövründə,ümu -miyyətlə,məkani halların hər biri o
birilərinin mənasını ifadə etmişdir.Məsələn “Kitabi Dədə Qorqud”da oxuyuruq: “…Günlüyü
yer yüzünə tikdirmişdi.” Burada “yüzündə” əvəzinə “yüzünə”işlənmişdir.Eyni mənbədə belə
bir ifadəyə rast gəlirik: “Topuğunda sarmaşanda qara saçlum.”burada isə “topuğuna”
əvəzinə “topuğunda”işləndiyinin şahidi oluruq.Şah İsmayıl Xətaidə də “muna”,yəni buna
əvəzinə “munda”,yəni bunda ifadəsi ilə rastlaşırıq: “Munda əqilli kimsa gülməz.”Bənzər halı
Nəsimi yaradıcılığında da müşahidə etmək olar: “Sorma,ey dilbər,mana…” Əslində belə
olmalıdır: “Sorma,ey dilbər,məndən””(50.22-24).
Bir çox Şərq xalqlarının, ilk növbədə də türk xalqlarının hər il mart ayında sevə -sevə
keçirdikləri Novruz bayramının təşəkkülü və tarixi ilə bağlı bir çox mülahizələr irəli
sürülmüşdür.Bəziləri onu zərdüştiliklə,bəziləri isə İslaml a,daha dəqiq demsək,Həzrət Əlinin
doğum günü ilə bağlamağa çalışmışlar.Həqiqət isə budur ki,sözügedən bayram barədə ilk
yazılı mənbələr 5 min il öncəyə aid şumer mətnləridir ki,bu mətnlərdən eyni bayramı martın
21–də şumerlərin qeyd eməkdə olduqları və bu bayramın məhsuldarlıq və cobanlar tanrısı
Dumuzu şərəfinə keçiildiyi məlum olur.Şumerlər həmin bayramı eyni tanrının adı ilə Dumuzu
bay-ramı adlandırırdılar.Bununla bağlı ayrıca bir mifik süjrt də var idi və həmin süjet barədə
Lipin və Belov birgə qələmə aldıqları “Gil kitabələr”adlı kitablarında məlumat
verməkdədirlər.Süjetin qısa məzmunu belədir: Yeraltı ölülər dünyasının hakimi Ereşkiqal
məhsuldarlıq və çobanlar tanrısı Dumuzunu öz qaranlıq dünyasında əsir edir.Bu səbəbdən də
yer üzündə bütün çiçəklər solur,ağacların yarpaqları tökülür. Sevgi tanrısı İninni Dumuzunu
xilas etmək üçün yeraltı dünya -ya enir,7qapı keçir və uzun sərgüzəştlərdən sonra Dumuzunu
əsirlikdən xilas edir. Bu martın 21-də baş verir.Həmin gün ağaclar yenidən çiçək açır,təbiət
oyanır.
Elməddin Əlibəyzadə yazır:
“Təsəvvür edin ki,arada 6500 illik zaman məsafəsi var.Amma tellər,bağlar
qırılmayıb.Müasir dilimizin qayda-qanunlarının çox dərin kökləri üzə çıxır.Ayrı-ayrı ifadə
şəkilləri,şairin özünə poetik müraciətləri və sairə də ulu şumer dili ilə müasir Azərbaycan –
türk və ümumən türk dilləri arasında əbədi tellər,bağlar olduğunu təsdiq edir.”
(47.68).


Şumerlər öz ölülərini kurqanlarda basdırırdılar və kurqana “kur”, yəni gor deyirdilər.Onlar
kurqan mədəniyyətini də özləri ilə Azərbaycandan aparmış-dılar.Təsadüfi deyil
ki,Azərbaycanın Ağstafa rayonu ərazisindən tapılan kurqanlar şumer kurqanlarından daha
qədimdir və son Eneolit dövrünə aiddir.Şumer kurqanları isə Tunc dövrünün məhsuludur.
İslama qədərki türklərin,o cümlədən iskitlərin və sakların ayrılmaz atri -butlarından biri
də kurqanlardır.Bütün qədim müəlliflər iskitlərin və ümumiyyətlə türklərin öz ölülərinin
məzarlarının üzərində qum və ya daş kurqanlar ucalt-dıqlarını söyləmişlər.Eyni hal qədim
şumer mədəniyyətinə də xasdır.Maraqlıdır ki,yer üzündə ən qədim kurqan qəbirlərinin
izlərinə məhz Azərbaycan ərazisində rast gəlinmişdir.Söhbət son Eneolit dövründən və
Ağstafa rayonu ərazisindən gedir.
Tarixçi alim Nəcəf Müseyibli deyir:
“20-ci əsrin 80-ci illərində Azərbaycanda,Ağdam rayonu ərazisində,aran Qarabağda
son Eneolit dövrünə aid Leylatəpə məskəni tədqiq edilərkən,buradan digər yerlərdən tapılan
və eyni dövrə aid olan maddi mədəniyyət nümunələrindən keyfiyyət baxımından fərqlənən
saxsı qablara rast gəlinmişdi.Buradan tapılan,dulus çarxında hazırlanmış yüksək keyfiyyəli
qablar Messopatamiyadan tapılmış Əl-Übeyd mədəniyyəti ilə eynilik təşkil etməkdə
idi.Sonralar eyni bölgədə bənzər mədəniyyətin izləri Çinartəpə,Şomutəpə və Abdal Əziztəpə
abidələrdən də üzə çıxarıldı.
Leylatəpə və digər analoji abidələrin tədqiqi nəticəsində Güney Qafqaz üçün yeni
mərhələ olan və son Eneolit dövrünə uyğun gələn mədəni yyət ortaya çıxmış oldu.20-ci əsrin
80-ci illərində analoji mədəniyyətin izlərinə Gürcüstan ərazisindəki Beri Kldeebi abidəsində
də rast gəlindi.
2004-2005-ci illərdə Bakı -Tiflis-Ceyhan neft və Bakı -Tiflis-Ərzurum qaz kəmərlərinin
keçdiyi marşrut boyunca aparılan arxeoloji qazınılar zamanı Ağstafa
rayonu ərazisində daha bir neçə Leylatəpə tipli abidə aşkar edilərək tədqiq
edildi.Bu,sözügedən marşrutun 409-kilometrindəki Poylu 1 və Poylu 2,eləcə də 438-ci
kilometrindəki Böyükkəsik 1və Böyükkəsik 2 qədim məskənləri idi.
Bu dövrə qədər bütün Güney Qafqaz,o cümlədən Azərbaycan ərazisində Eneolit
dövrünə aid xüsusi məzar yerlərinə rast gəlinməmişdi.Tapılmış bütün məzarlar yaşayış


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə