676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

oğuz çəmiyyətinin əsasını təşkil etmişdir. Bu baxımdan İbn Fədlanın söylədiklərini
xatırlatmaq yetərlidir:
“Onları (oğuzları) aralarındakı şura idarə edir. Ancaq bir şey haqqında qərara gəlmək
istəyəndə onların ən kasıbları, ən yazıqları gəlib razılaşdırılmış işi pozur.” (85.9).
Başqa mədəniyyətin yetirməsi olan İbn Fədlan kasıb və yazıqların qərarı pozması faktını , təbii
ki, anlaya və düzgün yoza bilməzdi. Fakt isə budur ki, türk-oğuz cəmiyyətində ictimai
mövqeyindən asılı olmayaraq hər kəs eyni haqq və hüquqlara sahib idilər və bu bərabərlik
dövlət səviyyəli qərarların alınmasında da özünü göstərirdi. Tarixi mənbələrdən belə məlum
olur ki, oğuz qəhrəmanlarına ad vermək yetgisi də ağsaqqallar şurasının səlahiyyətində
olmuşdur (10.19).
Füzuli Bayat mövzu ilə bağlı yazır:
“Bir çox qəhrəmanlıq dastanlarıı kimi “Oğuz kağan” da ulu toyla qurtarır. dastanda belə toy
bir neçə dəfə təkrar olunur və heç biri də evlənmə aktı ilə müşahidə olunmur. Oğuznamə
dastanlarındakı toy semantik cəhətdən başqa dastanlardakı toydan fərqlənir. Bu toy bu gün
bizim başa düşdüyümüz evlənmə mərasimi deyil, oğuz cəmiyyətinin vacib siyasi, iqtisa di,
hərbi-inzibati məsələlərini həll etmək üçün çağırılan qurultaydır və ya qurultay səciyyəli
toydur. Oğuznamədən göündüyü kimi qurultay xarakterli bu toyda oğuz cəmiyyətinin
strukturu, hakimiyyət məsələsi, vərəsəlik prinsipi , tayfaların yerləri, damğala rı
müəyyənləşdirilir. Bu toy Dədə Qorqud oğuznamələrində Bayındır xanın ildə bir dəfə toy
verib oğuz bəylərini bir yerə yığıb, şənlikdə vacib olan məsələləri həll etməsinə uyğundur.”
(10.310).
Süleyman Əliyarov izlərinə “Dədə Qorud”da rast gəlinə demokrati ya və Parlament sistemi
barədə deyir:
“Kitabdakı “qocalar” anlayışı Rəşidəddin və Əbülqazi kitablarındakı “kəngəş bəyləri”nə
tam uyğundur; Rəşidəddinin “kəngəş yapın,bəylərin istədiyi nə olsa, elə hökm verin” yazısı
bunu göstərir. Beləliklə, hərbi demokratiya dövründə daimi hakimiyyət orqanı olan hərbi şura
(ağsaqqallar şurası)oğuz tarixində doqquz “qocadan”-kəngəş bəylərindən ibarət olmuşdur.”
(53.151).


Qədim dilimizdə cümhuriyyət, respublika anlamlarına gələn “El” termininin işlənməsi,
demokratik düşüncənin ifadəçisi kimi çıxış edən “toy” və “qurultay” terminləri ilə yanaşı
“kengəş” (şura, parlament) (14.299) kəlməsinin də olması və Avropa dillərindəki “konqres”
(qurultay, parlament) termininin məhz həmin kəlmədən törəmiş olması demokratik idarəçilik
prinsiplərinin və demokratik düşüncə tərzinin, eləcə də insanlar arsında, o cümlədən qadınla
kişi arasında hüquq bərabərliyi ideyalarının qədim türklərdən digər xalqlara keçdiyini sübut
etməkdədir.
Şübhəsiz ki, bütün bunlar kuti-oğuz birliyinin, eyniliyinin əlavə sübutları hesab edilə bilər.
Eyni fikri sübut edən başqa fakt da var. Yuxarıda qeyd edildiyi kimi, yazılı mənbələrdə
İkiçayarasıda möhkəmlənən kutilər barədə ilk məlumatlar e.ə. lll minilliyə, yəni 4,5-5 min
öncəyə aiddir. Maraqlıdır ki, bu tarix “Oğuznamə”lərdə söylənilənlərlə üst-üstə düşür.
“Hunların, türklərin, moğolların və daha sair qərbi tatarların ümumi tarixi” adlı çox maraqlı
monoqrafiyanın müəllifi J.Dögin (1721-1800) yazır:
” Sonra (Oğuz xan) İraqı (İkiçayarasını)… fəth edərək Şam, yaxud Sur iyaya qədər irəlilədi və
orada uzun müddət oturdu…Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il keçdiyi
hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 il yaşamış olacaqdır.” (71.63).
Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən türkiyəli alim Besi m Atalay onun
təxminən 4590 il öncə yaşadığını bildirməkdədir. Ədalət Tahirzadə bununla əlaqədər yazır ki,
Besim Atalayın bu sözləri 1920-ci ildə yazdığını nəzərə alsaq, Oğuz xanın tarixi e.ə. 2670 -ci
ilə düşür:
“Bu tarix J.Döginin göstərdiyindən cəmi 130 il azdır və Döginin yazdıqlarının gerçəkliyinə
inamı bir daha artırır.” (71.64).
Xatırladaq ki, L.Halpen kutilərin İkiçayarasındakı hakimiyyətlərinin başlanğı -cını e.ə. 2622-
ci, E.Meyer və Ş.Günaltay e.ə. 2550-2374-ci illərə aid etmişlər.
Maraqlıdır ki, Fəzlullah Rəşidəddin oğuzların İkiçayarasına hakim olmamışdan öncə Oğuz
xanın Azərbaycandakı Aladağda iqamət etdiyini bildirir (39.22 -24). Burada Aladağ toponimi
diqqəti çəkməyə bilmir. Məsələ burasındadır ki, sözügedən dövrlərə aid şumer -akkad
mənbələrində Azərbaycan ərazisində möv-cud olmuş Aratta dövlətindən söz açılmaqdadır.


Yusif Yusifovun yazdığına görə,mixi yazılarda Aratta dövlətinin adına era -dan əvvəl
3-ci minilliyin birinci yarısından başlayaraq 1-ci minilliyə qədər vaxtaşırı məlumat
verilmişdir.Bu da həmin dövlərtin ən azı 2 min il davam etdiyini sübut etməkdədir. “Aratta”
kəlməsinin mənası dağ deməkdir.Eradan əvvəl 8-ci əsrə aid şumer -akkad lüğətlərində həmin
kəlmənin “arrattu” və “aratu”formalarına da rast gəlinir və mənasının dağ ol duğu bildirilir.
Alim qeyd edir ki, qədim dillərin heç birində dağ mənası verən belə söz olmayıb:
“Bu sözlərə oxşar oronimlər dağ,dağ silsiləsi mənalarında ancaq türk dillərində
işlənmişdir.Məsələn; Alatta, Alatuu, Alatoo kimi dağ bildirə n türk mən-
şəli adları göstərmək olar.Bu formalar Orta Asiyanını türk xalqlarının dilində işlədilir.
Bundan başqa, türk dillərində Altay, Alatey, Aladağ, Alatau və sairə formalar da
vardır.Çox güman ki,Aratta,eləcə də arattu,aratu sözləri erkən prototürk forması
olmuş,sonralar r-l fonetik əvəzlənməsinə məruz qalmış,yəni Alataa,Alatuu, şəklinə
düşmüşdü.Belə fonetik dəyişmənin keçid mərhələsi Alatey yer adında özünü təzahür
etmişdi.Eradan əvvəl 8-ci əsrdə Urartu qaynaqları keçmiş Aratta ərazisini Alatey
adlandırmışdı və ona dağ mənasını vermişdi.Alatey türk dillərində işlənən Alatay,Altay,
Alatey və Alatau dağ,dağ silsiləsi bildirən sözlərin erkən forması kimi qəbul edilə bilər.Bu
sözlərin prototürk dilinə nənsub olması heç bir şübhə yaratmır.”(78.55;79.22 прим. 15).
Fikrimizcə, Rəşidəddin “Oğuznamə”sində Oğuz xanın Azərbaycandakı yurd yerinin Aladağ
olması faktı təsadüfən qeyd ediməyib. Sözügedən “Oğuznamə”də oxuyuruq:
“Yay aylarında onlar (oğuzlar) bu vilayətlərinbütün yaylaqlarınıSəbalan, Ala -taq və
Ağdiberiyə qədərbütün dağlıq yerlərini ələ keçirdilər.Deyilənə görə Alataq adını və Səbalan
adını da onlar vermişlər. Türk dilində “meydana gələn”, “dikə-lən” bir şeyə səbalan
deyilir.” (39.22).
Kutilərin Ön Asiyanın geniş əraziləri üzərindəki uzunmüddətli hakimiyyəti ilə bağlı Mahmud
İsmayıl yazır:
“Azərbaycan torpaqlarında məskunlaşmış soylardan kuti soybirləşməsini də qeyd etmək
lazımdır. Onların bu ərazidə olmaları hələ lll minilliyə aiddir. Bilicilərin fikrincə onlar ll


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə