676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

oraya əlavə qoşun gətirdim,onlar dağlara çəkildilər.Mən əhalidən soruşdum və bu qərara
gəldim ki, bu ölkə nəzarətə alına bilməz.” (1.73,74).
Təbii ki, mixi yazılardaki “turukku”, “turuxi”, “turuk” adlarını “türk” enonimi ilə eyniləşdirən
alimlərimiz haqlıdırlar.Lakin bu fikrin əleyhinə çıxanların, yəni bu halda söhbətin sadəcə
adların təsadüfi bənzəyişindən gedə biləcəyini, türk xalqının Altayda formalaşdığını və çox -
çox sonralar Ön Asiya və Qafqaza gəldiklərini iddia edənlər də təəssüf ki, az deyillər və hətta
daha çoxdurlar. Odur ki, biz mövqeyimizi təkzibedilməz şəkildə sübut etməliyik. Hərçənd ki,
Aşşur mənbələrində turuklarla (türklərlə) yanaşı, kumen (kuman), qaşqay, tirqiş (türkeş), sak,
kanqar, subar, kimmer və s. türk soy və boyların ın adının çəkilməsi artıq təkzibedilməz
sübutdur. Lakin, görünür, oponentlərimizi susdurmaq üçün bu faktlar da yetərli deyil.
Biz də bu fikirdəyik ki,adlarına ilk dəfə eradan əvvəl 3 -cü minilliyə aid akkad və aşşur mixi
yazılarında “turuku” kimi və eradan əvvəl 1-ci minilliyə aid Urartu mənbələrində “truxi” kimi
rast gəlinən və haqlarında Azərbaycan və Şərqi Anadolu ərazisinin sakinləri kimi söz açılan
bu xalq sonrakı dövrlərdə, 6-8 ci əsrlərdə böyük xaqanlıq qurmuş və bu xaqanlığın mərkəzi
indiki Monqolustan ərazisi olmuşdur.
Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yaratmış türk xalqının mənşəyi barədə
türklərin öz dilindən bəzi əfsanələr qeydə alınmışdır və onlarından biri bu xalqın Qərbdən -
Xəzər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir.(73.72).
Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mənşəyi ilə bağlı qədim Çin
mənbələrində iki rəvayət qeydə alınmışdır.Birinci rəvayətdə deyilir ki. hunlarla eyni soydan
olan göytürklər hun yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmışlar . Başbuğlarının,yəni
sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı vardı. Bunlardan birinin anası boz qurd
idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.(73,72;20.26 -27).
Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, Bu fəla -kətdən yalnız bu
gənc qurtuldu.Bu gəncin iki arvadı vardı.Biri yaz tanrısının,digəri qış tanrısının qızı idi.Onun
bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə xaqan seçdi.O, Türk adını aldı. Onun
10 arvadı vardı və bu arvadlardan türk xalqı törədi.
İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dənizinin,yəni Xəzər dənizinin qərb
sahillərində yaşayırdı.Bunun xalqı hunların bir bölümü idi və Asina adlanırdı.Bu xalq qonşu
xalqlardan biri tərəfindən məhv edilir.Bunlardan yalnız bir oğlan uşağı s ağ qalır.Bir dişi qurd


həmin uşağı tapıb ona qulluq edir,onu böyüdür və onunla evlənir.Oğlandan hamilə qalan qurd
onu götürüb dənizin şərq tərəfinə keçirir və Altaya aparır.Orada dişi qurd 10 oğul doğur. Bu
oğullardan türk xalqı törəyir
Çin mənbələrində türk xalqının mənşəyi ilə bağlı qeydə alınmış bu iki rəvayətdə dörd məqam
diqqəti cəlb edir. 1-ci məqam türklərin ulu babalarının Xəzərin qərbində, yəni Azərbaycanda
yaşamış olması faktıdır ki, bu faktı eradan əvvəl 3-2-ci minilliklərə aid akkad və aşşur
mənbələri, eləcə də eradan əvvəl 1-ci minilliyə aid Urartu mənbələri təsdiqləyir.
Diqqəti çəkən ikinci önəmli məqam türklərin 10 qardaşdan törəmiş olması faktıdır ki, bu
məlumat da Xəzər xaqanı İosifin yazdıqları ilə üst-üstə düşür. Xatırladaq ki, İosifin sözlərinə
görə, türklər Həzrət Nuhun nəvəsi Toqarmanın 10 oğlundan törəmişlər. Onu da xatırladaq ki,
Musa Kağankatlının yazdığına görə, Toqarma Azərbaycanın 4- cü şahı olmuşdur.
Üçüncü maraqlı və son dərəcə önəmli məqam türklərin Su adlı bir ölkədən çıxmış ol ması
faktıdır. Mövzumuz baxımından bu fakt o qədər böyük əhəmiyyət daşıyır ki, onun üzərində
bir qədər ətraflı durmaq lazımdır.
Su ölkəsi harada yerləşmişdir?
Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ burasındadır ki, eradan əvvəlki 3 -2-ci
minlliklərə aid mixi yazılarda Azərbaycan ərazisində yaşa - mış kuti, lulu, subar, kuman və
turuk, yəni türk xalqları ilə yanaşı su xalqından da söz açılmaqda və Su ölkəsinin adı
çəkilməkdədir.
Mixi yazıların gözəl bilicicisi, mərhum alimimiz Yusif Yusifovun yazdığına görə, qədim
qaynaqlarda “Su ölkəsinə mənsub lullu” ifadəsi işlənməkdədir:
“Bəzi hallarda Aratta ölkəsinin adı “Su ölkəsi” mixi işarələri ilə göstərilmiş -
dir.Deməli,Aratta… və Su ölkəsi Urmiya gölü hövzəsində mövcud olmuş geniş bir əraz inin
müxtəlif adları olmuşdur.Sular da turukku və lullu tayfa birləşməsinə daxil idilər.”
(1.81).
Mixi yazılardan göründüyü kimi, göytürklərin öz əski vətənləri saydıqları, qədim Çin
mənbələrində haqqında söz açılan və Xəzər dənizindən qərbdə yerləşdiyi vurğulanan Su


ölkəsi Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlətin -Aratta dövlətinin başqa bir
adıdır.
Mövzu ilə bağlı Lev Qumilyov yazır:
“İkinci əfsanə türklərin mənşəyini yerli So (Su) nəsli və yenə də dişi qurdla bağlayır. So (Su)
qəbiləsinin bütün üzvləri öz axmaqlıqları üzündən…məhv olurlar.Yalnız dişi qurdun dörd
nəvəsi sağ qalır. Onlardan birincisi qu quşuna çevrilib Güney Altayda Abu və Qyan çayları
hövzəsində.., üçüncü və dördüncüsü isə Güney Altaydakı Çus çayınnda məskunlaşdılar.Bu
əfsanəni şərh edən N.A.Aristov əfsanədəki “So”nu Altayın quzeyindəki Biye çayı sahillərində
yaşayan kumandinlərin (kumanların) So nəsli ilə tutuşduraraq, birinci nəvəni lebedinlərlə-ku
kijilərlə (ku kişiləri, ku adamları)…eyniləşdirmişdir.” (20.26-27).
Maraqlıdır ki, “Su” (So) adına ilk dəfə mixi yazılarda rast gəlindiyi kimi, “ku” və “kuman”
etnonimlərinə və “Altay” toponiminə də (Urartu mənbələrində Arattanın adı Alateye kimi
çəkilir(1.80)) ilk dəfə eyni mənbələrdə rastlanmış və onların hamısından Azərbaycan və Ön
Asiya etnonim və toponimləri kimi söz açılmışdır.
Qədim mixi yazılarda (e.ə.Xlll -Xll) “ku” və “kumen” (kuman) etnonimlərinin də adı
çəkilməkdədir (1.83). “Ku” etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk)
tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz)
totemi ilə əlaqədardır (20.26-27). İ.Dron qeyd edir ki, qu quşu (qaz) kultu qədim zamanlarda
türk və monqol xalqları arasında geniş yayılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun
xaqanının qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını qoymuşdur.
Həmin türk qəbiləsi “ku” adlanmışdır. Məsələn, Tuva türklərinin toci qoluna bağlı
qəbilələrdən biri kezek-kuular (qu quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının
yazdığına görə, Sayan-Altay ərazisində yaşayan bir çox türk xalqlarında – tuvalılarda,
xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında totemik -mifik təsəvvürlər bu
günə qədər yaşamaqdadır.
Türkoloqların bir qismi kuman etnoniminin də adının “qu” (ku) totemindən yarandığını irəli
sürməkdədirlər. Məsələn, V.Q.Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq “ku” və
“kuman” etnonimlərini eyniləşdirir. İ.Dorn və O.Süleymenov da eyni fikri dəstəkləmişlər
(48.94-96).


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə