676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI -XII əsrlərdə “kumen”
kimi çəkilməkdədir. Y.Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış
edərək yazır:
“Bu etnonim də Türk dillərində etnik ad düzəldən “-man” (-men) şəkilçi birləşmələrindən
əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla “sarımtıl, ağımtıl” mənasını daşıyırdı.”
(1.83).
Sözügedən etnonimlə l Tiqlapalsarın (e.ə. 1115 -1077) kitabəsində də rastlaşırıq:
“(V,73)Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı… (V.82) Bu zaman
Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə
qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər…(Vl.22)…Kumanların mənim
güclü döyüş təzyiqimdən qorxuya düşən şahl arı ayaqlarımı qucaqladı…” (38.№10).
Aşşur şahı ll Adadnerari (e.ə.911-890) də öz kitabəsində kumanları yad etmişdir (38.№21).
Qeyd edək ki, bu gün də eyni adı daşıyan türk etnosları vardır. Bu baxımdan Altayda yaşayan
kumandiləri və özünü günümüzəcən kumanların davamı hesab edən qaraçay və balkarlıları
(112.232) misal gətirmək olar. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu türk tayfası orta
əsrlərdə də Ön Asiya və Şərqi Avropanın siyasi tarixində xüsusi rol oynamış, Avropanın
etnolinqvistik coğrafiyasının formalaşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu
rol o qədər böyük olmuşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac yaranmış və
təqribən eyni dövrdə həm xristian Avropada, həm də İslam dünyasında kuman türklərinin dili
ilə bağlı lü ğətlər tərtib edilmişdir (112.167-168). Anadolunun Səlcuqlular tərəfindən
tutulmasında və bu ərazinin yenidən Türk Yurdu halına gəlməsində kumanların ölçüyəsığmaz
xidməti olmuşdur.
Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarnı Musa Kağankatlının “Alban
tarixi”ndən öyrənmiş oluruq (66.l kitab, Vl fəsil). Sözügedən kitabda yazılanlardan öyrənirik
ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan “Qomenk” adlı toponim olmuşdur. Həmin
toponimin qomen (kuman) etnonimindən və qədim erməni dilindəki “k” yer, məkan bildirən
şəkilçidən yarndığını (“Alban tarixi” kitabı dövrümüzədək erməni dilində çatmışdır) söyləyən
Qiyasəddin Qeybullaye-vin fikrincə, bu yer ya Arsax (Qarabağ), ya da Sünik (Zəngəzur)
ərazisində olmuş-dur. O, 1727-ci ilə aid bir arxiv sənədinə istinadən göstərir ki, həmin dövrdə,
yəni XVlll əsrdə Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan Koman


kəndi mövcud imiş (55.117). Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi,
onlardan “koman iskitləri” kimi söz açılması hallar ıda müşahidə edilmişdir. R.Q.Latam
koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:
“Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə
türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur.” (137.15).
Su ölkəsi ilə bağlı türk genoloji əfsanəsində deyildiyi kimi, türklərin başbuğu Kapan Punun
16 qardaşı var idi. Yəni onlar 17 qardaş idilər. Mixi yazılarda bu məlumatla ağlasığmaz
dərəcədə üst-üstə düşən bir məlumat var və həmin məlumata əsasən, Quti sülaləsinin
hakimiyyətdə olduğu çağda ( e.ə.XXlll əsrdə ) akkad qoşununun quzeydə vuruşduğu 17
tayfadan biri də tourki və ya turki şəklində xatırlanan boy olmuşdur. (7.39).
Əgər gerçəkdən də mixi yazılardakı “turuk”larla Göytürk Xaqanlığını qurmuş türklər eyni
xalqdırsa, bu xalq gerçəkdən də öncə Xəzərin qərbində yaşamışsa və sönralar dənizin şərqinə,
oradan da Çin, Monqolustan və Altay istiqamətində hərəkət etmişsə, ola bilməzdi ki, bu köç
barədə heç bir yazılı mənbə qalmamış olsun. Əgər belə bir mənbə olarsa,oponentlərimizə elə
bir öldürücü zərbə vurmuş olarıq ki, ağ bayraq qaldırmaqdan başqa heç bir çarələri qalmaz.
Xoşbəxtlikdən belə bir mənbə var və həmin mənbə təkcə türk xalqının deyil, eləcə də
albanların Xəzərin qərbindən şərqinə, oradan da Çin tərəfə yayıldıqlarını tə sdiq edir. Söhbət
Vl əsr müəllifi İordanın özünün çox məşhur “Qotların mənşəyi və əməlləri haqqında” adlı
əsərində yazdıqlarından gedir:
“İskitlər ölkəsi göbələyə oxşayır. Başlanğıcda o, dardır, sonra isə geniş və dairəvidir və
hunların, albanların və sereslərin yayıldıqları uzaq ərazilərə qədər uzanır.” (74).
Müəllif bir qədər sonra isə deyir:
“İskitlər ölkəsi genişdir və çox uzaqlara qədər uzanaraq şərqdə sereslər ölkəsi - nə çatır.
Sereslər öz tarixlərinin əvvəlində Xəzər dənizi sahilində yaşayırdılar.” (74).
İordandan öncə haqlarında Strabon, Dionisiy Perieqet, Appolodor və s. müəlliflərin
əsərlərində də söz açılan bu xalq barədə mütəxəssislər müxtəlif fərziyyələr irəli sürsələr də bir
fikirdə yekdil olmuşlar ki, İordanın dövründə bu xalq Çin sərhədində y aşayırdı, əsil adları da
“ser” və ya “sir” idi. Yəni “seres” formasındakı sonuncu iki hərfin əmələ gətirdiyi “es” qədim


yunan dilində isimlərə artırılan adlıq hal şəkilçisidir, sözün kökü isə “ser” və ya
“sir”dir.(75.112-113).
Eramızın l əsrində ser (sir) xalqı və onu yerləşdiyi coğrafiya haqqında ən ilk məlumat
verənlərdən biri Pomponiy Mela (l əsr) olmuşdur. O, Asiya qitəsindən söz açarkən, bu xalqı
iskitlər və hindlilərlə birlikdə, qonşu xalqlar kimi qeyd etmişdir. Eyni əsrdə yaşamış Dionisiy
Perieqet isə serləri sak, toxar və frunlarla birlikdə yad etməkdədir.
ll əsr müəllifi Klavdi Ptolomey yazır:
“İmay dağının o biri tərəfində yerləşən İskitlər ölkəsininin (Skifiyanın) sərhədlərini qərb
tərəfdən dağın bu tərəfində yerləşən İskitlər ölkəsi (Skifiya), şi mal tərəfdən həmin dağın
şimalında yaşayan Saklar ölkəsi, şərqdən isə serlər ölkəsi (Serika) təşkil edir.”
Klavdi Ptolomey Serika, yəni Serlər (sirlər) ölkəsi haqqında bunları bildirir:
“Serikanın böyük ərazisi ilə əsasən iki çay axır. Mənbəyininin birini, artıq qeyd etdiyimiz
kimi, Avzakiya dağı yaxınlarında olan Oyxard çayının digər mənbəyi isə Asmireya dağları
yaxınlığında, 174 dərəcə-47 dərəcə 30 dəqiqədə yerləşir…”
Digər qolların və çayın da koordinatlarını dəqiq göstərən böyük coğrafiya -şünas alim bu
ölkənin şəhərlərinin -Damna, Piada, Asmireya və Froananın da coğrafi koordinatlarını
göstərmiş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir (141, 7 -10).
İordanın yazdıqlarından isə ser (sir) xalqının öncə Xəzər sahillərində yaşadıqla -rı və sonradan
Orta Asiya, Çin və Monqolustan tərəflərə köç etdikləri aydınlaşır
Sir və ya ser xalqının kim olduğunu isə biz Orxon -Yenisey abidələrindən öyrənirik. Belə ki,
uzun müddət Göytürk xaqanlarının vəziri olmuş Tonyuquq ucaltdırdığı abidədə özünün
mənsub olduğu xalqı “türk sir xalqı” adlandırır. Sözügedən abidənin 3 və 4-cü sətirlərində
oxuyuruq:
“ Türk sir bodun yerintə bod kalmadı”(Türk sir xalqının yerində boy qalmadı). (11.117).
Eyni abidənin 11-ci sətrində isə deyilir:
“Türk sir bodun yerintə idi yorımazun”(Türk sir xalqının yerində yiyə yürüməsin).(11.118).


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə