676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

Tonyuquq abidəsinin 60,61 və 62-ci sətirlərində də eyni etnonim ilə rastlaşırıq:
“Kapağan kağan türk sir bodun yerintə bod yəmə, bodun yəmə, kisi yəmə idi yok ertəçi erti.
İltəris kağan, Tonyukuk kazğantuk üçün Kapağan kağan, türk sir bodun yorıduku… Türk
Bilgə kağan türk sir bodunığ igidü olurur” (Kapağan xaqanın türk sir xalqını yürində bir
nəfər də, xalq da, adam da sahib olmayacaqdı. İltəris xaqan, müdrik Tonyuquq qazandığı
üçün Kapağan xaqanın türk sir xalqı yaşamaqdadır. Türk müdrik xaqanı türk sir xalqını, oğuz
xalqını yüksəldərək (taxtda) oturur).(11.121).
Maraqlıdır ki, sözügedən abidədə Tonyuquq türk sir xalqını ardına alıb Ötüge-nə, yəni Türk
Xaqanlığının mərkəzi olan və bugünkü Monqolustan ərazisində yer- ləşən əraziyə
gətirdiyindən söz açmaqda və keçdiyi yerlər sırasında Dəmir Qapı -nın, yəni Dərbəndin də
adını çəkməkdədir:
“Kəlürtüm ög türk bodunığ Ötükən yerkə ben özüm bilgə Tonyukuk.” ( Doğma türk xalqını
Ötügen yürinə mən – müdrik Tonyuquq özüm gətirdim. 17 – ci  sətir) (11.118).
“Təmir Kapığa təgi irtimiz, anta yanturtımız… Ol küntə təgdi türk bodun Təmir Kapığka.”
(Dəmir qapıya təki çatdıq, oradan qaytardıq… Həmin gün türk xalqı Dəmir qapıya çatdı. 45 –
46 – cı  sətirlər)(11.120).
Bütün bu deyilənlərə qədim Çin mənbələrində Xəzərin qərbindən gəldikləri bildiriən türklərin
Çin qaynaqlarında adı “Kapan Pu” kimi çəkilən ilk xaqanlarının addının “Tonyuquq”
abidəsindəki Qapağan xaqanın adı ilə səsləşməsini də əlavə etmək laımdır.
Firidun Ağasıoğlu yazır:
“Pratürk mərhələsindən sonrakı dövrdə türkdilli etnoslar iki əsas qola ayrılmış
,bunlardan biri Ön Asiyanın müxtəlif yerlərinə səpələnmiş, digər qolu isə şərq istiqamətində
hərəkət edərək oradakı pramonqol,pratunqus-mancur,prakoreya və sairə etnoslarla uzun
müddət kontaktda olmuşlar ki, həmin kontakt nəticəsində ortaya çıxan paralelləri Altay
nəzəriyyəsi qohumluq kimi təqdim edir.Doğrudur,həmin paralellərin toplanması və şərhi
türkologiya elminin inkişafına təkan vermişdir,lakin bu nəz əriyyə türk dillərinin daha qədim
dövrünə enməyə imkan vermir.Altayşünaslıqda qəbul edilmiş “dil qohumluğu” ifadəsi əvəzinə
“dil paralelləri” ifadəsinin işlənməsi daha doğru olar.Bu halda gerçəklik ortaya çıxmış
olar.Eyni sözləri qədim Ön Asiya dilləri barədə də deməliyik.Turk dillərinin şərq qolları şərq


dilləri ilə kontaktda olduğu kimi,qərb qolları da ondan çox -çox qədim zamanlardan Ön Asiya
dilləri ilə kontaktda olmuşdur.”(76.132).
Nizami Xudiyev bildirir:
“Ön Asiyanın qədim dillərində – bir sıra yerli abidələrdə türk sözləri qeydə
alınmışdır ki,bu, türk etnosunun Azərbaycanda,ümumən Ön Asiyada müəyyən rol oynadığını
və həmin rolun ardıcıl olduğunu təsdiq edir.” (70.15).
Yusif Yusifovun fikrincə, türk dillərinin kök dildən ayrılıb parçalanmasını eradan əvvəl lV və
lll minilliyin əvvəllərinə aid etmək mümkündür. Bu dövr pratük dilinin mövcud olduğu
çağdır(77).
“Elam və türk dilləri arasında aparılmış müqayisələr bu dillərin nə vaxtsa yaxın
kontaktda olmuş olduğunu sübut edir.Daha doğrusu həmin kontaktın eradan əvvəl 3-2-ci
minilliklərdə İran ərazisində baş verdiyini söyləmək üçün əlimizdə kifayət qədər əsas
vardır.”(1.86).
Dilçi alim İ.Məlikov deyir:
“Ön Asiyanın qədim dillərindən olan xatt dilində tərtib edilən və eradan əvvəl 3-2-ci
minilliklərdə qələmə alınan mətnlər ilk dəfə Qroznı və Forrer tərəfindən öyrənilmiş, daha
sonra isə ,bu işi İohannes Fridrix, Laroş, Kemmenhuber, Dyakonov, Dunayevskaya və
başqaları davam etdirmişlər. Sözügedən dilin leksik fondunda türkcə ilə ortaq olan bir sıra
sözlərə təsadüf
olunur ki, bu da həmin etnosların hələ Tunc dövründə Kiçik Asiya ərazisində cox yaxın
ictimai-siyasi,mədəni və iqtisadi əlaqədə olduqlarını göstərir:
“Xatt dilində
Türk dilində
——————————————
kud
qut (can,ruh)
takkıl
taxıl


tek
tik (tikmək)
aşaq
acıq
kuru
gör (görmək)
kuba
qanmaq (anlamaq)
——————————————————-
Kud. Xatt dilində bu söz əksər hallarda “li-kud” və “li-kuddu” formasında işlədilib
ki, mənası onun canı, onun ruhu deməkdir.Türk dilindəki can, həyat gücü,ruh mənalarını
verən “qut” kəlməsi ilə üst-üstə düşür.
Takkıl. Tədqiqatçı Dunayevskaya bu sözün kökünün tullamaq,səpmək mənasını verən
“kıl” kəlməsi olduğunu,”tak” hissəciyinin isə sözönü olduğunu ehtimal
etmişdir.Kammenhuber isə haqlı olaraq göstərmişdir ki,bu sadə sözdür və “səpmək”,
“dağıtmaq” mənalarında işlənmişdir. Bu söz türk dilində dağılmaq, dağıtmaq və dənli bitki
mənalarında işlənən “taxıl” sözü ilə paralellik təşkil edir.
Başqa bir paralel isə ana dilimizdəki “tik” sözünün verdiyi mənanı verən “tek”
kəlməsidir.Acıq mənasını verən “aşaq” və görmək mənasında olan “kuru” sözləri də bu
qəbildəndir.
Yeri gəlmişkən qeyd edək ki,eyni kəlməyə “kar” və “kur” formalarında şu - mer dilində də
rast gəlinir.
Qanmaq mənasında olan “kuba” kəlməsi şumer dilində “ka” şəklində qeydə alınmışdır.”
(12).
İ.Məlikov davam edir:
“Xatt dili ilə türk dilinin əlaqəsi təsadüfi ola bilməzdi və bu,böyük ictimai-siyasi nüfua
malik iki dilin uzunmüddətli əlaqəsinin bəhrəsindən başqa bir şey deyildir.
Bənzər hal türk dili ilə Ön Asiyanın başqa bir dili olmuş hett dili arasında da müşahidə
edilir.Eradan əvvəl 2–ci minilliyə aid hett mixi yazı mətnlərində də bir çox türk sözünə rast
gəlmək mümkündür.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə