676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

İSKİTLƏR VƏ SAKLAR
Artıq qetd etdiyimiz kimi, saklardan fərqli olaraq kimmerlərin adına aşşur mənbələrində e.ə.
Vlll əsrdən etibarən rast gəlinməkdədir. Bu mənbələr onları Aşşur sərhədlərində qeydə
almışlar (149.169-175;150.232). Onların ardınca Ön Asiyada işquzlar peyda olurlar. Aşşurlar
onları bir-birindən fərqləndirərək, onlardan birini “qimirri”, digərini isə “işkuz” adlandırırdılar
(132.242). Aşşurlara ayrıca saklar da məlum idi (151.241). Babil mənbələində isə
Əhəmənilərin tarix səhnəsinə çıxışına qədər işquz və sakların adı ümumiyyətlə heç
işlənməmiş, onların əvəzinə hər yerdə “q imirri”, (yəni kimmer) yazılmışdır.
M.A.Dandamayev və V.Q. Lukoninin fikrincə, bu hal ondan qaynaqlanırdı ki, birincisi, Babil
ədəbiyyatında arxaikləşdirməyə meyl güclü idi, ikincisi, Ön Asiyaya yürüşlər təşkil edən ilk
Şərq xalqı məhz kimmerlər olmuşlar. (152.75).
Herodotun yazdığına görə, farslar bütün iskitləri “sak” adlandırırdılar (152. 75). Onun haqlı
olduğunu Bisitun kitabəsinin farsdilli yazıları bütünlüklə təsdiq edir. Burada saklarla qohum
olan bütün etnik qruplar ümumiləşdirici “saka” adı ilə ad landırılır. Yunanlar isə bütün bu
xalqları “iskit” hesab edirdilər. Bu üzdən də bir çox çağdaş müəlliflər özlərini çətinə
salmamaq üçün “İskit-saklar”, digərləri isə “kimmer-iskit-saklar” terminindən istifadə
etmişlər. Mixi yazılarda isə bütün bu xalqların , o cümlədən onlarla etnik və dil baxımından
qohum olan madayların (midiyalıların) “umman manda” (Manda ordusu) adlandırılması halı
ilə də üzləşmək mümkündür (1.69). Məsələn, Nabopallasarın “Xronika”sında Midiya
hökmdarı Kiaksar “umman manda” hökmdarı kimi qələmə verilir. Halbuki, eyni yazıda o,
sadəcə “madayya” (midiyalı) adlandırılır. Nabonidin kitabələrindən birində isə “manda
hökmdarı” ünvanı başqa bir Midiya hökmdarına-Astiaqa aid edilir. Fars hökmdarı Kirin
Midiyanın işğalından bəhs edən silindirik möhürdə isə “umman manda”lıların məğlub edildiyi
göstərilir (152.80).
Ayrı-ayrı aşşur kitabələrində kimmerlərin və sakların hökmdarı kimi qələmə verilən
Tuqdamme (Toxtamış) bir yerdə “Umman manda hökmdarı” adlandırılır. İ.M. Dyakonova
görə, buradakı “umman manda” adı kimmerlərə verilən addır. Onun fikrincə, “Umman
manda” və “Maday” Midiyanın fərqli adları olmuşdur (152.75, 80). Kameron isə hesab edirdi
ki, “umman manda”lılar iskitlər idilər və Kiaksar e.ə. 612-ci ildə iskitləri özünə tabe etdikdən
sonra bu ad Midiya hökmdarlarına da şamil edilməyə başlanmışdır (153.216).


“Manda” kəlməsini “kim bilir” kimi tərcümə edən B.Landsberqer və T.Bauer bildirirlər ki, bu
adla bir çox xalqların koalisiyası ifadə edilmişdir (154.88). B.B. Piatrovski və İ. Əliyevin
fikrincə “umman manda” adıyla midiyalılar və şimal köçəriləri adlanmışlar (152.80).
Şübhəsiz ki, bütün bu eyniləşdirmələrin yalnız və yalnız bir səbəbi olmuşdur: bütün bu
xalqlar, yəni həm kutilər, həm kimmerlər, həm saklar, həm işquzlar, həm də madaylar
(midiyalılar) eyni etnosun ayrı-ayrı qrupları, başqa sözlə, soy və boyları idilər. Əslində bu
məsələdə alimlər arasında heç bir fikir ayrılığı yoxdur. Fikir ayrılığı onların hansı etnosun
qrupları olduqları və hansı dildə danışdıqları barədədir. Bəziləri onları ir andilli hesab
etməkdə, digərləri isə türkdilli olduqlarında israr etməkdədirlər. Birinci versiyanın tərəfdarları
əsasən tarixçilər, ikinci versiyanın tərəfdarları isə əsasən dilçilərdir. Birincilərin arqumentləri
o qədər əsassız və məntiqsizdir ki, həmin v ersiya üzərində durmaq belə mənasızdır.
İkincilərin arqumentləri isə təkzibedilməz faktlara söykəndiyi üçün tədqiqatımız baxımdan
böyük önəm daşımaqdadır. Lakin bəri başdan qeyd edək ki, bütün bu etnik qrupların
Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş olmalarına baxmayaraq, indiki
halda bizi ilk növbədə məhz saklar və onların dil və ədəbiyyatı maraqlandırır.
İlk öncə ondan başlayaq ki, yunanların “iskit”, farsların isə “sak” adlandırdıqları bu qohum
xalqlara aid indiyə qədər Avrasiyanın geniş düzənliklə-rindən-Şərqi Avropadan, Qara dənizin
qərb və şimal sahillərindən tutmuş Çin səddinə qədər, Güney Azərbaycandan Skandinaviyaya,
Skandinaviyadan Sakit okean sahllərinə qədər yüzlərlə kurqan tapılmış və tədqiq edilmişdir.
Həmin kur-qanlardan tapılan zəngin mədəniyyət nümunələri bütün bu böyük regionda
ağlasığmaz mədəni eyniliyin və vahid standartların mövcudluğunu göstərmişdir. Məhz bu
eyniliyi əsas götürən, demək olar ki, bütün mütəxəssislər sözügedən nəhəng ərazidə eyni
etnosa aid etnik qrupların yaşadığını söyləmişlər. Onların incəsənəti isə müxtəlif heyvan
motivlərinin çoxluq təşkil etməsi səbəbindən “heyvani üslub” adlandırılmışdır.
Məsələn, bütün bu etnik qrupları “sak” adlandıran və onları irandilli hesab edən İ.M.Oranski
onların iki min il ərzində Qara dəniz sahillərindən Çin səddinə qədər uzanan geniş bir ərazidə
yaşadıqlarını yazmışdır (155.90).
Eynən Oranski kimi iskitləi və sakları irandilli hesab edən R.Fray yazmışdır:
“İran tayfaları təkcə Güney Rusiyanın və Quzey Qafqazın deyil, e yni zamanda Sibir, Altay,
eləcə də Şərqi və Qərbi Türküstanın geniş ərazilərində məskun idi-lər…Altay və hətta Çin


səddindən tutmuş Transilvaniyaya qədər uzanan geniş ərazilərdə ən azı min il boyunca, yəni
yeni eranın ilk əsirlərində baş vermiş hun hücumlarına qədərki dövrdə müəyyən bir eynilik
müşahidə olunmaqdadır. Belə aydın olur ki, irandilli tayfalar burada xüsusi rola sahib
olmuşlar.” (156.221-222).
B.Q.Qafurov bildirir:
“İran dillərinin qədim zamanlarda yayılma arealı orta əsrlərə və indiki dövrə nisbətən daha
geniş idi. Bu areal Quzey Qara dənizdən Şərqi Türküstana qədər uzanırdı. İran xalqlarının
ümumi vətəni də bu sərhədlər içərisində mövcud olmuşdur.” (157.13).
E.A.Qrantovski yazmışdır:
“E.ə. l minillikdə irandilli tayfalar və xalqlar bizim öl kəmizin (keçmiş SSRİ-nin) - Çin
sərhəddindən Dunay çayına qədər geniş ərazilərində məskun idilər (158.3).
Yuxarıda əsərlərindən sitatlar təqdim etdiyimiz müəlliflərin hamısı sözüge-dən etnik qrupları
irandilli hesab etməklə yanaşı, onların qohum olduqlarını və Avrasiyanın geniş ərazilərində
məskun olduqlarını təsdiq etmişlər. Bizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin
xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə türk etnosundan getdiyini
irəlidə görəcəyik. Əslində isə yuxarıda kimmerlərin və sekellərin (skolotların) dili barədə
söylədiyimiz arqumentlər bu cəfəng fikirlərin üzərindən birdəfəlik xətt çəkmək üçün
yetərlidir.
Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də
təsdiqləmişlər. Belələrindən biri də V.İ. Abayev (148.121) olmuşdur. Bütün bu müəliflər artıq
yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən “heyvani üslub”un bütün bu ərazilərə
səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olm ası
faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin
daşıyıcılarını ümumiləşdirici “iskit” adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin
müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı k urqanların nisbətən daha
qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını
söyləmişlər. Onların belə düşünmələrinə isə Herodotun və Siciliyalı Diadorun (7.85) iskitlərin
ilkin vətəni kimi Araz çayı sahillərinin adın ı çəkməsi və Araz çayının yanlış olaraq bəzi
hallarda Volqa, bəzi hallarda isə Amu Dərya çayı ilə eyniləşdirmələri səbəb olmuşdur


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə