676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə28/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

məntəqədən bir neçə kilometr kənarda yerləşən Qaplantudan əldə edilən tapıntılar içərisində
də rast gəlinmişdir. O. Qaplantuda üzə çıxarılan qədim şəhərin qalıqlarının bir vaxt Mannanın
paytaxtı olmuş İzirtu olduğunu da sözlərinə əlavə etmişdir (152.91).
R. Bernett tapılan bütün bu əşyaların Quzey Qafqaz, Quzey Qara dəniz, Gü-ney Rus
düzənliyi, Orta Asiya, Altay, Sibir və Şərqi Türküstandan, iskit kurqan -larından tapılan və
sonrakı əsrlərə aid olan incəsənətin ilk və daha qədim nümunələri olduğunu qeyd etməklə
yanaşı, bu misilsiz incəsənətin Aşşur və Urartu incəsənətlərinin təsiri ilə yarandığını iddia
etmişdir (164.77-95).
Qədim Manna ərazisində iskit incəsənətinin qaynaqlarının tapılması iskit və sakları
Azərbaycan və Ön Asiyaya gəlmə hesab edən alimləri çaş-baş salsa da, onların hamısı iskit-
sak incəsənətinin Ön Asiya mənşəli olduğunu etiraf etməyə məcbur qalmışlar. Belələrindən
biri də Y.Y. Kuzminadır (165.3). O, bu incəsənətin Ön Asiyadan Avrasiya çöllərinə və Altaya
qədər yayıldığın ı bildirmişdir (165.8).
İskit və saklara aid edilən “heyvani üslub” barədə bir çox alimlər fikir söylə-mişlər. Bu
baxımdan A.Alfoldi, D.Karter, E.Farkaş, V.Abayev, K.Şefold, İ.Yat-senko, Q.Fyodorov-
Davıdov, A.Xazanov, A.Şkurko, M.Rostovtsev, İ.Braginski, K.Trever, S.Tolstov,
Q.Puqaçenkova, S.Rudenko, B.Litvinski, V.Lukonin, D.Ra-yevski, Q.Bonqard-Levin,
A.Akişev, B.Mazolevski, V.Qolmsten, A.Qraç, L.Dyula (165.4), Q.Qeybullayev (55.283) və
s. kimi elm adamlarını göstərmək olar. Və bütün bu alimlər iskit incəsənətinin qaynaqlarının
Manna ərazisi ilə bağlı olduğunu, Aşşur və Urartu mədəniyyətlərinin təsiri ilə formalaşdığını
qeyd etmiş-lər.
Məsələn, A.M. Xazanov iskit incəsənətinin On Asiyanın mədəni ölkələrinin təsiri ilə
formalaşdığını söyləməkdə (166.225), B.A.Texov isə iskit mədəniyyətinin Kiçik və Ön
Asiyadan yayıldığını qeyd etməkdədir:
“Həqiqətən, Orta Asiya və Sibirdə iskit abidələrinin yaşı cavandır, hər halda, orada iskit
mədəniyyəti ilə bağlı ortaya çıxan material, əsasən e.ə.Vll -Vl əsrlərə aiddir. Beləliklə aydın
olur ki, Ön Asiya iskitləri Midiya üzərindən orta Asiya və Sibirə keçmişlər, onların da bir
hissəsi Güney Qafqaz üzərindən, əsasən, Qara dəniz sahilləri ilə quzeyə getmişlər. Burada isə
ortaya çıxan iskit triadası (yaraqlar, at nəsnələri və heyvani üslub)adətən, Amu-Dərya və


Volqa tərəfdən gələn iskitlərlə əlaqələndirilir, halbu ki, həmin tarixdən öncə Sibir və Orta
Asiyada bu mədəniyyətin izini sübut edən faktlar müəyyən olunmayıb.” (167.17-18).
İskit və sakların incəsənətini dərindən tədqiq edən M.İ.Artomonov “heyvani üslubun” əsas
motivinin maral motivi olduğunu göstərmişdir (168.25). Bu təsbitin iskit və sakların, eləcə də
onların incəsənətinin mənşəyini anlamamız baxımından böyük önəmi var. Gerçəkdən də
maral motivi iskit-sak incəsənətində ən yayğın motivdir. Eyni motivə elm aləmində “iskit
maral daşları” adı altında tanınan daşların üzərində də rast gəlinməkdədir. Və “iskit maral
daşları”nın kökləri e.ə. lX əsrdə formalaşan “heyvani üslub”dan daha qədim dövrlərə qədər
uzanır. Və bu köklər də məhz Azərbaycana işarə edir.
Mövzu ilə bağlı tarixçi alim X.Mahmudova deyir:
“Maral daşları iskitlər dövrünün incəsənətini, ideologiyasının və sosial həyatının
öyrənilməsi baxımından əvəzsiz mənbədir.20 -ci əsrin 70-ci illərindən geniş tədqiq edilməyə
başlayan bu daşlar təkcə Asiyada deyil, Avropada da təsbit edilmişdir.Belə abidələrə
Kabarda-Balkar ərazisindəki Qızburun-1 kurqanında, Rumıniyada,Dinoqeti-Tarvanadlı
yerdə, Bolqarıstanda, Almaniyada, Gürcüstanda, Şərqi və Mərkəzi Qazaxıstanda,Baykal gölü
ətrafında və Monqolustan ərazisində rast gəlinmişdir.
Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir.Bu nümunələr
özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı olmuşdur.”
(59.125).
Maraqlıdır ki, qaya üzərində cızılmış ən qədim maral təsvirlərinə Qobustanın petroqlifləri
içərisində rast gəlinmişdir.
Nəsir Rzayevin yazdığına görə, son Eneolit və ilk Tunc dövrü qaya təsvirləri üçün
xarakterik olan əsas cəhətlərdən biri təsvirlərin realistikliyldir.Bu dövrdə ən çox rast gəlinən
petroqliflər müxtəlif maral və aslan təsvirləridir. Qobustandakı Yazılı təpənin 24 №-li daşında
cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvirlərdən öz gözəlliyi
ilə fərqlənməkdədir.Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsin-dəki 59 №-li daşda təsvir
edilən qoşa maral təsviri barədə də söyləmək olar (8.41 -43).
Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə,yəni Avropanın
içlərindən uzaq Sibir,Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata “İskit
maral daşları” adı altında düşmüş daşlarda,daha sonra isə iskit zərgərlik və xalça sənətində


yüzillər boyu davam edərək təkmilləşmişdir.Qobustan marallarının elmi baxımından əsas
önəmi ondadır ki,bu təsvi rlər iskit-sak mədəniyyətinin köklərinin bilavasitə Azəbaycan
ərazisi ilə bağlı olduğunu söylə-məyə ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim
nümunələri Cənubi Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər -
istəməz iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir. Fəqət Qobustan təsvirləri
eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə
sərməkdədir. Və onun kökləri Eneolit dövrünə qədər uzanır.
Yeri gəlmişkən qeyd edək, maral motivi Altaydakı saklara aid Pazırıq kurqanından tapılmış
(e.ə V əsr) dünyanın ən qədim xalısında da özünü göstərməkdədir (7.121,şəkil).
Məlum olduğu kimi, eramızdan əvvəl 6-cı minillikdən başlayaraq Azərbaycanda Neolit
dövrünü Eneolit,yəni Mis-Daş dövrü əvəz etmişdir. Eneolit dövrü istehsal təsərrüfatının əsaslı
surətdə formalaşması və sürətli inkişafı ilə xarakterizə olunur.Bu dövrü tarixin əvvəlki
dövrlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri həmin dövrdə məişətdə daş məmulatları
ilə yanaşı,metalda n istifadə olunmağa başlanmasıdır.
Arxeoloq Rəşid Göyüşov deyir:
“Bəşər tarixində ilk kütləvi metal olan misin kəşfi ilə başlayan Eneolit dövrü
eranızdan əvvəl 6-4-cü minillikləri əhatə edir.Mis yumşaq metal olduğundan daş alətləri
bütünlüklə sıradan çıxara bilmədiyi üçün sözügedən dövrə Mis-Daş dövrü
deyilir.
İnsanlıq tarixinin inkişafında misli görünməmiş dəyişikliklər döğuran bu dövrdə
cəmiyyətin ictimai inkişafında xüsusi irəliləyiş müşahidə olunur.Əkinçilik və maldarlıq daha
da inkişaf edir,tayfalararası əlaqələr genişlənir,sinifli cəmiyyətlər üçün zəmin yaranır.
Misdən ilk dövrlərdə soyuq döymə üsulu ilə xırda alətlər:bıçaqlar,iynələr,bizlər və
sairə,həmçinin bəzək əşyaları hazırlanmışdır. İnsanlar mis külçəsinə əvvəllər daşın bir növü
kimi baxmışlar.Bu külçələrin daşdan fərqləndiyi onlara yalnız 6-cı minilliyin sonlarında
məlum olmuşdur.Misin yüksək istidə əri-məsi,müxtəlif formaya düşməsi,soyuyarkən yenidən
bərkiməsi və sairə daşdan fərqləndirilməsinə əsas vermiş,ondan müxtəlif məqsəd lər üçün
istifadə edilməsinə imkan yaratmışdır.” (4.24 -25).


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə