676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə30/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

Lətif Kərimovun yazdığına görə, Güney Aərbaycanın Həsənlu yaşayış məntəqəsindən tapılan
və Manna incəsənətinə aid edilən (e.ə. Vlll əsr) qızıl camın üzərindəki təsvirdə xalça rəsmi
açıq-aydın sezilməkdədir (16.11). Məlumat üçün bildirək ki, Həsənlu tapıntıları üçün də iskit -
saklara aid “heyvani üslub” xarakterikdir (152.91-97).
Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq Neolit -Eneolit dövrlərin-də
formalaşdığını sübut etməkdədir.Məşhur ingilis arxeoloqu Jeyms Mellart Anadolu ərazisində
yerləşən Çatal -Hüyük abidəsində qazıntılar apararkən kö -mürləşmiş xalı qalıqlarına rast
gəlmiş və həmin xalının üzərindəki naxışların qorunub saxlanmamasından böyük təəssüf hissi
keçirmişdi.Lakin qazıntıların son-rakı mərhələsində o son Eneoli dövrünə aid yaşayış
binasının divarında xalça naxışlarını xatırladan naxışlara rast gəlmiş,bu naxışların bu günə
qədər Anadoluda toxunmaqda olan türk xalçalrının naxışları ilə tam eyni olduğunu görüb
təəccüb-lənmişdi.
Eyni halla cənubi Türkmənistanda qazıntılar aparan tanınmış rus arxeoloqu
Sarianidi də üzləşmişdi.O,tapdığı son Eneolit-erkən Tunc dövrlərinə aid saxsı qabların
üzərindəki naxışların bu gün də həmin ərazidə toxunmaqda olan t ürkmən xalçalarının
naxışları ilə eynilik təşkil etdiyini görüb son dərəcə heyrət-lənmişdi. Sarianidi digər bir
tanınmış rus arxeoloqu Masson ilə birlikdə qələmə aldıqları “Qaraqum:Sivilizasiyanın ilk
şəfəqi” adlı kitabında bu mövzuya toxunaraq yazır:
“Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısından etibarən Cənubi
Türkmənistan qəbilələrinin dulusçuluq sənətində böyük dəyişikliklər baş verməyə
başladı. Zoomorf motivlərin yerini həndəsi naxışlar tutdu.Bu naxışlar ağlasığmaz bir şəkild ə
xalça naxışlarını xatırlatmaqdadır.” (31.18).
Sənətşünas alim K.Əliyeva və P. Şamxalova yazırlar:
“Hər bir xalqın naxış sənəti nüəyyən etnik xüsusiyyətlərə sahibdir və digər
xalqların naxış sənəti ilə ümumi cəhətlərə malikdir.Xalqın mədəniyyəinin əhəmiyyətli tərkib
elementlərindən biri olan və onun tarixi ilə sıx bağlı olan naxışlar etnik mədəniyyət tarixinin
öyrənilməsində də mühüm mənbə rolunu oynayır.Naxış sənəti xalqın məişəti,ictimai şə raiti ilə
sıx bağlı olmaqla yanaşı,onun


fəlsəfi-dini və magik dünyagörüşünü də əks etdirir.Naxış motivləri təkrarlanaraq ritmlər
yaradır.Təsadüfi deyil ki,ornament motivlərini ritmlər də adlandırırlar.Bu baxımdan Tunc
dövrünə aid keramika məmulatlarının na xışlarının öyrənilməsi böyük önəm
daşımaqdadır.Həmin dövrə aid Naxçıvan saxsı qablarının üzərlərindəki naxışları gözdən
keçirməklə ornamentlərin xarakterini müəyyənləşdirmək mümkündür.Bu qabların üzərindəki
naxışlar içərisində nəndəsi fiqurlar:romblar,üçbucaqlılar,latın əlifbasının “S”hərfini və üç
rəqəmini xatırladan spiralvari elementlər,spirala çevrilən düz xətlər və sairə geniş
yayılmışdır.Eyni motivlərə Azərbaycan xalçalarında da rast gəlinir.”(36.39).
Əgər antik dövr yunan müəlliflərinə inansaq, iskit və sakların Azərbaycandakı mədəni
köklərini hətta Paleolit dövrünə qədər uzatmaq mümkündür. Məsələ burasındadır ki, Azıx
mağarasında aparılan qazıntılar nəticəsində aşkar olunanan və yaşı təqribən 700 min ilə
bərabər olan ocaq izləri indiyə qədər bütün dünyada tapılan ən qdim ocaq izidir. Bu fakt
ölkəmizin dünyada süni yolla od əldə edərək,onu uzun müddət yanar vəziyyətdə sax-lamaq
texnologiyasının ilk dəfə kəşf və tətbiq edildiyi ərazi olduğunu söyləməyə əsas verir.Bu da
təbiidir.Çünki Azərbaycan ərazisi ən qədim zamanlardan odun yerdən təbii şəkildə çıxdığı
yeganə ərazidir. Bu baxımdan Balaxanı kəndi yaxınlığındakı Yanardağ və Astara rayo-
nundakı yanan bulaq deyilənlərə ən gözəl misaldır.Təsadüfi deyil ki, qonşuları -mız ən
qədim zamanlardan Azərbaycanı “Odlar yurdu” adlandırmışlar.
Mövzu ilə bağlı H.Cəfərov yazmışdır:
“Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki,Azərbaycanın ən qədim sakinləri
hələ ən azı 700 min il öncə süni yolla od əldə etməyi və onu uzun müddət yanar vəziyyətdə
saxlamağı öyrənmişdilər.Ocaqdan isinmək,vəhşi heyvan -lardan qorunmaq,yemək hazırlamaq
üçün istifadə olunurdu.”(1.21).
Qədim yunan şairi və dramaturqu Esxil özünün məşhur “Zəncirlənmiş Prometey”əsərində
minilliklərin dərinliklərindən gələn miflərə istinad edərək,odun
tanrılardan oğurlanaraq insanlara təslim edildiyi yer kimi İskitlər ölkəsi və Qafqa -zın adını
çəkir.Bu,insanların odla ilk tanışlıq yerinin Qafqazdakı iskitlər ölkəsinin olduğu
deməkdir.Esxil sözügedən əsərin ən başında Hakimiyyət və Qüdrətin dili ilə deyir:
“Bir uzaq guşəsinə gəlib yetişdik yerin,


Boş,tənha çöllərinə yırtıcı iskitlərin.
Atanın buyruğuna itaət eyləyərək,
Bu yaramaz canini öz əllərinlə gərək
Mıxlayasan qayaya,Hefest,budur vəzifən;
Ona bir zindan yarat zəncir həlqələrindən.
O sənin çiçək kimi açılan atəşini,
Şəfəqləri dörd yana saçılan atəşini,
Oğurlayıb aparmış,vermişdir insanlara…”(2.7).
Təqdim olunan sitatdan da göründüyü kimi, qədim yunan mifologiyası in-sanların odla
tanışlıq yeri kimi İskitlər ölkəsini tanıyır.Əsə rin başqa yerində də hadisənin məhz
İskitlər,ölkəsində baş verdiyi qeyd edilir.Bu dəfə bu, Prometeyin öz dilindən söylənir:
“Bir an dinclik bilməyən sonsuz ləpələriylə
Başdan-başa dolaşan yeri elədən-belə.
Ey atamız Okeanın və çox uşaqlı Tifin
Gənc nəsli,yaxın gəlin,vəhşi gəzən iskitin
Yurdu olan bu yerdə,bu yüksək qayalarda
Zəncirlərlə bağlanıb qalmışam necə darda.” (2.15).
Bütün bu deyiənlər iskit və sakların Azərbaycandakı köklərinin nə qədər dərinlərə uzandığını
göstərməkdədir. Siciliyalı Diodorun aşağıdakı sözləri bu xalqın ilkin vətəninin Araz sahilləri
olduğunu və onların məhz buradan Avrasiyanın geniş ərazilərinə yayıldıqlarını göstərməklə
yanaşı, adlarının daha öncələr nədən eşidilmədiyinin, yəni daha qədim mənbələrdə hansı
səbəbdən qeyd olunmadığını da anlamağa kömək edir:


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə