676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

“İndi də (hindlilərlə) qonşu ölkədə məskun olan iskitlərə keçək. Onlar əvvəllər o qədər də
böyük olmayan bölgədə yaşayırdılar, lakin sonralar özlərinin artan qoçaqlığı, hərbi gücü ilə
böyük ərazilər zəbt edib öz boylarını şöhrət və iqtidar sahibi etdilər. Əvvəllər onlar azsaylı idi
və Araz qırağınd a yaşayırdılar, onda şöhrət sahibləri olmadıqları üçün onlara həqarətlə
baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən bir savaşqan başçılarının
başçılığı altında onlar Qafqaza qədər dağlarda, Okean və Meoyiy (Azov) gölü sahillərindəki
düzlərdə və Tanais çayına qədərki sair bölgələrdə ölərinə ölkə əldə etdilər…Xeyli vaxt
keçəndən sonra …Tanais çayından o tərəfdə Trakiyaya qədər geniş əraziləri də özlərinə tabe
edib, hərbi yürüşlərini başqa istiqamətdə yönəltdilər, Misirin Nil çayına qə dər özlərinin
hökmranlığını yaydılar.” (7.101).
Əsərlərində iskit və saklara önəmli yer ayırmış Strabon (e.ə.63-b.e.23) iskitləri əsasən iki
yerə: roksolanlara və sarmatlara bölmüş, ikncilərin isə çar sarmatları və kaziq sarmatlarından
ibarət olduqlarını vurğulamışdır (75.51). İosif Flaviy (l əsr) də sarmatlardan iskit tayfalarından
biri kimi söz açmaqda, onların Romaya hücumlarından danışdığı yerdə “iskitlərin sarmat
adlanan hissəsi” ifadəsini işlətməkdədir (75.53).
Yuxarıda qeyd etdiymiz kimi, Strabona görə, sarmatların bir bölümü “sarmat -kaziqlər, yəni
sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax xalqının etnogenezində iştirak etmiş
soylardan biri də sarmatlar olmuşlar (106.116). Musa Kağankatlının yazdığına görə,
sarmatların soy babası, Yafəsin başqa bir oğlu olan Askenazdır. Antik müəlliflərin fikrincə,
sarmatlar iskitlərlə amazonkaların izdivacından törəmişlər və iskit dilində danışırdılar.
Bu müəlliflərin yazdığına görə,sarmatlar Qara dəniz iskitlərindən və Don çayından
şərqdə məskun idilər.Eyni mənbələrin təhlilindən belə aydın olur ki, onların torpaqları
bugünkü Rusiyanın Kalmıkiya,Həştərxan,Stavropol və Rostov bölgələrini əhatə edirdi. Antik
müəlliflərin bəziləri sarmatları “savromat” da adlandırmışlar. Məsələn,Herodot “savromat”
yazdığı halda, eradan əvvəl 4-cü əsrdə yaşamış Skilak Karianidli “sarmat” ifadəsini
işlətmiş,Ovidiy Nazon isə hər iki addan istifadə etmişdir. Pliniy isə yunanların sarmatları
“savromat” adlandır-dıqlarını bildirmişdir. (55.329-330).
Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə,sarmatlar Midiyadan,yəni Cənubi
Azərbaycandan iskitlər tərəfindən köçə zorlanmışlar.Elə bu səbəbdən də bəzi antik müəlliflər
sarmatları midiyalılarla, yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy və Yuliy Solin
sarmatları midiyalıların törəmələri hesab etmişlər. Pliniy türkləri sarmatların bir qolu saymış,


Pomponiy Mela isə türklərlə sarmatların qonşu olduqlarını yazmışdır.Eradan əvvəl 2 -ci əsr
müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla eyniləşdirmişdir. Fak t isə budur ki, qıpçaq
mənşəli qazax soylarından biri də sarmatlardır və onlar qazaxların içərisində “şermat” və
“sarmat teleu” adları ilə məşhur idilər. (55.329 -330,334). Bu fakt qədim Atropatenanın
paytaxtının nədən Kazaka (Qazax) adlandığını başa düşməm izə və nədən qıpçaq elementinin
oğuz mənşəli Azərbaycan türkcəsində xüsusi bir plast təşkil etdiyini başa düşməmizə
yardımçı olur. Əslində isə qıpçaq elementinin Azərbaycandakı kökləri ən azı kumanların
tarixi qədər qədimdir.
Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy babaları saydıqları maday xalqının da
qazaxların etnogenezində iştirak etdikləri məlumdur.
Müqəddəs “Tövrat” kitabında Yafəsin oğullarından söz açılarkən, onlardan birinin
Maday olduğu bildirilir.Eradan əvvəl 9-8-ci əsrlərə aid mixi yazılarda Madayın soyundan
gələn xalqdan-maday xalqından və eradan əvvəl 7-6-cə əsrlərə
aid mixi yazılarda isə bu xalqın Azərbaycanın cənubunda qurduğu Madayya dövlətindən
söhbət açılır.Qədim yunan müəllifləri,o cümlədən eradan əvvəl 5 -ci əsrdə yaşamış Herodot bu
dövləti Midiya dövləti,xalqını isə midiyalılar kimi qeyd etmişlər.
Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər türk soy və boyları kimi
madayların da izlərinə sonrakı əsrlərdə Türküstanda rast gəlirik. Sonralar han sısa səbəbdən
Azərbaycanı tərk edən bu qədim türk soyu qazax türklərinin etnogenezində yaxından iştirak
etmişdir. Qazax xalqını təşkil edən türkdilli soylardan biri də madaylar olmuşlar. (105.118).
Azərbaycanda yaşayan və sonradan qazaxların,qırğızların,öz bəklərin, eləcə də qaraqalpaqların
etnogenezində yaxından iştirak etmiş (107.lV,326;106.66,82; 108.16,tablo2;109,41).
soylardan biri də albanlardır. Yafəsin soylarından biri olan albanların adı yazılı mənbələrdə
miladdan sonrakı mənbələrdə qeyd edilsə də,onlar eradan əvvəl 4-cü əsrdə baş vermiş
olaylarla əlaqədar yad edilirlər.
Azərbaycandan iskitlər tərəfindən köçə zorlanan və Şimali Qafqaz ərazisində
məskunlaşan sarmatlar hunlar tərəfindən darmadağın edildikdən sonra bir neçə istiqamətə
yayılmışdılar.Bunların bir hissəsi Qazaxıstan ərazisinə köçərək qazax xalqnın etnogenezində
yaxından iştirak emiş, ikinci bir hissəsi Fransa və İspaniyaya mühacirət edərək uzun müddət
bu ərazidə hökm sürmüşlər.Ücüncü qrup isə Britaniya istiqamətinə yürüş edərək or ada


Britaniya dövlətçiliyinin və ilk kral sülaləsinin əsasını qoymuşdular. İngilis mənbələrinə görə,
Britaniyanın ilk əfsanəvi kralı, əfsanəvi Kamelot şəhər -dövlətinin və kral sülaləsinin əsasını
qoyan ser Artur sarmat idi.O öldükdən sonra əsl türk kimi dəfn edilmiş və məzarının üzərində
böyük bir kurqan ucaldılmışdı. Dördüncü qrup isə Quzey Afrikya qədər gedib çıxmışdı
(169.75,80-81).
Klavdi Ptolomey (ll əsr) özünün “Coğrafiya bələdçisi” adlı əsərinin “Avro -pa Sarmatiyasının
mövqeyi” adlı bölümündə bu ölkənin sakinlərindən biri kimi iskit-alanların da adını
çəkməkdədir (75.53). İosif Flaviy də özünün “Yəhuda savaşı haqqında” əsərində alanları
iskitlərin bir qolu adlandırır (55.286).
Alanlara xüsusi bir tədqiqat əsəri həsr edən və var gücü ilə bu xalqın guya irandilli osetinlərin
əcdadı olduğunu sübut etməyə çalışan V.B.Kovalevskaya məsələ antropologiyaya gəldikdə
yazır:
“Katakomba tipli qəbirlərdən çıxan kəllələrinin quruluşu bir çox mütəxəssis tərəfindən
incələnmiş alanlar ensiz sifətli, uzun başlı cənubi avropoid irqinə məxsus olmuşlar və həm
özləri ilə çağdaş olan girdəbaş tipli yerli əhalidən, həm də onların birbaşa varisləri olan
müasir osetinlərdən fərqlənmişlər” (169.171).
Maraqlıdır ki, arxeoloji tədqiqatlar nəticəsində tapılan və ən azı Mezolit döv ründən tutmuş
son Tunc dövrünə qədərki böyük bir zaman kəsiyini əhatə edən skeletlər uzunbaşlı kaspi-oğuz
tipinin bütün Qafqaz ərazisini əhatə etdiyini, girdə-baş kafkasion tipinin daşıyıcılarının bu
bölgəyə çox-çox sonrakı dövrlərdə gəl-diklərini sübut etməkdədir.
Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı yazır:
“Qafqaz ərazisində məskun olan xalqların sayının çoxluğu,onların müxtəlif dil
ailələrinə mənsub dillərdə danışması,bölgənin fiziki- coğrafi şəraitinin mürək-kəbliyi və bu
mürəkkəbliyin ayrı-ayrı etnosların təcridinə gətirib çıxarması etnoge-nez proseslərinin
öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleo -antropoloji materialın
önəmini artırmaqdadır.Qafqaz ərazisində məlum olan ən qədim kəllə sümükləri
Qobustandan,Kiçikdaşın ətəyindəki “Firuz”mağarasından tapılmışdır.Bu tapıntılar Mezolit
dövrünə aiddir.Eyni dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları
Cənubi Azərbaycan ərazisindən də tapılmışdır.Üzün nisbətən ensizliyi və kəllənin nisbətən
uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz və Cənubi Azərbaycan üçün təkcə Mezolit


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə