676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

Daha qədim dövrə aid aşşur mənbələrindən belə aydın olur ki, bunlardan biri kimmerlərlə
eyniləşdirilən saklar idi. Həmin mənbələr sayəsində bu sakların bir hökmdarlarının adı da
dövrümüzədək ulaşmışdır. Bunlar Teuşpa, İşpakay, Tuqdamme və onun oğlu Sandakşatrudur.
Aşşur hökmdarları Teuşpa ilə e.ə. 678-ci, Mannalıların köməyinə gələn İşpakayla e.ə. 670-ci
ildə döyüşmüş və onlara qalib gəlmişdilər (7.107). Asarhaddonun kitabəsindən belə məlum
olur ki, aşşurlar caklardan çəkinirmişlər:
“Müəyyən edilmiş bu müddət ərzində Manna vilayətində yaşayan və Manna ölkəsinin
hüdudlarına gəlmiş sak ordusu bir qəsd hazırlayırmı? Bir şey fikirləşirmi? Hubuşkiya
şəhərinin keçidini…keçəcəklərmi, gələcəklərmi, Aşşur sərhəddindən böyük qənimət, əsirlər
aparacaqlarmı?” (1.105).
Eyni kitabədən belə aydın olur ki, döyüşdə saklar məğlub olurlar və bu Manna dövlətinin
süqutu ilə nəticələnir:
“Mən Manna ölkəsinin sakinlərini, dinc oturmayan kutiləri darmadağın etdim, onu xilas edə
bilməyən müttəfiqini-sak İşpakayın ordusunu əzdim” (1.105).
Mannanın süqutu kutiləin Cənubi Azərbaycanda hakimiyyətinin süqutu anlamına
gəlməkdəydi və bu üzdən də adı mixi yazılarda Tuqdamme kimi çəkilən sak hökmdarı
mənbələrdə “Saka və Qutium hökmdarı” kimi yad edilir. Bu isə o anlama gəlir ki, kutilər artıq
həmin dövrdən saklara tabe olmuşlar. Yəni saklar Mannanın hakiminə çevrilmişlər (1.105 ).
Söhbət özlərini “şakı” adlandıran gerçək saklardan gedir. Şəki etnotoponimi onlarla bağlıdır
(55.321;137.17).
Təqribən eyni dövrdə Azərbaycanın siyasi arenasında daha iki qüvvə hakimiyyət uğrunda
mübarizəyə atılır. Bu, madaylar (midiyalılar) və bir müddət saklardan asılı vəziyyətdə
yaşadıqları üçün ümumiləşdirici “sak” adı ilə yanaşı özlərinin əsl adı ilə də yad edilən işquzlar
idilər. Mənbələrdə Partatua (Prototiy) və oğlu Madiy işquzların hökmdarı kimi təqdim
olunurlar. Bunlar psevdo, yəni yalançı sakl ar idilər. Beləcə, Azərbaycanın üç qədim türk boyu
arasında Mannanın və kutilərin mirası, yəni taxt -tac uğrunda amansız, qanlı mübarizə
başlayır.
Madaylar (midiyalılar) ilk öncə Mannanın tərkibində, Cənubi Azərbaycanın Zəncan, Qəzvin
və Həmədan şəhərləri i lə bugünkü Tehran arasında yerləşən ərazidə məskun idilər (55.250).
Aşşur mixi kitabələrində onlar haqqında ilk məlumat e.ə.835 -ci ilə aiddir (38.34-35). Həmin


mənbədə və sonrakı mənbələrdə onlar “maday” (amaday, matay) olkələri də “Maday” adları
ilə yad edilirlər. Antik müəlliflərin əsərlərində isə “Midiya” və “midiyalı” adları keçərlidir.
Azərbaycan elmi ədəbiyyatında da bu adlar daha çox işlənir. Hərçənd ki, aşşur
mənbələrindəki ad daha doğrudur.
Midiyalıları da kimmer, iskit və saklar kimi irandilli və Azərbaycana kənardan gəlmə sayan
Q.Hüzinq,R. Hauşild, F.Heninq, E.Qrantovski, İ.Əliyev və digərləri onların guya Qafqazın
quzeyindən, yəni Avropadan, E.Meyer, V.Geyger, A. Kristensen, C. Kameron, İ. Oranski, V.
Brandenşeyn, V. Masson, H.Nüberq və başqaları isə Orta Asiyadan gəldiklərini iddia etmişlər
(55.250). Fəqət bu tarixçi alimlər, əgər gerçəkdən də madaylar Azərbaycana kənardan
gəlmişlərsə, nədən onların adına ilk dəfə məhz Ön Asiya mənbələrində və Azərbaycan
sakinləri kimi çəkildiyini izah etməmişə r. Bu sual açıq qalır. Açıq qalan başqa bir sual isə
belədir: əgər midiyalılar gerçəkdən irandilli olmuşlarsa, nədən qazaxların bir qolu olan
madaylar (mataylar) türkcə danışmışlar (105.118) və nə üçün ll Sarqonun e.ə. 713-cü ildə
qələmə alınmış kitabəsin də midiyalılarla arilər arasında fərq qoyulur (132.220)?
Əslində mübarizənin əsas hissəsi midiyalılarla işquzlar arasında getmişdir. Çünki saklar
(şakılar) bu mübarizədə tez bir zamanda məğlub olaraq Quzey Qafqaza qaçmağa məcbur
olmuşlar. Hadisələr isə belə cərəyan etmişdir.
Manna uzun müddət Aşşurla ittifaqa sadiq qalsa da, güclənməkdə olan kimmer -iskit-sak
qəbilələrinin təhriki ilə bu ittifaqı pozmalı oldu. Bu Manna hökmdarı Ahşerinin dövründə
(e.ə.675-650) baş verdi. Aşşur hökmdarı Aşşurbanipal Mannaya qarşı müharibəyə başladı və
qələbə çaldı (1.101).
Əslində həmin dövrdə Aşşurların vəziyyəti də yaxşı deyildi. Beləki, bu hadisədən çox -çox
öncə, daha dəqiq desək, e.ə.Vlll əsrin ikinci yarısından etibarən güclənməyə başlayan
babillilər Aşşura qarşı üsyan et miş və elamlılarla birləşmişdilər.
E.ə.720-ci ildə Der qalası yaxınlığında elamlılarla aşşurlar arasında qanlı müharibə baş verdi
və aşşurlar məğlum oldular. E.ə.716 -cı ildə Urartu kökmdarı Rusa aşşurların zəifləməsindən
istifadə edərək, onların müttəfiqi Mannaya hücuma keçdi və 22 Manna şəhər -qalasını işğal
etdi, e.ə.715-ci ildə isə Manna hökmdarı Dayukku əsir alındı (152.73). Həmin döyüşdə
Mannadan müstəqilliyə can atan Sa-qarta (Zikkertu) və Andiya əhalisi, yəni gerçək saklar
(şakilər) və andiyalılar ura rtulularla eyni mövqedən çıxış edirdilər.


Belə bir vəziyyətdə Manna ilə ittifaqa sadiq qalan Aşşur hökmdarı ll Sarqon Saqarta və
Andiyaya hücum edərək üsyançıları darmadağın etdi. ll Sarqon Urartu ordusunu da məğlub
edərək, itirilmiş 22 şəhər -qalanı mannalılara geri qaytardı. Üstəlik də 55 Urartu istehkamı və
11 Urartu qalası Mannanın tərkibinə keçdi. Bu döyüşdə Dayukku əsirlikdən azad edidi,
əvəzində isə Uratu hökmdarı l Rusa əsir edildi (1.98 -99). Həmin döyüşdə psevdosaklar da
(işquz – iç oğuzlar)Manna tərəfdən Uratuya qarşı çıxış edirdilər və Rusanın məğlub
edilməsində böyük rol oynamışdılar. Qələbədən sonra Kappadokiya və Uratunun böyük bir
hissəsi sakların hakimiyyəti altına keçdi. Bu barədə Strabon yazır:
“Saklar da kimmer və trerlər kimi bəzən uzaq, bəzən də yaxın məsafəli yü-rüşıər təşkil
edirdilər. Beləcə. onlar Baktriananı (indiki Əfqanıstanın şimalı) və Ərməniyyənin (Uratu,
yəni Van gölü ətrafı nəzərdə tutulur) torpaqlarının önəmli bir hissəsini tutaraq oranı öz
adları ilə Sakasena (qədim Saqarta) adlandırdılar. Onlar Kappadokiyaya…qədər çatdılar.”
(60.24).
Strabonun yazdıqlarından bir daha belə aydın olur ki, saklara şamil edilən kimmer adı əski
ənənəçilikdən qaynaqlanmışdır və həmin dövrdə söhbət bilavasitə saklardan getməlidir. Eyni
zamanda o da məlum olur ki, Urartu Saqartanın (Sakasenanın) tərkib hissəsinə çevrilmişdi.
Saklar faktiki olaraq Mannanın da sahibi idilər və Manna hökmdarının hakimiyyəti formal
xarakter daşıyırdı. Kimmer-saklar Friqiya üçün də təhlükə mənbəyinə çevrilmişdilər.
Bir çox alimlərin fikrincə, Dayukku, haqqında Herodotun məlumat verdiyi, ilk Midiya
hökmdarı adlandırdığı Deyokla eyni adamdır (183.1023). Dayukku ilə Deyokun eyni şəxs
olduğunu söyləyən İ. Dyakonovun fikrincə, Dayukku Manna hökmdarı yox, Mannanın sadəcə
bir vilayətinin-Midiyanın başçısı idi (132.179). Herodotun sözlərinə görə, Deyok maday
(Midiya) tayfalarını birləşdirmiş və Midiya dövlətinin əsasını qoymuşdur. Bu dövlətin
paytaxtı Cənubi Azərbaycanın Həmədan (Ekbatana) şəhəri idi. (1.120 -121).
E.ə.710-ci ildə ll Sarqon Elama hücum etdi, Elam hökmdarı Şutruk-Naxxunte dağlara qaçdı.
Onun müttəfiqi, Babil hökmdarı Marduk apla -iddina isə cənuba qaçmaq məcburiyyətində
qaldı. E.ə. 709-cu ildə kimmer-saklardan qoruna bilmək üçün Friqiya şahı Midas ll Sarqona
kömək üçün müraciət etdi (152.76). Fəqət kimmer-saklar o qədər güclənmişdilər ki, Aşşurun
özü də onlardan çəkinirdi.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə