676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə35/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

E.ə. 705-ci ildə, ll Sarqonun ölümündən sonra Babil hökmdarı Marduk -apla- -iddina Aşşurun
bütün düşmənləri ilə ittifaq yaratdı. Bu koolisiyaya Elam, Yəhuda və Tir, Arad və Askalon
kimi Finikiya şəhərləri daxil idilər. Fəqət bu dəfə də aşşurlar qalib gəldilər (152.74). E.ə. 700 -
cü ildən sonra müharibələr yenidən qızışdı və e.ə. 693-cü ildə, Aşşur hökmdarı Sinaxxeribin
dövründə müttəfiqlər növbəti dəfə məğlub oldular (152.74).Məhz həmin dövrdən etibarən
Manna, Urartu ilə yanaşı müstəqil və güclü Sak dövlətinin mövcud olduğunu söyləmək olar.
Artıq qeyd etdiyimiz kimi, mənbələrdən sakların İşpakay, Tuqdamme və Sandakşatru kimi
hökmdarlarının adı məlumdur.
Bir sözlə, bütün Ön Asiya böyük müharibələr meydanına çevrilmişdi. Və bu müharibələrdə
midiyalılar da, saklar da, yəni həm kimmer-saklar (şakılar), həm də işquzlar tədricən əsas
tərəflərə çevrilirdilər. Sakların Midiya ilə İttifaqda Aşşur və Urartuya qarşı eyni cəbhədə yer
aldıqları, işquzların hökmdarı, Aşşur şahı Asarhaddonun kürəkəni Partatuanın isə aşşurların
müttəfiqi kimi çıxış etdiyi məlumdur (1.105).
Alimləin bir çoxu haqlı olaraq, Aşşur mənbələrindəki işquzları “Kitabi Dədə Qorqud”dakı İç
Oğuzla, başqa sözlə, oğuzlarla eyniləşdirmişlər (48.224;1.118; 75.122 -124). Məhəmməd
Hatəmi Tantəkin aşşur, yunan və qədim fars mənbələrini tutuşduraraq təkzibedilməz şəkildə
sübut etmişdir ki, adına Aşşur mənbələrində “Partatua”, Herodotda “Prototiy”, Avestada
“Tranqrasyan”, Firdovsinin “Şahna-mə”sində “Əfrasiyab” kimi rast gəldiyimiz işquz (İç
oğuz) xaqanı böyük Turan hökmdarı Alp Ər Tonqadır. Onu öldürmüş şəxs isə Firdovsinin
İran şahı kimi qələmə verdiyi və Keyxosrov adlandırdığı Midiya hökmdarı Kiaksardır (185).
Bəzi mütəxəssislər qədim mənbələrdə işquzların həm də “sak” adlandırıl -ması faktından çıxış
edərək Alp Ər Tonqanı sak hökmdarı, onun xaqanı olduğu Turan dövlətini isə iskit -sak
dövləti saymışlar (55.326-329;47.241;184). Eyni fikrə Yeni Türk Ensiklopediyasında da rast
gəlirik (86.Xl,4363). Camal Anadol yanlış olaraq, Alp Ər Tonqanı Partatuanın oğlu Madiy ilə
eyniləşdirmişdir (184). Eyni səhvi Məhəmməd Tağı Zöhtabi və Elməddin Əlizadə də
təkrarlamışlar (47.241). Gerçək isə budur ki, Alp Ər Tonqanın mixi yazılardakı adı
Partatuadır və bu ad böyük türk qəhrəmanı və hökmdarının adının aşşur dilindəki cüzi təhrifi
ilə ortaya çıxmışdır:
ALP
ƏR
TONQA
P — AR — TATUA


Məlum olduğu kimi, Mahmud Kaşğarlı “Divan”ında yer alan çoxsaylı şer nümunələrindən
biri də Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıdır.Nizami Xudiyev bildirir:
“Eradan əvvəl 1-ci minilliyin ortalarından etibarən ümumi türk ədəbi dilinin ünsürləri
fəaliyyətə başlayır və regional türk ümumxalq dillərinin,bunun ardınca isə ədəbi dillərin
formalaşmasına təsir edir.Qədim türk şerinin mükəmməl
şifahi örnəkləri meydana çıxır ki, bunların müəyyən
hissəsi sonrakı dövrlərdə yazıya alınmışdır.Turan hökmdarı,farslaın Əfrasiyab
adlandırdıqları Alp Ər Tonqanın ölümünə həsr olunmuş ağı Mahmud Kaşğarlının divanında
əks olunmuşdur:
Alp Ər Tonqa öldümü,
İsiz ayun kaldımu,
Ödlək öcin aldımı?
İmdi yürək yırtılır…
Biz heç də o fikirdə deyilik ki, bu eradan əvvəl 1-ci minilliyin ikinci yarısından
eramızın 1-ci minilliyininbirinci yarısı Azərbaycan dili nümunəsidir, ancaq burası da inkar
edilməzdir ki, qədim Azərbaycan dilinin fonetik,leksik və qrammatik quruluşu, funksional
ifadə səviyyəsi bunu xatırlatmışdır.” (70.39-40).
Elməddin Əlibəyzadə mövzu ilə bağlı yazır:
“Alp Ər Tonqa miladdan öncə 7-ci əsrin qüdrətli Turan-türk hökmdarı və
qəhrəmanı olub.O, qeyri – adi ağlına,tədbirinə və mərdliyinə,müdrikliyinə görə böyük hörmət
və ehtiram qazanmış,şöhrət tapmışdır.İran -Turan müharibələrində əfsanəvi qəhrəmanlıq
göstərmiş və bu onu dastanlaşdırmışdır.”
(51.239).
Kaşğarlı Mahmudun yazdığına görə,Türküstandakı Barsqan,Sayram və Koyaş
şəhərlərini Alp ər Tonqa saldırmışdır.12 illik türk dövri heyvan təqvimini də o icad
etmişdir.Əski fars qaynaqlarında onun Xorəzm,Xorasan.İran və Azərbaycanda çox sayda
şəhər saldırdığı qeyd edilməkdədir (84.19). Məsələn, Sasanilər dövründə pəhləvi dilində
qələmə alınan, müəllifi bilinməyən və elm aləmində şərti olaraq “İran şəhərləri” adlanan bir


kitabda Aturpatakandakı,yəni Azərbaycandakı Gəncə şəhərinin əsasının Əfrasiyab, yəni Alp
Ər Tonqa tərəfindən qoyulduğu qeyd edilir.(83.19).
Zərdüştün “Avesta”sında bu şəhərin adı Qanqxa kimi çəkilir və onun Turanın taxt şəhəri
olduğu, Turan xaqanının da bu şəhərdə otuduğu qeyd edilir.”Avesta”da bütün turanlılar,yəni
türklər kimi ünvanına təhqir və böhtanlar yağdırılan Alp Ər Tonqa həmin kitabda
Tranqrasyan adı ilə yad edilir.Qədim yunan mənbələrində onun adı Prototiy kimi çəkilir və
onun iskitlərin, yəni türklərin
xaqanı olduğu bildirilir. Bu bötük türk xaqanı haqqında məlumat verən və eradan əvvəl 7-ci
əsrə aid olan aşşur mixi kitabələrində onun adı Partatua kimi qeyd edilib və o, İşku z, yəni İç
Oğuz hökmdarı adlandırılıb. Maraqlıdır ki, Firdovsi də “Şahnamə”də onu oğuz -türkmən
mühiti ilə bağlayır. Firdovsiyə görə, Əfrasiyab (Alp Ər Tonqa) dödüncü oğlu Qara xana
oğuzların da daxil olduğu türk odusunun komandanlığını vermişdir:
“Sərkərdə Qara xan, dördüncü oğul
Əlbisəsini geyinib, atasının yanına gəldi.
Atası ona otuz minlik türk-çiqil atlılarını
Verdi, döyüş yerindən qorxmayan
Həmçinin taraz, oğuz, xalac atlıları
Otuz minlik sınaqdan çıxmış atlı.”(85.88-89).
Eyni zamanda Əfrasiyabın (Alp Ər Tonqanın) atası Pəşəngin başında durduğu otuz minlik
qoçaq türkməndən də söz açmaqdadır:
“Onların sərkərdəsi-təcrübəli qoca Nastul
Qoçaq Pəşəngin himayəsi altında
Otuz min igid türkmən
Döyüş baltaları ilə silahlanmış,


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə