676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə36/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

Yayla-oxla silahlanmış döyüşə getdilər.”(85.89).
Təsadüfi deyil ki, oğuz olduqları heç bir şübhə oyatmayan Səlcuqlular özlərini Alp Ər
Tonqanın (Əfrasiyabın) soyundan hesab etmişlər (85.28).
“Avesta” Alp Ər Tonqanın bol duzlu Çiçəstə gölü sahilində qətlə yetirildiyi
bildirilir.”Bundaxşinin kitabı”nda söylənilənlərdən isə belə məlum olur ki, Çiçəstə gölü
Aturpatakanda.yəni Azəbaycanda yerləşir. (83.20).
Bu məlumatlardan göründüyü kimi, Alp Ər Tonqa Cənubi Azərbaycanda yerləşən bol
duzlu Urmiya gölü sahilində qətlə yetirilmişdir.Onun Azərbaycanda öldürüldüyünü Yeni Türk
Ensiklopediyası da təsdiqləməkdədir:
“Alp Ər Tonqa iranlılarla çox uzun bir mücadiləyə girmiş…, Altaylara qədər təqib
edilmiş, yenə həmlə etmiş, nəhayət, Azərbaycanda… öldürülmüşdür (m.ö.624).”
(86.Xl,4363).
Deməli, ona həsr edilən ağı da məhz həmin bölgədə,başqa sözlə,Azərbaycanda
yaranmışdır.Təsadüfi deyil ki,Azərbaycanda yaradılmış digər ağılar kimi bu ağı da təmiz oğuz
türkcəsindədir:
Sel gəldi beldən oldu,
Qan qusdu yeldən oldu.
Vay düşdü sarayıma,
El gəldi harayıma.
Dirsəkli,dirəkliydin,
Sən aslan biləkliydin.
Hay vergil harayıma,
Vay düşdü sarayıma.
Oğul hey,


Oğul hey,
Oğul hey,
Oğul hey!
Yas nəğmələrinin mühüm hissəsini ağılar təşkil edir.Yas mərasimlərində oxunan
ağılar bu gün təkcə bayatı şəklində yayılmış nümunələrlə məhdudlaşmır. Xalq içərisində
onlardan daha əvvəlki dövrlərdə yarananlardan da dövrümüzədək gəlib çıxanları var:
Mən öldüm ağlamaqdan,
Bağa su bağlamaqdan.
Bağda yarpaq qalmadı,
Yarama bağlamaqdan.
Altımda kilim yandı,
Od düşdü,kilim yandı.
Canım oğul deməkdən,
Ağzımda dilim yandı.
Alp Ər Tonqaya ağı öz dilinə görə Kaşğarlı Mahmudun nümunə kimi verdiyi digər ağılardan
fərqlənir.Buradakı digər ağılar uyğur dilində,başqa sözlə xaqaniyyə tükcəsindədir.
Ulsıp ərən börləyü,
Yırtıb yağa urlayu.
Sıkrıp üni yurlayu,
Sıqtab gözi örtülür.
Alp Ər Tonqaya həsr edilən ağıda arxaikləşərək çoxdan canlı danışıq dilimizdən çıxmış
“isiz”,”ajun”, “ödlək” və “öc” kimi qədim türk kəlmələrinə rast gəlirik.İndi dilimizdə həmin


sözləri ərəb dilindən keçmiş “ədalətsiz”, “dünya”,”zaman” və “intiqam” kimi ifadələr əvəz
etməkdədir.Təkcə bu fakt ağının ən azı İslamdan öncə yarandığını söyləmək üçün yetərlidir.
Elməddin Əlibəyzadənin fikrincə, Mahmud Kaşğarlı “Divan”ının folklor nümunələrinin də
fərqli yaranma tarixləri olmalı idi.Çünki bu şerlər bir-birindən çox uzaq,mühüm və ibrətamiz
tarixi hadisələrlə bağlı olmuşdur. Məsələn,miladdan öncə 7 -ci əsrdə yaşamış Alp Ər Tonqanın
ölümünə ağı həmin əsrdə deyilsə,hansı əsrdə yaranmışdır? Təbii ki,sözügedən ağı məhz
həmin əsrdə yaranmalı idi və yaranmışdır da (47.56).
Sözügedən ağı Azərbaycan ədəbiyyatının, eləcə də ümumoğuz və ümumtürk ədəbiyyatının
şah əsəri sayıla bilsə də, onu “sak dili və ədəbiyyatı” kateqoriyasına daxil etmək doğru
deyidir. Çünki işquzlar (iç oğuzlar) və saklar fərqli türk etnik qrupları olmuş və irəlidə
görəcəyimiz kimi, fərqli ləhcələrdə danışmışlar.
Elməddin Əlibəyzadə deyir:
“Alp Ər Tonqanın ölümünə ağılar dördlüklə və 7 heca ilə kəkk olunub,bu ölçüdə daha
asan qalıb,yayılıb.”
(47.259).
Şübhəsiz ki, bu ölçülər və forma ozan-aşıq şer formasısır. Maraqlıdır ki, Cənubi Azərbaycanı n
Həsənlu məntəqəsindən tapılan və e.ə. lX -Vlll əsrlər Manna incəsənəti nümunəsi hesab edilən
bir qızıl qabın üzərində qopuz çalan ozan təsvir edilmişdir (29.27 şək. 2).
Məulmat üçün bildirək ki, iç oğuzlar (işquzlar) mixi yazılada adlarına rast gəlinən ye ganə
oğuz tayfası deyil. ll Aşurnasirpalın kitabəsində oğuz tayfalarından baranluların (baranların)
da adına “barean” formasında rast gəlirik (175.50). Sonrakı əsrlərə aid yazılı mənbələrdə
onlardan “abaren”, “aparn”, “parn” adları altında Albaniya sakinləri kimi söz açılmaqda
(217.56), Parfiya dövlətini qurmuş Arsaklar sülaləsinin həmin etnik qrupa aid olduğu
bildirilməkdədir (Arşakilər,216. l. 423). Strabon da onları “parn” adı ilə Xəzərin şərqində
qeyd etmişdir (55.179). XlV-XV əsrlərdə Van gölü yaxınlar ında yaşamış bu xalq Azərbaycan
Qaraqoyunlu dövlətinin yaranmasında yaxından iştirak etmişdir. V.Minorski və Q.Rabinota
görə, bu türkmən boyunun adı yer adından, F.Sümər və İ.Artukun fikrincə isə, qədim
türkcədəki “baran” (qoç) sözündən yaranmışdır (216.ll.25).
Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:


“…Başqa variantlarda olduğu kimi, Oğuzun 6 oğlu, hər oğlundan da 4 nəvəsi dünyaya gəlir.
Böyük oğluna Cəmşid xan adını qoyurlar, o, Baran adlı yerdə yaşadığı üçün Qayı xan
ləqəbini alır və Osmanlıların əcdadı olur . Ənvəri Oğuz eli ilə bağlı bir neçə dəfə Baran adını
çəkir.
Bu gün də…Van gəlünün cənubu…Daru-Baran adlanır.” (85.59).
Mənbələrdən belə aydın olur ki, Partatuanın (Alp Ər Tonqanın) ölümündən sonra oğlu Madiy
işquzlaın hökmdarı olmuşdur. O, Araz çayını keçərək, Midiya torpaqlarına soxulmuş kimmer-
sakları bölgədən didərgin salmış, Midiya və ətraf bölgələr üzərində 28 il sürən hakimiyyət
qurmuşdur ki, bu barədə artıq söz açmışıq. Bu hökmdarın adı barədə Firidun Ağasıoğlu yazır:
“Bu ad üzərində geniş dayanmağa ehtiyac yoxdur, çünki onun Ön Asiyada ən işlək adlardan
olduğunu görmək olur və ən əsası da budur ki, doğu türk boylarının eposlarında mənası
türkcə aydın olan adlar işləndiyi üçün “Maday Kara” dastanı da güman ki, həmin gələnəyi
saxlamışdır” (7.109).
Mütəxəssislər adları dövrümüzədək çatmış digər sak hökmdarlarının adları barədə də maraqlı
fikirlər söyləmişlər. Bu baxımdan adı aşşur mənbələrində “Tuq -damme”, Herodotda isə
“Liqdames” kimi çəkilən sak hökmdarı barədə yekdil fikir sərgiləyərək onun adının ə slinin
türkcə Toxtamış olduğunu yazmışlar (55.319; 7.109). İ.M. Dyakonov da buna bənzər fikir
söyləyərək “Duqdamis” formasının üzərində durmuşdur (132.240). Tuqdammenin oğlu
Sandakşatrunun adı da sonrakı dövrlərdəki mənbələrdən məlum olan türk adları ilə müqayisə
edilmişdir. Məsələn, Qiyasəddin Qeybullayev bu adı haqlı olaraq, “Alpamış” dastanındakı
Sandaqaç şəxs adı ilə (55.320), Firidun Ağasıoğlu isə Alp Arslanın komandanlarından
Sandak bəyin (7.109) adı ilə tutuşdurmuşlar.
Sak hökmdarlarından birinin daşıdığı İşpakay adı barədə də maraqlı fikirlər söylənmişdir.
Həm Oljas Süleymenov, həm də Firidun Ağasıoğlu bu adı türkcə Köpək (s -k) kimi izah
etmişlər (48.223;7.108). Təbii ki, bu fikirlə razılaşmaq mümkün deyildir. Fikrimizcə, mixi
yazılardakı “İşpakay” adı sonrakı əsrlərdə Göy-türk hökmdarlarının adları içərisində rast
gəlinən Işbara (Işbara xan, Baqa Işbara xan, Işbara Sünişi şad, Işbara Tolis şad, İrbis Işbara
cabqu-xan) türk şəxs adının (20.524,519,520,522,523) aşşur dilindəki cüzi təhrifi ilə ortaya
çıxmışdır. Yəni adın əsli Işbaradır. Hesab edirik ki, Herodotun iskit hökmdarlarından birinə
şamil etdiyi Sparaqapit (7.80) adı da Işbara adı ilə bağlıdır.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə