676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə38/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

Deməli, hələ e.ə. l əsrdə saklar Yakutiyaya qədər gedib çıxıbmış. Halbuki, belə hesab edilir
ki, guya saxa-yakut xalqı cəmi 500-600 il öncə indiki Saxa-Yakutiya ərazisinə cənubdan
köçüb gələn türkdilli xalqların yerli tunqusman-curdilli xalqları assimilyasiya etməsi ilə
ortaya çıxmışdır (179.178).
Qədim Çin mənbələrində saklardan e.ə.V əsrdən etibarən söz açılmaqdadır. Çin
arxeoloqlarının Cunqariyada üzə çıxardıql arı və tədqiq etdikləri sak qəbirləri də e.ə. V-lV
əsrlərə aid edilir. İssık, İsıkkul və Altay (Pazırıq) kurqanları, eləcə də Urumçi yaxınlığından
tapılan kurqanlar da sak kurqanları hesab edilir və həmin dövrü əhatə edir (187.229).
Bu kurqanlardan birindən, daha dəqiq desək, Qazaxıstan ərazisindəki İssık kurqanından
tapılan türkcə yazılar sakların zəngin yazı və ədəbiyyat ənənələrinə sahib olduqlarını
söyləməyə əsas verir. Bu barədə Oljas Süleymenov yazır:
“…1970-ci ilin yazında Alma-Atanın həndəvərində, İssık gölünün yaxınlığında Altay tipli
kurqan-qəbir aşkar edildi; ilkin araşdırmaya görə, yeni tapıntı Pazırık kurqanı dövrünə
(e.ə.Vl-V əsrlər)aid edildi…
…İssık sərdabəsində üzərində horizontal yazı olan qab tapılmışdı: 26 hərf -dən ibarət ilan bu
əlifba Orxon-Yenisey yazısını xatırladır.” (48.178).
Mahmud İsmayıl bildirir:
“Məlum olduğu kimi, 1970 -çi ildə Alma-Ata şəhəri yaxınlığında, İssık rayonunda
arxeoloqların açdıqları kurqanda bir sak döyüşçüsünün qızıl geyimi və üzərində yazı olan bir
gümüş cam aşkar edilmişdir. Qazax alimi A.S.Amonjolov cam üzərindəki yazını oxumuş və
belə qənaətə gəlmişdir ki, bu qəbrin sahibi türkdilli sak olmuşdur.” (137.14).
İssık kurqanından tapılmış yazı ilə bağlı Murad Aci yazır:
“Arxeoloq K.A.Akişevin tədqiqatarı xüsusi mara q doğurur, o,” iskit məsələ-si” mövzusunda
son nöqtəni qoymuşdur. Alim Yeddisudakı (Qazaxıstan)İssık kurqanından üzərində run
əlifbası ilə dəqiq türkcə yazı olan qab tapmışdır. Tapıntının, eynən kurqanın özü kimi, 2500 il
yaşı var. Beləcə, bu yazı iskit və sakların ilk yazılı abidəsi oldu, bu abidə onların dili barədə
məlumat verməkdə-dir.” (32.114).


İssık yazısının hərflərinin Orxon-Yenisey əlifbasının daha qədim və xüsusi bir variantı
olduğunu və onlar arasındakı genetik bağlılığı inandırıcı şəkildə açıb göstərən Elməddin
Əlibəyzadə (47.Qeyd 2) mövu ilə bağlı deyir:
“İssık yazısı nəsr dili nümunəsidir. Öz yığcamlığı ilə diqqəti cəlb edir. İkicə cümlədə hər şey
aydın olur. Bu dil, təxminən 2500-3000 il bundan əvvəl danışdığımız ümumtürk dili və onun
yazıda ifadəsidir” (19.290).
Tanınmış qazax alimi A.Amonjolov isə bildirir:
“Alma-Ata yaxınlığında sak qəbrindən tapılmış runabənər yazı, nəticə etibarilə, Yeddisu
köçərilərinin danışdıqları qədim türk dilidir” (174.66).
İssık kurqandan tapılan və Orxon-Yenisey yazılarından daha qədim olan yazının əlifbası,
yuxarıda qeyd edildiyi kimi, türk-run əlifbasının variantlarından biridir və İssık yazısı həmin
əlfba ilə yazılmış yeganə epiqrafik abidə deyildir. Mu -rad Acinin yazdığına görə, Termez
yaxınlığındakı Kara-Təpədə aparılan arxeoloji tədqiqatlar zamanı ll-lV əsrlərə aid qədim bir
buddist məbədi tapılmışdır. Həmin məbəddən tapılan qabların üzərində də eyni əlifba ilə
qələmə alınmış yazılar aşkar -lanmışdır. Eyni yazı növünə Əfqanıstan ərazisində fransız
geoloqları da rastlamış-lar (32.115).
Murad Acinin söylədiklərini İ.Dyakonov da (28.224), B.Livşits də (189.165 -166, qeyd 14;
190.220) təsdiqləməkdədirlər. Fəqət bütün əsərlərində iskit və sakla-rı irandilli kimi təqdim
etməyə çalışan bu alimlər fakt qarşısında qaldıq larından, yazıların dilinin türk dili olduğuna
göz yummuş və onu sadəcə “İssık yazısı” adlandırmışlar. Məsələn İ. Dyakonov yazır:
“Lap bu yaxın zamanlarda Orta Asiyada və Əfqanıstanda ilk tapıldığı yerin–Alma-Atadan 50
km aralıdan tapılmış kurqanın (Qazaxıstan; kurqanın e.ə.Vl-V əsrlərdən gec olmayan dövrə
aid edilir) adı ilə şərti olaraq “İssık” adlandırılan heca və ya hərf yazısı tapılmışdır. Eyni
yazıya Mərkəzi Əfqanıstandan tapılan e.ə. l əsrə aid trilinqvada da, kxaroştxi əlifbası ilə
hind-prakrite dialektində və yunan əlifbasının bir növü ilə baktriya dilində qələmə alınmış
yazılarla birlikdə rastlanmışdır.Eləcə də Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali
Əfqanıstandan tapılan və l -Vl əsrlərə aid edilən (?) qab qırıqları üzərində də eyni yazı
nümunələri ilə rastlaşırıq. Bu yazının yaranma yeri, ehtimal ki, sovet Özbəkistanı və
Tacikistanının cənub-şərq hissəsi və Əfqanıstan olmuş və çox güman ki, oradan köçəri saklar
tərəfindən gətirilmişdir.” (28.224).


Bir sözlə, İ.Dyakonov təkzibedilməz fakt qarşısında qalmasına baxmayaraq həmin yazının
guya sakların kənardan əxz etdiklərini, yəni onların öz kəşfi olmadığını söyləyir, fəqət nədən
həmin yazının ən qədim nümunəsinə məhz saklara aid kurqanda rast gəlindiyini izah etmir.
Və bu onun yeganə ziddiyyətli fikri deyil. O bir yandan yazır ki, həmin yazı təqribən 1000 il
işlənmişdir, bir qədər sonra isə onun guya birdəfəlik istifadə üçün kəşf edildiyini iddia edir.
Daha sonra isə “İssık” yazısının başqa yazı növləri ilə, o cümlədən kxroştxi və brahmi
əlifbaları ilə əlaqəsinin olmadığını söyləyir, o biri yandan isə onun qədim hind yazıları
kxroştxi və ya brahmidən törəmiş ola biləcəyini iddia edir və dolayısı ilə həmin əlifbalar
arasında müəyyən oxşarlığın olduğunu etiraf edir (28.224), amma nədən “İssık” yazıs ını
həmin yazılardan daha qədim dövrə aid olduğunu izah etmir.
Fakt isə budur ki, Orxon-Yenisey əlifbası ilə genetik qohum olan (47. qeyd 2) İssık yazısı adı
çəkilən iki hind yazısının qədim variantları ilə bəzi oxşar cəhətlərə malikdir.Brahmi
əlifbalarının bəzi işarələrinin bəzi türk tamğaları ilə eyniliyinə hələ vaxtilə Əbülfəz Hüseyni
və Cəfər Cəfərov diqqət çəkmişdilər. Məsələn, Cəfər Cəfərov göstərmişdir ki, qaranoqayların
as və ya az soyunun tamğası Sofu Novruz pirində tapılmış işarə ilə eyni olmaqla yanaşı,
həmin işarəyə eramızdan əvvəl 3 -cü əsrdə Hindistanda formalaşdığı ehtimal edilən brahmi
əlifbasının “ça” və “ba” hecalarının qrafik təsvirində də rast gəlinir (6.29 -36).
Həmin əlifbada “tha”hecasını bildirən qrafem də ağnoqayların türkmən soyunun tamğası ilə
eynidir və bu işarənin ən qədim nümunəsi gəmiqayadan tapıl -mışdır. Brahmi əlifbasındakı
“dha” hecasının işarəsi isə qaranoğayların konqes və ya kəngər soyunun tamğası ilə üst-üstə
düşür və eyni işarəyə Sofu Novruz pirində də rast gəlinməkdədir (6.29-36).
Sakların Çinə qədər gedib çıxdıqları dövrlə təqribən eyni dövrdə Hindistana qədər gedib
çıxdıqları da məlumdur. Bu barədə Cəvahirləl Nehru yazmışdır:
“Bizim eradan öncə, iki yüz il boyunca Hindistana bir neçə belə axın olmuşdur. Lakin sən
belə düşünmə ki, köçlərin məqsədi buraları tutmaq və yağmalamaq idi. Bu xalqlara yeni
ərazilərdə məskunlaşmaq zəruri idi, çünki Məkəzi Asiyada köçəri boylarının əksəriyyəti
çoxalıb artdıqca. yaşadığı əazilər onların dolanışığı üçün çatmırdı. Və onlar da yeni
torpaqlara köçüb yurd salmağa məcbur idilər.Belə böyük yerdəyişmələrə bir çox hallarda
başqa bouların təyiqləri də səbəb olurdu…Sonra sak axınları başlandı. Onlar çox idilər və
Hindistanın şimal və qərb ərazilərinə yayıldılar. Saklar türklərin böyük köçəri b oylarından
idilər. Onları da öz yerlərindən başqa böyük bir boy olan kuşanlar çıxarmışdı. Bütün


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə