676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə39/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

Baktriya və parfiyanı bürüyən saklar tədricən Pəncab, Racputan və Katxivarda yurd
saldılar.” (188.129).
Maraqlıdır ki, brahmi əlifbasının ilk nümunələri məhz s akların Hindistan-dakı hakimiyyəti
dövründə ortaya çıxmışdır. Qədim hind mənbələrində eradan bir neçə yüzillər öncə sakların
bir qisminin Hindistanın şimalında məskunlaşaraq tez bir zamanda burada yeni türk dövləti
yaratmalarından söhbət açılmaqda və buddi zmin əsasını qoyan Şakya Muninin də bir sak
şahzadəsi olduğu qeyd edilməkdədir.
Hindistanda buddizmin yayılmağa başladığı dövrlərdən etibarən paralel olaraq, elm aləmində
hind-brahmi əlifbası adlanan əlifba da istifadə edilməyə başlamışdır.
İohannes Fridrix yazır:
“Eradan əvvəl lV əsrə aid sikkələrin üzərindəki brahmi yazıları…sağdan soladır, Aşoki
dövrünə aid yazılarda isə bunun tam əksini görürük.Öncələr bu əlifbanın arami əlifbasından
törədiyi hesab edilirdi,indi isə hesab edilir ki, onun əsasında finiki ya yazısı durur.”(28.154).
Yazı tarixinin gözəl bilicisi İohannes Fridrixin qeyd etdiyi kimi, bu yazının ən qədim
nümunələrinə qədim sikkələrin üzərində rast gəlinmişdir.Və bu yazılar sonrakı dövrə aid olan
və soldan sağa yazılan hinddilli mətnlərdən fərql i olaraq sağdan sola yazılmışdır.Bu mətnlərin
hind dilində olmadığı məlumdur və onların dilini müəyyəmləşdirmək mümkün olmamışdır.
Maraqlıdır ki, dövrümüzədək eyni əlifba ilə türkcə yazılmış mətnlər də çatmışdır və bu
mətnlərdə yazının istiqaməti hinddilli mətnlərdəki yazıların istiqamətindən fərqli olaraq,
soldan sağa deyil, qədim sikkələrdə olduğu kimi sağdan soladır (28.385 şəkil 271, 386 şəkil
273). Elə bu fakt da sözügedən əlifbanın saklar tərəfindən əski türk əlifbası əsasında, yeni
dini-buddizmi təbliğ etmək üçün icad edildiyini sübut edir.
Yeri gəlmişkən qeyd edək ki, türkdilli brahmi yazılarının dili uyğurcadır, yəni bu mətnlər türk
elitasının dilində-xaqaniyyə türkcəsindədir.Mətnlərdə çox sayda hind sözünə də rast gəlinir ki,
bu da onların Hindistan mənşəli olmasından, yəni Hindistan sakları tərəfindən yaradıldığı
faktından qaynaqlanır.
Mütəxəssislər buddizmin yaradıcısı hesab edilən Buddanın (e.ə 557 -447) sak əsilli Hindistan
şahzadədəsi olduğu fikrində yekdildirlər. Onun sak əsilli olmasını hinddi lli sutralarda adının


“Şakya Muni” yəni “sak Muni” kimi çəkilməsi də təsdiqləyir. Şərqdəki saklar barədə ilk
məlumat verən tarixçilərdən olan Van Qunun (32-92) məşhur “Xanşu” əsərinə şərhlər yazan
Yan Şiqu qədim Çin mənbələrində “se” kimi işlənən, “sək” ki mi oxunan və sak anlamına
gələn işarənin ifadə etdiyi xalq, yəni saklar haqqında yazır:
” Qərb tərəfdə dövlət adıdır, budda sutralarında “Şakya” adlanır” (187. 229).
Maraqlıdır ki, hinddilli buddist mətnlərdə “Şakya Muni” kimi çəkilən ad türkdilli mətnlərd ə
“Şakı Muni” kimi çəkilir (14.520) ki, buradakı “şakı” ifadəsi sakların özlərinin özlərini
adlandırma şəklidir. V.Radlov türkdilli buddist mətnlərində rast gəlinən “şakı” termininin
etnonim olduğunu və həmin etnonimin Buddanın mənsub olduğu xalqın adını i fadə etdiyini
yazsa da onun sak xalqı olduğunu qeyd etməmişdir (14.520). Buddanın öz dinini ilk olaraq,
saklar (şakya-lar) arasında yaydığı da məlumdur (220.98).
Sakların guya irandilli olduqlarını hər vəchlə sübut etməyə çalışan bəzi alimlər Buddanın sak
olması və brahmi əlifbasının məhz Hindistanın sak hakimiyyəti altında olduğu dövrdə ortaya
çıxdığını əldə əsas tutaraq brahmi əlifbası ilə qeydə alınmış, hindavropa mənşəli ölü bir dildə
yazılmış mətnləri “sak dili” elan etmişlər. Bu barədə İ.M.Oranski yaz ır:
“Orta Asiya və Çin Türküstanının qədim sak dialektlərinə gəlincə, onlar haqqında, qədim fars
yazılarında və qədim yunan müəlliflərinin əsərlərində qorunub saxlanmış bir neçə şəxs və yer
adından başqa, heç bir şey məlum deyil-dir…
…XX əsrdə təşkil edilmiş ekspedisiyalar zamanı Xotandan və Çin Türküstanının digər
yerlərindən tapılmış, hind brahmi əlifbası ilə yazılmış irandilli mətnlərin (V -X əsrlər) dil
hazırdai sak dili hesab edilir.” (155.90-91).
Şübhəsiz ki, bu fikirləri ciddiyə almaq mümkün deyildir. Çünki müəllif öncə sak dili barədə
bir neçə antrponim və toponimdən başqa heç nə məlum olmadığını yazır, o biri tərəfdən də
mənşəyi məlum olmayan hansısa ölü dili sak dili elan edir. Halbuki, İssık yazıları sak dilinin
əslində türk dili olduğunu birmənalı və təkzib-edilməz şəkildə ortaya qoymuşdur və bu üzdən
də brahmi əlifbası ilə (əks istiqamətdə) türkcə yazılmış mətnlərin Hindistan saklarının və
ümumən sakların dil və ədəbiyyat nümunələri olduğunu çəkinmədən söyləmək olar. Bununla
belə, nə qədər qəribə olsa da, irəlidə görəcəyimiz kimi, sakların dilini “xotan” və ya “xotan-
sak” dili adlandıran alimlər (155.91;156.223), bu dili İran dillərinə aid etmələrinə rəğmən,
haqlıdırlar.


Dövrümüzədək ulaşmış buddist məzmunlu türkdilli brahmi mətnlərinin hamısı Çin
Türküstanından tapılmışdır. Bu da təbiidir. Çünki bir vaxtlar sakları sıxışdıraraq Hindistana
köçə zorlamış başqa bir türk boyu kuşanlar (188.129) e.ə. ll əsrdən etibarən hunların təzyiqi
ilə güneyə hərəkət etmək zorunda qalmış, sakları Hindistandan da sıxışdıraraq, onları
Türküstana, əsasən də Şərqi Türküstana (Çin Türküstanı, Uyğurustan) köç etməyə məcbur
etmiş, özləri isə onların taxt -tacına sahib olaraq böyük bir imperiya qurmuşdular.
Sözügedən mətnlər 15 fraqmentdən ibarət olan, müxtəlif mövzuları (din, tibb, təqvim) əhatə
edən və hazırda Berlində qorunan mətnləridir (191) ki. onların sak dili nümunəsi olduğuna
heç bir şübhə yoxdur.
Türkdilli buddist mətnlərin böyük əksəriyyəti dövrümüzədək uyğur əlifbası -na çevrilmiş
vəziyyətdə gəlib çatmışdır. Çox güman ki, dili uyğur dili olan bu mətnlərin heç də hamısı
brahmi əlifbasından uyğur əlifbasına çevrilmiş qədim sak mətnləri deyildir. Bunların
içərisində sonrakı dövrlərdə buddist kuşanlar tərəfindən yazılan əsərlər də ola bilər:
Dövrümüzədək uyğur əlifbası ilə çatan buddist məzmunlu mətnlər bunlardır:
1Beşbalıqdan (Şərqi Türküstan) tapılan, çinli rahib Hüen Tzanqın Vll əsrə aid edilən
tərcümeyi-haının Sinqqü Seli Tutunq tərəfindən çincədən türkcəyə X əsrdə tərcümə edildiyi
ehtimal edilən 722 sətirlik mətn (192.151-180;193.371-415);
2.Hazırda Paris Milli Kitabxanasında qorunan, hər biri 8 sətir olan 80 səhifədən ibarət olan, X
əsrdə qələmə alındığı ehtimal edilən şahzadələr Kalyanamkara və Papamkara haqqında
əfsanənin türk versiyası (194.225-272).
3.Buddist “Saddharmapundarika” sutrasının 25-ci, bodisatv Kuan-şi-im
Pusar haqqında hissəsinin Şin versiyasının çincədən türkcəyə tərcüməsi. 224
sətirlik nüsxəsi Sankt-Peterburqda, 60 sətirlik nüsxəsi Berlində, 61 və 11
sətirlik nüsxələri Maynsda qorunur (195);
4. “Altun Yaruq” (Qızıl şüa) sutrasının 96 sətirlik 3-cü kitabı (196.193-207);
5. 54 səhifəlik buddist məzmunlu mətn (196.208-210);


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə