676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə40/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

6. “Altun Yaruq”. S.Malov tərəfindən Çinin şimal-qərbindən Suçjoudan
1910-cu ildə əldə edilib. X əsrdə Sinqqü Tutunq tərəfindən çincədən
türkcəyə tərcümə edildiyi iddia edilir (118.297-315;197);
7. Tişastvustiksutranın türk versiyası. Sankt Peterburqda qorunur. Tərcümə
olduğu iddia edilir, fəqət hansı dildən tərcümə olduğu deyilmir (198);
8. Buddist tövbə duasının iki ayrı nüsxəsin in fraqmentləri (199.432-450);
9. Berlin kolleksiyasında qorunan 133 və 129 sətirlik 2 fərqli buddist mətn (200.323-356);
10. “Sekiz yükmək” sutrasının 466 və 26 səhifəlik iki fraqmenti (201.92 -192);
11. İblis Atavaka haqqında əfsanə. 12 səhifə, 566 sətir (202);
12.Buddist məzmunlu yaı fraqmenti (203);
13. Səkkiz buddist əfsanəsinin fraqmentləri (204);
14. Dörd buddist əfsanəsi. 719 sətir (205.675-727).
Bu siyahıya Nizami Cəfərovun toplayaraq, Azərbaycan türkcəsinə tərcümələri ilə birlikdə
dərc etdirdiyi bir neçə buddist məzmunlu şeri də əlavə etmək lazımdır (118.163 -238).
Syahıdakı 2,4,5,6,7,8,9,10,11,12,13 və 14-cü sıralarda duran əsərlərin orijinal sak əsərləri
olduğunu və sonradan brahmi əlifbasından uyğur əlifbasına çevrildiyini ehtimal edirik. Fəqət
həmin mətnləri geniş tədqiq etmək və bu ehtimalı təkzibedilməz şəkildə sübut etmək
imkanına sahib deyilik. Odur ki, bu məsələnin üzərində durmayacağıq və onu gələcək
tədqiqatçıların öhdəsinə buraxırıq.
Eyni zamanda “Altun Yaruq” əsərinin də guya çincədən türkcəyə tərcümə edildiyi fikrini
sübut edilməmiş, əsassız iddia kimi qəbul edirik. Çünki qədim Çin tarix kitablarında
buddizmin Çinə Türküstandan ixrac edildiyi və çinlilərin öz dillərinə tərcümələr etdiyi və bu
məqsədlə Türküstandan və hətta Parfiyadan tərcüməçilər dəvət edildiyi göstərilməkdədir
(61.ll.325-327).


Bu məsələ mövzumuz baxımından o qədər vacibdir ki, onun üzərində bir qədər ətraflı dumağı
lazım bilirik. Bahəddin Ögəl özünün “Böyük hun impeiyası” kitabının ll cildində yazır:
“lll-lV yüzilliklər Orta Asiyanın Çini mədəniyyət təzyiqi altına aldığı bir dövrdür. Türküstana
gələn Çin orduları Orta Asiyalı musiqiçi, alim və tərcüməç -iləri böyük qruplar halında yığıb
Çinə aparırdılar. Bir əfsanə də olsa, Orta Asiyaya edilən 383 -cü il axını Qaraşarda yaşayan
böyük Budda mətnlərinin ustadı Kumarayivanı alıb Çinə aparmaq üçün nizamlanmışdı.”
(61.ll.325).
Qədim Çin mənbələrinə istinadən söylənilən bu sitatdan da göründüyü kimi, Budda
mətnlərinin ustadı Çində yox, Türküstanda, bir türk şəhəri olan Qaraşarda yaşayırdı. Məhz
çinlilər onu və onun kimi digər alimləri Çinə aparmaq üçün çalışır və məhz çinlilər
Türküstanda yaranan əsərləri öz dillərinə tərcümə etmək üçün tərcüməçilərə ehtiyac
duyurdular. Türklər yox!!!
Alim daha sonra yazır:
“Fuxsun da haqlı olaraq yazdığı kimi, Orta Asiya Budda dini ilə bağlı biliklərin qalası kimi
idi. Hərçənd Budda dini İsadan əvvəlki çağlarda da çox yayılmışdı, lakin m.s. ll yüzillikdən
sonra Budda dininə maraq sürətlə kükrəyib-daşdı və nəzərlər Çin sərhəddinin o tərəfinə
dikildi. Buddizm qərbdən şərqə gedir, Hindistan və Türkistan verir, Çin də alırdı.”
(61.ll.325).
Burada “Hindistan və Türküstan verirdi” ifadəsi, oxucuları çaşdırmamalı-dır.Buddizmin Çinə
ixracatçısı kimi Türküstanla yanaşı, Hindistanın da adının çəkilməsi heç də o anlama
gəlməməlidir ki, bu mədəni alış -verişdə türklərlə (sak-larla) yanaşı etnik hindlilər də iştirak
edirdilər. Əsla. Etnik hindlilər buddist yox, əvvələr də, bu gün də olduğu kimi, hinduist idilər.
Hindistanın sahibi isə sakların hakimiyyətinə son qoyan başqa bir türk qövmü-kuşanlar idilər
(61.ll.228). Buddizmin ixracatçısı kimi də onlar çıxış edirdilər. Hunların, daha dəqiq desək, ağ
hunların (eftalitlərin) bir qolu olan (206), başçıları eynən oğuzlarda olduğu kimi “yabqu”
titulu daşıyan (55.287;206;156,275;207,15) kuşanların hökmdarlarını ət-Təbəri “türklərin
xaqanı” adlandırmışdır (55.287). V əsr erməni tarixçisi Yeqişedə isə belə bir ifadə var: ”
Kuşan adlandırılan hunlar ölkəsi” (55.287). Kuşanları “yueci” adlandıran qədim Çin
mənbələrindən göründüyü kimi, çinlilər bu xalqı çox yaxşı tanımış və onlarla sıx siyasi,
iqtisadi və mədəni əlaqələrdə olmuşlar.


Bahəddin Ögəl davam edir:
“Budda dinli kitabların Çin dilinə sürətlə tərcümə edilməsi tələb olunurdu. 209-cı ildə 27
Budda din alimi Çinə gəldi. Bu tərcüməçilərin arasında Hindistandan, hətta İrandakı Parfiya
dövlətindən gələnlər belə var idi. Çox vaxt bu alimlər Kuçi və Qaraşar kimi elm
mərkəzlərində toplanılır, oradan da Çinə gətirilirdi.”
Bu sitatdan göründüyü kimi, tərcüməçilər hətta Parfiyadan belə gəlirdilər. Sual doğur: Nə
üçün Parfiyadan? Sualın cavabı çox sadədir. Çümki parfiyalılar da iskit, yəni türk idilər. Bu
barədə Pompey Troq yazmışdır (60.83).
Bahəddin Ögəl daha sonra yazır:
“Buddizm-ticarət-siyasət. Bu üç şey yanaşı gedirdi. 382-ci ildə Çinə gələn Turfan və Şanşan
bəyliklərinin elçiləri Çində böyük bir maraq hiss etmişdilər. Çünki bu elçilər Çin dilinə
tərcümə edilmiş buddizmin iki əsas kitabını da özləri ilə gətirmişdilər. Bundan da anlaşılır ki,
“buddist kitablar öncə Turfanda çincəyə çevrilirdi.”
Bizcə, arıq şərhə ehtiyac yoxdur. Odur ki, həm türkcə, həm də çincə variantlarına rast gəlinən,
hindcə isə variantları olmayan əsərlərin böyük əksəriyyəti, o cümlədən “Şahzadələr
Kalyanamkara və Papamkara haqqında əfsanə”, “Altun Yaruq” və s. kimi türk və dünya
ədəbiyyatının şah əsərləri çincədən türkcəyə deyil, türkcədən çin dilinə çevrilmiş əsərlərdir.
Tərcüməçi kimi qələmə verilən Sinqqü Seli Tutunq isə tərcüməçi yox bir çox sutraların
gerçək müəllifi olmuşdur. Hər iki əsərdə, eləcə də digər buddist məzmunlu türkdilli ədəbi
nümunələrdə çox sayda hind mənşəli antroponim, toponim və dini terminlərin olması onların
məhz Hindistanda yarandığını sübut edir. Fəqət həmin əsələrin hansının bilavasitə saklara,
hansının isə bilavasitə kuşanlılara aid olduğunu müəyyən etmək çox çətindir. Sözügedən
əsərlərin tərcümə deyil, orijinal əsərlər olduğunu həm də o fakt sübut edir ki, dövrümüzədək
türk dilində bir neçə buddist məzmunlu orijinal şer nümunəsi də ulaşmıdır. Onlardan
bəzilərinin müəlliflərinin adları (Çisuya Tutinq, Pratyaya Şiri, Astanq Kalam Keysi və Kiki)
belə məlumdur (118.163-238).
Bu şerlər içərisində Atsanq Kalam Keysinin iki şeri də var ki, onların məhz saklara aid olduğu
və Şakı Muninin (Buddanın) dövrünə çox yaxın bir dövrdə yazıldığ ı heç bir şübhə oyatmır və
onların məhz sak dili və ədəbiyyatı nümunəsi olduğunu sübut etmək heç bir çətinlik törətmir.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə