676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

Bu işdə bizə Buddanın türk mətnlərində rast gəlinən gerçək adı olan Burxan adı yardımçı olur
və məhz bu antroponim bizə bir çox gizli gerçəkləri anlamağa imkan yaradır.
SAK DİLİNİN ŞƏRQ (XOTAN) VƏ
QƏRB (PARFİYA) ŞİVƏLƏRİ
V.V.Radlovun “Qədim türk” lüğətində “Burxan” antroponimi haqqında ya -zılıb:
“Şəxs adı. Budda-buddist təlimin yaradıcısı..” (14.127).
Alim bir qədər yuxarıda “burxan” terminindən söz açaraq, bu terminin guya çin dilindən türk
dilinə keçdiyini və guya həmin terminin əslinin çincə “bvyr” olduğunu yazır (14.127).
Bəri başdan deyək ki, geçəkdən də çindilli buddist mətnlərdə “bu rxan” əvəzinə “bvyr” yazılır.
Hinddilli mətnlərdə isə nə “burxan”, nə də “bvyr” kəlmələrinə rast gəlinmir. Deməli, termin
ya türkcədən çincəyə keçərək bir qədər təhrif olunmuşdur, ya da əksinə. V.V.Radlov
üstünlüyü çin dilinə verir. Fəqət “burxan” kəlməsinə gətirdiyi misalların əksəriyyətini
buddizmə heç bir aidiyyatı olmayan türkdilli manixeist (Xuastanift) və türk -müsəlman
mənbələrindən (Mahmud Kaşğarlı və Yusif Balasaqunlu) misal çəkir və bu kəlmənin dinindən
asılı olmayaraq bütün türklər üçün ümumişlək söz olduğuna, eləcə də Mahnud Kaşğarlı və
Yusif Balasaqunlunun həmin kəlməni büt, manixeist mətnlərin isə peyğəmbər mənalarında
işlətdiklərinə göz yumur (14.127).
Maraqlıdır ki, eyni terminə türk-şaman mifoloji sistemində də rastlanır və o, Tanrı anlamın da
işlənir. Məsələn N.F.Katanovun yazdığına görə, tuvalılar inanmışlar ki, ən yuxarı dünyada
Burxan (Tanrı) yaşayır. İnsanların sahib olduqları hər şeyi, o cümlədən övladları o verir.
Burxan insanlara pislik edən şər ruhları məhv etmək üçün orta dünyaya il dırım və şimşəklər
göndərməklə müdaxilə edir (208.47). Türkdilli buddist ədəbiyyatının şah əsərlərindən biri
olan “Altun Yaruq”da da Burxan eyni səviyyədə tutulur və “tanrılar tanrısı” adlandırılır:
“Anta ötrü tenqri tenqrisi Burkan inça tipyarlıkadı Ananta…” (118.297)
Tərcüməsi:
“Ondan ötrü tanrılar tanrısı Burxan Ananda belə söylədi…”


Eyni zamanda buddist və manixeist mətnlərdə rast gəlinən “burxanlıq” termini də olmuşdur
ki, birinci halda “Buddaya məxsus”, ikinci halda isə “müqəddəs” anlamlarında işlənmi şdir
(14.127). Şübhəsiz ki, bu faktlar, eləcə də tərcümənin türkcədən çincəyə olduğunu sübut edən
yuxarıdakı digər faktlar kəlmənin türkcədən çin dilinə keçdiyini sübut edir. Eyni termin
Buddanın adı kimi türk dilindən buddizmin şimal qoluna -lamaizmə sitayiş edən xalqların,
yəni tibet və monqol xalqlarının da dilinə keçmişdir və bu xalqlar da Buddaya Burxan
deyirlər.
Yeri gəlmişkən, qeyd edək ki, türk və çin dillərində ortaq olan kəlmələrdən biri də “ağ” (üzə
ağ olmaq mənasında) kəlməsidir ki, V.Radlov bu k əlmənin də guya çincədən türkcəyə
keçdiyini iddia edir və həmin sözə nümunə kimi buddist məzmunlu, türkdilli “Kalyanamkara
və Papamkara”dan misal çəkir:
“Ol ödün qanqi qan ayıq qılınclıq ağ oqlin inça tep saqıntı.” (Eyni zamanda, o, pis işlər
görən və üzünə ağ olan oğlu barədə düşünürdü) (14.48).
Bəlkə də bu fikirlər Radlovun öz fikirləri deyil, onun əsərini redaktə etmiş rus -sovet
redaktorların əlavəsidir. Doğru cavabı gələcək tədqiqatçıların öhdəsinə buraxırıq.
Eyni kəlmə eyni mənada çin dili ilə heç vaxt təmasda olmayan Azərbaycan türkcəsində də
işlənir. Ona ərəb dilində də rast gəlinmişdir. Ərəb dili də çincə ilə heç vaxt təmasda
olmamışdır. Lakin bu iki dilin türk dili ilə təması olub. Bu isə o deməkdir ki, kəlmə təmiz türk
terminidir və həm ərəb, həm də çin dilinə məhz bizim dildən, yəni türk dilindən keçibdir.
Yeri gəlmişkən qeyd edək ki, Budda buddizmin əsasını qoymuş şəxsin gerçək adı deyil, ona
verilmiş ləqəbdir. Belə hesab edilir ki, onun əsil adı Qautana olmuşdur. (86.444). Türk
mətinlərində isə onun gerçək adı Burxandır. Astanq Kalam Keysinin şerlərindən isə onun
oğlunun adını öyrənirik:
“Burkan oğlu Tolpı Tüzün Uğan arşınınq
Bulunçus yiq ödqilərin üğmiş şlokda
Burk-şark kılıp on edqüsin mən-Astanq özüm
Buyan küsüş özə köşmüş taksut başladı.” (118.210).


Tərcüməsi:
“Burxan oğlu Tolpı Tüzün Uğan zahidin
Ələdüşməz müqəddəs yaxşılıqlarını öyən şerdən
Burk-şark (?) edib onun on yaxşılığını mən-Astanq özüm
Savab qazanmaq üçün qoşduğum hissə başladı.” (118.214).
Budda özünü peyğəmbər elan edəndə onun 29 yaşı var idi. Təbii ki, o, həmin dövrə qədər
evlənməmiş və övlad sahibi olmamış ola bilməzdi, çünki o şahzadə idi və şah nəslini davam
etdirməklə mükəlləf idi. Fəqət buddist ədəbiyyatda onun ailəsindən və övladlarından söz
açılmır. Lakin onun gerçəkdən də Tolpı Tüzün adında oğlunun olduğunu dolayısı ilə
təsdiqləyən çox maraqlı bir fakt var.
Məlum olduğu kmi, Budda (Burxan) öz dinini yaradarkən, hinduizmdən çox şeyi o cümlədən
ölülərin yndırılması adətini qəbul etmişdi. Buddizmdə də hinduizmdə olduğu kimi, kişinin
meyidinə od vuran onun böyük oğlu olmalı idi. Buddist əfsanələrdə Buddanı yandıran adamın
adı Drona (220.98) kimi çəkilir və bizcə, bu ad “Tüzün” antroponiminin zamanla və yad
dillərin təsiri ilə dövrümüzə-dək çatan təhrif edilmiş formasıdır.
Buddanın oğlunun varlığına və gerçək adına gəlincə, səhv etmiriksə, Astanq Kalam Keysinin
ona həsr etdiyi iki şeri bu baxımdan istisnadır:
“…Alka üç ödki utmışlarnınq yorığları
Arış, arığ kut kolunçuğ tolun bütkərip
Ayağuluğ Tolpı Tüzün yolı özə
Adruk, uluğ tuyunmakığ tuyunayın.” (118.202).
Tərcüməsi:
“Hər üç zaman qaliblərinin hərəkətlərini,
Saf, təmiz niyazı bütünlüklə yerinə yetirib


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə