676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə45/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

Ona Babilistanın Nippur şəhərində üzə çıxarılan maqik gil fincanların üzərində də rast
gəlinmişdir ki, bu da onun mənşəyi məsələsi baxımından çox önəmlidir. M. Lindzbarski
göstərmişdir ki, sağdan sola yazılan bu yazı arami kursiv yazısından qaynaqlanır və dekorativ
Palmir yazısı ilə qohumdur…Bu yazıda bütün saitləri ifadə edən işarələr var.”( 28.167).
Qeyd emək lazımdır ki, bu əlifba ilə yazılmış bütün mətnlər türkcədir. Bu fakt
sözügedən əlifbanın məhz türk dili materialı üçün yaradıldığını, yəni Maninin ana dilinin türk
dili olduğunu sübut edir. Lakin bu, həmin fikri sübut edən yeganə fakt deyildir. Manixey
əlifbasında “L” səsini ifadə edən ayrıca hərfin olması faktı da deyilənlərə ən gözəl sübutdur.
Məsələ burasındadır ki, qədim soğd dilində “L” səsi olmayıb (28.167).Eyni sözləri digər İran
dilləri barədə də söyləmək olar. Məsələn, fars dili üzrə tanınmış mütəxəssis V.İ.Abayevin
yazdığına görə, bu dildə əskidən “L” səsi olmamış və bu səs sözügedən dilə X əsrdə daxil
olmuşdur (126,14).
Nəzərə alsaq ki, Mani gəncliyini Babildə keçirmiş və orada təhsil almışdı, onun yaratdığı
əlifbanın arami mənşəli olmasında təəccüblü bir şey yox -
dur.
Maraqlıdır ki, mənbələrdə Maninin öz əsələrini məhz bu əlifba ilə qələmə aldığı birmənalı
şəkildə vurğulanır.Bu isə o deməkdir ki, o, əsərlərini türkcə qə ləmə almışdır. Çünki soğd və
toxar dillərində yazılmış maniçi ədəbiyyat nünunələrinə də rast gəlinməsinə baxmayaraq,
onlar soğd və toxar əlifbaları ilə
yazılmışdır. Manixey əlifbası ilə qələmə alınmış
mətnlərin isə hamısı istisnasız olaraq türkcə dir.
Soğd və toxar dillərində olan mətnlərin hamısının türkcə qarşılığı var.Yəni həmin
mətnlər türk dilindən tərcümədən başqa bir şey deyildir.Lakin Avropa və rus alimləri türk
abidələrinin tərcümə olduğunu israr edirlər.Halbuki türk mətnlərinin bir çoxunun müəllifləri
bəllidir və onlar türkdürlər.Bunlardan biri Alpınçur Təkindir və onun iki şeri dövrümüzədək
yetişmişdir:
“…Barayın tisər, bac anrakım,
Baru yimə uma mən,
Bağırsakım!
Kirəyim tisər, kiçiqkiyəm,


Kirü yimə umaz mən,
Kin, yıpar yıldığım…”
Tərcüməsi:
“…Gedim desəm də,gözəl sevgilim,
Gedə bilmərəm,
Mərhəmətlim,
Gəlim desəm də, kiçiciyim,
Gələ bilmərəm,
Ənbər,müşk qoxulum…” (118.159-160).
Şübhəsiz ki, bu şerin dili Vlll-X əsrlər uyğur dili nümunəsidir.Eyni sözü müəllifi
bilinən başqa manixey mətni - nəsr formasında qələmə alı nan “Xuastu-anift”, yəni
“Maniçilərin tövbə duası” barədə də söyləmək olar:
“…Tenqrim,suyda baru bilmətin kün ay tenqrikə, iki yaruk ordu içrə oluruğma
tenqrilərkə neçə yazınımız ersər, yemə kirtü erklik küçlüq tenqri tipənkirtkimədimiz ersər,ne çə
öküş yavlak, çulvu sav sözlədimiz ersər… yemə kün ay ölür tidimiz ersər,..kentü özümüü
küntə,ayda önqi biz tidimiz ersər…bu ikinti bitmətin yazınmış yazukuq boşunu önütür biz:
manastar ğırza!” (118.285).
Tərcüməsi:
“Tanrım,günah ediyimizi bilmədən gün,ay tanrılara -iki işıqlı sarayda əylə-şən
tanrılara qarşı nə qədər günah işləsək də, əsl qüvvəli, qüdrətli Tanrı deyib iman gəirməsək də,
nə qədər çoxlu pis, rüsvayçı sözlər söyləsək də…həmçinin gün,ay tanrılar ölür desək
də…hünərsizliyindən doğub-batır, hünəri varsa doğmasın desək də…özümüzü öyüb biz
gündən, aydan yüksəyik desək də…bu ikisi qarşısında etdiyimiz günahları bilmədən
yalvarırıq: günahlarımızı bağışla.” (118.291).


Bu nəsr əsərinin də dili Vlll-X əsrlərin uyğur dilidir və şübh əsiz ki, köçdən sonra
Şərqdə ərsəyə gətirilmişdir. Onu ərsəyə gətirən Bötürmüş Tərxan əsərin sonunda adını
yazmağı da unutmamışdır:
”…Suçdan, günahlardan indi azad olaraq işıq tanrılarına, din səadətinə, pak
dindarlara yalvarırıq: günahlarımızı bağışla! Bötürmüş Tərxan niğosakların günahları,
suçları haqqındakı duaları-xuastuanifti bitirdi.”(118.296).
Əsərin müəllifi adını açıq-aydın yazsa da bəzi rus və Avropa alimləri onun tərcümə
olduğunu iddia etmişlər. Bəziləri bu əsərin suryani dilindən, bəziləri isə guya soğd dilindən
tərcümə edildiyini irəli sürmüşlər (20.426-427), lakin onun nə soğd dilində, nə də suryani
dilində variantlarını göstərə bilməmişlər. Göstərə də bilməzdilər, çünki belə variantlar yoxdur
və heç vaxt olmayıb da.Əsər orijinaldır və müəllifi onu türkcə qələmə alıb.Əgər söhbət
Tenqridən gedirsə, qədim türk mifologiyasından qaynaqlanan Gün tenqri, Ay tenqri, Yer -Sub
obrazlarına rast gəlinirsə, əsəri tərcümə hesab etmək və ümumiyyətlə maniçiliyin yaranmasını
türk mühitindən ayrı təsəvvür etmək, əlbəttə ki, yanlışdır.
Nizami Cəfərov deyir:
“Qədim türk ədəbiyyatına hiss ediləcək qədər təsir göstərmiş gəlmə dini
dünyagörüşlərdən birincisi,yəqin ki, manilikdir. lll əsrdə Şərq ölkələrində yaymağa başladığı
maniliyin əsasında zərdüştilik – xeyirlə şərin, işıqla qaranlığın
mübarizəsi dayansa da, burada qədim dövrün müxtəlif dinlərindən əxz olunmuş ideyalar
komolektləşdirilmişdir.Özünü “Həqiqət Tanrısının elçisi” sayan Mani dünyada mövcud olan
bütün dini dünyagörüşlərini birləşdirərək universal “dünya dini” yaratmaq iddiası ilə çıxış
edirdi ki, bu da “Dünya dövləti” qurmaq istəyən türklər üçün maraqlı olmaya
bilməzdi.”(118.15-16).
Elmi ədəbiyyatda səhvən iranlı kimi qələmə verilən Mani 215-ci ildə Cənubi
Azərbaycanın Həmədan şəhərində doğulmuşdur. O, məşhur Arsaklar sülaləsindən idi. Bu
sülalənin əsasını qoymuş Arsak isə sakların parn (baran, baranlu) qəbiləsindən idi (216. l. 423
Arşakilər), yəni Arsaklar sak mənşəli idilər.
İlk fars-Sasani şahı Ərdəşir türk-Arsaklar sülaləsindən sonuncu Part. yəni Parfiya
hökmdarı Ərdabanı məğlub etdikdən sonra Arsakların Ön Asiya, Güney Qafqaz və Mərkəzi


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə