676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   43   44   45   46   47   48   49   50   51

Asiya üzərində 500 ildən artıq sürən hakimiyyətlərinə (e.ə.250-b.e.224) son qoyuldu və farslar
böyük türk imperatorluğunun bütün torpaqlarının sahibinə çevrildilər. Arsakların əlində
sadəcə Ermənistan (62-428) və Albaniya
(l əsrin ortaları-510) qalmışdı (216. l. 423
Arşakilər).
Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı olmuş Həmədan şəhərində
yaşayırdılar.Farslar onların xalqı üsyana təhrik edə bilmə ehtimallarını göz önündə tutaraq
sülalənin bütün üzvlərini öz imperiyalarının paytaxtına sürgen etdilər.Sürgün edilən ailələr
içərisində Maninin atası Pətiyin ailəsi də vardı.Mani - dünyagörüşü də bu şəhərdə, yəhudi,
xristian və zərdüşti filosoflarının mübahisələrinin qızğın keçdiyi Mədain şəhərində
formalaşdı.
Mani farsların gücünün onların dinlərində, yəni zərdüştilikdə olduğunu çox tez başa
düşdü. Odur ki, bu ideoloji sistemə qarşı o nu çürüdə biləcək, eləcə də
tükləri fars hakimiyyətinə qarşı mübarizəyə səfərbər edə biləcək alternativ dini -ide- oloji bir
sistem qurmaq qərarına gəldi.
Maninin dininin əsil mahiyyətini başa düşməyə bizə Bötürmüş Tərxanın qələminə mənsub
“Xuastuanift” əsəri kömək edir:
Hörmüz tanrı beş tanrı ilə bütün tanrıların gücünü toplayıb şeytanlara qarşı vuruşmağa
enib, gəldi.Bəd əməllər şeytanı Şimnu beş cür şeytana qarşı vuruşdu. Tanrı, şeytan işıq o vaxt
bir-birinə qarışdı.Hörmüz tanrı əsgərləri, beş tanrı b izim ruhumuz günah şeytanları ilə
vuruşub başlarından yaralandılar.” (118.290)
“Xuastuanift” məhz bu cümlələrlə başlayır.Əsərdə zərdüştiliyin baş tanrısı Hörmüzün
adı çəkilir və o, əsərin, eləcə də maniçilik fəlsəfəsinin əsas personajlarından biri kimi çıxış
edir.Elə bu fakt da bir çox tədqiqatçıları maniçiliyi zərdüştiliyin bir təriqəti və bu dinin
törəməsi hesab etməyə sövq etmişdir.Məsələ də elə bundadır. Yəni bütün səhf mülahizələr də
elə buradan qaynaqlanmaqdadır.
Fəqət tədqiqatçıların gözdən qaçıtdıqları və ya böyük əhəmiyyət vermədik-ləri bir detala
xüsusi diqqət yetirmək kifayədir ki, məsələnin tamam başqa cür olduğunu anlayasan.


Məsələ burasındadır ki, maniçilikdə “Avesta”dakı Əhrimən obrazının yerinə türk
mifologiyasının ən məşhur mənfi qəhrəmanlarından biri olan, ayrı -ayrı türk əfsanə və
nağıllarında bəzən Şimnu, bəzən Şimnus və ya Şulbus, bəzən də Çulbus, Kəlləgöz və ya
Təpəgöz adları ilə adlandıran obraz daxil edilmişdir (118.290). Maniçilikdə bu obrazın
“Şimnu” adından istifadə edilmişdir.Görəsən, Əhrimən obrazını Təpəgözlə, yəni Şimnu ilə
əvəzləmək Maninin nəyinə lazım idi?
Məlumat üçün bildirək ki, “Avestada” iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən
Əhrimən bu varlığın yeni fars dilindəki adıdır. Zərdüştilər in
müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. “Anqra Manyu” adı
isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.
—————————————————————————————————-
Qədim türkcə
Yakut türkcəsində
Avestada
—————————————————————————————————-
Tenqri Menqu
Tanqra Menqu
Anqra Manyu
—————————————————————————————————-
Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt “Tenqri Menqü” də deyirdi lər.
“Menqü” qədim türk dilində əbədi deməkdir (14.342). Odur ki, bu halda söhbət əbədi olan
Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində “Tanrı”,”Tenqri” əvəzinə “Tanqara” forması
işlədilməkdə, “Tenqri Menqü” ifadəsi də “Tanqara Menqü” kimi səslənməkdədir (127.35).
Qatı bir fars milliyətçisi olan və əsərindən də göründüyü kimi, türklərə dərin nifrət bəsləyən
Zərdüşt öz saxta dinində Tanqra Menqunu “Anqra Manyu” adı altında iblis elan etmiş, ona
qarşı Babil-Aşşur mifologiyasından götürdüyü Ahura Məzdanı, yəni Hörmüzü, eləcə də Arti,
Anahid, Mitra, Vritraqan və sairə fars tanrılarını qoymuş, Hörmüzü və fars tanrılarını
xeyrin,işığın rəmzi kim qələmə vermişdi. Avestada turanlılar, yəni türklər şərin və qaranlığın
,iranlılar, yəni farslar isə xeyrin və işığın əsgərləri kimi qələmə verilir, turanlıların Anqra
Manyuya sitayiş etdikləri qeyd edilir.


Maninin öz dinində Əhrimənin, yəni Anqra Manyunun yerinə Şimnunu, yəni təpəgözü
iblis elan etməsinin əsil səbəbi türk Tanrısını Zərdüştün ona biçdiyi iblis obrazından xilas
etmək idi. Türk Mani bununla da yetinməmiş, Tenqrini Hörmüzdən də, digər fars
tanrılarından da yuxarı qaldırmış, ikinci yerə türk mi-fologiyasından götürdüyü Gün, Ay
tanrılarını və Yer-Suyu yerləşdirmiş, Hörmüzü və onun beş tanrısını, yəni fars tanrılarını isə
onlardan aşağı tutmuşdur:
“…Gün, Ay tanrılara, iki işıqlı sarayda əyləşən tanrılara, bütün bürhanların müqəddəs
adının, ləyaqətli ruhların, Yer -Su nurunun əsası Tanrı məkanına gedəndə ilk qapı Gün, Ay
tanrısının olacaqdır.Beş tanrını qurtarmaq, işığı-zülməi ayırmaq üçün işıq göydə
dolanır.”(118.291).
Bənzər ierarxik sistem türk şamanizmində müşahidə edilməkdədir (127.43). Maninin
təliminə görə, beş tanrı Şimnu ilə, yəni təpəgözlə və onun beş şeytanı ilə döyüşdə
yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa, təmizlənməyə ehtiyacları
var.Yalnız bundan sonra onlar Gün,Ay qapılarından keçib Tanrı dərgahına qalxa
bilərlər.Gördüyümüz kimi, maniçilikdə Əhrimənin yerini Şimnu tutduğu kimi, Hörmüzün də
yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur.O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır.
Manixey əlifbası ilə, türkcə yazılmış mətnlərin heç də hamısı sırf uyğur türkcəsində
deyildir. Bəzi mətnlər var ki, onların dili oğuz türkcəsinə daha yaxındır və oğ uz türkcəsi ilə
uyğur türkcəsinin bir-birindən hələ tam ayrılmadığı vəziyyəti əks etdirir.Şübhəsiz ki, onlar
daha arxaikdirlər:
“Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!
Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!
Turunqlar,kamağ bəglər,kadaşlar,
Tanq Tenqriq ögəlim!
Körünüqmə Kün Tenqri,siz bizi küzədinq!
Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!…”
Tərcüməsi:


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə